Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə İxtisas fənlər kafedrası



Yüklə 461,7 Kb.
səhifə1/8
tarix25.10.2022
ölçüsü461,7 Kb.
#66150
  1   2   3   4   5   6   7   8
Təzyiq altında işləyən qablar , Sənaye təhlükəsizliyi Əmirxanlı Tural





Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə
İxtisas fənlər kafedrası







Fənnin adı

Sənaye təhlükəsizliyi







Dinləyicinin soyadı və adı

Əmirxalı Tural







Kursun və taqımın nömrəsi

II kurs, HFT20Q1







Sərbəst işin nömrəsi və mövzusu

Sərbəst iş №1, Təzyiq altında







işləyən qablar

























İstifadə olunan ədəbiyyat

Təzyiq Altında İşləyən Tutumların Quruluşu və







Təhlükəsiz İstismar Qaydaları, Xidməti Təcrübə Nəticəsi, İnternet Materialları







Fənn müəlliminin soyadı və adı

Süleymanova/Rəhmanlı Aysel







Sərbəst işin qəbulu haqqında müəllimin qeydi



















Müəllimin işi yoxladığı tarix










Dinləyicinin aldığı bal










Müəllimin imzası










Qeyd: Sərbəst iş ən azı 2 vərəq həcmində yazılmalıdır. Mövzu
yazılarkən giriş hissə, işin məzmunu və nəticə qeyd olunmalıdır.



Hər bir istehsalat müəssisəsində müxtəlif işləri yerinə yetirmək üçün təyinatlara uyğun avadanlıqlardan, aparat, qurğu, tutum, boru xətti, nəqletmə vasitəsləri və s. istifadə olunur.


İstehsalatlarda təzyiq altında işləyən qablar dedikdə əsasən aşağıdakılar nəzərdə tutulur:

  • temperaturu 115oC-dən yuxarı, su ilə işləyən və ya zəhərli təsirli, partlayış-yanğın təhlükəsi olmayan 0,07 MPa (0,7 kqq/sm2) təzyiqdə qaynama temperaturunu aşan, digər mayelərlə işləyən tutumlar;



  • 0,07 MPa (0,7 kqq/sm2) təzyiqdən yüksək təzyiq altında işləyən buxar, qaz və ya zəhərli, partlayış-yanğın təhlükəli mayelərlə işləyən tutumlar;



  • 0,07 MPa (0,7 kqq/sm2)-dan yuxarı təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həllolunmuş qazların nəql olunması və saxlanılması üçün balonlar;



  • buxarları 50oC temperaturda, təzyiqi 0,07 MPa (0,7 kqq/sm2)-dan yuxarı olan sıxılmış və mayeləşdirilmiş qazların nəql olunması və saxlanılması üçün sisternlər və çəlləklər;



  • 0,07 MPa (0,7 kqq/sm2)-dan yuxarı təzyiq altında olan sıxılmış, mayeləşdirilmiş qazların, mayelərin və dənəvər (səpələnən) maddələrin nəql olunması və saxlanması üçün sisternlər və tutumlar;



  • b arokameralar.


Tutumların və onun elementlərinin (o cümlədən ona aid ehtiyat hissələrinin) layihələri, eləcə də onların quraşdırılma və ya yenidənquruma layihələri ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yerinə yetirilməlidir.


Tutumların layihələndirilməsi, hazırlanması, yenidən qurulması, montajı, tənzimlənməsi, təmiri, diaqnostikası və istismarı ilə məşğul olan rəhbər işçilər və mütəxəssislər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təhlükəli istehsal obyektlərinin sənaye təhlükəsizliyi sahəsində fəaliyyət göstərən təşkilatların işçilərinin hazırlanması və attestasiyasının keçirilməsi haqqında Qaydalarına uyğun olaraq atestasiyadan keçməlidir.


Tutumların hazırlanma layihələri və texniki şərtləri müəyyən olunmuş qaydada razılaşdırılmalı və təsdiq olunmalıdır.


İstehsal, yenidənqurma, quraşdırma, tənzimləmə, təmir və ya istismar zamanı layihədə və normativ sənədlərdə lazım gəldikdə dəyişikliklərin edilməsi bu tutumun layihəsini və (və ya) normativ sənədlərini (daha sonra NS) işləyib hazırlayan təşkilatla razılaşdırılmalıdır. Bu mümkün olmadıqda, layihədə və ya NS-də ediləcək dəyişikliklərin ixtisaslaşdırılmış təşkilatla razılaşdırılmasına icazə verilir.


Kimya sənayesində istifadə olunan tutumlar layihələndirilərkən SİTGDMND Agentliyində qeydiyyatdan keçməsi haqqında qərar olan təhlükəli istehsal obyektlərinin sənaye təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müəssisələr üçün sənaye təhlükəsizliyinin ümumi Qaydalarının tələbləri nəzərə alınmalıdır.


Qaydalardan yalnız SİTGDMND Agentliyinin icazəsi ilə müstəsna hallarda kənara çıxmaq olar. İcazənin alınması üçün SİTGDMND Agentliyinə müvafiq əsaslandırma, lazım gəldikdə isə ekspert və ya ixtisaslaşdırılmış təşkilatın rəyi təqdim olunmalıdır. Hazırki Qaydalardan kənara çıxma haqqında icazənin surəti tutumun pasportuna əlavə edilməlidir.





Yüklə 461,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin