SƏRRAF ŞİRUYƏ
AYRILIQ
BELƏ DÜŞDÜ
(dastan-poema)
BAKI – QİSMƏT – 2014
Sərraf Şiruyə
2
BBK.47
S-47
Redaktor:
Araz YAQUBOĞLU
“Qızıl qələm” mükafatı laureatı
Ön sözün müəllifi:
Qılman İMAN
Prezident təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Məsləhətçi:
İlham XƏLİLOV
S-47 Sərraf Şiruyə
Ayrılıq belə düşdü (dastan-poema)
Bakı, “Qismət”, 2014. – 224 səh. + 52 səh. şəkil
ISBN 978-9952-8231-1-0
© “S.Şiruyə”, 2014
© “Qismət”, 2014
Ayrılıq belə düşdü
3
TARİXİN HƏQİQƏTİ, HƏQİQƏTİN TARİXİ
Dünyanın inkişaf mexanizmi dəyişdikcə, ədəbi dü-
şüncəmizdə yeni bir təkamül prosesi başlayır. Bu inki-
şaf mexanizminin təzahürü daha qabarıq formada ədə-
biyyatda əks olunur. Ədəbiyyat həyatın bədii inikası ol-
duğundan həyatda gördüyümüz mənfi və müsbət hadi-
sələrin hamsı oxucu kütləsinin düşüncəsinə hakim kəsi-
lir. Dünənin, bu günün və sabahın problemləri ədəbiy-
yatın tərkib hissəsi kimi müasir insan düşüncəsinin qə-
bul etdiyi formada təqdim olunur. Bizi əhatə edən bu
qlobal dünyada təkcə mövzular, problemlər dəyişmə-
yib, həm də həyat hadisələrinin fonunda sözün daxili
forması və intonasiyası dəyişib.
Söz dünyanın içində gizləndiyi kimi, dünya da sö-
zün bətnində gizlənib. SÖZ adlı səngərdə mənəvi dün-
yasının keşiyini çəkənlərin xoş halına!
Bu gün poeziyada klassik bir ənənəsi olan poema
janrının bir qədər gözəgörünməzliyə çəkilməsi, zama-
nın təbəddülatı ilə formalaşan, texniki bazasını geniş-
lənirdən sivil insan düşüncəsinin müəyyənləşdirdiyi
sərhədin imkanı xaricindədi. Ona görə də poema janrı
bu gün hamı üçün yox, intellektual “təklər” üçün daha
önəmlidi. Ağır zəhmət, böyük istedad hesabına yazılan
bütün ciddi sənət əsərləri (o cümlədən poemalar) za-
mansızlıq sindiromunu sındıraraq bu gündən çox, gələ-
Sərraf Şiruyə
4
cəyə ən böyük töhfədi. Tarixi həqiqətlərin bədii ədə-
biyyata transfer olması genetik yaddaşımıza qayıdışın
ən gözəl vasitələrindəndi. Tarixlə bədii ədəbiyyatın
harmoniyası həqiqətin “vərəsəlik hüququ”nun daşıyıcı-
dı. Zamanın ən ağır məngənəsindən cəsarətlə sivişib çı-
xan tarix və ədəbiyyat doğma qardaş kimi hələ də bir-
likdə addımlamaqdadı.
Sərraf Şiruyə çox əsirlik xalq şeirimizin müasir
dövrdə ünlü təmsilçilərindən hesab olunur. 50 illik
yaradıcılığı zamanın da saya gəlməz dərəcə də oxucu
kontingentinin rəğbətini qazanıb. Uzun illər şeirləri so-
vet qlavnitinin “dəmir məngənə”sindən keçməsə də, şi-
fahi şəkildə xalq tərəfindən yaddaşlara köçüb, sovet
senzurasının təhlükələrindən hifz olunub. El məclislə-
rində şirin-şirin təcnisləri, qoşmaları, gəraylıları aşıq-
lar, xanəndələr tərəfindən sevilə-sevilə ifa olunub, oxu-
cuların, dinləyicilərin könül dünyasını işıqlandırıb.
