İKİNCİ Cİld on iKİNCİ FӘSİL



Yüklə 1,43 Mb.
səhifə4/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30

4. VƏSİYYƏT AYƏSİNİN NƏSXİ


«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir. Bu, müttəqilərə vacibdir.» (Bəqərə-180).

Yuxarıda qeyd olunan ayənin nəsx olunmasına dair iki müxtəlif nəzəriyyə irəli sürülmüşdür:

1. İrs (vərəsəlik) ayəsi ilə nəsx olunması;

Bəzilərinin fikrincə Bəqərə surəsinin 180-cı ayəsi İrs ayəsi ilə nəsx olunmuşdur. Çünki, islamın zühur etdiyi ilk illərdə irs qanunları bir qədər fərqli xarakter daşıyırdı. Bu qanunlara əsasən valideynin bütün var-dövləti övlada çatmalı və valideyn bir başqasına nə isə vermək istədikdə bunu vəsiyyət edərək həyata keçirə bilərdi. Və bu ayə həmən vəsiyyət hökmünə aiddir. Lakin sonralar İrs ayələri nazil olmaqla vərəsəlik kimi istifadə olunan ilk vəsiyyət qanunları nəsx olundu.



Cavab: Bu nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.

a) Rəvayət Səhih Buxaridə nəql olunsa da vahid xəbər formasında nəql olunmuşdur. Vahid xəbərlə isə Qur᾽anın heç bir hökmü nəsx olunmayır.

b) (ərə)

Buradan belə mə᾽lum olur ki, irs ayəsi bu ayədən sonra nazil olmuşdur.

Lakin nəsx nəzəriyyəsinin tərəfdarları belə bir fərziyyəni sübuta yetirə bilmirlər. Lakin ilk növbədə bu məsələni qətiyyətlə iddia edən Hənəfi məzhəbinin davamçıları sübuta yetirməlidirlər.

v) Vəsiyyət ayəsindən belə bir nəticəyə gəlmək olur ki, hər bir şəxs vəfat etməzdən əvvəl öz qohum-əqrəbasına vəsiyyət edə bilər. Və qətiyyətlə demək olar ki, bu hökm əsla nəsx olunmamışdır. Çünki, mərhumun övladı olduğu təqdirdə, onlar (qohum-əqrəba) vərəsəlik hüququndan məhrum olurlar. Və əgər onlar barəsində də vəsiyyət olunarsa, vəsiyyətdə göstərilən miqdarı özlərinə götürməlidirlər. Demək, hökm nəsx olmayıb və yenə də qüvvədə qalır. Ata-anaya olunan vəsiyyətlərdə nəsx olunmadan bu hökmə əsasən tamamilə qanuni və əsaslıdır.

ğ) Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, vərəsələr paylarına düşən şeyləri yalnız vəsiyyət icra olunandan sonra əldə edə bilərlər. Yə᾽ni əgər mərhumun borcu olarsa, ilk növbədə onun borcları ödənilməli və yalnız bundan sonra yerdə qalan var-dövlət vərəsələr arasında bölünməlidir. Ayənin özündə bu haqda deyilir: «İrs, vəsiyyət icra olunduqdan sonra bölünür.» Belə bir nəticəyə gəlirik ki, irs ayəsi vəsiyyət hökmünü nəsx etmir, əksinə onun icrasını tə᾽kid və təsdiq edir.

PEYĞƏMBƏRİN (S) BUYURDUQLARI İLƏ ŞƏR᾽İ HÖKMLƏRİN NƏSX OLMA HALLARI


Bə᾽ziləri Peyğəmbərdən (s) nəql olumuş hədisə istinad edərək vəsiyyət hökmünün nəsx olunduğunu iddia edirlər. Hədisdə deyilir: «Varislərə heç bir vəsiyyət olunmayır.»

Lakin bu hədisi də bir neçə səbəblər üzündən qeyri-mö᾽təbər hesab edirik.

1. Hədisin mö᾽təbərliyi sübuta yetirilməmişdir. Belə ki, Buxari və Müslüm kimi görkəmli ravilər bu hədisi öz kitablarında nəql etməmişlər. Həmçinin «Əl-minar» adlı təfsirin müəllifi də hədisin mö᾽təbər olmasına şübhə ilə yanaşmışdır.

2. Əhli-beyt tərəfindən bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə ziddiyyətlik təşkil edir. Çünki, bu rəvayətlərdə vəsiyyətin vərəsə üçün qanuni olduğu bildirilmir. Belə ki, Məhəmməd ibni Müslüm, imam Baqir (ə)-dan varislərə vəsiyyət olunmasının nə dərəcədə düzgün olub-olmaması haqda soruşduqda, bunun Qur᾽an ayəsi ilə tamamilə müvafiq olduğunu bildirir və sonra bu ayəni tilavət edir:

«Qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir.» (Bəqərə-180).

Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur.

3. Rəvayət vahid xəbər halında nəql olunmuşdur. Bu kimi rəvayətlər isə müsəlman icması dairəsində heç bir e᾽tibara malik deyildir.

4. Rəvayətin vahid xəbər halında nəql olunduğunu və digər rəvayətlərlə ziddiyyət təşkil etdiyini nəzərə almasaq da belə, ayənin nəsx olunduğuna dair heç bir fərziyyə irəli sürə bilmərik. Çünki, rəvayətin dəlalət etdiyi mətləb və məfhumla ilə ayənin məzmunu arasında heç bir ixtilaf nəzərə çarpmır.

Lakin bu rəvayət ayənin ümumi məfhumunu qeyd halına salaraq oraya bir çox istisnalar əlavə edə bilər. Ata-anaya olunan vəsiyyətləri elə bir tərzdə bəyan edə bilərik ki, onlar vərəsəlik hüququndan məhrum olsunlar və eyni qaydada öz vəsiyyətini [qohum-əqrəbalarından] o kəslərə edə bilər ki, vərəsəlik hüququna malik olmamış olsunlar.

Nəticə:


Deyilənlərdən belə mə᾽lum olur ki, əvvəlki ayələr nəsx olunmadığı kimi, vəsiyyət ayəsi də nəsx olunmamışdır. Bir sözlə, digər ayələrə şamil olunan hökm və dəlillər bu ayəyə də şamil olunur. Bir də diqqət yetirmək lazımdır ki, ayədə «kitabət» deyildikdə, sözün lüğəvi mə᾽nasını (yazmaq) deyil, istilahi (zərurət, vacib) mə᾽nasını nəzərdə tutmaq lazımdır. Məsələn, Ən᾽am surəsinin 12-ci ayəsində deyilir:

«O, özünə [bəndələrinə qarşı] mehriban olmağı vacib etmişdir.»

Demək vəsiyyət ayəsindən məqsəd vəsiyyətin ata-anaya və qohum-əqrəbaya olunmasının zəruriliyini bəyan etməkdir. Lakin imamlar tərəfindən nəql olunmuş rəvayətlər, fiqh alimlərinin icması tərəfindən verilən fitvalar və müsəlman ümmətinin hal-hazırkı adət və ən᾽ənələri bu hökmün vacib olmadığını sübuta yetirir.

Belə bir şəraiti (vəsiyyət olunmamasını) nəzərə alaraq, ayənin məzmunundan belə mə᾽lum olur ki, yaxşı olar ki, insan hələ sağ ikən ata-anasına, qohum-əqrəbasına vəsiyyət etsin. Bir daha qeyd edirik ki, ayədə «kitabət» deyildikdə zərurət və icbar deyil, mütləq qanunvericilik nəzərdə tutulur.


5. ORUCLUQ AYƏSİNİN NƏSXİ


«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, [bunun vasitəsilə] siz pis əməllərdən çəkinəsiniz.» (Bəqərə-183).

Nəsx nəzəriyyəsinin tərəfdarları bu ayənin nəsx olunduğunu belə izah edirlər: Bu ayəyə istinad edərək belə bir nəticəyə gəlmək olar ki, müsəlmanlar keçmiş ümmətlər kimi oruc tutmuş və onların orucuna aid olan şər᾽i hökmlərinə əməl etmişlər. Və onların orucluğa aid olan qanun və adət-ən᾽ənələri bundan ibarət idi ki, əgər bir şəxs iftar açmazdan əvvəl (axşam yeməyini yeməzdən) əvvəl yatsaydı, oyandıqdan sonra artıq bir şey yeyə bilməzdi. Və əgər bir şəxs günortadan sonra yatsaydı yeyib-içmək, qadınla yaxınlıq etmək ona haram olmalı idi. Bəqərə surəsinin 187-ci ayəsi nazil olduqdan sonra bu hökm nəsx olundu.

«Oruc gecəsi qadınlarınızla yaxınlaşmaq sizə halal edildi...Allahın sizə halal etdiyini onlardan istəyin: sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın.» (Bəqərə-187).

Əhli-sünnə alimləri ayənin nəsx olunmasına dair yetkin nəzəriyyəyə istinad edirlər. Lakin onun hansı ayə tərəfindən nəsx olunması haqda müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Bə᾽ziləri onun məhz bu ayə ilə nəsx olunduğuna işarə etmiş və müsəlmanlar keçmiş ümmətlər kimi oruc tutduqlarını, lakin sonralar bu ayə nazil olmaqla orucluq hökmü nəsx olunduğunu demişlər.

Əbu Aliyə və Əta həmin nəzəriyyəni qəbul etmişlər. Əbu Cə᾽fər Nəhas, bu nəzəriyyənin Səriyə tərəfindən irəli sürüldüyünü bildirmişdir.

Müəllif:

Ayə heç də nəsx olunmamışdır. Belə ki, ayənin nəsx olunması üçün iki mühüm mətləb sübuta yetirilməlidir.

1. Nəsxin şərtlərindən biri budur ki, ilk ayə ikinci ayədən əvvəl nəql olsun. Lakin nəsx nəzəriyyəsinin tərəfdarları bu mətləbi sübuta yetirə bilməyirlər.

2. Müsəlmanların tutduqları orucluq, keçmiş ümmətlərin tutduqları orucluqlarla tamamilə eyni qaydada müqayisə və bir-birinə oxşadılmış olsun. Lakin ayədən məqsəd orucluğun necəliyini deyil, onun zəruriliyini bəyan etməkdir. Yə᾽ni, keçmiş orucluq keçmiş ümmətlərə vacib olduğu kimi, sizlərə də vacib olundu.

Demək ayə, keçmiş ümmətlərin tutduqları orucların müsəlmanların tutduqları orucluqla tamamilə oxşar olduğuna əsla dəlalət etmir.

Əgər hər iki orucluq hökmünün oxşarlığı haqqında söhbət açdığımız ayə ilə deyil, digər dəlillər ilə əldə olunduğunu fərz etsək, ikinci ayə ilk ayəni (orucluq hökmünü) deyil, Qur᾽andan əldə olunmayan hökmü nəsx edəcəkdir. Bu isə nəzərdə tutduğumuz mətləbdən xaric və nəsx ilə heç bir əlaqəsi yoxdur.


6. FİDYƏ AYƏSİNİN NƏSXİ


«Oruc tutmağa taqəti olmayanlar isə [hər günün əvəzində] bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə [həm oruc tutub, həm fidyə verərsə] bu onun üçün daha yaxşı olar.» (Bəqərə-184).

Ayənin növbəti ayə ilə nəsx olunduğunu bildirirlər.

«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar.» (Bəqərə-186).

Müəllif:

Əgər birinci ayədəki «taqət» kəlməsini «imkan» və «qüdrət», «qadir» kimi mə᾽nalandırırıqsa ayənin nəsx olunduğu göz qabağında olacaqdır. Belə olduqda biz ayədən belə bir mə᾽na əldə edəcəyik. «İnsan oruc tutmağa qadir olarsa, yenə də oruc tutmaya bilər» və bunun əvəzinə o, yoxsullara fidyə verməlidir.

Birinci ayədə belə bir mə᾽nanı nəzərə almaqla verdiyi hökm ikinci ayə ilə nəsx olunur. Belə ki, orada (Ramazan ayına yetişən şəxslər bu ayə oruc tutmalıdır). Belə bir halda yoxsullara verilən fidyə Ramazan ayının orucluq hökmünü əvəz edə bilməz.

Lakin göründüyü kimi, ayədəki «taqət» kəlməsi özünün tam «qüdrət» «imkan» və «qadir» mə᾽nalarında işlənilməmişdir. Buradan məqsəd «sonsuz məşəqqət» və «çətinlikdir». «Lisanul ərəb»də deyilir: «Taqət» sonsuz məşəqqət və son həddə qədər olunan səy və çalışqanlıq mə᾽nasını daşıyır. Yə᾽ni insanın bütün çətinlik və məşəqqətlərə sinə gərərək hər hansı bir işin öhdəsindən gəlməsinə «tuq» deyilir.

İbni Əsir və Rağib belə bir mə᾽na ilə müvafiq olduqlarını bildirmişlər.

«Taqət» kəlməsinin «imkan» «qüdrət» mə᾽nalarını daşıdığını fərz etsək, ondan götürülən «itaqə» və «yətiqunə» kəlmələri (genişləndirmək) və (vüsət halını) tapmaq mə᾽nalarını verəcəkdir.

Demək, mövzu olduqca məhdud və icra dairəsi olduqca az olmuş və sonradan başqa birisi tərəfindən genişləndirilmiş və vüsət halını tapmışdır. Və bunun sonsuz səy və məşəqqət olmadan həyata keçməsi qeyri-mümkündür.

Seyid Məhəmməd Rəşid Rza öz müəllimindən nəql edərək deyir: «itaquş-şiəy» ifadəsindən yalnız o zaman istifadə olunur ki, insan hər hansı bir işi yerinə yetirməyə taqəti olmasın və bu işin başa çatması üçün sonsuz çətinlik və məşəqqətlərə sinə gəlmiş olsun.



Nəticə:

Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, Allah-taala Ramazan ayının orucunu hamıya ümumi şəkildə vacib etmiş, sonra xəstə və səfərdə olanları ümumiyyət xarakteri daşıyan bu hökmdən istisna edərək xəstəlik və səfərləri sona çatdıqdan sonra [qəza olaraq] oruclarını tutmalarına əmr olunmuşlar. Daha sonra ayədə başqa bir istisnaya işarə olunduğunun şahidi oluruq. O da xəstə və səfərdə olanlar deyil, oruc tutmaq onlar üçün olduqca çətin və məşəqqətli olan kəslərə olunan istisnadır. Susuzluğa taqəti olmayan qoca kişi və qadınları, xəstəliyi daimi və gələn orucluğa qədər sağalmayan xəstələri buna misal çəkmək olar. Bu ayə nazil olmaqla sonradan tutulan qəza orucları onların üzərindən götürülüb və (müəyyən miqdarda) fidyə vermələri tə᾽yin olunur.

Ramazan ayında mö᾽minlərə orucun vacib olduğunu, xəstə və səfərdə olan şəxslərə qəzasını sonradan tutmalarını əmr edən ayədən belə mə᾽lum olur ki, fidyənin verilməsi yalnız o kəslərə vacibdir ki, oruc tutmaq onlar üçün çətin, dözülməz və məşəqqətlidir.

Ayəyə verilən belə bir izahla yenə də iddia etmək olarmı ki, (Və ələlləzinə yutiqunə – oruc tutmağa taqəti olmayanlar...) ayəsindən məqsəd insanın ixtiyarı olaraq oruc tutmasını və fidyə verməsini seçməkdir?

Təfsirini verdiyimiz ayə barəsində Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və bu rəvayətlərdə ayənin həmən mə᾽nada təfsir olunduğu təsdiq olunur.

Demək, ayə nəsx olunmamış və verdiyi hökm qüvvədə olaraq qalmaqdadır. Diqqət yetirmək lazımdır ki, ayənin verdiyi hökm, Ramazan ayının orucu və qəzası vacib olan şəxslərə verdiyi hökmlərlə tamamilə fərqlidir.

Yə᾽ni ayənin hökmü o kəslərə dəlalət edir ki, Ramazan ayında oruc tutmaq onlara vacib deyildir. Oruc ayəsi isə digər iki qrupa (Ramazan ayının və ya qəzasının orucunu) vacib olduğunu bəyan edir. Demək bu iki ayə verdiyi hökm və mövzu baxımından bir-biri ilə tamamilə fərqlidir və belə olduğu bir halda ayənin birinin digəri ilə nəsx olunduğu haqda söhbət açmağa belə dəyməz.

Bütün bu dediklərimiz məşhur qiraət üsullarına əsaslanırdı. Amma İbni Abbas, Aişə, Əkrəmə İbni Musəyyib öz qiraətlərində «yətiqunə» kəlməsini təf᾽il babının məchul formasında «yutəvvəqun» kimi oxumuşlar və bu məsələdə heç bir ixtilaf nəzərə çarpmır.

Malik və Rəbiənin verdikləri fitvalara əsasən, əgər qoca kişi və qadın oruclarını yeyərlərsə onlara heç bir şey vacib olmayır. Belə bir nəticəyə gəlirik ki, ayə nəsx olmuşdur. Lakin biz ayənin verdiyi hökmü əldə əsas tutaraq müxtəlif şəxslərin verdikləri fitvalara və irəli sürdükləri nəzəriyyələrə istinad etməməliyik.


Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə