Y.F.C.:
Əsasən tibbi sərf materialları,
tibbi avadanlıqlar, dezinfeksiya məhsul-
ları, cərrahi ləvazimatlar, laboratoriya
Müsahibimiz tibbi məhsulların satışı üzrə ixtisaslaşan
“Medisis” MMC-nin rəhbəri Yusuf Faruk Ceyhandır
məhsulları, eyni zamanda cihaz təmiri və
servis xidmətini təklif edirik.
Müştərilərin ən çox müraciət etdiyi
məhsul və xidmətlər nələrdir?
Y.F.C.:
Ən çox müraciət edilən məhsul-
lar gündəlik sərf materialları, laboratori-
ya və dezinfeksiya məhsullarıdır.
Əsasən hansı yerli və xarici şirkət-
lərlə əməkdaşlıq edirsiniz?
Y.F.C.:
Xarici şirkətlərdən ANIOS, “Be-
tasan”, “Egemen”, “Medbar”, “Cardiac”, “In-
fopia”, “Varimed”, “Trimpeks”, “Sitogen”,
“Sohngen”, “Qiagen”, “Johnson&Johnson”,
“Ayset”, “Bonmed”, “Mespa”, “Maquet” və
digərlərini göstərmək olar. Yerli şirkət-
lərə gəlincə, demək olar, daxili bazardan
heç bir məhsulu təchiz etmirik.
“Medisis” özünü tanıtmaq, imkan-
larını və təklif etdiyi xidmətləri təq-
dim etmək, məhsulların effektiv sa-
tışı üçün hansı vasitələrdən istifadə
edir?
Y.F.C.:
Özünü tanıtmaq üçün xüsusi bir
addım atılmır, məqsədimiz xətasız məh-
sul, keyfiyyətli xidmət və yüksək müştəri
məmnuniyyətinin təmin edilməsidir ki,
bunun da nəticəsində “Medisis” özü-öz-
lüyündə tanınır. Effektiv satışları həyata
keçirmək üçün müxtəlif dövrlərdə işçiləri
təlimlərə cəlb edirik, konsultantlar cəlb
olunur və nəhayət, işçiləri stimullaşdır-
maq üçün mükafat sistemini tətbiq edirik.
“Medisis” MMC-nin gələcək planları
nədən ibarətdir?
Y.F.C.:
Bazarda mövqeyini möhkəm-
lətmək, daha geniş müştəri bazası for-
malaşdırmaq, güclü kadrlar cəlb etmək,
regionlarda filiallar açmaq, Avropa və Asi-
ya bazarına çıxmaq gələcək planlarımıza
daxildir.
İlk təhsilə Ağrıda başlayan Yusuf Cey-
han lisey təhsilini İstanbulda tamamlayıb.
Türkiyədə başladığı bakalavr təhsilinə
Azərbaycanda davam edib. Azərbaycan
Dövlət İqtisad Universitetində Beynəlxalq
ticari əlaqələr fakültəsindən məzun ol-
duqdan sonra Xəzər Universitetində İqti-
sadiyyat və idarəetmə fakültəsində ma-
gistr dərəcəsi alıb.
Professional iş həyatına 1996-cı ildə
başlayıb. 1998-ci ildən etibarən Azərbay-
canda yaşamağa başlayıb. 2005-ci ildə
“Medisis” MMC şirkətinin qurucu ortağı
kimi başlayaraq, 2012-ci ildə şirkət his-
sələrini alıb. Hələ də fəaliyyətinə davam
edən “Medisis” MMC-nin bir qolu Türkiyə-
də, digəri Azərbaycanda olmaq üzrə xarici
ticarət məsləhətçiliyi üzrə idxal və ixrac
mövzularında fəaliyyət göstərən “Ceyhan
Premier” və “Facet” MMC şirkətlərinin qu-
rucusu və sahibidir. Evlidir, 4 uşaq atasıdır.
40
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
Əşrəf RZAYEV:
“Alliance Assist” tibb xidmətlərinin
hansı istiqaməti üzrə ixtisaslaşıb?
Ə.R.:
Adımızdan da bəlli olduğu kimi,
assistant xidmətləri ilə məşğuluq. Xü-
susən tibbi assistantlıq fəaliyyət sferamı-
zın əsas prioritetidir. Nəzərinizə çatdırım
ki, assistantlıq köməkçi, əlaqələndirici
bir missiyadır. Bir sıra beynəlxalq və re-
gional tibbi sığorta şirkətlərinin ölkə-
mizdə tərəfdaşıyıq. Onlar sığortalılarının
sağlamlıqlarını məhz bizə etibar edirlər.
Şübhəsiz ki, bu etimadı uğurlu işimiz və
xidmət ortaqlarımızın peşəkar dəstəyi ilə
layiqincə doğrulduruq. Daim tərəfdaşları-
“Göstərilən tibbi xidmətin keyfiyyəti və təklif olunan
xidmətlərin müxtəlifliyi rəqabət predmetinə çevrilib”
“Alliance Assist” şirkətinin direktoru Əşrəf
Rzayev “EcoVision”un suallarına cavab verir
mızın, müştərilərimizin məmnunluğunu
üstün tuturuq.
Sizcə, ölkəmizdə təklif etdiyiniz xid-
mətlərdən istifadənin dinamikası necə
dəyişir?
Ə.R.:
İnsanlarımız sağlamlıqlarına daha
çox diqqət yetirməyə başlayıblar. Şübhəsiz
ki, bu, ölkədə səhiyyə sektorunun inkişafı,
həmçinin vətəndaşlarımızın maddi durum-
larının ildən-ilə yaxşılaşması ilə bağlıdır.
Artıq göstərilən tibbi xidmətin keyfiyyəti və
təklif olunan xidmətlərin müxtəlifliyi rəqa-
bət predmetinə çevrilib. Bu baxımdan fəaliy-
yətimizin dinamikasında yüksəliş trendi mü-
şahidə edirik. Nəzərinizə çatdırmaq istərdim
ki, rəhbərlik etdiyim şirkət həm də evdə tibbi
xidmətin təşkili ilə məşğuldur. Yəni tibbi xid-
mətlər üçün artıq yolda və növbədə saatlar-
la vaxt itirməyə, məsafə qət etməyə ehtiyac
yoxdur. Hər biriniz uyğun məkanda – evdə
və işdə müvafiq tibbi xidmətdən yararlana
bilərsiniz. Bunun üçün uyğun tibbi personal
və müvafiq portativ tibbi cihazlarımız var.
Xidmətləriniz barədə informasiya-
ları müştərilərinizə necə çatdırırsınız?
Başqa sözlə, hansı metodlardan, infor-
masiya vasitələrindən istifadə edirsiniz?
Ə.R.:
Mətbuatda, televiziya və radioda
mütəmadi reklamlarımız gedir. Sosial media-
da promouşna da üstünlük veririk. Özümüzə
məxsus İnfomed.az tibbi portalımız da var.
Əlimizdən gələni edirik ki, insanlara yeni-
liklər, yeni proyektlərimiz və məhsullarımız
barədə məlumatları zamanında çatdıraq.
Maraqlıdır, müştəri məmnuniyyətini
necə ölçürsünüz?
Ə.R.:
Müştərilərimizin məmnunluğu bi-
zimçün daim ön plandadır. Onlara individu-
al yanaşmağa çalışırıq. Müasir və komfort
xidmət göstərməkçün fəaliyyətimizi daim
təkmilləşdirir, çatışmazlıqların üzərində
çalışırıq. Bizim xidmətlərimizdən istifadə
etdikləri üçün əlavə dividendlər əldə edir,
fərqli seqmentdə olan məhsullarımızdan ol-
duqca sərfəli, endirimli şəkildə faydalanır-
lar. Mütəmadi olaraq pozitiv “feedback”lər
alırıq. Şübhəsiz ki, bu, bizi daha da qürur-
landırır və yeni uğurlara motivə edir.
Şirkətinizin xidmətlərinin genişlən-
dirilməsi sahəsində hansısa planlarınız
varmı?
Ə.R.:
Təbii ki, uzunvədəli biznes planımız
mövcuddur. İdeyalarımıza pillə-pillə addım-
layırıq. Bəzi proyektlərimiz haqqında, inşaal-
lah, həyata keçirməyə başladıqda danışarıq.
İndi deyə biləcəyimsə odur ki, misalçün, tibbi
turizm sahəsində beynəlxalq miqyasda hə-
dəflədiyimiz işlər var. Bəzən müəyyən plan-
larımız bizdən asılı olmayaraq müvəqqəti
təxirə salınır. Çünki biz beynəlxalq iqtisadi
sistemin içərisində yaşayırıq. Qlobal ekono-
mik tendensiyalardan yan qaçmaq mümkün
deyil. Amma bu vəziyyətdən maksimum fay-
dalanmağa çalışırıq. Biznes layihələrimizdə
korrektələr edir, yeni innovativ metodikala-
rın cəlb olunması üçün işlər aparırıq.
Rzayev Əşrəf Faiq oğlu 1978-ci il yanvarın
8-in Bakı şəhərində ziyalı ailəsində anadan
olub. 1985-1995-ci illərdə Bakı şəhəri 260
saylı orta məktəbdə rus bölümündə təhsil alıb.
Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra
1995-1999-cu illərdə Qafqaz Universitetinin
İşlətmə, 1999-2002-ci illərdə Azərbaycan Döv-
lət Mədəniyyət və İncəsənət Universitetinin
Mədəniyyətin idarəedilməsi fakültələrində,
2002-2004-cü illərdə ADMİU-nun magistratu-
rasında təhsil alıb. 2003-2012-ci illərdə “Spa-
ce” kanalında baş prodüser vəzifəsində çalışıb.
2013-cü ildən bu günə qədər “Alliance Assist”
MMC-nin direktorudur. Evlidir, iki övladı - bir
oğlu və qızı var.
41
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
İş adamları stresin
qarşısını necə ala bilərlər
“MediStyle Hospital”ın Psixonevroloji Mərkəzinin
psixoloqu Günel Aslanova:
Müasir həyatda, demək olar ki, hər bir
insan streslə üzləşir. Çünki müasir insanın
həyatının, demək olar, hər sahəsi planlı-
dır və rəqabət əsasında təşkil olunub. Gö-
rüş vaxtına sayılı dəqiqələr qaldığı halda
kimsə tıxacda olursa sevinə, ya da ayın
sonundakı gəlirinin növbəti aya aid ehti-
yaclarını qarşılamayacağını bildiyi halda
xoşbəxt ola bilmir.
Həyat əvvəlkindən daha sürətli, daha
rəqabətlidir. Bədən və psixikamız isə bu
sürət və rəqabətə uyğunlaşa bilmir. Stress
bir çox dəyişikliklərə səbəb olur. Stress
özü xəstəlik olmasa da, əksər xəstəliklər
çox asanlıqla stress nəticəsində inkişaf
edir. Bunun necə baş verdiyi, yəqin ki, ma-
raqlıdır. İmmunitet sisteminiz zəifləyir.
Asılılıq problemi olan insanlarda
məsələ daha mürəkkəbdir. Onlar alkoqol,
siqaret, saqqız və digər sağlamlıq üçün
nəinki faydasız, həm də təhlükəli olan va-
sitələrdən istifadə edirlər. Səbəb nədir?
Təbii ki, gərginliyi azaltmaq.
Aramızda streslə üz-üzə qalmayan
kimsənin olmadığını bilirik. İş adamları
üçün isə məsələ daha fərqlidir. Onlar üçün
stresli həyat iki dəfə daha artıq zəmanət-
lidir. Təyin olunmuş görüş, sürət, gecik-
mək, tıxac, gözləmək... Bu sözlərin oxunu-
şu belə stresi təkrar yaşadır.
İş adamları üçün iş yalnız önəmli ol-
maqla, maddi qazanc olmaqla bitmir, iş
həm də məqsəddir, mənadır, həyat tərzi-
dir, özünəhörmətdir, potensialdan doğru
istifadə etməkdir. İş stresi və tükənmə isə
iş adamı üçün sadalananlardan uzaq düş-
mək, bu yolda risk deməkdir.
İş stresi işin insan üzərində təzyiqidir.
Bu, həm işləyən, həm müəssisə üçün ciddi
problemlərə səbəb olur. Hər cür dəyişik-
lik çətinliyə səbəb olur, çətinlik isə onu
aradan qaldırmaq cəhdini doğurur. Bəzən
insan bu istiqamətdə işləri çatdırma-
yacağını düşündüyündən dolayı məyus
olur, səhvlər artır, yaxın ətrafı da bundan
təsirlənir, enerji sərfiyyatı çoxalır, iş per-
formansı zəifləyir, sağlamlıq problemləri
yaranır və məhsuldarlığı azalır.
Lakin stresdən qaçmaq mümkün deyil-
sə də, onun mənfi nəticələrindən qaçmaq
və öz sağlamlığını qorumaq mümkündür.
42
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
məsləhət
İş adamları bu istiqamətdə nə edə
bilərlər? Öncə aşağıdakı sualları cavabla-
mağa çalışın.
Təbiətlə vəhdətdən xoşlanan, hər şeyin
puldan ibarət olmadığını düşünən, kiçik
hadisələrdən sevinməyi, xoşbəxt olmağı
bacaran birisiniz? Ya mükəmməlliyyətçi,
rəqabətə daxilən meyilli, səbirsiz, həyatın,
təbiətin gözəlliklərinə laqeyd birisiniz?
Birinci qrupa aidsinizsə, siz artıq stresi
bir fürsət olaraq dəyərləndirə və ondan
özünüzü inkişaf etdirmək vasitəsi olaraq
istifadə edə bilirsiniz.
Bu qrupa aidsinizsə, demək ki, streslə
əlaqəli narahatlıqları, uğursuzluqları şəx-
siyyətiniz üçün utanc olaraq görürsünüz,
bu halda depressiv, ümidsiz düşüncələri-
niz, özünüzə və ətrafa aqressiyanız da qa-
çılmazdır.
Əvvəla, rəqabətə niyə bu qədər meyilli
olmağınızın səbəblərini təhlil edib, həmin
səbəbləri obyektiv şəkildə həll etməyə çalı-
şın. Həyatın çətinlikləri üzərinə iş stresini də
əlavə etməyiniz sizi tamamilə tükədə bilər.
Həm də stresdən qorunmaq üçün dü-
şüncələrimizi dəyişmək önəmlidir. Stres
doğuran hadisəni özünüz üçün təhlükə
olaraq gördüyünüz, onun sizə zərərli ola-
cağını düşündüyünüz hallarda stress şid-
dətlənir.
Diqqət edin ki, stress doğuran hadisə-
nin öhdəsindən gələcəyinizi düşünməyi-
niz əminlik hissi yaradaraq məhsuldarlı-
ğınızı daha da artırar.
Birinci halda situasiya sizi təhdid edir,
ikinci halda isə siz situasiyaya meydan
oxuyursunuz. “Təhdid olunuram” düşün-
cəsini “meydan oxuyuram” düşüncəsi ilə
əvəz edin!
Həmçinin stresin fəsadlarını yaşama-
maq üçün zərurət olduğu hallarda “yox”
deməyi bacarın, günün müəyyən sabit
saatlarında fasilə götürün, ailənizə, özü-
nüzə, sevdiklərinizə zaman ayırın, tətil
edin, idmanla, hobbilərinizlə məşğul
olun.
Özünədəstək fayda vermirsə, təcili
mütəxəssisə müraciət etməyiniz gərəkdir.
2010-cu ildən etibarən Bakı Dövlət Uni-
versiteti, psixologiya fənni üzrə müəllim
2011-2013-cü illər Azərbaycan Univer-
siteti, psixologiya fənni üzrə müəllim
2012-2014-cü illər Turizm İnstitutu,
psixologiya fənni üzrə müəllim
2013-cü ildən “MediStyle” Psixonevro-
loji Mərkəzi, psixoloq
2000-2004-cü illər Azərbaycan Dövlət
Pedaqoji Universiteti Psixologiya fakültəsi,
bakalavr
2008-2010-cu illər Bakı Dövlət Univer-
siteti, psixologiya üzrə magistr
2011-2014-cü illər Bakı Dövlət Univer-
siteti, psixologiya üzrə doktorant
2010-2013-cü illərdə Uşaq və Gənclərin
Sosial Reabilitasiya Mərkəzi, Psixologiya
və Konsultasiya Mərkəzi, Sosial və Psixoloji
Tədqiqatlar Mərkəzi, “MemoriaCenter”də
psixoloq kimi fəaliyyət göstərmişdir.
Ekspert-təlimçi qismində bir sıra dövlət
və özəl müəssisələrlə (Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv-
lət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Ko-
missiyası, UNICEF) əməkdaşlıq çərçivəsin-
də müxtəlif tədqiqat və layihələrdə iştirak
etmişdir. On bir elmi məqalənin müəllifidir.
43
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
Bu il fəaliyyətə başlayan “Implan-
tArt” Dental Klinikası hansı zərurət-
dən yarandı?
İ.M.:
Klinikamızın açılması hazırkı
dövrdə müasir tələbatları nəzərə alaraq
və peşəkar mütəxəssislərin komanda
işinə ehtiyacından yaranan zərurətdən
qaynaqlanır. Müasir avadanlıq və mate-
riallardan istifadə günün əsas tələbidir.
Amma sözsüz ki, yalnız müasir avadan-
lıqlarla mükəmməl nəticələr əldə etmək
mümkün deyil. Tibbin və xüsusən də
stomatologiyanın inkişafı dövrümüz-
də çox sürətlidir. Bu sürətin izlənilmə-
si üçün mütləq şəkildə inkişaf etmiş
ölkələrdə təhsil almaq, beynəlxalq kon-
franslara qoşulmaq və xarici məqalə
və elmi məlumatların izlənilməsi çox
vacibdir. Təəssüf ki, cəmiyyətimizdə bu
cür həkimlərin sayı çox deyil. Klinika-
mızın həkimləri xaricdə təhsil və elmi
dərəcə almış, öz elmi fəaliyyətlərini
daim inkişaf etdirən mütəxəssislərdir.
Həkimlərin bir sahə üzrə ixtisaslaşması
həmin sahə üzrə daha peşəkar xidməti
təmin edir. Bu səbəbdən peşəkar ko-
mandanın işinin nəticəsi daha zəmanət-
li və uzunömürlü olur.
Klinikanız hansı istiqamətlər üzrə
fəaliyyət göstərir?
İ.M.:
Estetik stomatologiya, implan-
tologiya, ortodontiya, endodontiya – diş
kanallarının müalicəsi, ortopediya – qa-
paq və protezlər, ağız cərrahiyyəsi sahələ-
rində xidmətlər klinikamızın təklif etdiyi
xidmətlərdəndir.
Statistik məlumatlara görə, Azər-
baycanda əhalinin əksəriyyətində diş
xəstəlikləri mövcuddur. Fikrinizcə, diş
xəstəliklərinin belə geniş yayılmasına
səbəb nədir?
“Peşəkar komandanın işinin
nəticəsi daha zə manətli və
uzunömürlü olur”
Müsahibimiz “ImplantArt” Dental Klinikasının
direktoru, ağız, üz və çənə cərrahı, uzman doktor
İlham Mehdiyevdir
44
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
İ.M.:
Diş və dişəti xəstəlikləri son 20-
30 ildə daha geniş yayılıb. Bunun əsas
səbəbi düzgün qidalanmama və gigiyenik
qaydalara düzgün riayət etməməkdir. Son
20-30 ildə qidalarımızda olan dəyişiklik-
lər – daha yumşaq və kimyəvi tərkibi də-
yişdirilmiş qidalar bizi ağız gigiyenasına
əvvəlkindən daha ciddi riayət etməyimizə
məcbur edir. Bununla yanaşı, müəyyən re-
gionlarda suda lazımi mikroelementlərin
çatışmazlığı da buna səbəbdir.
Sağlam dişlər üçün daha çox nələrə
diqqət yetirilməlidir?
İ.M.:
Sağlam məhsullarla qidalan-
ma və dişləri gündə iki dəfə düzgün
fırçalamaqla sağlam dişlərə nail olmaq
olar. Sağlam qidalanma dedikdə, mey-
və-tərəvəzlə bol qidalanma, qidalan-
madan sonra ağızın yaxşı yaxalanması
nəzərdə tutulur. Fırçalama gündə iki
dəfə aparılmalıdır. Fırçanın doğru se-
çilməsi və fırçalama qaydasının düzgün
həyata keçirilməsi çox vacibdir. Diş və
dişəti xəstəlikləri əksər hallarda diş-
arası nahiyələrdə əmələ gəlir. Çünki bu
nahiyələr adi diş fırçası ilə təmizlənmir.
Buna görə dişarası sahələr xüsusi diş-
arası fırçalarla təmizlənməlidir.
Diş sağlamlığı ilə bağlı doğru bildi-
yimiz səhvlər, səhv bildiyimiz doğrular
nələrdir?
İ.M.:
Bəzən insanlar müəyyən yaş
dövrlərində dişlərini itirmələrini nor-
mal proses kimi qəbul edirlər. Bunun
səbəbi isə dişlərə qulluğun düzgün hə-
yata keçirilməməsidir. Əgər dişlər və
dişarası sahələr düzgün təmizlənərsə,
dişlər uzun illər sağlam qalmış ola-
caq. Dişlərin fırçalanması horizontal
istiqamətdə deyil, 45 dərəcə bucaq al-
tında süpürülərək həyata keçirilməlidir
və dişlər boyu fırçanı dairəvi hərəkət
etdirərək təmizlənməlidir. Bəzi insanlar
sərt fırçanın daha yaxşı təmizlədiyini
düşünürlər. Bu isə belə deyil. Diş fırça-
sının tükcükləri elastik olmalı və diş əti-
ni zədələməməlidir. Fırçanın sərtliyi ən
çox orta (medium) ola bilər.
Müəyyən sosial qruplar üçün
güzəştli kampaniyalar həyata keçirir-
sinizmi?
İ.M.:
Tələbələr və müəllimlər üçün
endirim kampaniyaları etmişik. Hazırda
bütün ATİB üzvlərinə güzəştli kampani-
yamız var.
“Implant Art” Dental Klinikasının
gələcək fəaliyyəti ilə bağlı hədəfləriniz
nələrdir?
İ.M.:
Hazırda istədiyimiz hədəfi əldə
etmişik və məqsədimiz dünya inkişafının
sürəti ilə gedib yenilikləri tətbiq etməkdir.
Arzulayırıq ki, bütün həkimlərimiz nəinki
Azərbaycanın, həm də Avrasiyanın ən ta-
nınmış həkimi statusunu alsınlar.
Ağız, üz və çənə cərrahı, uzman doktor,
PHD. 2004-cü ildə Azərbaycan Tibb Univer-
siteti Stomatologiya fakültəsini bitirmişdir.
2004-2005-ci illərdə Azərbaycan Tibb Uni-
versiteti Diş həkimliyi fakültəsi Ağız, üz və
çənə cərrahiyyəsi kafedrasında internatura
təhsili almışdır. 2006-2013-cü illərdə Anka-
ra Universiteti Diş həkimliyi fakültəsi Ağız,
üz və çənə cərrahiyyəsi kafedrasında təhsi-
lini davam etdirmiş, uzman doktor və PHD
diplomunu almışdır. 2012-ci ildə Planmed
İmplantologiya Elmi Cəmiyyəti tərəfindən
keçirilmiş müsabiqədə Dünya 3-cüsü müka-
fatına layiq görülmüş, 2013-cü ildə sözüge-
dən qurumun keçirdiyi müsabiqədə Dünya
1-cisi mükafatını almışdır. İmplantologiya
üzrə elmi işini xaricdə müdafiə etmiş yeganə
azərbaycanlı ağız, üz və çənə cərrahıdır.
“Implant ART” Dental Klinikasının direkto-
rudur.
45
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
müsahibə
Ersadık TURAN:
Ersadık Turan ölkəmizdə süni mayalanmanın vəziyyəti
ilə bağlı “EcoVision”un suallarını cavablandırır
“Azər-Türk Med” Tibb Mərkəzi artıq
neçə müddətdir fəaliyyət göstərir. Bəs
mərkəz əsasən hansı istiqamətlər üzrə
xidmətlər təklif edir?
“Azər-Türk Med” Tibb Mərkəzi
2007-ci ilin sentyabr ayından fəaliyyət
göstərir. Artıq 8 ildir insanları psixolo-
ji, mənəvi və sosial çətinliklərlə üz-üzə
qoyan sonsuzluq problemi mərkəzi-
mizdə öz həllini tapır. Bununla yanaşı,
“Azər-Türk Med” Tibb Mərkəzində müa-
sir tələblərə cavab verən avadanlıqlarla
təchiz olunmuş laboratoriya, həmçinin
ginekoloji, uroloji, pediatrik və sto-
matoloji kabinetlər fəaliyyət göstərir.
Klinikamız cərrahiyyə əməliyyatları və
stasionar xidmətlər verən bir klinikadır.
Bu illər ərzində süni mayalanma ilə bağ-
lı bizə müraciət edən xəstələrdə genetik
problemlərlə əlaqədar yaranan xəstə-
liklərin embronik, yəni uşaqlar köçürül-
məmiş, diaqnozunu Türkiyədə fəaliyyət
göstərən laboratoriyalarla birgə ger-
çəkləşdirmişik. Türkiyədəki laborato-
riyalarla qarşılıqlı anlaşma nəticəsində
Azərbaycanda hələlik mümkünsüz olan
biokimyəvi analizləri həyata keçiririk.
Bu illər ərzində çalışmışıq ki, süni ma-
yalanma ilə bağlı ortalığa çıxa biləcək
bütün problemləri Türkiyə ilə birgə həll
edək, fəaliyyətimizi daha da genişlən-
dirək.
Dostları ilə paylaş: |