GİZLİ elmlər elmi-lədun



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix21.07.2020
ölçüsü2,38 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
 
 
 
 
 
 
PAŞA YAQUB 
 
GİZLİ 
ELMLƏR 
 
Elmi-lədun 
 
 
Paşa Yaqub 
 


G İ Z L İ   E L M L Ə R  
 
3
 
 
 
 
 
 
 
 
 
PAŞA YAQUB 
 
GİZLİ 
ELMLƏR 
 
Elmi-lədun 
 
 
Bakı–2020 
 
 
 
Paşa Yaqub 
 

 
 
 
 
 
 
 
Redaktoru:  
Nazim Tapdıqoğlu  
tarixçi, tədqiqatçı,  
“Qızıl Qələm” mükafatı laureatı 
  
  
 
 
Paşa Yaqub: “Gizli elmlər” 
Bakı, “Zərdabi Nəşr” MMC, 2020, 216 səh. 
 
 
Əziz oxucu! Qarşınızdakı “Gizli elmlər” kitabı doktor Paşa 
Yaqubun sayca 34-cü kitabıdır. Burada müəllif kimya, fizika, anatomi-
ya, biologiya, tibb, astronomiya, daktiloskopiya, kibernetika və 
informatika elmlərinin bugünədək gizli qalan məqamlarını araşdır, 
onların həyatımıza təsirindən söhbət açır. Kitabda həmçinin, son 
dövrlər baş verən müəmmalı  təyyarə, qatar və enerji qəzalarının 
Günəş  və Ay tutulmaları ilə  əlaqəsini sübut edən hesablamalar və 
cədvəllər təqdim olunur. 
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 
 
 
Й   
2020
0103
11
4605120494


  Грифли няшр 
 
© “Zərdabi Nəşr” MMC, 2020
 

G İ Z L İ   E L M L Ə R  
 
5
 
 
 
UĞURUN SİRRİ 
 
on  illərdə  maraqlı  kitabları  ilə  oxucularının 
böyük  hörmətini  qazanan  Paşa  Yaqub  təzəcə 
yazıb tamamladığı “Gizli elmlər” kitabı ilə yenidən on-
ların  görüşünə  gəlir.  Kitabda  müəllifin  fizika,  kimya, 
biologiya,  kibernetika  və  informatika,  daktiloskopiya 
elmlərinin bəzi sirləri və onların insan ömrü ilə əlaqələ-
ri, eləcə də bu elm sahələrinin insan həyatında rolu ilə 
bağlı maraqlı fikirləri, araşdırmaları, izahları öz əksini 
tapmışdır. Son dövrlər baş verən bəzi müəmmalı nəq-
liyyat (təyyarə, qatar və s) qəzaları və onların səbəbləri, 
eləcə də bu qəzaların Günəş və Ay tutulmaları ilə bağ-
lılığı, bütün bunların müqəddəs “Quran”la izahlı təfsiri 
oxucuda böyük maraq doğurur. 
Geniş oxucu auditoriyasına ünvanlanan bu maraqlı 
kitabda  Kainatın  (Kainat  fizikanın  qanunları  ilə  idarə 
olunur)  gizli  qalan  bəzi  sirləri  araşdırılır,  riyazi  yolla 
astronomik  hadisələrə  (Günəş  və  Ay  tululmalarına) 
bağlanan bir sıra təyyarə və enerji qəzalarının səbəbləri 
(pərdəarxası  məqamları)  açıqlanır  və  həm  də  bütün 
bunlar müəyyən cədvəllərə, “Quran”a söykənən düstur-
lara  əsaslanaraq,  məktəblərdə  tədris  olunmayan  batini 
(“daxili”,  “iç”  -  ərəbcə)  elm  hesab  edilən  Elmi-lədu-
nun  işığı  ilə  izahlandırılır.  Bu  izahlarda  yüksək  elmə, 

Paşa Yaqub 
 

biliyə,  qabiliyyətə  sahib  olan  bəzi  peyğəmbərlərdən, 
müxtəlif kəramət sahiblərindən sitatlar gətirilir. Kitab-
da əxlaq, düzlük, məhəbbət və s. haqqında da maraqlı, 
müdrik, tərbiyəvi fikirlər vardır. 
ildiyimiz  kimi,  Paşa  Yaqub  həm  də  tibb  el-
mində uğur qazanmış həkimdir. O, elmi-lədun 
yolu  ilə  kəşf  etdiyi  sirləri  tibb  elminə  tətbiq  edərək, 
özünəməxsus müalicə metodu yaratmışdır. Bu müalicə 
metodu ilə hətta, tibb elminin sağalmaz hesab etdiyi bir 
çox xəstəlikləri də sağaldaraq, illərlə Azərbaycanda və 
xaricdəki  klinikalarda  dərdinə  çarə  axtaran  insanlara 
şəfa  verərək,  onları  sevindirməkdədir.  Kitabın  “Təba-
bətin  sirləri”  bölümündə  müəllif  bir  çox  xəstəliklərin 
sirlərindən  və  onların  müalicə  yollarından  bəhs  edir. 
Bu  fəsli  oxuduqca,  Mendeleyevin  ölümündən  sonra 
Elementlərin  Dövrü  Sisteminin  saxtalaşdırılması,  cəd-
vəldən  çıxarılan  elementdə  hansı  sirlərin  gizlənməsi 
oxucuya məlum olur. Bu saxtalaşdırmanın kimya, bio-
logiya  elminə  vurduğu  zərbənin  nəticəsidir  ki,  bu  gün 
tibb elmində bir çox xəstəliklər müalicəsiz hesab edilir. 
Kitabı oxuduqca məlum olur ki, Paşa həkimin yaratdığı 
müalicə  metodu  həmin  cədvəldən  çıxarılan  elementin 
sirlərinə  əsaslanır. Hansı  ki,  bir  zamanlar  böyük Alim 
və ixtiraçı Nikola Tesla bu sirləri bilməklə daimi işlə-
yən mühərriki yaratmış və enerjinin naqilsiz ötürülmə-
sini kəşf etmişdi. 
Müəllifə məxsus olan maraqlı araşdırmalar, izahlar 
oxunaqlı bir dillə oxucuya çatdırılır və əlbəttə, müəlli-
B

G İ Z L İ   E L M L Ə R  
 
7
fin özünün də qeyd etdiyi kimi, aqillərin “kəşf”, cahil-
lərin isə, “fantaziya” adlandıracağı bu tipli maraqlı ya-
zıları, fikirləri kitabları gələcəkdə də davam etdirməyə 
dəyər. Mən hörmətli qələm dostum Paşa Yaquba həyat-
da  möhkəm  can  sağlığı,  elmi-ədəbi  yaradıcılığında  və 
həkimlik  fəaliyyətində  uğurlar  arzulayıram.  Arzu  edi-
rəm  ki,  maraqlı  araşdırmaları  ilə  böyük  rəğbət  qazan-
mış  Paşa  Yaqub  bundan  sonra  da  bu  tipli  kitabları  ilə 
sevimli oxucularını tez-tez sevindirsin. 
 
Hörmətlə: Nazim Tapdıqoğlu, 
tarixçi, tədqiqatçı, publisist, şair, 
“Qızıl Qələm” mükafatı laureatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Paşa Yaqub 
 

 
 
ELMİ-LƏDUN NƏDİR? 
 
lm zahiri və batini olmaqla, iki qurupa bölünür. 
Zahiri  elmlər  məktəbdə  müəllimdən  və  kitab-
dan  öyrənildiyi  halda,  batini  elm  əksinə,  müəllimdən 
öyrənilməz. Buna elmi-lədun deyilir. 
Lədun sözü ərəbcə “dərin qat” mənasını verməklə, 
elmin dərin qatlarına işarə anlamını verir. Bu, tək zəh-
mətlə  (oxumaqla)  əldə  edilə  bilməyən,  həm  də  qəlbə 
gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə 
peyğəmbərlər  və  digər  kəramət  sahibləri  bu  cür  elmə 
malik  olublar  və  sirlər  üzərindən  pərdələri  məhz  bu 
elmlə qaldırıblar. 
Deyleminin  rəvayət  etdiyi  bir  hədisi-şərifdə:  “El-
mi-lədun Allah-taalanın sirlərindən olan bir sirdir. 
Onun hökmlərindən olan bir hökmdür. Dilədiyi qulu-
nun qəlbinə salar” – deyə buyurulmuşdur. 
“Sülük-ül-Uləma”  adlı  əsərdə  keçən  bir  hədisi-şə-
rifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq məri-
fətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xə-
bər verdikləri zaman mərifətullaha sahib olmayanlar-
dan başqası onları inkar etməz” – buyrulmuşdur. 
Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və 
ilhamla hasil olur. Müəllimdən öyrənilməz” – demişdir. 
Elmi-ladun  barəsində  “Quran”uın  bir  ayəsində  belə 
buyrulur: 
E

G İ Z L İ   E L M L Ə R  
 
9
“Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz 
üçün bir elm sahibi idi. Lakin insanların  əksəriyyəti 
(Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm 
öyrətməsini) bilməz!” Quran, 12:68 
Əziz oxucu! Əlinizdəki bu kitabda Kainatın bir çox 
sirləri araşdırılır və elmi-lədun yolu ilə izah edilir. Bir 
vacib  məqamı  da  diqqətinizə  çatdırım  ki,  kitabdakı 
bütün araşdırmalar müəllifə məxsusdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Paşa Yaqub 
 
10 
 
 
FİZİKANIN 
SİRLƏRİ 
 
Elmi-lədun işığında 
 
 
 
 
 
 
 

G İ Z L İ   E L M L Ə R  
 
11
 
 
İNSANDA PARALEL ALƏMƏ ÇIXIŞ 
NÖQTƏLƏRİ VAR 
Onları birləşdirəndə barmaqlar «www» 
formasını alır 
 
u gün insanların əksəriyyəti xarici informasiya 
məkanına  (mənbəyinə)  çıxmaq  üçün  internet 
xidmətindən  istifadə  edir.  Sual  yaranır:  insanın  surəti 
olaraq  yaradılan  kompyuterdə  xarici  informasiya  alə-
minə (internetə) çıxış varsa, bəs əslində (insanda) niyə 
olmasın?  Və  bir  sual  da  yaranır:  Əslində  olmayan  bir 
şey  surətə  düşə  bilərmi?  Xeyr!  Elə  isə  kompyuterdə 
sıxdığımız  www  nöqtəsini  insanda  axtarmaq  lazım 
deyilmi? 
Fikrimizi aydınlaşdırmaq üçün, diqqətinizi çoxları-
mızın bildiyi, amma, dərinliyinə varmadığımız bir fak-
ta  yönəltmək  istəyirəm.  Kamil  insan  olan  Həzrət  Mə-
həmməd əleyhissalamın həyatı ilə tanış olanlar belə bir 
epizodu xatırlayırlar ki, ilk vəhyi gətirən Həzrət Cəbra-
yıl  üç  dəfə  “Oxu”  dedi  və  hər  dəfə  eyni  cavabı  aldı: 
“Oxuya bilmirəm”. Sonra isə Mələk Peyğəmbəri sıxdı 
və  Peyğəmbər  oxumağa  başladı.  Maraqlı  deyilmi? 
Anatomik və bioloji cəhətdən bizdən heç nə ilə fərqlən-
məyən əcdadımızı sıxdıqdan sonra indiyədək tanımadı-
ğı bir əlifbanı oxuyur. Bəs bu hal indi niyə mümkün ol-
masın? Bəlkə mümkündür, biz bilmirik? 

Paşa Yaqub 
 
12 
İnsan  orqanizmində  təbabətə  məlum  olan  minlərlə 
nöqtə  vardır  ki,  onlardan  “mesaj  göndərməklə”  istəni-
lən  daxili  orqanın  tonusunu  (enerjisini)  artırmaq  və 
onun  pozulmuş  fəaliyyətini  tənzimləmək,  komanda 
vermək mümkündür. 
əs ruhumuza necə? Ona hansı nöqtədən “me-
saj  göndərmək”,  komanda  vermək,  onu  hansı 
Ali  Enerji  və  İnformasiya  Mənbəyinə  “qoşmaq” 
mümkündür?  Uzun  müddət  elmi-ladun  axtarışlarından 
sonra  nəhayət,  Allahın  bəxş  etdiyi  elmlə  bu  nöqtələri 
üzərimdə tapa bildim. Məlum oldu ki, sayı üç olan bu 
nöqtələri hər əlimizin üç barmağı ilə basarkən (sıxark-
ən) barmaqlarımız fəzada “www” formasını alır. Veri-
lən  “komanda”  nəticəsində  ruhumuz  paralel  aləmə  – 
informasiya və enerji məkanına “çıxıb”, öz Mənbəyi ilə 
təmas  yarada  bilir.  İctimailəşməsi  Allah-taala  tərəfin-
dən qəti (!) qadağan olunan bu nöqtələri basan (sıxan) 
şəxsin  bəsirət  gözü  açılır  və  o,  paralel  aləmdə  gedən 
prosesləri müşahidə edə, dünyanı idarə edən mələklərin 
(“Quran”da  onlara  işləri  düzüb-qoşan  mələklər  deyə 
and içilir) nurunu ziyarət edə bilir... 
Bu  hikməti  dərk  etdikdən  sonra,  artıq  Məhəmməd 
əleyhissalamla  Həzrət  Cəbrayıl  əleyhissalam  arasında 
baş verən əhvalatın da sirrini anlamaq olur. Yəni, mə-
lum  olur  ki,  mələk  onun  əslində  lazımi  nöqtələrini 
(kompyuterdə olduğu kimi) sıxmaqla, beyinə komanda 
vermiş və gərəkən şöbəni (oxu: proqramı, faylı) aktiv-
ləşdirmişdir. 
B

G İ Z L İ   E L M L Ə R  
 
13
Elm sübut etmişdir ki, müasir insan beynin imkan-
larının (proqramlarının) çox cüzi bir hissəsindən istifa-
də edə bilir. Bizə məlumdur ki, ruh (ana bətnində) in-
san  bədəninə  gələrkən,  onda  hədsiz  sayda  proqramlar 
yüklənmiş halda gəlir. Bu proqramlardan biri də “Qu-
ran”dır. Hətta araşdırmalarımız zamanı o da məlum ol-
du ki, konkret şəxsin gərəkən nöqtələrini sıxıb, beynin 
“Quran” olan şöbəsini aktivləşdirmək mümkündür. 
 
İnsan “@” işarəsi ilə öz enerjisini 
ünvanlaya bilər 
 
ildiyimiz  kimi,  insan  həyəcanlı  (qorxulu)  in-
formasiya  qəbul  etdikdə,  bu  həyəcana  ilk  re-
aksiyanı mədə və bağırsaq verir. Yəni, mədədə spazma 
(sıxılma) yaranır və bağırsağa sancı ötürür. Bu hal in-
sanın  alt  kopiyası  olan  kompyuterdə  də  özünü  aydın 
göstərir.  Belə  ki,  insan  anatomiyasına  diqqətlə  fikir 
versək, xəbəri ilk qəbul edən orqanın – mədə və bağır-
sağın  quruluşunun  “@”  formasında  olduğunu  aydın 
görmək  olar.  Maraqlıdır  ki,  kompüter  də  internetdən 
(informasiya mənbəyindən) qəbul etdiyi informasiyanı 
“@” (!) işarəsi altında qəbul edir və ötürür. 
Araşdırmalarımız göstərir ki, insandakı üç nöqtəni 
hər əlin üç barmağı ilə birləşdirməklə (www) istənilən 
vaxt bəsirət gözünü açıb, paralel aləmdə olan nuru zi-
yarət etmək mümkündür. O ki, qaldı mədənin üstündə 
olan “@” nöqtəsini sıxıb, ətrafa «komanda» verməyə, 

Paşa Yaqub 
 
14 
bundan yalnız Allahın icazəsi ilə, həm də yalnız bir də-
fə 1999-cu ilin dekabrında istifadə edilib (həqqi yəqin-
lik  hasil  olması  üçün).  Komandanın  ünvanı  isə  Yerin 
cazibəsindən  kənarda  olan  sputnik  ötürücü  stansiyası 
olub. Verilən komanda nəticəsində sputnikin fəaliyyəti 
bir dəqiqəlik dayandığından, Yerdə bütün rabitə, infor-
masiya və translyasiyalar bir dəqiqəlik dayandı. O vaxt 
bu  qeyri-adi  hadisə  barədə  yayılan  informasiyalar  çox 
müəmmalı  oldu.  Yəni,  xəbərlərdə  deyildi  ki,  sputnik 
yerdən  dayandırıldı.  Amma,  necə  dayandırıldı,  həmin 
vaxt ona necə komanda verildi, bu barədə hələ də izah 
verilməyib (hadisənin elmi izahı artıq qarşınızdadır). 
Və nəhayət, aqillərin “kəşf”, cahillərin isə “fantazi-
ya” adlandıracağı bu yazını, ikincilərin üstünlük təşkil 
etdikləri bir dövrdə davam etdirməyə dəyərmi? Elə isə 
burada mən nöqtəni sıxıram (hər mənada). 
"İçərisindən bir adama: "İnsanları (Allahın əzabı 
ilə) qorxut, iman gətirənləri müjdələ!" deməyimiz 
xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən
aşkar bir sehrbazdır!"- dedilər. "Quran, 10:2. 
 
 
 
 

G İ Z L İ   E L M L Ə R  
 
15
 
 
KAİNAT FİZİKANIN QANUNLARI İLƏ  
İDARƏ OLUNUR 
 
"Allah Kainatı riyazi dillə yaratmışdır". 
Qalileo Qaliley 
 
ildiyimiz  kimi,  kainat  fizikanın  qanunları  (fi-
ziki qanunlar) ilə idarə olunur. Yəni, İlahi sis-
temdə enerjinin paylanması ilə, fizikada enerjinin pay-
lanması qanunları üst-üstə düşür. 
Məsələn, “Quran”da 36-cı surə YA SİN adlanır. İl-
yas  Peyğəmbərə  müraciətlə  müqəddəs  kitabda  "İlya-
sin"  deyilməsi,  bu  sözün  "kamil insan", "Peyğəmbər" 
sözünün sinonimi olduğunu deməyə əsas verir. 
Bildiyimiz kimi, peyğəmbərlər və kəramət sahiblə-
ri  Allah-taala  ilə  bəndələri  arasında  enerji  ötürücüsü 
funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiya-
nı  transformatorlar  yerinə  yetirir.  İndi  onlar  arasında 
olan riyazi oxşarlıqlara nəzər salaq. 
Kamil  insanın  anatomik  quruluşunda  5  duyğu  üz-
vü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə 
vardır və gündə 5 dəfə ibadət edir. Sadaladığım 5 amili 
özündə  cəmləşdirən  kamil  insanın  –  kəramət  sahbinin 
“Quran”dakı rəmzi 36-dır (YASİN). 
Maraqlıdır  ki,  transformatorda  da  5  vəziyyət  ol-
maqla, hər vəziyyətdə 36 (!) sarğı olur. 

Paşa Yaqub 
 
16 
Bildiyimiz  kimi,  Peyğəmbərin  qəbul  etdiyi  enerji 
(vəhy)  gizli  səs,  siqnal  formasında  olur.  O,  bu  siqnalı 
sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamı-
sını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcə-
yi qədər) ötürür. 
araqlıdır  ki,  transformatorun  da  iş  prinsipi 
eynən  bu  cürdür.  "Transformasiya" - ÇE-
VİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi 
yüksək gərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) 
çevirib, mənsəbə (cihazlara) ötürməkdən ibarətdir. 
Bildiyimiz  kimi,  transformatorlar  -  yüksəldici  və 
alçaldıcı olmaqla - iki qrupa bölünür. 
Yüksəldici transformatorların vəzifəsi qəbul etdik-
ləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki 
cihaz  birləşdirmək,  heç  yaxınlaşmaq  da  mümkün  deyil-
dir. İnsanı məsafədən vurur. Onun üçün də belə transfor-
matorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə 
alçaldıcı transformatorun vasitəsi ilə qurulur. 
İlahiyyat sistemində bunun misalı vəhy gətirən mə-
ləklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki müm-
kün deyildir, hətta uzaqdan belə onu görməsi ilə mələ-
yin  enerji  və  informasiya  yükünə  tab  gətirə  bilməzlər 
(xatırladım  ki,  Həzrət  Cəbrayıl  tərəfindən  vəhy  Pey-
ğəmbərimizə  çox  vaxt  məhəllədən  kənarda  –  Hira  da-
ğında nazil olardı). 
Alçaldıcı  transformatorlar  isə,  məhəllə  (oxu:  cə-
miyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdi-
yim kimi, qəbul olunan yüksəkgərginlikli enerjini azal-
M

G İ Z L İ   E L M L Ə R  
 
17
daraq,  cihazların  (oxu:  insanların)  tutumuna  uyğun  – 
220-yə çevirərək, ötürürlər. 
İlahi sistemdə bunun misalı peyğəmbər və kəramət 
sahibləridir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlə-
rində  saxlamaqla  (informasiya  yükünü  azaltmaqla)  in-
sanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun ola-
raq cəmiyyətə ötürürlər. 
İlahi  sistemdə  və  fizikada  enerjinin  saxlanması  və 
paylanmasındakı  bənzərlik  tək  bunlardan  ibarət  deyil-
dir.  Belə  ki,  məişətimizdə  istifadə  etdiyimiz  bütün  ci-
hazların  üzərində  bir  qayda  olaraq  220  ədədi  həkk 
olunmuşdur. 
Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyı-
cısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, 
hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün bir-
ləşməsindən yaranıb! 
iqqətinizi  başqa  bir  maraqlı  məqama  da  çəlb 
etmək istəyirəm. Fiziklərdə belə bir haqlı sual 
yaranacaq  ki,  peyğəmbərlər  və  kəramət  sahibləri  də 
bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə 
onlar  mələyin  informasiya  və  enerji  yükünə  tab  gətirə 
bilir, başqa insanlar tab gətirə bilmir? 
Bu  maraqlı  sualın  da  cavabını  yenə  fizikanın  qa-
nunları  ilə  vermək  mümkündür.  Belə  ki,  adətən  trans-
formatorların tutumunu artırmaq üçün onu açıb, içində-
ki  sarğıları  artırmaqla  (genişləndirməklə)  buna  nail 
olurlar. 
Kamil insanlarda da eynən bu cürdür – vəhy qəbul 

Paşa Yaqub 
 
18 
etməzdən öncə onların qəlbində genişlənmə prosesi ge-
dir. Yəni, onların enerji və informasiya götürmə qabi-
liyyəti artırılır. Bu barədə “Quran”ın “Açılıb genişlən-
mə” (94) surəsində belə deyilir: 
“Məgər biz sənin köksünü açıb genişləndirmədik-
mi?!” Quran, 94:1. 
 
Söz ardı:  qəlbində  açılıb  -  genişlənmə  getməyən 
bir şəxsin bu mövzunu şərh etməsi mümkünsüz olardı. 
 
 
 
 
 
 
 
 

G İ Z L İ   E L M L Ə R  
 
19
 
 
TESTER CİHAZINDAKI FUNKSİYALAR  
İNSANDA DA VAR 
 
uxarıda qeyd etdik ki, Ulu Yaradan Kainatı fi-
zikanın  qanunları  ilə  idarə  edir.  Odur  ki,  əv-
vəlki yazılarımızda peyğəmbərlərin (o cümlədən, kəra-
mət sahiblərinin) cəmiyyətin transormatoru funksiyası-
nı  yerinə  yetirdiyi  barədə  hesablamalar  vermişdik.  Bu 
yazımızın mövzusu isətesterdir. 
Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayan-
lar  isə,  bu  aparatın  adını  bilməsələr  də,  özünü  çox 
görüblər.  Belə  ki,  televizor,  kompyuter  və  s.  cihazları 
təmir edən ustaların demək olar ki, hamısının stolunun 
üstündə tester aparatı olur. 
Aparatın  çoxsaylı  funksiyaları  vardır.  Belə  ki,  o 
həm cihazın daxilində problemi (qırılmış detalı) müəy-
yən edir, həm də dəyişən (ürəyin kardioqramında oldu-
ğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana 
çevirir. 
Qeyd edim ki, cihazda olan bu problem enerji (ruh) 
daşıyıcısı olan insanda da bir çox hallarda özünü biruzə 
verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəx-
sə münasibəti gah yaxşı, gah da pis (dəyişkən) olur. 
Hələ ta qədimdən - son 50-60 ilə (tibb elmi inkişaf 
edənə)  qədər  bu  cür  problemlərlə  qarşılaşan  insanlar 
yaşadıqları  ərazidə  olan  kəramət  sahiblərinə  (ilkin 

Paşa Yaqub 
 
20 
dövrlərdə peyğəmbərlərə, sonralar Allah dostlarına) üz 
tutar,  dərdlərini  onlara  danışar  və  onların  xeyir-duası, 
nəfəs  vasitəsi  ilə  ötürdükləri  enerjinin  təsirindən  özlə-
rində sağlam, xoş əhval (oxu: sabit cərəyan) hiss edər-
dilər və xəstəlikdən sağalardılar. 
Araşdırmalarımız  göstərir  ki,  peyğəmbərlərin  və 
digər kəramət sahiblərinin bu funksiyası fizikada tester 
cihazının funksiyası ilə üst-üstə düşür… 
övlanə Cəlaləddin Rumi bu cür enerji ötürən 
insanları  mənəvi  həkimlər  adlandırır  və  on-
ları  maddi  həkimlərlə  (tibb  işçiləri  ilə)  belə  müqayisə 
edir: 
“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tu-
taraq baxırlar və insanın cismini, əczalarla müalicə 
edirlər. 
Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxır-
lar və Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın 
ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və 
sirri-İlahidir”. 
Qeyd  edim  ki,  insan  ruhunda  baş  verən  qeyri-sabit 
hallar və xəstəiklər neqativ enerjinin təsirindən yaranır və 
qorxu, həyəcan, qarabasma, baş, çiyin, oynaq, sinir ağrı-
ları, depressiya və s. xəstəliklərlə özünü biruzə verir. 
Bu  kimi  əlamətləri  olan  adamların  adətən  həyatda 
işləri  düz  getmir,  sağlamlıqlarında,  məişətlərində  və 
xoşbəxtliklərində  onları  daim  izləyən  problemləri  həll 
etməkdə aciz (çarəsiz) qalırlar (xalq arasında buna qara 
zolağa  düşmə  də  deyirlər). Belə  adamların  səhhətində 
M

G İ Z L İ   E L M L Ə R  
 
21
yaranan  problemləri  maddi  həkimlər  (tibb  işçiləri)  əc-
zalarla  aradan  qaldırmaqda  çətinlik  çəkirlər;  dərman-
larla müalicələr effekt vermir. Çünkü birinci səbəb (ne-
qativ enerji), sonra nəticə (xəstəlik) aradan qaldırılma-
lıdır. 
Təəssüf ki, müasir tibb elmi (bütün digər elmlər ki-
mi) yarımçıq olduğundan və insanda olan ruhu nəzərə 
almadıqlarından (ruhun sirlərini bilmədiklərindən), sə-
bəbə qarşı deyil, nəticəyə qarşı mübarizə aparırlar. Ona 
görə  də  insanlarımızın  çoxu  uzun  illər,  hətta  bəzən 
ömrü boyu xəstəxana yollarında qalırlar… 
on  vaxtlar  bir  psixoloq  və  elmi-lədun  bilicisi 
olaraq bu cür hallarla çox qarşılaşıram və xəs-
təliyi aradan qaldırmaq üçün ilk növbədə xəstədəki ne-
qativin növünü, səbəbini, daxilolma vaxtını və yolunu 
təsbit edirəm. Daha sonra pasiyentin neqativ enerjidən 
xilas  olması  üçün  müsbət  enerji  ötürürəm  ki,  bu  vaxt 
ondakı  dəyişən  cərəyan  sabit  cərəyana  çevrilir  -  tester 
cihazında olduğu kimi. Daxili enerjisi sabitləşmiş insan 
elə ilk seansdaca bütün ağrılarının yox olduğunu və ra-
hatlandığını  etiraf  edir.  Beləliklə,  pasiyentdə  nə  qədər 
ağır  xəstəlik  olmuş  olsa  belə,  bir  neçə  seansa  (əsasən 
21  günə)  bu  xəstəlikləri  yaradan  səbəbdən  –  neqativ 
enerjidən azad olur. 
O  ki,  qaldı  niyə  məhz  21  günə,  qeyd  edim  ki,  in-
sanda  hər  gün  milyonlarla  hüceyrə  doğulur  və  bu 
hüceyrələrin hər birinin ömrü 21 gün olur. Orqanizmdə 
neqativ enerji olduqda, yaranan hər hüceyrə həmin ne-

Paşa Yaqub 
 
22 
qativə yoluxur. 21 gün ərzində xəstəni vaxtaşırı bir ne-
çə  dəfə  (4-5  dəfə)  seans  etdikdə,  doğulmuş  bütün 
hüceyrələr neqativdən təmizlənir. Beləliklə, yeni doğu-
lan  hüceyrələr  artıq  neqativlə  yüklənmir  və  insanın 
enerjisi sabitləşir. Bu cür sabit enerji olan insanda heç 
bir xəstəlik baş vermir. 
Hamınıza sağlam can, xoşbəxt ömür və daim sabit 

Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə