İKİNCİ Cİld on iKİNCİ FӘSİL


MÜT᾽Ə BARƏDƏ YANLIŞ TƏSƏVVÜRLƏR



Yüklə 1,43 Mb.
səhifə9/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
#16977
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

MÜT᾽Ə BARƏDƏ YANLIŞ TƏSƏVVÜRLƏR


Müt᾽ə hökmünün heç bir Qur᾽an ayəsi, rəvayət, Peyğəmbərin (s) sünnəsi və icma tərəfindən nəsx olmadığı və hökmün hal hazırda qüvvədə qaldığı sübuta yetirilir.

Bu səbəbdən də bə᾽zi qərəzli şəxslər müxtəlif vasitələrə əl ataraq Ömərin Qur᾽an ayələrinin və Peyğəmbər (s) sünnəsi ilə ziddiyyət təşkil edən verdiyi hökmü mə᾽nalandıraraq bəraət qazandırmağa cəhd göstərmişlər.

Biz burada nəsx mövzusunu dəyişərək tutulan əsassız mövzular haqda söhbət açmaq istəyirik. «Təfsirul-minarın» müəllifi öz kitabında yazır: «Müt᾽ə – qadın isməti və [daimi] evlənmə ilə ziddiyyət təşkil edir [xələl gətirir]. Çünki, bu kimi evlənmədə kişinin cinsi ehtiyacını [şəhvətini] ödəməkdən və zinadan savayı başqa heç bir məqsədi [hədəfi] olmayır. Və beləliklə sözün əsl mə᾽nasında qadının iffət və həyasına xələl gəlir. Çünki, ücrət [pul] alaraq hər gün özünü yad kişilərin ixtiyarında qoyan qadın təbii ki, iffət və şəxsiyyəti sual altına düşmüş olur. Belə bir qadın [şair təxəyyülünün] nümunəsinə çevrilir.

(Kurrətun huzifət bisəvaliğəti fətələqqəfəha riclun min riclin – O [qadın] qovqanda atılan topa bənzər və birindən başqa birisinin əlinə düşər).

O, həmçinin belə güman etmişdir ki, müvəqqəti evlənmə Mu᾽minun surəsinin 5-7-ci ayələri ilə ziddiyyət təşkil edir.

«Vəlləzinə lifurucihim hafizun illa əla əzvacihim əvma mələkət əymanukum fə innəhum ğəyru məlumin fəmənibətəğa vəraə zalikə fəulaikə humul addun – o kəslər ki, ab yerlərini [zinadan] qoruyub saxlayarlar.

Ancaq [zövcələri və cariyələri istisna olmaqla onlar zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü] qınanmazlar.

Bundan artığını istəyənlər [halaldan harama adlayaraq] həddi aşanlardır. [Allahın əmrini pozanlardır].»

Müəllif sonra yazır: Ömərin müt᾽əni haram etməsi heç də onun öz şəxsi rəy᾽i olmamışdır. Əgər o belə bir qərara gəlmişsə bu barədə hökmən Peyğəmbərdən (s) hədis və rəvayət eşitmişdir. Və əgər o müt᾽əni öz şəxsi rəy᾽i əsasında yasaq etmişsə, onun bundan əsas məqsədi hökmü əvvəlcədən qanuniləşdirmək deyil, birinci qadağanı e᾽lan etmək və ya onu icra etmək olmuşdur.

Müəllif bunu deməklə kitabının əvvəlində dediklərini ya unutmuş, ya da qulaq ardına vurmuşdur. Çünki, o kitabının ilk fəsillərində Ömərin ictihad edərək müət᾽ənin haram olmasına dair hökm verməsinə və səhabənin onun çıxardığı hökmlə həmrəy olduqlarına işarə edir.20

Müəllif:

Bu yalnış təsəvvürün cavabında deyirik:

1. Müvəqqəti evlənmənin qadın ismətinə xələl gətirməsinə gəldikdə deməliyik ki, müəllif müvəqqəti həyat yoldaşının qeyri-qanuni olduğunu təsəvvür etmişdir. Bu səbəbdən də müt᾽əni zina adlandırmışdır. Bir qədər əvvəl bu fərziyyənin əsassız olduğuna işarə edərkən qeyd etdik ki, müvəqqəti evlənmə də tamamilə qanuni və əsaslıdır. Lakin bağlanılan əhd-peyman hər şeydə olduğu kimi burada da [evlənmədə də] bə᾽zən daimi olur, bə᾽zən də ehtiyacların ödənilməsi və günahlardan çəkinmək üçün müvəqqəti.

2. Müəllifin «Müvəqqəti evlənmənin [daimi olmayan] həyat yoldaşlarının ismət və ayıb yerlərini qorumaq tamamilə ziddiyyət təşkil edir» deməsi ilə iddiasının əsassız olduğu bir daha bəlli olur. Çünki, müvəqqəti həyat yoldaşlarının da, daimi həyat yoldaşı kimi qanuni olduğu sübuta yetirildikdən sonra artıq belə bir iradın tutulması tamamilə əsassızdır.

3. Müəllifin müt᾽ə olunmuş qadını icarə olunmuş qadına və çovqan topuna bənzətməsinə gəldikdə isə, deməliyik ki, əgər belə bir irad əsaslı olarsa Peyğəmbərin (s) zamanına da şamil olmalıdır. Çünki, hamıya mə᾽lumdur ki, Peyğəmbərin (s) zamanında müt᾽ə hökmü qüvvədə olmuş və müsəlmanlar tərəfindən buna əməl olunmuşdur. Belə ki, əgər hər hansı bir iş nalayiq və xoşagəlməz olarsa bu müəyyən dövrə deyil, bütün zamanlara şamil olmalıdır.

Təəccüb doğuran budur ki, müəllifin yalnız həqiqəti bəyan etməsi və məsələyə məzhəb təəssübü hissi ilə yanaşılmamasını iddia etməsidir.

Lakin bu bir həqiqətdir ki, onu buna vadar edən məhz məzhəbi təəssüb hissi olmuşdur. Belə ki, o Qur᾽anın, Peyğəmbərin (s) sünnəsini və icmanın verdiyi qəti hökmü rədd edərək buna tənqid gözü ilə baxır.

Bunu da əlavə etmək lazımdır ki, müəllif qadının müvəqqəti evlənmədə bir kişidən başqa birisinə getməsinə təhqir gözü ilə baxaraq bunu yol verilməz hesab edir. Və belə bir məntiqə əsasən qadının təlaq verərək başqa birisi ilə əqd bağlamasını və kənizlərin alqı-satqısına da gərək təhqir gözü ilə baxaraq, bunu da yol verilməz hesab edək. Bir halda ki, müsəlman bu kimi məsələlərə heç bir irad tutmamışdır. Lakin görünür «Təfsirul-minarın» müəllifi bu kimi iradların tutulmasında başqalarından istisna olmuşdur. Çünki o müt᾽əni halal hesab etmədiyi kimi, köləliyə də [kölə saxlamağa] mənfi gözlə baxır. Onun fikrincə kölə saxlamağın [cəmiyyətə] bir sıra mənfi tə᾽siri vardır və islam alimləri bu məsələyə göz yumaraq onun mənfi tə᾽sirlərini bəyan etməmişlər. Müəllifin bütün islam alimlərinin nəzəri ilə müxalif olan iddialarından biri də budur ki, əgər daimi evlənmədə əvvəlcədən təlaq nəzərdə tutularsa, belə bir nikah qeyri-şəri və batildir.

4. Daha da təəccüb doğuran burasıdır ki, Ömər müt᾽ənin yasaq olunmasını öz şəxsi rə᾽yi olduğunu e᾽tiraf etdiyi bir halda, müəllif bunu müxtəlif yollarla yozmağa cəhd göstərir və hökmün xəlifənin şəxsi rə᾽yi olmadığını sübuta yetirməyə cəhd edir. Bir halda ki, belə bir yozumun heç bir əsası yoxdur. Çünki xəlifənin bu ictihadı Peyğəmbərin (s) buyuruq və ya buyuruqlarındakı ictihadla tam ziddiyyət təşkil etmişdir. Yə᾽ni öz şəxsi ictihadı ilə Peyğəmbərin (s) buyuruqlarından yasaq hökmünü çıxarmış və onu e᾽lan etmiş, ya da [kimlər tərəfindənsə] müt᾽ənin yasaq olunmasına dair hədis və rəvayət nəql olunmuşdur. Hər halda bu üç [və eyni zaman batil] haldan xaric deyildir. Yasaq hökmünə dair Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə gəldikdə isə, biz bunu iki səbəbdən batil etməliyik.

Bir tərəfdən ona görə ki, Ömərin yasaq hökmünün öz şəxsi rə᾽yi olduğunu bəyan edən bir çox rəvayətlərin zahiri mə᾽nası ilə uyğun gəlmir.

Digər tərəfdən isə «müt᾽ə hökmü Ömərin xilafətinin son illərinədək qüvvədə olmuş, lakin sonralar xəlifə tərəfindən yasaq olunmuşdur» və bu məzmunda nəql olunmuş bir çox rəvayətlərin məzmunu ilə ziddiyyət təşkil edir.

Doğrusu Ömər, Əbu Bəkrin xilafət dövründə harda idi ki, Peyğəmbərdən (s) müt᾽ənin yasaqlığı haqda nəql olunmuş bu rəvayəti ortaya çıxarmadı?! Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, Ömərin nəql etdiyi rəvayət «vahid xəbər» halında nəql olmuşdur və bildiyimiz kimi Qur᾽anın nəsx olunması vahid xəbərlə sübuta yetirilmir. Ömərin ictihadı, Peyğəmbərin (s) yasaq hökmündən qaynaqlandığının iddia olunmasını da bir neçə səbəbdən əsassız hesab edirik.

1. Əvvəla ona görə ki, bu iddia əshabın bir çoxunun müt᾽ə hökmünün Peyğəmbərin (s) həyatının sonunadək qüvvədə olduğunu təsdiq etməsi ilə ziddiyyət təşkil edir.

2. Bütün bunlarla yanaşı hər iki ehtimal xəlifənin «Peyğəmbərin zamanında halal olan hər iki müt᾽əni mən sizlərə yasaq edirəm, kim buna əməl edərsə bundan belə cəzalandırılacaqdır!» deməsi ilə də tamamilə ziddiyyət təşkil edir. Buradan belə bir qənaətə gəlmək olur ki, müt᾽ənin yasaq olunmasının Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş rəvayət və onun buyuruqlarından çıxarılan nəticə [ictihad] ilə heç bir bağlılığı yoxdur.

Demək xəlifənin verdiyi yasaq hökmünü Qur᾽an və Peyğəmbərin (s) sünnəsi ilə müxalif olan şəxsi ictihaddan savayı bir şey adlandırmaq olmaz. Belə bir ictihad isə batil və istinad olunmazdır.

Bu səbəbdən də əhli sünnə həcc müt᾽əsinin və müvəqqəti evlənmənin yasaq olunmasında xəlifə Ömərin ictihadına göz yumaraq verdiyi hökmə tabe olmuşlar. Bir halda ki, müsəlmanlar Peyğəmbərin (s) buyuruqlarına tabe olmalı, o Həzrətin sünnəsinə və verdiyi hər bir hökmə müxalif olan ictihad və şəxsi rə᾽yləri kənara qoymalıdırlar.

Əhzab surəsinin 36-cı ayəsində bu haqda buyurulur:

«Və ma kanə limu᾽minin vəla mu᾽minətin iza qəzəllahu və rəsuluhu əmrən ən yəkunə ləhumul xiyərətu min əmrihim – Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək [ayrı cür hərəkət etmək yaraşmaz].»

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə buyurulur: «Mən Allahın halal etdiyi şeylərdən savayı nə bir şeyi halal etdim, nə də Onun haram etdiklərindən savabir şeyi haram etdim.» (Təbəqat (İbni Sə᾽d) 4-cü cild, 12-ci səh.)

Başqa bir yerdə buyurur: «And olsun Allaha! Mənim ağzımdan haqdan savabir şey xaric olmayır.»21

Bu bir həqiqətdir ki, Peyğəmbərin (s) Allah tərəfindən buyurduğu hər bir kəlam haqdan savayı bir şey deyildir. Lakin Fazil Qumi bu həqiqətə göz yumaraq xəlifəni üzürlü hesab edərək deyir: Belə bir müxalifəti Ömər üçün irad tutmaq olmaz. Çünki, ictihad məsələsində müctəhidin başqa bir müctəhid ilə müxalif olması tam adi bir haldır.22 Amədi deyir: Bizim alimlər Peyğəmbərin (s) haqqında açıq-aşkar ayə olmayan məsələlər haqda ictihad edib-etməməsi barədə müxtəlif fikirlər irəli sürmüşlər. Əhməd ibni Hənbəl və Qazi Əbu Yusifin fikrincə Peyğəmbər bu kimi hallarda öz ictihadına əməl edərdi. Şafei də öz kitabında bu barədə qəti fikir irəli sürmədən bu fərziyyəni təstiq edir. Şafeinin, Qazi Əbdül Cabbar və Əbdül Həsən Bəsrinin tərəfdarlarının bə᾽ziləri də bu fikirdə olmuşlar. Amədi sonra əlavə edərək deyir: Mənim fikrimcə bu nəzəriyyə tamamilə düzgündür. Çünki, Peyğəmbərin (s) ictihad etməsinin də əqli baxımdan heç bir nöqsanı yoxdur. Bizə gəlib çatan rəvayətlərdə də ictihadın bu növü sabit olunmuşdur. Peyğəmbərin (s) ictihadını qəbul edən şəxslər onun ictihadda səhvə yol verib-verməməsi barədə müxtəlif fikirlər irəli sürmüşlər. Onlardan bə᾽ziləri Peyğəmbərin (s) öz ictihadlarında səhvə yol verməsini qeyri-mümkün hesab edirlər. Lakin onların əksəriyyəti, yə᾽ni Hədis, Hənbəli, Cəbai və Mö᾽təzilə məzhəbinin tərəfdarları Peyğəmbərin (s) öz ictihadlarında səhvə yol verdiyinin mümkün olduğunu hesab etmişlər. Bu şərtlə ki, o yol verdiyi səhvləri təkrar etməmişdir. Amədi axırda deyir: Mənim fikrimcə haqq onlarladır.23


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin