TəNZİMLƏNMƏSİNİn nəZƏRİ Əsaslari



Yüklə 70,96 Kb.
səhifə1/5
tarix20.10.2022
ölçüsü70,96 Kb.
#65675
  1   2   3   4   5
Mövzu 1 İqt tənzim


Mövzu 1. İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİNİN NƏZƏRİ ƏSASLARI

    1. İqtisadiyyatın tənzimlənməsinin əsas xüsusiyyətləri
    2. Merkantilizm cərəyanı


    3. Neoklassik (neoliberal) cərəyan



    1. İqtisadiyyatın tənzimlənməsinin əsas xüsusiyyətləri


Cəmiyyətin ictimai-siyasi və iqtisadi inkişafının təhlili belə qənaətə gəlməyə əsas verir ki, bəşər sivilizasiyasının ən mühüm nailiyyətlərindən biri bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulmasıdır.


Bazar iqtisadiyyatı min illər boyu inkişaf yolu keçmiş və bu gün bəsit formadan müasir yüksək inkişaf mərhələsinə çatmışdır. O, cəmiyyətin inkişafının bütün dövrlərində həmişə ictimai əmək bölgüsünün və əmtəə mübadiləsinin formalaşması ilə üzvi şəkildə bağlı olmuşdur.
Məlumdur ki, bazar münasibətləri iqtisadiyyatda müxtəlif mülkiyyət formalarının yaranması, onun subyektlərinin xüsusiləşdirilməsi ilə birbaşa bağlıdır. Bazar münasibətlərinin subyektlərinə dövlət, müəssisələr ev təsərrüfatları daxil olmaqla, hər üç subyekt istehsal istehlak funksiyalarını yerinə yetirir.
Dövlət iqtisadiyyatda istehsal və istehlak funksiyalarından əlavə tənzimlənmə funksiyasını da yerinə yetirməklə cəmiyyətin siyasi və iqtisadi həyatında aparıcı rola və mövqeyə malik olur. O, ictimai sistemin ağırlıq mərkəzini özündə birləşdirməklə hakimiyyət sistemini təmərküzləşdirir və ölkədə mövcud olan çoxsaylı qeyri-dövlət institutlarının fəaliyyətinə müvafiq təsir göstərir. Dövlət həmçinin cəmiyyətin ictimai-siyasi fəaliyyət prinsiplərini müəyyənləşdirir.
Dövlətin yaranması və formalaşması tarixi bir proses olduğundan o həmdə cəmiyyətin inkişafının əsas amili olan ictimai tərəqqinin nəticəsi kimi də dəyərləndirilməlidir.
Məlumdur ki, bazar mexanizmi özlüyündə iqtisadi inkişafın bütün problemlərini həll etmək iqtidarında olmur. Azad rəqabət şəraitində məhsuldar qüvvələrin xeyli hissəsi xüsusi mülkiyyətə əsaslanan təsərrüfatçılıq sistemində fəaliyyət göstərsə də, dövlət iqtisadiyyatın təbii inhisara malik strukturlarının saxlanmasını öz üzərinə götürür.
Bazar münasibətlərinin formalaşması əsasında iqtisadiyyatda ümumi tarazlığa nail olunması problemi iqtisadçıları həmişə düşündürmüşdür. Bu problemə ilk münasibət bildirən klassik iqtisadçı A. Smit olmuşdur. A. Smit təlimi iqtisadi proseslərə dövlət müdaxiləsini məqsədəuyğun saymır və qeyd edirdi ki, mənfəət götürməyə yönəldilən fərdi fəaliyyət son nəticədə hərc- mərcliyə deyil, bazar ünsürləri vasitəsilə cəmiyyətdə qayda-qanun yaradılmasına səbəb olur və fərdi mənafe “görünməyən əl” vasitəsilə ictimai mənafeyə uyğunlaşdırılır.
Sonralar A. Smit təliminin müddəaları əsasında L. Valras, E. Ben-Baverq, F. Vizer, U. Cevons, A. Marşall da belə hesab edirdilər ki, dövlət istehsalın həcminin və məşğulluğun səviyyəsinin tənzimlənməsinə qarışmamalıdır. Adları çəkilən nəzəriyyəçilərin fikrincə, tənzimlənmənin dövlət siyasəti yalnız qiymətlərin səviyyəsini əhatə edə bilər.
İqtisadiyyatın bazar vasitəsilə tənzimlənməsini təbliğ edən alimlərdən monetar konsepsiyanın müəllifləri sayılan M. Fridmen və F. Hayekə görə isə iqtisadiyyatın dövlət idarəetmə sistemi əslində bürokratiyadır və bu, bir çox hallarda iqtisadiyyatda qeyri-sabitliyə gətirib çıxarır.
XX əsrdə inkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərdi ki, dövlət qeyd olunan problemlərin həllinə vaxtında və kifayət qədər ardıcıl müdaxilə etmədikdə azad bazar sistemi böhranlı vəziyyətlə qarşılaşır. Məhz bu baxımdan bazar iqtisadiyyatının klassik istiqamətlərinin əksər müddəalarının səmərəsizliyi “böyük durğunluq” illərində (1929-1933), hazırda isə 2008-ci ildən başlayan maliyyə - iqtisadi böhrandan sonra özünü kəskin sürətdə göstərmişdir.
Bazar iqtisadiyyatı əsasında inkişaf etmiş ölkələrdə dövlətin makrotənzimlənmə funksiyası əsasən iki metodoloji istiqamətdə həyata keçirilir:

  • bazar iqtisadiyyatında Keyns məktəbi (təsərrüfat mexanizminin dövlət tənzimlənməsi nəzəriyyəsi);

  • cəmiyyətin təsərrüfat həyatına dövlətin müdaxilə etməməsi nəzəriyyəsi.

Məhz bu zərurətdən, daha doğrusu, ötən əsrin 30-cu illərinin sosial-iqtisadi reallıqlarından meydana çıxan C. Keyns nəzəriyyəsində ilk dəfə olaraq bazar iqtisadiyyatı şəraitində cəmiyyətin iqtisadi həyatına dövlət müdaxiləsinin konseptual əsasları işlənib hazırlandı. C. Keynsin 1936-cı ildə çapdan çıxmış «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» əsərində klassik və neoklassik nəzəriyyələrdən əsaslı sürətdə fərqli irəli sürüdü. O qeyd edirdi ki, dövlət tələbin səviyyəsinə təsir etməklə bütövlükdə iqtisadiyyatı tənzimləyə bilər.
İqtisadiyyatın tənzimlənməsinin Keyns modeli tələbin idarə olunmasında dövlət tənzimlənməsi ilə bazar mexanizminin vəhdətinə əsaslanır. Bu nəzəriyyəyə görə, dövlətin iqtisadiyyata müdaxiləsində məqsəd böhran hallarını aradan qaldırmaq, maksimum məşğulluq və iqtisadi artımı təmin etməkdən ibarətdir.

Yüklə 70,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin