FƏLSƏFƏ, ONUN PREDMETİ VƏ CƏMİYYƏTİN MƏNƏVİ
İNKİŞAFINDA
ROLU
P L A N
1.
Fəlsəfənin predmeti və
elmlər sistemində yeri
2.
Fəlsəfənin qaynaqları: mifologiya və din
3.
Fəlsəfi dünyagörüşü və onun xüsusiyyətləri
4.
Dünyagörüşünün mahiyyəti, stukturu və formaları
5.
Fəlsəfənin əsas məsələsi və
onun iki tərəfi
6.
Fəlsəfənin funksiyaları
1.
Elmlərin ən qədimlərindən biri, insan biliyinin ən mürəkkəb və çətin sahəsi
olan fəlsəfə ən qədim sahələrindən biridir. Əvvələr o,
«elmlər elmi»
adlandırılmış,
empirik və nəzəri biliyin müxtəlif sahələrini ehtiva etmişdir. Mükəmməl
dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə
dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir.
Dünyanın mahiyyətini, həyatın mənasını məntiqi cəhətdən səmərəli yolla anlamaq
tələbatından doğan elm, təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə –
Misirdə,
Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, e.ə. VII–VI əsrlərdə
Antik Yunanıstanda klassik forma kəsb etmişdir.
İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri
Pifaqo
r (e.ə.YI əsr) işlətmiş və
özünü
filosof
adlandırmışdır.
«Fəlsəfə»
etimoloji baxımdan yunanca
«phileo» –
«sevirəm»
və
«sopia» - «hikmət»
sözlərinin birləşməsindən əmələ gəlib, mə'nası
isə
«hikməti sevmək»
deməkdir..
Göründüyü kimi, hikmət sözü fəlsəfənin
mə'nasını anlamağın açarını verir. Görkəmli Azərbaycan filosofu və alimi
Nəsrəddin Tusi
məşhur «Əxlaqi – Nasiri» əsərində hikmətin mə'nasını belə izah
edir: «Mə'rifət sahibləri arasında hər şeyi olduğu kimi
yerinə yetirməyə hikmət
deyilir; bunun nəticəsində insanın mə'nəviyyatı mümkün qədər təkmilləşməli, arzu
edilən səviyyəyə yüksəlməlidir».
Hikməti sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adatən, müdrik
adlandırılıblar. Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Qədim
yunanların müdriklik ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.
Mudriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda
natiqliyi,
siyasəti, idarəçiliyi, riyaziyyati və s. kamil bilən, onları başqalarına
oyrədən müəllimlərə sofistlər (sofos - müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti
sevmək, kamilliyə catmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu
səbəbdən də onlar diqqəti təbiətdən, kosmosdan
insana doğru yönəltmiş, insanı
«hər şeyin me'yarı» hesab etmiş, onun həyatını, əməli və idraki fəaliyyətini
öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk müdrikləri – qədim mağlar da bu
cəhətdən fərqləniblər.
Qədim Şərqdə müdriklərə heç də yunanlar kimi filosof deyilmirdi. Məsələn,
Çində fələsəfənin tarixi çox qədim olsa da, həmin istilahın özü burada XIX əsrdən
geniş yayılmağa başlamışdır. Yaxud, «Avesta»da «filosof» yox, «müdrik
adamlar», «müdrikliyə çatdıran» sözlərinə daha çox rast gəlmək olur.
Ən qədim fəlsəfə tarixinin müəllifi Diogen Layırtli «Məşhur filosofların
həyatı, tə'limləri və deyimləri haqqında» əsərində İran mağlarının insan, cəmiyyət,
ədalət, xeyirxaxlıq haqqında fikirlərinin yunan filosflarına böyük tə'sir göstərdiyini
qeyd etmişdir. Deyilənlərdən belə bir
nəticə gəlməyə əsas verir ki, fəlsəfənin
mənşəyi indiyədək iddia edildiyi kimi Antik Yunanıstanda deyil, qədim Şərqlə
bağlıdır. Ümümdünya tarixi prosesi idealizm mövqeyindən izah edən Hegel
bildirmişdir ki, mütləq ruh Şərqdən
Qərbə doğru hərəkət etmiş, onun qədəm
qoyduğu cəmiyyət çiçəklənmişdir.
Fəlsəfənin təməlində müdriklik dursa da, ənənəvi müdriklə filosofluq eyni
deyildir. Tarixən müdirlik qədimdir. İki min beş yüz illik
fəlsəfə tarixində çoxlu
məktəblərin, istiqamət və cərəyanların yaranması təsadüfi deyildir. Dünya fəlsəfi
mədəniyyəti bu yolla formalaşıb inkişaf etmişdir.