Liii fəsil İdman üzrə fənn proqramı



Yüklə 61,26 Kb.
səhifə1/24
tarix08.05.2023
ölçüsü61,26 Kb.
#109251
  1   2   3   4   5   6   7   8   9   ...   24
Liii f sil dman zr f nn proqram


LIII Fəsil

İdman üzrə fənn proqramı

  1. Ümumi hissə



  1. Giriş

İdman və bədən tərbiyəsi şəxsiyyətin harmonik inkişafı üçün ibtidai və baza təhsilinin başlıca məqsədini təşkil edən vacib şərtdir. Yeniyetməni ibtidai siniflərdən fiziki fəallığın vacib olmasını dərk etməyə alışdırmalıyıq. O dərk etməlidir ki, sağlamlıq nəinki təkcə xəstəliyin olmaması, həm də bu xəstəlikdən yaxa qurtarmaq deməkdir ki, buna da sağlam həyat qaydasına riayət etməklə mümkündür. O anlamalıdır ki, fiziki fəallıq ömrün uzadılmasının, sosial və maddi rifahın ön şərtidir.


İdman tədris planının tələbləri şagirdlərin bu fənnə münasibətini radikal surətdə dəyişməlidir. Şagirdlərin üzərinə idman fəallığı zamanı daha çox məsuliyyət düşür, çünki onlar yarışlar zamanı qarşıya çıxmış vəziyyətə görə problemlərin həllini müstəqil icra edirlər, düzgün qərar qəbul etməli və komanda yoldaşları ilə sosial interaksiya yaratmalı olurlar. İdman növlərinin rəngarəngliyi oğlanlara və qızlara eyni cür imkan verir ki, özlərinin fiziki qabiliyyətlərini aşkara çıxarsınlar və inkişaf etdirsinlər. Məktəbdə qazanılmış sağlam həyat üçün zəruri qabiliyyət-vərdişlər şagirdləri bütün həyatları boyu müşayiət edir, bu isə onların fəal və zəhmətsevər vətəndaşlar kimi yetişmələrinin möhkəm əsasını təşkil edir. Sağlam və əmək qabiliyyətli əhali isə ölkənin müdafiə qabiliyyətinə, iqtisadiyyata və firavanlığa təsir göstərir.
İdmanın bir fənn kimi məktəblərdə təsis edilməsi idman fəaliyyətinə yalnız nailiyyətli şagirdlərin cəlb olunması demək deyildir. Bütün şagirdlərin idman məşqlərində və yarışlarında iştirak etmələri üçün şərait yaradılmalıdır. İdman və bədən tərbiyəsinin səmərəli və nəticəli dərsləri şagirdləri öz fiziki qabiliyyətinin inkişaf etdirilməsi imkanlarına və zəruriliyinə inandırmalı, onların bərqərar olmasına kömək göstərməlidir.
İdman və bədən tərbiyəsi fənninin tədrisinin yaxşılaşdırılması şagirdlərin psixi-fiziki inkişafına, sağlam həyat tərzinə, həm dəyərlərin möhkəmləndirilməsinə və eləcə də müvafiq qabiliyyət-vərdişlərin formalaşmasına imkan verəcəkdir. Bunlar aşağıdakılardır: ədalətli oyun, komanda həmrəyliyi, fərdi və komanda özünü ifadəsi , qarşılıqlı yardım, daxili intizam, fəallıqların birgə planlaşdırılması, məsuliyyətin bölünməsi və liderlik, qeyri-zorakı qarşılıqlı hərəkət, kollegiallıq, qarşılıqlı anlaşma.
Narkotik maddələrdən istifadənin qarşısının alınması nöqteyi-nəzərindən idman oyunları aşağıdakı qabiliyyət-vərdişləri və dəyərlərin formalaşdırılmasını nəzərdə tutur: nailiyyət qazanmaq tələbinə əməl etmək, məğlubiyyəti ləyaqətlə qarşılamaq, sağlam həyat tərzini, bir dəyər kimi dərk etmək və həyatda tətbiq etmək, öz güclərindən zövq almaq, özünəinam və özünü dərk etmək, sağlam komanda ilə (həmyaşıdları dairəsində) eyniliyi hiss etmək və s.
Sosial təcrid olunmanın qarşısının alınması nöqteyi-nəzərindən, idman oyunları diskriminasiyasız yanaşmanı nəzərdə tutur, yəni sosial cəhətdən müdafiəsiz uşaqların (o cümlədən qaçqın, yetim və qayğıdan məhrum uşaqların) sosial cəhətdən müdafiə olunan həmyaşıdları ilə birgə komanda işində və bu yolla onlar arasında yadlaşmanın aradan qaldırılması vasitəsilə cəmiyyətə inteqrasiyası deməkdir.
Müxtəlif idman oyunlarında qızların və oğlanların bərabərhüquqlu iştirakı genetik bərabərliyin möhkəmlənməsini nəzərdə tutur.
Məktəbdən idman dərslərində və məktəb yarışlarında məhdudimkanlı şagirdlərin bu oyunlara cəlb edilməsi tələb olunur (fiziki problemləri olan şagirdlər, əlil arabasından istifadə edən şagirdlər, əqli inkişaf pozuntusu olan şagirdlər, görmə və eşitmə qabiliyyəti pozulmuş şagirdlər və s.) ki, onlar üçün də fərdi tədris planı işlənib hazırlanır.


Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin