İBTİDAİ SİNİFLƏRDƏ İnteraktiv təLİMLƏ Əlaqədar məSƏLƏ HƏLLİNİn didaktik funksiyalari



Yüklə 356,52 Kb.
tarix02.01.2022
ölçüsü356,52 Kb.
#43932
magistr


İBTİDAİ SİNİFLƏRDƏ İNTERAKTİV TƏLİMLƏ ƏLAQƏDAR MƏSƏLƏ HƏLLİNİN DİDAKTİK FUNKSİYALARI
Riyazi təhsilin həyata keçirilməsində məsələ və misallar mühüm əhəmiyyət kəsb edir. Ona görə də məktəb təhsil sistemində birinci sinifdən başlayaraq məsələ həllinə diqqət yetirilir.(4, s.27-28)

Yeni interaktiv təlimdə şagirdlərin müstəqil riyazi yaradıcılığını inkişaf etdirmək üçün məsələ həllinə dair evristik yanaşmalar, ümumi göstərişlər və həll metodları təqdim edilir. Lakin bu vasitələr də məsələ həllinin təlimi ilə bağlı problemlərin hamısını həll edə bilmir. (1, s.1-10)

Ənənəvi təlimdə riyazi təhsilin inkişaf perspektivlərini aşkar etmək məqsədilə, aparılan psixoloji eksperimentlərin nəticələri göstərdi ki, şagirdlərdə məsələ həlletmə qabiliyyəti və bacarıqlarının formalaşdırılmasındakı çətinliklər ilk növbədə aşağıdakı faktorlardan irəli gəlir:

  1. Müəllimin tədris fəaliyyətinin sistematik təhlil edilməməsi;

  2. Məsələ həllinin öyrədilməsində əyləncəli metodların müəyyən edilməməsi;

  3. Məsələ həlli üsullarının nəzəri əsaslarının işlənib hazırlanmaması.

Bu problemlərin həllinə əsasən və ya qismən bağlı olan vəsaitlər mövcuddur.

Bu kitablar ilk növbədə riyaziyyat müəllimləri, ibtidai sinif müəllimləri və gələcək müəllimlər üçün olduqca faydalıdır. Müəlliflərin hər biri məsələ həlli metodikasının müəyyən bir tərəfini özünəməxsus yaradıcılıqla, müəllimlik peşəsinə vurğunluqla işıqlandırır və faydalı məsləhətlər verirlər.

Ümumiyyətlə, ayrı-ayrı müəlliflərin məsələ həllinin öyrədilməsi metodikasına dair fikirləri, yazıları son nəticədə eyni bir məqsədə xidmət edir: şagirdin riyazi- məntiqi təfəkkürünü elə inkişaf etdirmək lazımdır ki, o istənilən riyazi məsələnin həllinə girişə bilsin və onu həll etməyi bilsin və hətta həll edə bilməsə də, həll etməyə cəhd etsin. Buna nail olmaq üçün şagirdlərə standart məsələlər həllini öyrətməklə yanaşı, standart olmayan məsələlər həllini də öyrətmək lazımdır. Deməli, şagirdlər həll edəcəyi məsələlərin növlərini müəyyən etməyi bacarmalıdırlar.( 2, s.8-18) Məsələnin növü onun həll üsulunu tapmağa imkan verir. Çünki kəmiyyətlər arasındakı asılılıqlar müxtəlif olduğu kimi, onlara aid olan hesab əməlləri də müxtəlifdir.

Məsələ həll etmək bacarığı-riyazi hazırlıq səviyyəsinin göstəricisidir. Kəmiyyətlər arasındakı riyazi münasibətləri bilmək qabiliyyəti, təfəkkür əməliyyatların, malik olmaq qabiliyyətidir, riyazi idrakın dərinliyi göstəriciləridir. Ona görə də şagirdin, tələbənin riyazi hazırlıq səviyyəsini yoxlamaq məqsədilə, ilk növbədə ona məsələ həll etmək təklif edilir. Məsələ həll etınək qabiliyyəti onu göstərir ki, şagird hər hansı prosesdə kəmiyyətlər arasındakı asılılıqları modelləşdirməyi və həmin modelin həlli alqoritmini müəyyən etməyi bacarır.

Məlumdur ki, ənənəvi təlimdə I-Xl siniflərdə təhsil müddətində şagirdlər çoxlu sayda məsələ həll edirlər. Bunlardan bir qismini müəllim, digər qismini isə şagirdlər həll edir. Son nəticə heç də ürəkaçan deyildir. Çünki orta məktəb məzunu məsələ həlli metodunu kvadrat tənliyin həlli alqoritmini bildiyi kimi bilmir. Deməli, qazandığı bacarıq və vərdişlər sistemli və əsaslı deyil. Ona görə də hər hansı qeyri- standart məsələ ilə rastlaşan şagird və ya orta məktəb məzunu onu həll etməkdə çətinlik çəkir. Fəal interaktiv təlimdə isə şagirdlər məsələni istər qrup şəklində, istər fərdi şəkildə həll edən zaman yaradıcılıq, tədqiqatçılıq qabiliyyətlərini, məntiqi təfəkkür əməliyyatlarını inkişaf etdirərək məsələni həll edirlər.

Ənənəvi təlimdə şagirdin bilik səviyyələri, bacarıqları müxtəlif olduğu kimi, məsələ həllində rast gəldikləri çətinliklər də müxtəlif səbəblərlə bağlı olur. Həmin səbəbləri xarakterizə edək:

  1. Şagird məsələnin növünü və onunla bağlı kəmiyyətlər arasındakı asılılıqları aşkar etməyi bacarmır;

  2. Şagird məsələnin strukturunu, növünü araşdırmadan, kortəbii olaraq, məsələni həll etməyə çalışır;

  3. Şagird məsələni təhlil etməyi bacarmır və bunun zəruriliyini dərk etmir;

  4. Şagird mürəkkəb məsələni natamam sadə məsələlərə ayırmağı bacarmadığından, həllin başlanğıc nöqtəsini tapmaqda çətinlik çəkir;

  5. Şagird məsələdəki riyazi münasibət bildirən ifadələrin mənasını düzgün dərk edə bilmədiyi üçün, məsələni həll edə bilmir və ya səhv həll edir.

Şagird sinifdə həll olunan məsələyə oxşar məsələni həll etməyi bacardığı halda, başqa tipli və ya onun tərs məsələsini həll etməyi bacarmır.

Belə bir sual meydana çıxır:

İnteraktiv təlimdə istənilən məsələni həll etməyi öyrənmək olarmı? Əlbəttə, interaktiv təlim vasitəsilə istənilən məsələnin həlli üsulunu öyrənmək və o tipdən olan məsələləri həll etmək şagirdlərin imkanları daxilindədir.

Lakin istənilən məsələni həll etməyi bacarmaq üçün bir sıra elmi və metodiki məsələləri bilmək lazımdır. Çünki, riyaziyyatda elə problem məsələlər var ki, onların bəziləri hələ də öz həllini gözləyir.

Məsələ həll etməyi öyrənmək üçün çox işləmək, mütaliə etmək, kəmiyyətlər arasındakı asılılıqları öyrənmək, onları riyazi dilə çevirməyi bacarmaq lazımdır. Çoxlu məsələ həll etməklə məsələ həllini az öyrənmək olar. Burada başlıca şərt ümumi riyazi dünyagörüşü inkişaf etdirmək, hər hansı riyazi obyekti öyrənmə texnologiyasına yiyələnməkdən ibarətdir. Beləliklə, belə bir nəticəyə gəlirik ki, məsələ həll etməyi öyrənmək üçün məsələyə - öyrənilməsi zəruri olan bir obyekt kimi yanaşmaq, onun həllinə isə ixtira olunacaq model kimi yanaşmaq lazımdır.

Riyaziyyat elmi dəqiqliyi, konkretliyi, məntiqi mühakiməni tələb edir. Hər bir riyazi məsələ müəyyən bir konstruksiyanı xatırladır ki, onun məchul elementini düzgün müəyyən edəsən.

Məlumdur ki, çox vaxt şagirdlər məsələ həll etməkdən “qorxur”, ona girişmək istəmirlər və ya özlərində inam hiss etmirlər.(3, s.55) Əksinə, şagird məsələni müstəqil həll edərsə, böyük nikbinlik hissini keçirir, öz əməyinə sevinir, yeni- yeni məsələlər həll etməyə çalışır və bununla da riyaziyyat marağı artır. Təlim prosesində məsələ həllinə məqsədyönlü yanaşdıqda, şagirdin tədris fəaliyyətini istiqamətləndirdikdə, lazımi nəticə əldə etmək olar. Standart olmayan məsələ nəyə deyilir?

Standart olmayan məsələləri həll etmək üçün fikirləşmək, təhlil etmək, nəyi isə axtarıb tapmaq lazımdır. Həm də şagirddə müəyyən hazırlıq, məsələ həllinə yanaşma səriştəsi olmalıdır.

Əlbətdə standart olmayan məsələlərin heç də hamısı çətin deyil, şagirdin məsələni həll edə bilməsi bacarığı müxtəlif faktorlarla bağlıdır:

-verilən məsələyə oxşar məsələ sinifdə həll edilmişdir (edilməmişdir),

- verilən məsələnin həlli üsulunu müəllim göstərmişdir (göstərməmişdir),

-məsələ qeyri- standart olub, şagirdlərin riyazi hazırlıqlarına uyğun gəlir (gəlmir).

Məsələnin həlli yolunu öyrətmək məqsədilə, müəllim sistemli iş aparmalıdır.

Şagirdlər çox vaxt belə hesab edirlər ki, məsələnin həlli cavabın tapıiması ilə bitir. Məsələni həll etmək-birinci məqsəddir. İkinci məqsəd isə-məsələni səmərəli metodla həll etməkdən ibarətdir.

Bunlardan əlavə, şagird məsələ həll etməklə hesablama bacanqlannı inkişaf etdirir, yeni riyazi faktlan öyrənir, yeni həll metodlarını öyrənir, mühakimə aparmaq metodlarına yiyələnir.

Müəllim məsələ seçərkən onun didaktik funksiyalarım qabaqcadan müəyyən etməlidir. Çalışmaq lazımdır ki, sinifdə həll edilən məsələ daha çox funksiyalara malik olsun.

Standart olmayan məsələnin həllinə başlayarkən, əsas çətinlik - həllə hansı nöqtədən, hansı kəmiyyətlər cütündən başlamaq sualı ortaya çıxır. Həllin lazım olan nöqtədən başlaması-işin müvəfəqiyyətini təmin edir.

İbtidai siniflərin riyaziyyat təlimi qarşısında duran vəzifələrlə, elə məsələ həlli qarşısında duran vəzifələr də, demək olar ki, eynidir.

Məsələ həlli vasitəsilə riyaziyyat təlimi həyatla əlaqələnir. Şagirdlər məsələ tərtib etmək üçün ölçmə və hesablama işlərini də aparmalı olurlar.

Yeni interaktiv təlimə əsasən ibtidai siniflərdə şagirdlər I sinifdən başlayaraq, məsələ həllini öyrənir və II-IV siniflərdə çətin olmayan tip məsələlərin həllinə keçirlər. Məlumdur ki, məsələ həlli bilavasitə kəmiyyətlərlə əlaqədardır. Ona görə də, I sinifdə şagirdlər ədəd və ölçü lazımı təsəvvürləri qazanır. Ölçmə işlərinin yerinə yetirilməsilə əlaqədar məsələ tərtib edilməsi və həlli şagirdlərin nəzəri və praktik hazırlığını təmin edir. Məsələ həllində şagirdlərin rast gəldiyi çətinliyi aradan qaldırmaq üçün müəllimlər müxwlıf praktik metod və va istifadə edirlər. Məsələn, məzmunun şəkillər, illüstrasiya, cədvəl və sxemlər vasitəsilə əyaniləşdirilməsi; verilən sual əsasında məsələlərin tərtib edilməsi; sualsız məsələlərin təqdim edilməsi; bu tipli məsələlərin suallarını şagirdlər müəyyən etməlidir. Bu priyom çox əlverişli və səmərəlidir Çünki, şagird məsələnin sualını qoymaq (tapmaq) üçün onun məzmununu, kəmiyyətlər arasındakı asılılıqları, verilənləri ayırd etməlidir. Deməli, sualsız məsələnin verilməsi və sualı tapmaq, şagirdləri düşünməyə və öyrənməyə təhrik edən vasitədir. Bu priyom həm də şagirdə məsələ tərtib etməyin yollarını öyrədir. Şagird məsələ tərtib etməklə, onun riyazi mexanizmini dərindən dərk edir.


Ədəbiyyat


  1. Abbasov N.R. Riyaziyyat-4. Müəllim üçün vəsait, Bakı, ADPU, 2009

  2. Обучение в четвертом. М., просвешение, 2001

  3. Якиманская И.С. Развивающее обучение. М., просвешение, 1992

  4. Эрдниев П.М. Обучение математике в начальных классах. М., просвешение, 1989

Yüklə 356,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin