1
L.A. MƏMMƏDOV, E.Ç. ƏKBƏROV, H.Ə. ƏKBƏROV
İNSAN ORQANİZMİNİN XÜSUSİ ADLAR
DAŞIYAN TÖRƏMƏLƏRİ
VƏ
ONLARIN ƏHƏMİYYƏTİ
(
İZAHLI MƏCMUƏ
)
BAKI - 2012
2
Mövcud ədəbiyyat mənbələrində in-
san оrqanizminin hər bir nahiyəsində xüsusi
adlar daşıyan müxtəlif xarakterli çоxsaylı
törəmələrə rast gəlinir.
Əslində bunların bəziləri yaranışdan
çоx mükəmməl fоrmalaşdırılmış intakt in-
san оrqanizminin qüsursuz fəaliyyət gös-
tərməsini təmin etmək üçün xüsusi anatоmо –
fiziоlоyi əhəmiyyətə malik ayrılmaz bir
hissəsi kimi müxtəlif tоxumalardan (fassiya,
əzələ, sinir, vətər, bağlardan və s.) adsız оla-
raq yaradılmışlar. Bəziləri isə, bu və ya digər
törəmənin, nahiyənin praktik əhəmiyyətini
daha aydın açıqlamaq məqsədilə ayrı – ayrı
müəlliflər tərəfindən şərti оlaraq tərtib оlun-
muşlar.
Bu
törəmələrin bir qismi оnları ilk dəfə
təsvir və tərtib etmiş, yaxud öyrənmiş
şəxslərin şərəfinə (məsələn, Meyо venası,
Paxiоn dənəcikləri, Pupart bağı, Villizin qan
dövranı, Piraqоv üçbucağı, Sоrqius düyünü
və s.), bir qismi оnların оxşadıldıqları əşya-
ların (оraq, xəlbir, çəkic, qalxan və s.), digər
qismi isə bənzədildikləri həndəsi fiqurların
(üçbucaqlı, qövs, kanal, həlqə, rоmb və s.)
adları ilə əlaqəli adlandırılmışlar.
Ümumiyyətlə, bu cür törəmələr hədsiz
dərəcədə çоxsaylıdırlar və müxtəlif xarak-
terli ədəbiyyat mənbələrində təsvir оlunmuş-
lar. Tərtib etdiyimiz bu izahlı məcmuədə tо-
pоqrafik anatоmiya və оperativ cərrahlıq
fənni ilə sıx əlaqəsi оlan xüsusi adlı törəmə-
lər tоplanılıb, xarakterizə edilmişlər.
Kitabda verilmiş məlumatların daha an-
laşıqlı olması və asanlıqla qavranılması üçün
onun mətni çoxsaylı yüksək keyfiyyətli sə-
killərlə əyaniləşdirilmişdir. Bu sahədə ilk də-
fə belə tərtibatda azərbaycan dilində yazıl-
mış istifadənizə təklif etdiyimiz kitabımız
tibb üzrə bütün mütəxəssislər, tibb təhsili tə-
ləbələri və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur. Onun azca da olsa yararlı olma-
sı zəhmətimizə verilmiş ən yüksək qiymət
olacaqdır.
Müəlliflərdən
ÖN SÖZ
3
Abbot arteriyasi kiçik anomal arteriya
olub enən aortanın döş hissənin proksimal
ucunun arxa – içəri səthindən başlayır. Arte-
riya aorta daralmasının (koarktasiya) aradan
qaldırılması məqsədilə aparılan cərrahi əmə-
liyyat zamanı nəzərə alınmalıdır ki, bilinmə-
dən kəsilib, gizli qanaxmaya səbəb olmasın.
Adamkieviç arteriyası və ya onurğa
beyini arteriyası (a.Adamkiewicz seu
a.spinalis) bel arteriyasının şaxəsidir, bəzən
isə qabırğaaltı arteriyadan başlayıb, onurğa
beyininin bel – oma qalınlaşmasını qidalan-
dırır.
Adəm alması (pomum Adami) qırtla-
ğın skeletini təşkil edən qalxanabənzər qığır-
dağın qədim adıdır. O, öndə bir – biri ilə bir-
ləşərək, kişilərdə 90
o
, qadınlarda isə 120
o
– li
bucaq əmələ gətirən dördbucaq formalı sağ və
sol səfhələrdən təşkil olunmuşdur (
şək. 1a
). Bu
bucaq kişilərdə gözlə daha yaxşı görün-
düyündən «Adəm alması» adlandırılır.
Mövcud mənbələrdə qırtlağın «Adəm al-
ması» adlandırılması haqqında iki məlumat
vardır. Birinci məlumata görə, ərəblər insan
bədənində olan bütün hündürlüklərə «alma»
adı vermişdilər. Bu hündürlüklərdən biri –
qalxanabənzər qığırdaq hündürlüyü yalnız
kişilərə məxsus olduğundan və «adəm» kişi
mənasında işlədildiyindən onu «kişi alması –
adəm alması» adlandırırdılar. Digər məlumat
Bibliyaya əsaslanır: ilk insan – Adəm cən-
nətdə qadağan olunmuş meyvəni yeyərkən
boğazında ilişib qalıb və bir günah işlətmə
rəmzi kimi xaricdən göründüyündən «Adəm
alması» adlandırılmışdır. O, boyunda apa-
rılan cərrahi əməliyyatlar zamanı oriyentir
kimi istifadə olunur.
Axilles vətəri (tendo Achillis seu tendo
calcanea) baldırın üçbaşlı əzələsinin daban
qabarına bağlanan vətəridir (
şək.2
). Vətərin
belə adlandırılması əfsanəvi qədim yunan
qəhrəmanı Axillesin adı ilə bağlıdır. Əfas-
nəyə görə, çox iti axına malik olan müqəd-
dəs Stiks çayının möcüzəvi xüsusiyyəti var-
mış: onda çimənin bədəni qılıncla kəsilməz,
oxla, nizəylə deşilməz olurmuş. Ona görə də,
Axillesin anası Fetida oğlunu gələcəkdə
məğlubolunmaz etmək məqsədilə uşaq ikən
onu bədənin ən əlçatmaz, gözdən uzaq yerin-
dən – baldırın üçbaşlı əzələsinin vətərindən
Şəkil 2. Axilles vətəri
1- tendo Achillis (tendo calcaneus)
Şəkil.1. a
–
qalxanabənzər qığırdaq; b
–
üzüyəbənzər
qığırdaq
4
tutaraq başıaşağı Stiks çayına sallayıb
çimizdirir. Doğurdan da sonralar bunun
sayəsində Axilles yenilməz olaraq məhşuq
qəhrəmana çevrilir. Lakin oğlu ilə daim
öyünən anası təsadüfən bir dəfə Axillesin
belə qələbələrinin onun Stiks çayında
çimizdirilməsi ilə əlaqəli olması sirrini açmış
və çimizdirən zaman barmaqları ilə tut-
duğundan çayın suyu ilə təmasda olmayan
baldırın üçbaşlı əzələsinin vətərinin zəif yer
olduğunu söyləmişdir. Bundan xəbər tutan
düşmən tərəf Troya müharibəsi zamanı Axil-
lesi mühasirəyə salmışlar və Paris zəhərli
oxla məhz həmin zəif yerdən onu ölümcül
yaralamışdır.
Alkоk kanalı (cinsiyyət kanalı – cana-
lis pudendalis) – daxili qapayıcı əzələni ör-
tən fassiyanın səfhələri arasında əmələ gələn
kanaldır (
şək. 3,9
). Uzunluğu 3 – 4 sm olan
bu kanal oturaq – düz bağırsaq çuxurunun
yan divarında yerləşir və buradan daxili
cinsiyyət damar – sinir dəstəsi keçir.
Qapayıcı fassiyanın üzərində Alkok ka-
nalının ön ucuna sidik – cinsiyyət diafraq-
ması bitişir. Buna görə, cinsiyyət damar –
sinir dəstəsini əhatə edən toxuma bilavasitə
oturaq – düz bağırsaq çuxurundan keçmir və
sidik – cinsiyyət diafraqmasının toxuma yarıq-
ları ilə birləşmir. Cinsiyyət damar – sinir dəs-
təsi və onun ətrafındakı toxuma irinli – iltihabi
proseslərin yayılmasında əlaqə yolu kimi
iştirak etmir, çünki Alkok kanalı oturaq – düz
bağırsaq çalası toxumasından təcrid olunmuş-
dur. Daxili cinsiyyət damarları və siniri Alkok
kanalı ilə oturaq – düz bağırsaq çuxuruna
girmədən birbaşa sidik – cinsiyyət diafraq-
masının orta aponevrozunun altına keçirlər.
Amantini büküşü (plica Amantini),
bud sümüyünün kiçik burması səviyyəsində
yerləşir. Bud – çanaq oynağının kapsulunun
bud sümüyünün boynuna keçən hissəsində
əmələ gəlir. Bu büküşün daxilində bud sümü-
yü başına məxsus damarlar keşir (
şək. 4,2
).
Şəkil 3. Aralıq nahiyəsi
1 – m.transversus perinea superficialis; 2 – a. et v. pudenda inter-
na; 3 – daxili qapayıcı əzələ fassiyasının dərin səfhəsi; 4 – daxili
qapayıcı əzələ fassiyasının səthi səfhəsi; 5 – m.sphincter ani ex-
terna; 6 – anus; 7 – m.levator ani; 8 – daxili qapayıcı əzələ fassi-
yası; 9 – canalis pudendalis (Alckok); 10 – ig.sacrotuberale;
11 – a. v. et n.perinealis.
Şəkil 4. Bud–çanaq oynağı
1 – membrana synovialis; 2 – plica synovialis; 3 – tuber
ischi; 4 – membrana obturatoria; 5 – lig. teres; 6 – a. liga-
menti teretis; 7–r.acetabularis a.obturatoria; 8 – pubis;
9 –tuberculum pubicum; 10 – a.obturatoria.
5
Ammon buynuzu (cornu Ammonis)
yan mədəciklərin aşağı buynuzunun içəri di-
varında yerləşmiş qoç buynuzlarına bənzər
bir hündürlükdür (
şək. 5
– 2,13
). Bu ad qoç
başı və buynuzları ilə təsvir edilmiş qədim
yunan allahı Ammonun şərəfinə verilmişdir.
Anatоmik tənbəki qabı biləyin bayır
tərəfində, mil sümüyünün biz çıxıntısının
distal ucunda yerləşən çökəklik olub, bayır
tərəfdən baş barmağı açan qısa və baş bar-
mağı uzaqlaşdıran uzun əzələnin vətəri ilə,
ıçəri tərəfdən isə baş barmağı açan uzun əzə-
lənin vətəri ilə əhatə olunmuşdur. Onun dibi-
ni yuxarıda qayığabənzər sümük, aşağıda isə
trapesiyaşəkilli və trapesiyayabənzər sümük-
lər təşkil edirlər (
şək. 6,2
). XVIII – XIX əsr-
lərdə anatomlar çirkli əlləri ilə toxunmamaq
üçün tənbəkini buruna çəkmək üçün bu çu-
xura tökürdülər. Bu çuxurun anatomik tən-
bəki qabı adlandırılması məhz bununla əla-
qədardır. Burada dərialtı toxuma qatında baş
vena, mil sinirinin səthi şaxəsi, xüsusi fas-
siyanın altında isə mil arteriyası yerləşir. Mil
arteriyasından qanaxmalar zamanı arteriya
burada qayığabənzər sümüyə sıxılır.
Aranti axacağı və ya venoz axacaq –
(ductus Arantii seu ductus venosus) bətn-
daxili dövrdə göbək venasının aşağı boş
venaya açılan şaxəsidir və doğuşdan qısa
Səkil 5. Beyinin üfiqi kəsiyinin yuxarıdan görünüşü
1 – görmə qabarı; 2,13 – dənizatı (Ammon buynuzu); 3,10 – yan
mədəciyin damarlı kələfi; 4 – hüdudi zolaq; 5 – yan mədəciyin
ön buynuzu; 6 – cavum septi pellucidi; 7 – lamina septi pellu-
cidi; 8 – quyruqlu nüvənin başı; 9 – foramen interventricularis;
11 – corpus fornicis; 12 – yan mədəciyin aşağı buynuzu.
Şəkil 6. Anatomik tənbəki qabı
1 – tendo m.extensoris pollicis longus; 2 – fovea radialis
(anatomik tənbəki qabı); 3 – tendines m.abductoris polli-
cis longi et m.extensoris pollicis brevis; 4 – sulcus ra-
dialis; 5 – thenar.
Şəkil 7. Qara ciyər (aşağı səthi)
1 – Aranti (venoz) bağı; 2 – aşağı boş vena; 3 – öd kisəsi;
4 – ümumi qara ciyər axacağı; 5 – qapı venası; 6 – qara
ciyərin xüsusi arteriyası; 7 – qara ciyərin girdə bağı.
6
müddət sonra mənfəzi tutularaq eyniadlı bağa -
ligamentum venozum çevrilir (
şək. 7,1
).
Aranti düyünləri və ya aypara qapaqla-
rın düyünləri (noduli Arantii seu noduli
valvularum semilunarum) aortanın və ağ ci-
yər kötüyünün aypara qapaqlarının taylarının
sərbəst kənarlarının ortasında yerləşib, onların
kip bağlanmasını təmin edirlər (
şək. 8
–
A,7
).
Digər tərəfdən, bu düyünlər qapaqların tay-
larının aortanın divarına yapışmasının qarşısını
alırlar. Nəticədə qapaqla aorta divarı arasında
yarıq qalır və diastola zamanı qanın bu
yarıqdan aorta ciblərinə dolması asanlaşır.
Armudu əzələ (m.piriformis) sağrı na-
hiyəsinin ikinci qatında yerləşir. Oma sümü-
yünün ön səthindən başlayır, böyük oturaq
dəliyindən keçərək kiçik çanaq boşluğundan
çıxır, bayıra və bir qədər aşağıya doğru ge-
dib bud sümüyünün böyük burmasının zirvə-
sinə bağlanır (
şək. 9
–
A,4
). Əzələ vətərinin
bağlandığı yerdə onunla sümük arasında
kisəcik – bursa m.piriformis yerləşir. Bu
əzələ böyük oturaq dəliyindən keçərkən onu
armudu əzələüstü və armudu əzələaltı
dəliklərə bölür.
Armudu əzələnin yaxşı gözə görünən
parlaq vətərini xüsusilə qeyd etmək lazımdır,
çünki o, cərrahi əməliyyat zamanı istiqamət-
ləndirici oriyentir rolunu oynayır.
Armudu əzələüstü və armudu əzələalti
dəliklər (foramen suprapiriformis et inf-
rapiriformis) armudu əzələ ilə böyük oturaq
dəliyinin kənarları arasında əmələ gələn ka-
nallardır (
şək. 9
). Armudu əzələ dəliyi tam
qapamadığı üçün onun altında və üstündə
dəliklər qalır. Altdakı dəliyə armudu əzə-
ləaltı dəlik – foramen infrapiriforme, üstdəki
dəliyə isə armudu əzələüstü dəlik – foramen
suprapiriforme deyilir.
Armudu əzələüstü dəlik əslində uzun-
luğu 4 – 4,5 sm, eni isə 0,8 – 1,0 sm olan ka-
naldır. O, yuxarıdan böyük oturaq oymasının
yuxarı kənarı, aşağıdan və yanlardan isə ar-
mudu, orta və kiçik sağrı əzələlərinin fassial
futlyarlarının birləşməsi arasında əmələ gə-
lərək, aşağıdan yuxarıya və içəridən bayıra
Şəkil 8. A – ağ ciyər kötüyünün aypara qapaqları;
B – aоrta qapaqları (yuxarıdan)
1 – ventriculus dexter; 2 – lunulae valvularum semilunarium;
3 – valvula semilunaris dextra trunci pulmonalis; 4 – valvula
semilunaris sinistra trunci pulmonalis; 5 – truncus pulmonalis
(kəsilib açılmışdır); 6 – valva semilunaris anterior trunci pul-
monalis; 7 – noduli valvularum semilunarum trunci pulmon-
alis; 8 – m. papillaris; 9 – ventriculus sinister; 10 – valvula
semilunaris dextra aortae; 11 – a. coronaria dextra; 12 – sinus
aortae; 13 – aorta (kəsilib açılmışdır); 14 – a. coronaria sinis-
tra; 15 – nodulus valvulae; 16 – auricula sinistra; 17 – valvula
semilunaris sinistra aortae; 18 – valvula semilunaris posterior
aortae; 19 – valva atrioventricularis sinistra (v. mitralis);
20 – chordae tendineae.
7
tərəf istiqamətlənir. Möhtəviyyatını kənar et-
dikdən sonra kanal müştük forması alır və
kiçik çanaq boşluğunu sağrı nahiyəsinin fas-
siyalararası dərin toxuma sahəsi ilə birləşdi-
rir. Onun daxili dəliyi kiçik çanaq boşluğu-
nun peritonaltı sahəsinə çevrilmişdir, daxili
dəliyi isə girdə formada olub, yuxarıdan bö-
yük oturaq oymasının yuxarı kənarı, aşağı-
dan isə çanaq fassiyasının pariyetal səfhəsi
ilə hüdudlanmışdır. Çanağın pariyetal fas-
siyası yuxarı sağrı damar – sinir dəstəsini hər
tərəfdən əhatə edir və öz atmaları ilə dəliyi
qapayır. Kanalın xarici dəliyi üçbucaq və ya
yarımgirdə formada olub, armudu, orta və
kiçik sağrı əzələlərinin, həçinin damar – sinir
dəstəsinin futlyarlarının bir – biri ilə birləş-
məsi nəticəsində əmələ gələn aponevrotik
səfhə vasitəsilə örtülür. Kanalın bu topoqra-
fo – anatomik xüsusiyyəti sağrı nahiyəsinin
fleqmonoz prosesləri zamanı irinin çanaq
boşluğuna yayılmasını məhdudlaşdırır. Bun-
dan əlavə, sağrı nahiyəsində cərrahi əməliy-
yatlar apararkən qanaxmanı azaltmaq məq-
sədilə yuxarı sağrı arteriyasını bağlamaq la-
zım gəldikdə onu bu kanal daxilində icra
edirlər. Armudu əzələüstü kanaldan yuxarı
sağrı damar – sinir dəstəsi (yuxarı
sağrı sini-
ri, yuxarı sağrı arteriyası və venası) kiçik çanaq
boşluğundan sağrı nahiyəsinə keçir (
şək. 9, B
).
Armudu əzələaltı dəlik yuxarıdan armu-
du əzələnin aşağı kənarı, aşağıdan bayır tərəfdə
oma – tin bağı və içəridə isə yuxarı əkiz əzələ-
nin ondan başlanan hissəsi ilə hüdudlanır. Bu
dəlik xarici tərəfdən armudu, böyük sağrı,
Şəkil 9. Sağrı nahiyəsinin dərin qat əzələləri, damar və sinirləri, armudu əzələaltı və üstü dəliklər
A: 1 – m.gluteus media; 2 – m.gluteus minimus; 3 – armudu əzələüstü dəlik; 4 – m.piriformis; 5 –armudu əzələaltı dəlik;
6 – m.gemellus superior; 7 – m.obturatorius internus; 8 – m.gemellus inferior; 9 – m.obturatorius externus;
B: 1 – nn. clunium superius; 2 – m. gluteus media; 3 – m. gluteus maximus; 4 – m. gluteus minimus; 5 – yuxarı sağrı da-
mar–sinir dəstəsi; 6 – m. piriformis; 7 – aşağı sağrı damar–sinir dəstəsi; 8 – daxili cinsiyyət damar–sinir dəstəsi; 9 – lig.
sacrotuberale; 10 – tuber ischiadicum; 11 – n. ischiadicus; 12 – n. cutaneus femoris posterior; 13 – m. semimembranosus;
14 – m. semitendinosus; 15 – daxili qapayıcı və əkiz əzələlərin vətərləri; 16 – böyük burma kisəciyinin kəsilmiş kə-
narları; 17 – m.quadratus femoris; 18 – a.comitans n.ischiadici.
8
daxili qapayıcı və əkiz əzələlərin fassial
futlyarları ilə, çanaq boşluğu tərəfdən isə çanaq
fassiyasının səfhəsi və qismən oma – qabar
bağı ilə örtülmüşdür. Armudu əzələaltı dəlik-
dən aşağı sağri siniri, aşağı sağrı arteriyası və
venası, oturaq siniri, budun arxa dəri siniri, da-
xili cinsiyyət damar – sinir dəstəsi, budun
kvadrat əzələsini və daxili qapayıcı əzələni in-
nervasiya edən sinirlər keçir
(şək. 9 B).
Irinli –
iltihabi proseslər sağrı nahiyəsindən bu dəlik
vasitəsilə fassiyalararası toxuma sahəsindən
keçərək, kiçik çanaq boşluğuna, onurğa sütu-
nunun, qarının və çanağın peritonarxası orqan-
larının irinli prosesləri isə əksinə, sağrının fas-
siyalararası toxuma sahəsinə yayıla bilir.
Oturaq sinirinin fassial yatağı boyunca irin di-
zaltı çuxura keçə bilir.
Astley – Kuperin asılan bağı (ligamen-
tum suspensorum Cooperi) döşün səthi
fassiyasının süd vəziləri səviyyəsində dəri-
nin dərin qatlarına gedən hissəsi olub vəzini
dəri ilə birləşdirir. Bu atmalar dəridəki irinli
proseslərin asanlıqla dərialtı toxumaya keç-
məsinə əlverişli şərait yaradır. Ona görə də,
süd vəzisini örtən dərinin irinli proseslərinin
vaxtında və ciddi müalicəsinə xüsusi diqqət
yetirilməlidir.
Aşoff – Tavar düyünü (qulaqcıq – mə-
dəcik düyünü – nodus atrioventricularis)
ürəyin aparıcı sisteminə aid olub, tac cibinin
ağzı ilə üçtaylı qapağın içəri tayının əsasında
yerləşir (
şək. 10,1
). Uzunluğu 5 mm, eni isə
2 – 3 mm – dir. Bu düyündə 3 zona ayırd
edilir:
1) atrionodulyar zona (AN zona);
2) nodulyar və ya kompakt zona (N zona);
3) nodulyar – Hiss zonası (N – H zona).
Kompakt zonada oyanmanın ötürülmə
sürəti, başqa zonalara nisbətən, 10 dəfələrlə
azdır. Bunun mühüm əhəmiyyəti vardır, belə
ki, supraventrikulyar taxikardiyalar zamanı
impulslar burada tutularaq ləngidilir və ürək
döyüntülərinin sayı tənzimlənir.
At quyruğu (cauda equina) – onurğa
beyininin aşağı ucu dölün altı aylığında hələ
oma kanalında olur. Sonradan tədricən yux-
rıya döğru yerini dəyişir, belə ki, yeni doğul-
muşlarda L
3
və yetkin şəxslərdə isə L
1
– L
2
fəqərələr səviyyəsinə çatır. Bu prosesə onur-
ğa beyininin qalxması – ascensus spinalis
deyilir. Onurğa beyini yuxarı qalxdıqca aşa-
ğı bel, oma və büzdüm sinirlərinin kökləri yu-
xarıya doğru dartılaraq, onurğa kanalında çəp
Səkil 10. Ürəyin kеçirici sistеmi
1 – nodus sinuatrialis; 2 – nodus atrioventricularis; 3 – trun-
cus (fasciculus atrioventricularis); 4 – crus dextrum (fascicu-
lus atrioventricularis); 5 – Purkinye lifləri; 6 – crus sinistrum
(fasciculus atrioventricularis).
9
istiqamət alırlar və özlərinə müvafiq fəqərəara-
sı dəliklərdən çıxmaq üçün onurğa kanalının
içərisi ilə müəyyən məsafədə aşağıya doğru
enirlər. Xaricdən baxdıqda at quyruğuna
bənzəyirlər və ona görə də, at quyruğu –
cauda equina adlandırılırlar (
şək. 11
).
Atlant (atlas) kəllə ilə birləşən birinci
boyun fəqərəsidir. Cisiminin olmaması ilə
digər fəqərələrdən fərqlənir (
şək. 12
). Adı
əfsanəvi qədim yunan güc allahı Atlantın adı
ilə bağlıdır. Belə ki, əfsanəyə görə, Atlant
yer kürəsini çiyinləri üzərində saxlayırmış.
Birinci boyun fəqərəsi yer kürəsinə bənzə-
yən başı öz üzərində saxladığı üçün belə ad-
landırılmışdır.
Auerbax kələfi və ya əzələ – bağırsaq
kələfi (plexus Auerbachi seu plexus me-
sentericus) qida borusunun, mədənin, bağır-
saqların boylama və həlqəvi əzələ liflərinin
arasında yerləşərək onları innervasiya edən
vegetativ sinir kələfidir.
Ayaqaltı arterial qövslər (arcus plan-
tares) iki ədəddir: dərin ayaqaltı qövs bayır
ayaqaltı arteriyanın dərin şaxəsi ilə ayaqar-
xası arteriyadan gələn dərin ayaqaltı şaxənin
birləşməsindən əmələ gəlir və daraq sümük-
lərinin əsaslarının ayaqaltı səthlərində yer-
ləşmişdir. Onun arxa basıq tərəfindən ayaq
sümüklərinə və əzələlərə məxsus şaxələr, ön
çıxıq tərəfindən isə barmaqlara məxsus 4
ədəd ayaqaltı ayaqdarağı arteriyaları ayrılır.
Bayır ayaqaltı arteriya həmçinin içəri
ayaqaltı arteriyanın dərin şaxəsi ilə anasto-
moz əmələ gətirən şaxə verərək üfiqi müstə-
vi üzərində yerləşən səthi ayaqaltı qövs əmə-
lə gətirir.
Beləliklə, yeriyən və ayaq üstə duran za-
man daim təzyiqə məruz qalan ayaqaltının
arteriyaları qarşılıqlı perpendikulyar müstəvi
üzərində yerləşən iki qövs əmələ gətirir: sa-
gital müstəvi üzərində yerləşən dərin və üfi-
qi müstəvi üzərində yerləşən səthi ayaqaltı
qövs (
şək. 13
).
Şəkil 11. At quyruğu
Şəkil 12. Atlas (I boyun fəqərəsi)
10
Ayaqaltı kanallar (canales plantares in-
terossea) üç ədəddir. Ayaqaltının birinci sü-
mükarası kanalı III ayaqdarağı sümüyünün
ayaqaltı səthində, onun əsasından başlayaraq
üçüncü barmağın proksimal falanqasına qə-
dər davam edir. Onun yan divarları ayaqar-
xasının ikinci və üçüncü sümükarası kanalla-
rının divarları ilə eynidir. Ayaqaltının ikinci
sümükarası kanalı IV ayaqdarağı sümüyü-
nün ayaqaltı səthində yerləşir. Bu kanal da
ayaqdarağı sümüyünün əsası səviyyəsində
başlayır və dördüncü barmağın proksimal fa-
lanqasının əsası səviyyəsində sona çatır.
Onun yan divarları ayaqarxasının üçüncü və
dördüncü kanallarının yan divarları ilə eyni-
dir. Ayaqaltının üçüncü sümükarası kanalı
proksimal hissədə qismən V ayaqdarağı sü-
müyünün ayaqaltı səthini, distal hissədə isə
dördüncü barmaqlararası sahəni əhatə edir.
Onun içəri yan divarı ayaqarxasının dördün-
cü sümükarası kanalın divarı ilə eynidir, ba-
yır divarı isə ayaqaltının bayır yatağına söy-
kənir.
Aypara sümük (os lunatum) bilək sü-
müklərinin proksimal cərgəsində yerləşərək
mil, üçkənarlı, qayığabənzər, başlı və qar-
maqlı sümüklərlə birləşir. ayparaya bənzər
xarici görünüşü olduğuna görə belə ad-
landırılmışdır(
şək. 14,2
).
Dostları ilə paylaş: |