Elşən Qafarov DİQ hazırlığı 050 672 59 11 Menecment (idarəçilik) – təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin məcmusudur



Yüklə 26,45 Kb.
səhifə1/5
tarix20.11.2023
ölçüsü26,45 Kb.
#164124
  1   2   3   4   5
MENECMENT E. QAFAROV 050 672 5911



Elşən Qafarov DİQ hazırlığı 050 672 59 11
Menecment (idarəçilik) – təşkilatın məqsədlərinə çatmaq üçün resurslardan effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin məcmusudur.
Həmin işlər əsas menecment funksiyaları olaraq 4 cür qruplaşdırılır:

1. Planlaşdırma və qərar qəbuletmə – şirkət üçün hədəflərin eləcə də hədəflərə çatmaq üçün yolların müəyyən edilməsidir.
2. Təşkiletmə – şirkətin resurslarının düzgün yönəldilməsi və prosedurların formalaşdırılmasıdır.
3. Liderlik – şirkətin ümumi məqsədinə çatmaq üçün işçi heyətinin motivasiya edilməsidir.
4. Nəzarət – şirkətin ümumi məqsədinin doğru olub olmamasının yoxlanılması, lazım gəldikdə isə müdaxilə edilməsidir.

Menecment prosesini həyata keçirən şəxs menecer adlanır. Sahibkar (vaxtını və pulunu biznesi üçün riskə qoyan şəxs) biznesi özü idarə etmədikdə menecerə ehtiyyac yaranır. Menecerin vəzifəsi mövcud resursları effektiv və səmərəli şəkildə istifadə etməklə şirkətin məqsədlərinə çatmaqdır.
Bunun üçün menecerin istifadəsində 4 cür resurs olur:
1. Maliyyəpul ekvavalentləri, qiymətli kağızlar
2. Fiziki – avadanlıqlar, maşınlar
3. İnformasiya – hesabatlar, uçot sənədləri, əmrlər
4. İnsanişçilər

Menecerlər vəzifələrindən asılı olaraq menecment funksiyalarını müxtəlif dərəcədə həyata keçirirlər. Yəni, yüksək vəzifəli (top) menecerlərin işinin əsas hissəsini planlaşdırma və nəzarət funksiyaları təşkil etdiyi halda, aşağı vəzifəli menecerlərin işinin əsas hissəsini isə təşkiletmə və liderlik funksiyaları təşkil edir.

Ümumi menecer xüsusiyyətləri: özünə inam, ambisiya (lovğalıq), vizyon (görmə qabiliyyəti), risk edə bilmək, çeviklik, rəqabətcil olmaq, özünü tənqidi bacarmaq, liderlik;
Menecerlərdən tələb olunan bacarıqlar
1. Texniki bacarıqlar – avadanlıqlarla işləmək bacarığı. Bu bacarıq aşağı səviyyəli menecerlərdən tələb olunur.


Yüklə 26,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin