Sərbəst İş
Ad: Nəzrin
Soyad: Kələntərli
Fakültə: İctimai və siyasi elmlər
İxtisas: Tarix
Qrup: 2127 T
Kurs: 5
Fənn: Tarixi tədqiqat metodları
Müəllim: Nurlan Nəsirov
Mövzu: Tarixə materialist-dialektik yanaşması
Bakı 2021
Giriş
Giriş 3
Tarixə materialist-dialistik yanaşma haqqında anlayış 4
Tarixi faktlar 7
Ədəbiyyat siyahısı 9
Giriş
Tarixi tədqiqat məqsədlərə nail olmaq üçün zəruri olan yeni biliklərin əldə edilməsinə yönəlmiş nəzəri və empirik prosedurlar sistemi; idrak fəaliyyətinin xüsusi növü, fərqləndirici xüsusiyyət yeni biliklərin yaradılmasından ibarətdir . İdrak fəaliyyətinin xüsusi növü kimi tarixi tədqiqat tarixi reallığın idrak modelləşdirilməsi ilə əlaqələndirilir ki, onun məqsədi müəyyən elmi vasitələrdən və tədqiqat fəaliyyətlərindən istifadə etməklə yeni tarixi biliklər əldə etməkdir.
Tarixin ilk yaradıcıları üçün tarixin tədqiqat obyekti insanların qəhrəmanlığı ilə bağlı xatirələr idi. Çox zaman bu xatirələr müharibə və döyüş meydanları ilə bağlı olurdu. Bu əsərlərdə müəlliflər müharibələr nəticəsində möhkəmlənən, şöhrətlənən, məğlub olan və darmadağın edilən millətlərin təsvirini verirdilər. Bu əsərlərdə xatırlanan xalqların, millətlərin taleyi onları idarə edənlərin ambisiyaları, əhval-ruhiyyələri ilə izah olunurdu. Cəmiyyətlərin və millətlərin tarixinə təsir göstərən iqtisadiyyat, coğrafi mövqe, iqlim və digər faktorlar erkən tarixin yaradıcıları tərəfindən nəzərə alınmırdı. Herodotun dövründən bu günə qədər davam edən 25 əsrlik bir dövrdə tarixi əsərlərin yazılma üslubu və məzmununda baş verən dəyişikliklər o qədər də nəzərəçarpacaq deyil. Bu böyük dövr ərzində hərbi və siyasi tarix öz birinciliyini qoruyub saxlamışdır.
Zaman keçdikcə tarixçilər malik olduqları mənbələrə daha tənqidi yanaşmağa başlamış, tədqiqat metodlarını təkmilləşdirmiş və genişləndirmiş, ətraf mühit və iqlimin insanlara təsirini qeyd etmişdilər. İqlim və coğrafi faktorların millətlərin həyat tərzi və siyasi şəraitinə təsir göstərdiyini təsdiq etmək üçün müasir tarixçilərə iki min ildən çox bir vaxt lazım olmuşdur. Qədim zamanlardan müasir dövrə qədər aparılmış tarixi tədqiqatların mövzularının araşdırılması sübut edir ki, XYIII əsrə qədər alimlər yalnız siyasi problemlərə diqqət yetirmişdilər. Orta əsrlərin sonuna doğrü işçi qüvvəsinin sosial strukturunun dəyişməsi Avropada baş verən sosial və iqtisadi dəyişikliklərə marağı artırdı. Ticarət və sənaye tədricən tarixin tədqiqat obyektinə çevrilməyə başladı. Lakin tənqidi teologiyanın elmə ciddi təsiri bu problemləri milli tarixlə bağlamaq imkanı vermirdi. Ötən iki əsr ərzində tarixçi-alimlərin tədqiqatlarında sosial problemlərə toxunmaq, iqtisadi, sosial və siyasi sahələri parallel və əlaqəli tədqiq etmək cəhtləri yalnız demokratik inkişaf hesabına mümkün olmuşdur.
XIX əsrin əvvəllərində tarixin öyrənilməsinə tənqidi baxış təbiət və dəqiq elmlər sahəsində üstünlük təşkil edən pozitivimin təsiri altında formalaşmağa başladı. Uzun müddət nəzəriyyəçitarixçilərin stolüstü kitabına çevrilmiş alman alimi E. Berngeym və fransız alimləri Ş.Lanqlua və Ş.Senobosun “Tarixin öyrənilməsinə giriş” adlı əsərləri də məhz bu konsepsiyanın təsiri altında yazılmışdır. Dialektik-materialist yanaşma elmi problemlərin empirik pozitivizm əsasında deyil, hadisələrin gerçəklikdə mövcud olan və onların inkişafında olan daxili əlaqələrini səciyyələndirən obyektiv təhlil əsasında yeganə düzgün həlli hesab olunur
Dostları ilə paylaş: |