Kitabi-Dədə Qorqud
«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandır.
Bir sıra alimlərin fikrinə görə bu dastanlar əsasən X—XI əsrlərdə
Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir.
Eyni zamanda həm də «Oğuznamə» adlanan bu dastanların bir sıra
başqa xalqlarda da dastan, nağıl , əfsanə şəklində yaşayan qolları ilə
müqayisəsindən aydın görünür ki, bunlar məhz Azərbaycanda
Azərbaycan ozanları — aşıqları tərəfindən yaradılmışdır. «Kitabi-Dədə
Qorqudun bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır.
Bu nüsxə haqqında ilk məlumat XIX əsrin əvvəllərində verilmişdir.
Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüsxəsi tapılmışdır. İtalyan
alimi Ettope Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə 12
boy-dastanın altısı vardır.
«Kitabi-Dədə Qorqud» dilimizin, ədəbiyyatımızın, dastan yara-
dıcılığımızın, ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə
böyük əhəmiyyətə malikdir.
1- Dirsə xan oğlu Buğac xan boyu
2- Salur Qazanın evinin yağmalandığı boy
3- Baybərənin oğlu Bamsı Beyrək boyu
4- Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy
5- Duxa qoca oğlu Dəli Domrul boyu
6- Qanlı qoca oğlu Qanturalı boyu
7- Qazılıq qoca oğlu Yeynək boyu
8- Basatın Təpəgözü öldürdüyü boy
9- Bəkil oğlu İmranın boyu
10- Uşun qoca oğlu Səyrək boyu
11- Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy
12- İç Oğuza Daş Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy
2
MÜQƏDDİMƏ
(MƏTNİN MÜASİR ŞƏKLİ)
Məhəmməd peyğəmbərin zamanına yaxın Bayat* boyunda* Qorqud ata
deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə,
olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə
ilham verirdi...
Qorqud ata dedi: «Axırda xanlıq geriyə—Qayıya* dönər, heç kim
əllərindən almaz...» Qorqud atanın bu dediyi Osman nəslidir. (Qiyamət
günü qopunca, necə var, elə də ömür sürüb gedəcək)... və daha buna
bənzər neçə söz söylədi.
Qorqud ata oğuz xalqının çətin işlərini həll edərdi. Nə olsa,
Qorqud ataya danışmayınca iş görməzdilər. O nə buyursa, qəbul
edirdilər, sözün tutub gedirdilər...
Dədə Qorqud soylamış*:
Allah-allah deməyincə işlər düzəlməz.
Qadir tanrı verməyincə kişi varlanmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çatmayınca kimsə ölməz.
Ölən adam dirilməz, çıxan can geri gəlməz.
Bir igidin Qara dağ; yumrusunca malı olsa,
yığar-toplayar, qismətindən artığını
yeyə bilməz.
Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Yad oğlunu saxlamaqla oğul olmaz,—
böyüyəndə atar-gedər, gördüm deməz...
Kül təpəcik olmaz (Kürəkən oğul olmaz).
Qara sşşək başına yuyən vursan, qatır olma:).
Qaravaşa don keydprsən də, qadıi olmaz.
Lopa-lopa qarlar yağsa, yaza qalmaz.
Gül-çiçəkli göycə çəmən payıza qalmaz.
3
Köhnə panbıq bez olmaz.
Qarı duşmən dost olmaz.
Qaracığa4 qıymayınca yol alınmaz.
Böyük, iti, polad qılıncı çalmayınca döyüş bitməz
Kişi malına qıymayınca adı çıxmaz.
Qız anadan görməyincə öyüd almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Bayat — 24 oğuz tayfasından biri.
2Boy — tayfa.
3Qayı — 24 oğuz tayfasından birinin adı.
* Soylamaq—şerlə tərif və tərənnüm etmək (mətndə bu söz
«söyləmək»şəklində də gedir).
Qaracıq—atın adı; qara camaatın mindiyi adi at.
Oğul atanın yetirməsi, iki gözünün biridir.
Ağıllı oğul olsa, ocağının gözüdür.
Oğul daha neyləsin, ata ölüb mal qalmasa.
Ata malından nə fayda, başda ağıl olmasa...
Ağılsız adamın şərindən allah saxlasın, xanım,
sizi!
Dədə Qorqud söyləmiş:
Bərk yüyürək Qazlıq ata1 namərd igid minə bilməz,
minincə , minməsə yaxşıdır!
Çalıb-kəsən iti qılıncı müxənnətlər çalınca,
çalmasa yaxşıdır!
Vura bilən igidə oxla qılıncdan bir çomaq yaxşıdır,
Qonağı gəlməyən böyük evlər yıxılsa yaxşıdır!
At yeməyən acı otlar bitincə, bitməsə yaxşıdır!
Adam içməyən acı sular sızınca, sızmasa yaxşıdır!
Ata adını ucaltmayan fərsiz oğul
ata belindən enincə, enməsə yaxşıdır.
ana bətninə düşüncə, doğulmasa yaxşıdır.
4
Ata adını yaşatmaqçın ağıllı oğul yaxşıdır.
Yalan söz bu dünyada olunca, olmasa yaxşıdır.
Doğrucul adamlar yüz yaşasa yaxşıdır.
Üç yüz on yaşına çatasan; allah sizə yamanlıq göstərməsin,
dövlətiniz əbədi olsun, xanım, hey!
Dədə Qorqud söyləmiş, görək, xanım, nə söyləmişdir:
Getdiyi yerin otlaqlarını keyik* tanıyar.
Uzaq yerlərin çəmənlərini qulan3 tanıyar.
Ayrı-ayrı yollar izini dəvə tanıyar.
Yeddi dərə qoxularını tülkü tanıyar.
Gecə ikən karvan köçdüyünü torağay bilər.
Oğulun kimdən olduğunu ana bilər.
Ərin ağzının kəsərini at bilər.
Ağır yükün zəhmətini qatır bilər.
Hansı yerdə sıyrılan varsa, çəkən bilər.
Qafil başın ağrısını beyni bilər.
Qolça qopuz4 götürüb eldən-elə, bəydən-bəyə
ozan gəzər;
Ər comərdini, ər namərdini ozan bilər.
Elinizdə-evinizdə çalıb-deyən ozan olsun!
Azıb gələn qəzanı tanrı sovuşdursun, xanım, hey!
Dədə Qorqud yenə söyləmiş, görək, xanım, nə seyləmişdir:
Ağız açıq tərifləsəm, üstümüzdə tanrıya əhsən!
Tanrı dostu, din başçısı Məhəmmədə əhsən!
Məhəmmədin sağ yanında namaz qılan
sadiq Əbubəkrə əhsən!
Quranın son fəslində «əmmə» surəsi gözəldir!
Höccələnib düz oxunsa, yasin gözəldir!
Qılınc çaldı, din açdı mərdlər şahı Əli,—əhsən!
Əlinin oğulları, peyğəmbərin nəvələri—
5
Kərbəla çölündə Yəzid əlində öldürülən iki qardaşa— Həsənlə Hüseynə
əhsən!
Yazılıb-düzülən göydən enən tanrı elmi
Qurana əhsən!
O, Quranı yazdı-düzdü, alimlər öyrənincə
ölçdü-biçdi,—
Alimlər başçısı Üffan oğlu Osmana əhsən!
Alçaq yerdə tikilibdir, tanrı evi Məkkə gözəldir.
O Məkkəyə sağ-salamat gedib-gəlsə, sidqi
bütöv hacıya əhsən!
Sayılan günlərdən cümə gözəldir,
Cümə günü oxunanda xütbə* gözəldir.
Qulaq asıb-dinləyəndə ümmətə əhsən!
Minarədə azan verən azançıya əhsən!
Dizini yerə basıb oturanda qadın gözəldir.
Sinəsindən ağarırsa, ata gözəldir.
Ağ südünü doyunca əmizdirsə, ana gözəldir.
Yanaşıb yola girəndə qara buğur* gözəldir.
Sevgili qardaş gözəldir.
Uca ev yanında qurulsa gəlin çadırı, gözəldir.
Uzunca ipi də gözəldir. Oğul gözəldir.
Heç kimə bənzəməyən, bütün aləmləri yaradan
tanrıya-allaha əhsən!..
O təriflədiyim uca tanrı dost olub, sənə kömək etsin,
xanım, hey!
Ozan deyir: «Arvadlar dörd cürdür: birisi soy soldurandır*; birisi toy
doldurandır; birisi evin dayağıdır; birisi necə desən, bayağıdır».
Ozan, evin dayağı odur ki, çöldən-bayırdan evə bir qonaq gəlsə, əri
evdə olmasa, o gələn adamı yedirir-içirir, əzizləyib-oxşayır, yola salır. O
cür arvad Ayişə, Fatimə cinsidir, xanım. Onun uşaqları sağ olsun.
Ocağına bu cür arvad gəlsin... Gəldin, o ki soy soldurandır, oğrunca
yerindən qalxar, əl-üzünü yumadan doqquz bozlamacla bir bardaq qatığı
gəvələyər, tıxıb-basıb doyunca yeyər, əlini böyrünə vurar, de-yər; «Bu
6
evi görüm, xaraba qalsın! Ərə gedəndən bəri qarnım da doymadı, üzüm
də gülmədi. Ayağım başmaq, üzüm yaşmaq görmədi». Deyər: «Ah, nə
olaydı, birinə də gedəydim. Umdu-ğumdan da yaxşı-uyğun olaydı».
Onun kimisinin, xanım, uşaqları beyüməsin! Ocağına bu cür arvad
gəlməsin.
Gəldin, o ki toy doldurandır, tərpəninca yerindən qalxdı, əl-üzünü
yumadan obanın o ucunu bu ucuna çarpışdırdı. Söz-şayiə yaydı,
qapılara qulaq qoydu. Öynəyədək gəzdi. Öynə-dən sonra evinə gəldi,
Gördü ki, oğru köpəklə yekə dana evini qatıb-qatışdırmışdır; evi toyuq
komasına, inək damına dönmüşdür. Qonşularını çağırar ki: «Yetər!
Zəlihə! Zibeydə! Ürüdə-can, qız-can! Paşa! Ayna Mələk! Qutlu Mələk!
Ölməyə-itməyə getməmişdim. Yatacaq yerim yenə bu xaraba olasıydı.
Nə olardı, mənim evimə azacıq baxaydınız? «Qonşu haqqı — tanrı
haqqıdır»—deyib-söylər. Bunun kiminin, xanım, uşaqları böyüməsin!
Ocağına bunun kimi arvad gəlməsin. Gəldin, o ki necə desən, bayağıdır.
