Yeni il İsveçrədə
İsveçrədə insanlar bir-birinə şam
hədiyyə edirlər ki, bu da dostluğun və
sevincin rəmzidir. Bayram axşamı isə
ailə başçısı — ata zibil atmaq bəhanəsilə
evdən çıxır və Yul Tomten (Şaxta baba)
obrazında qayıdır və uşaqlara hədiyyələr
paylayır.
Yeni il İslandiyada
İslandiyada bütün dekabr ayı bo-
yunca kiçiklər öz valideynlərini xeyli
təəccübləndirirlər. Bu balaca çoxbilmişlər
Şaxta babanın onlara göz qoymasından
ehtiyatlanaraq ay boyu özlərini yaxşı
aparır, dəcəllik etmirlər. Əks halda bay-
ram gecəsi sobanın yanına qoyduqları
çəkmələrin içində kartof və ya bir parça
kömür tapa bilərlər.
Yeni il İtaliyada
İtaliyalı uşaqların isə Şaxta babaları
yox, Şaxta nənələri var. Onun adı Be-
fan nənədir. Bu ölkədə Yeni ili bərkdən
qışqıraraq qarşılamaq adəti var. Uca-
dan danışmaq italyanlar üçün adi hal
olsa da Yeni il gecəsi onlar öz səslərinə
tam sərbəstlik verirlər. Beləcə onlar həm
də köhnə ilə vidalaşırlar. Əgər Yeni il
bayramı ərəfəsində təsadüfən Roma
küçələrindən keçsəniz ehtiyatlı olun.
Çünki pəncərələrdən atılan köhnə ev
əşyalarına hədəf ola bilərsiniz. İtalyan-
lar hesab edirlər ki, Yeni ilin astanasında
bütün pis fikirlərdən və köhnə əşyalardan
xilas olmaq lazımdır.
Yeni il Böyük Britaniyada
Böyük Britaniyada bayram günü evdə
ideal təmizlik və qanun-qayda hökm
sürməlidir. Gecə düşərkən ailənin baş-
çısı illərin yerdəyişməsi üçün evin bü-
tün qapılarını geniş açır. Daha sonra
qapı bağlanır və evə ilk gələcək qonaq
həyəcan və səbirsizliklə gözlənilir. İnanca
görə ilin necə keçəcəyi içəri girən ada-
mın görkəmindən çox asılıdır. Qadınlar,
sarışınlar və əsmərlər o qədər də arzuo-
lunan deyillər. Ən uğurlu qonaq kurən kişi
hesab olunur. Dəhşətli hadisə, çatmaqaş
adamın içəri girməsinə qarşı isə o dəqiqə
ehtiyat tədbirləri görülür. Ocağa duz atılır,
qapıdan xaç asılır. Gələn qonaq özüylə
viski, şirin çörək və kömür gətirməlidir.
Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı
daha gur yansın.
Yeni il Almaniyada
Almanlar Yeni il gecəsi saat 12-ni
vurarkən ovuclarında metal pul sıxaraq
tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il
daha bərəkətli olacaq.
Yeni il Finlandiyada
Finlandiyada Yeni il süfrəsi gavalı kiseli
və düyü sıyığı olmadan təsəvvür edilmir.
Bayramın əsas qəhrəmanı isə fin Şaxta
baba — Youlupukkidir.
Yeni il İspaniyada
İspaniyada bayram günü hamı şəhərin
mərkəzi meydanına axışır. Üzüm
yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs
müəyyən vaxt ərzində 12 salxım üzüm
yeməlidir. Bayram axşamı küçələrdə
müxtəlif tələlər qurulur. Bu onun üçündür
ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.
Yeni il Avstriyada
Avstriyada hələ qədimlərdən Yeni
il
bayramının
xeyirxah
obrazları
bacatəmizləyən və donuzdur. Bu, əlbəttə,
sonuncunun bayram süfrəsində həzm-
rabedən keçirilməsinə mane olmur
Yeni il Braziliyada
Braziliyada Yeni il toplardan atılan
atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə
hamı bir-birini qucaqlayıb öpməyə başla-
yır. İnanırlar ki, həmin an sənə əziz olan
birini öpməyə imkan tapsan il xoşbəxtlik
içində keçəcək.
Yeni il Yaponiyada
Yaponiyada bayram günü budda
məbədlərindəki bürünc zənglər 108 dəfə
çalınır. Bu rəqəm təsadüfi seçilməyib.
Yaponlar hesab edirlər ki, hər bir zərbə
insan həyatını məhv etməyə qadir olan
108 ziyanlı ehtirasdan birini qovur. Bu-
nunla da gündoğar ölkənin sakinləri Yeni
ili təmiz ruhla qarşılayırlar.
Yeni il Çində
Çində də bayram günü böyük səs-küy
və atəşfəşanlıqla keçir. Bununla çinlilər
Yeni ilin gəlişinə mane olan şər qüvvələri
qovduqlarını düşünürlər.
Yeni il Rusiyada
Rusiyada ən çox sevilən bayram Yeni
ildir. Uşaqlar yeni ildən hədiyyələr,
böyüklər isə səadət, xoşbəxtlik gözləyir.
Bu ənənənin əsası 300 il bundan əvvəl
Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə,
həmçinin ağac bəzəmək də öz əksini ta-
pıb. Məhz küknar ağacı 19-cu əsrin axır-
larında dəbə mindi.
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif
yeməklər, salatlar, içkilər, piroqlar qo-
yulur. İnanca görə, süfrə nə qədər dolu
və gözəl olarsa, qarşıdan gələn il də elə
olacaq. Süfrənin ortasına mütləq odda
qızardılmış donuz balası qoyulur. Çünki
donuz ruslarda bolluq və var-dövlət sim-
volu kimi tanınır. Süfrəyə quş ətindən
heç nə qoyulmur, hesab edilir ki, evdən
xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif
heyvan fiqurları bişirilib gələn qonaq-
lara paylanır. Yeni ili mütləq təzə paltar
və ayaqqabıda qarşılayırlar ki, gələn il
də həmişə təzə paltar, ayaqqabı almaq
imkanı olsun. Yeni il qabağı hamı çalı-
şır ki, bütün borcları qaytarsın, küsülülər
barışsın. Evdən sınmış qab-qacağı atır,
pəncərə və güzgülər parıldayana qədər
silinir. Müxtəlif karnavallar, ballar təşkil
olunur, hamı səhərə kimi rəqs edir.
Aslanov Faiq Mirsəməd oğluna
Azərbaycan Tibb Universiteti tərəfindən
1988-ci ildə həkim-stomatoloq ixtisası
üzrə verilmiş internatura vəsiqəsi itdiyi
üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin VI
kurs, 2
b
qrup tələbəsi Etibarlı Nərmin
Nərman qızının adına verilmiş qiymət ki-
tabçası itdiyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin I kurs,
38
b
qrup tələbəsi Qüdrətli Qəmər Əhməd
qızının adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
Kliniki immunologiya kursunun dosenti
Fərəməzov Abdulla Zikrulla oğluna məxsus
şəxsi möhür itdiyi üçün etibarsız sayılır.
Qorçiyev Nəsimi Muxtar oğluna
Azərbaycan Tibb Universiteti tərəfindən
1998-ci ildə anesteziologiya və reanima-
tologiya ixtisası üzrə verilmiş internatura
vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Məmmədova Mehparə Mustafa qızına
Azərbaycan Tibb Universiteti tərəfindən
1980-ci ildə pediatr ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün etibarsız sa-
yılır.
Rəsulova Arzu Nazim qızına Azərbaycan
Tibb Universiteti tərəfindən 1999 –cu ildə
pediatr ixtisası üzrə verilmiş internatura
vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Hərbi tibb fakültəsinin I kurs, 1112
c
qrup
tələbəsi Əliyev Ramil Vidadi oğlunun adı-
na verilmiş tələbə bileti itdiyi üçün etibarsız
sayılır.
Pediatriya fakültəsinin VI kurs, 401
b
qrup
tələbəsi Həmidova Züleyxa Cəlaləddin qı-
zının adına verilmiş qiymət kitabçası itdi-
yi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin III
kurs, 107
a
qrup tələbəsi Məmmədova
Turanə Mais qızının adına verilmiş tələbə
bileti itdiyi üçün etibarsız sayılır.
Áàø ðåäàêòîð
ÅËÄÀÐ ÈÑÌÀÉÛË
Ìüÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí
ìþâãåéè üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.
ßëéàçìàëàð ýåðè ãàéòàðûëìûð.
Qəzet “Òÿáèá” ãÿze òè íèí
êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð,
ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ
÷àï îëóíóð
.
Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 201
DÜNYA YENİ İLİ NECƏ QARŞILAYIR?
Ali Baş Komandan deyib nə qədər,
Gərək danışıqlar getməsin hədər.
Xalq, dövlət güclüdür, düşməni didər,
Qələbə marşına hazır ol, əsgər!
Qoru Vətəniniu, qoru həvəslə,
Tənbəl olanı da hünərə səslə.
İnamım böyükdür mənim gənc nəslə,
Qələbə marşına hazır ol, əsgər!
Bir əlində silah, birində sazın,
Laçın, Zəngəzurdan gəlsin avazın.
Qələbə soraqlı olsun bu yazın,
Qələbə marşına hazır ol, əsgər!
Ən böyük arzumdur bu yer üzündə,
Düşmənin niyyəti qalsın gözündə.
Sevincdən ağlayaq Cıdır düzündə,
Qələbə marşına hazır ol, əsgər.
İyirmi ildir ki, çəkdiyim ahdı,
Cənnətdə gavurlar gəzir, günahdı.
Rəbbim haqq sevəndi, Allah agahdı,
Qələbə marşına hazır ol. əsgər!
Zakirəm, hamıya bəllidir andım,
Sonsuz əzablara dözdüm, dayandım.
Qələbə eşqiylə alışdım, yandım,
Qələbə marşına hazır ol, əsgər!
Zakir AĞDAMLI
həkumşair
Göy üzü tutulanda,
Qara bulud dolanda,
Külək qanad çalanda
Anamı axtarıram.
Qaranlıqlar çökəndə,
Göydən yağış tökəndə,
Dan yeri söküləndə
Anamı axtarıram.
Qızlar gəlin köçəndə,
Sevinəndə, güləndə,
Xonçalar bəzənəndə
Anamı axtarıram.
Taleyimdən küsəndə,
Ağlayanda, güləndə,
Yarpaq kimi əsəndə
Anamı axtarıram.
Ulduzlar nur salanda,
Dalğalar çırpınanda,
Dönüb uşaq olanda
Anamı axtarıram.
Quşlar cəh-cəh vuranda,
Bülbüllər oxuyanda,
Durnalar qayıdanda
Anamı axtarıram.
Pəri İSAQOVA
ATUnun əməkdaşı
Oxucularımızın yaradıcılığı
HAZIR OL, ƏSGƏR!
HAZIR OL, ƏSGƏR!
ANAMI AXTARIRAM
ANAMI AXTARIRAM