98
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
UOT: 617.77:616-006.699
Balayeva R.N., İsmayılova A.A.
ALT GÖZ QAPAĞININ FİBROSARKOMASI (KLİNİKİ HAL)
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan
Açar sözlər: alt göz qapağı, fibrosarkoma
Fibrosarkomanın 3 növü mövcuddur: böyüklərdə olan fibrosarkoma, yuvenil və bədxassəli miksoid fibrosarkoma
[1].
Böyüklərdə olan fibrosarkoma fibromanın aqressiv bədxassəli formasıdır. Bu törəmə metastaz edə bilər. Adətən
şua müalicəsindən bir necə il sonra inkişaf edir [2]. Ən effektiv müalicə üsulu törəmənin sağlam toxuma ilə cərrahi
yol ilə götürülməsidir. Törəmənin natamam rezeksiyası və yaxud çoxsaylı residivlər gələcəkdə ekzenterasiyaya
səbəb ola bilər.
Yuvenil fibrosarkoma, adətən 8 yaşadək uşaqlarda, həmçinin yeni doğulmuşlarda, inkişaf edir. İnkişaf
səbəblərində cinsi amil rol oynamır [3].
Ən geniş rast gəlinən kliniki simptomlardan törəmə kütlələrinin mövcudluğu və bu sahədə ağrısız diffuz ödemin
olmasını qeyd olunur. Törəmə az hərəkətlidir və onun sərhədləri aydın deyil.
Bir cox hallarda törəmə göz yuvasına və sonra görmə siniri kanalı ilə kəllə daxilinə inkişaf edə bilər. Törəmə
sürətlə böyüyür. Neoplastik prosesin ilk əlamətlərindən xəstəliyin tam inkişafına qədər bir neçə həftədən bir neçə
aya qədər zaman kecə bilər [4].
Törəməni rabdomiosarkoma, fibroz histiositoma, fibromatoz və yaxud mezenximal mənşəli başga törəmə ilə
differensasiya olunmalıdır [5]. Müalicəsi cərrahi üsul ilə aparılır. Törəmənin sərhədlərini dəqiq müəyyənləşdirmək
mümkün olmadığından residivlər ola bilər.
Bədxassəli miksoid fibrosarkoma (sinonimləri – miksosarkoma, fibromiksoid sarkoma, miksoblastoma,
fibromiksoblastoma) – embrional miksomaların bədxassəli növüdür. Nadir nəşrlərdə bu xəstəlik barədə məlumat var.
Buna görə, ədəbiyyat əsasında və şəxsi təcrübə əsasında bu törəmənin epidemiolojı aspektlərini qiymətləndirmək
mümkün olmur.
Məlumdur ki, bu törəmə göz qapaqlarının və periokulyar sahənin derma qatından inkişaf edə bilər. Bəzi hallarda
xoşxassəli embrional fibromanın residivləşməsinin nəticəsində yarana bilər. Kliniki olaraq, fibrosarkoma böyüyən
düyündür. Erkən mərhələdə xoralaşma istisna olunmur. Bu zaman klinikası bazal-hüceyrəli xərçəngə uyğundur.
Cərrahi əməlliyyatdan sonra residivlərin inkişaf etmə faizi yüksəkdir. Törəmənin hissəvi götürdükdə bu rəqəm
43%, tam radikal rezeksiya zamanı – 18% təşkil edir [6]. Residivlər, əsasən, əməlliyyatdan sonra ilk 3 ildə inkişaf
edir. Xəstəliyin metastatik yayılması nadir hallarda inkişaf edir.
Histolojı olaraq, miksomanın bədxassəli variantında miksoblastların proliferasiyası və polimorfizmi aşkar
olunur. Onların daxilində coxlu miqdarda selikli maddə var. Bəzi hissələrində yüksək differensiyasiyalı hüceyrələrə
də rast gəlmək olur [7].
Bəzən fibrosarkoma liposarkoma ilə də oxşar ola bilər. Belə hallarda immunohistokimyəvi müayinələrin
kecirilməsi vacibdir.
Bu törəmənin nadir bədxassəli törəmələr qrupuna aid olduğuna görə diqqətinizə növbəti kliniki halı təqdim
edirik [8].
Xəstə Q.F., 1994 il təvəllüdlü, 15.02.12 il tarixində Z.Əliyeva ad. Milli Oftalmologiya Mərkəzinə müraciət
etmişdir (amb. kart N3300). Xəstə daxil olanda sol göz alt qapaqda olan törəmədən şıkayətlənir. Deməsinə görə,
2 aydır ki, dəri-zöhrəvi dispanserində konservativ müalicə almışdır. Burada törəməyə lazerkoaqulyasiya və
krioterapiya olunmuşdur. Buna baxmayaraq, törəmənin böyüməsi qeyd olunur (şək.1).
Şək.1. Alt göz qapağının fibrosarkoması
99
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
Daxil olarkən: vis OU= 1,0, T OD= 15 mm c.s., T OS= 16 mm c. s., göz almasının daxili və xarici strukturlarında
patologiya aşkar olunmadı. Kliniki olaraq alt qapaqda 1,0×1,7 sm ölcüdə bərk konsistensiyali, xoralı törəmə
aşkar olunur. Törəmə alt qapağın mərkəzi hissəsində yerləşib, bütün qatlarını əhatə edir və intermarginal sahəni
destruksiya etmisdir. Orbitaya, qapaqların konyunktival büküşünə sirayət müşahidə olunmurdu. Xəstəyə cərrahi
əməliyyatdan öncə sitoloji müayinə aparılmışdır (№ 44-12).
Nəticə: yastı –hüceyrəli xərçəng. Sitoloji müayinənin nəticəsinə əsasən cərrahi əməliyyat planlaşdırıldı.
Törəmənin hər bir tərəfindən 4 mm sağlam toxuma ətrafında törəmə rezeksiya olundu və eyni zamanda alt qapağin
plastikası əməliyyatı olundu (şək.2).
Şək.2. Tenzel üzrə alt göz qapağının plastikası (qrafiki təsvir, Kanski “Oftalmologiya”)
Yaranan defektin ölcülərini nəzərə alaraq Tenzel üzrə alt qapağın plastikası əməliyyatı olundu. Bunun ücün
kantotomiya və kantolizis olundu. Gicgah nahiyəsindən yarpagvari loskut formalaşdırıldı və sürüşdürülərək alt
qapağın defekti qat-qat bağlandı (vikril 5-0). Yeni bucaq formalaşdırıldı (prolen 5-0) və gicgah nahiyəsinə düyünlü
tikişlər qoyuldu (vikril 5-0) (şək.3).
a)
b)
Şək. 3. a) əməliyyatdan 5 gün sonra; b) əməliyyatdan 15 gün sonra
Götürülən material histoloji müayinəyə göndərildi. Histoloji rapor 2140-2012: morfolojı əlamətlər öncəliklə
leyomiosarkomanı düşündürür (şək.4).
100
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
Şək.4. törəmənin histoloji strukturu (boyanma hematoksilin-eozinlə)
Təsdiq ücün yardimçı immunohistokimyəvi müayinə məsləhət görülür. İmmunohistokimyəvi müayinənin
nəticəsi: şiş hüceyrələri Vimentin və CD31 ilə boyanmışdır. CD34,S-100, NSE, aktin, Desmin, F8 neqativ. Not:
Morfo-immunoloji əlamətlər fibrosarkomaya uyğun gəlir. Müayinə Milli Onkologiya Mərkəzinin patohistoloji
laboratoriyasının rəhbəri t.ü.f.d. Osmanov Ş.Ş. tərəfindən aparılmışdır.
Törəmənin aqressivliyini nəzərə alaraq, xəstəyə şüa müalicəsi məsləhət görülmüşdür. Xəstəyə Milli Onkologiya
Mərkəzinin radioterapiya şöbəsində distansion qamma-terapiya olunmuşdur (45 Qr). Qamma-terapiya nəticəsində
xəstənin sol yanaq dərisində süa yanığından sonra hissəvi piqmentli capıq və epidermisin atrofiyası yaranmışdır.
Xəstə 3 il ərzində protokol üzrə müşahidə altındadır (şək.5).
Şək.6. Əməliyyatdan 3 il sonra
Protokola görmə organının və daxili organların müayinəsi, həmcinin onkoloqun baxışı daxidir. Bu dövr ərzində
residiv, metastatik xəstəlik yaxud kecirilən qamma-terapiya ilə əlaqədar göz almasında hər hansı fəsadlar müşahidə
olunmamışdır.
ƏDƏBİYYAT
1.
Brazzo B.G., Saffra N. Dermatofibrosarcoma protuberans of the brow and eyelid // Ophthal. Plast.
Reconstr. Surg., 2004, v.20(4), p.332-334.
2.
Chawla B., Pushker N., Sen S. et al. Recurrent bilateral dermatofibrosarcoma protuberans of eyelids //
Ophthal. Plast. Reconstr. Surg., 2011, v.27(6), p.167-168.
3.
Hussain R.M., Erickson B.P., Rosenberg A.E. et al. Recurrent orbital adult-type fibrosarcoma in a 3-year-
old girl // Ophthal. Plast. Reconstr. Surg., 2015, v.31(1), p.16-18.
4.
Jha A., Sayami G., Shrestha A. A rare case of juvenile fibrosarcoma of eyelid // JNMA J Nepal Med
Assoc., 2007, v.46(166), p.49-51.
Schuller D.E., Snyderman C.H., Quivey J.M. Dermatofibrosarcoma protuberans // Head Neck., 1990, v.12(2),
p.178-181.
Burget G.L., Panje W.R., Krause C.J. Nasofacial defect following fibrosarcoma excision and radiotherapy //
Head Neck Surg., 1988, v.10(5), p.350-356.
5.
Bell C.M., Schwarz T., Dubielzig R.R. Diagnostic features of feline restrictive orbital myofibroblastic
sarcoma // Vet Pathol., 2011, v.48(3), p.742-750.
101
2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
6.
Офтальмоонкология: Руководство для врачей / Под ред. А.Ф. Бровкиной. М: Медицина, 2002, 424 c.
7.
Вихерт А.М., Галил-оглы Г. А., Порошин К.К. Атлас диагностических биопсий кожи. М.:
Медицина, 1973, 173 c.
8.
Лихванцева В.Г. Опухоли век: клиника, диагностика, лечение. М.: ГЭОТАР-Медиа, 2007, 448 с.
Балаева Р.Н., Исмайлова А.А.
ФИБРОСАРКОМА НИЖНЕГО ВЕКА (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)
Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку, Азербайджан
Ключевые слова: нижнее веко, фибросаркома
РЕЗЮМЕ
Фибросаркома периокулярной области является одним из самых редких видов злокачественной опухоли.
Публикации по этой теме крайне малочисленны. В диагностике решающую роль играет гистологические и
иммуногистохимическое исследования. При правильной диагностике и выборе метода лечения возможен
благоприятный исход заболевания.
В данной работе представлен клинический случай фибросаркомы нижнего века у 17-летнего юноши, а
также подробно описаны методы исследования и лечения данного больного.
Balayeva R.N., Ismailova A.A.
FIBROSARCOMA LOWER EYELID (CLINICAL CASE)
National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan
Key words: lower eyelid, fibrosarcoma
SUMMARY
Fibrosarcoma periocular region is one of the rare cancer. Publications on this subject are smallest. In diagnostics
a crucial role plays histological and immunohistochemical researches. At the correct diagnostics and a choice of a
method of treatment the favorable outcome of a disease is possible.
In this work the clinical case of a fibrosarkoma of a lower eyelid at the 17-year-old young man is presented, and
also methods of research and treatment of this patient are in detail described.
Для корреспонденции:
Балаева Рухангиз Ниязи кызы, младший научный сотрудник отдела офтальмоонкологии Национально-
го Центра Офтальмологии
Тел.: (99412) 569-09-07, (99412) 569-09-47
Адрес: AZ1000, Bakı şəh., Cavadxan küç., məhəllə 32/15.
Email: administrator@eye.az :
www.eye.az
Dostları ilə paylaş: |