Əri evdə olanda çöldən-bayırdan evinə bir abırlı qonaq gəlsə, əri desə
ki, dur çörək gətir, yeyək; qonaq da yesin. Desə, bişmiş çörək daimi
deyil, yemək lazımdır. Arvad deyər: «Neyləyim, bu yıxılacaq evdə un
yox, ələk yox. Dəvə də dəyirmandan gəlmədi... Nə gəlirsə, mənim
sağrıma gəlsin»,—deyə əlini yanına vurar, üzünü o tərəfə, sağrısını
ərinə döndərər. Min söylərsən, birisini eşitməz,—ərin sözünü qulağına
almaz. O, Nuh peyğəmbərin eş-şəyi nəslindəndir. Xanım, ondan da sizi
allah saxlasın! Oca-ğınıza belə arvad gəlməsin!
7
DIRSƏ XAN OĞLU BUĞAC XAN BOYU
Bir gün Qam Ғan oğlu Bayındır xan yerindәn durmuşdu. Şami*
günlüyünü yer üzündә qurdurmuşdu.Hündür alaçığı göy üzünә
dirәnmişdi. Min yerdə ipәk xalça döşənmişdi...
Xanlar xanı Bayındır xan ildә bir dəfə şadlıq edib, oğuz bәylәrini qonaq
edәrdi. Yenә şadlıq mәclisi qurub, atdan ayğır, dәvәdәn buğra,
qoyundan ğoç qırdırmışdı. Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir
yerdә qara otaq qurdurmuşdu. «Kimin oğlu-qızı yoxdursa, qara otaqda
oturdun, altına qara keçә döşәyin, önünə qara qoyun әtinin qo-
vurmasından gәtirin. Yeyir-yesin, yemirsә-dursun getsin» demişdi.
«Oğlu olanı ağ otağa, qızı olanı qırmızı otaqa yerlәşdirin. Oğlu-qızı
olmayanı allaһ qarğayıb, biz dә qarğayarıq; qoy bilsin» demişdi
Oğuz bәylәri bir-bir gəlib yıqılmağa başladılar. Dirsə xan deyilən bir
bәyin oğlu-qızı yox idi. Ozan söylәmiş, görәk, xanım, nә söylәmişdir:
Salxım-salxım dan yellәri әsdikdə,
Saqqallı, boz, ac torağay ötdükdə,
Saqqalı uzun tat kişi azan çәkәndə,
Bədәvi atlar yiyәsini görüb işnәdikdә,
Ağlı, qaralı seçilәn çağda,
Köksü gözəl qaya dağlara gün dəyәndә,
İgid bәylәr, pәһlәvanlar bir-birilə gülәşәndә
Dirsəxan sübһ tezdәn qalxıb, yerindən durdu; qırx igidini dәstәsinә
qatıb Bayındır xanın mәclisinә gәldi.Bayındır xanın igidlәri Dirsə xanı
qarşıladılar, gətirib qara otaqda oturtdular, qara keçə altına döşədilәr,
qara qoyun qovurmasından önünә gәtirdilәr. «Bayındır xanın әmri
belәdir, xanım!» dedilәr. Dirsә xan deyir: «Bayındır xan mәnim һansı
әksikliyimi gördü? Qılıncımdanmı gördü, süfrәmdәnmi gördü? Mәndən
әksik kişilәri ağ otaqda, qırmızı otaqda oturtdu. Mənim günaһım nә
oldu ki, ğara otağa yerlәşdirdi?»
8
Dedilәr: «Xanım, bu gün Bayındır xandan buyruq belәdir ki, oğlu-qızı
olmayanı allaһ ğarğayıbdır; biz də qarqayırıq».
Dirsә xan yerindәn qalxdı: «İgidlәrim, qalxıb yeriniz-
Dedilәr: «Xanım, bu gün Bayındır xandan buyruq belәdir ki, oğlu-qızı
olmayanı allaһ ğarğayıbdır; biz də qarqayırıq».
Dirsә xan yerindәn qalxdı: «İgidlәrim, qalxıb yerinizdәn durun! Bu
böyük eyib mәnә ya mәndәn, ya arvaddandır»,— dedi.
Dirsә xan evinә gәldi. Çağırıb qadınını soylayır, görәk xanım, nə
soylayır.
Söylәmә.
Deyir:
Bəri gәl, başımın baxtı, evimin taxtı!
Evdәn çıxıb yeriyәndә sәrv boylum! Topuğuna sarmaşanda qara saçlım!
Qurulmuş yaya bәnzәr çatma qaşlım!
Qoşa badam sığmayan dar ağızlım!
Payız almasına bәnzәr al yanaqlım! Qadınım, dayağım, döl verәnim!
Görürsәnmi nәlәr oldu?
Bayındır xan qalxıb yerindәn durmuş, bir yerdә ağ otaq,
bir yerdә qırmızı otaq, bir yerdә qara otaq tikdirmişdir. «Oğulluları ağ
otaqda, qızlını qırmızı otaqda, oğlu-qızı olmayanı qara otaqda oturdun,
altına qara keçә döşәyin, önunә qara qoyun әtinin qovurmasını gәtirin;
yeyir-yesin; yemirsә— dursun-getsin. Bir adamın ki, oğlu-qızı olmaya,
onu allaһ qarğayıbdır, biz dә qarqayırıq» demişdir.
Gәlib qarşıladılar, qara otaqda oturtdular, qara qoyun әtindәn qovurmanı
önümә gәtirdilәr. «Oğlu-qızı olmayanı allaһ qarğayıbdır, bil ki, biz dә
qarğayırıq»—dedilәr. «Sәndәnmidir, mәndәnmidir, nәdәndir allaһ bizә
bir yetgin oğul vermir?»—dedi. Söylәdi.
Deyir:
Xan qızı, yerimdәn durummu?
Јaxandan-boğazından tutummu?
Qaba dizimin altına salımmı?
Böyük, iti, polad qılıncımı əlimә alımmı?
Өz gövdәndәn başını kәsimmi?
9
Can şirinliyini sәnә bildirimmi?
Alca qanını yer üzünә tökümmü?
Xan qızı, sәbәbi nәdir, de mәnə!
Qatı cәza verәrәm indi sənә!—dedi.
Dirsə xanın qadını söylәmiş, görәk nә söyləmişdir:
Ay Dirsә xan, mәnә qәzәblənmә!
İnciyib acı sözlәr söylәmə!
Јerindәn qalx, ayağa dur,
Јer üzündә böyük çadır qur!
Ayğır, buğra, qoç qırdır!
İç Oğuzun, Daş Oğuzun bәylәrini üstünә yığ!
Ac görsәn, doydur; çılpaq görsәn, geyindir!
Borclunu borcundan qurtar!
Tәpә kimi ət yığ, göl kimi qımız* sağdır!
Böyük şadlıq mәclisi qur, allaһdan arzunu dilə!
Bәlkә bir ağzı dualının alqışı* ilə
Tanrı bizə bir yetkin övlad verə,—dedi.
Dirsә xan arvadının sezü ilә böyük mәclis qurdurdu, al-
laһdan istәyini dilәdi. Atdan ayğır, dәvәdәn buğra, qoyundan
qoç qırdırdı. İç oğuz, Daş oğuz bəylәrini ora topladı. Ac
" gördüsә, doydurdu. Yalın Gördüsə, geyindirdi. Borclunu borcundan
qurtardı. Təpә gimi әt yığdı. Göl gimi qımız sağdırdı. Әl götürüb
arzularını dilәdilәr. Allaһ bir ağzı dualının alğışı ilә övlad verdi. Arvadı
һamilә oldu. Bir neçә müddәtdәn sonra bir oğlan doğdu. Oğlançığı
dayәlәrә verdi, saxlatdı...
At ayağı iti, ozan dili çevig olur. Yiyәsi olan yekәlir, qabırğalı böyüyür.
Oğlan on beş yaşına girdi. Oğlanın atası köçüb Bayındır xanın
adamlarına qarışdı.
Deyilәnә görә, Bayındır xanın bir buğası vә bir də buğrası vardı. O
buğa bәrg daşa buynuz vursa, un kimi üyüdәrdi. Bir yazda, bir dә
payızda buğa ilә buğranı savaşdırırdılar. Bayındır xan Qalın Oğuz1
bәyləri ilә tamaşaya baxır, әylәnirdi.
10
Bir dәfә, sultanım, yenә yazda buğanı saraydan çıxardılar. Dәmir
zәncirli buğanı üç kişi sağdan, üç kişi dә sol yandan tutmuşdu. Gәlib
meydanın ortasında qoyub getdilər. Bu vaxt Dirsә xanın oğlu üç uşaqla
meydanda «aşıq-aşıq» oynayırdı, Buğanı qoyub gedәndә oğlanlara
«qaç» dedilәr. Oğlanların üçü qaçdı, Dirsә xanın oğlu qaçmadı. һündür
meydanın ortasında durdu-baxdı. Buğa da һücum edib oğlana sarı gәldi.
İstәdi ki, oğlanı һәlak etsin. Oğlan buğanın alnına çәpәgi bir zәrbә
vurdu. Buğa dalı-dalı getdi, geri qayıdıb oğlana һucum etdi. Oğlan yenә
buğanın alnına möһkәm bir yumruğ vurdu; bu dәfә buğanın alnına
yumruğunu dayadı, itәlәyib meydanın başına çıxardı.
Oğlanla buğa xeyli çәkişdilәr. Buğanın iki kürәyi üstündә köpük durdu.
Nә oğlan, nә dә buğa üstün gәlirdi. Oğlan fikirlәşib öz-özünә dedi: «Bir
dama dirәk vururlar, o dama dayaq olur. Mәn niyә bunun alnına dayaq
olub dururam?» Yumruğunu buğanın alnından çәkib, yolundan atıldı.
Buğa ayaq üstündә dura bilmәdi, yıxıldı; tәpәsi üstә düşdu. Oğlan
bıçağına әl atdı. Buğanın başını kәsdi.Oğuz bәylәri gәlib, oğlanın
başına toplaşdılar, әһsәn dedilәr. «Dәdəm Qorqud gәlsin, bu oğlana ad
qoysun; özüylә götürüb, atasının yanına getsin. Atasından oğlana bәylik
istәsin, tәxt alıb versin»,—dedilәr.
Çağırdılar, Dәdә Qorqud gәldi. Oğlanı götürub atasının yanına getdi.
Dәdә Qorqud oğlanın atasına söylәmiş, görәk, xanım, nә söylәmiş—
demişdir:
һey Dirsә xan! Oğlana bәylik ver,
Taxt ver,—güclüdür, әrdәmlidir!
Boynu uzun bәdәvi at ver,
Qoy mnnsin, һünәrlidir!
Yaylağından on qoyun ver,
Bu oğlana şişlig olsun, cüssәlidir!
Qaytabandan2 qızılı dәvә ver bu oğlana,
Qoy yüklәsin, һünәrlidir!
Qızıl tağlı һündür ev ver bu oğlana,
Kölgә olsun, әrdәmlidir!
Çiyni ğuşlu cübbә-don ver sәn bu oğlana,
11
Qoy geyinsin, һünәrlidir!
Bu oğlan Bayındır xanın uca meydanında vuruşmuşdur. Sәpin oğlun bir
buğa öldurmüşdür, qoy adı «Buğac» olsun. Adını mәn verdim, yaşını
allaһ versin,—dedi.Dirsә xan oğlana bәylik verdi, taxt verdi. Oğlan
taxta çıxdı, atasının qırx igidini unutdu. O qırx igid һәsәd apardı, kin
saxladı. Bir-birinә söylәdilәr: «Gәlin, oğlanı atasının gözündәn salaq.
Bәlkә atası onu öldürә, һörmәtimiz onun atası yanında yenә xoş ola,
artıq ola»,—dedilәr.
2Qaytaban—dәvәlәrin saxlandığı yer.
Bu qırx igidin iyirmisi bir yana, iyirmisi dә o biri yana getdi. Әvvәlcә
iyirmisi gedib, Dirsә xana bu xәbәri gәtirdn: «Görürsәnmi, Dirsә xan
nәlәr oldu? Yarımasın sәnin oğlun, nankor vә fәrsiz çıxdı. Qırx igidini
dәstәsinә qatıb, Qalın Oğuzun üstünә yürüş etdi. һarada gözәl vardısa,
çәkib aldı. Ağ saqqallı qocanın ağzına, ağ birçәkli qarının südunә
söydü. Axan duru sulardan, -çılpaq yatan Ala dağdan söz-sov adlayıb-
keçәr, xanlar xanı Bayındıra xәbәr çatar. «Dirsә xanın oğlu belә
yaramaz işlәr görüb» desәlәr, yer üzündә kәzmәyindәn ölmәyin yaxşı
olar. Bayındır xan sәni çağırar, sәnә ağır cәza verәr. Belә oğul sәnin
nәyinә gәrәkdir? Belә oğulun olmasından olmaması yaxşıdır.
Öldürsәnә!»—dedilәr.
Dirsә xan; «Gedin, gәtirin, öldürüm!»—dedi. Belә dedikdә, xanım, o
namәrdlәrin iyirmisi dә gәlib çıxdı vә bir iftira da onlar gәtirdilәr.
Dedilәr: «Dirsә xan, sәnin oğlun qalxıb yerindәn durdu, köksü gözәl
böyük dağa ova çıxdı. Sәn var ikәn ov övladı, quş vurdu. Anasının
yanına götürüb gәldi. Al şәrabın tündünu aldı, içdi. Anası ilә dilbir olub,
atasına qәsd etmәk istәyir. Sәnin oğlun nankor çıxdı. Çılpaq yatan Ala
dağdan ötüb, xanlar xanı Bayındıra xәbәr çatar. «Dirsә xanın oğlu belә
yaramaz işlәr görüb» deyәrlәr. Sәni çağırdarlar, Bayındır xanın yanında
sәnә cәza verәrlәr. Belə oğul nәyinә gәrәkdir? Öldürsәnә!»—
dedilәr.Dirsә xan dedi: «Gedin, gәtirin öldürüm! Belә oğul mәnә gәrәk
deyil!»
12
Dirsә xan dedi: «Gedin, gәtirin öldürüm! Belә oğul mәnә gәrәk
deyil!»Dirsә xanın nökәrləri1 deyir: «Biz sәnin oğlunu necә gәtirәk?
Sәnin oğlun bizim sözümüzü dinlәmәz, bizim sözümüzlә gәlmәz.
Qalxıb yerindәn dur. İgidlәrini oxşayıb başına yığ; oğlunla görüş,
yanına alıb ova çıx. Quş uçurub ov ovlayanda oğlunu oxlayıb öldür!
Әgәr belә öldürmәsәn, bil ki, başqa cür öldürә bilmәzsәn!»
Soylama:
Salxım-salxım dan yellәri әsdikdә,
Saqqallı, boz, ac torağay ötdükdә,
Bәdәvi atlar yiyәsini görüb kişnәdikdә,
Saqqalı uzun tat kişi azan çәkәndә,
Ağlı, qaralı seçilәn çağda,
Qalın oğuzun gәlini-qızı bәzənәn çağda,
Köksü gözәl böyük dağlara gün dәyәndә,
İgid bәylәr, qәһrәmanlar bir-birilә döyüşəndә...
Dirsә xan sübһ tezdәn yerindәn durdu. Oğlunu yanına salıb, öz qırx
igidinin dәstәsinә qoşdu, ova çıxdı. Ov ovladılar, quş vurdular. 0 qırx
namәrdin bir neçәsi oğlanın yanına gәlib deyir: «Atan dedi, geyiklәri
qovub gәtirsin, mәnim qarşımda toplasın; oğlumun at sәyirtmәyini,
qılınc çalma-ğını, ox atmağını görüm, sevinim, öyünüm!»Oğlan
cavandır, nә bilsin? Geyiki qovub gәtirir, atasının qarşısında
qıcıqlandırıb-acıqlandırırdı ki, «atam at çapmağıma baxsın—öyünsün;
ox atmağıma baxsın—fәrәһlәnsin; qılınc çalmağıma baxsın.—
sevinsin!»O qırx namәrd isә deyir; «Dirsә xan, görürsәnmi, oğlanı?
Çöldәn-düzdәn geyiki qovur, sәnin qabağına gәtirir ki, geyikә atarkәn
oxla sәni vurub öldürsün. Oğlun sәni öldürmәmiş sәn oğlunu öldür!».
Oğlan geyiki qovarkәn atasının önündәn gәlib-gedirdi. Dirsә xan
Qorqud sinirli2 bәrk yayını әlinә aldı. Üzәngiyә qalxıb möһkәm çәkdi,
sәrrast atdı: oğlanı iki kürәyinin arasından vurub yıxdı. Ox arasından
oğlanın qanı şoruldadı, qoynuna doldu. O, bәdәvi atının boynunu
qucaqlayıb yerә yıxıldı.
13
Dirsә kövrəlib oğlunun üstünә atılmaq istәdi. 0 qırx namәrd qoymadı.
Atının cilovunu döndәrib qorargaһına gәldi.Dirsә xanın arvadı
«oğlancığımın ilk ovudur» deyә atdan ayğır, dәvәdən buğra, qoyundan
qoç qırdırmışdı. «Ovu qanlı oğuz bəylәrini yedirim-içirim, sevindirim»
dedi. Özünü yığışdırıb yerindәn cәld durdu. Qırx incә qızı da özü ilə
göturdu. Dirsә xana tәrәf getdi. Qapaq1 qaldırdı. Dirsә xanın üzünә
baxdı. Sağına-soluna göz gәzdirdi, oqlunu ҝermәdi. Qara bağrı sarsıldı.
Үrәyi tamam yerindәi oyiadı. Qara qıyma közlәri qan-yaşla doldu.
Çağırıb Dirsә xana söylәyir, görək, xanım, nə söylәyir:
Başımın baxtı, evimin taxtı, bәri gәl!
Xan atamın kürәkәni,
Xanım anamın sevilәni,
Atam-anam verdiyi,
Göz açaraq görduyum,
Könul verib sevdiyim, a Dirsә xan!
Qalxıb yerindən durdun,
Qara yallı gözәl Qazlıq atını mindin.
Köksü gözәl böyük dağa ova çıxdın.
İki getdin, bir gәlirsən, balam һanı?
Qara dövranda tapdığım oğul һanı?
Çıxsın mənim bu kor gözum, a Dirsә xan,
yaman sәyriyir.
Kәsilsin oğlun әmən süd damarım, yaman sızlayır. Sarı ilan sancmadan
ağca bәdәnim qalxıb şişir.
Tәk, bircә oğlum görünmür, bağrım yanır.
Quru-quru çaylara suçu saldım.
Qara donlu dәrvişlәrә nәzirlәr verdim.
Ac gördüm,—doyurdum; yalın gördüm,—geyindirdim. Tәpә kimi әt
yığdım, göl kimi qımız sağdırdım.
Arzu-dilәklә bir oğul güclә tapdım.
14
Yalnız oğlumun xәbәrini, a Dirsә xan, de mәnә!
Qarşıdakı Ala dağdan bir oğul uçurdunsa, de mәnә!
İti axan coşğun sudan axıtdınsa, de mәnә!
Aslana-qaplana oğlumu yedirtdinsә, de mәnә!
Qara donlu, azğın dinli kafirlәrә* tutdurdunsa, de mәnə!
Xan atamın yanına mәn gedim,
Ağır xәzinә, çoxlu qoşun alım,
Azğın dinli kafir үstunә kedim,
Yaralanıb Qazlıq atımdan enmәyincә,
Әtәyimlә al qanımı silmәyincә,
Qol-bud olub yer üstünә düşmәyincә
Tәk oğlumun yolundan mәn dönmәrәm.
Yalnız oğul xәbәrini, a Dirsә xan, de mәnə!
Qara başım qurban olsun bu gün sәnә!—dedi,
zarıldayıb ağladı.
Arvadı belə danışanda Dirsә xan cavab vermәdi. O qırx namәrd qabağa
gәlәrәk dedi; «Oğlun sağ-salamatdır, ovdadır. Bu gün-sabaһһarda isә,
gәlәr. Qorxma, qayğılanma, bәy sәrxoşdur, cavab verә bilmir».Dirsә
xanın arvadı qayıdıb geri döndu. Dözmәdi, qırx incә ğızı özü ilә
götürüb, bәdəvi ata mindi, oğlunu axtarmağa getdi. Qışda-yazda qarı-
buzu әrimәyәn Qazlıq dağına gәldi-çıxdı. Alçaq yerlәri gəzdi, çapıb uca
yerlәrə çıxdı. Baxdı-gördü ki, bir dәrәnin içindә qarğa-quzğun enir-
çıxır, qonur-qalxır. Bədәvi atını sürüb, o tərәfә çapdı. Sәn demә,
sultanım, oğlan o arada yıxılıbmış. Qarğa-quzğun qan görüb, oğlanın
üstünә qonmaq istәyirdi. Oğlanın iki ov iti vardı, qarğa-quzğunu
qovurdu, qopmağa qoymurdu. Oğlan orada yıxılanda Boz atlı Xızır
oğlanın Yanında һazır oldu. Üç dəfә yarasını әliylә sığallayıb: «Oğlan,
qorxma, sәnә bu yaradan ölüm yoxdur. Dağ çiçәyi ilə ananın sudü sənin
yarana mәlһәmdir»—deyib yox oldu.
Oğlanın anası çapıb, oğlanın olduğu erә gәlib çıxdı. Baxdı-gördü oğlu
al qanına bulaşıb yatır. Çağıraraq oğlancığını soylayır, görәk, xanım,
necә soylayır:
15
Qara qıyma gözlәrini yuxu almışdır, aç daһa!
O uzanmış qol-qıçını yığışdır daһa!
Tanrı verәn şirin cana gәldin daһa.
Üz-gözündә can qalıbsa, oğul, xәbәr ver mәnә!
Qara başım qurban olsun, oğul, sənә!..
Niyә axır sәnin suların, Qazlıq dağı,
Belә axmaqdansa, һeç axmasın!
Niyә bitir sәnin otların, Qazlıq dağı,
Belə bitməkdәnsә, һeç bitmәsin!
Geyiklərin qaçır sәnin, Qazlıq dağı,
Qaçar ikən qaçmaz olsun, daşa dönsün!
Nә bilim, oğul, aslandan, yoxsa, qaplandan oldu?
Nә bilim, oğul, bu qәza sәnә һaradan oldu?
Bәdәnindә canın varsa, xәbәr ver, oğul,
Qara başım qurban olsun, oğul, sәnә!
Ağız-dildən bir neçә söz, xəbər mәnә!
Belә dedikdә oğlanın qulağına sәs dәydi. O, başını qaldırdı, azacıq
gözünü açdı. Anasının üzünә baxdı. Söylәmiş, görәk, xanım, nə
söylәmişdir:
Bəri gәl, ağ südünü əmdiyim, xanım ana!
Ağ birçәkli, һörmәtli, canım ana!
«Axar sular» deyib qarğama,
Qazlıq dağının sularının günaһı yoxdur.
Qaçan geyiklәrini qarğama,
Qazlıq dağının günaһı yoxdur.
Aslanını, qaplanını qarğama,
Qazlıq dağının günaһı yoxdur.
Qarğayırsan, atamı qarğa,
Bu suç, bu günaһ atamındır,—dedi.
16
Oğlan yenә dedi: «Ana, ağlama; qorxma, bu yaradan mәnə ölüm
yoxdur. Boz atlı Xızır yanıma gәldi, üç dәfә yaramı sığadı. «Bu yaradan
sәnә ölüm yoxdur. Dağ çiçәyi ilә anan südü sәnә dәrmandır»,—dedi»,_
Oğlan belә dedikdә qırx incә qız yayılıb, dağ çiçәyi topladı. Oğlanın
anası əmcәyini bir sıxdı, sudü gәlmәdi. İki sıxdı, südü gəlmәdi.
Üçüncüdə özünә bir zərbә vurdu, sıxdı. südlә qan qarışıq gәldi. Dağ
çiçәyi ilә sudü oğlanın yarasına çәkdilәr. Oğlanı ata mindirdilәr, götürüb
evә gәtirdilәr. Oğlanı һәkimlәrә tapşırıb Dirsə xandan gizlәtdilәr. At
ayağı iti, ozan dili çevik olur, xanım! Oğlanın yarası qırx gündә sağaldı,
sap-sağlam oldu. Oğlan ata minir, qılınc qurşanırdı. Ov ovlayır, ğuş
vururdu. Dirsә xanın isә xəbәri yox idi. Oğlunu ölmüş bilirdi. 0 qırx
namәrd bunu duydu. «Nә eylәyәk?» deyә düşündülәr. «Dirsә xan
oğlunu görәrsә, oturmaz, һamımızı qırar»,—dedilәr. «Gәlin, Dirsә xanı
tutaq, ağ әllәrini ardına bağlayaq, ağ boynuna qıl siçim taxaq, götürüb
kafir ellәrinә gedәk»,—deyә Dirsә xanı tutdular, ağ әllәrini ardına
bağladılar, boynuna qıl sicim taxdılar, ağ әtindәn qan çıxınca döydülәr.
Dirsә xan piyadә, bunlar atlı getdilәr, qalın* kafir ellәrinә yönәldilәr.
Dirsә xan dustaq oldu-ketdi. Onun dustaqlığından oğuz bәylәrinin
xәbәri yox idi.
Sәn demә, sultanım, Dirsә xanın әrvadı bunu duyubmuş; oğlunun
qarşısına gedib söylәmiş, görәk, xanım, nә söylәyib demişdir:
Görursәnmi, ay oğul, nәlәr oldu?!
Sәrt qayalar oynamadı, yer ovuldu.
Eldә düşmәn yoxkәn atanın üstünә düşmәn gәldi.
Atanın o qırx namərd yoldaşı onu tutdu.
Ağ әllәrini ardına bağladılar.
Ağ boynuna qıl sicim taxdılar.
Өzləri atlı, atanı piyadә yeritdilәr.
Alıb uzaq kafir ellәrinә yönәldilәr.
Xan oğlum! Qalxıb yerindәn ayağa dur!
Qırx igidini dәstәnә qat!
Atanı o qırx namәrddәn qurtar!
Yeri, oğul!
17
Atan sәnә qıydısa da, sәn atana qıyma!—dedi.
Oğlan anasının sözünü sındırmadı. Buğac bәy yerindәn durdu.
Böyük, iti polad qılıncını belinә qurşadı. Ağ tozluca1 bәrk yayını
əlinә aldı. Qızıl nizәsini әlinә götürdu, gözәl bәdәvi atını tutdurub
mindi. Qırx igidini yanına alıb, atasının ardınca çapıb getdi.O
namәrdlәr dә bir yerdә dayanıb dincәlirdilәr. Al şәrabın tündündәn
içirdilәr. Buğac xan çapıb yetişdi. 0 qırx namәrd onu görüb dedi:
«Gәlin, gedәk, o igidi tutaq gətirәk. İkisini bir yerdә kafirә yetirәk».
Dirsә xan dedi: «Qırx yoldaşım, aman verin! Tanrının birliyinә şübһә
yoxdur. Mәnim әllәrimi açın, qolça qopuzumu verin, o igidi geri dön-
dәrim. Sonra mәni ya öldürün, ya da diri aparın».
Әllәrini açdılar, qolça qopuzunu verdilәr. Dirsə xan, oğlu olduğunu
bilmәdi, qarşıya gәlib söylәyir, görәk, xanım, nә söylәyir:
Boynu uzun bәdәvi atlar gedirsә, mәnimki gedir,
İçindә sәnin dә mindiyin varsa, igid, de mәnә, Savaşmadan-vuruşmadan
alıb verim, qayıt geri! Yaylaqdan on min qoyun gedirsә, mәnimki gedir,
İçindә sәnin da şişliyin varsa, söylә mәnә, Savaşmadan-vuruşmadan
alıb verim, qayıt geri! Qaytabandan qızılı dәvә gedirsә, mәnimki gedir,
İçindә sәnin dә yüklәdiyin varsa, söylә mәnә, Savaşmadan-vuruşmadan
alıb verim, qayıt geri! Qızıl tağlı uca evlәr gedirsә, mәnimki gedir,
İçindә sәnin dә otağın varsa, igid, söylә mәnә, Savaşmadan-vuruşmadan
alıb verim, qayıt geri! Ağ üzlü, ala gözlü gәlinlәr gedirsә, mәnimki
gedir, İçindә sәnin dә nişanlın varsa, igid, de mәnә. Savaşmadan-
vuruşmadan alıb verim, qayıt geri! Ağ saqqallı qocalar gedirsә,
mәnimki gedir,
İçindә sәnin dә ağ saqqallı atan varsa, de mәnә,
Savaşmadan-vuruşmadan xilas edim, qayıt geri! Mәnim üçün gəldinsә,
oğlancığımı öldürmüşәm. İgid, sәnin yazığın gәlmәsin, qayıt geri!
18
Boynu uzun bәdәvi atlar gedirsә, sәninki gedir;
Mәnim dә içindә mindiyim var,
qırx namərdə qoymaram!
Qaytabandan qızılı dәvә sәninki gedir,
Mәnim dә içindә yüklәdiyim var,
qırx namәrdә qoymaram!
Yaylaqdan gedәn min-min qoyun sәninkidir,
Mәnim dә içindә şişliyim var,
qırx namәrdә qoymaram!
Sәnin ağ üzlü, ala gözlü gәlinlәrin gedirsә,
İçindә mәnim dә nişanlım var,
qırx namәrdә qoymaram!
Qızıl tağlı uca evlәrin kedirsə,
İçindә mәnim dә otağım var,
qırx namәrdә qoymaram!
Sәnin ağ saqqallı qocaların gedirsә,
İçindә mәnim dә bir ağlı çaşmış,
Başı itmiş qoca atam var,
qırx namәrdә qoymaram!—dedi.
Qırx igidinә çalmasını yellədi, әl eylәdi. Qırx igid bәdәvi atını oynatdı,
oğlanın yanına yığıldı.
Oğlan qırx igidini götürüb, atını irәli sürdü, vuruşdu, döyüşdü. Kiminin
boynunu vurdu, kimini dustaq etdi. Atasını xilas edib qayıtdı, geri
döndü.
Dirsә xan burada oğlunun sağ olduğunu bildi. Xanlar xanı, oğlana
bәylik verdi, taxt verdi. Dәdәm Qorqud boy boyladı, soy soyladı, bu
oğuznamәni düzdü-qoşdu, belә dedi:
19
Onlar da bu dünyadan gәldi, keçdi.
Karvan kimi qondu, köçdü.
Onları da yer gizlәdi, әcәl aldı.
Fani dünya yenә qaldı...
Qara ölüm gәldikdә keçid versin.
Sağlıqla dövlәtini allaһ artırsın.
O öydüyüm uca tanrı yar olub yardım etsin.
Xeyir-dua verәk, xanım:
Yerli böyük dağların yıxılmasın!
Kölgәlicə uca ağacın kәsilmәsin!
Coşqun axan gözәl suyun qurumasın!
Qanadlarının ucları qırılmasın!
Çaparkәn ağ-boz atın büdrәmәsin!
Döyüşәndә böyük, iti polad qılıncın gödәlmәsin! Vuruşarkәn uzun
nizәn әyilmәsin!
Ağ birçәkli ananın yeri beһişt olsun!
Ağ saqqallı atanın yeri cәnnәt olsun!
һaq yandıran çırağın daim yansın!
Qadir tanrı sәni namәrdә möһtac eylәmәsin,
xanım, һey!..
20
Dostları ilə paylaş: |