HAMİLƏLİYİN BİRİNCİ TRİMESTR AĞIRLAŞMALARI
GİRİŞ
Hamil
əliyin birinci trimestrində ağırlaşmalar geniş yayılmışdır. Hamiləliklərin yarısı 12-ci
h
əftəyə qədər, bir çoxları isə klinik cəhətdən müəyyən edilənədək düşüklə nəticələnir. Təsdiq
edilmiş hamiləliklərin 15-20%-də spontan abort baş verir ki, bunların da 80%-i hamiləliyin
birinci trimestrin
ə təsadüf edir. Spontan abortdan əlavə, birinci trimestrdə baş verən qanaxmalar
ektopik hamil
əlikdən, trofoblastik xəstəlikdən, polip səbəbindən inkişaf edən uşaqlıq boynundan
qanaxma, uşaqlıq boynu toxumasının kövrək olması, travma və ya uşaqlıq boynu xərçəngi də
daxil olmaqla, mamalıqla bağlı olmayan hallardan xəbər verə bilər. Bu fəsildə klinik, laborator
v
ə ultrasəs müayinələrinin nəticələrinə əsasən hamiləliyin birinci trimestrinin normal gedişatı
n
əzərdən keçirilir və daha sonra spontan abort, ektopik hamiləlik və trofoblastik xəstəliyin
diaqnostikası, müayinə və müalicəsi izah edilir.
Normal Hamil
əliyin Birinci Trimestrində Laborator Parametrləri
β-HCG-nin kəmiyyət səviyyəsi hamiləliyin müddətinə və ilkin hamiləlik dövrünün ultrasəs
müayin
əsinin nəticələrinə uyğundur. İki-üç gündən bir ən azı iki dəfə β-HCG-nin səviyyəsinin
t
əyin edilməsi hamiləliyin gedişatının normal olub-olmamasını müəyyən etməyə kömək edə
bil
ər. Erkən dövrü normal inkişaf edən hamiləliyin dördüncü həftəsindən səkkizinci həftəsinədək
β-HCG-nin səviyyəsi hər iki-üç gündən bir-iki dəfə artmalıdır. β-HCG-nin səviyyəsinin azalması
v
ə ya dəyişməməsi (plato) hamiləliklə bağlı nəticələrin pisləşmə ehtimalının mühüm göstəricisi
olsa da, lakin spontan abort v
ə ya ektopik hamiləlik arasında diferensiasiya aparmağa imkan
vermir (C kateqoriyası). β-HCG-nin ultrasəs müayinəsi ilə korrelyasiyası hamiləliyin vəziyyəti
haqqında daha dolğun məlumat verir. β-HCG-nin səviyyəsi təxminən 1800 mBV/ml
1
çatanda
transvaginal US müayin
əsi rüşeym kisəsini göstərməlidir. β-HCG-nin səviyyəsi 1800-3500
mBV/ml olduqda is
ə US avadanlığının həssaslığından və həkimin təcrübəsindən asılı olaraq,
transabdominal ultras
əs müayinəsi də rüşeym kisəsini aşkar etməlidir (B kateqoriyası).
Cədvəl 1.
Ultrasəs müayinəsi və qan zərdabında
β-HCG
-nin
səviyyəsinə görə
hamiləliyin hestasiya yaşı
Son
menustruasiyanın
tarixin
ə görə hestasiya
yaşı
Transabdominal US
göst
əriciləri
Transvaginal US
göst
əriciləri
Z
ərdabda β-HCG
-
nin s
əviyyəsi,
mBV/ml
Beş həftədən az
Heç n
ə
Guman edil
ən rüşeym
kis
əsi
1800
Beş-altı həftə arası
Rüşeym kisəsi
Rüşeym kisəsi,
yumurta
sarısı kisəsi
1800-3500
Yeddi h
əftə
5-l0 mm-lik
rüşeym
(embrion)
Transabdonimal
USM-d
ə olduğu kimi
+ ür
ək fəaliyyəti
> 20,000
1
mBV/ml – 1 millilitrdə milli beynəlxalq vahid
Progesteronun da s
əviyyəsi hestasiyanın ilk səkkiz həftəsi ərzində hamiləliyin nəticələsini
proqnozlaşdırmağa kömək edə bilər. Normal hamiləlikdə artan β-HCG-nin səviyyəsindən fərqli
olaraq, hamil
əliyin ilk 9-10 həftəsi ərzində qan zərdabında progesteronun səviyyəsi dəyişmir. β-
HCG-d
ən fərqli olaraq, hamiləliyin ilkin mərhələsində bir dəfə təyin edilmiş progesteron
s
əviyyəsi hamiləliyin nəticəsini müəyyən etməyə yardım edə bilər. Progesteronun səviyyəsinin 5
nq/ml-d
ən (nanogram/millilitr) aşağı olması hamiləliyin nəticəsinin pis olması ilə bağlıdır
(spontan abort v
ə ya ektopik hamiləlik). Progesteronun səviyyəsinin 25 nq/ml-dən yüksək
olması isə uşaqlıq daxilində (intrauterine) inkişaf edən hamiləliyə dəlalət edir (B kateqoriyası).
Ultras
əs müayinəsinin əlçatan olmadığı və β-HCG-nin səviyyəsinin təyin edilməsi çox vaxt tələb
etdiyi
ərazilərdə qan zərdabında progesteronun səviyyəsinin təyini hamiləliyin normal gedişatını
t
əsdiq edə bilər.
HAMİLƏLİYİN İLKİN MƏRHƏLƏSİNDƏ ULTRASƏS MÜAYİNƏSİ
Hamil
əliyin birinci trimestrində yaranan problemlərin araşdırılmasında ultrasəs müayinəsi çox
faydalı diaqnostik vasitədir. Hamiləlik dövründə ultrasəs müayinəsinin aparılmasına əsas
göst
ərişlər ABŞ-ın Milli Səhiyyə İnstitutu (MSİ) tərəfindən 1984-cü ildə təqdim edilmişdir və bu
gün
ədək qüvvədə qalır. ABŞ-ın MSİ-nin təklif etdiyi 28 göstərişdən təxminən yarısı birinci
trimestrd
ə baş verir və aşağıda verilmiş Cədvəl 2-də öz əksini tapır.
Cədvəl 2.
Hamiləliyin birinci trimestrində baş verən və ultrasəs müayinəsinin
aparılmasını şərtləndirən göstərişlər
2
1.
Spontan abortun
baş verməsi və ya dölün ölümünə şübhə
2.
Vaginal qanaxma
3.
Hamil
əliyin hestasiya yaşı qeyri-müəyyən olduqda, hestasiya yaşının müəyyən edilməsi
4.
Müxt
əlif xüsusi prosedurlarda, məsələn, xorion hovlarının biopsiyasında yanaşı istifadə
5.
Çoxdöllü hamil
əlik
6.
Beç
əxorla və ya trofoblastik xəstəlik ehtimalı
7.
Ektopik hamil
əlik ehtimalı
8.
Uşaqlıq daxilinə qoyulmuş kontraseptiv vasitənin (uşaqlıqdaxili vasitə) USM ilə
lokalizasiyasının təyin edilməsi
9.
Uşaqlığın anomaliyası
10.
Dölün ölçül
əri ilə hestasiya tarixi arasında uyğunsuzluq
11.
Klinik müayin
ədə müəyyən edilmiş çanaq boşluğu orqanlarının törəməsinin müayinəsi
Birinci trimestrd
ə aparılan ultrasonoqrafiyanın, habelə diaqnostikanın dəqiqliyinə təsir edən
müayin
ə üsullarının diaqnostik imkanlarını və məhdudiyyətlərini bilmək vacibdir. Ultrasəs
müayin
əsi düzgün tətbiq edildikdə məqalənin müxtəlif fəsillərində təsvir edilmiş müxtəlif
halların sürətli və dəqiq diaqnostikasını apara bilər. Hamiləliyin ilkin dövründə rutin ultrasəs
müayin
əsinin aparılması həm hestasiya yaşının daha dəqiq müəyyən edilməsini və çoxdöllü
hamil
əliyin vaxtında aşkar edilməsini, həm də klinik baxımdan müəyyən olunmayan döl
anomaliyalarının erkən diaqnostikasını təmin edə bilər. Döl anomaliyalarının erkən aşkar
2
ABŞ-ın MSİ-nin məlumatından adaptasiya olunmuşdur, 1984
edilm
əsi qadınlara hamiləliyin erkən dayandırılmasına dair qərar qəbuletmə imkanını verir.
Bununla yanaşı, US müayinəsinin rutin aparılmasının digər mühüm nəticələrə təsiri tam aydın
deyil (A kateqoriyası). Birinci trimestrdə aparılan US müayinəsinin diaqnostik əhəmiyyəti
x
əstənin anamnezi, fiziki müayinəsi, β-HCG-nin və qan zərdabında progesteronun səviyyəsi də
daxil olmaqla, bu vaxtad
ək aparılmış laborator analizlərin nəticələrinin US müayinəsinin
n
əticələri ilə birlikdə nəzərdən keçirilməsi hallarında yüksək olur. Ultrasəs müayinəsinin çox
faydalı olduğunu nəzərə alaraq, bir çox həkim birinci trimestrdə baş verən ağırlaşmaların
müayin
əsi üçün ilk öncə məhz US müayinəsindən istifadə edir. US müayinəsinin nəticələri
qeyri-mü
əyyən və ya mübahisəli nəticələr verdikdə ikinci addım kimi qanda β-HCG və/ya
progesteron s
əviyyəsinin təyin olunması üçün testlərdən istifadə edilir.
Birinci trimestrd
ə ultrasəs müayinəsi həyata keçirildikdə əmin olmaq lazımdır ki, həm
transabdominal, h
əm də transvaginal US görüntüsü əlçatan olsun. Transabdominal US müayinəsi
geniş görüntü sahəsinə malikdir və çanaq boşluğunun müxtəlif dərinlikdə görüntülərini əldə
etm
əklə yanaşı, çanağın yuxarı hissəsində və dibində yerləşən orqanların tam müayinəsinə imkan
verir. Transabdominal görünm
ə 3-5 MHz tezlikli ötürücü ilə aparılır. Transvaginal US
müayin
əsi isə 5.0-7.5 MHz tezlikli ötürücü ilə aparılır və əldə edilən görüntülərin dəqiqliyini
artırır. Transvaginal US müayinəsinin çatışmazlığı görüntü sahəsinin məhdud olmasıdır.
Bu s
əbəbdən də dəqiq diaqnostika üçün hər iki üsuldan (transabdominal və transvaginal) istifadə
etm
ək vacibdir. Transvaginal US müayinəsi həm həkimin otağında, həm xəstəxanada və təcili
tibbi yardım şöbələrində istifadə edilə bilər.
Normal hamil
əlikdə ultrasəs müayinəsinin nəticələri
Sonuncu menstruasiyadan hesablandıqda hamiləliyin beşinci və yeddinci həftələri arasında 5.0-
7.5 MHz ötürücü il
ə aparılan transvaginal ultrasəs müayinəsi ilə əvvəlcə döl kisəsi, sonra
yumurta sarısı kisəsi və nəhayət, rüşeym (embrion) müəyyən edilir. Qanda β-HCG-nin səviyyəsi
1800 mBV/ml olmayanad
ək ultrasəs müayinəsində döl kisəsi görünmür. Beşinci həftə ərzində
döl kis
əsinin içi boş görünür və ektopik hamiləlik hallarında inkişaf edən “yalançı döl
kis
əsi”ndən fərqlənmir. İlkin mərhələdə normal inkişaf edən döl kisəsinin əlamətlərinə
aşağıdakılar aid edilir:
1.
yumru formada olması,
2.
uşaqlıq dibində yerləşməsi və
3.
kis
əni kənardan əhatə edən exogen halqa.
Altıncı həftə ərzində yumurta sarısı kisəsi müəyyən edilir. Yumurta sarısı kisəsi döl kisəsi
daxilind
ə müəyyən olunan exogen yumru strukturdur.
Yumurta sarısı kisəsinin divarı nazik olduğundan, onun ultrasəs şüalarına paralel olan lateral
hiss
ələri görünməyə bilər. Bu səbəbdən US müayinəsində yumurta sarısı kisəsi yumru yox “=”
(b
ərabərlik) işarəsi kimi görünə bilər. Döl kisəsi müəyyən edilirsə, mütləq şəkildə yumurta sarısı
kis
əsinin də təyin edilməsi təmin olunmalıdır. Nəzərə almaq lazımdır ki, yumurta sarısı kisəsi
heç d
ə bütün müstəvilərdə görünmədiyi üçün onun təyin edilməsi məqsədilə bütün kvadratların
görünm
əsi aparılmalıdır. Yumurta sarısı kisəsi rüşeymə aid (embrional) bir struktur olduğundan,
onun t
əyin edilməsi uşaqlıq daxilində inkişaf edən hamiləliyin mövcudluğunu təsdiq edir və
ektopik hamil
əliyin yalançı kisəsini (psevdokisə) istisna edir. Döl kisəsi daxilində olan maye
amniotik maye
yox, rüşeymdənxaric (ekstraembrional) boşluq mayesidir.
Hamil
əliyin yeddinci həftəsi ərzində rüşeym müəyyən olunur və onun ürək fəaliyyəti qeyd
olunmağa başlayır. Transabdominal US müayinəsi ilə müqayisədə transvaginal US ilə rüşeym
bir h
əftə əvvəl aşkar edilir. Rüşeym əvvəlcə yumurta sarısı kisəsinin bir kənarında “nöqtə” kimi
görünür v
ə günə bir millimetr (mm) sürəti ilə böyüyür. Rüşeymin ürək fəaliyyəti onun baş-oma
ölçüsü beş millimetrə çatdıqda həmişə müəyyən edilir. Lakin görünmə üçün istifadə olunan
avadanlığın texniki imkanları və müayinəni aparan mütəxəssisin təcrübəsindən asılı olaraq
rüşeymin ürək fəaliyyəti daha tez də təyin oluna bilər. İlk dəfə təyin edildikdə rüşeymin ürəyi
d
əqiqədə 100 vurğu sürəti ilə döyünür. Müşahidə edilən müddətdə ürək döyüntülərinin sayı
d
əqiqədə 180 vurğuyadək sürətlə qalxır və sonradan dəqiqədə 120-160 vurğuyadək enir. Ürək
döyüntül
ərinin sayı dəqiqədə 120-160 vurğu olan hallarda onlar portativ Doppler cihazı ilə də
t
əyin oluna bilər. M-üsulla aparılan US müayinəsi ilə rüşeymin ürək fəaliyyəti sənədləşdirilə və
ür
ək döyüntülərinin sayı təyin oluna bilər. US müayinəsi zamanı rüşeymi əhatə edən qişa da
görünür. Bu amniotik qişadır və növbəti bir neçə həftə ərzində böyüyərək rüşeymdənxaric
boşluğu tədricən obliterasiya edir və ya tam tutur.
Hamil
əliyin beşinci və altıncı həftələri ərzində döl kisəsi inkişaf etdikdən sonra və rüşeym
mü
əyyən olunanadək döl kisəsinin ortalama diametrini (uzunluq + en + hündürlük/3) təyin
etm
əklə və standartlaşdırma cədvəllərindən və ya ultrasəs aparatındakı kompüter proqramından
istifad
ə etməklə hestasiya yaşı müəyyən edilə bilər. Müasir real vaxt rejimində aparılan
transvaginal US müayin
əsinin köməyi ilə hamiləliyin altıncı həftəsində rüşeym müəyyən edilə
bil
ər və hestasiya yaşı onun baş-oma uzunluğunu ölçməklə təyin edilə bilər. Rüşeymin baş-oma
uzunluğu əsasında aşağıda göstərilən cədvəllərdən və ya ultrasəs aparatındakı kompüter
proqramından istifadə etməklə hestasiya yaşı təyin olunur.
Cədvəl 3.
Baş-oma uzunluğu və hestasiya yaşı
Baş-oma uzunluğu
Hestasiya yaşı
Baş-oma uzunluğu
Hestasiya yaşı
0.2 cm
5.7 h
əftə
3.5 cm
10.4 h
əftə
0.4 cm
6.1 h
əftə
4.0 cm
10.9 h
əftə
0.6 cm
6.4 h
əftə
4.5 cm
11.3 h
əftə
0.8 cm
6.7 h
əftə
5.0 cm
11.7 h
əftə
1.0 cm
7.2 h
əftə
5.5 cm
12.1 h
əftə
1.3 cm
7.5 h
əftə
6.0 cm
12.5 h
əftə
1.6 cm
8.0 h
əftə
6.5 cm
12.8 h
əftə
2.0 cm
8.6 h
əftə
7.0 cm
13.2 h
əftə
2.5 cm
9.2 h
əftə
8.0 cm
14.0 h
əftə
3.0 cm
9.9 h
əftə
Alternativ olaraq, rüşeyn (embrion) təyin olunduqda, hamiləliyin 8-ci və 13-cü həftələri arasında
rüşeymin baş-oma uzunluğunu ölçməklə aşağıdakı formulanın köməyi ilə hestasiya yaşını
mü
əyyən etmək olar: Hestasiya yaşı (həftələr) = baş-oma uzunluğu (sm) + 6.5.
HAMİLƏLİKDƏ PATOLOJİ HALLAR
Bu f
əslin aşağıdakı hissələrində hamiləlikdə rast gəlinən patoloji və ya qeyri-normal halların, o
cüml
ədən, spontan abort, ektopik hamiləlik və trofoblastik xəstəliyin sonoqrafik (ultrasəs)
n
əticələri müzakirə və təsvir ediləcəkdir.
Hamil
əliyin ilkin mərhələsində düşüklər və ya spontan abortları təsvir etmək üçün müxtəlif
terminl
ərdən istifadə edilir. Onlardan bir çoxu müasir patofiziologiya anlayışı mövcud olmazdan
əvvəl yaranmışdır və köhnəlmiş terminlərdir. Bununla belə, onlar hələ də istifadə edilir:
1.
Spontan abort — ilk 20 h
əftə ərzində hamiləliyin özbaşına pozulmasıdır. Bu termin tibbi
abortla (hamil
əliyin planlı və ya könüllü pozulması) qarışdırıldığına görə xəstələrlə spontan
abort bar
əsində müzakirə aparıldıqda düşük terminindən istifadə edilməsi məsləhət olunur.
2.
Erk
ən spontan abort — hestasiya yaşının 12-ci həftəsinədək baş vermiş spontan abortdur.
3.
Abort t
əhlükəsi — hamiləliyin birinci yarısı zamanı hər hansı bir anda baş vermiş uşaqlıq
qanaxması. Uşaqlıq boynu bağlıdır və mayalanma məhsulları xaric olmur.
4.
Natamam abort —
dölün uşaqlıqdan bütövlükdə deyil, qismən xaric olması halıdır.
5.
Başlanmış abort — uşaqlıq boynu genişlənmiş, ancaq toxuma xaric olmamışdır.
6.
Gizli abort — t
ələf olmuş döl və ya embrionun bir neçə həftədir ki, uşaqlıq boşluğunda
qalması ilə xarakterizə olunur. Bu zaman uşaqlıq böyümədən qalır və hamiləliyin gününə
gör
ə gözlənildiyindən kiçik olur. Hamiləlik əlamətləri tədricən aradan qalxır. Həmin
x
əstələrdə uşaqlığın böyüməsi müşahidə edilmir və ya hamiləliyin 12-ci həftəsində belə
dölün ür
ək döyüntüləri eşidilmir.
7.
Septik abort —
infeksiyanın uşaqlığa keçərək endometrit, parametrit və peritonitə səbəb
olması ilə müşayiət olunan natamam abort.
8.
Rüşeymsiz hamiləlik — nəzərəçarpan döl kisəsinin və cift toxumasının mövcud olmasına
baxmayaraq, embrion inkişafdan dayanmışdır. Bu hallarda yüksək dəqiqlik qabiliyyətinə
malik ultras
əs müayinəsində döl (embrion) təyin edilmir. Oxşar prosesi izah etmək üçün
rüşeymsiz hamiləlik termini ilə yanaşı, bəzən embrionun rezorbsiyası terminindən istifadə
edilir. Rüşeymsiz hamiləlik diaqnozu, adətən, ya ultrasəs müayinəsi, ya da xaric olmuş
toxumanın müayinəsi vasitəsilə qoyulur.
9.
Subxorionik qanaxma — ultras
əs müayinəsində xorionla uşaqlıq divarı arasında qan
toplanması müəyyən edilir.
10.
Decidua — spontan abortun bir hiss
əsi kimi bir çox hallarda xaric olan hamiləlik
endometriumu. Decidua bütöv şəkildə xaric olduqda buna deciduanın atılması deyilir. Bu da
əsasən ektopik hamiləlik hallarında müşahidə edilir.
Patofiziologiya
Spontan abortların ən azı yarısı trisomiya, triploidiya və ya monosomiya kimi böyük genetik
anomaliyaların nəticəsidir. Spontan abortlar, həm də uşaqlıq anomaliyası, ananın
dietilstilbestrola (DES) m
əruz qalması, leyomioma (fibromioma), uşaqlıq boynunun çatışmazlığı,
lutein fazasının qüsuru səbəbindən progesteron çatışmazlığı və immunoloji amillər kimi daxili
mühit faktorları ilə də əlaqələndirilir. Xarici mühit amillərinə tütün, alkoqol və ya kokain
istifad
əsi, şüalanma, infeksiyalar və peşə fəaliyyəti ilə bağlı kimyəvi maddələrin təsiri aiddir.
Ananın yaşı artdıqca spontan abort halları da artır. Klinik praktikada erkən spontan abortun
etiologiyası nadir hallarda müəyyən edilə bilir.
Spontan abortun klinik
gedişatı
Əvvəlcə hamiləlik amenoreya (aybaşının olmaması), hamiləliyin səciyyəvi simptomları və
hamil
əlik testinin müsbət nəticəsi ilə müəyyən edilir. Hamiləlik baş tutmadıqda, β-HCG (insanın
xorionik qonadotropin hormonu) s
əviyyəsinin artımı dayanır və ya aşağı düşür və hamiləliyin
simptomları kəsilir. Bundan sonra vaginal qanaxma başlayır. Vaginal qanaxma ehtimal edilən
spontan abortun
ən geniş yayılmış əlamətidir və bütün hamiləliklərin təxminən 30%-də baş verir.
Vaginal qanaxması olanların təxminən yarısında spontan abort baş verir, digər yarısında isə döl
inkişaf edir. Lakin vaginal qanaxması olmayanlarla müqayisədə həmin qadınlarda ağırlaşma
halları və hamiləliyin pis nəticələri daha çox olur. Qanaxmanın başlanması hamiləliyin davam
etm
əsini sual altına alır. Halbuki bu cür hallarda bəzən hamiləlik bir neçə həftə əvvəl pozulmuş
ola bil
ər. Daha sonra aşağı bel ağrısı və abdominal ağrılar meydana çıxır və hamiləliyin davam
etm
əsi proqnozu pisləşir. Nəhayət, döl xaric edilir və bu bəzən ciddi qanaxma və ağrılarla
müşayiət olunur.
Diaqnostika
Abdominal müayin
ə zamanı ağrının lokalizasiyasına, palpasiyada ağrıya və gərginliyin olub-
olmamasına xüsusi diqqət yetirilir. Həmin əlamətlər ektopik hamiləliklə yanaşı inkişaf edən
hemoperitoniumdan x
əbər verə bilər. Qanaxmanın uşaqlıqla əlaqəsi olmayan səbəblərini və ya
uşaqlıq boynunun açılışını aşkar etmək üçün ginekoloji müayinə aparılmalıdır. Açıqlığı
yoxlamaq üçün maşadan istifadə etmək olar, belə ki, normal, genişlənməmiş uşaqlıq boynuna
maşanı yeritmək mümkün olmur. Uşaqlığın ölçüsünü və uşaqlıq artımlarının törəməsinin olub-
olmadığını yoxlamaq üçün bimanual müayinə də aparılmalıdır. Təcrübəli həkim uşaqlığın ölçüsü
əsasında hamiləliyin hestasiya yaşını iki həftəyə qədər dəqiqliklə təyin edə bilər, lakin piylənmə,
ağrı, xəstənin həkimlə əməkdaşlığa meyilli olmaması və uşaqlığın retroversiyası dəqiqliyi aşağı
sala bil
ər. Uşaqlığın ölçüsünün gözləniləndən kiçik olması spontan abortun baş verməsinə işarə
edir.
Embrionu diri olan 9-10 h
əftəlik hamiləlikdə dölün ürək döyüntülərini Doppler US müayinəsi
vasit
əsilə eşitmək olar. Dölün ürək döyüntülərinin daha yaxşı eşidilməsi üçün bimanual müayinə
zamanı uşaqlığın qaldırılması məqsədəuyğundur. Lakin xüsusilə də piylənməsi olan və ya
uşaqlığı retroversiya olunmuş xəstələrdə sonuncu menstrual dövrdən sonra 11-12-ci həftəyədək
dölün ür
ək döyüntüləri təyin olunmaya da bilər.
Uşaqlıq yolundan xaric olunmuş toxumanın müayinəsi aparılmalıdır. Bu müayinənin aparılması
çox faydalıdır və bu, həkimin otağında və ya təcili tibbi yardım şöbəsində həyata keçirilə bilər.
Bir çox hallarda bu müayin
ə nəticəsində vacib diaqnostik məlumat əldə edilir. Toxumanın
müayin
əsində zədələnməmiş döl kisəsi, rüşeym (embrion) və ya xorionik xovlara xarakter
şaxələnmə müəyyən edilirsə, bu spontan abortun baş verdiyini təsdiqləyir və həmçinin, sinxron
ektopik v
ə uşaqlıqdaxili hamiləlik (heterotopik hamiləlik) hallarında ektopik hamiləliyin
olduğunu istisna edir. Xorionik xovların müəyyən edilməsi üçün uşaqlıq yolundan xaric edilmiş
toxumanı 0.9%-li fizioloji NaCl məhlulu ilə yumaq lazımdır. Toxumanın arxadan
işıqlandırılması ilə toxumanın xüsusiyyətlərini müəyyən etmək olar. Bütün hallarda toxumanın
histo-patoloji müayin
əyə göndərilməsi vacibdir. Mübahisəli hallarda histo-patoloqun rəyi yekun
hesab edilir.
Əgər toxuma uşaqlıq boynunun dəlik hissəsində təyin olunursa, bu zaman spontan abort
qaçılmazdır. Maşadan istifadə edərək toxumanı ehtiyatla xaric etmək olar. Qismən xaric olunmuş
toxumanın daha aqressiv üsullarla çıxarılması nəzərdə tutulduqda, xəstələrdən məlumatlı razılıq
əldə edilməli, analgeziya (ağrıkəsici) və ya sedativ preparatların verilməsi məsələləri müzakirə
edilm
əlidir.
Klinik müayin
ənin nəticələrinə görə aydın diaqnoz qoymaq mümkün olmadıqda, daha düzgün
diaqnoz
əldə etmək üçün transvaginal US müayinəsinin istifadə edilməsi vacibdir. Gizli abort
t
ələf olmuş dölün uşaqlıq boşluğunda qalması ilə xarakterizə olunur və bu hallarda uşaqlığın
boşalması müşahidə edilmir. Həmin hallarda US müayinəsində normal exogen xorion xovları ilə
əhatə olunmayan boş döl kisəsi təyin edilir. Burada, ümumiyyətlə, embrion və ya rüşeym olmaya
bil
ər ("rüşeymsiz hamiləlik" və ya "embrionun sovrulması”) US müayinəsində ölü embrion da
t
əyin oluna bilər. Təxminən iki santimetr diametri olan döl kisəsində embrion olması gözlənilir.
Baş-oma uzunluğu 5 mm olan embrion ürək döyüntülərini nümayiş etdirməlidir. Ultrasəs
müayin
əsi mübahisəli nəticələr verirsə və xəstənin vəziyyəti stabildirsə, bu zaman xəstənin
müşahidə altına götürülməsi və təkrar US müayinəsinin bir neçə gündən sonra keçirilməsi
m
əqsədəuyğundur.
Natamam abort hallarında aparılan ultrasəs müayinəsində kistoz və ya exogen tapıntılar təyin
edil
ə bilər. Əgər uşaqlıq daxilində təyin olunan toxumanın qalınlığı 5 mm-dən çoxdursa,
yüks
ək əminliklə demək olar ki, uşaqlıq daxilində toxumanın qalıqları vardır. Lakin heç də bütün
x
əstələrdə vakuum aspirasiyanın aparılmasına ehtiyac duyulmur.
Tamamlanmış spontan abort zamanı uşaqlıq tam boşalmış olur və uşaqlıq boşluğunun boşalması
s
əbəbindən uşaqlıq divarlarının bitişmiş olması nəticəsində US müayinəsində “endometrial
zolaq” mü
əyyən edilir. Uşaqlıq yolundan toxuma və ya laxtaların xaric edildiyi hallarda US
müayin
əsində “endometrial zolaq” əlamətinin təyin edilməsi spontan abortun tamamlanıb-
tamamlanmasını və dilyatasiya və kyuretajın tələb olunub-olunmamasını müəyyən etməyə imkan
verir.
X
əstədə qızdırma, ağrılı uşaqlıq və ya uşaqlıq artımları qeydə alındıqda, yaxud peritonit
əlamətləri müəyyən edilirsə, bu zaman septik abort nəzərdən keçirilməlidir. Həmin hallarda
uşaqlıq daxilində döl toxumasının qalması ilə nəticələnən tibbi abort və ya qeyri-qanuni abort və
ya uşaqlığın perforasiyası nəzərdən keçirilməlidir.
Subxorionik qanaxma zamanı döl kisəsi və embrion mövcud olur, lakin ultrasəs müayinəsində
xorion
la uşaqlıq divarı arasında hematoma aşkar edilir. Subxorionik qanaxmanın ultrasəs
vasit
əsilə müəyyən edilməsi, spontan abort ehtimalının 30% olmasına dəlalət edir (hətta dölün
ür
ək döyüntüləri qeydə alınsa belə). Buna görə də xəstəyə qanaxmanın gözlənildiyi barədə
m
əlumat ehtiyatla verilməlidir.
Menecment
Qanaxma olduğu zaman düşük ehtimalı ümumilikdə 50%-ə bərabərdir və spazmatik ağrılar
qanaxmanı müşayiət edirsə, bu ehtimal artır. Ultrasəs müayinəsi proqnozu dəqiqləşdirir. Düşük
ehtimalı hamiləliyin nə qədər gec mərhələsində ilk dəfə müəyyən edilərsə, həmin hamiləliyin
sona çatdırılması ehtimalı bir o qədər yüksək olur.
US müayin
əsi zamanı ürək döyüntülərinin
mövcudluğu yaxşı proqnostik əlamətdir. Qanaxması olan pasiyentdə dölün ürək döyüntüsü
ultras
əs vasitəsilə aşkar edildiyi halda düşük ehtimalı 2.1%-lə (yaşı 35-dən aşağı olan qadınlar
üçün) 16.1% (yaşı 35-dən yuxarı olan qadınlar üçün) arasındadır. Buna görə də birinci trimestr
hamil
əlik zamanı qanaxması olan və US müayinəsində dölün ürək döyüntüsü qeydə alınan
x
əstələr pozitiv yanaşma ilə yaxından müşahidə edilə bilər. Ayrı-ayrı xəstələrdə nəticəni
əvvəlcədən müəyyən etmək mümkün deyil. Bütün hallarda xəstələrin hamiləliyi davam etdirmək
ist
əyi dəstəklənməlidir, lakin spontan abortun (düşük) qarşısını almaq üçün hər hansı
müdaxil
ənin mümkünsüzlüyü izah edilməlidir.
Birinci trimestrd
ə baş verən düşüklərin əksəriyyəti tibbi və cərrahi müdaxilə olmadan, tam və
qeyri-
iradi olaraq baş verir. Fiziki müayinənin məqsədi natamam abortu olmuş, qanaxma və ya
infeksiya riski olan, tibbi v
ə ya cərrahi müdaxilədən yararlana biləcək pasiyentləri müəyyən
etm
əkdir (B Kateqoriyası). Cərrahi müdaxilə üçün göstərişlərə güclü qanaxma, ağrı və ya
simptomların uzun müddət davam etməsi daxildir. Embrion və ya embrionsuz döl kisəsinə malik
x
əstələrdə (zədələnmiş yumurta, embrionun rezorbsiyası və ya ölmüş rüşeym) döl toxumaları
mü
əyyən uyğun müddət ərzində xaric edilmədikdə, onlara sorucu kyuretajın aparılması təklif
edilm
əlidir. Müdaxilənin vaxtını təyin etmək üçün ən vacib amil xəstənin psixoloji durumudur.
Bir çox qadınlar ölmüş dölün xaric olmasını həftələrlə gözləmək istəmirlər. Logistik məsələlər
d
ə nəzərə alınmalıdır: məsələn, xəstələr gözlənilməz bir yerdə və vaxtda ağır qanaxma və
spazmatik ağrılara məruz qalmaqdansa, effektiv şəkildə dilyatasiya və kyuretajın aparılmasını
seç
ə bilərlər. Uşaqlıq boşluğunda instrumental müdaxilələr aparılırsa (məs., maşalar və ya
dilyatasiya v
ə kyuretaj), bəzi həkimlər antibiotiklərlə profilaktikanı aparır və oral metilergonovin
t
əyin edirlər.
Uşaqsalma və ya spontan abort baş verdikdən sonra yenidən hamilə qalmağa cəhd etməzdən
əvvəl qısa müddət kontrasepsiyadan istifadə tövsiyə edilir. Hamiləliyin pozulmasından sonrakı
ilk üç ay
ərzində baş vermiş növbəti hamiləliklərdə düşük ehtimalı daha yüksək olur. Uzun
müdd
ətlü kontrasepsiya tələb edən (istəyən) xəstələrdə birinci trimestrdə baş vermiş spontan və
ya induksiya olunmuş abortdan dərhal sonra uşaqlıq daxilinə spiralın yerləşdirilməsi həm
t
əhlükəsiz, həm də effektivdir (A Kateqoriyası).
G
ələcəkdə daha geniş yayılma ehtimalı olan yanaşmalardan biri də düşüklərin medikamentoz
üsul il
ə tamamlanmasıdır. Güclü uterotonik preparatlara aid edilən peroral və ya vaginal
mizoprostolun istifad
əsi ilə bu yanaşmanın faydası bir neçə araşdırmada təsdiq edilmişdir. Bu
mövzuda
əlavə tədqiqatların aparılması lazım ola bilər.
Dostları ilə paylaş: |