Sərraf Şiruyə yaradıcılığında əzəli-əbədi türk torpağı
olan Göyçə faktoru demək olar ki, əsərlərinin əsas leyt-
motivini təşkil edir. Ona görə də ədəbiyyatmızda, folk-
lorumuzda Göyçəşünaslığın ən zəngin qollarından biri
kimi Sərraf Şiruyə yaradıcılığını göstərmək olar.
Sərraf Şiruyə “Ayrılıq belə düşdü” adlandırdığı
poeması yenə də əbədi mövzusu olan Göyçə və göyçə-
lilərə həsr olunub. Şair ilk növbədə Göyçənin tarixini,
etnoqrafiyasını, qənirsiz təbiətini, azman saz-söz sənət-
karlarını, cəsur, igid oğullarını poetik qüdrəti ilə xrono-
Ayrılıq belə düşdü
5
loji ardıcıllıqla xatırlayır. XX əsrin əvvəllərində Göy-
çədə cərəyan edən hadisələrin – sovet sosrealizminin
gətirdiyi bəlaların, ermənipərəst qüvvələrin müsəlman-
ların qanı bahasına törətdiyi cinayətlər, qaçqınlıq-
köçgünlük səfaləti əsərin tarixi və bədii yükünü bir az
da dərinləşdirir. Şair eşidib-bildiyi real faktları bədii
lövhələrlə nəzmə çəkir. Əsərin əsas qəhrəmanlarından
olan Qara Əzizin həyat hekayəti Göyçə mahalının Daş-
kənd kəndinin taleyinin tərkib hissəsi kimi qələmə
alınır. Əziz kişinin övladlarının başına gələn müsibət-
lər, oğlu Niftalının Böyük vətən müharibəsində itgin
düşməsi, zamanın tələbləri əsasında baş verir. Stalinin
repressiya maşının sürətlə işlədiyi bir dönəmdə erməni
məkiri ilə azəri türklərinin “kulak”, “qolçomaq” adıyla
istismar edilib həbs olunması, tarixin danılmayan fakt-
larından biri kimi əsərin əsas məziyyətlərindəndi. Əsər
mövzu etibari ilə poema janrından çox prazaik detalları
ilə diqqət cəlb etdiyindən, şair hər bir hekayəti poetik
qəlibə salaraq axıcı bir təhkiyə ilə nəql edir. Poema
əsasən bədbin tarixi hadisələr üzərində köklənsə də,
Əziz kişinin ortancıl oğlu Əli Xəlilovun böyüyüb ali
təhsil alması, öz doğma kəndi Daşkənddə, qonşu Suba-
tan kəndində təsərrüfat rəhbəri kimi çalışması, çevik
zəkası sayəsində qardaşlarını, övladlarını qeyrətli bir
türk kişisi kimi himayə etməsi, oxucunu bədbin ovqat-
dan ayırır. Sonralar Əli kişinin Allahın evini ziyarət
edib “Kərbəlayı” adını qazanması, qardaşı Niftalının
Sərraf Şiruyə
6
uzun illərdən sonra Türkiyədə övladlarını, qəbrini ziya-
rət etməsi, oğlu İlhamın uşaqlıq xatirələri, İlham-Lena
məhəbbətinin bu günki təzahürləri oxuculara mənəvi
rahatlıq bəxş edə-edə uzun səfərlərə könül yoldaşlığı
edir.
Ümumən bu poemanın Sərraf Şiruyə tərəfindən qə-
ləmə alınıb yazılması təqdirlayiq bir haldı. Çünki şairin
iti qələminin nüfuzu sayəsində bu əsərdə tarix ədəbiy-
yata, ədəbiyyat adamlara, adamlar isə zamana qovuşur.
Qılman İMAN,
Prezident təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Ayrılıq belə düşdü
7
DAŞKƏNDİM
Qərbi Azərbaycanın Göyçə mahalının
Daşkənd kəndinin xəyallarda qalan, könüllərdə
yaşayan, hər an göz önünə gələn gözəllikləri və
yaşayış tərzindən bəzi nümunələr, təsvirlər.
Zirvələrdə dalğalanan, yellənən,
Sən Göyçəyə bayraq idin, Daşkəndim.
Qılınc qayalara, ləngər dağlara –
Özül idin, dayaq idin, Daşkəndim.
Qayaaltı, Qayaüstü kənd idin,
Qayalarla bir-birinə bənd idin.
Övladına şəkər idin, qənd idin,
Doğma, əziz qucaq idin, Daşkəndim.
Keçilməz sədd idi hər bərə, bəndin,
Cənubdan Qızıldağ
1
aşılmaz həddin.
Seryaqub, Qırxbulaq – iki sərhəddin,
Bu arada oylaq idin, Daşkəndim.
Kəmənd dağı kəməriydi belinin,
Gen dərələr yatağıydı selinin.
Bol süfrələr səxasıydı əlinin,
Bir dolu-tox bucaq idin, Daşkəndim.
1
Qızıldağ – Azərbaycanla sərhəddə yerləşən dağ.
Sərraf Şiruyə
8
Qoynundaydı Həzrət Əli bulağı,
Həm imamın, həm Düldülün ayağı.
1
Daşa düşüb bir möcüzə sayağı –
Dərddən, qəmdən uzaq idin, Daşkəndim.
On idimi, yüz idimi bulaqlar?
Nəğmələşən söz idimi bulaqlar?
Qışda büllur üz idimi bulaqlar?
Yayda Buzlu bulaq idin, Daşkəndim.
Mətah idi hər bir otun-əncərin,
Ələyəzin, Quşəppəyin, pencərin.
Əyiləndə bir adamla nəzərin,
Tez küsəyən uşaq idin, Daşkəndim.
Gül-çiçəyə bürünərdi dağların,
Başlayanda sazlı, sözlü çağların.
Müşgü-ənbər qoxuyardı bağların –
Bol-bəhrəli budaq idin, Daşkəndim.
Ayıdərə bir qorxulu ün idi,
Şəyirdərə kölgə düşməz, gün idi.
Ayrımdərə, Xəznədərə gen idi,
Sarıdərə, Çanaq idin, Daşkəndim.
Hər düşəndə qartal, quzğun davası,
Güdaza gedərdi kəklik balası.
Mətah idi qayaların xınası,
Hər bir rəngə boyaq idin, Daşkəndim.
1
Düldül – Həzrət Əlinin atının adı.
Ayrılıq belə düşdü
9
Şamoyludan Qəfərliyə yan-yana,
Zağalar var idi – içi toyxana.
Ta Qaraburundan Hacı Qurbana,
Çınqıl idin, Yataq idin, Daşkəndim.
Uzun güney, Gödək güney cərgədə,
Mal-qoyuna çıxış idi hər vədə.
Sarı qaya qılınc idi kölgədə,
Sən nə gözəl oylaq idin, Daşkəndim.
Kəvəklinin yekə, yüngül kəvəyi,
1
Bənzədirdi sanki xəlbir, ələyi.
Əsəndə dənizin bəzən küləyi,
2
Yayda soyuq, sazaq idin, Daşkəndim.
Qocaman bulağı suyuydu kəndin,
Qayalar dayağın, keçidlər fəndin.
Hər kəs bərkidərdi bərəsin, bəndin,
Neçə elnən qaynaq idin, Daşkəndim.
Yalarx, Dalarx, Göytəpəydi ev qonşun,
Keçid, Dəmyə payızda da sərt qışın.
Hacı Söyün calasıydı bihuşun,
Belə gözəl yaylaq idin, Daşkəndim.
1
Kəvəkli daş – bəzək üçün, çox yüngül və içi xəlbir kimi deşikli, məsaməli
daş.
2
Dəniz – Göyçə gölünə yerli əhali dəniz də deyirdi.
Sərraf Şiruyə
10
Yayılanda nənələrin nehrəsi,
Bişib yağlanardı pencər kətəsi.
Qoruncanın çiçək açan vədəsi,
Beçə balı, qaymaq idin, Daşkəndim.
Aşıq Alı baharını anıbdı,
Aşıq Nəcəf qaynar suda yanıbdı.
Aqil-arif səni çoxdan qanıbdı,
Hikmətli dil, dodaq idin, Daşkəndim.
Həsrətliklə gözləyirdik Novruzu,
Yumurtalar boyanardı qırmızı.
Bulaq üstdə sevərdi oğlan qızı,
Hörmə dəsmal, daraq idin, Daşkəndim.
Nişanlılar sayardılar hey günü,
Qara zurna səslənərdi yay günü.
Al-qırmızı bəzənərdin toy günü,
Hər havaya oynaq idin, Daşkəndim.
Papaq idi nənələrin dingəsi,
Kəmər idi gümüş pulun sikkəsi.
Pay paylardı bəy, gəlinin yengəsi,
Alqış deyən dodaq idin, Daşkəndim.
Zurnada Zamaxan, Mehvalı, Məcid,
Dünyamalı, Tapdıq, “Totulu” kilid.
1
Ay Xıdır, Qəhrəman gücünü bərkit,
Zuy-zurna, dəf-çombaq idin, Daşkəndim.
1
Totulu – Həsən adlı ən mahir nağaraçının ləqəbi
Ayrılıq belə düşdü
11
Şax
1
gələrdi qardaşağa
2
evindən,
Hay gələrdi çaparların dilindən.
Yer tapmazdın uşaqların əlindən,
Başdan-başa yığnaq idin, Daşkəndim.
Axşam-sabah mələdikcə qoyun, mal,
Orkestri bənzədirdi bu xoş hal.
Binaların, – təndir damı, – kəllə zal,
Aynabəndli otaq idin, Daşkəndim.
Başlanardı qışda dastan gecəsi,
Söylənərdi nağılların neçəsi.
Döyülərdi Ələkbərin keçəsi,
Naxış idin, saçaq idin, Daşkəndim.
Sazından, sözündən hamı halıydı,
Hacının avazı beçə balıydı.
Göyçə bir gözəlin ay camalıydı,
O camala yanaq idin, Daşkəndim.
Vətən dedi Alqayıt son nəfəsdə,
Çırpınırdı İman sənsiz qəfəsdə.
Həsən, Fəzi, Məmmədsöyün həvəsdə,
Sən bir qaynar bulaq idin, Daşkəndim.
1
Şax – şirniyyat və meyvə ilə bəzədilmiş ağac
2
Qardaşağa – bəyin sağdiş dostu
Sərraf Şiruyə
12
Tapdıq, Tanrıverdi, Namaz, Təvəkkül,
Yaqub haqdan memar idi elə bil.
Səxa əhli Lətif köç etdi qəfil,
Sən onlarla soraq idin, Daşkəndim.
Bir an unutmaram Səfxan müəllimi,
Bu yazıya o öyrədib əlimi.
Ruhum gəlib yoxlayacaq elimi,
Mənə doğma qucaq idin, Daşkəndim.
Əli Əziz oğlu təsifdə təkmiş,
Xasaylar
1
şeirlə hikmətlər əkmiş.
Əliyev Söyünlə, Hümbət çox demiş
Dinsizlərdən iraq idin, Daşkəndim.
Tat Süleyman danəndəydi söhbətdə,
Qız, gəlinlər mömün idi ismətdə.
Şəriətdə, təriqətdə, sənətdə,
Şölə saçan çıraq idin, Daşkəndim.
İnsanlıqda layiq idi bəyliyə,
Tavariş can atdı hər an eyliyə.
Ayrıc idin Sədərəyə, Zəyliyə,
Yolumuza mayaq idin, Daşkəndim.
İgidlərin şahı, xanı səndəydi,
Meydanların pəhləvanı səndəydi.
Seyid Bayram xanimanı səndəydi,
Məbəd idin, ocaq idin, Daşkəndim.
1
Xasay Hacıyev və Xasay Zeynalov nəzərdə tutulur.
Ayrılıq belə düşdü
13
Hikmət idin sən ağıllı baş üçün,
Ümid idin gözdən axan yaş üçün.
Qurud, motal, yağ-bal idin qış üçün,
Kərmə, yappa, qalaq idin, Daşkəndim.
Yadımdadır babaların dediyi,
Tufan varsa açma keçid, gədiyi.
Qocaların xoşladığı, yediyi –
“Kətə çörək”, quymaq idin, Daşkəndim.
Qorqud baba deyib sənin yaşını,
Şah Xətai öpüb torpaq, daşını.
Sən kəsmisən Selikovun başını,
Gavırlara qınaq idin, Daşkəndim.
Əvəzin yox idi halal zəhmətdə,
Sədi idin, Bəhlul idin hikmətdə.
Adın çəkilərdi hər xoş söhbətdə,
Könüllərə qonaq idin, Daşkəndim.
Tarixi varaqla baxaq keçmişə,
Keçmiş bizə dərs veribdi həmişə.
Hanı Hacı Rəhim dada yetişə,
İgidlərlə qoçaq idin, Daşkəndim.
Qafil olduq düz görmədik hədəfi,
Açammadıq düyün düşən kələfi.
Yaralıdı, səslə Aşıq Nəcəfi,
Erməniyə yasaq idin, Daşkəndim.
Sərraf Şiruyə
14
Sağ olsun İlhamı verdi mövzunu,
Əritdi qəlbimin həsrət buzunu.
Haqqa şükür tamamladım yazını,
Yazılmamış varaq idin, Daşkəndim.
Şiruyəyəm, ömrüm-günüm heyrətdə,
Həsrətinlə zillətdəyəm, zillətdə.
Ayılmadın, niyə yatdın qəflətdə,
Sən ki, hər vaxt oyaq idin, Daşkəndim?
2014-cü il
Ayrılıq belə düşdü
15
DAŞKƏNDİM
Könlümü viran etmisən,
Könlü yaralı Daşkəndim.
Qaçqın, köçkün eli kimi,
Bəxti qaralı Daşkəndim.
Əhd elədik hər oynunda,
Əhdimiz qaldı boynunda.
Doğulduq sənin qoynunda,
Olduq haralı Daşkəndim?
Nur verən yox çırağına,
Əl atan yox bucağına.
Küsüb Seyid ocağına,
Gəlmir maralı, Daşkəndim.
Xanimanlar boş qalıbdı,
Ocaq sönüb, daş qalıbdı.
Yad sənə sirdaş qalıbdı,
Eldən aralı Daşkəndim.
Qoynundan bir daş gətirdim,
Təsəlli, sirdaş gətirdim,
Yanağımda yaş gətirdim,
Çəkdim zavalı, Daşkəndim.
Sərraf Şiruyə
16
Hər bucağın bir məbəddir,
Hər daşın bir ziyarətdir.
Yer üzündə bir cənnətdir,
Göyçə mahalı, Daşkəndim.
İlham alan sözdən, sazdan,
Xoş söhbətdən, xoş avazdan.
Hər ismətli gəlin, qızdan,
Üzü həyalı Daşkəndim.
Hüsnünü kim görsə əgər,
Sənə cənnət məkan deyər.
Qayası sərt, dağı ləngər,
Səngər, qalalı Daşkəndim.
Dururmu o səcdəgahlar?
O məbədlər, o ocaqlar?
Nəğmə deyirmi bulaqlar?
Zövqü-səfalı Daşkəndim.
Hanı, ərənlərin hanı?
Kim tutubdu o meydanı?
Şiruyənin nəfəs, canı,
Qəmi, məlalı Daşkəndim.
Ayrılıq belə düşdü
17
ƏLİDƏN ALDI
Xəlilov Əli Əziz oğluna
Göz açıb dünyaya gəldiyi gündən,
Əli nüsrətini Əlidən aldı.
1
Sığındı Tanrının mərhəmətinə,
Əli qeyrətini Əlidən aldı.
Dar gündə, gen gündə: ya Ağa – dedi,
Canım olsun sənə sadağa – dedi.
Çıxmaram haqq işdən qırağa – dedi,
Əli cürətini Əlidən aldı.
Şiruyə, – xoş baxdı haqq niyyətinə,
Saldı kərəminə, mərhəmətinə.
Nəsib oldu, getdi ziyarətinə,
Əli qismətini Əlidən aldı.
1
İmam Əli nəzərdə tutulur.
Sərraf Şiruyə
18
İLHAMIN
Xəlilov İlham Əli oğluna
Göyçədən Bakıya gətirdiyi daş,
Təsəllisi, sirdaşıdı İlhamın.
Göyçə əbədilik əli üzülən,
Nurəlitək qardaşıdı İlhamın.
Xəyalları yol açdıqca o yerə,
Ah çəkib, of deyir gündə min kərə.
Çiçəkli dağ, güllü çəmən, gen dərə,
Gözlərində qəm yaşıdı İlhamın.
Şiruyə, ülfət qur, dərindən tanı,
Bu vətən qəmxarı olan insanı.
Qəlbində dolanan ümid-gümanı,
Həsrət, vüsal savaşıdı İlhamın.
03.10.2014
Ayrılıq belə düşdü
19
APARDI NURƏLİ
Mərhum Xəlilov Nurəli Əli oğlunun xatirəsinə
Qəbir deyir – mən qaranlıq zülmətəm,
O zülmətə nur apardı Nurəli.
Qəbir deyir – yem gətirin acam mən,
Şirin nemət, bar apardı Nurəli.
Qəbir deyir – mən torpaqlar eviyəm,
Əqrəb, ilan mən tapdaqlar eviyəm.
Mən kasadlıq, mən soyuqlar eviyəm,
Xalça, xalı, var apardı Nurəli.
Diqqət verin siz qəbirin sözünə,
Səxavət istəyir alov-közünə.
Xeyirxah işiylə özü-özünə,
Bir rahatca yer apardı Nurəli.
Qəbrin istədiyi yaxşı əməldi,
Şiruyə, pak-ülvi, səxalı əldi.
O əməl-amalnan məzara gəldi,
Təmiz iman, sur apardı Nurəli.
2014-cü il
Sərraf Şiruyə
20
MAHİRƏ BƏSDİ
Xəlilov Mahir Əli oğluna
Demirəm bəy olsun, bəyzadə olsun,
Təkcə xoş ülfəti Mahirə bəsdi.
Elə məhəbbəti, haqqa inamı,
Dosta sədaqəti Mahirə bəsdi.
Əsil insanlığın xanıdır, xanı,
Alqışa bürünür gəzsə hayanı.
Pak olan nəfisi, təmiz vicdanı,
Xalqa məhəbbəti Mahirə bəsdi.
Şiruyə, eylikdir hər an adəti,
Amalı bədliyə uyuşmaz qəti.
Heç zaman kəsilməz haqdan qisməti,
Halalca qisməti Mahirə bəsdi.
03.10.2014
Bərdə
Ayrılıq belə düşdü
21
AYRILIQ BELƏ DÜŞDÜ
(dastan-poema)
Sərraf Şiruyə
22
Anam Göyçə, bir mayaqsan,
Sən dağların zirvəsində.
Göyçə özü bir zirvədir –
Öyünməynən zirvə, sən də!
Dostları ilə paylaş: |