AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S A K A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: «Fəlsəfə»
FAKÜLTƏ: Qiyabi
MÜHAZİRƏ
MÖVZU:№4 «Şüur, onun mənşəyi və mahiyyəti»
Vaxt-2 saat
Tərtib etdi: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis baş leytenantı Rəşad Qasımov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № ____ “________” ______________ 2017-ci il
BAKI 2 0 1 7
2
MÖVZU №4. «Şüur, onun mənşəyi və mahiyyəti»
PLAN
GİRİŞ
1. Fəlsəfədə şüur problemi
2. İnikasın forma və səviyyələri
3. Mənlik şüuru
NƏTİCƏ:
ƏDƏBİYYAT:
1. Fərhadoğlu M. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2006
2. Hacıyev Z. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Bakı, 2012
3. İmanov H. Fəlsəfənin əsasları. Bakı, 2010
4. Mehdiyev R. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 2010
5. Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, 2014
6. Paşayev V. Fəlsəfə. Bakı, 1999.
7. Rüstəmov Y. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2007
8. Şükürov A. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Yenidən işlənmiş və
təkmilləşdirilmiş ikinci nəşri . Bakı, 2008
9. Tağıyev Ə. Fəlsəfə. Bakı, 2012
10. Алексеев П.В. Философия (Учебник). Москва, 1998
11. Васильев В. В. Трудная проблема сознания. Москва, 2009
12. Деннет, Д. Виды психики: на пути к пониманию сознания. — Перевод с
англ. А. Веретенникова. Под общ. ред. Л. Б. Макеевой. Москва, 2004
13. Горелов А.А. Основы философии. (Учебник для вузов). Москва, 2010
14. Философия: Учебник. / Под ред. А.Ф. Зотова, В.В. Миронова, A.B.
Разина.— 2-е изд., перераб. и доп. Москва, 2004.
15. Канке В.А. Основы философии. (Учебник для вузов) Москва, 2008
16. Патнем, Х. Разум, истина и история. Москва, 2002.
17. Пенроуз, Р. Тени разума. В поисках науки о сознании. Москва, 2005.
18. Прист, С. Теории сознания. Москва, 2000.
19. Райл Г. Понятие сознания. Москва, 1999
20. Серл Д. Открывая сознание заново. М Москва, 2002.
3
GİRİŞ
Şüur fenomeni ən müəmmalı, çoxlu mübahisə və diskussiyalara səbəb olan
problemlərdəndir. Bu isə şüurun öz təbiəti ilə əlaqədardır. Şüur insanın varlığı ilə
əlaqədardır. Şüurun ən mühüm xassəsi onun ideal olmasıdır. Şüura materialist baxışa
görə o, insan beyninin fəaliyyəti prosesidir, beynin funksiyası olmaq etibarı ilə ondan
kənarda mövcud deyildir. Beyin isə fikir orqanı, materiyasıdır, özünəməxsus şüur
aparatıdır. Şüur beynin fəaliyyətinin məhsuludur. Və o, beyində öz – özünə yaranmır,
beyinə hiss üzvləri vasitəsilə daxil olan xarici təsirlərin sayəsində formalaşır. Şüurun
təşəkkülü mexanizminin aparıcı elementi maddi mühitlə insan beyni arasındakı
vasitəçilər olan hiss üzvləridir. Onlar isə daxili və xarici olmaqla iki yerə bölünürlər.
Xarici hiss üzvləri (görmə, eşitmə, dad bilmə, toxunma) beyinlə xarici aləm arasındakı
ilkin informasiya daşıyıcıları, şüurun ilkin əsasıdır. Daxili hisslər isə sırf idrak prosesinə
daxil olan, onun emosional sahəsi ilə, məntiq əməliyyatı ilə bağlı olan mənəvi – hissi
ifadələrdir.
Müasir fəlsəfi tədqiqatlarda şüurun dünyaya münasibətinin əsas tipləri olmaq
etibarı ilə birincisi, şüurun mövcud olması formalarından olan idrakı, ikincisi, şüurlu
insanın məqsədəuyğun fəaliyyətindən ibarət olan praktikanı, üçüncüsü, cəmiyyətdə
mövcud olan əxlzqi, estetik normalar sistemi ilə müəyyən edilən dünyaya, cəmiyyətə və
insana sərvət münasibətlərini bir – birindən fərqləndirirlər. Şüurun necə mövcud olması
üsulu və onun nəyinsə necə mövcud olması – bilik deməkdir.
Şüur idraksiz, obyektiv aləmə idraki münasibət olmadan qeyri – mümkündür.
Şüurun sistemli elementləri duyğu, qavrayış və təsəvvürlərdən ibarətdir. Onlar
strükturca təşkilə malik olan öz qanunauyğunluqları ilə keyfiyyətcə fərqlənən ideal
bütövlükdür.
Şüurun varlığının digər mühüm tərəfini mənlik şüuru adlandırılan özünü dərketmə
təşkil edir. Özünü dərk etmə insanı öz hərəkətlərini, hisslərini, fikir və davranış
motivlərini, cəmiyyətdə tutduğu yeri və vəzifələrini dərk etməyə deyilir.
Özünü dərk etmənin strükturu və formaları, pillələri və səviyyələri mövcuddur. İlkin
pillədə o, öz – özlüyünü hiss etməkdən, ikinci pillədə isə özünün müəyyən insan
birliyinə aid olduğunu, üşüncü pillədə şəxsi «mən» şüurunu anlamaq, ona nail olmaq və
formalaşmadan ibarətdir. Fəlsəfə tarixində bilik və həqiqətə özünü dərk etmə şüuru ilə
yaranan ilk filosof Sokrat olmuşdur. Onun fikirləri «mən bir şeyi bilirəm ki, heç nəyi
bilmirəm, başqaları heç bunu da bilmirlər» və özünü dərk et və s. Dekert «düşünürəm,
deməli mövcudam», Kant isə «öz hərəkətlərinə fikir ver ki, o, ümumi qanunlara uyğun
gəlsin».