«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə87/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   84   85   86   87   88   89   90   91   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

86

Xəstəliklərin, yaralanmaların, travmaların, zəhərlənmələrin, xarici amillərin digər təsirlərinin nəticələrinin müalicəsindən sonra sümük-əzələ sisteminin, birləşdirici toxumanın, dərinin, dərialtı toxumanın müvəqqəti funksional pozulmaları

Ç

Ç

Ç

 

Oynaqların kəskin iltihabi xəstəliklərini keçirmiş, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən şəxslər müalicə bitdikdən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Oynaqların iltihabi xəstəliklərinin kəskin formalarını keçirdikdən sonra 6 ay müddətində iltihab əlamətləri olmadıqda, onlar hərbi xidmətə yararlı hesab edilirlər.

Hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar o hallarda çıxarılır ki, stasionar müalicə qurtardıqdan sonra iltihabın kliniki və laborator əlamətləri olmasın, fiziki yükdən sonra oynaqlarda mülayim, keçib gedən ağrı hissləri saxlanılsın və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin bərpası üçün 15 gün və daha artıq müddət tələb olunsun.

Sümüklərdə və oynaqlarda cərrahi əməliyyatlardan, vətərlərin (əl və ayaq barmaqları vətərlərindən başqa) plastikasından və ya tendolizindən sonra hərəkətlərin müvəqqəti məhdudlaşması, sümüklərin sınıqlarından sonra bərkiməmiş sümük döyənəkləri olduqda, hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar o hallarda çıxarılır ki, hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin bərpası üçün 15 gün və daha artıq müddət tələb olunsun.

Borulu sümüklərin sınıqlarının nəticələrinin müalicəsi qeyri-qənaətbəxş olduğu hallarda, xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmır. Bu zaman, «Xəstəliklər cədvəli»nin 82-ci maddəsinin «a», «b» və ya «c» bəndi üzrə hərbi xidmətə yararlılıq kateqoriyası müəyyən edilir.

Əlin, ayağın xırda sümüklərinin və topuqların sınıqları olduqda, «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilənlərə xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmır. Belə hallarda, stasionar müalicə başa çatdıqdan sonra aparılacaq zəruri müalicə tədbirləri göstərilməklə, hərbi xidmət vəzifələrinin icrasından azad edilmə haqqında qərar çıxarılır. Müharibə dövründə bu hərbi qulluqçular sağalanların taboruna (komandasına) göndərilirlər.

Sınıq bitişdikdən sonra borulu sümükdə ştift (lövhəcik) qalmışsa, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər, onun çıxarılması üçün 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Cərrahiyyə əməliyyatından imtina edildikdə, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 82-ci maddəsi üzrə keçirilir.

Fəqərələrin köndələn, tinli çıxıntılarının sınıqlarından, ştiftin, lövhəciyin və digər konstruksiyaların çıxarılmasından sonra hərbi qulluqçuların azad edilməsi haqqında qərar çıxarılır.

Xırda sümüklərin stasionar müalicə tələb etməyən fəsadlaşmamış qapalı sınıqlarında «Xəstəliklər cədvəli»nin III qrafası üzrə hərbi qulluqçuları, məzuniyyət verilməsinin və ya azad edilmənin zəruriliyi haqqında qərar çıxarmaqla, ambulator qaydada şəhadətləndirməyə icazə verilir.

Borulu və digər sümüklərin yalnız gips sarğısı ilə immobilizasiya tələb edən fəsadlaşmamış qapalı sınıqlarında sümük döyənəyi əlamətləri yarandıqdan sonra «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər gips sarğısı açılana qədər xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmaqla, tibb müəssisəsindən ambulator müalicəyə buraxıla bilərlər.

Hərbi təhsil müəssisələrinin kursantlarını və dinləyicilərini müalicəni davam etdirmək üçün hərbi təhsil müəssisəsinin lazaretinə, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuları isə əgər bu xəstələr üçün lazımi şərait yaradılmışsa, hərbi hissənin tibb məntəqəsinə yerləşdirmək və mütləq hospitalın cərrahı (travmatoloqu) tərəfindən ayda ən azı bir dəfə müayinə etdirmək lazımdır. Xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyinin müəyyənləşdirilməsi üçün bu şəxslərin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilməsi hərbi təhsil müəssisəsinin lazaretində, hərbi hissənin tibb məntəqəsində müalicə başa çatdıqdan sonra keçirilir. Zərurət olduqda, hərbi qulluqçular təkrar hospitallaşdırıla bilərlər.

Çənənin, əngin və üzün yumşaq toxumalarının travmalarının nəticələri ilə xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarmaq üçün əsas sınıqların ləng bitişməsi, qalın çapıqların, yaxud cərrahi və ya ortopedik müalicənin mürəkkəb metodlarının tətbiq edilməsini tələb edən sınıqların, habelə travmatik osteomielitlə müşayiət olunan sınıqların olmasıdır.

Oynaqlarda hərəkətlərin həcmini qiymətləndirərkən 2 nömrəli cədvəl əsas götürülməlidir.

Kəskin ekzogen təsirlərdən və intoksikasiyalardan sonra qalıq təzahürləri olduqda, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Bundan sonra onların hərbi xidmətə yararlılıq kateqoriyası orqan və sistemlərin funksiyalarının bərpa olunması dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin 85-ci maddəsi üzrə təyin edilir.

 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə