«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə



Yüklə 1,65 Mb.
səhifə20/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   16   17   18   19   20   21   22   23   ...   92
Ruhi pozuntular

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

14

Üzvi ruhi pozuntular:

 

 

 

a) kəskin dərəcədə ifadə olunmuş davamlı ruhi pozuntular olduqda

D

D

D

b) mülayim dərəcədə ifadə olunmuş ruhi pozuntular olduqda

C

C

C

c) yüngül dərəcəli qısamüddətli xəstəlik təzahürləri olduqda

Ç

Ç

Ç

ç) baş-beynin kəskin xəstəliyindən və ya qapalı kəllə-beyin travmasından sonra xəstəlik pozuntularının davamlı kompensasiyası olduqda

A-4

A

A

 

Bu maddə baş-beynin zədələnməsi və disfunksiyası (baş-beynin travmaları, şişləri, ensefalit, meningit, neyrosifilis, həmçinin, senil və presenil psixozları, baş beynin damar, degenerativ və digər üzvi xəstəlikləri və zədələnmələri) nəticəsində yaranan psixozları, digər ruhi pozuntuları, şəxsiyyət və davranış dəyişikliklərini nəzərdə tutur.

Şəhadətləndirilmə stasionar müayinədən sonra aparılır.

«a» bəndinə kəskin dərəcədə ifadə olunmuş, uzun sürən psixotik hallar, habelə davamlı nəzərə çarpan intellektual-mnestik və ya şəxsiyyətin psixoorqanik tip üzrə kəskin dərəcədə ifadə olunmuş dəyişiklikləri aiddir.

«b» bəndinə mülayim dərəcədə ifadə olunmuş astenik, affektiv, dissosiativ, koqnitiv, şəxsiyyət pozuntuları və digər pozuntularla müşayiət olunan hallar, eləcə də xoş gedişli psixotik hallar aiddir.

«c» bəndinə sağalma ilə, yaxud cüzi dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş baş-beynin travması və ya kəskin üzvi xəstəliyi nəticəsində yaranmış, mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmayan, keçib gedən, qısamüddətli psixotik və qeyri-psixotik pozuntuları aiddir. Bu zaman, hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilməsi və ya onlara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi, ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən isə vətəndaşların hərbi xidmətə 6 ay müddətinə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyətdən və ya azadedilmədən sonra, zərurət olduqda, təkrar şəhadətləndirilmə keçirilir.

«ç» bəndinə baş-beynin kəskin xəstəliyi və ya travmasından sonra ruhi pozuntular və mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmayan (bu zaman funksiyaların pozulması olmayan ayrı-ayrı dağınıq üzvi nişanələr ola bilər) xəstəlik təzahürlərinin davamlı (1 ildən az olmayaraq) kompensasiya halları aiddir.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə