1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Söhrab Tahirin 90-illik yubileyi münasibəti ilə
hazırlanmış metodik vəsait
Sözə sevdalı şair- Söhrab Tahir
Bakı -2016
2
Redaktor və
buraxılışa məsul Şəhla Qəmbərova
Tərtibçi: Aynurə Əliyeva
“Sözə sevdalı şair- Söhrab Tahir” Söhrab Tahirin 90-illik
yubileyi münasibəti ilə hazırlanmış metodik vəsait .
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.
3
Tərtibçidən.
Bizim nəsil Söhrab Tahiri həmişə xeyirxah, nəcib,
sözübütöv cəfakeş mərd və mübariz, xırda hislərdən uzaq
görmüşdür. Bizim gözümüzdə S.Tahir inqilabçı, döyüşkən
Cənubi Azərbaycan xalqının timsalıdır. Uca boylu, iti
baxışları, şimşək gülüşləri ilə Söhrab Tahir Cənubi
Azərbaycan torpağının bir parçasıdır. Güney Azərbaycanda
sərhədsiz, maneəsiz addımlayan, Savalandan qopan bir qaya
kimi gəzən, bütün qapıları ərklə açan, bütün evlərdə
intizarla gözlənilən, varlığında işıq, inam, qələbə gəzdirən,
özü demiş, Azər Azər babadır! Bu il Söhrab Tahirin 90 illik
yubileyi olur. Bu münasibətlə bu vəsaiti işləməyi özümüzə
borc bildik. Vəsait iki hissədən ibarətdir. I hissə “İstiqlal
şairi–Söhrab Tahir” adlanır və S.Tahirin həyat və
yaradıcılığından bəhs edir. II hissədə isə S.Tahirin
yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır.
4
Həyat və yaradıcılığı
Ömrü nağıla bənzəyən şair.
Azərbaycanın xalq şairi, nasiri, publisisti Tahiri Söhrab
(Söhrab Tahir) Əbülfəz oglu 6 avqust 1926-cı ildə İranın
Astara şəhərərində sənətkar ailəsində anadan olmuşdur. Şair
“Səadət” və “Şapur” orta məktəblərində 9-cu sinfədək təhsil
almışdır. Lakin ailənin maddi imkanları aşağı olduğuna görə
şair təhsilini davam etdirə bilməmiş, atası ilə birgə “İran
İngilis neft şirkəti” ndə işləməyə məcbur olmuşdur. Sovet
ordusunun İrana yeridilməsindən sonra, Söhrab Tahir xalq
hərəkatında aktiv yer almışdır. 1946-cı ildə Söhrab Tahir
təhsil almaq üçün Bakıya gələrək Bakı Tibb İnsititunun
stomatoloq və feldşerlik fakultəsində təhsil alır. O, 1952-
1957-ci illərdə ADU-nun filologiya fakultəsində təhsilini
davam etdirir. S.Tahir 1959-1961-ci illərdə isə Moskvada
Maksim Qorki Adına Ali Ədəbiyyat kurslarında müdavim
olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində
birinci katib,“Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında
bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında isə
redaktor müavini, 1984-cü ildən isə “Azərbaycan”
jurnalında redaktor vəzifəsinə işləmişdir. Azərbaycan
Yazıçılar Birliyi idarə heyətinin, “literaturnıy Azerbaydjan”
jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii
şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin
pleniumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir
şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii
ədəbiyyatı təbliğat birosu idarə heyətinin sədri təyin
edilmişdir. İnqilabi, ədəbi içtimai fəaliyyətinə görə Təbrizdə
5
“21Azər” medalı və bir sıra medallarla, Azərbaycan Ali
Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il
tarixli, 709 nömrəli Fərmanı ilə ona “Xalq şairi” fəxri adı
verilmişdir.
2006-cı
ildə
isə
S.Tahir
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə
layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar ittifaqı və
onun Moskva şəhər təşkilatı nəznində fəaliyyət göstərən
Yazıçı-tərcüməçilər ittifaqının qərarı ilə Beynəlxalq V.V.
Mayakovski ordeni ilə təltif edilmişdir. Onun kitablarından,
“Qırılan zəncirlər” (1965), “Mən səni görmüşəm” (1965),
“Burdan bir atlı keçdi” (1972), “Azad qardaşım var” (1973),
“Mənim yolum (1975)”, “Döyüş lövhələri” (1980),
“Ölümdən güclü həyatdan uca (1981)”, “Qonşu qızın
məktubları” (1985), “Vətənlə sevgi arasında” (1986), “İki
dəfə yox olmuş adam” (1988), “Əmanət” (1991), “Seçilmiş
əsərləri” (2005), “Ata” (2009) çox cildli kitabı və s. nəşr
olunmuşdur. Ümumiyyətlə, şairin 50-dən çox kitabı Bakıda,
Moskvada, Berlində, Tehranda, Təbrizdə işıq üzü görüb.
AMEA Şərqşunaslıq İnstitunun böyük elmi işçisidir. 1993-
cü il mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
S.Tahir 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin
Ağsaqqallar Şurasının üzvü, Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin prezidenti, 2002-ci ildən isə
Azərbaycan
İçtimai-Siyasi
Universitetinin
müəllimi
olmuşdur. S.Tahirin yaradıcılığı aşağıdakı çap olunmuş
əsərlərdən ibarətdir.
1.
1500-dən çox şeir.
2.
57 poema.
6
3.
18 roman.
4.
5 povest.
5.
75 hekayə.
6.
2 pyes.
7.
800-dən çox ədəbi, elmi, publisistik məqalələr.
8.
Esse. Fəlsəfi traktat və ssenarilər.
9.
Kitablara, elmi əsərlərə yazdığı müqəddimə və
rəylər.
10.
Azərbaycan YB-nə daxil olmaq üçün 50-dən çox
gənc qələm sahibinə zəmanət vermişdir.
Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4-
də ömrünün 90-cı ilində vəfat etmişdir.
Görkəmli şairimiz Söhrab Tahirin anadan olmasının 90 illik
yubileyi ilə əlaqədar olaraq, bir sıra tədbirlər; kitab
müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi,
ədəbi-bədii gecə keçirilə bilər. Bu şairi sevdirmək,
yaradıcılığını gənc nəslə və şagirdlərə tanıtmaq və eyni
zamanda oxucularda mütailə vərdişi aşılamaq məqsədi
daşıyır. S. Tahirin 90 illik yubileyi ilə əlaqədar kitabxanada
kitab sərgisi keçirilməsi məqsədəuyğundur. Sərgiyə müxtəlif
başlıqlarlar verilə bilər. “Dərdi Araz şairim”, “Bu tayın
Şəhriyarı”, “Ömrü nağıla dönən şair”, “Yolu Vətən olan
şair”, “Vətənlə sevgi arasında”, “Döyüşdən yaranan
poeziya”, “İki tayın şairi”, “Poeziyamızın Ərk qalası”,
“Ədəbiyyatımızın mürşüdü-S.Tahir”,
“Mən sükut etmişəm,
məqam gəzirəm, Mənim sükutum da mübarizədir”, “Araz
sahilində bitən tənha palıd”,
“Ədəbiyyatımızın dərdli şairi”,
7
“Gözümdə bir gilə yaş gətirmişəm, Urmiyə gölündən
yadıgar sənə”, “Azadlıq yolçusu şair”, “Poeziyamızın əmisi-
S.Tahir”, “...Mən gərək sahili sahilə qoşum”, “Mən
əkinçiyəm Azadlıq becərirəm ürəklərdə”, “Savalandan gələn
yol”,
“Cənubla Şimalın canlı körpüsü”,
“Mən həm o
tayınam, həm də bu tayın”, “Heç vaxt vətən eşqim
ikiləşmədi” və s. verilir.
8
Şairin müxtəlif illərdə çəkilmiş foto stendi, bundan başqa
S.Tahirin kitabları və digər şairlərin S.Tahir haqqında dövri
mətbuatda yazdığı materiallar sərgidə öz yerini alır.
Görkəmli insanların şair haqqında söylədikləri sitatlar və
şeir parçaları da sərgidə verilir.
Görkəmli şəxsiyyətlərin şair haqqında söylədikləri:
1.Söhrab Tahirin təkcə bu iki misrasına görə heykəl düşür:
“İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha”
2
.Söhrab Tahir nadir şairdir, onun şeirləri dəhşətdir.
Xalq şair M. Araz
3. Mən təzə şair tapmışam. Arazı gümüş telli saza bənzədib,
onu çalır, dərdlərini bəyan edir, adı Söhrab Tahirdir.
Xalq şairi B. Vahabzadə
4.Söhrab Tahir, sən dahisən, sən həm də Pişəvərinin
varisisən.
Xalq şairi N. Həsənzadə
5.Söhrab, neçə dəfə demişəm, yenə də deyirəm, sən məndən
yaxşı şairsən.
Xalq şairi Qabil
6. Söhrab Tahir o tay-bu tayın tanınmış şairidir.
Xalq yazıçısı Anar
9
7.Söhrab əmi, döyüşkən yaralı poeziyanın Azərbaycanda
əsasını sən qoymusan. Biz səndən öyrənmişik qəhrəmanlığı.
Şair-yazıçı
Əlirza Xələfli.
8. Söhrab Tahir təkcə bizim əmimiz deyil, həm də
Azərbaycan şeirinin əmisidir.
Xalq şairi C. Novruz.
9.Söhrab Tahirin “Ata” poema-eposu “Şahnamə” dən də
böyükdür.
Xalq şairi S. Rüstəmxanlı
Söhrab Tahirin 90-illik yubileyi ilə əlaqədar kitabxanalarda
keçiriləcək tədbirlərdən biri də, “Mən özüm də azadlığın
vətəndaşı olmuşam!” adlı şeir müsabiqəsidir. Kitabxanaçı
ilk öncə şairin bir neçə şeir kitabını, eləcə də Seçilmiş
əsərlərini məktəblilərə təqdim edir. Nəfis şəkildə nəşr
olunmuş kitablar hər kəs tərəfindən rəğbətlə qarşılanır.
Məktəblilər müəyyən etdikləri şeiri əzbərləyərək təyin
edilmiş tarixdə kitabxanaya gəlirlər. Qonaqlar və münsiflər
heyəti öz yerini aldıqdan sonra kitabxanaçı hər kəsi
salamlayaraq tədbirə keçid alır. O, ilk olaraq S.Tahirin həyat
və yaradıcılığından, onun ömür yolundan, əsərlərindən və
kitablarından söhbət açır.
Kitabxanaçı: Çağdaş cənubi Azərbaycan şeirinin
bayraqdarlarından biri olan S.Tahir dünyanın döyüşkən,
inqilabi poeziyasının, ömrü mühacirətdə keçmiş qüdrətli
nümayəndələri
sırasında
dayanır.
Güneyli-Qüzeyli
10
Azərbaycanın ədəbi ənənələrinin müştərək özülü üzərində
yüksələn şairin yaradıcılığı poetik mübarizə yolu kimi
doğma vətəndən didərgin düşmüş yüz minlərlə soydaşın acı,
nisgilli, ömürlüyüdür. S.Tahirin kitablar toplusunda şairin
vətəndaşlıq, içtimai ruhlu şeirləri cəmlənmişdir. Güney
Azərbaycanın taleyindən doğan mübariz əhvallı həmin
şeirlərlə yanaşı müxtəlif mövzulu poetik parçaların da yer
aldığı kitablarda müəllifin ikili taleyindən gələn bir mövzu
əlvanlığı, sevinclə göz yaşının görüşlə ayrılığın, xoşbəxtliklə
ömürlük dərdin sıx-sıx qovuşması, bir-birini təmizləməsi və
tamamlaması var...
