Elmи мяъмуяси


QURANDA BƏDİİ TƏSVİR ÜSLUBU ЩАГГЫНДА



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   37

QURANDA BƏDİİ TƏSVİR ÜSLUBU ЩАГГЫНДА  

 

Мяммядов Нясрулла Наиб оьлу

 

 

 

Təsvir Quran üslubunun ən maraqlı  və  təsirli üslublarındandır. Təsvir 

üslubu ilə Quranda hadisələr elə  təsvir olunur ki, sanki insan həmin anları 

özü yaşayır və ya hadisələr gözünün qarşısında cərayan edir. Bir hadisədən 

və ya məsələdən söhbət gedərkən süjet bir-birini yüksək ardıcıllıqla  əvəz 

edərək insanın ruhuna ilahi təsir bağışlayır. Hadisələrin cərəyan etdiyi zaman 

elə misallar gətərilir ki, həmin hadisələrin məğzi tam aydınlığı ilə ortaya 

çıxır. Bu təsvirlər zamanı  hər  şey sanki, hərəkətdədir və insan hekayənin, 

rəvayətin динляйиъисиндян birbaşa, özü də hiss etmədən onun iştirakçısına 

çevrilir. Bütün olayları  təsvir etməkdən ötrü Allah təala elə ibarələr, elə 

vasitələr seçir ki, insanı heyran edir və onu Quranın ecazkar sirlərini dərk 

etməyə sövq edir. İstər adi mənaların bildirilməsi, istər mənəvi, daxili 

hisslərin, istər insan nümunəsi, istər həmin vaxtın özündə baş verən, istər 

əvvəlki rəvayətlər, istər qiyamətin vaqe olması, istər Cənnət, Cəhənnəm 

hallarının təsviri, istərsə də digər şərait və vəziyyətlərin təsviri ən inandırıcı 

təxəyyül mənzərələri ilə meydana qoyulur. 

Yuxarıda təsvir üslubunu qeyd edərək, bildirdik ki, bu Quranın  ən 

maraqlı  və  təsirli üslublarından biridir. Bu qeyd olunan təsvir  şəkillərinə 

nəzər saldıqda,  айдын  олур  ки, həmin tərif təsadüfi seçilməmişdir. Məhz, 

təsvir üslubu bu sadalananları özündə birləşdirir. 

Qurani-кərimin bədii təsvirinin hüdudlarını  dərk etmək üçün təsvirin 

üsullarını  dərindən öyrənmək, onların məna müxtəlifliyində bir qədər də 

dərinə baş vurmaq tələb olunur. Bu təsvir vasitələri rənglər, hərəkətlər, 

mövcudluğun özü, dialoq, kəlmələrin bir-birilə  səsləşməsi, ibarələrin 

ahəngdarlığı, oxunuşun, tilavətin musiqili olmasını insanın öz gözləri ilə 

görməsi, qulaqları ilə  eşitməsi, hiss etməsi, xəyal, fikir və vicdanıyla 

duymasından ibarətdir. 


 Мяммядов Нясрулла Наиб оьлу

 

414 


Bu ilahi kitab canlı aləmdən götürülmüş təsvirlərlə verildiyi üçün orada 

mücərrədlikdən, quru, donmuş  təsvirlərdən  əsər-əlamət yoxdur. Hadisələr 

elə mənalandırılır ki, sanki canlı insan həyatını xatırladır. 

İndi isə bəzi misallara müraciət edək. Bunun üçün də ilk növbədə sanki 

gördüyümüz, hiss etdiyimiz zehni təsvirlərdən və mənalardan başlayaq: 

1.  Əgər hər hansı bir küfr etmiş  şəxsin heç zaman Cənnətə daxil ola 

bilməyəcəyini və bu işin qeyri-mümkün olduğunu zehni düşüncə  və fikirlə 

anlamağa çalışırıqsa, Allah təala bunu təsvir üslubu ilə  ən inandırıcı  və 

dəqiqliyi ilə bildirir və bu işin heç zaman mümkün olmayacağı oxucuya 

aydın olur. 

“Ayələrimizi yalan hesab edənlərə  və onlara təkəbbürlə yanaşanlara 

göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalx-

maz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola 

bilməzlər. Biz günahkarlara belə cəza veririk!” (əl-Əraf: 40). Məlum olduğu 

kimi, iynənin gözündən keçirilmək üçün məhz sap və ya ip nəzərdə tutul-

muşdur. Allah təala bu ayədə günahkarların (müşrik və kafirlərin) Cənnətə 

daxil olmalarını mümkünsüz bir işin yerinə yetirilməsi ilə  şərtləndirərək 

bildirir ki, nə zaman dəvə iynənin gözündən keçərsə, o zaman da onların 

Cənnətə daxil olmaları mümkün ola bilər!  İnsan zehnində bir anlığa bu 

hadisənin süjeti canlanır və o, bu hadisənin iştirakçısına çevrilərək hiss edir 

ki, bu iş alınan deyil! 

2. Allah təala kafir və müşriklərin əməllərinin zay olacağını və onlarda 

sanki  əvvəldən heç bir mal-mülkün olmadığını  və bunların hamısının yox 

olacağını bildirmək üçün aşağıdakı təsvir üsulunu işlədir: 

“Biz onların etdikləri (yaxşı)  əməlləri qəsdən (havada uçan) dağınıq 

zərrələrə (toz dənələrinə) döndərəcəyik! (əl-Furqan: 23). Bu ayədəki    ءابھ



روثنم dağınıq zərrə ibarəsini oxuyarkən insanın zehnində heç olmuş  və  ələ 

gəlməsi yenidən mümkün olmayan bir şeyin təsviri canlanır. 

Digər bir ayəyə nəzər salaq: 

“Rəbbini inkar edənlərin (dünyadakı yaxşı)  əməlləri fırtınalı bir gündə 

küləyin sovurub apardığı külə  bənzəyir. Onlar (dünyada) etdikləri 

əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) 

azıb uzaqlaşmaq! (Doğru yoldan uzaq düşməyin aqibəti belədir)” (İbrahim: 

18). Bu ayədə  də  əməllər küləyin sovurub apardığı külə  bənzəyir. Həmin 



Quranda bədii təsvir üslubu щаггында 

415 


külü bir yerə  yığmaq mümkün olmadığı kimi, kafirlərin  əldən çıxmış, pis 

əməllərlə batil olmuş yaxşı əməlləri də onlara heç bir fayda verməz. 

3. Allahın rizası xatirinə deyil, riya məqsədi ilə, özünü insanların gözün-

də  kəramətli,  əliaçıq göstərməkdən ötrü verilmiş  sədəqənin  əhəmiyyətsiz, 

nəticəsiz olduğunu bildirməkdən ötrü təsvir üslubundan istifadə edərək Allah 

təala buyurur: 

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa 

göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, 

minnət qoymaq və  əziyyət verməklə puça çıxarmayın. Belə  şəxslərin halı, 

üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı 

(yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar etdikləri işlərdən 

bir  şey (savab) qazanmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna 

yönəltməz!” (əl-Bəqərə: 264). Bu ayədən sonra gələn 265-ci ayədə isə Allah 

təala bilidirir ki, “Mallarını Allahın razılığını qazanmaq və  nəfslərini 

(imanlarını) sabit qədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə 

olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat 

artırar,  əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh) də ona kifayət edər. 

Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!” Bu ayələrə 

nəzər saldıqda, görünür ki, təsvirlə yanaşı bu iki ayədə qeyd olunan adamlar 

tam  əkslik təşkil edir. Birinci ayədə göstərilən dəstə riyakarlıq etdiyi üçün 

sonda nəsibləri qayanın üzərindəki yağışın yuyub apardığı torpağa bənzər. 

İkinci dəstə isə Allahın rizası üçün çalışdığı üçün nəsibləri gözəl bağlar və 

oradakı meyvələrdir.     

4. Allah təala məxluqata olan ibadətin səmərəsiz, və  həmin məbudların 

da zəif olduğunu göstərməkdən ötrü buyurur: 

“Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş 

hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. 

Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində 

dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur). Ayənin 

tərcüməsindən göründüyü kimi Allah təala hörümçəyin qurduğu evi ən zəif 

və davamsız bir mənzil hesab edir və bu evə sığınanlar da təbii ki, pənahsız 

və köməksizdilər. Kafirlərin halını Uca Allah məhz belə təsvir edir. 

İndi isə  təsvir üsulu ilə daxili və  mənəvi halların necə göstərildiyini 

tədqiq etməyə çalışır. 



 Мяммядов Нясрулла Наиб оьлу

 

416 


1. Tövhid və müşriklik arasında çarpışan, Allaha və ya çoxsaylı bütlərə 

ibadət etmək seçimi qarşısında tərəddüd edənlərin halı təsvir olunur: 

“De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən 

bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer 

üzündə  şaşqın dolaşarkən  şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) 

döndəriləcəyik? Halbuki dostları onu: “Bizə  tərəf gəl!”-deyərək haqq yola 

çağırırdılar...” (əl-Ənam:71) 

Digər bir ayəyə nəzər salsaq təsvirin nə qədər yerində işləndiyinin şahidi 

olarıq: 

“(Ya Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin 

xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan 

onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu. Əgər biz istəsəydik, 

onu (həmin ayələrlə) ucaldardıq. O elə bir köpəyə  bənzəyir ki, üstünə 

cumsan da dilini çıxardıb ləhləyər, cummasan da. (Onun üçün heç bir fərqi 

yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey 

Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) 

düşünsünlər!  

2. Uca Allah insanın öz Rəbbini yalnız çətinliyə düşdüyü zaman yadına 

saldığını və xoş anlarında Allahı unutduğunu canlı lövhələrlə xatırladır. 

“Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər 

gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri 

vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum 

etdikdə  və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa 

düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər 

bizi bu təhlükədən qurtarsan, Sənə şükr edənlərdən olarıq!” (Yunus: 22). Bu 

ayəni oxuyarkən dalğalar insanın gözü qarşısında hərəkətə  gəlir, dalğaların 

qalxıb enməsi ilə insanın daxilində bir təşviş baş qaldırır və həmin vəziyyəti 

oxucu yaşamağa başlayır. 

Qurani-kərimdə əqidələri zəif olan insanların əhvalı bir neçə yerdə təsvir 

olunur, onların çətinlik məqamında öz rəhbərlərindən üz döndərmələri 

bildirir. 

İndi isə Qurani-kərimdəki qissələrdə mövcud olan təsvir üsulundan 

bəzisinə nəzər salaq: 

“Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh 

(gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi:..” (Hud: 42). Bu 


Quranda bədii təsvir üslubu щаггында 

417 


anlarda Nuh (ə.s) peyğəmbərin qəlbində atalıq duyğusu baş qaldırır, bu 

dağlar kimi hündür dalğaların oğlunu məhv edəcəyini hiss edir və oğlunu: 

“Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” - deyə çağırır. 

(Hud: 42) 

Nuh (ə.s) peyğəmbərin oğlu atasına qulaq asmadığı üçün:” ...Nəhayət, 

dalğa ata ilə  oğulun arasına girib onları bir-birindən ayırdı  və o da suda 

boğulanlardan oldu.” (Hud: 43). Bu ayələri oxuyarkən insan bir anlığa 

nəfəsini dərmədən saxlayır, bu hadisələrin təsiri altına düşür və  həmin 

məqamları bir kino lenti kimi gözlərinin qarşısında canlandırır. 

İndi isə Cənnət və Cəhənnəmin təsvir olunduğu ayələrə nəzər salaq: 

“Kafirlər dəstə-dəstə  Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca 

onun qapıları açılacaq və  Cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər 

sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu günə qovuşacağınız-

la qorxudan peyğəmbərlər gəlməmişdir? ”Onlar isə: “Bəli, (gəlmişdi) lakin 

əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!”-deyə cavab 

verəcəklər. (Onlara) belə deyəcəyik: “Girin Cəhənnəm qapılarına 

(təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) təkəbbür göstə-

rənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə 

gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (Cənnət) 

gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş  gəldiniz! 

Əbədi qalacağınız Cənnətə daxil olun!”-deyəcəklər. Onlar isə: “Bizə verdiyi 

vədini yerinə yetirmiş  və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz 

Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı)  əməllər 

edənlərin mükafatı necə də gözəldir!”-deyəcəklər”(əz-Zumər:71-74) 

“Əd-Duxan” surəsinin 43-56-cı ayələrinə nəzər salaq: 

“Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı. Günahkar (kafir) kimsənin 

yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; Qaynar su 

qaynayan kimi! (Allah əzab mələklərinə buyurar:) Onu tutub Cəhənnəmin 

tən ortasına sürüyün! Sonra başına  əzab olaraq qaynar su tökün! (Və ona 

belə deyin:) “(Bu əzabı) bir dad görək! Sən ki, (öz aləmində) çox qüvvətli

möhtərəm bir şəxs idin!” Bu, (dünyada ikən)  şəkk etdiyiniz (əzabdır)!” 

Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə. Bağçalarda və bulaqlar başında 

olacaqlar! Taftadan və atlazdan (nazik və qalın ipəkdən) libaslar geyib qarşı-

qarşıya əyləşəcəklər. (Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri 

(ahu) gözlü hürilərlə evləndirəcəyik. Onlar orada (Cənnət nemətlərinin 


 Мяммядов Нясрулла Наиб оьлу

 

418 


tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər. Onlar orada ilk 

(dünyadakı) ölümdən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) onları 

Cəhənnəm əzabından qorumuşdur.” (əd-Duxan: 43-56)   

Qeyd etmək lazımdır ki, bu deyilənlər yalnız təsvirdən ibarət olmasına 

baxmayaraq, insan sözün qüdrətinin təsirindən bəzən özünü unudur və 

həmin anları yaşamağa başlayır! 

Bəlkə  də bura qədər yuxarıda gətirdiyimiz təsvirlərlə kifayətlənmək 

olardı, lakin, Qurani-кərim üslubunun ən aparıcı bölmələrindən olan təsvir 

üslubu və bu təsvir üslubunun ilahi kitabdakı genişliyi, müxtəlif sahələri 

əhatə etməsi bizi mövzunu davam etdirməyə sövq edir. 

Qurani-кərimdəki təsvir üslubunun maraqlı və canlı lövhələrindən biri də 

təbiət təsviri ilə bağlıdır: 

“Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) 

Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü 

qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! 

Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, 

yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!”(əl-Mülk: 3-4). Bu lövhələr 

birbaşa təbiətdən, həyatdan götürülmüşdür. İnsanın hər gün bu görüntülərlə 

üzləşməsinə baxmayaraq yuxarıdakı ayələri oxuyarkən, sanki ilk dəfə göyə 

baxdığı kimi nəzərlərini səmaya dikin və bu təsvirləri canlı olaraq seyr 

etməyə başlayır. Gətirdiyimiz misallarda göyün təsvirləri verilmişdir.  İndi 

isə yerin təsviri verilmiş lövhələrə nəzər salaq: 

“Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, 

şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə 

sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki 

biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, 

bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə  və 

vəhdaniyyətinə  dəlalət edən)  əlamətlər vardır.”(ər-Rəd:4). Burada da 

xatırlanan məfhumlar  əslində bizə  hər gün görünür, amma ayədə elə 

işlədilmişdir ki, sanki ilk dəfə onların haqqında eşidirik. 

Əgər “ər-Rum” surəsinin 48-50-ci ayələrinə  nəzər salsaq burada da 

sözügedən təsvirin, mənzərənin şahidi olarıq: 

“Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi 

kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış 

çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar 


Quranda bədii təsvir üslubu щаггында 

419 


sevinərlər. Hərçənd ki, üstlərinə (yağış) endirilməzdən (yağış yağmamışdan) 

əvvəl (ondan) ümidlərini üzmüşdülər. (Ya Məhəmməd!) Sən Allahın 

rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldürdükdən sonra necə 

dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər  şeyə qadirdir!” 

(ər-Rum: 48-50). Təsvirlər və lövhələr bir-birini əvəz etdikcə insan 

təxəyyülünü daha dərinliklərə aparır. Burada insan həyatının bir çox sahələri 

ilə, elmin müxtəlif qolları ilə bağlı olan mövzuların olmasına baxmayaraq, 

məqsədimiz mövzunu dilçilik baxımından tədqiq etmək olduğu üçün, biz 

məsələyə yalnız sırf filoloji baxımdan yanaşmağa üstünlük veririk. Digər bir 

ayəyə nəzər salaq: 

“(Ya Məhəmməd!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer 

üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv  əkin yetişdirdiyini 

görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da 

(Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər 

vardır!” (əz-Zumər: 21) 

Qurani-кərimdə bədii təsvir üslubundan bəhs edərkən, sonda qeyd etmək 

istəyirik ki, bu üslub digər üslublarla müqayisədə aparıcı mövqeyə malikdir 

və tədqiqatın həcmi bizə imkan vermədiyi üçün deyilənlərlə kifayətlənirik. 



 

 

ƏDƏBİYYAT 

 

 

 



 

 

1.

 



 ،تيوكلا ،بتكلل ةيملاعلا رادلا عبط ،ميركلا نآرقلا

١٩٩٢

 

 2.


 

 ،توريب ،نآرقلا بيلاسا نم ،يئارماسلا ميھاربأ

١٩٨٧

 

 

3.

 



 ةرھاقلا ،نآرقلا مولع يف ناھربلا ،يشكرزلأأ

١٩۵٧

 

 

4.

 



 ةرھاقلا ،نآرقلا مولع يف ناقتلاا ،يطويسلأ

١٩۶٧

 

 

5.

 



 ةرھاقلا ،نآرقلا يف ينفلا ريوصتلا ،بطق ديس

١٩٩۴

 

 

 Мяммядов Нясрулла Наиб оьлу

 

420 


 

 

XÜLASƏ 

 

Quranda bədii təsvir üslubu 

 

Bu məqalə Quranın  ən maraqlı  və aparıcı üslublarından olan təsvir 



üslubuna həsr edilmişdir. Məqalədə deyilir ki, bu ilahi kitabda dünya və 

axirət səhnələri çox bəlağətli bir dildə təsvir olunur, möminlərin və kafirlərin 

Cənnət və Cəhənnəmdəki vəziyyəti rəngarəng lövhələrlə göstərilir. 

Allah təala müxtəlif mövzularla və hadisələrlə bağlı elə təsvirlər yaradır 

ki, oxucu sanki, həmin hadisələrin iştirakçısina çevrilir, oradakı  ələm və 

nəşəni özü hiss edir və həmin prosesi yaşamağa başlayır. Təsvirlər o qədər 

inandırıcı, o qədər canlıdır ki, insan ilahi qələmin yaratdığı sözün sehrinə 

düşür. 


  

 

РЕЗЮМЕ 

 

Изобразительный стиль Корана 

 

Эта  статья  посвящена  изобразительному  стилю – самому 



интересному и ведущему стилю Корана. В статье говорится о том, что в 

этой  божествен-ной  книге  очень  красноречивым  языком  описываются 

мирские  и  загробные  сцены,  пестрыми  картинами  демонстрируется 

положение верующих и вероотступников в Раю и в Аду. 

Всевышний Аллах создает такие изображения, связанные с различ-

ными  темами  и  событиями,  что  читатель  словно  превращается  в 

участника этих событий, сам чувствует тамошнюю радость, и начинает 

переживать этот процесс.  

Описания  настолько  убедительны,  настолько  живые,  что  человек 

подпадает под чары слова, созданного божественным пером.  

 


Quranda bədii təsvir üslubu щаггында 

421 


 

 

RESUME 

 

Descriptive style of the Koran 

 

The article is devoted to descriptive style-the most interesting and 



leading style of the Koran. In article it is spoken that in this divine book very 

eloquent language describes wordly and beyond the grave stages, motley 

pictures show position of believers and apostates in Paradise and in the Hell. 

The Supreme Allah creates such images connected with various themes 

and events, that the reader as if turns to the participant of these events? itself 

feels a local pain and pleasure, and starts to experience this process. 

Descriptions so convincing, so alive, that the person falls under charms 

of the word created by a divine feather. 



 


Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə