Jurnalımızın
növbəti buraxılışı səhiyyə
məsələlərinə, ölkəmizin
səhiyyə sektorunun ayrılmaz hissəsi olan özəl tibb və əczaçılıq
sektorlarındakı vəziyyətə həsr edilmişdir.
Digər sahələrdə olduğu kimi, səhiyyə sektoru da hər zaman
ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Ona görə də “EcoVi-
sion” jurnalı da, öz növbəsində, son illərdə səhiyyə sektorunda
görülmüş işlərin işıqlandırılmasına biganə qala bilməzdi.
Üzvlərimiz arasında səhiyyə sahəsində çalışan “Albatros Healthcare” MMC, “Alliance Assist”,
“Azər-Türk Med”, “Denta Med” Estetik Klinikası, “Pharmethic” MMC, “Implant ART”, “Medisis” MMC,
“Viola” MMC (Avrasiya Klinikası) kimi fəal üzvlər daxildir. Bu sayımızda səhiyyə sektorunda fəaliyyət
göstərən üzvlərimizin fəaliyyəti ilə yaxından tanış olacaqsınız.
Bununla yanaşı, jurnalımızda yeni “İstedad” rubrikası açılmışdır. 2016-ci il ərzində biz xüsusi
istedada malik olan üzvlərimizin əl işləri, ədəbi əsərləri və sair ilə sizi tanış edəcəyik. İlin sonunda
isə müsabiqə yolu ilə qalib seçiləcək.
Jurnalımızda ənənəvi məlumatlar: ATİB-in son üç aylıq fəaliyyəti, yeni üzvlərimiz haqqında qısa
məlumatlar əks etdirilmişdir. “Azərbaycanı tanıyaq” rubrikasında isə bu dəfə Qusara səyahət edəcə-
yik.
Ümidvarıq ki, fəaliyyətimizi müsbət dəyərləndirəcəksiniz.
Əziz dostlar!
Ümid edirik ki, jurnalımız diqqətinizi cəlb edəcək. Jurnal haqqında təklif və rəylərinizi ATİB Katibliyi
ilə bölüşsəniz, Sizə çox minnətdar olarıq. Təklif və iradlarınızı pr@atib.az elektron ünvanında böyük
məmnuniyyətlə gözləyirik.
Hörmətlə,
Pərvanə HACIYEVA,
Baş redaktor
Tarixə
qovuşmaqda olan 2015-ci il həm Azərbay-
canla Türkiyə arasında dostluq və qardaşlıq
münasibətlərinin daha da möhkəmlənməsi, həm də ikitərəfli
əlaqələrin inkişafına töhfə vermək məqsədilə qurulan Azər-
baycan Türkiyə İş Adamları Birliyinin (ATİB) fəaliyyətinin aktiv
şəkildə genişlənməsi baxımından uğurlu oldu.
ATİB 2015-ci ilin artıq arxada qalan aylarında öz təşkilati
potensialını daha da möhkəmləndirdi, yeni üzvlər qəbul etdi, üzvlərimizin sosiallaşması baxımından
olduqca vacib olan “işgüzar nahar görüşləri” təşkil etdi.
Hörmətli oxucular, ötən dövrlərdə olduğu kimi, qarşıdakı dövrlərdə də ATİB olaraq Azərbaycan–Tür-
kiyə əlaqələrinin inkişafında, ölkədə biznes mühitinin daha effektiv formaya gəlməsində öz səylərimizi
davam etdirəcəyik. ATİB üzvlərinin və əməkdaşlıq etdiyimiz təşkilatların dəstəyi ilə qarşıladığımız 2016-
cı ildə daha böyük uğurlara imza atacağımıza inanıram. Əminəm ki, bu işlərdə Sizlər yaxından iştirak
edəcək, əvəzsiz töhfələrinizi verəcəksiniz.
Hörmətlə,
Cemal YANGIN,
ATİB İdarə heyətinin sədri
“EcoVision” jurnalının
dəyərli oxucuları!
Dəyərli oxucularımız!
Hörmətli ATİB üzvləri!
ön söz
EcoVision (25/2015)
Təsisçi:
Azərbaycan Türkiyə İş Adamları
Birliyi (ATİB)
Əməkdaşlar:
Gülnar Şirinova
Eyvaz Qocayev
Dizayner:
Maksim Kostenko
Korrektor:
Kəmalə Cəfərova
• "AtaBank" ASC
• "Adopen" MMC
• Anadolu Vizyonu Kurs
Destek Ve Turizm Sanayi
Ticaret Anonim Şirketi”-nin
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi
• AXA MBASK
• Biləv İnşaat
• “Pharmethic” MMC
• “İlk Inşaat” MMC
• İstanbul Çarşı Import Export Ltd
• Iteca Caspian LLC
• “Qafqaz Tikinti Materialları” A.Ş
• Network Global Logistics MMC
• “PAŞA Həyat Sığorta” ASC
• “RR” şirkətlər qrupu
• Türk Hava Yolları
• "Ziraat Bank Azərbaycan"
Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir:
3026 “EcoVision” jurnalına istinad
zəruridir.
Jurnaldakı mətn və ya illüstrativ
materialların təkrar dərci yalnız
redaksiyanın yazılı razılığından sonra
mümkündür.
Jurnal dövlət və özəl strukturlar, yerli və
xarici şirkətlər, beynəlxalq təşkilatlar və
diplomatik nümayəndəliklərə pulsuz yayılır.
Reklam materiallarının məzmununa görə
redaksiya məsuliyyət daşımır.
Müəlliflərin nümayiş etdirdiyi mövqe ilə
redaksiyanın mövqeyi üst-üstə düşməyə
bilər.
Ünvan
Bakı şəhəri, İstiqlaliyyət 21, 5-ci
mərtəbə, AZ1001
Tel : (994 12) 449 88 82/83
Faks : (994 12) 449 88 84
e-mail : pr@atib.az
Tuna mətbəəsində çap olunmuşdur.
Tel: (012) 447 15 16 / 25
www.tuna.az
1
say 25 |
EcoVision
mündəricat
İdarə heyəti üzvləri
Cengiz Turgay vəfat edib
ATİB Katibliyi
ATİB haqqında
İlin Qızıl Adamı
İrfan Başkurt:
Qəribova Sevinc:
Ruslan Atakişiyev:
Yusuf Faruk Ceyhan:
Əşrəf Rzayev:
Günel Aslanova:
İlham Mehdiyev:
Ersadık Turan:
ƏSƏS MÖVZU:
Azərbaycanda Səhiyyə
Sağlamlıq
Üzvlərdən xəbərlər
ATİB xəbərləri
İşgüzar nahar
4
59
6
8
28
30
60
64
72
74
80
38
34
40
41
42
44
46
78
10
12
22
ATİB İdarə heyətinin üzvü Rafiq Qara-
yev “İlin Qızıl adamı” mükafatına layiq
görüldü
“Dərmanların qiyməti orta hesabla 2-3
dəfə aşağı salınıb”
Ofis işində çalışanların
sağlamlığı üçün məsləhətlər
Qusar: Ölkənin şimalında ən
sonuncu iri yaşayış məntəqəsi
Xüsusi qabiliyyət
Yeni üzvlər
Endirim Proqramı
Klinikamızda hər bir pasiyentə özəl
yanaşma prinsipi mövcuddur
Büdcədən ayrılan vəsaitlərin səhiyyənin
inkişafına təsirləri
Məqsədimiz yüksək müştəri məmnuniy-
yətinin təmin edilməsidir
Göstərilən tibbi xidmətin keyfiyyəti və
təklif olunan xidmətlərin müxtəlifliyi
rəqabət predmetinə çevrilib
İş adamları stresin qarşısını necə ala
bilərlər
Peşəkar komandanın işinin nəticəsi
daha zə manətli və uzunömürlü olur
Ölkəmizdə süni mayalanmanın
vəziyyəti
Rövşən Məmmədov:
“Avropa və dünya standartlarına uyğun
klinikalarımız var”
32
Mütəxəssis rəyi
Sahibkar
48
54
Prof. Dr. Ali Kutvan:
Kümelenme te-
melli ekonomik rekabet ve kalkınma
stratejileri
Kaya Karslı:
Kendimi Azerbaycansız
düşünemiyorum
62
63
Beynəlxalq Sərgilər
Biznes təklifləri
2
say 25 |
EcoVision
8
idarə heyəti üzvləri
Cemal Yangın
İdarə heyətinin sədri
İstanbul Çarşı İmport Export Ltd.
Rəşad Rəsullu
İdarə heyətinin üzvü
Ata Holdinq ASC
Oktay Vayiç
İdarə heyətinin üzvü
Network Global Logistics MMC
Cem Becel
İdarə heyəti sədrinin
müavin
“Azərbaycan Koka Kola
Bottlers Ltd” MMC
Kaya Karslı
İdarə heyətinin üzvü
“İstanbul Reklam Market” MMC
Mürsəl Rüstəmov
İdarə heyəti sədrinin
müavin
“PAŞA Həyat Sığorta” ASC
İsmail Şahin Bürhan
İdarə heyətinin üzvü
Borusan MAKİNA Servis
ve Ticaret A.S.
Rafiq Qarayev
İdarə heyətinin
üzvü
“RR Group of Companies” MMC
Ali Gümüş
İdarə heyətinin üzvü
Adopen Plastik San. AŞ.
Aydın Məmmədov
İdarə heyətinin
üzvü
Aramex
Fariz Əmirov
İdarə heyətinin üzvü
Biləv İnşaat
ATİB İdarə heyətinin
2015-2018-ci illərdə tərkibi
4
say 25 |
EcoVision
ATIB haqqında
Pərvanə Hacıyeva
Baş katib
Sevinc Dostaliyeva
Baş assistent
Eyvaz Qocayev
Mütəxəssis
Gülnar Şirinova
PR Manager
Mətanət Şirinova
Mühasib
Aytən Camalova
Katibə referent
Sevda Məmmədli
Layihə koordinatoru
ATİB Katibliyi
6
say 25 |
EcoVision
ATİB-in VİZYONU:
ATİB-in MİSSİYASI:
ATİB üzvlərinə faydalı xidmətlər:
ATİB-in üzvlük şərtləri:
ATİB-ə üzvlük nə verir:
Azərbaycan Türkiyə İş Adamları Birliyi Azərbaycanı regi-
onun qabaqcıl ölkəsi kimi və dünyanın inkişaf etmiş ölkələri
sırasında görür və bunun üçün öncəliklə Azərbaycan və Türkiyə
arasında, daha sonra isə Azərbaycan və digər ölkələr arasın-
da iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsinin
vacibliyinə inanır.
ATİB Azərbaycan iqtisadiyyatını canlandıran yeni inkişaf
istiqamətində Türkiyə və Azərbaycan iş adamlarını bir yerdə
toplayaraq, Azərbaycanın sahib olduğu iqtisadi potensialdan
birlikdə istifadə etmək və bir SİNERJİ yaratmaq üçün qurulub.
• Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üçün
dövlət orqanları və ATİB üzvləri arasında körpü rolu həyata
keçirilir;
• ATİB ofisində təqdimat, seminar və treninqlərin keçirilməsi
xidmətini həyata keçirir;
• ATİB üzvləri haqqında məlumatların təşkilatın internet
səhifəsində yerləşdirilməsi imkanını yaradır;
• Üzvlər üçün müxtəlif dövlət orqanları təmsilçilərinin iştirak
etdiyi açıq və qapalı toplantılar keçirir;
• Üzvlər arasında əlaqələrin gücləndirilməsi üçün mütəmadi
olaraq səhər yeməkləri və axşam ziyafətləri təşkil edir;
• Üzvlərə ictimaiyyətlə və media ilə əlaqələr üzrə dəstək
xidməti göstərir;
• Üzvlər arasında səmimiyyətin tam formalasdırılması üçün
istirahət və əyləncə məqsədli tədbirlər təşkil edir;
• ATİB-in Nizamnaməsinə əsasən üzv olacaq hüquqi və fiziki
şəxsin və ya xarici şirkətin təmsilçiliyinin Azərbaycanda
fəaliyyət göstərməsi.
• Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti və ATİB-ə
üzvlük blankı (üzvlük blankı əlavə edilir).
• Birliyə illik üzvlük haqqı olaraq 1200 manat ödənilməsi.
Ödəmə hissə-hissə də həyata keçirilə bilər.
• Yeni biznes əlaqələrinin formalaşdırılması
• Şirkətinizin daha yaxşı tanıdılması
• Ən son informasiyanın əldə edilməsi
• Hər iki ölkədə biznes etiketi və ənənələri ilə tanışlıq
• Müxtəlif layihələrin həyata keçirilməsində iştirak
ATIB haqqında
8
say 25 |
EcoVision
üzvlərdən xəbərlər
“PAŞA Həyat Sığorta” şirkətinin təşəb-
büsü və təşkilati dəstəyi ilə noyabr ayının
13-də Azərbaycanda ilk dəfə olaraq “İn-
san Resursları Forumu – Bakı 2015” adlı
geniş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Türkiyə İş
Adamları Birliyinin sədri Cemal Yangın,
sədr müavini Cem Becel və ATİB Baş kati-
bi Pərvanə Hacıyeva da iştirak edib.
Forumda beynəlxalq təcrübə və yer-
li yanaşmanın vəhdəti, eyni zamanda
qarşılıqlı fikir mübadiləsi aparmaq üçün
ölkənin ən nüfuzlu təşkilat və şirkətləri-
nin 200-dən çox peşəkar HR rəhbərləri
iştirak edib.
Forumda çıxış edən “PAŞA Həyat Sı-
ğorta” ASC İdarə heyətinin sədri Mürsəl
Rüstəmov qeyd edib ki, “dövlətimizin baş-
çısı cənab İlham Əliyevin bildirdiyi kimi,
“Biz qara qızıl olan nefti insan kapitalına çe-
virmək siyasətini həyata keçiririk”. Elə bi-
zim də təşəbbüsçü və təşkilatçı olaraq bu
forumu keçirməkdə əsas məqsədimiz bu
siyasətin icrası ilə bağlı üzərimizə düşən
öhdəlikləri layiqincə yerinə yetirməkdir”.
M.Rüstəmov bu tədbirin “PAŞA Hə-
yat”ın sosialyönümlü növbəti layihələ-
rindən biri olduğunu qeyd edib: “Bu fo-
rumdan əvvəl “PAŞA Həyat” tərəfindən
müxtəlif sahələri əhatə edən bir neçə
sosial layihə, o cümlədən Azərbaycanı
dünyaya tanıtmaq, onun zəngin tarixi
mədəni irsini, həmçinin müasir inkişafını
dünyaya çatdırmaq istiqamətində bir çox
layihələr həyata keçirilib”.
Daha sonra forumun əsas hissəsində
çıxışlar dinlənilib. Forumda son illər ərzin-
də Azərbaycanda insan resurslarının idarə
edilməsinə artan maraq, bu sahədəki inki-
şaf, həmçinin xarici təcrübənin yerli bazar-
da tətbiqinin nəticələri müzakirə olunub.
10 sentyabr 2015-ci ildə ATİB üzvü olan
“Koç Sistem” “Park Inn” hotelində “Koç Sistem
Texnologiya Workshop” bağlı tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan “Koç Sistem -
Azərbaycan”ın rəhbəri Ali B.Kutvan şirkətin
70 illik fəaliyyətindən və bugünə qədər keç-
diyi inkişaf yollarından danışıb. Daha sonra
“Koç Sistem - Azərbaycan”ın satış müdiri
Görkəm Göçən qurum haqqında məlumat
verib. Onun sözlərinə görə, “Koç Sistem”
“Koç Holding”in tərkib hissəsidir. Artıq 3 il-
dir Azərbaycanda fəaliyyət göstərir: “Ümu-
milikdə isə 70 ildir bu şirkət yaradılıb və
fəaliyyət göstərir. Bu illər ərzində çox partn-
yorlarımız olub”.
Daha sonra G.Göçən “Koç Sistem -
Azərbaycan”ın xidmət bölmələrinin fəa-
liyyətinə toxunub. Azərbaycanda bir çox
şirkətlərlə əlaqələr qurduğunu deyən sa-
tış müdiri əlavə edib ki, ən çox “Azərfon”,
“Inteltek”, “Topaz.az”, “AzərSun”, “Yapı Kre-
di Bank Azərbaycan” və bu kimi başqa
şirkətlərlə geniş əlaqələr yaradılıb.
Tədbirdə daha sonra şirkətin rəhbər
vəzifə sahibləri, Rabitə və Yüksək Texno-
logiyalar Nazirliyinin, “Veysəloğlu” şirkə-
tinin əməkdaşları və başqaları iştirak
edib.
ATİB İdarə heyətinin üzvü “PAŞA Həyat
Sığorta” ASC-nin təşəbbüsü ilə “İnsan
Resursları Forumu – Bakı 2015” adlı
geniş tədbir keçirilib
“Koç Sistem
Texnologiya
Workshop” adlı
tədbir keçirilib
10
say 25 |
EcoVision
Oktyabrın 21-dən 24-dək keçirilmiş “Ba-
kuBuild-2015” 21-ci Azərbaycan Beynəlxalq
İnşaat Sərgisində ATİB üzvü “NORM Sement”
zavodu iştirak edib.
Sərgi “NORM Sement” zavodu və onun
məhsullarının daha geniş tanıdılmasında, ti-
kinti təşkilatları ilə iş əlaqələrinin qurulmasın-
da, satış imkanlarının artırılmasında, potensi-
al müştərilərin cəlb olunmasında və şirkətin
gələcək inkişafında əhəmiyyətli rol oynamaq-
la yanaşı, tədbiri ziyarət edən mütəxəssislərlə
ünsiyyət saxlamaq və uğurlu təşviqat kampa-
niyasını həyata keçirmək imkanı verib.
İnsanların fərdi və kollektiv şəkildə ça-
lışdıqları məkanlara ən münasib mebellər
təqdim edən “Zivella” “BakuBuild-2015”
sərgisində öz stendi ilə müştərilərin zövqü-
nü oxşayıb. “Zivella” müştərilərinin istək və
ehtiyaclarını qarşılayacaq dizaynı, gözəlliyi
və keyfiyyəti bir araya gətirən gənc, həssas
və daima öyrənən bir şirkətdir.
Digər ATİB üzvü “SR GROUP CO” MMC-
yə daxil olan “Arçelik” də sərgidə iştirak
edib. Xatırladaq ki, keyfiyyətli və geniş çe-
şidli məhsullarıyla qürur duyan “Arçelik”
avadanlıqların zəmanətli və postzəmanətli
təmirini təmin edən yüksək səviyyəli infor-
masiya və servis dəstəyi təklif edir.
Azərbaycan Türkiyə İş Adamları Bir-
liyinin Baş katibi Pərvanə Hacıyeva üzv-
lərimizin stendini ayrı-ayrılıqda ziyarət
edərək onlara uğurlar arzuladı.
ATİB üzvü olan “Business Service Centre”
MMC oktyabrın 29-da ATİB ofisində təq-
dimat keçirdi. Təqdimatda ATİB üzvləri və
ATİB-in Baş katibi Pərvanə Hacıyeva iştirak
etdi.
“BSC Group”un icraçı direktoru Təranə
Mahmudova şirkət haqqında geniş məlu-
mat verdi.
Qeyd edək ki, 1997-ci ildən fəaliyyət
göstərən “Business Service Centre” LTD
(BSC Group) şirkəti hüquq, maliyyə, müha-
sibatlıq və kadr xidmətləri sektorunda apa-
rıcı mövqeyə malikdir. Fəaliyyət müddəti
ərzində təyinat və mürəkkəblik dərəcəsi
fərqli olan yüzdən artıq şirkətlə əməkdaşlıq
etmiş və qazandığı etibarlı tərəfdaşlığı ha-
zırda da uğurla davam etdirməkdədir.
ATİB üzvləri “NORM” MMC-nin Baş
icraçı direktoru Hasan Yalçınkaya, “Star
Public Transport” şirkətinin rəhbəri Selim
Evsen arasında ikili görüşmə olub. Görüş-
də ATİB-in Baş katibi Pərvanə Hacıyeva da
iştirak edib.
ATİB üzvləri “BAKUBUİLD-2015” 21-ci
Beynəlxalq İnşaat Sərgisində iştirak etdilər
“Business Service Centre” MMC ATİB ofisində təqdimat keçirdi
ATİB üzvləri
arasında ikili
görüşmə
üzvlərdən xəbərlər
11
say 25 |
EcoVision
Avqustun 20-də
Azərbaycan Türkiyə
İş Adamları Birliyinin İdarə heyəti “Azər-
sun Holdinq”in baş direktoru Savaş Uzan
ilə görüşüb. Görüşdə ATİB İdarə heyətinin
sədri Cemal Yangın, sədrin müavini Cem
Becel, İdarə heyətinin nümayəndələri Ra-
fiq Qarayev, Kaya Karslı və ATİB-in Baş ka-
tibi Pərvanə Hacıyeva iştirak ediblər.
“Azərsun Holdinq”in baş direktoru Sa-
vaş Uzan qonaqlara şirkətlər qrupunun
fəaliyyəti barədə ətraflı məlumat verərək
digər şirkətlərlə əlaqələrindən və gələ-
cəkdə birgə həyata keçiriləcək layihələr-
dən bəhs etdi.
Səmimi qəbula görə təşəkkür edən
ATİB sədri ATİB-in fəaliyyəti, həyata ke-
çirdiyi layihələr barədə də məlumat verdi.
28 avqust 2015-ci
ildə Türkiyənin
Zəfər bayramı və Türk Silahlı Qüvvələri
Günü münasibətilə Türkiyənin Azərbay-
candakı səfirliyində rəsmi qəbul təşkil
olunub.
Qəbulda ATİB İdarə heyətinin sədri
Cemal Yangın, İdarə heyətinin üzvləri
Rafiq Qarayev, Ali Gümüş və Kaya Karslı
iştirak ediblər.
Rəsmi qəbul Azərbaycanın və Türkiyə-
nin dövlət himnlərinin səsləndirilməsi ilə
başlayıb.
Türkiyənin Azərbaycandakı səfiri İs-
mayıl Alper Coşkun tarixə nəzər salaraq
türk xalqının və Türkiyə Silahlı Qüvvələ-
rinin Mustafa Kamal Atatürkün rəhbərliyi
ilə 1922-ci il avqustun 30-da tarixi zəfər
qazandığını bildirib. O, qeyd edib ki, bu
böyük zəfər türk millətinin sarsılmazlığı-
nın və iradəsinin nümunəsidir və bütün
bunların nəticəsi olaraq bugünkü Türkiyə
dövləti qurulub.
ATİB İdarə heyəti “Azərsun Holdinq”də
Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil
edilib
ATİB xəbərləri
12
say 25 |
EcoVision
Avqustun 30-da
Türkiyənin Zəfər bay-
ramı münasibətilə Şəhidlər xiyabanındakı
“Türk əsgərləri” abidəsi önündə tədbir ke-
çirilib.
Mərasimdə ATİB İdarə heyətinin üzv-
ləri Rafiq Qarayev, Kaya Karslı, Ali Gümüş,
ATİB üzvlərindən Ali İhsan Genç, Akyıl
İmre və ATİB Katibliyinin nümayəndələri
iştirak ediblər.
Türkiyə Cümhuriyyəti və Azərbaycan
Respublikasının himnləri səsləndikdən
sonra tədbir məzarların üzərinə gülqoyma
ilə başa çatıb.
Daha sonra mərasim iştirakçıları Şəhid-
lər xiyabanında azərbaycanlı şəhidlərin mə-
zarını ziyarət edib, Əbədi Məşəl Kompleksi
önünə əklil qoyublar.
15 sentyabr 2015-ci ildə
Bakının Nuru
paşanın komandanlığı ilə Qafqaz İslam Ordu-
su tərəfindən qurtuluşunun 97-ci ildönümü
münasibətilə tədbir keçirilib.
Mərasimdə ATİB üzvləri və ATİB Katibliyi
iştirak edib.
Türkiyə Cümhuriyyəti və Azərbaycan
Respublikasının himnləri səsləndikdən sonra
tədbir məzarların üzərinə gülqoyma ilə başa
çatıb.
Daha sonra mərasim iştirakçıları Şəhidlər
xiyabanında azərbaycanlı şəhidlərin məzarı-
nı ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə
əklil qoyublar.
Türkiyə Cümhuriyyəti nin Zəfər bayramı
münasibətilə tədbir keçirilib
Bakının işğaldan
azad edilməsi
münasibətilə
çələngqoyma
mərasimi keçirilib
ATİB xəbərləri
14
say 25 |
EcoVision
ATİB nümayəndə heyəti Türkiyə
səfirliyində bayramlaşmada iştirak edib
Şərqi Anadolu İxracatçılar Birliyi (DAİB)
Heyəti ATİB ofisində
ATİB tələbələri
mükafatlandırdı
ADİU-nun Türk dünyası işlətmə fakültəsinin
dekanı ATİB ofisini ziyarət etdi
Sentyabrın 22-də
Türkiyə Səfirliyinin iqamətgahında Qurban bayramı münasibətilə bay-
ramlaşma mərasimi keçirilib. Mərasimdə həmçinin ATİB İdarə heyəti, üzvləri və Baş katib
Pərvanə Hacıyeva da iştirak edib.
15 sentyabr 2015-ci
ildə Cemal Şen-
gelin rəhbərliyi altında Şərqi Anadolu
İxracatçılar Birliyinin (DAİB) heyəti ATİB
ofisini ziyarət etdi.
Qonaqları ATİB İdarə heyətinin üzvləri
Rafiq Qarayev və Aydın Məmmədov qəbul
etdilər.
Rafiq Qarayev ATİB haqqında məlumat
verərək qonaqlara ziyarət üçün təşəkkürü-
nü bildirdi.
Şərqi Anadolu İxracatçılar Birliyi İdarə
heyətinin sədri Cemal Şenel qəbul üçün min-
nətdarlıq edərək heyət haqqında məlumat
verdi. O bildirdi ki, ticarət heyətinə un, yem,
mürəbbə, halva, tahin, şokolad, turşu, çərəz,
günəbaxan tumu, süd və süd məhsulları,
paxlalı bitki, şəkər, su istehsalı sektorunda
fəaliyyət göstərən firmalar daxildir.
Görüşün sonunda xatirə fotosu çəkildi.
Dostları ilə paylaş: |