S.Tahir sözləri o qədər işıqlıdır ki... O
qədər işıqlı ki, bu işıqlı sözlərin hərəkəti, cazibəsi, saflığı
onun yazdığı hər şeyə haqq qazandırır. Gəlin biz də bu
cazibədən, bu saflıqdan bəhrələnərək pay alaq. S.Tahir
yaradıcılığının zirvəsinə iştirakçıların söyləyəcəyi şeirlərlə
ucalaq... Gəlin nəğməkar şairimizin şeirlərini dinləyək.
Kitabxanaçı söhbəti bitirdikdən sonra birinci iştirakçı
“Şəhriyar” adlı şeiri qiraətli bir şəkildə deməyə başlayır.
Gördüm inqilablar doğan diyarda
Sevgim ağlayırdı qəmli setarda,
Özün düşünürdün bir az kənarda,
Şəhriyar.
Tehran-Təbriz yolu tarım çəkilib,
Bu yolda mən tüfəng,
Sən tovlu bir ip,
Burda ağ şeir kimi ölçülər itib,
Şəhriyar!.....
11
Ikinci iştirakçı şairin “Savalan” adlı şeirini demək üçün
səhnəyə yaxınlaşır.
Qayalardan sallanaram,
Salxım-şüşə buz kimi,
Quzu olub daşlarını
Yalayaram duz kimi,
Sən buluddan yaşmaq tutsan
Bir nişanlı qız kimi,
Dağıdaram buludları
Qılnc kimi, gürz kimi,
Savalanım, Savalan.
Üçüncü iştirakçı isə “Azərbaycanım” şeirini deməyə
başlayır.
Mən bir inqilabam, mənim yanımda
Sən udma sözünü, Azərbaycanım!
Niyə kədərlisən, niyə susursan
De mənə düzünü, Azərbaycanım!
Təbriz öz oğlundan azadlıq umar,
Çəkilsin ömrümdən daha toy-tumar,
Bir-bir sapa keçir, sən as boynuma
Azadlıq közünü, Azərbaycanım!
Dördüncü iştirakçı şairin “Birlik” adlı şeirini deməyə
başlayır.
Birləşək! Dünyada güclər birləşib,
Qalalar birləşib, bürclər birləşib.
Birləşib dünyada dili ayrılar,
Torpağı ayrılar, eli ayrılar.
12
Alıblar dünyadan öz haqlarını,
Behişt eləyibdir torpaqlarını.
Tədbirin
sonunda
münsiflər
heyəti
qalibləri
müəyyənləşdirir. Sonra qaliblər və digər iştirakçılara
mükafat verilir.
Kitabxanada şairdən bəhs edən “Həsrətin ilk pıçıltısı
vətəndir”
başlıqlı konfrans da keçirmək olar. Konfransda
yuxarı sinif şagirdləri, oxucular, ədəbiyyat müəllimləri bir
sözlə, S. Tahir qəlminə vurğun olan hər kəs iştirak edə bilər.
Kitabxanaçı ilk öncə qonaqları salamlayır və S. Tahirin
ömür yollarından və qələmindən ağ səhifələrə yağan
əsərlərindən söhbət açır. Sonradan isə konfrans iştirakçıları
şair haqqında məruzələr edirlər. Həmçinin kitabxanada
Söhrab Tahirin yaradıcılığından bəhs edən sual-cavab gecəsi
də, təşkil etmək olar.
Kitabxanaçı: XX əsrin poetik kəhkəşanında Azərbaycan
azadlığının romantikasından şehlənmiş çiçək misralar
gecənin qaranlığında yanan ulduzlar kimi görünür. Bu
görüntüdə hər misrası Azərbaycan istiqlalı, milli mədəniyyət
mücadiləsi, haqq gerçəkliyi uğrunda mübarizədə döyüşən,
vuruşan S.Tahir poeziyasının da öz parlaqlığı var. O,
Azərbaycan azadlığı mübarizəsinə gənclik illərindən-
ömrünün ən xoş, saf, təmiz, ülvi çağlarında, dünyanın
minbir nəfsindən uzaq, qaynar həyat eşqi ilə dolu bir
zamanında atılıb. Gənclik illərinin ilk sevgisi Azərbaycanın
istiqlal mübarizəsi olub. Bu eşqin oduna böyük
Azərbaycanın-ikiyə bölünmüş Azərbaycanın o tayından bu
tayına pənahlanıb. Vətən eşqi ilə 18 yaşında yola çıxan
Söhrab Tahir 90 il mənalı və eyni zamanda enişli-yoxuşlu
ömür sürüb. 90 yaşında daha mübariz, daha ötkəm, daha
13
inadkar olub. Şairin əbədi vətən sevgisinə, bağrı qan
Vətəninə olan eşqinə əlmi yetirmək olar? Söhrab Tahirin
şeirləri uca-uca dağlar başından aşıb, nurlu dərələr boyunca
yayılıb, milyonlarla ürəklərə yol tapıb.
Əziz Vətən, doğma diyar,
Vuruşuram sinəndəki
Qan yerini silənədək.
Vuruşuram azadlığım
Başım üstə gələnədək.
Kitabxanaçı
söhbətindən sonra suallarını oxuculara
ünvanlayır.
Kitabxanaçı: Söhrab Tahir kimdir?
Oxucu: Qüdrətli şair, istedadlı yazıçı, mübariz publisist,
alovlu vətənpərvər, tanınmış içtimai xadim, Söhrab Tahir
(Azər-Azər)
dövrünün,
zəmanəsinin,
içtimai-siyasi
mühitinin yetişdirməsi olan nadir qələm ustalarındandır.
Sual: Söhrab Tahir ilk məktəblə görüşünü necə xatırlamış,
o anları necə qələmə gətirmişdir?
Cavab: Şair öz müsahibələrinin birində bu anı belə
xatırlayır: “Anam mənə bir həftə yaxalıq çanta tikdi, kitab-
dəftər aldı. Qələm və çernil qabı düzəltdi. Həftənin birinci
günü məni məktəbə apardı. Mən fars dilini bilmirdim.
Həyətimizdə Gitidən fars dilində eşitdiyim sözlərin incələyi
və deyilişi xoşuma gəlmirdi. O sözləri tez-tez deyir, Gitini
yamsılayırdım. Fars dilini bilmədiyim üçün çox sıxıntı
keçirirdim. Anam bunu hiss etmişdi. Bir gün anam mənə
dedi:
-Az fars dili, fars dili deyə narahat ol. Atanı, əmini tutduran
elə bu farslar imiş. O gündən mən Gitini dindirmədim”.
14
Sual: -Sizcə, Söhrab Tahir ədəbiyyata, poeziyaya necə
gəldi?
Cavab:-Şair ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda
Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi inqilabda atası
Əbülfəzlə birgə yaxından iştirak etmişdir. Milli hökümət
qurularkən təşkilatı şöbənin işləri S.Tahirə tapşırıldı. Şair
“Qüdrətli qoşun” adlı ilk şeirini də elə o vaxtlar yazmışdır.
Sual: Şair Bakıya nə vaxt gəldi?
Cavab:- O,1946-cı ilin aprelində Bakıya gəlmişdir. Onun
yazılarında həmin dövr belə təsvir edilirdi. “Azərbaycanda
əhalinin vəziyyəti ağır idi. Mən də xalqla birgə çətinliklərə
sinə gərdim. Bir çox quruculuq işlərində fəal iştirak etdim.
Sonralar bütün bunlar “Gəncliyim, hardasan?” poemasında
öz əksini tapdı”.
Sual: S.Tahirin qələmini həm şeirdə, həm də nəsrdə
sınamısı hansı zərurətdən irəli gəlib?
Cavab: Mən də bu cavabı şairin öz dilindən yazılan sözlərlə
cavablandırmaq
istəyirəm. “Şeir kitablarım çıxanda
düşündüm ki, bütün dərdləri şeir dili ilə demişəm.
Gördüklərimi monumental şəkildə vermək niyyəti ilə roman
və digər nəsr əsərləri yazdım. Onlar da oxucular tərəfindən
maraqla qarşılandı. “Qonşu qızın məktubları” romanım
çapdan çıxanda Lerikdən bir oxucum gəlib məni tapmışdı.
Həmin kitabı əldə etmək üçün məndən kömək istəyirdi.
Deyirdi, kəndlərinə cəmi bir kitab gəlib çıxıb, onu da qızlar
beş yerə bölüb oxuyurlar. Poemalarımda isə əsasən II Dünya
müharibəsinin qəhrəmanlarının, əmək adamlarınnn surətini
canlandırmışam”.
Kitabnxanaçı: S.Tahir gənc oxuculara daim gözəl
tövsiyyələr verirdi. Bunlardan bir neçəsini sizə çatdırmaq
15
istəyirəm. “XXI əsr texnologiya dövrüdür. Təbii ki,
texnikaya çox üstünlük verilir, oxucular zəngin şüura
malikdirlər.
Onlara bir tövsiyyəm var-Azərbaycan
ədəbiyyatını həmişə əziz tutsunlar, ona biganə olmasınlar”.
Sual: Vaxtı ilə şairə doğum günü ilə bağlı təbriklər, xoş
sözlər deyilmişdir və şairin ən böyük arzusu ilə
maraqlanmışlar. Deyə bilərsinizmi, onun ən ümdə arzusu nə
idi?
Cavab: “Torpaqlarımızı tezliklə azad edək, o yerlərdə
yenidən bayrağımız dalğalansın. Mən həmişə Azərbaycanın
istiqlaliyyətini görmək istəmişəm, bütün həyatımı ona həsr
etmişəm. Azərbaycanın istiqlaliyyəti həmişə ömrümün
amalı, həyatımın mənası olub”.
Sonda şairin şeirlərinin oxucular tərəfindən səsləndirilməsi
məqsədəuyğundur.
Xalq
Hamı xalq adından danışsın, ancaq
Xalqın inamına inamı varsa.
Dünyada ən güclü adam olacaq,
Kim onu özünə inandırarsa.
Xalq səngər kimidir, çətin işində
Hamı boğazacan onda gizlənir.
Adam var əlinə bir iş düşəndə
Xalqa minnət vurur, xalqa hirslənir.
Xalq ümid deməkdir, gələcək demək,
Ümidsiz nə varsa ondan uzaqdır.
Dünyada hər bir şey ölüb gedəcək,
Heç zaman ölməyən, dünyada xalqdır.
16
S.Tahir yaradıcılığını oxuculara tanıtmaq və şair qələmini
sevdirmək üçün kitabxanada bir neçə tədbir aparılır. Bu
tədbirlərdən biri də “Yaradan yox, yaranışdır od özü...”
başlığı ilə keçirilən kitab təhlilidir. Kitabxanaçı əvvəlcədən
məktəblərlə əlaqə saxlayaraq oxucuları kitabxanaya cəlb
edir. O, S.Tahirin “Ata” poema-epos kitabı haqqında
oxuculara məlumat verir və sözü gedən kitabı onlara təqdim
edir. Oxucular müəyyən vaxt ərzində sözü gedən kitabla
yaxından tanış olurlar və müəyyən edilmiş tarixdə tədbirdə
iştirak edirlər. Kitabxanaçı hər kəsi salamlayır və kitabın
qısa tanıtımına, eləcə də kitabın yazılma zəruriyyətini
iştirakçılara məhz kitabda yer alan “müəllifdən” bölümü ilə
(müəllifin dilindən) sözə başlayır...
“Azərbaycan ədəbiyyatında ən irihəcmli poetik əsər hesab
edilən “Ata” (poema-epos) 1991-cü ildən qələmə almağa
başlamışam. Azərbaycanın qədim şeir forması-qoşma
şəklində yazılmış bu əsər 15-bölmədən ibarətdir. Əsərin
eramızdan 9 min əvvəl Yaxın, Orta, Uzaq Şərq
genişliklərində yaşayan, yaradan, döyüşən varlığını və
ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların,
xüsusi ilə Azərbaycan xalqının eramızın əvvəlinə qədərki
həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə
edir. “Ata” sadə xalq dilində yazıldığı üçün burada demək
olar ki, fars və ərəb sözləri işlənməmişdir. Əsərdə
Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran və Ərəb
ölkələri, İngiltərə, Almaniya və s. Avropa alimlərinin tarixi
sənədlərə,
tarixi
həqiqətlərə
uyğun fikirləri əsas
götürülmüşdür. Çoxdandır ki, xarici ölkələrdə yaşayan
soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi,
qədim həyat tərzi, dili və qəhrəmanlıqları ilə maraqlanır,
17
bəziləri isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa
ciddi suallar qoyurdular. Son 20 ildə Azərbaycan xalqının
varlığı, etnogenizi ilə əlaqədar elmi kitablarla yanaşı,
şamanizm, zərdüştizim haqqında kitablar, əsatir, əfsanə,
dastan, nağıl, deyim və söyləncələr oxuyurdum. Xalqımın
qədim varlğını, adını, qəhrəmanlıqlarını göstərən sənədləri,
abidələri dağıdıb, yandırıb məhv edən düşmənlərin
qəddarlığının qanlı izlərinə düşüb, yavaş-yavaş dünyanın ən
qədim, ən nəcib, ən dəyişkən və ən ləyaqətli və sücaətli
xalqları olan türkdilli ellərin, o cümlədən xalqımızın ən
qədim tarixinin monumental mənzərələrini aydın şəkildə
görməyə başladım. Azərbaycanda istiqlal hərakatı başlarkən
bu mövzuda böyük bir əsər yazmaq imkanı reallaşdı: Bir
gün bir yas məclisində Moskavadan yenicə qayıtmış
xalqımızın ağsaqqalı, böyük rəhbəri Heydər Əliyev
xalqımızın tarixinin müxtəlif dövrlərindən söhbət açaraq
üzünü məclisdə oturan alim və yazıçılara tutub dedi: “Bu
xalqın tarixini siz yazmasanız bəs kim yazacaq?!”
Mən xalqımızın böyük oğlu Heydər Əliyevin bu
haqlı tələbinin təsiri altında “Ata” poema-eposunu yazmağa
başladım...
Bundan sonra, şagirdlər poemanın müəyyən hissələrindən
şeir parçaları söyləyirlər.
Od tanrısı dindi, göylər gurladı,
Od olmasa varlıq donar, dayanar.
Ovcunuza alın odu, qoruyun,
Od olmasa varlıq donar, dayanar.
Mən dursamda sizdən azca yuxarı,
Məndən alır dirrik axar-baxarı,
18
Bunca hamı yeyir, içir, otarır,
Od olmasa varlıq donar, dayanar.
Birdən baxıb ərənləri gördülər,
Çağırışa, haraya səs verdilər,
İtiatı ovlaqlara sürdülər,
Od olmasa varlıq donar, dayanar.
Kitabxanada şairdən bəhs edən ədəbi-bədii gecə də təşkil
etmək olar. S.Tahirin xatirəsinə həsr olunmuş “Araz
sahilində bitən tənha palıd-Söhrab Tahir” adlı ədəbi–bədii
gecəyə Azərbaycanın gorkəmli ədibləri, sənət-söz adamları,
oxucular, məktəblilər dəvət olunur. Qonaqlar şairin şəkilləri,
müxtəlif adda əsər başlıqları və şeir misraları yazılı
çərçivərələrlə bəzədilmiş zalda öz yerlərini alırlar. Şairin
kitablarından ibarət kitab sərgisi qonaqlar tərəfindən
rəğbətlə qarşılanır.
I aparıcı: Salam, dəyərli qonaqlar, S. Tahir sevərlər, şeirə
vurğun oxucular, bu gözəl şeirli, nəğməli tədbirə xoş
gəlmisiniz. Bu gün hamımız S.Tahirin 90 illik yubileyi
münasibətilə onun keçdiyi ömür yoluna işıq salmaq üçün,
şairin söz ocağına, istisinə yığışmağa, S. Tahir zirvəsindən
od götürməyə yığışmışıq. Çünki Azərbaycan torpağında S.
Tahir zirvəsi var. Bu zirvədən günəş doğur. Onun
yaradıcılığında “Nənəmin evi”, “Azərbaycan”, “30 il
zindanda”, “Qızıl cam”, “Ata”, “Səttarxan” əsərləri sanki
gur şəlalə olub qəlblərə axır.
19
II aparıcı: Şair əks-sədadır. O, həyatın bütün səslərinə,
bütün çağırışlarına cavab verməlidir. S. Tahir əsl şair idi.
Azərbaycan öz böyük oğlu üçün daim fəxr və qürur hissi
keçirir. Şair təkcə düşmənə qarşı amansız deyildir. O,
qorxaq və mühavizəkar olan bütün şəxsləri öz odlu
şeirlərinin hədəfinə qoyur.
I aparıcı: S. Tahir elə sənətkarlardandır ki, onların həyat
yolu yaradıcılıq yolu qədər, yaradıcılıq yolu isə həyat yolu
qədər maraqlı və zəngin olur. Həkim, filoloq, şair, içtimai
xadim, azadlıq təşnəsi kimi müxtəlif adlar qazanmış,
vətəndaşlıq mövqeyi və özünəməxsus poetik dünyası ilə
seçilən S. Tahir ana vətəninin ürəyində doğulmuş, diləyində
həmişə azadlıq bəsləmiş və bu yolda qılıncını ovxarlı
saxlayan qüdrətli söz ustasıdır.
II aparıcı: Azadlığı Savalanın zirvəsində görən və bu
ucalığa çatmaq üçün “dərələri xurcun kimi çiyninə aşırıb,
qayalardan atılaraq”, “quzu olub daşlarını yalayaram duz
kimi” deyə üzünü dağlara tutub söylədiyi şeirlərdəki
məqama fikir verin:
Qurban olum sənin daim uçuran yağışına, doluna.
Qurban sənin dağ yolunu səngər etmiş oğluna,
Gir qoluma, daha çıxaq böyük dünya yoluna,
Dayan, dayan. Ey əcdadım, qoy mən girim qoluna
Savalanım, Savalan!..
I aparıcı: Gözəl günlər uğrunda ömrünü odlara atan və indi
sanki yer üzünün gəzəri Savalanına çevrilən S.Tahir elə
təvazökar, mənəviyyatı zəngin bir şəxsiyyətdir ki, 90
baharlı bir arzman çinarın haqqında bəlkə də yetərincə
20
yazılmayıb. Halbuki həm şəxsiyyət kimi, həm də yaradıcılıq
ləyaqətinə
görə Söhrab Tahir yalnız Azərbaycan
ədəbiyyatının
deyil,
dünya
poeziyasının
qüdrətli
nümayəndələrindəndir.
II aparıcı: Onun haqqında yazılmış tədqiqatların birində
deyilir ki, S.Tahir yaradıcılığı xalqın mənəvi, ədəbi ruhi
birliyini yaradan ən güclü qüvvələrdən, aramızdakı ən
möhtəşəm körpülərdən biridir. S. Tahir Cənubi Azərbaycan
da milli azadlıq yolunda çarpışan, mübarizə aparan hürriyyət
aşiqidir. Lakin bir çox cənublu soydaşlarımız kimi onun da
taleyi dövrün, zamanın haqsızlıqlarına tuş gəlmişdir.
Apardığı haqq işinin bəxş etdiyi “ərməğan” bu oldu ki,
döğulduğu yurddan, anasından, əzizlərindən uşaqlığının
minbir xatirəsini yaşadan yerlərdən ayrı düşdü. Şehli
gəncliyindən bu günə-Savalanmış ömrünə kimi, özü
demişkən, iki həyat yaşadı.
I aparıcı: Mənim qollarımı iynə-sap edin
Tikin Astaranı biri-birinə.
Çayları, yolları iynə-sap edin
Tikin Culfaları biri-birinə.
Söhrab Tahir şeirləri Azərbaycan poeziyasında bir mənəvi
səngər qurdu. Bu səngərdə döyüşənlərin birinci vəzifəsi
ürəklərdə, beyinlərdə hürriyyət adlanan bir səadətin
məhəbbət toxumunu səpmək idi. Qəlbinin diktəsi ilə
qələmini məhz bu istiqamətə yönəldib poeziyamızın
sükanını məharətlə azadlığa, bu yolda çarpışmalara
yönəldən S.Tahir bütün bu illər ərzində öz istəyinə bir
bəndlik də olsa, xəyanət etmədi.
II aparıcı: Bəzən poeziyamızın dünəninə boylananda
fikirləşirsən ki, yazarlarımız od püskürən misraları, insanın
21
ruhunu azadlığa-bəxtiyarlığa çəkən nidaları yazmasa idilər,
bəlkə də poeziyamız sakit görünərdi, lal görünərdi. Indi
həmin şeirləri oxuduqca, qürurlandığımız ideyaların,
arzuların əzəməti və dəyəri önündə baş əyməli oluruq.
Gününü qələmsiz, yazı masasız keçirməyən S. Tahir çağdaş
qələm sahiblərindən-bəlkə də, ən məhsuldarlarından biri idi.
II aparıcı: Dünyada bütün itkilərə dözmək, ağır dərdlərə
sinə
gərmək ,
tənha
yaşamaq mümkündür. Ancaq
vətənsizlik, doğulduğun yerdən ayrı düşmək ölümdən də
betərdir. S.Tahir bu ağır yükü, bu ikiyə bölünmüş vətən
dərdini ömür boyu çiyinlərində və ən əsası da qəlbində
daşıdı. S.Tahir min səadətin içində belə vətən sarıdan
nisgillidir. İkiyə bölünmək, vətən həsrəti qəlbindən süzülüb
yazılarına töküldü.
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmürəm daha...
I aparıcı: Mənalı ömür yolu, dəyərli yaradıcılığı ilə həm
qələm dostlarının, həm də oxucuların dərin sevgisini
qazanmış Söhrab Tahir min səadətin içində belə vətən
sarıdan nisgillidir, ən bəxtəvər çağında da kövrəkdir, bir
həzin himə bənddir:
Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın
Öləndən sonra da birlik harayım.
II aparıcı: Şairin Vətən məhəbbətini əks etdirən “Ərdəbil”,
“Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s.
şeirlərində yurd sevgisinin yaratdığı bir sıra məqamları
görür, müəllifin vətəndaşlıq hislərinin qədərsizliyinə,
22
əbədiliyinə şahid olursan. Şeirlərindən çəkdiyimiz ayrı-ayrı
ləçəklərdəki fikir duyumu çox düşündürücüdür.
Xalqım, sənin üzərinə
Qanlı qılınc sıyıranlar,
Bir milləti parçalayıb
Neçə yerə ayıranlar,
Səni təhqir edə-edə
Bu dünyada ucaldımı
Bu təhqirlə sənin, xalqım,
Böyüklüyün azaldımı.
I aparıcı: Hərdən mənə elə gəlir ki, S.Tahir ulu Savalandan
qopan bir qaya parçasıdır. Varlığında bütöv məmləkətimizin
ağrı-acılarını gəzdirməkdən sərtləşib. Müəllifin ürək qanı ilə
yazdığı şeirləri hərdən bayraq kimi başımızın üstündə
dalğalandırmağa bir ehtiyac duyursan. Özünü “ayrılığın
qanlı misrası”, “iki ölkənin vətəndaşı” sayan və bu minvalla
iki taleyi bir ürəkdə birləşdirmək üçün gənclikdən ömrün
qışına yol gələn S.Tahir üzünü Araz boyu tutaraq demişdir:
Araz şah misramdır, Təbriz poemam,
Tale kitabımı oxu bu yerdə.
Biz ki, bu torpaqdan, bir taledəndik,
Daha nə gərəkdir sorğu bu yerdə.
II aparıcı: Oxucularına həmişə deməyə sözü olan,
şeirlərini gözəllikdən, oddan yoğuran, köhnə şeirimizdə təzə
üsyan başlayan, “mənə iki tayda bir qəbir tikin” vəsiyyətini
yazan, yalançı vədlərdən uzaq ağır taxtalı yaradıcılığı,
bəyazlaşmış saçları ilə 90 bahar yaşadı. Arazla baş-başa
23
dayanan qüdrətli söz sərrafının yaradıcılıq nəhri çox sellərin
yönünü dəyişdi, qurumuş könüllərə yeni həyat gətirdi.
I aparıcı: Sözlə əməl bir olanda, o sözün və əməlin sahibi
sevilir, şəxsiyyəti dəyərləndirilir, yazdıqları məlhəm, tutiya
kimi cana can, ruha qanad verir, Söhrab Tahir kimi.
..
S.Tahir
bir əsrə yaxın, 90 il qələmi ilə xalqa xidmət göstərdi.
Dərdləri ilə gəldi dünyaya, həsrəti ilə də getdi bu dünyadan.
Bitməyən vətən sevdası ilə. Bəlkə də bu dərdlər idi onu şair
edən. Güney dərdi, Araz ağrısı, doğma yurd nisgili ilə şair
oldu S.Tahir. Ölümünün sonunacan qələmə sarınan şair
ölümü ilə ölümsüzlük gətirdi, ədəbi yaşayacağını bildiyi
üçün. Xalq şairi Söhrab Tahirin əziz xatirəsi onun
tanıyanların qəlbində həmişə yaşayacaqdır. Yerin uçmaq,
məkanın cənnət olsun şair!..
Xalq şairi Söhrab Tahirin əziz Xatirəsi onun tanıyanların,
sevənlərin qəlbində həmişə yaşayacaqdır.
Kişi inadıyla yaşadın ömrü,
Qız-gəlin misallı ismətin oldu.
Qorxardın çöpü də iki bölməyə,
İkiyə bölünmək qismətin oldu.
Sərvaz Hüseynoğlu
.
24
ƏSƏRLƏRİ
Latın qrafikası ilə
Seçilmiş əsərləri : poeziya. - Bakı : Şərq-Qərb, 2005. - 271
s. ; 21 sm. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli
Sərəncamı ilə nəşr olunub. -
Çağdaş Cənubi Azərbaycan şeirinin bayraqlarından biri olan
Söhrab Tahir dünyanın döyüşkən, inqilabi poeziyasının,
ömrü mühacirətdə keçmiş qüdrətli nümayəndələri sırasında
dayanır. Söhrab Tahirin seçilmiş əsərlərindən ibarət olan bu
topluda şairin vətəndaşlıq ruhlu, ictimai ruhlu şeirləri
cəmlənmişdir.
Ata : poema-epos. V cild. II kitab. - Bakı : Şirvannəşr, 2009.
- 372 s.
Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab
edilən "Ata" poema-eposu qoşma şəklində yazılmış və 15
bölmədən ibarətdir. Əsər sadə xalq danışıq dilində
olduğundan ərəb və fars sözlərindən istifadə edilməmişdir.
Ata : poema-epos. VI cild. III kitab. - Bakı : Şirvannəşr,
2009. - 560 s.
Bu poetik əsər qoşma şəklində yazılmış, 15 bölmədən
ibarətdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya,
İran, Ərəb ölkələri, İngiltərə, Almaniya və s. Avropa
alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri
əsas götürülmüşdür.
25
Kiril qrafikası ilə
Döyüş lövhələri : şeirlər və poemalar. - Bakı : Yazıçı, 1980.
- 142, [1] s.
Əmanət : povestlər. - Bakı : Gənclik, 1991. - 424 s.
Qırılan zəncirlər : şeirlər və poemalar. - Bakı : Azərnəşr,
1965. - 200 s
Qonşu qızın məktubları. İki dəfə yox olmuş adam :
Romanlar. - Bakı : Yazıçı, 1988. - 383 s.
Qonşu qızın məktubları : povest və roman. - Bakı :
Gənclik, 1985. - 272, [1] s.
Mən səni görmüşəm : şeirlər və poemalar. - Bakı : Gənclik,
1967. - 119 s.
Mənim yolum : şeirlər və poemalar. - Bakı : Gənclik, 1975.
- 126 s.
Ölümdən güclü, həyatdan uca : hekayələr. - Bakı :
Gənclik, 1981. - 172 s.
Vətənlə sevgi arasında : şeirlər və poemalar. - Bakı :
Yazıçı, 1986. - 342 s.
KİTABLARDA
Ana hökmdar : iki pərdəli yeddi şəkilli mənzum dram //
Azərbaycan dramaturgiyası antologiyası. C.5. - B. : Şərq-
Qərb, 2007. - S. 240-300.
Cəlil Məmmədquluzadə : şeir // Seçilmiş əsərləri. - B. :
Şərq-Qərb, 2005. - S. 250-251.
Tikanlı sim ; Torpaq həsrəti ; Son nəğmə ; Təbriz - Tehran
yolunda və b. : hekayələr // XIX-XX əsr Azərbaycan
Ədəbiyyatı (Nəsr). - B. : Nurlar, 2012. - S. 645-657. -
Hekayələrin əvvəlində müəllifin həyat və yaradıcılığı
haqqında qısa məumat verilmişdir.
26
DÖVRİ MƏTBUATDA
Araz sahilində bitən tənha palıd : [xalq şairi, "21 Azər"
hərəkatının iştirakçısı Söhrab Tahir Azər Azərlə söhbət /
söhbətləşdi Ə. Bayramov] // Respublika. - 2014. - 24
dekabr. - № 282. - S. 7.
Dünya özünə qalib gələnlərindir : [xalq şairi Söhrab Tahir
ilə müsahibə / söhbətləşdir S. Hüseynoğlu] // Ədəbiyyat
qəzeti. - 2014. - 13 iyun. - № 22. - S. 8-9.
Fədai kimi : Sabir Nəbioğlu - 85 // Ədəbiyyat qəzeti. -
2011. - 16 dekabr. - № 46. - S. 5.
Getdi : şeir // Mədəni həyat. - 2012. - № 10. - S. 94.
Həm doğmayam, həm qərib : [Söhrab Tahirlə söhbət /
yazdı Z. Fərəcova ] // El. - 2008. - № 6 . - S. 16-25.
İnsanlıq rütbəsini vəzifədən üstün tutan adam : Həsən
Cabbarzadə - 95 // Xalq qəzeti. - 2014. - 5 noyabr. - № 241.
- S. 6.
Köhnəlib : şeir // Füyuzat. - 2015. - № 5. - S. 42-43.
Məni ötənlərə çəkmə bu qədər : [xalq şairi Söhrab Tahirlə
söhbət / yazdı Sərvaz] // Ədəbiyyat qəzeti. - 2011. - 27
may. - № 19. - S. 5.
Namərd əldən dən göyərməz : Fəxri Müslüm - 60 //
Ədəbiyyat qəzeti. - 2008. - 30 may. - S. 4.
85 il ayrılıq ; Qucaqlayanda ; Gəldim və b. şeirlər //
Ədəbiyyat qəzeti. - 2015. - 16 may. - № 30/31. - S. 2.
HAQQINDA
KİTABLARDA
Şükürova E. Bu dünyada bir şair yaşayır – Söhrab
Tahir adında // Sözə sevdalılar : ədəbi düşüncələr. I kitab.
- Bakı : Nərgiz, 2011. – S.603-605.
27
DÖVRİ MƏTBUATDA
Arzumanlı V. Bölünmüş vətənin bütövlük rəmzi : Söhrab
Tahir - 80 // Ədəbiyyat qəzeti. - 2006. - 2 iyun. - S.4.
Arzumanlı V. Qəlbi cavan, ömrü dastan Söhrab Tahir : S.
Tahirin-80 yaşı // Azərbaycan. - 2006. - №5. - S.190-192.
Əsədova İ. Azərbaycanın istiqlaliyyəti ömrümün amalı olub
: Söhrab Tahir-85 // Mədəniyyət. - 2011. - № 38.
Gülayə. Boş qalan yerlərdən gözlərim qorxub : Söhrab
Tahir yaradıcılığı haqqında // Kaspi. - 2014. - 11-13
oktyabr. - № 166. - S. 24.
Hüseynoğlu S. Heç vaxt vətən eşqin ikiləşmədi : xalq şairi
Söhrab Tahirə : şeir // Ədəbiyyat qəzeti. - 2016. - 9 aprel. -
№ 13. - S. 27.
Xəlilzadə F. Arazla baş-başa dayanan poeziya : Söhrab
Tahir - 80 // Azərbaycan. - 2006. - 27 may. - S.7.
Xəlilzadə F. Yer üzünün gəzəri Savalan : Söhrab Tahir //
Kaspi. - 2014. - 24 may. - № 89. - S. 17.
Söhrab Tahir - 85 / Azərbaycan Yazıçılar Birliyi //
Ədəbiyyat qəzeti. - 2011. - 27 may. - № 19. - S. 5.
Söhrab Tahiri : [nekroloq] // Azərbaycan : qəzet. - 2016. -
5 may. - № 96. - S. 9.
Ülvi A. Həsrətinin ilk pıçıltısı Vətəndir... : Söhrab Tahir -
80 // Xalq qəzeti. - 2006. - 17 may. - S.7.
Yusifli V. Söhrab əmi... : Azərbaycanın xalq şairi Söhrab
Tahir haqqında // Ədəbiyyat qəzeti. - 2015. - 14 mart. - №
16/17. - S. 13.
28
Söhrab Tahirin 90 illik yubileyi münasibəti ilə hazırlanmış
metodik vəsait
Kompyuter yığımı
və dizayn: Aynurə Əliyeva
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır:
Tirajı:
Pulsuz
Dostları ilə paylaş: |