UÇOT HAQQINDA BƏZİ ANLAYIŞLAR
Bazar münasibətləri sistemində iqtisadiyyatında ayrı-ayrı sahələri üzrə müxtəlif növ mülkiyyət formalarına məxsus saysız-hesabsız müəssisələr fəaliyyət göstərir. Müəssisənin təşkili prosesindən başlayaraq onun bütün fəaliyyət müddəti fasiləsiz olaraq uçot vasitəsi ilə əhatə etməklə onun əsasını təşkil edir. İqtisadi subyektlərin inkişaf səviyyəsi xalq təsərrüfatı sahəsinin digər bölmələri ilə əlaqəsi dünya bazarında mühüm yer tutması uçot göstəriciləri ilə xarakterizə olunur. Müəssisələrin normal və uzunmüddətli fəaliyyət göstərməsi ilk növbədə uçot siyasətinin düzgün tərtib olunmasından bilavasitə asılıdır.
Bazar iqtisadiyyatı sistemində uçotun aşağıdakı formalarından istifadə olunur:
Maliyyə uçotu - Bir çox dünya ölkələrində geniş istifadə olunan uçot növüdür. Maliyyə uçotunun məqsədi maliyyə - mühasibat hesabatlarının tərtibi üçün lazımi məlumatların alınmasıdır. Həmin uçot məlumatları həm müəssisənin daxili heyəti, həm də təşkilatdan kənarda olan istifadəçilər üçün nəzərdə tutulub. Maliyyə uçotunun hesabatları ümumi qəbul edilmiş prinsiplərə və tələblərə cavab verməlidir.
Maliyyə uçotunda təsərrüfat əməliyyatları mühasibat uçotu hesabatlarında baş verən tarixə yazılır. Müəssisənin rəhbərliyi hesabatların təqdim edilməsinin keyfiyyətinə görə məsuliyyət daşıyırlar. Maliyyə uçotunun prinsiplərindən biri də maliyyə hesabatlarının təqdim edilməsinin daimiliyi və dövrülüyüdür.
İdarəetmə uçotu – Maliyyə uçotunun genişləndirilmiş formasıdır. Bu uçot özündə, xüsusən də, istehsal əməliyyatlarını əks etdirir. İdarəetmə uçotunun məqsədi ilk növbədə müdriyyəti idarəetmə qərarlarının qəbul edilməsi üçün lazımi məlumatlarla təmin etməkdən ibarətdir. Maliyyə uçotundan fərqli olaraq, idarəetmə uçotunun məlumatları ancaq daxili istifadə üçün nəzərdə tutulub. Bu uçot hesabatları daxili istifadə üçün olduğundan onlara qarşı heç bir ümumi qəbul edilmiş prinsiplər irəli sürülmür. Hər bir müəssisə hesabatları özü üçün rahat və səmərəli formada tərtib edir. İdarəetmə uçotunun hesabatlarından bunları misal gətirmək olar: - məhsulun maya dəyərinin təhlili, layihə (smeta), çəkilən xərclər haqqında hesabat və s. Mühüm uçot forması kimi idarəetmə uçotu hələki ölkəmizdəki müəssisələrdə az istifadə olunur.
Statistik uçot – kütləvi müşahidə qarşılaşdırma – yoxlama, qruplaşdırma, təhlil və s. Statistik məlumatların alınması və işlənməsi üsuludur. Statistik uçotun köməyi ilə istehsalın həcmi, əmək məhsuldarlığı, işçi heyəti haqqında məlumat – cinsləri, yaş aralığı, maya dəyəri, əmək haqqı və digər obyektlər uçot vasitəsilə əks olunur. Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi və digər göstəriciləri beynəlxalq və yerli maliyyə institutları, mütəxəssislər tərəfindən təhlil edildikdə statistik uçot məlumatları əsas götürülür.
Operativ uçot – Daxili uçot olmaqla, təsərrüfat proseslərinə nəzarət və onları idarə etmək üçün istifadə olunur. Müqavilələrin yerinə yetirilməsi, məhsul, iş, bu xidmətlərin hazırlanması, satışı, təhvil – təslimi, bazarın öyrənilməsi və digər bu kimi hallarda operativ uçot məlumatlarından istifadə olunur.
Dostları ilə paylaş: |