GİZLİ TƏHLÜKƏ: QƏFLƏT İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər



Yüklə 391,89 Kb.
səhifə3/7
tarix05.05.2017
ölçüsü391,89 Kb.
1   2   3   4   5   6   7

Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman o dedi: “Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Sad surəsi, 31-32)

Allah hz. Süleymana o zamana qədər kimsəyə vermədiyi güc və iqtidar vermişdir. Süleyman peyğəmbər də bu imkanlardan Allah`ın şanını ucaltmaq, Onun dinini və din əxlaqının izzət və şərəfini yaymaq üçün istifadə etmişdir. Həmişə mal və mülkün həqiqi sahibi olan Allah`a şükür etmişdir.

Qəflət içində Allah`ın rizasından üz çevirib zənginlik, mövqe və ya şöhrətin xoşbəxtlik və hüzur gətirəcəyini düşünənlər belə söhbətlərin edildiyi mühitlərdən böyük nəfsani zövq alarlar. Özünü tərifləmə, başqalarını tənqid etmə kimi mövzular üzərində danışar, mənasız və faydasız danışıqların yer aldığı televiziya proqramlarını saatlarla izləyərlər. Heç bir nəticəsi olmayan, heç bir fayda verməyən bu söhbətləri böyük zövqlə dinləyərkən Quranı dinləməkdən xoşlanmazlar, hətta dinləməyə səbirləri belə çatmaz. Qəflət içindəki bu insanların vəziyyəti bir ayədə belə xəbər verilir:

O kəslər ki, gözləri Məni anmaqdan qapalı idi və eşitməyə də qadir deyildilər. (Kəhf surəsi, 101)

Halbuki, möminin qəlbi dünya nemətlərinə sahib olmaqla və ya bu mövzudakı mənasız söhbətlərlə deyil, ancaq Allah`ı zikr etməklə, Quran oxumaqla və olduğu mühitdə Allah`ın anılması ilə hüzur tapar. Çünki Allah`ın "O kəslər ki, Allah`a iman gətirmiş və qəlbləri Allah`ı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə aram tapar!" (Rəd surəsi, 28) ayəsində bildirdiyi kimi, qəlblər yalnız Allah anıldığında rahatlayıb hüzur tapar.



Ağılsızdırlar

Cahiliyyə cəmiyyətinə görə ağılsızlıq yalnız beyinləri qüsurlu olan və anormal davranışlar göstərən insanlar üçün etibarlıdır. Halbuki, Qurana görə bu tərif daha fərqlidir. Qurana görə Allah`ı və axirət gününü tanımayan, Allah`ın rizasını deyil, öz həvəs və nəfsinin istəkləri yönündə yaşayan insanlar düşünə bilməyən kəslərdir. Bu tərifə görə düşünüldüyündə isə ağılsız insanların yalnız dəlixanadakı xəstələrdən ibarət olmadığı, cəmiyyətin olduqca geniş hissəsinin bu tərifin içində yer aldığı görünər.

Ağıl Allah`ın möminə verdiyi ən böyük nemətlərdən biridir. Ağıllı insan vicdanından sonadək istifadə edən, Allah`ın elm və qüdrətini lazım olduğu kimi təqdir edə bilən, Ona qarşı hörmət dolu qorxu duyan, Onun rizasını qazanmağa, özünü sonsuz əzabdan qorumağa çalışan və axirətdəki sonsuz nemətlərə qovuşmaq üçün səy göstərən insandır. Bu insanlar Allah`ın yaratdıqları üzərində dərindən düşünüb Allah`ın sonsuz gücünü və böyüklüyünü haqqı ilə təqdir edə bilən insanlardır, yəni möminlərdir. Bu qabiliyyətdən məhrum ağılsız insanların Quranda təsvir edildiyi ayə isə belədir:

Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər kor olar. (Həcc surəsi, 46)

Bu ağılsız insanların ən diqqəti cəlb edən xüsusiyyəti isə həvəslə bağlandıqları dünya həyatını axirətdən üstün tutmaqlarıdır. Halbuki, Quranda Allah dünya həyatının həqiqi yönünü təsvir edərək bu mövzuda aldanana insanları düşünmələri üçün belə xəbərdar edir:



Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? (Ənam surəsi, 32)

Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (nemətlər) isə daha yaxşı və daha baqidir. Məgər ağıla gəlməzsiniz?! (Qəsəs surəsi, 60)

Həqiqətən, sizə elə bir Kitab nazil etdik ki, o, sizdən ötrü bir şərəfdir. Məgər dərk etmirsinizmi? (Ənbiya surəsi, 10)

Allah`ın yer üzündə yaratdığı mükəmməl və nizamlı sistemləri, canlıları və ibrət olsun deyə yaratdığı şeyləri görə bilmək ancaq qəflətdən uzaq, ağlını işlədə bilən möminlərə xas xüsusiyyətdir. Şüuru açıq, ağıllı mömin ətrafında gördüklərini diqqətlə araşdırar və gördüklərinin üzərində dərin təfəkkür edər. Allah Quranda ağcaqanadı, bal arısını, hörümçəyi və yaratdığı bir çox canlını insanların düşünüb-daşınmaları üçün elminə, qüdrət və sənətinə nümunə göstərmişdir. Lakin etdikləri işlərdən sahib olduqları bir çox xüsusiyyətə qədər canlılardakı mükəmməllikləri görüb bunlarla Allah`ın gücünü və sənətini təqdir edə bilmək ancaq ağıl sahibi olan möminlərə xas olan xüsusiyyətdir. Qəflət içindəki ağılsız insanlar üçün isə bu canlılar hər gün ətraflarında görməyə alışdıqları sadə, sıravi varlıqlardır. Arını yalnız çiçəklərə qonan və ya vızıltı ilə uçan bir heyvan kimi, ağcaqanadı da yalnız qan soran bir düşmən kimi görmək qəflət içində düşünə bilməyən insanlara aid olan xüsusiyyətdir. Bu insanların Allah qatındakı mövqeyi isə Quranda belə xəbər verilir:



Allah yanında gəzən canlıların ən pisi dərk etməyən karlar və lallardır. (Ənfal surəsi, 22)

Qəflət içindəki insanların durumunda əhəmiyyətli olan digər bir nöqtə isə ağıl və ağılsızlıq arasında doğru seçim edə bilmədikləri üçün özlərini ağıllı, ağıllı insanları isə ağılsız zənn etmələridir. Qafillərin bu yanlış baxışı Quranda belə xəbər verilir:



Onlara: ”Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” -deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər. (Bəqərə surəsi, 13)

Doğru yolda olduqlarını zənn edirlər

Ümumi cəmiyyəti nümunə götürüb düşündüklərinin və etdiklərinin doğruluğuna özünü inandırmaq qəflət içindəki insanların ən diqqəti cəlb edən xüsusiyyətlərindəndir. Bu axmaq inanca sahib olan insanlar özlərinə görə heç kimə zərər verməzlər, qəlbləri yaxşılıqla doludur və bu səbəblə də sahib olduqlarına layiq olmuşlar. Belə düşünən insanların böyük bir yanılma içində olduqları, lakin bunun da şüurunda olmadıqları ayələrdə belə bildirilir:



Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Muminun surəsi, 55-56)

Şüursuz şəkildə doğru yolda olduqlarını düşünərək şeytanın qəflət içində yaşayan insanlara Allah`ın əmr və qadağalarını yerinə yetirməyə mane olduğu Quranda belə bildirilmişdir:



(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər! (Zuxruf surəsi, 37)

Allah doğru yolda olduqlarını düşünənləri Quranda belə xəbərdar etmişdir:



... Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir! (İsra surəsi, 84)

Bu cür insanların ibrət verici durumlarına Quranda bağ sahibləri olan iki nəfərin hekayəsi nümunə verilmişdir. İmanlı insanla qəflət içindəki insan arasında keçən danışıq Quranda belə xəbər verilir:



Onlara iki adamı misal gətir. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq. (Bu adamın) başqa sərvəti də var idi. O, öz yoldaşı ilə söhbət edərkən ona dedi: “Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!” (Kəhf surəsi, 32-34)

O, özünə zülm edərək bağına girib dedi: Nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!” (Kəhf surəsi, 35-36)

Onunla söhbət edən yoldaşı isə belə dedi: “Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allah`ı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman barı: “MaşaAllah, qüvvət yalnız Allah`a məxsusdur!” – deyəydin! Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar bir yer olsun! Yaxud suyu çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!” (Kəhf surəsi, 37-41)

Beləliklə, onun meyvəsi tələf edildi. Qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” – deyirdi. Allah`dan başqa ona yardım edə biləcək kəslər yox idi və o da (öz-özünə) kömək edə biləcək bir halda deyildi. Belə bir vəziyyətdə kömək göstərmək ancaq haqq olan Allah`a məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur. (Kəhf surəsi, 42-44)

Sahib olduğu malına və uşaqlarına aldanan, doğru yolda olduğunu zənn edən bağ sahibinin ifadələri onun içində olduğu qəfləti açıq şəkildə göstərir. Bütün qürur və cəhaləti ilə Allah`ın qüdrətini qavraya bilməyib ayədə xəbər verildiyi kimi: "Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" - deyir. Bundan başqa, elə bir dərin qəflət içindədir ki, bağçasını özünün var etdiyini və sonsuza qədər qoruya biləcəyini güman edir. Bu aldanışın nəticəsində də qəflət içində etdiklərinə qarşılıq olaraq fəlakət özünə qəflətən gəlmişdir.

Qəflət içində olduğu halda doğru yolda olduğunu düşünən bəzi insanlar Allah`ın rizasını düşünmədən adət-ənənələrindən gələn bir adəti davam etdirmək, özünü göstərmək və ya vicdanlarını rahatlatmaq üçün özlərinə görə bəzi yaxşılıqlar edirlər. Bu yaxşılıqlar isə mənfəətlərinə qətiyyən zidd olmayan işlərlə məhdudlaşır. Halbuki, həqiqi məqsədi göstəriş və minnət olan belə işləri onlara axirətdə bir fayda verməyə bilər. Onlar isə Allah`ın rizasının əvəzinə insanların rizasını düşünüb etdikləri bu işlərin qarşılığının ola bilməyəcəyindən xəbərsizdirlər və doğru yolda olduqlarından əmindirlər.

Bu insanlar sahib olduqları malları və uşaqları ilə hər hansı bir çətinlik və ya sıxıntı ilə qarşılaşmadan yaşamalarını doğru yolda olduqlarının bir göstəricisi kimi görürlər. Halbuki, Allah dünyadakı imtahanın zərurəti kimi onlara dünyada vaxt verir, amma onların axirətdə bir payı yoxdur:



Kim dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar! (Hud surəsi, 15-16)

İnsanların özlərini aldatdıqları bu halları ilə qəflət içində acı bir ölümə və əbədi bir əzaba doğru sürünməkdən başqa qazancları yoxdur:



Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara ancaq dünyada əzab vermək və kafir olduqları halda canlarının çıxmasını istər. (Tövbə surəsi, 85)

Hadisələrə olduqca çox reaksiya verirlər,

təvəkkülsüz və üsyankar davranırlar

Mömin hər hadisənin Allah`ın idarəsində olduğunu bilir. Hadisələr qarşısında təvəkküllü hərəkət edər. Heç bir hadisəyə qarşı Qurana zidd davranmaz. Məsələn, çətin və sıxıntılı hadisələr qarşısında bunların Allah`ın imtahanı olduğunu düşünərək böyük səbir göstərər. Dolayısilə, göstərdiyi səbir və təvəkkülün Allah qatında qarşılıq görə biləcəyinin sevincini yaşayar. İman etməyən insanların dərhal üsyan etdiyi bir çox çətinliyi son dərəcə səbirli və təslimiyyətli qarşılayar. Çünki bunların hamısını özünə verən Allah`dır və Allah verdiklərindən azaltmaqla insanları sınayacağını Quranda belə bildirir:



Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)

Mömin Allah`ın bu müjdəsini çətin hadisələr qarşısında xatırlayıb səbirdə daha qərarlı və istəkli olar. Bundan başqa, özünə verilən mal, mülk, mövqe kimi nemətlərin ona imtahan üçün verildiyinin, qarşılığında isə şükür etməsinin və bunları Allah`ın rizası və istəkləri yönündə istifadə etməsinin lazım olduğunu düşünər. Allah qullarını hər cür hadisə ilə yoxlayacağını Quranda belə bildirir:



Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Qəflət içindəki insan isə bu həqiqətlərdən xəbərsizdir, yaxud bildiyi halda üz çevirmişdir. Dolayısilə, qarşılaşdığı hadisələr qarşısında göstərdiyi reaksiya möminlərdən çox fərqlidir.

Məsələn, mallarının itməsinin Allah`ın imtahanı olduğunu bilən möminlər bunu təvəkküllə qarşılayar. Halbuki, bu vəziyyət qəflət içindəki insanlarda həm maddi, həm də mənəvi zərərlərə səbəb olur. İtirdikləri şeylər nəticəsində əhvalları pozular, bu mənəvi pozuntu daha da böyüyüb onları əsəbiləşdirər və ruhi sağlamlığına zərər verər. Çevrələrindən xaric edilmələri, sahib olduqları təmtərağa vida etmələri vəziyyətlərini daha da pisləşdirər və bəzən onları intihara qədər aparar.

Göründüyü kimi, qəflət içindəki insanlar gündəlik həyatda təvəkkülsüz, üsyankar və Allah`ın rizasından uzaq həyat tərzi keçirərlər.



QƏFLƏTİN SƏBƏBLƏRİ

Vicdanın səsini dinləməmək

Vicdan insana Allah`ın ilhamı ilə davamlı şəkildə doğru yolu göstərir. Quranda vicdan haqqında bəhs edilən ayələr belədir:



And olsun nəfsə və onu yaradana; sonra da ona fücurunu (günahlarını) və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 7-10)

Fücur nəfsin istək və arzularını haram və ya qeyri-qanuni yollarla da olsa, reallaşdırmaq istəməsidir. Allah fücura qarşı insanı davamlı olaraq ilhamı ilə xəbərdar edir. Bu ilhamı isə insan vicdanın səsi hesab edir. Bu səsə daima tabe olmaq insanı pislik və günahlardan təmizləyər, sonsuz qurtuluş və xoşbəxtlik yurduna aparar. Bu səsi dinləməyən insan nəfsinin hədsiz arzularına hər necə olursa-olsun çatmağa çalışar. Beləliklə, əvvəlcə dərin qəflətə düşər, sonra da böyük bir əzaba doğru irəliləyər. Qəflət içindəki insanların vicdanın səsinə baxmayaraq, inkarda inad etmələri Quranda belə bildirilir:



Buna qəti inandıqları halda, haqsızlıqla və təşəxxüslə onları inkar etdilər... (Nəml surəsi, 14)

Vicdanın səsi nəfsin hədsiz arzularına qarşı insanı davamlı olaraq xəbərdar edir və insanı doğru yola dəvət edir. Qafil insan isə bu xəbərdarlığa (nəfsinin istəkləri ilə üst-üstə düşdüyü üçün) rahatlığını və hüzurunu pozacağı narahatlığı ilə önəm verməz. Məsələn, Allah beş vaxt namazı möminlərə fərz etmişdir, ancaq nəfs bəzən bu ibadəti yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirər. Vicdanına qulaq asan bir insan bu bəhanələrə heç bir şəkildə aldanmaz. Namazın ciddiyyətlə, heç axsatmadan, tam vaxtında, şövq və itaətlə yerinə yetirilməsi gərəkən ibadət olduğunu bilər. Hər insanın axirətdə namaz ibadətini yerinə yetirib-yetirmədiyi mövzusunda sorğuya çəkiləcəyinə heç şübhə etmədən hərəkət edər.

Peyğəmbərimiz də (s.ə.v.) bir çox hədisi-şərifində beş vaxt namazın əhəmiyyətinə diqqət çəkmişdir. Əbu Hüreyrədən (r.ə.) rəvayət edilən bir qüdsi hədisində Rəsulullah belə buyurur:

"Beş vaxt namaz böyük günahlardan çəkindikdə növbəti həftədəki cümə gününə və növbəti ildəki ramazana qədər səhvlər üçün kəffarədir". (Müslim), (Riyazüs-salehin, imam Nəvəvi, çevirən: Məhmət Əmrə, Bədir nəşriyyat, səh 698)

Rəsulullah əfəndimiz (s.ə.v.) namaz qılmamağın və ya namaz vaxtını keçirməyin nə qədər təhlükəli olduğunu isə başqa bir mübarək hədisi-şəriflərində belə bildirmişdir:

İmam Şafı ilə Beyhəqiyə görə, Peyğəmbərimiz (s.ə.v.): "Hər hansı vaxtın namazını qılmadan vaxtını keçirənlər yuvası dağılmış, mal-mülkünü əldən qaçırmış kimidirlər", - buyurur. (İmam Qəzali, Qəlblərin kəşfi)

Bu səbəblə, qafil insan vicdanından gələn bu səsi onun Allah`ın (doğru yola, sonsuz xoşbəxtliyə çağıran) bir ilhamı olduğunu görməməzlikdən gəlib davamlı susdurmağa çalışar. Çünki bu səs davamlı olaraq nəfsin qeyri-qanuni yollarla istəklərinə çatmasına qarşı çıxır.

Vicdanın səsini dinləməmək səbəbi ilə düşülən bu qəflət halı isə nəfsin üsyan və günahlarla daha da pisləşib fücurun (sərhəd tanımaz günah və pisliyin) artmasına səbəb olar. Qafil insan artıq elə bir dərin şüursuzluq içindədir ki, həyatını fücurla davam etdirmək istəyər:



Lakin insan önündəkini danmaq istəyər. Və: “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. Göz bərələcəyi; Ay tutulacağı; Günəşlə Ay birləşəcəyi zaman. Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Rəbbinin hüzurudur! (Qiyamət surəsi, 5-12)

Vicdanını dinləməyən insanın Allah`ın rizasından uzaq, qafil davranışlarının nəticəsi isə, əlbəttə, böyük bir müsibət olur. Bu müsibət də dünyadakı ən böyük acı və ən böyük işgəncələrlə belə müqayisə edilə bilməyəcək dərəcədə şiddətli və sonsuz əzab deməkdir. Bu əzab yeri də, şübhəsiz, atəş çuxuru olan cəhənnəmdir.



Qədəri görməməzlikdən gəlmək

Qədər Allah`ın bütün varlıqların yaşayacaqları hal və hadisələri əvvəldən təyin etməsidir. Geniş bir izahla böyük və kiçik bütün canlıların (kiçik bir ağcaqanad, böyük bir fil, dənizdəki kiçik bir balıq balası və ya dünyanın hər hansı yerindəki mikroskopik canlıya qədər) və ucsuz-bucaqsız kainatdakı bütün varlıqların bütün hallarını, başlarına gələcək böyük-kiçik hər hadisəni Allah`ın təqdir etməsidir.

İnsanın gözlərini dünyaya açdığı andan etibarən sahib olduğu heç bir fiziki xüsusiyyətin seçimi özünə aid deyil. Ata-anasını seçə bilməz, dərisinin rəngini, gözünün rəngini, boyunu öz istəyinə görə təyin edə bilməz. Aydındır ki, heç bir fiziki xüsusiyyətini seçmə gücünə sahib olmayan insanın yaşayacaqlarını da öz istəyinə görə təyin etməsi söz mövzusu deyil. Quranda "Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq" (Qəmər surəsi, 49) ayəsi ilə bu həqiqət insanlara xəbər verilmişdir.

Bunu düşünən insan sahib olduğu hər şeyi və qarşılaşdığı hər hadisəni Allah`ın rizasına və rəhmətinə yönəlib Allah`ın istədiyi şəkildə qiymətləndirməlidir. Quran bu qiymətləndirmədə tək yol göstəricidir. Nə hər hansı bir insan (istər böyük gücə sahib bir iş adamı, istərsə də Afrika qitəsində yaşayan bir qəbilə üzvü olsun), nə də hər hansı bir varlıq (istər dənizin dərinliklərində yaşayan bir canlı olsun, istərsə də nəhəng bir meşədə yaşayan kiçik bir böcək olsun) Allah`ın ona təyin etdiyi qədərin xaricinə çıxa bilməz. İnsanın etdiyi hər şey özünə təyin olunmuş qədər yönündə reallaşır. Bu vəziyyət Quranda insanlara belə bildirilir:



Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)

İnsanın yaşadığı və yaşayacağı hər anın qədərdə təyin olunduğu bu ayələrdə bildirilmişdir. Quranda bildirilən bu həqiqətləri görməməzliyə vuran insan ucsuz-bucaqsız kainatda, dünyadakı milyardlarla insanın arasında təsadüflər içində yaşadığını zənn edər. Bu vəziyyətdə özünü istədiyi kimi aparmaq azadlığına sahib olan başıboş canlı kimi görər. Belə bir baxış yönü də insanın özünü azad və Allah`dan müstəqil bir varlıq zənn edib dərin qəflətə düşməsinə səbəb olar.



Ölümün hər an gələ biləcəyini unutmaq

İnsanlar ümumiyyətlə, ölümlə heç gözləmədikləri bir anda, heç gözləmədikləri bir yerdə qarşılaşarlar. Allah bu həqiqəti "... Heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!" (Loğman surəsi, 34) ayəsi ilə bildirilir.

Hər insanın ölüm anı hələ doğulmamışkən qədərində müəyyəndir. Bu anda yaşayanların və doğulacaq bütün insanların nə vaxt öləcəkləri müəyyəndir. Bu həqiqət Quranda "Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. (Allah`ın) yanında məlum bir əcəl də vardır..." (Ənam surəsi, 2) ayəsi ilə xəbər verilir. İnsanın öz ölüm anını bilməməsi onu qəflət içində yaşamağa aparan səbəblərdən biridir. Çünki axirətdəki əzabı bilən və düşünən bir insan nə vaxt öləcəyini bilsə, Allah`ın əmrlərinə qarşı laqeyd olmaz, dünya həyatına dalıb axirəti və hesab verəcəyini unutmaz. Ölüm vaxtının bilinməməsi insanın dünyadakı imtahanının bir sirridir. Bunu düşünən mömin hər an öləcəkmiş kimi axirət yurdu üçün hazırlıq görər. Allah`ın bütün əmr və qadağalarına səmimi şəkildə həyatının hər anında əməl edər.

İman etməyən insan isə Allah rizasının deyil, nəfsinin istəkləri yönündə yaşayar. Öləcəyini bilər, ancaq ölümün axirətdə sonsuz cəhənnəm və ya sonsuz cənnət yurdunda oyanış olduğunu qavramaz. Ölüm qəflət içindəki insan üçün yalnız hər şeydən və bütün sevdiklərindən uzaqlaşıb onlardan əbədi ayrılmaq mənasını ifadə edir. Bu səbəblə də, sevdiklərinə həvəslə bağlanar, ölümdən söz düşdükdə belə narahat olar. Ölüm ağlına gəldiyində isə başqa şeylər düşünərək unutmağa çalışar. Ölümü bir az düşündüyü təqdirdə sıxıntıya düşəcəyindən və həyatının dəyişəcəyindən qorxub narahat olar. Ancaq hər an həyatının sona çatacağını düşünmədiyi, ölüm üzərində təfəkkür etmədiyi üçün, Allah`ın əmr və qadağalarını görməməzliyə vurar və ya təxirə salar. İbadət etmək üçün hələ vaxtının olduğunu, yaşı irəliləyincə edəcəyini düşünər. Halbuki, ömrünün nə qədər qaldığı mövzusunda heç bir fikri yoxdur. Ölümün hər an gələ biləcəyini düşünmədən davam etdirdiyi bu qəflət halı içində Allah`ın əmr və qadağalarını yerinə yetirməyə vaxt tapa bilmədən ölüm anidən gəlib çatar. Qəflət içindəki bu insanların həmişə uzaq gördükləri ölümlə qarşılaşdığı an Quranda belə bildirilir:



Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı biləydilər! Xeyr, onları gözlənilmədən yaxalayar və şaşırdar. Onu əsla geri qaytara bilməzlər və onlara möhlət də verilməz! (Ənbiya surəsi, 39-40)

Ayədən də açıq şəkildə aydın olduğu kimi, ölüm bəhanələri dinləmir və təqdir edilən vaxt sürətlə yaxınlaşır. Heç bir şeyin ölümə mane olması və ya onu dayandırması söz mövzusu deyil. Quranda bunun ifadə edildiyi bir ayə belədir:



De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir! (Cümə surəsi, 8)

İnsan hər an ölə bilər, bu həqiqəti unutmağa, yaxud da bu həqiqətdən qaçmağa çalışmaq insanın qəflətdə olduğunu və ya sürətlə qəflət girdabına doğru süründüyünü göstərir. Qəflətin insanı sonsuz əzab yurduna aparacağı da qəti bir həqiqətdir.



Tək-tənha hesab veriləcəyinin

düşünülməməsi

İnsanın qəflətə düşdüyü mövzulardan bir başqası da axirətdə Allah`ın hüzurunda tək hesaba çəkiləcəyini unutmasıdır. Bir insanın ölümü nə qədər izdihamlı mühitdə olursa-olsun ölüm mələyi ruhunu alarkən dünya ilə və o anda yanında olan digər insanlarla əlaqəsi kəsilər. Axirətdə dirildilib hesab verməyə yürüyərkən məhşər izdihamının içində tək olacaq. Çünki orada heç kim başqası ilə maraqlanacaq vəziyyətdə olmayacaq. Bu təklik dünyadakına da bənzəməz. Hesaba çəkilmə anı dünyada qafil yaşamış bir insan üçün yaradılışından etibarən o zamana qədər içinə düşdüyü ən çətin andır. O anda duyduğu təklik etdiyi hər şeyin bir-bir hesabını verəcəyi, bu anda heç kimin olmadığını və Allah`ın hüzurunda son dərəcə aciz olduğunu anlamanın verdiyi bir təklikdir. Bütün gücündən, malından, ünvanından, mövqeyindən, şöhrətindən, dəyər verdiyi və yaxınlıq duyduğu bütün insanlardan uzaqlaşmış şəkildə maddi və mənəvi olaraq yalın haldadır. İnsanlara Allah`ın hüzurunda tək olacaqları Quranda belə xəbər verilir:



Onların hər biri qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

Dünyada etdiklərinin qarşılığını dərhal görməyən, özünə müddət verilən qəflət içindəki insanlar axirətdə də belə olacağını zənn edirlər. Bu düşüncələri səbəbi ilə Allah`ın rizasına uyğun olmayan hərəkətlər edərkən yoldaş da axtararlar. Hətta dostlarına "dünyaya bir dəfə gəlirik", "fikir vermə", "babalı boynuma" kimi batil sözlər söyləyib onları da Allah`ın əmr və qadağalarını görməməzlikdən gəlməyə və ya təxirə salmağa təşviq edərlər. Belə şüursuz şəkildə deyilən sözlərin qəflət halının nəticəsi olduğu aşkardır. Çünki bir insan dünyaya necə bir dəfə gəlirsə, cəhənnəmə də bir dəfə gedəcək və sonsuz bir əzabla qarşılaşacaq. Budur ki, bu insanlar Allah`ın Quranda bildirdiyi bu həqiqətdən qafildirlər. Cəhənnəmdə (Allah`ın diləməsi xaric) sonsuza qədər qalma ehtimalını heç düşünmürlər. Söz mövzusu insanların Allah`ın əzabına əhəmiyyət verməyib başqalarının günahını boynuna götürmələri isə Allah`ın üstün elm və qüdrətini qavramaqdan nə qədər uzaq olduqlarının bir göstəricisidir. Necə ki, bir insanın digər bir insanın günahını yüklənməsinin söz mövzusu olmadığı da Quranda açıq şəkildə bildirilmişdir:




Yüklə 391,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə