Kota şƏHƏRİNƏ İSTİnadən parkinqlə bağli problemləRİn araşdirilmasi və MÜMKÜn həLLƏRİn təKLİFİ



Yüklə 41,72 Kb.
səhifə1/7
tarix26.04.2023
ölçüsü41,72 Kb.
#102999
növüReferat
  1   2   3   4   5   6   7
N4-Zehra



KOTA ŞƏHƏRİNƏ İSTİNADƏN PARKİNQLƏ BAĞLI PROBLEMLƏRİN ARAŞDIRILMASI VƏ MÜMKÜN HƏLLƏRİN TƏKLİFİ


Tələbə: Hüseynzadə Zəhra Elman, M161A4
Email: zehra.huseynzade97@mail.ru

Referat: Son zamanlarda Kota şəhərində nəqliyyat sistemi ilə bağlı bir çox kəskin probləmlər yaşanır. Həmin kəskin problemlərdən ikisi parkinq yerlrinin səmərəli yollarla seçilməsi və tıxacdır. Sözügedən şəhərdə hələ də mərkəzləşmiş parkinq sistemi yoxdur. Bu tətqiqat işində Kota şəhəri kontekstində bu cür məsələlərin araşdırılmasına və həlli yollarının tapıılmasına diqqət yetirilmişdir.


Kota şəhəri Hindistanın Racastan bölgəsinin inkişaf etməkdə olan, üçüncü ən böyük şəhəridir. Bundan əlavə, şəhər ərazisi “ağıllı şəhər” layihəsinə də daxil edilmişdir. Şəhərdə iqtisadiyyatın inkişafına töhfə verən çoxlu sənaye və təlim mərkəzləri var ki, bu da şəhərdə əhalinin və nəqliyyat vasitələrinin sayının artmasına eyni zamanda tıxacların yaranması və parkinq problemlərinə səbəb olur. Şəhərdə əhalinin artan tempinə baxmayaraq, ərazilərin genişləndirilməsi məsələlərinə hələ də rəhbər oqanlar tərəfindən məhəl qoyulmur.


Açar sözlər: Parkinq yeri problemi; Kota şəhəri; Tıxac; Parkinq İdarəetmə


GİRİŞ: Kota şəhəri həmçinin, ölkənin təhsil və sənaye mərkəzi kimi də tanınır. Hər il çoxlu sayda tələbə ali təhsil almaq məqsdilə buraya axın edir. Kotada, “DSCL Kota” kimi bir sıra sənaye və təlim mərkəzləri vardır. Bunların varlığı şəhərin iqtisadiyyadi inkişafını ildən-ilə artıraraq insanların həyat keyfiyyətinin yüksəlməsinə səbəb olur. Digər tərəfdən, ictimai və özəl nəqliyyat növlərinin artması parkinq yerlərinin, yol nişanlarının və s. əlçatanlığına olan tələbatı da öz təsirini göstərir ki, bu da nəticədə, şəhərin yol infrastrukturunun bütün hissəsələrində nəqliyyat axının idarə edilməsini çətinləşdirir. Nəqliyyat vasitələrinin sayının artması Kotanın əsas yerlərində parkinq kompleksləri, çoxsəviyyəli hidravlik parklanma sistemi, və s. bu kimi problemlərin yaranmasına təkan verir.
Bu tətqiqat işində Kota və həmçinin digər inkişaf etməkdə olan şəhərlərdə tıxac və parkinq problemlərinin mümkün həll yolları müzakirə edilmişdir.
Onu da qeyd etmək lazımdır ki, problemin həlli heç də işıqforların quraşdırılmasında və ya yol polislərinin sayını artırmaqda deyil. Bu məqsədlə aparılmalı olan islahatlara dayanacaqların tikilməsi, dayanacaqlarda günəş sayğaclarının quraşdırılması, çoxsəviyyəli hidravlik parkinq sistemi kimi texniki və innovativ həllər ilə daha yaxşı şərait təmin edən layihələrin hazırlanması daxildir.
Kota şəhərində avtomobillərin parkinqi probleminin həllinə hələ də lazımi əhəmiyyət verilmir. İctimai nəqliyyat sistemlərində isə müntəzəmliyin təmin edilməməsi səbəbindən ümumiyyətlə istifadə olunmur. Nəticədə, insanlar şəxsi avtomobillərdən istifadə edirlər ki, bu da öz növbəsində həddindən artıq tıxaclara və dayanacaqlarda yer çatışmazlığına səbəb olur. Şəhərsalma planında torpaqdan istifadənin müvafiq bölüşdürülməsi ilə yanaşı, şəhər üçün hərtərəfli nəqliyyat planının hazırlanması ilə də bu problemləri həll etmək olar. Təklif edilən bu sistem “Parkinq İdarəetmə” sistemi adlanır.
Kota, əhalinin artım tempinin ən yüksək olduğu şəhərlərdəndir. 2001-ci ildə şəhərin əhalisi 6.94.316 nəfər olsada, 2011-ci ilin hesabatına görə 1.001.365 nəfər olmuşdur. Şəhərin əsas planına əsasən, 2023-cü ildə bu göstərəcinin 15 dəfə artacağı gözlənilir. Kota əhalisi son iki onillikdə hədsiz dərəcədə artmışdır. 2001-ci ildə şəhər əhalisinin artım tempi 50% təşkil edib, 2011-ci ildə isə bu rəqəm 44,22%-ə çatmışdır. Bu artımın səbəbi təlim institutlarının, yeni kiçik (iri miqyaslı) sənaye müəssisələrinin sayının və dövlət tərəfindən verilən mənzil fondunun artmasıdır. 2001-ci ildə şəhərdəki torpaqların 19%-i transformasiya üçün istifadə edilmişdir.Bu göstəricinin 2031-ci ildə 14%-ə qədər enəcəyi proqnozlaşdırılır. Şəhərsalma mühəndisləri üfiqi dayanacaqlar tikmək əvəzinə, kreativ və innovativ parkinq üsullarına müraciət etməlidir ki, gələcəkdə dayanacaq üçün ayrılan ərazidən maksumum istifadəni təmin edə bilsinlər
Beləliklə, Kotada - əhalinin sıx məskunlaşdığı ərazilərdə, yaranan problemli vəziyyətlər və həlli yolları aşağıda verilmişdir.

Yüklə 41,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin