Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix23.12.2016
ölçüsü7,85 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


 
 
Mədəniyyət və turizm 
 
Mündəricat 
 
Mədəniyyət ....................................................................................................................... 2
 
Ümumi məlumat ............................................................................................................................ 2
 
Musiqi ............................................................................................................................................. 6
 
Ümumi məlumat ..................................................................................................................... 6
 
Muğam ................................................................................................................................... 18
 
Musiqi alətləri ....................................................................................................................... 23
 
1) Zərb alətləri ............................................................................................................................ 24
 
2) Nəfəs alətləri ........................................................................................................................... 27
 
3) Simli alətlər ............................................................................................................................. 30
 
Rəqs ........................................................................................................................................ 39
 
Aşıq yaradıcılığı ........................................................................................................................... 41
 
Memarlıq ...................................................................................................................................... 49
 
Təsviri və dekorativ tətbiqi sənət ............................................................................................... 63
 
Təsviri sənət .......................................................................................................................... 63
 
Miniatür................................................................................................................................. 72
 
Dekorativ-tətbiqi sənət ......................................................................................................... 76
 
Bədii daşyonma sənəti .......................................................................................................... 80
 
Zərgərlik ................................................................................................................................ 82
 
Bədii tikmə ............................................................................................................................ 83
 
Ağacoyma sənəti ................................................................................................................... 85
 
Keramika sənəti .................................................................................................................... 86
 
Metalişləmə sənəti ................................................................................................................. 88
 
Xalçaçılıq sənəti ........................................................................................................................... 90
 
Ailə və ailə məişəti ........................................................................................................................ 99
 
Xalq bayramları ......................................................................................................................... 104
 
Geyim mədəniyyəti .................................................................................................................... 107
 
Teatr ............................................................................................................................................ 117
 
Kino ............................................................................................................................................. 132
 
Kitabxanalar .............................................................................................................................. 140
 
Muzeylər ..................................................................................................................................... 149
 
Ümumi məlumat ................................................................................................................. 149
 
Dövlət muzeyləri ................................................................................................................. 151
 
İşğal olunmuş ərazilərdəki muzeylər ................................................................................ 160
 
-muz
Əram
n
2
r
Mylu
 o uz
.  N...............................
ək
" "
r M M
M
r
m uz
.
r
 


 
 
Mədəniyyət
 
 
Ümumi məlumat 
 
Azərbaycan  insanın,  bəşəriyyətin  beşiyi  olan  nadir  ölkələrdən  biridir.  Burada  həyat  çox  erkən 
yaranmışdır  və  Azıx  mağarasında  tapılmış  azıxantrop  Azərbaycanın  ən  qədim  ibtidai  insan 
məskənlərindən  biri  olmasını  sübut  edir.  Qobustandakı  və  Gəmiqayadakı  qayaüstü  təsvirlər  və 
petroqliflər,  Kür-Araz  və  Xocalı  mədəniyyətlərinə  aid  maddi-mədəniyyət  nümunələri,  Kurqan 
tapıntıları  sübut  edir  ki,  hətta  miladdan  əvvəlki  minilliklərdə  də  Azərbaycanda  inkişaf  etmiş 
mədəniyyət mövcud olmuşdur.  
Eramızdan əvvəl birinci minilliyin sonunda, eramızın birinci minilliyinin əvvəlində Azərbaycan 
müxtəlif  mədəniyyətlərin  və  dinlərin  təsirinə  məruz  qalmışdır.  Məhz  bunun  nəticəsində  tarixən 
ölkəmizdə müxtəlif dinlərə münasibətdə  yüksək  tolerantlıq, dözümlülük mühiti  yaranmışdır. Yunan-
Roma mədəniyyətinin, bütün antik sivilizasiyasının güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və 
incəsənətimiz  çox  erkən  dövrlərdə  özünəməxsus  forma  və  məzmuna  malik  olmağa  başlamışdır. 
Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin formalaşmasına müxtəlif mərhələlərdə həm 
zərdüştilik,  yəhudi,  xristian,  həm  də  islam  mədəniyyətlərinin  təsiri  olmuşdur.  Karvan  yollarının 
üstündə  yerləşərək,  "Böyük  İpək  Yolu"nun  mühüm  mərkəzlərindən  biri  olmuş  Azərbaycan  müxtəlif 
siyasi baxışların, iqtisadi münasibətlərin, dövlətçilik formalarının təsirini öz üzərində hiss etmişdir.  
İkinci  minilliyin  tarixi  əyani  surətdə  göstərir  ki,  Azərbaycan  xalqı  dünya  mədəniyyətində  öz 
dəst-xətti  ilə  seçilən  xalqlardandır.  Keçən  iki  min  il  ərzində  bəşər  sivilizasiyasının  ayrılmaz  hissəsi 
kimi  azərbaycanlılar  dünya  mədəniyyəti  xəzinəsinə  sanballı  töhfələr  vermişlər.  Bizim  əcdadlarımız 
ibtidai  mədəniyyət  sahəsində  əldə  etdiyi  bütün  nailiyyətlərdən  faydalanaraq,  özünəməxsus  zəngin 
mədəni-mənəvi  irs  yaratmışlar.  Bunu  istər  Azərbaycan  ərazisində  arxeoloji  qazıntılar  nəticəsində 
tapılmış 


 
Tarixi proseslərin gedişi ona gətirib çıxartdı ki, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və 
Türkmənçay müqavilələri Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü. Bu 
gün tam  qətiyyətlə  demək  olar  ki,  bütün dünyaya  səpələnmiş  azərbaycanlılar  müstəqil  Azərbaycan 
Respublikasını öz vətəni sayır, onu milli dövlətçiliyin, milli ruhun, milli dəyər rin, milli mənəviyyatın 
məbədi  kimi  yüksək  qiymətləndirir
r. 
Bu, 
XX 
əsr
ə 
təşəkkül 
tapmış 
azərba ycanç ılıq 
ideyalarının 

yük vüs
ət almasının məntiqi nəticəsidir.  
XX  əsr
ə  bizim  qazandığımız  uğurlar,  o  cüml
əd
ən müstəqil dövlət qurmaq əzmimizin köklərini 
uzaq  və  yaxın  tariximizdə,  xüsusilə  XIX  əsr ə  formalaşmış  və  təşəkkül tapmış  qaynaqlar a  axtarıb 
tapmaq lazımdır. Azərbaycanda məhz bu dövr ə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr 
yaranaraq milli şüurun formalaşmasına güclü təkan verdi.  
Həmin  dövr ə  yaranmış  Azərbaycan  Xalq  Cümhuriyyəti  qısa  müddət  ərzində  həyata  keçirdiyi 
ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu və pul vahidi 
olan müstəqil, suveren bir dövlətə çevrildi. 
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət 
göstərsə  də,  sonrakı  nəsillərin  yaddaşında  xalqımızın  tarixinin  ən  parlaq  səhifələrindən  biri  kimi 
həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi 
quruculuq  sahələrində  atdığı  mühüm  addımları  başa  çatdıra  bilməsə  də,  onun  qısa müddətdə  həyata 
keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası 
işində böyük rol oynamışdır. 
XX  əsr  Azərbaycan  xalqının  həyatında  silinməz  izlər  qoymuşdur.  Yüzilliklərin,  minilliklərin 
qovuşuğunda  yeni bir Azərbaycan təşəkkül tapmışdır. Xalqımızın tarixi taleyi elə imkan  yaratmışdır 
ki,  son  yüzillikdə  Azərbaycan  köhnə  dünyadan  sürətlə  qopmuş,  elm,  mədəniyyət,  səhiyyə,  təhsil, 
ictimai-siyasi intibah yolunu tutmuşdur. 
Bu  gün böyük bir  millətin  üzvü kimi  hər  bir  azərbaycanlı  fəxr  edə  bilər  ki,  ata-babalarımız 
olduqca qısa bir zaman ərzində kütləvi savadsızlığa son qoymuş,  vətənimiz bütün insanları oxuyub-
yazmağı bacaran savadlılar diyarına çevrilmişdir. Vətənpərvər və təəssübkeş ziyalılarımızın vətəndaş 
fəallığı sayəsində Şərqdə ilk teatr, ilk opera, ilk kino və sair Azərbaycanda meydana gəlmişdir. Kütləvi 
surətdə  savadlanmaq,  elmə,  mədəniyyətə,  təhsilə  can  atmaq  Azərbaycan  xalqının  mənəviyyatını  da, 
həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur. 
Sovet  hakimiyyəti  illərində  (1920-1991)Azərbaycanda  çox  zəngin  iqtisadi  və  intellektual 
potensial yaranmışdır. 
XX  əsrdə  yaşayıb-yaradan  sənətkarlarımızın,  mədəniyyət  və  incəsənət  xadimlərimizin  layiqli 
həyat  yolu  bir  daha  sübut  etdi  ki,  Qobustanın  qaya  təsvirlərindən,  Azıx  mağarasından  başiayaraq 
mənəvl  deyərlərimiz  "Kitabi-Dədə  Qorqud"la,  Xaqani  Şirvani  və  Nizami  Gəncəvi  ilə,  Qazi 
Bürhanəddin və Nəsimi ilə, Şah İsmayıl Xətayi və Məhəmməd Füzuli ilə, "Şah İsmayıl", "Koroğlu", 
"Aşıq Qərib", "Abbas və Gülgəz" dastanları ilə necə qiymətlidirsə, ötən əsrin mənəvi sərvətləri ilə də 
bir o qədər uca və şöhrətlidir. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, 
Səməd Vurğun və Rəsul Rza, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə, Üzeyir Hacıbəyov və Müslüm 
Maqomayev, Bülbül, Şövkət Məmmədova və Nlyazi, Qara Qarayev və Fikrət Əmirov, Rauf Hacıyev 
və  Tofiq  Quliyev,  Abbas  Mlrzə  Şərifzadə,  Ülvi  Rəcəb  və  Rza  Təhmasib,  Sidqi  Ruhulla,  Ədil 
İsgəndərov,  Mehdi  Məmmədov  və  Ələsgər  Ələkbərov,  Mərziyə  Davudova,  Hökumə  Qurbanova  və 
Leyla  Bədirbəyli,  Səttar  Bəhlulzadə,  Mikayıl  Abdullayev  və  Tahir  Salahov...  Adları  gələcək 
minilliklərə ərməğan olacaq sənətkarların bu nəsli artıq XX əsrin mədəniyyət tarixində qızıl sətirlərə 
dönmüşdür. 
1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında" Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr 
Azərbaycan tarixinin  yeni mərhələsi başlandı. Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar 
olması  xalqımızın  həm  iqtisadi,  həm  də  mənəvi  qələbəsi  olmuşdur.  Bu  gün Azərbaycanın  təhsili, 
mədəniyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya 
sivilizasiyasına tam cavab verən bir səviyyədədir. 
Soykökə qayıdış, millətimizin özünü dərk etməsi, xalqımızın və dövlətimizin sivil bəşəriyyətin 
birgəyaşayış  qaydalarını  mənimsəmək  prosesi  gücləndikcə  Azərbaycan  xalqının  malik  olduğu 
ümumbəşəri  mədəniyyətin  təntənəsi  daha  aydın  nəzərə  çarpır.  Müstəqilliyimizin  on  ili  ərzində 


 
mədəniyyət işçilərimizin qazandığı uğurlar, bütövlükdə mədəni həyatımız belə deməyə əsas verir ki, 
XX əsr həqiqətən tarixə mədəniyyətimizin təntənəsi ilə daxil olmuşdur. 
Azərbaycan  mədəniyyəti  bu  gün  daha  möhtəşəm  bir  dövrünü  yaşayır.  Müstəqillik  dövründə 
tarixi  şəxsiyyətlərimizin,  milli  mədəniyyətimizin  görkəmli  nümayəndələrinin,  habelə  ayrı-ayrı  milli 
bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər dövlət başçımızın imzaladığı fərman və 
sərəncamlarla keçirilir. 
Azərbaycan  milli  musiqisinin  təməl  daşı,  onun  bünövrəsini  muğamlar  təşkil  edir.  Təsadüfi 
deyildir  ki,  2003-cü  BMT-nin  ixtisaslaşmış  olan  təşkilatı  YUNESKO  Azərbaycan  muğamını 
bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir. 
Hazırda Azərbaycanda 27 professional teatr, 50-dək xalq teatrı və özəl teatr, 13 konsert təşkilatı 
fəaliyyət  göstərir.  Mədəniyyət  Nazirliyi  sistemində  2  böyük  simfonik  orkestr,  xalq  çalğı  alətləri 
orkestri, bir neçə kamera və estrada kollektivi var.  
Bu gün Mədəniyyət Nazirliyi sistemində 3275 klub müəssisəsi, 4313 kitabxana, 61 mədəniyyət 
və  istirahət  parkı  fəaliyyət  göstərir.  Xalqımızın  mənəvi  sərvətlərinin  qoruyucusu,  tədqiqatçısı  və 
təbliğatçısı olan 137 muzey, 27 dövlət şəkil qalereyası və 2 bədii sərgi salonunda əsrin nailiyyətləri öz 
əksini  tapır.  Bakı  Musiqi  Akademiyası,  Mədəniyyət  və  İncəsənət  Universiteti,  Bakı  Xoreoqrafiya 
Məktəbi, musiqi, rəssamlıq texnikumları, 300-ə yaxın uşaq musiqi, rəssamlıq və incəsənət məktəbləri 
Azərbaycan mədəniyyətinin gələcəyini yaşadacaq kadrlar hazırlayır. 
Yaxın  və  uzaq  xariclə  mədəni  əlaqələr  son  illərdə  geniş  vüsət  almışdır.  Hər  il  Azərbaycan 
mədəniyyəti və incəsənəti dünyanın bir çox ölkələrində geniş nümayiş etdirilir və özünə hər dəfə çoxlu 
təzə pərəstişkarlar tapır. 
Xalqımızın  əsrlərlə  qoruyub  saxlaya  bildiyi  mədəni  dəyərlər  sırasında  qüdrətli  teatr  sənəti  öz 
qabaqcıl  mövqeyini  müstəqillik  illərində  daha  da  inkişaf etdirmişdir.  Mürəkkəb  inkişaf  yolu  keçmiş 
Azərbaycan  teatrının  repertuarı  bu  gün  daha  genişlənib.  Tamaşaçıların  zövqünü oxşayan  müxtəlif 
tamaşaları  bu  gün  Azərbaycanda  fəaliyyət  göstərən  Akademik  Milli  Dram  Teatrında,  Bələdiyyə 
teatrında, Pantomima teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür. 
Hər il teatr müəssisələrində 100-110 yeni tamaşa hazırlanır.  
Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla İçəri Şəhər 
Dövlət Tarix Memarlıq Kompleksi YUNESKO-nun "Dünya mədəni irs siyahısına daxil edilmişdir. 
UNESCO-nun  Qeyri-Maddi  Mədəni  İrs  üzrə  Hökumətlərarası  Komitəsinin  2014-cü il  noyabrın  26-da 
keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun 
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 


 
Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin 
tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.  
 


 
 
Musiqi 
 
Ümumi məlumat 
 
Azərbaycanın musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Musiqi haqqında ən qədim məlumatlar 
arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra materiallardan, Qobustan (e.ə. 12-6-cı minilliklər) və Gəmiqaya 
(e.ə. 3-1-ci minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi-Dədə Qorqud"da (7 əsr), Nizaminin, Xaqaninin, 
Füzulinin  əsərlərində  orta  əsrlərin  musiqi  həyatı,  janrları  və  alətləri  barədə  zəngin  məlumat  verilmişdir. 
Nizaminin  "Xəmsə"  əsərindən  alman  məlumatlara  əsasən  XII  əsrdə  özünün  çiçəklənmə  dövrünü yaşayan 
Azərbaycan mədəniyyətində musiqi sənəti aparıcı yerlə


 
neçə  qrupa  bölünür.  "Çoban",  "Çoban  avazı",  "Tutu  nənəm",  "Sağım  mahnısı",  "Çək,  şumla  yeri",  "Şum 
nəğməsi" kimi qədim holavarların səs diapazonları kiçik olub, reçitativ tipli melodiyaları ara-sıra işlə əlaqədar 
deyilən nidalarla ("ha-ha-ha", "o-ha", "ho-ho-a") kəsilir. Bir çox əmək nəğmələri kollektiv şəkildə oxunur və 
bəzən rəqslə müşayiət olunurdu (Lənkəran, Masallı). 
Mahnıların  qədim  növlərinə  mərasim  nəğmələri  də  daxildir.  Onlar  mövsüm  və  məişət  mərasimi 
nəğmələrinə  bölünürlər.  Mövsümi  mərasim  nəğmələrində  ayrı-ayrı  təbiət  hadisələrinə  inam  və  etiqadlar  öz 
əksini  tapmışdır.  Bu  mahnıların  bir  qrupu  yazın  gəlişi,  Novruz  bayramı  münasibətilə  yaranmış,  Günəşin 
çıxmasına,  bayram  xonçasına  və  s.  həsr  edilmişdi  ("Günəş,  çıx,  çıx,  çıx!",  "Səməni",  "Kos-kosa"  və  s.).  Bu 
mahnıların mətnini bayatılar təşkil edirdi. "Xıdır" və "Qodu-qodu" mövsümi mərasimlərdə oxunan nəğmələr də 
məşhur idi. 
Məişət mərasimi nəğmələri xalqın toy, doğum, yas mərasimlərini müşayiət etmişdir. Toy mərasimləri 
adət-ənənələrinin rəngarəngliyi, mahnı və rəqslərinin zənginliyi ilə seçilir. "Yol açın, gəlin gəlir", "Xoş gəldin", 
"Xonça  mahnısı",  "Verin  bizim  gəlini",  "Aparmağa  gəlmişik"  və  başqa  toy  mahnıları  rəngarəng  intonasiya 
çalarlarına və fəal rəqsvarı ritmə malikdir.  
Yas və dəfn mərasimlərində ağılar, oxşamalar, mərsiyələr oxunardı. Qədim 
ağıların  mətn  əsasları  oğuz  dastanlarından  götürülmüş,  sonralar  isə  ağıların  bayatı 
şəkilli  formaları  yaranmışdır.  Mərsiyələrin  mətnləri  əruz  vəznində  olub,  klassik 
ədəbiyyatdan  (Füzuli,  Şüai,  Raci,  Qüdsi  və  başqa)  götürülürdü. Matəm  mahnıları 
qəm,  kədər  ifadə  edib,  ağlaşma  ilə  bağlı  olduğundan  melodiyalarının  intonasiya 
əsasını "ağlama", "inilti", "zarıma" təşkil edirdi. 
Azərbaycan  musiqi  folklorunda  tarixi-qəhrəmanlıq  mahnıları  nisbətən  gec 
yaranmış,  onlarda  xalqın  tarixi  ilə  bağlı  müxtəlif  hadisələr  öz  əksini  tapmışdır. 
Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qatır Məmməd və Həcər haqqında nəğmələr 
bu qəbildəndir. "Piyada Koroğlu", "Qaçaq Nəbi", "Atlı Koroğlu", "Qaçaq Kərəm", 
"Kərəmxan  Sərtib"  kimi  mahnılarda  tarixi-qəhrəmanlıq  janrının  xüsusiyyətləri 
müxtəlif  səviyyələrdə  təzahür  edir.  Onların  mətn  əsaslarını  aşıq  ədəbiyyatının 
gəraylı,  qoşma,  müxəmməs  kimi  formaları  təşkil  edir.  XX  əsrin  əvvəllərində 
yüksələn inqilabi hərəkatla bağlı Səttarxana, Qatır Məmmədə həsr olunmuş mahnılar 
da yaranmışdır. 
Mahnı  yaradıcılığının  məzmun,  musiqi  düzümü  baxımından  zəngin  və  rəngarəng  hissəsini  lirik 
mahnılar  təşkil  edir.  Onlarda  xalqın  gündəlik  həyatı,  hiss-həyəcanları,  ailə  münasibətləri  öz  əksini  tapmışdır. 
Müxtəlif obrazlarla əlaqədar mahnıların melodik inkişafı daha geniş vüsət almış, nəfis bəzəklərlə aşılanmışdır. 
"Səndən mənə yar olmaz", "Onu demə, zalım  yar", "Laçın", "Küçələrə su səpmişəm", "Nə gözəldir", "Aman 
ovçu" və s. məhəbbəti, təbiəti vəsf edən lirik mahnılardır. Yumorlu "Çalpapaq", "Aman nənə" kimi mahnılar, 
meyxanalar  da  xalq  musiqi  yaradıcılığında  mühüm  yer  tutur.  Xalq  mahnılarının  melodikasına  variant 
dəyişkənliyi, sekvensiya üsulu ilə inkişaf, istinad pərdələri ətrafında gəzişmə, zəngin melizmatika xasdır. 6/8, 
3/4, 2/4 vəznləri daxilində mətn əsası ilə bağlılıqdan irəli gələn müxtəlif bölgü qruplaşmaları qeyd olunur və 
sinkopalardan istifadə edilir. 
Xalq mahnı yaradıcılığının mühüm qolu olan uşaq musiqi folkloru böyüklərin uşaqlar üçün oxuduqları 
laylaları, oxşamaları, beşik nəğmələrini və s., həm də uşaqlarm ifa etdikləri mahnıları ("düzgülər", "sanamalar", 
"uşaq lirik mahnıları") özündə birləşdirir. Bəzi əmək mahnıları ("Zəhmətin işığı", "İş başına", "Tutu nənəm" və 
s.) tədricən böyüklərin folklorundan uşaq yaradıcılığına keçmişdir.  
Azərbaycan  musiqisinin  digər  mühüm  sahəsi  şifahi  ənənəli  peşəkar  musiqidir.  İncəsənətin  bir  çox 
sahələrini (musiqi, poeziya, teatr, ifaçılıq sənəti və başqa) özündə sintezləşdirən aşıq yaradıcılığı bu musiqinin 
önəmli  qoludur.  "Aşıq"  termini  "eşq"  sözündən  yaranmış,  sənətə,  əsl  gözəlliyə  vurğunluq  mənası  daşıyır. 
Termin  kimi  təxminən  14  əsrdə  yaranmışdır.  Hələ  qədim  və  orta  əsrlərdə  aşıqların  ozan,  varsaq,  dədə  kimi 
əcdadları olmuşdur. Onların həyat və yaradıcılığını əks etdirən ilk yazılı mənbə "Kitabi-Dədə Qorqud"dur. Aşıq 
musiqi-poetik yaradıcılığı qəhrəmanlıq və vətənpərvərlik mövzuları ilə zəngin olub, xalqın istək və arzularmı, 
poetik  sevgi  lirikasını  ifadə  edir.  Onun  tərkibinə  məzmunca  zəngin,  formaca  rəngarəng  dastanlar  və  şerlər 
daxildir. Müxtəlif aşıq havaları bu formaların musiqi əsasmı təşkil edir. 
Ənənəvi  klassik  aşıq  havaları  bayatı,  gəraylı,  qoşma,  müxəmməs,  divani,  təcnis  və  başqa  poetik 
formalara  əsaslanır.  80-dən  artıq  ("Kərəmi",  "Əfşarı",  "Misri",  "Dilqəmi",  "Yanıq  Kərəmi"  və  s.)  aşıq 
havalarının ayrı-ayrı ərazi variantları mövcuddur. Dastan aşıq sənətinin önəmli janrıdır. Çoxhissəli ədəbi-bədii 
musiqili əsər  olan  dastanda  şer,  nəsr  və  musiqi  növbələşir.  Aşıq  yaradıcılığının  kiçik  formaları  dastana  daxil 
olub,  onun  tərkib  hissəsini  təşkil  edir.  Dastanlar  mövzu  etibarilə  müxtəlifdir:  qəhrəmanlıq  ("Koroğlu"), 
məhəbbət  ("Əsli  və  Kərəm")  dastanları  və  başqa  Aşıqların  əsas  musiqi  aləti  sazdır.  Sazın  əsas  üç  qrup  simi 
kvarta-kvinta  nisbətində  köklənir,  başqa  interval  nisbətləri  də  var.  Aşıq  musiqisinin  melodiya  və  forma 
xüsusiyyətləri sazın bu quruluşu ilə bağlıdır. 


 
Aşıq  havalarında  musiqi  ilə  poetik  mətnin  qarşılıqlı  əlaqəsi  onların  melodik-ritmik,  forma 
xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının vəzni hecadır. Havaların quruluşu şerin 
forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (XVI əsr), Abbas Tufarqanlı, Sarı Aşıq 
(XVII əsr), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (XVIII əsr), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli 
(XIX əsr) və başqa keçmişin görkəmli aşıqlarıdır. XX əsr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, 
Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, 
Hüseyn  Cavan,  Aşıq  Kamandar,  İmran  Həsənov,  Mikayıl  Azaflı,  Əkbər 
Cəfərov, Ədalət Nəsibov və başqa fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax, 
Tovuz,  Şamaxı  rayonlarında,  həmçinin  tarixi  Göyçə  və  Borçalı  mahallarında 
xüsusilə vüsət tapmışdır.  
Muğamlar şifahi ənənəli peşəkar musiqinin yüksək sənət nümunəsidir. 
Orta əsrlərdə klassik poeziya ilə bağlı inkişaf etməyə başlayan muğamlar dərin 
məzmun,  yüksək  ideya,  emosional  məna  daşıyan  vokal  və  instrumental 
kompozisiyalardır.  Fəlsəfi-psixoloji  məzmunlu  muğam  sənətində  insanın 
zəngin  mənəvi  aləmi,  həyat  haqqında  düşüncələri  ifadə  edilmişdir.  Muğam 
Yaxın  və  Orta  Şərqin  bir  sıra  xalqlarının  musiqi  janrıdır.  Klassik  Şərq 
musiqisində  muğamat  12  muğamdan  ("Üşşaq",  "Nəva",  "Əbusəlik",  "Rast", 
"İraq"  (Əraq),  "İsfahan",  "Zirəfkənd",  "Büzürk"  (Bozorg),  "Zəngulə", 
"Rahəvi",  "Hüseyni",  "Hicaz"),  24  şöbədən,  48  guşədən,  6  avazdan,  rəng  və 
təsniflərdən  ibarətdir.  Azərbaycan  muğamları  quruluş,  dramaturji  inkişaf, 
improvizə  xüsusiyyətləri,  ifa  üsullarına  görə  digərlərindən  fərqlənir.  Çağdaş 
Azərbaycan  muğam  musiqisində  12  əsas  muğamdan  7-si  təşəkkül  tapmışdır. 
Əsas  muğamların  adları  Azərbaycan  musiqisinin  lad  əsasmı  təşkil  edən  7 
məqamın (ladın) adı ilə eynidir ("Rast", "Şur", "Segah", "Şüştər","Çahargah", 
"Bayatı- Şiraz", "Humayun"). Hər bir muğam istinad etdiyi məqamın inkişafı 
nəticəsində onun intonasiya tərkibinin, ifadə özəlliklərinin təcəssümü kimi təşəkkül tapmışdır. Muğam fəlsəfi, 
lirik  məzmunlu  fikir  və  forma  bitkinliyinə  malik  bir  əsərdirsə,  məqam  onun  əsasına  qoyulmuş  lad  tərkibi, 
müəyyən  qayda-qanuna  tabe  olan  səs  düzümüdür.  Hər  hansı  bir  məqamın  əsasında  təkcə  onun  adına  uyğun 
muğam deyil, bir neçə muğam səslənə bilər. Məs., rast məqamına "Rast" dəstgahından başqa "Bayatı-Qacar", 
"Mahur-hindi", "Orta-mahur", "Dügah" və s. muğamlar da əsaslanır. 
Muğam  məqam-intonasiya  inkişafının  vəhdətinə,  müəyyən  dramaturji 
kompozisiyaya  əsaslanan  çoxhissəli  sil-silə  əsərdir.  Muğam  dəstgahlarında  sərbəst 
vəznli  improvizə  hissələri  -  şöbələr  dəstgahın  dəqiq  metroritmə  əsaslanan  vokal 
təsnifləri və instrumental rəngləri ilə növbələşərək təzad yaradır. Muğamlar müəyyən 
ciddi qayda-qanunla düzümlənir. Melodik inkişaf məqamın mayəsindən başlanaraq, 
yuxarı  istiqamətlənir,  ən  yüksək  həddə  -  kulminasiyaya  çatır  və  yenidən  geriyə, 
mayəyə  qayıdır.  İnkişafın  rüşeymini  məqamın  mayəsini  səciyyələndirən  kiçik 
melodik  dönmə-tezis  təşkil  edir.  Muğam  şöbələrinin  ardıcıllığı  pilləvarı  inkişaf 
quruluşunu  yaradır.  Azərbaycan  muğamlarının  vokal-instrumental  və  instrumental 
növləri  var.  Xanəndələr  muğamı  klassik  Azərbaycan  poeziyasının  örnəkləri,  lirik 
fəlsəfi məzmunlu qəzəlləri üstündə ifa edirlər. Muğamlar, adətən, xalq çalğı alətləri 
üçlüyünün (tar, kamança, dəfxanəndə) ifasında səslənir. Muğamın bir növü də zərbi 
muğamlardır  (ritmik  muğamlar).  Bunlar  "Heyratı",  "Mənsuriyyə",  "Simayi  Şəms", 
"Arazbarı",  "Ovşarı",  "Kəsmə  şikəstə",  "Qarabağ  şikəstəsi"  və  başqadır.  Zərbi 
muğamlarda  xanəndənin  muğam  improvizəsi  dəqiq  vəznli  musiqi  ilə  müşayiət 
olunur. Bu zaman poliritmik, polimetrik çoxqatlı faktura yaranır. Zərbi muğamların vokal partiyası üçün yuxarı 
registrdə səslənən zəngin melizmatikalı melodiya xasdır. Azərbaycan klassik muğamının inkişaf tarixi xanəndə 
ifaçılığı sənəti ilə sıx bağlıdır. Görkəmli xalq sənətkarları özəl muğam ifaçılığı məktəbi yaratmışlar (Hacı Hüsü, 
Səttar,  Əbülhəsən  xan  İqbal,  Əbdülbağı  Zülalov,  Cabbar  Qaryağdı  oğlu,  Keçəçi  oğlu  Məhəmməd,  Məşədi 
Məmməd Fərzəliyev, Məcid Behbudov və başqa). XIX əsrin 2-ci yarısı - XX əsr Azərbaycan muğam ifaçılığına 
müxtəlif məktəblər mövcud idi (Qarabağ, Bakı, Şirvan məktəbləri). Xanəndələrdən İslam Abdullayev, Ələsgər 
Abdullayev,  Seyid  Şuşinski,  Bülbül  (Murtuza  Məmmədov),  Xan  Şuşinski,  Zülfı  Adıgözəlov,  tarzənlərdən 
Qurban Pirimov, Mirzə Mənsur Mənsurov və başqalarının Azərbaycan musiqi tarixində mühüm xidmətləri var. 
Azərbaycan xalq musiqisi yuxarıda adları çəkilən 7 əsas və 3 əlavə məqam (Şahnaz, Sarənc, 2-ci növ 
Çahargah) üzərində qurulmuşdur. Məqamların səs sırası beş növ tetraxordun dörd üsulla birləşməsindən əmələ 
gəlmişdir.  Tetra-xordların  sayı  və  birləşmə  üsullarından  asılı  olaraq  məqam  pərdələrinin  sayı  müxtəlif  olur. 
Məqamın əsas sabit pərdəsi - mayədir (tonika). 


 
Azərbaycan  xalq  musiqi  alətləri  müxtəlifliyi  ilə  seçilir.  Nəfəs 
alətlərindən  tütək,  balaban,  zurna,  simli-mizrablı  alətlərdən  saz,  tar,  qanun 
(kanon), ud, simlika-manlı alətlərdən kamança, zərb alətlərindən dəf, nağara, 
qoşanağara geniş intişar tapmışdır. Orta əsrlərdə Azərbaycanda qopuz, rübab, 
tənbur,  setar,  çahartar,  şeştar,  bərbət,  çəng,  pandur,  santur,  nüzhə,  muğni 
(simli),  nəfır,  şeypur,  ney,  ərğənun,  musiqar,  kərrənay  (nəfəs),  təbil,  nağara, 
kus,  dəf,  dümbək,  xalxal,  sinc,  zəng,  kasə  (zərb)  və  s.  musiqi  alətləri 
olmuşdur.  
XIX  əsrin  axırlarında  zəngin  neft  yataqlarına  malik  olan  Bakı  iri 
sənaye mərkəzlərindən birinə çevrildi. Bu, ölkənin ictimai-mədəni həyatını da 
zənginləşdirdi.  Əhalinin  sosial  quruluşu  dəyişdi,  yeni  siniflər  (burjuaziya, 
proletariat, milli ziyalılar) yarandı. Bu dövr tarixdə xalqın milli dirçəlişi, yeni 
milli mədəniyyətin təşəkkülü dövrü kimi tanınmışdır. Zəngin ənənələrə malik 
xalq  və  professional  musiqi  mədəniyyəti  olan  Azərbaycanda  Avropa 
musiqisinə, onun forma və janrlarına böyük maraq formalaşmışdır. Qabaqcıl 
maarif  və  mədəniyyət  xadimləri  Avropa,  rus  mədəniyyətinin,  musiqisinin 
ənənələrinə  yiyələnməyin  əhəmiyyətini  dərk  etmiş,  bu  yolda  ilk  addımlar 
atmışlar. Azərbaycan musiqisini dünya mədəniyyəti məcrasına yönəltmək, onu geniş təbliğ etmək maarifpərvər 
ziyalıların  əsas  vəzifəsi  oldu.  19  əsrin  axırlarında  aşıq  sənəti,  muğam  ifaçılığı  (xanəndə  sənəti),  sazəndə 
ansamblları  geniş  vüsət  aldı.  Musiqinin,  muğam  sənətinin  inkişafında  müxtəlif  şəhərlərdə  fəaliyyət  göstərən 
musiqi-ədəbi  məclislər,  cəmiyyətlər,  dərnəklər  mühüm  rol  oynadı  (Şamaxıda  Mahmud  ağanın,  Seyid  Əzim 
Şirvaninin  "Beytüs-Səfa"; Şuşada Xarrat  Qulu Məhəmməd  oğlunun,  M.M.Nəvvabın,  Xurşud  banu  Natəvanın 
"Məclisi-üns", Bakıda Məşədi Məlik Mənsurovun). XIX əsrin 80-ci illərində M.M.Nəvvab yaratdığı "Məclisi-
fəramuşan"  məclisində  musiqinin  estetik  problemləri,  ifaçılıq,  muğam  sənəti  müzakirə  olunurdu.  Məclisə 
məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İslam Abdullayev, S.Şuşinski, Sadıqcan və başqa daxil 
idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Hacı Hüsü muğamları bilən müsiqişünas və alim olmuş, 
bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamlar yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX əsrin 
böyük  tar  ustadı  olmuş,  tarı  rekonstruksiya  edərək  müasir  tarı  yaratmışdır.  Məşədi  Zeynal,  Məşədi  Cəmil 
Əmirov, Şirin Axundov, Qurban Pirimov 
bu məktəbin davamçılarıdır. 
Bu  dövrdə  muğamat,  aşıq 
musiqisi,  xalq  musiqisinin  digər  janrları 
yalnız  məclislərdə,  toylarda,  xalq 
şənliklərində  deyil,  şəhər  səhnələrində, 
tələbə konsertlərində, dram tamaşalarının 
antraktlarında  səslənmişdir.  Tədricən  bu 
musiqi  proqramları  ayrılaraq  "Şərq 
konsertləri"  adı  ilə  məşhurlaşmışdır. 
Konsertlərdə 
Azərbaycan 
musiqisi 
Avropa musiqi alətlərində də ifa edilirdi. 
1897-ci  ildə  Bakıda ilk  simfonik  konsert 
səsləndi.  80-90-cı  illərdə  xarici  musiqi 
ifaçılarının 
qastrollarının 
böyük 
əhəmiyyəti  oldu.  1889-cu  ildə  Tiflis 
opera  teatrının  truppası  rus  və  xarici  opera  əsərlərini  ifa  etdi.  Məşhur  rus  müğənnisi  Fyodor  Şalyapinin 
qastrolları  xüsusi  maraq  doğurdu.  1897-1900-cü  illər  ərzində  antreprenyorlar  tərəfindən  yaradılmış  opera 
truppası  fəaliyyət  göstərirdi.  "Şərq  konsertləri"  ilə  yanaşı  ilk  milli  musiqi-səhnə  tamaşaları  yaranırdı.  İlk 
musiqili  səhnəciklər  klassik  Şərq  poeziyasından  götürülmüş  süjetlərə  əsaslanırdı.  Belə  tamaşalardan  biri  də 
1897-ci  ildə  Şuşada  Əbdürrəhim  bəy  Haqverdiyevin  rəhbərliyi  ilə  "Məcnun  Leylinin  məzarı  üstündə"  adlı 
musiqili səhnəcik idi (Məcnun - Cabbar Qar-yağdı oğlu, Leyli - Əhməd Ağdamski). XIX əsrin sonu - XX əsrin 
əvvəllərində Bakıda Həsən bəy  Zərdabinin təşəbbüsü ilə ilk "Müsəlman dramatik truppası" yaradılır. Hüseyn 
Ərəblinski,  Hüseyn-qulu  Sarabski,  Cahangir  Zeynalov,  Mirzağa  Əliyev,  Sidqi  Ruhulla  kimi  teatr 
korifeylərindən ibarət olan bu truppanın köməyi ilə ilk Azərbaycan operaları səhnəyə qoyulmuşdur. Truppanın 
qoyduğu  dram  tamaşalarının  musiqi  tərtibatı  xalq  musiqisindən  ibarət  olub,  əsasən,  antraktlarda  səslənirdi, 
ifaçıları "sazəndələr triosu", xanəndə və aşıqlar idi.  

10 
 
XX  əsrin  əvvəllərində  maarifçi  cəmiyyətlərin  ("Nicat")  fəaliyyəti  xüsusi  əhəmiyyət  daşıyırdı.  Xalqın 
təhsilinə,  mədəni-maarif  ocaqlarının,  milli  musiqi  ənənələrinin  inkişafına  xüsusi  fikir  verilirdi.  Bu  dövrdə 
Azərbaycanın  musiqi  həyatı  daha  da  canlanır.  Məşhur  rus  ifaçıları  Sergey 
Prokofyev,  Sergey  Raxmaninov,  müğənnilər  Antonina  Nejdanova,  Leonid 
Sobinov  qastrol  səfərlərinə  gəlirlər.  1900-cu  ildə  Antonina  Nikolayevna 
Yermolayeva  Bakıda  ilk  musiqi  məktəbi  açır.  Bura  Rusiyadan  tanınmış 
musiqi müəllimləri cəlb edilir (bu ənənə sonralar konservatoriya və musiqi 
təhsili  ocaqlarında  davam  etdirilir).  Musiqi  məktəbində  fortepiano  şöbəsi, 
instrumental,  xor  və  vokal  siniflər  var  idi.  Məktəbin  müəllimləri  tədris 
prosesi ilə yanaşı maarifçiliklə də məşğul olub, kamera və xor musiqisindən 
ibarət  konsertlər  təşkil  edirdilər.  Moskva  və  Peterburqdan  ifaçılar  dəvət 
edilirdi. Rus, Avropa kamera musiqisi, Azərbaycan xalq musiqi işləmələri 
səslənən  bu  konsertlər  tamaşaçıları  geniş  və  maraqlı  proqramla  tanış  edir, 
Azərbaycanın  musiqi  həyatında  mühüm  rol  oynayırdılar.  Əsası  ilk  musiqi 
məktəbində qoyulan kamera musiqisi konsertlərinin ənənəsi 20 əsrin 20-30-
cu illərində davam etdirilir. 1901-ci ildə A.N.Yermolayevanın təşəbbüsi ilə 
Rus  Musiqisi  Cəmiyyətinin  Bakı  şöbəsi  açıldı.  XX  əsrin  əvvəllərində 
ictimai-siyasi  və  mədəni  yüksəliş  şəraitində  Üzeyir  Hacıbəyov  müasir 
Azərbaycan  professional  musiqi  mədəniyyətinin  özülünü  qoydu  və  şifahi 
ənənəli  milli  sənətlə  bəstəkar  yaradıcılığının  sintezini  yaratmaqla  Şərq  və 
Qərb  mədəniyyətinin  fəal  qarşılıqlı  təsirinə  səbəb  oldu.  Ü.Hacıbəyovun  yaradıcılığında  milli  bəstəkar 
musiqisinin, demək olar ki, bütün janrlarının təməli qoyulmuşdur (opera, musiqili komediya, simfonik musiqi, 
kantata, romans-qəzəl, kütləvi mahnı və başqa). Yeni Azərbaycan musiqisinin formalaşması azadlıq ideyalarmı, 
yüksək mənəviyyatı təsdiq edən musiqili teatrdan başlandı. Ü.Hacıbəyov 1908-ci ildə tamaşaya qoyulan "Leyli 
və Məcnun" operası ilə həm milli operanm, həm də bütün müsəlman Şərqində opera sənətinin, muğam-opera 
janrının əsasını qoydu. Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poeması və xalq musiqi janrlarına (muğam, 
mahnı,  rəqs)  müraciət  etmiş,  dövrün  əhvali-ruhiyyəsi,  xalqın  mənəvi  tələbləri  ilə  səsləşən  səhnə  əsəri 
yaratmışdır. Bəstəkarın başqa erkən operaları - "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas 
və  Xurşud  banu"  (1912),  "Əsli  və  Kərəm"  (1912),  "Harun  və  Leyla"  (1915)  operaları  da  bu  janrdadır.  Bu 
operalarda  əsas  musiqi-dramaturji  vəzifəni  muğamlar  daşıyır.  Muğamlar  qəhrəmanların  obrazlarını  açmaqla 
ənənəvi musiqi səhnə formalarını əvəz edir. Operalarda xordan geniş istifadə edilmişdir (xorun musiqisi müəllif 
tərəfindən bəstələnmiş və ya xalq melodiyaları əsasında yaradılmışdır). 
Ü.Hacıbəyov  sosial-məişət  mövzularında  yazdığı  operettalarının 
musiqisini ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 
1913)  xalq  havalarına  əsaslanaraq  bəstələmiş  və  dahiyanə  əsərlər  yaratmışdır. 
Onun "Arşın mal alan" operettası dəfələrlə ekranlaşdırılmış, ingilis, alman, çin, 
ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmiş, dünyanı 
gəzərək,  Moskva,  İstanbul,  Nyu-York,  Paris,  London,  Tehran,  Qahirə,  Pekin, 
Berlin,  Varşava,  Sofiya,  Budapeşt,  Buxarest  və  digər  şəhərlərdə  tamaşaya 
qoyulmuşdur. 
Yeni  Azərbaycan  musiqi  mədəniyyətinin  təşəkkülü  və  inkişafında 
Müslüm  Maqomayevin  mühüm  xidməti  olmuşdur.  Bəstəkar  operalar  ("Şah 
İsmayıl", 1916; "Nərgiz", 1935 və s.), simfonik əsərlər, kütləvi mahnılar müəllifi 
kimi  bu  janrların  inkişafına  böyük təsir  göstərmiş,  kino  və  dramatik  əsərlərə 
musiqi yazmış, xalq musiqi folklorunu toplayıb tədqiq etmiş, Azərbaycanda ilk 
peşəkar  opera  dirijoru  kimi  opera  ifaçılığı  sənətinin  inkişafında  müstəsna  rol 
oynamışdır. 
Azərbaycanın  ilk  bəstəkarlarından  biri  də  Zülfüqar  Hacıbəyovdur.  O, 
"Aşıq Qərib" (1916) operasının, "Əlli yaşında cavan" (1909), "Evliykən subay" (1911) musiqili komediyalarının 
müəllifidir. 
Demokratik-inqilabi  hərəkat  dövründə  Azərbaycan  musiqili  teatr  sənətinin  inkişafında  H.Sarabski, 
Ə.Ağdamski, M.Əliyev, Məmməd Hənifə Terequlov kimi görkəmli müğənni-aktyorların fəaliyyəti müstəsnadır. 
1920-ci ildə xüsusi qərarla teatrlar dövlət teatrları statusu aldı. 1925-ci ildə Azərbaycan opera heyəti dramatik 
heyətdən  ayrıldı,  rus  opera  heyəti  də  ona  birləşdirildi.  Bu  da  Azərbaycanda  opera  sənətinin  inkişafına  təkan 
verdi.  Opera  teatrının  Azərbaycan  heyətinə  görkəmli  sənətkarlar  H.Sarabski,  M.Terequlov,  Ə.Ağdamski, 
Hüseynağa Hacıbababəyov, Qurban Pirimov (tar), sonradan Bülbül, M.Bağırov, ilk azərbaycanlı peşəkar qadın 
müğənni Şövkət Məmmədova daxil idilər. Daha sonra opera səhnəsinə Qənbər Zülalov, Xurşid Qacar, Sürəyya 
Qacar,  Cahan  Talışınskaya  və  başqaları  gəldilər.  Yeni  musiqi  təhsil  ocaqları  -  Azərbaycan  Dövlət 

11 
 
Konservatoriyası  (1921;  1949  ildən  Ü.Hacıbəyov  adına),  respublikanın  müxtəlif  şəhərlərində  musiqi 
texnikumları və məktəbləri təsis olundu. Ü.Hacıbəyovun təşəbbüsü ilə tədris müəssisələrində xalq çalğı alətləri 
şöbələri açıldı. Azərbaycanlılarla yanaşı Nikolay İvanoviç Speranski, Boris İsakoviç Zeydman, V.A. Nikolski, 
Leopold  Vitalyeviç  Rostropoviç,  Georgi  Georgiyeviç  Şaroyev,  Mayor  Rafailoviç  Brenner  və  digər  məşhur 
musiqiçi 
pedaqoqlar 
fəaliyyət 
göstərirdilər. 
20-30-cu 
illər 
Azərbaycan 
musiqisinin  yeni  yüksəliş  dövrü  kimi 
səciyyələnir.  Bu  illərdə  yeni  ifaçılıq 
kollektivləri, Simfonik Orkestr (1920), ilk 
notlu Xalq Çalğı Alətləri Orkestri (1931), 
Azərbaycan  Bəstəkarlar  İttifaqı  (1934), 
Musiqili Komediya Teatrı (1938, hazırda 
Ş.Qurbanov adına), Xalq Yaradıcılığı Evi 
(1939),  Azərbaycan  xalq  musiqisini 
toplamaq  və  tədqiq  etmək  məqsədilə 
Azərbaycan  Dövlət  Konservatoriyası 
yanında  elmi-tədqiqat  musiqi  kabineti 
(1932) təşkil edildi. 1926-cı ildə yaranan 
ilk çoxsəsli xor kollektivi tezliklə dağıldı, 
yenidən  təşkil  olunan  Dövlət  Xoru, 
Mahnı  və  Rəqs  ansamblı  Azərbaycan 
Dövlət  filarmoniyasında  (1936,  hazırda 
M.Maqomayev  adına)  cəmləşdirildi.  1938-ci  ildə  filarmoniyanın  nəzdində  simfonik  orkestr  (hazırda 
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, 1944) təşəkkül tapdı. 
Opera  sənətində  Azərbaycan  milli  musiqisinin  yeni  üslubu  təşəkkül  tapmağa  başladı.  Reynqold 
Moriseviç  Qliyer  Azərbaycan  musiqi  folklorundan  geniş  istifadə  edərək,  "Aşıq  Qərib"  dastanı  əsasında 
"Şahsənəm" (1925, tamaşası 1927; 2-ci redaksiyası 1934) operasını yazdı. Bu opera 
dünya  musiqi  mədəniyyəti  nailiyyətlərindən  bəhrələnməklə  Azərbaycan  xalq 
musiqisi  nümunələri  əsasında  klassik  opera  yaradılması  yolunda  ilk  təşəbbüs  idi. 
M.Maqomayev  opera  janrının  klassik  formalarına  əsaslanaraq  "Nərgiz"  operasını 
(1935; yeni redaksiyası 1938) bəstələdi. "Nərgiz" müasir mövzuya həsr edilmiş ilk 
Azərbaycan operası idi. M.Maqomayev xalq musiqisinin müxtəlif janrlarının üslub 
özəlliklərindən istifadə edərək, klassik opera formaları olan ariya, xor, reçitativ və s. 
yaratmışdır. Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq eposu əsasında bəstələdiyi 
"Koroğlu"  operasında  (1937;  SSRİ  Dövlət  mükafatı,  1941)  milli  musiqinin  janr, 
kompozisiya,  məqam  -  intonasiya  əsası  ilə  klassik  opera  sənətinin  musiqi  ifadə 
vasitələri  və  kompozisiya  xüsusiyyətlərinin  üzvi  vəhdətinə  nail  olmuş,  milli  opera 
sənətinin  şah  əsərini  yaratmışdır.  Həqiqi  novatorluğu  ilə  fərqlənən  "Koroğlu" 
Azərbaycan musiqisinin yeni inkişaf prinsiplərini müəyyənləşdirdi. 
20-30-cu  illərdə  Azərbaycanda  kütləvi  mahnı  janrı  təşəkkül  tapır. 
Ü.Hacıbəyovun  "Qızıl  əsgər  marşı",  "Komsomolçu  qız",  "Qaragöz",  "Pilotlar", 
"Süvari"; M.Maqomayevin "Neft", "Tarla", "Bahar" bu janrın ilk nümunələridir. 
20-40-cı illərdə yeni bəstəkarlar nəsli meydana gəldi. İlk peşəkar bəstəkarlardan A.Zeynallı "Ölkəm", 
"Sual",  "Çadra",  "Seyran"  və  başqa  əsərləri  ilə  milli  romans  janrmı  yaratdı.  O,  romanslarında  ənənəvi 
mahnıvariliklə  reçitativ-deklamasiya  üslubunu  sintezləşdirib  milli  lad-intonasiya  sisteminin  çərçivələrini 
genişləndirməklə  yanaşı,  ilk  milli  kamera-instrumental  (fortepiano  üçün  "Uşaq süitası",  iki fuqa, "Çahargah", 
skripka  və  fortepiano  üçün  "Muğamsayağı")  və  simfonik  (simfonik  orkestr  üçün "Fraqmentlər")  əsərləri  də 
yaratmışdır.  Səid  Rüstəmov  isə  respublikada  ilk  dəfə  çağdaş  mövzuda  yazılmış  musiqili  komediyanın  ("Beş 
manatlıq  gəlin",  1938)  müəllifidir.  Ə.Bədəlbəyli  ilk  milli  Azərbaycan  baletini  ("Qız  qalası",  1940;  2-ci 
redaksiyası  1959)  yaratmışdır.  30-cu  illərin  əvvəllərində  simfonik  orkestr  (Ü.Hacıbəyov,  "Təntənəli  marş"; 
M.Maqomayev,      "Azərbaycan    çöllərində",  "Azad  qadının  rəqsi",  "Azərbaycan  radio  marşı  RV-8")  və  xalq 
çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov, 1-ci və 2-ci fantaziyalar) əsərlər yazıldı. 
30-cu illərin 2-ci yarısında yeni bəstəkar nəslinin yaradıcılığında simfonik musiqinin növbəti örnəkləri 
(Niyazi,  C.Hacıyev,  Q.Qarayev)  yarandı.  Bu  dövrdə  Ü.Hacıbəyov  ilk  Azərbaycan  kantatalarını  (Firdovsinin 
1000  illiyi  münasibətilə,  1934;  müasir  mövzuda,  1939),  M.Maqomayev,  Ə.Bədəlbəyli,  Niyazi,  Q.Qarayev, 
C.Hacıyev teatr tamaşalarına musiqi bəstələdilər. 

12 
 
Yeni  milli  vokal  sənəti  məktəbinin  banisi  Bülbülün  yaradıcılığı  Azərbaycan  musiqi  ifaçılığının 
inkişafında önəmli mərhələ təşkil edir. İlk peşəkar qadın müğənni SSRİ xalq artisti Ş.Məmmədovanın, eləcə də 
Azərbaycanın  xalq  artistiləri  M.Bağırov,  Ağa-baba  Bünyadzadə,  Həqiqət  Rzayeva,  Əlövsət  Sadıqov, 
H.Hacıbababəyov,  Gülxar  Həsənova  kimi  müğənnilərin  ifaçılıq  sənəti  çiçəklənmə  dövrü  keçirirdi.  İlk 
azərbaycanlı  balerina  Qəmər  Almaszadə,  opera  tamaşalarının  quruluşçusu,  rejissor  İsmayıl  Hidayətzadə  və 
dirijor  Əşrəf  Həsənovun  yaradıcılıq  fəaliyyəti  də  məhz  bu  dövrdə  başlandı.  Niyazi  milli  simfonik  dirijorluq 
məktəbinin  özülünü qoydu.  Azərbaycan  musiqisinin  nailiyyətləri  Moskvada 
keçirilən  Azərbaycan  incəsənəti  ongünlüyündə  (1938)  uğurla  nümayiş 
etdirildi. 
1941-45-ci  illər  müharibəsi  dövründə  qəhrəmanlıq  və  vətənpərvərlik 
mövzusu  mahnılarda,  xalq  çalğı  alətləri  üçün  yazılmış  əsərlərdə 
(Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və Cövdət Hacıyevin "Vətən" (1945; 
SSRİ  Dövlət  mükafatı,  1946)  operasında,  Q.Qarayev,  C.Hacıyev  və  Soltan 
Hacıbəyovun  Birinci  simfoniyalarında  (Azərbaycan  musiqisində  simfonik 
janrın  ilk  örnəkləri)  öz  əksini  tapmışdır.  Vətənpərvərlik  hissləri,  dövrün 
gərgin,  dərin  məzmunlu  problemlərini  müasir  ifadə  vasitələri  ilə  yeni 
formalarda  ifadə  etmək  zərurəti  bəstəkarları  iri  simfonik  formalara  müraciət 
etməyə  sövq  edirdi.  40-cı  illərdən  başlayaraq  simfonizm  Azərbaycan 
bəstəkarlarının  yaradıcılıq  axtarışlarında  aparıcı  yer  tutdu.  Q.Qarayev, 
C.Hacıyev,  S.Hacıbəyov,  Niyazi,  Fikrət  Əmirov  bir  sıra  əsərlər  yaratdılar. 
Dövrün aktual  mövzusu  opera  janrı  sahəsində  də  öz  ifadəsini  tapdı.  Böyük 
Vətən  müharibəsinə  həsr  edilmiş  əsərlərdən  Q.Qarayev  və  C.Hacıyevin 
"Vətən" operası geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Əsərdə xalq 
musiqisi ilə (xalq mahnıları, aşıq və muğam sənəti) klassik opera formalarının 
üzvi vəhdəti yolunda axtarışlar davam etdirilmişdi. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun 
"Sənsiz" və "Sevgili canan" romans-qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni 
romans-qəzəl  janrının  yaradıcısı  Ü.Hacıbəyov  bu  əsərlərdə  nitqi,  şeriyyəti  yüksək 
sənətkarlıqla  işləyərək  musiqi  dilinə  çevirmiş,  deklamasiya  ilə  kantilena  tipli 
melodiyanın  sintezini  yaratmışdır.  Böyük  Vətən  müharibəsi illərində  kütləvi  mahnı 
janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçdi. Bu janrda Ü.Hacıbəyovun 
vətənpərvərlik duyğuları aşılanmış mahnıları ("Şəfqət bacısı", "Yaxşı yol", "Çağırış", 
"Ananın oğluna nəsihəti") yazıldı. Onun "Vətən və cəbhə" kantatası isə dövrünün ən 
parlaq  vətənpərvərlik  əsərlərindəndir.  Bu  dövrdən  Azərbaycan  musiqisinin  janr 
hüdudları genişləndi, müasir mövzulara meyil gücləndi. Bəstəkarlardan Məmmədağa 
İsrafilzadə,  Hacıağa  Nemətov,  S.Srebnitski  müharibədə  həlak  oldular.  Bu  illərdə 
Azərbaycan  musiqisi  Cənubi  Qafqaz  respublikaları  musiqi  ongünlüyündə  (1944, 
Tbilisi) geniş təmsil olundu.  
Müharibədən  sonrakı  illərdə  milli  musiqinin  bütün janrları  intensiv  inkişaf 
etdirildi.  50-ci  illərin  musiqi  yaradıcılığı  mövzu  müxtəlifliyi  və  janr  çeşidinin 
zənginliyi ilə fərqlənir. Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, R.Hacıyev, 
T.Quliyev,  Niyazi,  S.Rüstəmov,  C.Cahangirov  kimi  bəstəkarların  yaradıcılığında 
xalqların azadlıq uğrunda mübarizəsi, müharibədən sonra yeni həyat quruculuğu və 
başqa yeni mövzular intişar tapdı. Müasir insan, onun daxili aləmi mövzusu C.Cabbarlının eyniadlı pyesi üzrə 
F.Əmirovun  bəstələdiyi  "Sevil"  operasının  (1953)  əsasını  təşkil  edir.  Lirik-psixoloji  janra  aid  olan  bu  əsərdə 
Azərbaycan  qadını  obrazı  xalqın  həyatı,  tarixi  ilə  əlaqəli  verilmişdir.  "Sevil"  operası  milli  koloriti,  dərin 
emosional ifadəliliyi ilə fərqlənir. 
Q.Qarayevin "Yeddi gözəl" baleti ilə (1952, Nizaminin eyniadlı poeması üzrə; baletmeyster P.A.Qusev, 
Azərbaycan Opera və Balet Teatrı, 2-ci redaksiyası 1959; 3-cü redaksiyası 1978) Azərbaycan balet sənətində 
yeni musiqi dramaturgiyasının əsası qoyulmuşdur. 
1958-ci  ildə  Q.Qarayevin  "İldırımlı  yollarla"  baleti  (Lenin  mükafatı,  1967;  P.  Abrahamsın  eyniadlı 
romanı üzrə; baletmeyster K.M.Sergeyev) Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş 
qəhrəmanların  faciəli  sevgisini  kəskin  münaqişəyə  qədər  yüksəldərək,  mövzu  etibarilə  çağdaş,  musiqi  həllinə 
görə  özgün tamaşa  yaratmışdır.  Əsər  aydın  musiqi  konsepsiyası,  parlaq  xarakterləri,  Cənubi  Afrika  musiqi 
folklorundan  böyük  sənətkarlıqla  istifadə  edilməsi  ilə  diqqəti  cəlb  edir.  S.Hacıbəyov  müasir  insanların 
həyatından bəhs edən "Gülşən" baletini (1950, SSRİ Dövlət mükafatı, 1952) yazdı. F.Əmirovun "Gözün aydın" 
(1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir. 

13 
 
50-ci  illərdə  simfonik  musiqi  sahə-sində  xüsusi  inkişaf  nəzərə  çarpır.  Dövrün  mühüm  ictimai-siyasi 
mövzuları  bəstəkarların  müxtəlif  səpgili  simfonik  əsərlərində  öz  ifadəsini  tapır.  Bəstəkarların  simfonik 
yaradıcılığının  janr  və  üslub  tərkibi  çeşidliyi  ilə  fərqlənir.  Bu  dövrdə  Q.Qarayev,  F.Əmirov,  C.Hacıyev, 
S.Hacıbəyov, Niyazi ("Rast" simfonik muğamı, 1949), R.Hacıyev 
fəal  yaradıcılıq  işi  aparırdılar.  Q.Qarayevin  bu  dövr  əsərlərində 
bəstəkarın simfonizminə məxsus münaqişəli dramaturgiya, məntiqi 
inkişaf,  parlaq  intonasiya  ifadəliliyi  özünü göstərirdi  ("Leyli  və 
Məcnun" simfonik poeması, SSRİ Dövlət mükafatı, 1948; "Yeddi 
gözəl" simfonik süitası, 1948; Alban rapsodiyası, 1952). F.Əmirov 
musiqi  tarixində  simfonik  muğam  janrının  yaradıcısı  kimi 
məşhurdur  ("Şur",  "Kürd  ovşarı",  SSRİ  Dövlət  mükafatı,  1949). 
Bəstəkar  muğamların  məqam,  mövzu  və  digər  üslub 
xüsusiyyətlərini 
ustalıqla 
simfonikləşdirmişdir. 
Əmirov 
simfonizminə  xas  olan  orkestr  boyalarının  əlvanlığı,  janr 
rəngarəngliyi, obraz zənginliyi onun bu dövrdə yazdığı əsərlərində 
öz ifadəsini tapdı (simli orkestr üçün "Nizami" simfoniyası, 1947; 
"Azərbaycan"  simfonik  süitası,  1950).  C.Hacıyev  simfonizmi 
obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə 
fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığı parlaq janr boyaları ilə aşılanmışdır ("Karvan" simfonik lövhəsi, 
1945; orkestr üçün uvertüra, 1956). 
C.Cahangirov  vokal-simfonik  əsərlər  ("Arazın  o  tayında"  poeması,  SSRİ  Dövlət  mükafatı,  1950; 
"Füzuli" kantatası, 1959) bəstələdi. "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də 
kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Cənubi Azərbaycanda azadlıq mübarizəsinə həsr 
edilmiş bu əsər obrazlılığı, siyasi aktuallığı, musiqi dilinin milli koloriti ilə fərqlənir. "Füzuli" kantatasında isə 
Füzuli poeziyasının obraz dairəsi polifonik inkişafa malik xor musiqisi vasitəsilə ifadə edilmişdir. Bu dövrdə 
kamera  musiqisinə,  xüsusilə  instrumental  musiqiyə  maraq  daha  da  artdı  (Q.Qarayev,  F.Əmirov,  C.Hacıyev, 
Elmira  Nəzirova,  Azər  Rzayev  və  başqa).  Mahnı  janrının  yüksəlişi  S.Rüstəmov,  Tofıq  Quliyev,  R.Hacıyev, 
C.Cahangirov,  Qəmbər  Hüseynli  yaradıcılığı  ilə  sıx  bağlıdır.  Ağabacı  Rzayeva,  Ədilə  Hüseynzadə,  Şəfiqə 
Axundova  kimi  qadın  bəstəkarların  mahnı  yaradıcılığı  da  əhəmiyyətlidir.  Bu  dövrdə  bir  sıra  kinofilmlərə  və 
dram  tamaşalarına  musiqi  bəstələnmiş,  ifaçılıq  sənəti  püxtələşmişdir.  1957-ci  ildə  ilk  Dövlət  simli  kvarteti 
[Azad Əliyev, Murad Tağıyev, Rəşid Seyidzadə, Sabir Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı 
beynəlxalq  müsabiqəsinin  (1957,  Moskva)  laureatı]  yaradıldı.  SSRİ  xalq  artistləri  Firəngiz  Əhmədova 
(müğənni),  Leyla  Vəkilova  (balerina),  əməkdar  incəsənət  xadimi  Çingiz  Hacıbəyov  (dirijor)  və  başqaları  ilə 
təmsil olunan yeni ifaçılar nəsli yetişdi. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının 1-ci qurultayı keçirildi. 
60-80-ci  illər  Azərbaycan  musiqisi  yaşlı  nəsil  bəstəkarlarının  yaradıcılıq  fəallığı,  yeni  bəstəkar 
qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq 
əlaqələrin  genişlənməsi  ilə  seçilir.  Azərbaycan  bəstəkarlarının  peşəkarlıqlarının 
təkmilləşməsi  yazı  texnikalarından,  yeni  musiqi  ifadə  vasitələrindən  istifadə  etməyə 
şərait yaratdı. 
60-80-ci illərdə ümumbəşəri ictimai əhəmiyyət daşıyan mövzular müasir dövrün 
aktual  fəlsəfi-etik  problemləri  ilə  əlaqədə  verilirdi.  Yeni  forma,  ifadə  vasitələri 
axtarışları aparılırdı. Folklorla əlaqə yeni musiqi təfəkkürü sistemi səviyyəsində təzahür 
edirdi.  Opera  və  balet  Azərbaycan  bəstəkarlarının  çox  müraciət  etdikləri  janrlara 
çevrilirdi. Arif Məlikovun "Məhəbbət əfsanəsi" (1961), "Bu torpaqda iki nəfər" (1969), 
"İki  ürək  dastanı"  (1982),  F.Əmirovun  "Nə-simi  haqqında  dastan"  (1973;  Azərbaycan 
SSR  Dövlət  mükafatı,  1974),  "Min  bir  gecə"  (1979;  SSRİ  Dövlət  mükafatı,  1980) 
baletləri geniş şöhrət qazandı. Bu dövrdə Niyazi ("Çitra",  1962, 2-ci redaksiya, 1972), 
Əşrəf Abbasov ("Qaraca qız", 1965), R.Hacıyev ("Ləzgi-həngi", "Yallı", "Hürriyyə" və s., 1969, 1970, 1979), 
T.Bakıxanov  ("Xəzər  balladası",  "Şərq  poeması",  1968,  1989),  F.Qarayev  ("Qobustan  kölgələri", 
"Kaleydoskop",  1969,  1971),  L.Vaynşteyn  ("İlham",  1977),  N.Məmmədov  ("Humay",  1981),  A.Əlizadə 
("Babək",  1986)  balet  əsərləri  yaratdılar.  R.Mustafayevin  "Vaqif"  (1960),  S.Ələsgərovun  "Bahadır  və  Sona" 
(1961), V.Adıgözəlovun "Ölülər" (1963), Z.Bağırovun "Aygün" (1972), Ə.Bədəlbəylinin "Söyüdlər ağlamaz" 
(1971),  Ş.Axundovanm  "Gəlin  qayası"  (1972),  M.Quliyevin  "Aldanmış  kəvakib"  (1977),  C.Cahangirovun 
"Xanəndənin taleyi" (1978) əsərləri 60-70-ci illər Azərbaycan opera sənətini təmsil edirdi. R.Hacıyevin "Romeo 
mənim qonşumdur" (1960), "Kuba, məhəbbətim mənim" (1963), "Yolayrıcı" (1981) və s. operettaları müxtəlif 
səhnələrdə tamaşaya  qoyulmuşdur.  Q.Qarayevin  "Coşğun  qaskoniyalı"  müziklində  (1973;  E.Rostanm  "Sirano 
de Berjerak" pyesinin motivləri üzrə) janrın yeni aspektləri meydana çıxdı. Bu dövrün Azərbaycan operettası 
Z.Bağırov  ("Qaymana",  1964),  S.Ələsgərov  ("Milyonçunun  dilənçi  oğlu",  1966;  Ü.Hacıbəyov  ad.  respublika 

14 
 
mükafatı,  1967),  T.Quliyev  ("Sənin  bircə  sözün",  1967),  A.Məlikov  ("Dalğalar",  1967),  A.Rzayev  ("Hacı 
Kərimin  aya  səyahəti",  1967),  T.Bakıxanov  və  N.Məmmədov  ("Məmmədəli  kurorta  gedir",  1969),  Vasif 
Adıgözəlov ("Nənəmin şahlıq quşu", 1971), Emin Sabitoğlu ("Hicran", 1973) və başqalarının əsərləri ilə təmsil 
olunmuşdur. 
Azərbaycan bəstəkarları simfonik  musiqinin müxtəlif janrlarına müraciət etmişlər. Q.Qarayevin "Don 
Kixot"  simfonik  qravürləri  (1960),  kamera  orkestri  üçün 3-cü simfoniyası (1965)  və  skripka  ilə  orkestr  üçün 
konsertində  (1967)  çağdaş  dövrün mürəkkəb  təzadları,  bəstəkarın  həyat,  insan  haqqında  düşüncələri  əksini 
tapmışdır (Bu əsərlərdə 12 tonlu seriya texnikası ilə milli musiqinin üzvi sintezinin parlaq nümunəsi yaranmış, 
millilik  anlayışının  yeni  çalarları  müəyyən  edilmişdir).  F.Əmirovun  "Azərbaycan  kapriççiosu"  (1961), 
"Gülüstan-Bayatı-Şiraz" simfonik muğamı (1971), "Azərbaycan qravürləri" (1977) janr rəngarəngliyi ilə seçilir. 
C.Hacıyev  (5-ci,  "İnsan,  Torpaq,  Kosmos"  simfoniyası,  1972),  S.Hacıbəyov  (böyük  simfonik  orkestr  üçün 
konsert,  1964,  Azərbaycan  SSR  Dövlət  mükafatı,  1970),  A.Məlikov  (2-6-cı  simfoniyalar,  1969-85; 
"Metamorfozlar",  1964),  V.Adıgözəlov  (fortepiano  ilə  orkestr  üçün  3-cü konsert,  1985),  X.Mirzəzadə  (2-ci 
simfoniya,  1970,  Azərbaycan  SSR  Dövlət  mükafatı,  1976),  Aqşin  Əlizadə  (1-4-cü simfoniyalar,  1962,  1966, 
1984,  1985)  yeni  musiqi  əsərləri  yaratmışlar.  Ramiz  Mustafayev,  M.Mirzəyev,  N.Məmmədov,  A.Rzayev, 
F.Qarayev,  İ.Məmmədov,  Oqtay  Zülfüqarov,  İ.Hacıbəyov,  A.Dadaşov,  C.Quliyev  və  başqa  simfonik  musiqi 
sahəsində uğurla çalışmışlar. Hacı Xanməmmədov tar və simfonik orkestr üçün 4 konsertin (1952, 1966, 1973, 
1984,  1-ci  konserti  Azərbaycanda  bu  janrda  yazılmış  ilk  əsərdir)  müəllifidir.  S.Rüstəmov  (1972),  Süleyman 
Ələsgərov (1983) tar ilə xalq çalğı alətləri orkestri üçün konsertlər bəstələmişlər. 
Vokal-simfonik və xor musiqisi janrına C.Cahangirov ("Sabir" oratoriyası", 1962; "Nəsimi" kantatası, 
1980),  S.Rüstəmov  ("Azərbaycan"  kantatası,  1971),  R.Mustafayev  ("Hüseyn  Cavid"  oratoriyası,  1983), 
A.Məlikov  ("Vətən"  vokal-simfonik  poeması,  1964),  A.Əlizadə  ("Bayatılar"  xor  silsiləsi,  1969;  "26-lar" 
kantatası,  1975,  Azərbaycan  SSR  Dövlət  mükafatı,  1978),  N.Məmmədov  ("Azərbaycan"  oratoriyası,  1978), 
M.Mirzəyev  ("İran  motivləri"  vokal-simfonik  silsiləsi,  1979),  İ.Hacıbəyov  ("Memorial"  kantatası,  1984)  və 
başqa müraciət etmişlər. 
Kamera-instrumental  musiqi  janrına  Q.Qarayev, 
C.Hacıyev,  F.Əmirov,  Xəyyam  Mirzəzadə,  T.Bakıxanov, 
A.Rzayev,  M.Quliyev  və  başqa  maraq  göstərmişlər. 
F.Əlizadənin  violonçel  və  fortepiano  üçün  "Habilsayağı" 
kompozisiyası  (1981)  geniş  ifa  edilir.  Kamera-vokal 
musiqisi 
A.Məlikov, 
Ə.Hüseynzadə, 
F.Quliyeva, 
S.İbrahimova  və  başqanın  yaradıcılığı  ilə  təmsil  olunur. 
F.Əmirov,  C.Cahangirov,  Ş.Axundova,  S.Ələsgə-rov, 
V.Adıgözəlov,  T.Hacıyev,  E.Sabitoğlu,  P.Bülbüloğlu, 
O.Kazımov,  R.Mirişli,  E.İbrahimova,  A.Bəbirov  və  başqa 
mahnı  janrında  da  diqqətəlayiq  əsərlər  yaratmışlar. 
A.Məlikovun  soprano  və  simli  orkestr  üçün N.Hikmətin 
sözlərinə  bəstələdiyi  2  sikl  romansları  (1962,  1984)  bu 
janrın dəyərli nümunələridir. 
T.Quliyev,  R.Hacıyev,  C.Cahangirov,  A.Məlikov, 
X.Mirzəzadə,  V.Adıgözəlov,  E.Sabitoğlu,  P.Bülbüoğlu  və  başqaları  kino  və  dram  tamaşalarına  musiqi 
yazmışlar. Uşaq musiqisi sahəsində O.Zülfüqarov, S.İbrahimova, O.Rəcəbov, R.Şəfəq və başqa fəal çalışırlar. 
Azərbaycan  bəstəkarlarının  simfonik  və  kamera  musiqisi  50-ci  illərdən  etibarən  xaricdə  geniş  ifa 
edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin 
və S.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və  yüksək qiymətləndirilmişdir. 80-ci illərdə 
A.Məlikov,  X.Mirzəzadə,  A.Əlizadə,  F.Əlizadə,  F.Qarayev  və  başqanın  əsərləri  Avropa,  Amerika,  Asiyada 
uğurla ifa edilmişdir. Müğənnilər, SSRİ xalq artistləri R.Behbudov, F.Əhmədova, M.Maqomayev, Z.Xanlarova, 
L.İmanov,  Fidan  Qasımova,  Azərbaycanın  xalq  artistləri  R.Atakişiyev,  Xuraman  Qasımova,  pianoçular, 
Azərbaycanın  xalq  artistləri  Fərhad  Bədəlbəyli,  Tamilla  Mahmudova,  Çingiz  Sadıqov,  Zöhrab  Adıgözəlzadə, 
əməkdar  incəsənət  xadimləri  Elmira  Nəzirova,  Elmira  Səfərova,  skripkaçalanlar,  Azərbaycanın  xalq  artistləri 
Azad  Əliyev,  Sərvər  Qəniyev,  altçalanlardan  Çingiz  Məmmədov,  Rəşid  Seyidzadə,  violonçel  çalanlardan 
Azərbaycanın  xalq  artistləri  Sabir  Əliyev,  Rauf  Abdullayev,  kontrabasçalan  İslam  Hüseynov,  nəfəs  alətləri 
ifaçılarından  Müzəffər  Ağamalızadə,  Rəhim  Babayev,  Ələkbər  İskəndərov  (fleyta),  Kamil  Cəlilov  (qoboy), 
Əliheydər  Paşayev  (valtorn),  Hidayət  Hüseynov  (truba),  orqançalanlar  Zəhra  Cəfərova,  Rasimə  Babayeva, 
Tahirə  Yaqubova,  Rəna  İsmayılova,  dirijorlar  -  xalq  artistləri  Kamal  Abdullayev,  Rauf  Abdullayev,  Nazim 
Rzayev, əməkdar incəsənət xadimləri Nadir Əzimov, Kazım Əliverdibəyov, Ramiz Məlikaslanov, xor dirijorları 
-  xalq  artisti  R.Mustafayev,  əməkdar  incəsənət  xadimləri  Ləman  Atakişiyeva,  Z.Bağırov,  Eduard  Novruzov, 

15 
 
Əfsər  Cavanşirov,  dirijor  Yalçın  Adıgözəlov  və  başqa  müasir  Azərbaycan  ifaçılığının  tanınmış 
nümayəndələridir. 
Azərbaycan  muğam  ifaçılıq  və  el  sənəti  ənənələrinin  qorunub  saxlanılması  və  inkişafında 
xanəndələrdən  xalq  artistləri    X.Şuşinski,  Rübabə  Muradova,  Şövkət  Ələkbərova,  Əbülfət  Əliyev,  Sara 
Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Arif Babayev, İslam Rzayev, Hacıbaba Hüseynov, Qədir 
Rüstəmov,  Canəli  Əkbərov,  Alim  Qasımov,  əməkdar  artist  Z.Adıgözəlov,  tarzənlərdən  xalq  artistləri  Əhməd 
Bakıxanov,  Hacı  Məmmədov,  Bəhram  Mənsurov,  Əliağa  Quliyev,  Ramiz  Quliyev,  əməkdar  artistlər  Əhsən 
Dadaşov, kamançaçalanlardan xalq artistləri Habil Əliyev, Şəfiqə Eyvazova, nağara-çalan əməkdar artist Çingiz 
Mehdiyev,  qarmonçalanlardan  Abutalıb  (A.Yusifov),  Kor  Əhəd,  Kərbəlayi  Lətif,  Teyyub  Dəmirov,  Avtandil 
İsrafilov, sazçalan Ədalət Nəsibov və başqa xüsusi xidmət göstərmişlər. Respublikada həmçinin kamera orkestri 
(1964, rəhbəri N.Rzayev), xor kapellası (1966, bədii rəhbəri E.Novruzov, sonralar G.İmanova), Muğam Teatrı 
(1989,  bədii  rəhbəri  İ.Rzayev),  Azərbaycan  televiziyası  və  radiosunun  Niyazi  ad.  simfonik  orkestri,  Musiqi 
cəmiyyəti (1987- 89 illərdə sədri R.Behbudov, 1989 ildən F.Bədəlbəyli) fəaliyyət göstərir. 1989-cu ildə Dövlət 
Nəfəs Alətləri Orkestri yaradılmışdır. 
Azərbaycan 
musiqisinin 
uğurları 
respublika 
bəstəkarlarının 
qurultaylarında  (1962,  1968,  1973,  1979,  1985,  1990),  "Zaqafqaziya  baharı" 
festivallarında (1958, 1965, 1975), Alma-Ata, Səmərqənd simpoziumlarında və 
bir  sıra  başqa  xarici  ölkələrdə  keçirilən  milli  incəsənət  günlərində  və 
ongünlüklərdə  nümayiş  etdirilmişdir.  Azərbaycan  musiqi  ifaçılığının 
inkişafında  respublikada  keçirilən  müxtəlif  müsabiqə  və  festivalların 
əhəmiyyəti böyükdür. Bunlardan xalq çalğı alətləri ifaçılarının Ü.Hacıbəyov ad. 
müsabiqəsi  (1986,  Bakı;  Orta  Asiya,  Qazaxıstan  və  Cənubi  Qafqaz 
respublikaları  nümayəndələri  də  iştirak  etmişlər),  xarici  ölkə  musiqiçilərinin 
iştirakı ilə Q.Qarayev ad. "XX əsr musiqisi" festivalı (1986, 1988), "Bakı-87" 
caz festivalı, gənc xanəndələrin C.Qaryağdı oğlu ad. müsabiqəsi (1987, 1989), 
Cənubi  Qafqaz,  Qazaxıstan,  Orta  Asiya  və  Dağıstan  xalqları  gənc  ozanlarının 
müsabiqəsi (1989, Gəncə), "Xarı bülbül" muğam festivalı (1989, Ağdam, Şuşa), 
"Üzü zirvəyə" yeni musiqi günləri (1989, Bakı) uğurla keçmişdir. 
Musiqişünaslar  Azərbaycan  musiqisinin  müxtəlif  janrlarmı  və  sənətkarların  yaradıcılıqlarını  tədqiq 
etmişlər.  Dərin  tarixi  köklərə  malik  müasir  Azərbaycan  musiqişünaslığının  əsası  Ü.Hacıbəyov  tərəfindən 
qoyulmuşdur. O, Azərbaycan musiqisinin səs sistemi, lad, melodiya, ritm, ifaçılıq sənəti, operanın problemləri 
və  başqa  məsələləri  araşdırmış,  xalq  musiqisi  sahəsində  apardığı  elmi  tədqiqatlarmı  "Azərbaycan  xalq 
musiqisinin  əsasları"  (1945)  fundamental  əsəri  ilə  tamamlamışdır.  Ü.Hacıbəyovun  musiqi-nəzəri  irsi  yeni 
musiqişünaslar nəsli tərəfindən davam və inkişaf etdirilmişdir (bax Musiqişünaslıq bölməsinə). 
Müstəqil  Azərbaycan  Respublikasının  ictimai-siyasi  həyatında  baş 
verən  dəyişikliklər,  gərgin  proseslər,  zamanın  yeni  özəllikləri  musiqiyə  də 
böyük  təsir  göstərmiş,  onu  yeni  mövzularla  zənginləşdirmişdir.  Bu  dövr 
Azərbaycan  musiqisinin  inkişafında  ümummilli  lider  Heydər  Əliyevin  rolu 
böyük olmuşdur. Onun himayə və qayğısı, məqsədyönlü siyasəti nəticəsində 
ölkənin  ağır  ictimai-iqtisadi  durumu  şəraitində  Azərbaycan  mədəniyyəti  və 
incəsənəti  inkişaf  etdirilmişdir.  Azərbaycan  bəstəkarları  əsərləri  ilə  ölkədə 
baş  verən  hadisələrə  münasibət  bildirmiş,  dövrün  mənəvi  çalarlarını 
həssaslıqla ifadə etmişlər. Azərbaycan bəstəkarları hörmət və ehtiram əlaməti 
olaraq  Heydər  Əliyevə  bir  sıra  əsərlər  ithaf  etmişlər  (C.Hacıyev,  8  saylı 
simfoniya;  A.Məlikov,  "Əbədiyyət"  simfoniyası;  V.Adıgözəlov,  "Azərbay-
can"  kantatası;  R.Mustafayev,  "Atamız  Heydər"  və  Ramiz  Mirişli,  "Məşəl 
kimi  yanan  ürək"  odaları;  T.Bakıxanov,  "Xatirə  poeması";  Sərdar  Fərəcov,  "Böyük  vətəndaş  haqqında  oda"; 
Vasif Allahverdiyev, "Ömür yolu" simfonik poeması). 
Müstəqilliyin bərpa olunması ilə Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni proseslərə 
inteqrasiya etmək imkanları daha da genişlənir. Dünyada gedən ümumi qloballaşma prosesinin axınına düşən 
Azərbaycan  bəstəkarları  bu  şəraitdə  milli  ənənələrin  və  irsin  qorunmasın  xüsusi  fikir  verir,  milli  musiqi  ilə 
müasir  tendensiyaları  yeni  səviyyədə,  yeni  formalarda  sintezləşdirməyə  çalışırlar.  Ölkənin  hazırkı  siyasi 
durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran, Qarabağ müharibəsinə, 20 
Yanvar  faciəsinə  həsr  edilən  əsərlər  bəstəkar  yaradıcılığının  mühüm  hissəsini  təşkil  edir  [V.Adıgözəlovun 
"Qarabağ  şikəstəsi"  və  "Qəm  karvanı"  (1999)  oratoriyaları;  T.Bakıxanovun  "Qarabağ  harayı"  (2001) 
simfoniyası; A.Əlizadənin "Ana torpaq" (1993) odası; Sevda İbrahimovanın tar və simfonik orkestr üçün "Sənin 
üçün darıxmışam, Şuşam" (1999) və başqa]. 

16 
 
Bu dövrdə bəstəkarlar tarixi-ədəbi yazılı abidələrə, folklor motivlərinə müraciət etmiş, klassik ədəbiyyat 
nümunələrindən bəhrələnmişlər.  
Müstəqillik  dövründə  bəstəkarları  maraqlandıran  yeni  mövzulardan  biri  də  uzun  illərin  qadağasından 
çıxan islam dini, onun tarixi və "Quran"dır. F.Qarayevin ansambl və maqnitofon yazısı üçün "Xütbə, muğam və 
surə",  R.Həsənovanın  orqan  üçün  "Qəsidə"  (1991),  R.Mirişlinin  solist,  xor  və  simfonik  orkestr  üçün 
"Peyğəmbərin  tərifi"  vokal  poeması  (1997),  A.Ağasıyevin  solist  və  xor  üçün  "Ən  ulu  eşqim"  (1997)  bu 
mövzuya həsr edilmişdir. Azərbaycan bəstəkarlarının müstəqillik dövrü yaradıcılığı janr baxımından zəngindir. 
Son  illərdə  ən  çox  müraciət  olunan  sahələrdən  biri  xor  musiqisidir.  R.Mustafayevin  "Salatın"  (1990), 
V.Adıgözəlovun  "Çanaqqala"  (1998),  F.Əlizadənin  "Əbədiyyətə  səyahət"  oratoriyaları,  X.Mirzəzadənin  a 
capella xoru üçün 2 miniatürü, S.İbrahimovanın "Əziziyəm" vokal silsiləsi bu dövrə mənsubdur. Janrın müxtəlif 
interpretasiya  formaları  qeyd  edilir:  kantata-plakat,  kantata-and,  kantata-apofeoz,  kantata-epitafıya.  Daha  çox 
kiçik həcmli əsərlərə meyl duyulur. Xor əsərləri üslub baxımından çoxşaxəlidir. 
Simfonik  musiqi  sahəsində  həm  iri-həcmli  monumental  mövzulu  simfoniyalar,  həm  də  nisbətən 
kiçikhəcmli  əsərlər  yazılmışdır.  Üstünlük  miniatür,  yığcam  formalara  verilmiş,  düzüm  və  üslub  baxımından 
fərqli əsərlər - simfonik lövhələr, simfonik rəqslər, simfonik  muğamlar, simfonik süitalar, müxtəlif alətlər və 
orkestr üçün konsertlər və s. yaradılmışdır [A.Məlikov, 7 və 8 saylı simfoniyalar (1995, 2001); X.Mirzəzadə, 
"Orkestr üçün xatirə"; T.Bakıxanov, simfonik orkestr üçün "Türk eskizləri" (1999) və "Şərqdən gələn sədalar" 
(2000) süitaları; Aqşin Əlizadə, simfonik rəqslər (1994); A.Dadaşov, "Katarsis", simfonik orkestr və səs üçün 
10 saylı simfoniya (1996); F.Qarayev, simfonik orkestr üçün 4 postlüdiya (1990); C.Quliyev, simli orkestr üçün 
"Dastan"  (2001);  F.Hüseynov,  simfonik  orkestr  üçün  "Quarani  kapriççiosu"  (2000)].  H.Xanməmmədov 
(kamança  və  simfonik  orkestr  üçün konsert,  1991;  tar  və  simfonik  orkestr  üçün 5  saylı  konsert,  1993); 
T.Bakıxanov  (tar  və  simfonik  orkestr  üçün  4  saylı  konsert,  1993);  A.Rzayev  (tar  və  kamera  orkestri  üçün 
"Düşüncə"  və  "Qaytağı",  1995);  N.Əzimov  (tar  və  xalq  çalğı  alətləri  orkestri  üçün  "Xatirə",  1991); 
S.İbrahimova  (səs,  tar  və  simli  orkestr  üçün "Qurbansız  qalan  tarım",  "Elegiya-xatirə")  və  başqa  xalq  çalğı 
alətləri orkestri üçün müxtəlif səpgili əsərlər yazmışlar. 
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərləri məzmun rəngarəngliyi, 
forma və üslub müxtəlifliyi, alətlərin tərkibinin orijinallığı ilə fərqlənir. Yeni 
mövzuların, müasir ifadə vasitələrinin, yeni yazı texnikasının sınanması üçün 
şərait  yarandığından,  bəstəkarlar  bu  janra  daha  çox  müraciət  edirlər. 
Bəstəkarların  əsərlərində  milli  musiqidən,  xalq  çalğı  alətlərindən  istifadə 
prinsipləri  yeniləşir,  xalq  musiqisi  ilə  müasir  musiqi  sintezinin  yeni, 
rəngarəng  formaları  yaranır.  Çalğı  alətlərinin  tərkibi  keçmiş  illərlə 
müqayisədə  genişlənir,  orijinal  ansambl  tərkibləri  yaranır  [F.Əlizadənin 
"Merac"  (1998)  əsəri  (ud  və  kamera  ansamblı  üçün),  "Oazis"  (1999)  simli 
kvartet  və  maqnit  yazısı,  "Deyişmə"  (2001,  arfa  və  maqnit  yazısı  üçün); 
C.Quliyevin  "Karvan"  (2000)  əsəri  (fleyta,  saz  və  violonçel  üçün); 
F.Qarayevin  "Forst  şəhəri üçün musiqi" (1997, royal,  vibrafon  və  marimba 
üçün)]. 
Kamera-vokal  musiqisi  sahəsində  A.Məlikov,  Ş.Axundova, 
T.Bakıxanov,  Hökumə  Nəcəfova,  S.İbrahimova,  İ.Hacıbəyov,  R.Mirişli, 
F.Əlizadə, A.Dadaşov, E.Dadaşova, Aydın Əzimov, Rəhilə Həsənova, Faiq Sücəddinov, Adilə Yusifova kimi 
bəstəkarlar əsərlər yazmışlar. 
Müstəqillik dövründə musiqili teatr - opera və balet səhnəsi üçün yazılan əsərlər azdır. Ölkənin mövcud 
ictimai-siyasi,  iqtisadi  durumundan  gələn  obyektiv  və  subyektiv  səbəblər  üzündən  bu  janrların  inkişafında 
durğunluq nəzərə çarpır. Uzun fasilədən sonra V.Adıgözəlovun səhnəyə qoyulan "Natəvan" (2003, dekabr) əsəri 
milli  operanın  inkişaf  tarixində  layiqli  yer  tutdu.  O.Zülfüqarov,  R.Şəfəq,  A.Dadaşov,  R.Həsənova,  Cəlal 
Abbasov,  Fərhəng  Hüseynov,  S.Fərəcov  uşaqlar  üçün  operalar  yazmışlar.  Ş.Axundova,  S.İbrahimova, 
Ə.Cavanşirov,  R.Şəfəq,  Elnarə  Dadaşova,  Azad  Ozan  Kərimli,  İlham  Abdullayevin  bir  sıra  xor,  kamera-
instrumental, kamera-vokal əsərləri də uşaqlar üçün nəzərdə tutulmuşdur. 
Balet  janrı  bir  sıra  yeni  əsərlərlə  zənginləşir  (X.Mirzəzadə,  "Ağlar  və  Qaralar",  2000;  A.Əlizadə, 
"Qafqaza səyahət", 2002; P.Bülbüloğlu, "Eşq və ölüm", 2005). 
Müstəqillik  dövründə  Azərbaycan  bəstəkarlarının  xaricdə  keçirilən  müxtəlif  musiqi  festivallarında, 
beynəlxalq  müsabiqələrdə,  dünyanın  mötəbər  mədəniyyət,  musiqi  layihələrində  iştirak  etmək,  Azərbaycan 
musiqisini dünyada təmsil edib, onu daha da yaxşı tanıtdırmaq imkanları genişlənmişdir. 
A.Məlikovun,  V.Adıgözəlovun,  X.Mirzəzadənin,  A.Əlizadənin,  T.Bakıxanovun,  F.Qarayevin, 
İ.Hacıbəyovun,  F.Əlizadənin,  C.Quliyevin,  E.Dadaşovanın,  R.Həsənovanın,  Q.Məmmədovun,  F.Hüseynovun 
əsərləri Türkiyə, Norveç, Hollandiya, Kipr, ABŞ, İsveçrə, Almaniya, Tailand və s. ölkələrdə səslənmiş, nüfuzlu 
müsabiqələrin qalibləri olmuşdur. A.Qasımov 1999 ildə muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda 

17 
 
nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda 
Azərbaycan  Dövlət  Simfonik  Orkestri  (bədii  rəhbər  və  dirijor  xalq  artisti  R.Abdullayev)  tərəfindən 
Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo-2000" Beynəlxalq 
sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir 
qrup incəsənət xadiminin çıxışı da bu dövrün musiqi həyatının diqqət mərkəzində olmuşdur. 
Yeni Azərbaycan musiqisinin dünyada tanınmasında "SoNoR" ansamblı (bədii rəhbər Eldar Mirzəyev), 
pianoçu R.Rzayeva fəal iştirak etmişlər. Bu dövrdə Bakıda iri beynəlxalq festivallar keçirilmişdir ("Ötən əsrdən 
yeni musiqi", 2001 və "SoNoR. Tellər... Mədəniyyətlər... Təmaslar...", 2003). 
Müstəqillik  dövründə  Azərbaycan  musiqi  mədəniyyətinin  milli  ənənələrini  davam  etdirən,  müasir 
musiqi yazı texnikası ilə silahlanmış, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri yaradıcılıqlarında əks 
etdirən  istedadlı  cavan  bəstəkarlar  yetişmişdir  (Ceyhun  Allahverdiyev,  V.Allahverdiyev,  Vüqar  Camalzadə, 
Rüfət Xəlilov, Rasim İbrahimov, Arzu Məmmədova, Nazim Mirişli, Elmir Mirzəyev və başqa). 
  
Zemfira Səfərova, Ülkər Talıbzadə 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə