Microsoft Publiser proqramında web saytlarin yaradilmasi



Yüklə 124,55 Kb.
tarix03.12.2016
ölçüsü124,55 Kb.
#705
MÜNDƏRİCAT



  1. GİRİŞ...........................................................................................3

  2. Web Proqramlaşdırma...................................................................5

  3. Web sayt layihəsi……………………………………………..…10

  4. Microsoft Publiser proqramında web saytlarin yaradilmasi .......................................................................................................13

  5. Web sayt üzərində iş......................................................................15

  6. Lokal və Web proqramlaşdırma.....................................................17

  7. PHPdə Web proqramlaşdırma .......................................................20

GİRİŞ
Əvvəlcə avtomatlaşdırmanın ne demək olduğunu nəzərdən keçirək.

Avtomatlaşdırma nədir ?

AVTOMATLAŞDIRMA - insan əməyinin yüngülləş- dirilməsi, əməyin əl formasının sıxışdırılması və məhsuldarlığının artırılması məqsədi ilə maşın, maşınlı texnika və texnologiyaların tətbiqi istehsalın avtomatlaşdırılması fiziki ağır, monoton əməyin aradan qaldırılmasına yönəlmişdir. İdarəetmənin avtomatlaşdırıl-ması istehsalın və təsərrüfat proseslərinin idarə edilməsində kompüterlərdən və informasiyaların emalı və ötürülməsi digər vasitələrindən istifadə edilməsinə əsaslanır.

Müasir dövrdə hec bir müəssisəni kompütersiz təsəvvür etmək mümkün deyil. Müəssisədə fəaliyyət göstərən korporativ informasiya sistemi müəssisenin operativ idarə olunmasında əvəzsiz rol oynayır. Sistemin informasiya bazasında müəssisənin istehsal fəaliyyəti, funksional bölmələr ve onların yerinə yetirdikləri funksiyalar, istehsal sahələri, avadanlıq, xammal, materiallar, məhsullar, əmək və maliyyə resursları və s. haqqında informasiya toplanır.

Web proqramlaşdırma

Web proqramlaşdırmanın 2 növü var


  • Server tərəfdə proqramlaşdırma

  • Klient tərəfdə proqramlaşdırma

Server tərəfdə proqramlaşdırma dilləri kimi əsasən PHP, PERL, JAVA, C++, ASP və digər AD-dən istifadə olunur. Klient tərəfdə isə JavaScript, VbScript, JScript və s. bu kimi AD-dən istifadə olunsada, bütün Web baxıcılar (browserlər) tərəfindən əsasən JavaScript problemsiz istifadə olunur. Digər klient tərəfdə işləyən skriptlər Web baxıcılar tərəfindən bir mənalı qəbul olunmur: ya işləmir ya da səhvlər verir. Klient tərəfdə işləyən AD-lər dinamik Web səhifələr yaratmağa icazə verir, bu zaman səhifənin bütünlüklə yüklənməsi Serverdən tələb olunmur - yalnız Web səhifənin müəyyən elementləri tələbdən asılı olaraq dinamik dəyişdirilə bilər.

Server tərəfdə işləyən AD-lər - skriptlər əsasən müəyyən alqoritmlər əsasında html səhifəni formalaşdırıb, server vasitəsilə klientə ötürür. Klient (yəni biz, daha doğrusu kompüterimizdəki Web baxıcı) bu məlumatları monitora çıxarır. Bu məlumatın mətninə (yəni İdarəetmə Kodlarına - teqlərə) baxsaq orda yalnız HTML teqlərinə(İdarəetmə Kodlarına) və JavaScript AD-nin kodlarına rast gələ bilərik. Server skriptlərinin kodu HTML səhifədə görünmür, yalnız bu skriptlərin işlərinin nəticəsi HTML şəkində bizə çatdırılır. Böyük həcmli, çox funksiyalı Web layihələri Server Skriptlərsiz həll etmək mümkün deyil. Xüsusilə Verilənlər Bazaları ilə iş bunlarsız mümkün deyil.

Adi istifadəçi yalnız HTML teqlər vasitəsilə formatlaşdırılmış, Web baxıcıda dizaynerlərin qrafik paketlər vasitəsilə "bəzədikləri" müəyyən səhifəni görürlər. Amma bunun vasitəsilə (Web dizayn) tam funksional saytlar yaratmaq mümkün deyil. O səbəbdən Web səhifələrin yaradılmasında Web proqramlaşdırmaya ən əsas yer ayrılır.

Bizim şirkət TSW universal, masştablaşdırmaya imkan verən, çox modullu sistemi vasitəsilə istənilən çətinlikli Web məsələləri həll edir. (TSW sisteminin özəllikləri ilə bağlı məlumatlarla tanış olmağınızı məsləhət görürük). Web Texnologiyalar çox sahə olub, aşağıdakıları əhatə edir:


  1. Web proqramlaşdırma (PERL/PHP/MySQL/JavaScript kimi AD-skript dillərdə professional səviyyədə proqramlaşdırma)

  2. Web dizayn (HTML/DHTML/XML texnologiyaları dərindən bilmək)

  3. Dinamik banerlər (GİF animasiya və MacroMedia Flash animasiyada müxtəlif dinamik səhnələrin hazırlanması)

  4. Web audio/video məlumatların emalı (İnternetə qoşulmaq üçün lazım olan rabitə kanallarının ötürücülük sürətinin artması, video/audio məlumatlı saytların yaradılmasına imkan verir. Yaxın gələcəkdə bu kontentli saytların sayının daha sürətlə artması gözlənilir. Belə tip saytları yaratmaq üçün audio/video məlumatların yaradılması, emalı, ötürülməsi, arxivləşdirilməsi və s. bu kimi məsələlərin Web variantının hazırlanmasına ehtiyac var)

  5. Əməliyyat sistemləri və onlara yüklənmiş Web serverlərlə işləmək qabiliyyəti (Yuxarıda sadalanan bütün texnologiyalar hansısa əməliyyat sisteminin Web serverində istismar olunacağını nəzərə aldıqda, bu serverlərin professional səviyyədə idarə olunmasının nə qədər zəruri bir məsələ olduğu meydana çıxır) və s.

Bizim şirkətin yaratdığı bütün məhsullarda bu texnologiyalardan aktiv şəkildə bu və ya digər formada istifadə olunur

6) HTML-faylının başlığını QuikStart pəncərəsində yaxud sonradan vermək olar. Bunun üçün teqindən istifadə edilir.Siçanın göstəricisini <HEAD> teqinin daxilində çıqqıldadın vəTtl düyməsindən istifadə edin. Klaviaturada başlığın adını yazın. Bu veb-səhifənin deyil HTML-faylının başlığıdır.Fayla edilmiş dəyişiklikləri yazıb saxlayın.</p> <p>7)Yaradılmış səhifəyə brauzerdə baxın.Bunun üçün İnternet Explorer-də file menyusuna daxil olun və Open bəndini seçin. Browse düyməsindən istifadə etməklə indicə yaratdığınız faylın saxlanıldığı qovluğa keçin və faylın adını çıqqıldadın. </p> <p>8)Veb-səhifənin mətnini formatlamağı öyrənin.Bunun üçün QuickTab panelindəki Fonts və Lists düymələrindən istifadə edin.</p> <p>9)Faylın mətnini aşağıdakı kimi redaktə edin. <br /> <br /><HTML> <br /> <br /><HEAD> <br /><TITLE>what is file





Fayl nədir


Windowsda həm verilənlərə həm də proqramlara vahid yanaşma var.Orada istifadəçinin rastlaşdığı hər şeyə obyekt kimi baxılır və hər bir obyekt kimi onlar da parametrlərlə və hərəkətlərlə xarakterizə olunur.


Windows sisteminin əsas obyektlərindən biri fayldır. Fayl diskdə saxlanılan hər hansı informasiyadir. faylda proqram əməliyyat sisteminin özünün bir hissəsi və ümumiyyətlə hər hansı verilənlər ola bilər.

WEB-SAYT LAYİHƏSİ......

Saytın hazırlanmasında müxtəlif ixtisaslı insanlar-dizaynerlər proqramçılar menecerlər iştirak edirlər.İri şirkətlərdə hər kəs öz işi ilə məşğul olur.İstənilən halda

internet-layihə bir neçə mərhələdən ibarətdir.

1)Layihələndirmə. Bu mərhələni layihənin meneceri həyata keçirir.Burada layihə haqqında ətraflı məlumat toplanılır qarşıya müəyyən məqsədlər qoyulur və büdcə planlaşdırılır.Bütövlükdə layihənin uğurlu olması məhz bu işlərin nə dərəcədə bacarıqla görülməsindən asılı olur. Bu mərhələnin nəticəsində texnikn tapşırıq hazırlanır.

2)Dizaynın hazırlanması. Dizayner texniki tapşırıqla irəli sürülmüş ideyaları səhifələrin eskizləri şəklində gerçəkləşdirir.Sifarişçiyə gələcək saytın bir neçə dizayn variantı təqdim olunur.

3)Səhifələrin maketlərinin qurulması. Dizayn-maket əsasında HTML dilində şablon səhifələrin maketi yaradılır.

4)Servislərin proqramlaşdırılması. Statik mətn və qrafik informasiya ilə yanaşı saytda müxtəlif interaktiv servisler-istifadəçilərin qeydiyyatı üçün formalar qonaq kitabları və.s ola bilər. Onların yaradılması ilə proqramçı məşğul olur.

5)Saytın nəşri və onun informasiya ilə doldurulması. Bu mərhələdə yaradılmış karkas uzaq serverə köçürülür və sayta mətnlər daxil edilməyə başlanılır.Bunun üçün professional saytlar məzmunun idarəolunma sistemləri ilə təchiz olunur.Bu sistemlərin köməyilə HTML dilində heç nə bilməyənlər də sayta informasiya əlavə edə bilir.

6)Layihənin müşayiət olunması. Hər bir sayt təbliğ olunmalıdır yəni onun populyarlığı yüksəldilməlidir. Bu birdəfəlik deyil planlı iş olmalıdır.Burada sayta daxil olanların sayı izlənilir sayt haqqında fikirləri toplanılır məzmuna dəyişikliklər edilir yeni informasiyalar daxil edilir.

Sual oluna bilər: Ümumiyətlə sayt nəyə gərəkdir və o nə üçün yaradılır? Səbəblər müxtelif ola biler.

1)Bəzi şirkətlər İnternetə qazanc mənbəyi kimi baxir.Bu gəlir malların xidmətlərin satışından və reklamlardan əldə oluna bilər.

2)Bir çox şirkətlər internet-layihələrə öz mal və xidmətlərinin reklam olunmasının bir elementi kimi baxır. Onlar gəliri dolayısı ilə əldə etməyi planlaşdırırlar. Belə ki onlar hesab edirlər ki insanlar sayta daxil olmaqla zəruri informasiyanı alacaq bundan sonra birbaşa şirkətə müraciət edərək sifarişlərini verəcəklər.

3)Bəzi internet-layihələrin yaradılmasında ümumiyyətlə heç bir gəlir qazanmaq məqsədi güdülmür. Məsələn hər hansı futbol klubunun fanatlarının saytı.

Bəs layihə nə haqqında olacaq? Onun yaradılmasında məqsəd nədir? Bu mövzuda hansı saytlar fəaliyyət göstərir? Saytda hansı materialların yerləşdirilməsi planlaşdırılır? Sayt hansı bölmələrdən xidmətlərdən ibarət olacaq?

Bu və digər suallara texniki tapşırıqda cavab verilir.Texniki tapşırıq layihənin ətraflı təsvir olunduğu sənəddir


SAYTN DİZAYNIN ÖZƏLLİKLƏRİ.
İnternet-saytın dizaynı arasında ortaq cəhətlər çoxdur. Səhifələyicilər kimi veb-dizayner də mətn və qrafik informasiya ilə işləyir. Bununla belə bəzi məqamlar vardır ki onlar internet-saytın dizaynı üçün vacibdir.

Birincisi-istifadəçi səhifəni oxumur onu gözdən keçirir.Özü də bu zaman onun baxışları çox xaotik ola bilər. Bu o deməkdir ki elə bir maket qurmaq lazımdır ki istifadəçi bir baxışda ondan baş çixara bilsin özü üçün lazım olan açar sözleri görüntüleri tapsın.

İkincisi-jurnalın yaradıcı heyəti həmişə üzərində işlədiyi vərəqin ölçülərini dəqiq bilir.Sayt isə müxtəlif ölçülü monitorlarda təxminən eyni cür görünməlidir.Bu tələbi yerinə yetirmək hecdə asan olmur.

Üçüncüsü-yeni jurnalı əlinə götürən kəs bir baxışda informasiyanin həcmini müəyyənləşdirə bilər. Tanış olmadığımız sayta daxil olduqda isə biz orada neçə səhifənin olduğunu təxmini də olsa deyə bilmirik.

Dördüncüsü-veb-saytın dizayneri həmişə ziddiyyətli vəziyyətlə qarşılaşır. Bir tərəfdən onun maketinin interfeysi başqa saytlara bənzəməlidir digər tərəfdən isə o orijinal olmalıdır.

SAYTİN İNTERNETDƏ NƏŞRİ. Internet şəbəkəsindəki bütün kompüterlərin unikal nömrəsi-IP-ünvanı olur. Hər bir ünvan 32-bitlik ikilik ədəddir. Əlverişlilik baxımından həmin ədəd (IP_ünvan)aralarında nöqtə olan dörd onluq ədəd şəklində göstərilir.Bu onluq ədədlərin hər biri isə 0-dan 255-dək qiymətn ala bilər.Məsələn 74.125.87.147.IP-ünvanı məşhur google.az axtarış sisteminin yerləşdiyi serverə məxsusdur.

Aydindir ki belə mənasız rəqəmlər yığınını yadda saxlamaq çətindir. Buna görə də domen adları sistemi-DNS (Domain Name Service)yaradılıb və bu sistem IP-ünvanların əvəzinə istifadəçi üçün daha anlamlı olan adlardan (məsələn www.edu.gov.az)isifadə etməyə imkan verir.Belə ki istifadəçi ünvan sahəsində həmin adı yığdıqda DNS-serverlər avtomatik olaraq onu IP-ünvana çevirir. Şəbəkədə olan bütün adlar müxtəlif səviyyəli domenlərə bölünüb.Hər bir ölkə üçün birinci səviyyəli domen ayrılıb. Məsələn ‘az’ domeni Azərbaycana; ‘de’ domeni Almaniyaya; ‘ru’ domeni Rusiyaya; məxsusdur.Ərazi domenləri adlanan belə domenlərlə yanaşı birinci səviyyəli digər domenlər də mövcuddur.Məsələn ‘.com’ domeni kommersiya qurumlarını ‘.gov’ domeni hökumət təşkilatlarını və.s birləşdirir. Birinci səviyyəli domenlər azdır yəni domenlər nadir hallarda meydana çıxır.Hər bir birinci səviyyəli domen sonsuz sayda daha aşağı səviyyəli domeni ünvanlaya bilər.

Az domenində adların paylanması ilə Azərbaycanda xüsusi şirkət məşğul olur.Orada ikinci səviyyəli domenlər qeydiyyatdan keçirilir.Məsələn azerbaijan.az ict.az ayna.az belə domenlərdəndir.Hər bir domenin sahibi öz domeninin alt-domenlərini yarada bilər.

İnternet şəbəkəsində təmsil olunmaq istəyən hər bir hüquqi yaxud fiziki şəxs domen adının seçilməsinə xüsusi diqqət yetirməlidir.Belə ki domen adları müəyyən prinsiplərə cavab verməlidir.

.seçilmiş ad saytın mahiyyətinə uyğun gəlməlidir(məsələn rabita.az)

.ad mümkün qeder uzun olmamalıdır(ict.az)

.çalışmaq lazımdır ki domen adı kimi seçilən söz ingilis əlifbasının hərflərindən ibarət olsun (məsələn orman sözü meşə sözündən daha uğurludur).

Münasib adın tapılması məsələnin bir tərəfidir:ola bilər ki sizin seçdiyiniz adı kimsə artıq öz adına qeydıyyatdan keçirib.

HOSTİNQ.

Domen adını qeydiyyatdan keçirdikdən sonra siz həmin ada hüququnuzu təsdiq edən rəsmi sənəd alırsınız.Lakin ada sahib olmaq hələ kifayət deyil siz öz layihənizi hımişə İnternetə bağlı olan bir serverdə yerləşdirməlisiniz.Saytların yerləşdirilməsi və onlara xidmət göstərilməsi ilə çoxsaylı şirkətlər məşğul olur.Belə xidmətlərə hostinq deyilir.Hostinq xidməti göstərən şirkət təkcə sayt üçün diskdə yer ayırmır həmçinin bir sıra servislər verir (verilənlər bazasının dəstəklənməsisaytın idarə olunması və.s)Müqavilə imzalandıqdan sonra domen adı konkret serverə yönəldilməlidir.Bundan sonra sayta aid bütün fayllar həmin serverə göndərilir(köçürülür).

Ödənişli hostinq xidməti göstərən şirkətlərlə yanaşı üçüncü səviyyəli domen adlarını və disk sahəsinin havayı verən çoxlu şirkətlərdə mövcuddur.

FTP.Faylları uzaq kompüterə köçürmək üçün FTP-protokolunu dəstəkləyən istənilən fayl menecerində

n istifadə etmək olar.Məsələn proqramçılar arasında FAR proqramı daha populyardır

PHPda Web proqramlaşdırma

Bu gün biz PHP-də web-proqram yazmağa ilk addım atmağa çalışacayıq. PHP nədir, onu "nə ilə yeyirlər?" kimi suallara cavab verməyə çalışacam. PHP əsasən veb proqramlaşdırma dili olub,ilk öncə Rasmus Lerdof tərəfindən icad edilmişdi. Əslində PHP C və Perl kimi dillərin asanlaşdırılmış və web üçün uyğunlaşdırılmış bir variantı kimi meydana gəlmişdir. Ancaq ,sonradan bu dil çox inkişaf etmiş və hal hazırda bir çox veb serverlər tərəfindən dəstəklənməkdədir. PHP sözü ilk dəfə Lerdof tərəfindən Personal Home Page ( Şəxsi ev səhifəsi) sözlərinin baş hərfləri ilə adlandırılmışdır. Sonradan O Hypertext Preprocessing adını almışdır. PHP nin üstünlükləri:

1) PHP kod HTML kodun içərisində belə işlənə bildiyindən, PHP də yazılan veb səhifələr tez yüklənir

2) PHP Açıq Kod Sisteminə malik bir proqramlaşdırma dilidir

3) PHP çox asan dil olduğundan , yeni başlayanlar üçün də sərfəli bir dildir

4) PHP Windows,Linux,Macintosh və s. kimi əməliyyat sistemlərində işlənir

5) Əgər sizin php scriptiniz düzgün yazılıbsa ,onda proqramın kodu istifadəçilər tərəfindən görsənməyəcək (Gələcəkdə özünüz bunun şahidi olacaqsınız)

6) PHP demək olar ki, yalnız web proqramistin fantaziyası ilə məhdudlaşır.Webə aid nə istəsəniz, php nin köməyi ilə edə bilərsiniz və s...

İlk öncə saytlar statik quruluşa malik idi. Yəni , məsələn indiki forum kimi forum scripti o zaman yox idi, istifadəçi qeydiyyatı, mövzu açıb, mövzuya cavab vermək və s... kimi funksiyalar o zaman yox idi. PHP yaranandan sonra isə artıq saytlar canlanmağa başladı. Artıq saytlar hər bir istifadəçinin istəyinə uyğun görünüş ala bilər,istifadəçi məlumatlarını saytda saxlaya bilər,digərləri ilə fikir mübadiləsi edə bilər və s... Saymaqla bitməz. PHP- Server Side Script sayılır. Server Side dedikdə,məlumatların istifadəçinin veb səyyahında yox ( veb səyyah - web browser ) , serverdə analiz - sintez olunması nəzərdə tutulur. Gəlin aydınlıq gətirək. Yəqin ki, elə saytara rast gəlmisiniz ki,qeydiyyat zamanı yaddan çıxardıb bəzi lazımı bölmələri doldurmamısınız. Bu zaman qeydiyyat düyməsini klik edən kimi veb səyyahda balaca pəncərə açılır və təqribən belə bir yazı çıxır:

"Bütün lazımi bölmələri doldurun!". Diqqət yetirin. Bu zaman açdığınız veb səhifə yenilənmir. Bax bu JAVA SCRİPT dilinin köməkliyi ilə baş verir. Client Side Language demək olar. Yəni ki, analız elə istifadəçinin öz veb səyyahında baş verir. Bu zaman hətta,internetdən ayrılsaq da, həmin səhifədəki Java Script işləyəcək. Yəni,həmin bölmələri boş qoyun və Qeydiyyat düyməsini basın,interenetə qoşulu olmadığınıza baxmayaraq, siz həmin səhv haqqında məlumat alacaqsınız.Amma sız bütün bu proseslərin analızını həmin Java scriptin kodlarına baxmaqla da bilə bilərsiniz. Amma PHP nin analızı aparması üçün veb server lazımdır. Və bu haldakı,veb serverdə analiz gedir və istifadəçi yalnız nəticəni görür və hər istifadəçi uyğun olaraq məlumatlar alır.Bununla yanaşı istifadəçilər,php nin kod hissəsini görmürlər , bu isə təhlükəsizliyin başlanğıc addımlarından biridir.


MICROSOFT PUBLISHER PROQRAMINDA VEB-SAYTLARIN YARADILMASI...

Mıcrosoftda Publisher proqramında sadə veb-saytlar da yaratmaq olar.Lakin məzmunu daim yenilənən mürəkkəb saytların yardılmasında bu proqramdan istifadə olunması məqsədəuyğun deyil.

Veb-sayt üzərində iş başa çatmayıbsa onu Publisher faylı kimi saxlamaq lazımdır.Yalnız veb-sayt hazır olandan sonra HTML formatında saxlanılır.HTML formatındaolan faylları Microsoft Publisher mühitində açmaq və redaktə etmək olmur.Lakin bu əməliyyatları mətn redaktorunda eləcə də HTML redaktorunda(məsələn xüsusi olaraq veb- saytların yaradılması və onların idarə olunması üçün nəzərdə tutulmuş Microsoft FrontPage proqramında)yerinə yetirmək mümkündür.MicroSoft Publisher proqramında yaradılmış veb-saytı Microsoft FrontPage proqramına import etmək olar.Microsoft Publisher proqramı ilə işə başlamazdan öncə gələcək saytın məzmununu və strukturunu müəyyənləşdirmək lazımdır.Bu proqram sadə struktura malik olan saytları yaratmağa imkan verir.Saytın hər bir səhifəsinin məzmunu haqqında düşünün.Strukturunu səhifələrin adlarını daxili və xarici istinadları göstərməklə saytı kağızda əks etdirin.

VEB-SAYTIN YARADILMASI...

1)Microsoft Publisher proqramını başladın.

2)Ekranın solunda əks olunan New Publication tapşırıqlar panelində nəşr növləri siyahısından Web Sites and E-mail növünü seçin.Bu zaman pəncərənin sağ hissəsində veb-saytların müxtelif şablonları əks olunacaq.

3)Lazım olan şablon seçildikdən sonra Easy Web Site Builder (Sadə Vebsayt Qurucusu )başladılır.Burada (Your Site Goals)müəyyən təyinatlı səhifələrin siyahısı verilib ki onlardan istədiyinizi veb-sayta qoşmaq olar.Bunun üçün hər bir adın önündəki yoxlama boksunu qeyd edib sonda OK düyməsini çıqqıldadın.

Veb-sayta sonradan da yeni səhifə artırmaq olar.Bunun üçün Insert menyusunun Page bəndini çıqqıldadın.Açılan Insert Web Page dialoq boksunda artırmaq istədiyiniz səhifənin növünü seçin və OK düyməsini basın.

4)Ekrana Personal Information dialoq boksu çıxarsa uyğun sahələri doldurun və OK düyməsini çıqqıldadın .Burada özünüz işiniz yaxud çalışdığınız qurum haqqında məlumatlar toplanıb.Bu məlumatları bir dəfə yazıb saxlasanız onları hər dəfə daxil etməyə lüzum qalmayacaq.İnsert menyusunun Personal Information bəndinə daxil olmaqla istədiyiniz fərdi məlumatı nəşr məhsuluna əlavə edə bilərsiniz.

5)Proqramın baş pəncərəsinin sol hissəsində yerləşən Web Site Options tapşırşqlar paneli veb-saytın yaradılmasına yardım üçün nəzərdə tutulub.Naviqasiya sahəsi saytın başqa səhifələrinə hiperistinadı təmin edir.Əgər naviqasiya sahəsini solda, əlaqəli səhifələrin başlıqlarını isə hər səhifənin aşağısında yerləşdirmək lazımdırsa onda Navigation bar bölümündə Vertical and Bottom variantını seçin. Əgər naviqasiya sahəsinin yalnız sol tərəfdə əks olunmasını isəyirsinizsə onda Vertical Only variantını seçin.Bottom Only variantını seçdikdə naviqasiya zolağı yalnız səhifənin aşağısında olacaq. Əgər ümumiyyətlə naviqasiya sahələrinin olmasını istəmirsinizsə None variantını seçin.

6)Web Site Options tapşırıqlar panelində Color Schemes bəndini çıqqıldadın. Bu zaman siz mövcud rəng sxemlərindən birini seçə yaxud Custom color scheme bəndini çıqqıldatmaqla öz rəng sxeminizi yarada bilersiniz.Yaratmış olduğunuz rəng sxemini sonradan istifadə üçün yazıb saxlaya bilərsiniz.Bunun üçün Color Schemes dialoq boksunda Save Scheme düyməsini çıqqıldadın rəng sxeminizə ad verin sonra iki dəfə OK düyməsini çıqqıldadın.

7)Font Schemes bəndini çıqqıldadın.Mövcud şrift sxemlərindən birini seçin yaxud Styles and Formatting bəndini çıqqıldatmaqla öz sxeminizi yaratmaq rejminə keçin.Veb şrift sxemlərindən istifadə etməklə siz öz veb-saytınıza professional görünüş vermiş olursunuz.Microsoft Publisher 2003 proqramı 10 şrift sxemi təklif edilir.

8)Faylı saxlamaq üçün File menyusunda Save As komandasını seçin.

9)Fayla ad verib Save düyməsini çıqqıldadın.



FON GÖRÜNÜTÜNÜN VƏ FON SƏSİNİN ƏLAVƏ OLUNMASI....

1)Microsoft Pulisher proqramını başladın.

2)Yazıb saxlamış olduğunuz veb-sayt faylını açın.

3)Format menyusunda Background komandasını seçin.

4)Rəng nümunəsini Background tapşırıqlar sahəsinin Apply a background yaxud More colors bölümündə seçin.

5) Əgər fon üçün əlavə naxışlardan istifadə etmək istəyirsinizsə tapşırıqlar sahəsinin aşağı hissəsində More backgrounds sətrini çıqqıldadın.Effects dialoq boksu açılacaq.

6)Dəyişikliklər etdikdən sonra OK düyməsini çıqqıldadın.

7)Tapşırıqlar sahəsində Background sound bəndini çıqqıldatsanız siz veb-sayta musiqi, yaxud səs effekti əlavə etmək imkanı əldə edəcəksiniz.

8)Səsi əlavə etmək üçün Browse düyməsini çıqqıldadın.Qoşmaq istədiyiniz səs faylnı tapın.Həmin faylın adını sonra isə Open düyməsini çıqqıldadın.

Veb-saytlarda səs müşaiyəti məqsədilə səs fayllarının populyar .mp3 formatından istifadə etmək olmaz. Buna görə də bu məqsədlə uzantısı .mid, .midi, yaxud wav olan fayllar seçmək lazımdır.

9)Əgər əlavə olunan səsin kəsilmədən təkrarlanmasını isəyirsinizsə, Loop forever variantını seçin. Yox,əgər qoşulmuş faylın müəyyən sayda səslənməsini isəyirsinizsə,Loop variantını seçin və mətn boksunda təkrarlanmaların sayını göstərin.Sonda OK düyməsini çıqqıldadın.

10)Veb-satı Microsoft Publisher formatında saxlayın.


VEB-SAYT ÜZƏRİNDƏ İŞ....
Veb-sayta səhifərin artırılması-1)Microsoft Publisher proqramını başladın. 2)Yaddaşda saxlamış olduğunuz veb-sayt fayllarından birini açın. 3)Insert menyusunda Page komandasını seçin yaxud Web Site Options tapşırıqlar sahəsinin aşağı hisəssində yerləşən Insert a Page sətrini çıqqıldadın.İnsert Web Page dialoq boksu açılacaq. 4)Select a page type siyahısından istədiyiniz növ səhifəni seçin.Bu yeni səhifəyə keçid üçün saytın başlanğıc səhifəsində düymə yerləşdirmək istəyirsinizsə Add hyperlink to navigation bars yoxlama boksunu qeyd edib More düyməsini çıqqıldadın. 5)Number of new pages sahəsində əlavə olunacaq yeni səhifələrin sayını göstərin və cari səhifədən əvvəl (Before current page) yaxud cari səhifıdən sonra (After current page)variantını seçin .6) Options bölümündə Duplicate all objects on page variantını seçin və obyektlərin haradan köçürüləcəyi səhifənin nömrəsini qeyd edin.Əgər yeni səhifəyə formatlama elementlərini qoşmağa gərək yoxdursa yəni boş səhifə yaratmaq lazımdırsa onda İnsert blank pages variantını seçin.Yox əgər yeni səhifəyə yalnız mətn sahəsi əlavə etmək istəyirsinizsə Create one text box on each page variantını seçin. 7)OK düyməsini çıqqıldadın. 8)Veb-sayt Microsoft Publisher formatında saxlayın.

HİPERİSTİNADLARIN YARADILMASI..

Bir səhifədə olan hər hansı mətn blokunu yaxud görüntünü veb-saytın başqa bir səhifəsi ilə əlaqələndirmək

olar.Hiperistinad-başqa faylla əlaqəli olan və siçanın çıqqıltısına reaksiya verən seçdirilmiş obyektdir.

1.Başqa səhifə ilə əlaqələndirmək istədiyiniz görüntünü çıqqıldadın, yaxud mətn blokunu seçdirin.

2.Insert menyusunda Hyperlink komandasanı seçin, yaxud alətlər zolağındakı Insert Hyperlink düyməsini çıqqıldadın.Uyğun dialoq boksu açılacaq

3.İnsert Hyperlink dialoq boksunun Link to bölümündə Place in This Document simgəsini çıqqıldadın.

4.Bu hiperistinadla əlaqələndirmək istədiyiniz səhifəni sağdakı siyahıdan seçin.

5.OK düyməsini çıqqıldadın.

6.Veb-saytı Microsoft Publisher formatında saxlayın.

QRAFİK Obyektin Bir Hissəsinin Hiperistinadla Çevrilməsi....

Mətnin hər hansı hissəsi-cümlə,ayrıca söz,hətta bir simvol da hiperistinad ola bilər. Bəs qrafik gürüntünün müəyyən hissəsi də hiperistinad ola bilərmi? Bu məqsədlə Hot Spot alətindən istifadə etmək olar.

1)Müəyyən bir hissəsinə hiperistinad verəcəyiniz qrafik obyekti çıqqıldadın.

2)Proqramın baş pəncərəsinin sol qırağı boyunca yerləşmiş Objects alətlər zolağında Hot Spot düyməsini çıqqıldadın.

3)Siçanın göstəricisinin qrafik obyektin istinad verəcəyiniz hissəsinə aparın və sol düyməni basılı saxlayaraq, həmin hissəni əhatə edəcək düzbucaqlı çəkin.İnsert Hyperlink dialoq boksu açılacaq.

4)İnsert Hyperlink dialoq boksunda mövcud fayla,veb-səhifəyə, yaxud yeni yaradılan saytın səhifəsinə hiperistinad yaradın.

5)OK düyməsini basın.

6)Qrafik obyektin üzərində Hot Spot alətinin çərçivəsi görünəcək.

7)Əgər çərçivə qrafik obyektin hiperistinad yerləşdirilən hissəsini tam əhatə etmirsə onun ölçülərini və yerini dəyişdirin.

8)Veb-saytı Microsoft Publisher formatında saxlayın.

VEB-SƏHİFƏYƏ QABAQCADAN BAXIŞ.......

1)File menyusunda Web Page Preview komandasını seçin.Bu zaman avtomatik olaraq Internet Explorer yaxud başqa bir brauzer başladılacaq və pəncərədə veb-saytın başlanğıc səhifəsi əks olunacaq.

2)Düzgün işləyib-işləməməsinə əmin olmaq üçün bütün hiperistinadları yoxlayın.




Veb-Saytın HTML formatında saxlanması.......
Artıq qeyd olunduğu kimi Veb-saytı Internetdə yerləşdirənədək Microsoft Publisher formatında saxlamaq lazımdır.Bu format veb-saytı redaktə etməyə imkan verir.Veb-sayt üzərində işi bitirdikdən sonra onu HTML formatına çevirmək lazımdır, çünki Dünya Hörümçək Toru məhz bu formatı dəstəkləyir.

Yaradılmış veb-saytı HTML formatına çevirməmişdən öncə bütün son dəyişiklikləri yazıb, Microsoft Publisher formatında saxlamaq lazımdır.Bu çox önəmlidir, çünki HTML formatında olan sənədi Microsoft Publisher proqramı vasitəsilə redaktə etmək olmur.

1)File menyusunda Publish to the Web komandasını seçin.Uyğun dialoq boksu açılacaq.

2)File name sahəsində faylın adının necə yazıldığını yoxlayın.Sizə index.htm, default.htm və ya home.htm kimi adlar susqunluqla veb-saytların başlanğıc səhifəsinin adı kimi qəbul edilir.

3)Save düyməsini basın.

4)Veb-saytın necə işlədiyini yoxlamaq üçün HTML faylını saxladığınız qovluğa keçin və onun adını qoşa çıqqıldadın..


LOKAL VƏ WEB PROQRAMLAŞDIRMA.

Lokal proqramlaşdırma. Şirkət, təşkilat və fərdi şəxslər üçün müxtəlif tipli lokal proqramların(ayrıca kompüter, lokal/korporativ şəbəkə üçün) hazırlanması. Bu zaman məsələdən asılı olaraq müxtəlif alqoritmik dillərdən istifadə olunur. (VB, C(C++, C#), Delphi, Assembler və s.) Web proqramlaşdırma. Müxtəlif tipli saytların və portalların hazırlanması. Bu zaman şirkətimiz tərəfindən yaradılmış unikal skriptlərdən istifadə olunur. Bu isə saytların mühafizəsini maksimum səviyyədə təmin olunmasına şərait yaradır. İstifadə olunan web dillər – PHP, JavaScript, PERL, MySQL


Proqram Sistemləri haqqında

Müasir dünyanın informasiya dünyası olması şəksizdir. İnformasiyanın istehsalı və istehlakı müasir İnformasiya Texnologiyalarının tətbiqi olmadan demək olar ki, qeyri-mümkündür. Bu texnologiyaların önündə proqramlaşdırma gedir. Müasir proqram sistemlər öz əcdadlarından daha mükəmməl olmalarına baxmayaraq, informasiya ilə bağlı bütün problemələri həll etmək iqtidarında deyillər və proqramçılara ehtiyac daha da çoxalıb. Tam universal sistmlər mövcud deyildir. Süni intelekt sahəsində aparılan tədqiqatlar bütün işlərə yarayacaq universal, ağıllı sistelmlərin yaradılmasına nail olmadı. Kompüter istifadəçiləri arasında geniş yayılmış "intelektual" sistem fikiri mifdən başqa bir şey deyil. Yalnız konkret məsələləri həll etmək üçün proqram sistemləri mövcuddur. Bu sistemlər sadə və ya mürəkkəb alqoritmlərə malik ola bilər, amma onlar nəzərdə tutulmamış məsələlərin həllində acizdirlər.


Hər hansı proqram sisteminin yaradılması əsasən 5 mərhələni əhatə edir:

Texniki məsələ. Sifarişçi və icraçı arasında danışıqlar. Sifariş veriləcək proqram sistemin giriş və çıxış parametrlərinin(formalarının) müəyyən olunması.Proqram sistemin yaradılması üçün zəruri olan "Texniki məsələ" adlı sənədin hazırlanması.

Texniki layihə. "Texniki məsələ" sənədinin əsasında proqram sistemin ümumi layihə-alqoritmini əhatə edən sənədin hazırlanması. Bu mərhələdə aşağıdakı məsələlər araşdırılır və həll olunur:

sistemin giriş və çıxış bloklarının və onlar arasındakı əlaqələrin müəyyən olunması;

verilənlər bazasının tipinin müəyyən olunması;

məsələni həll etmək üçün lazım olan Alqoritmik Dilin və dillərin müəyyən olunması;

məsələnin texniki təminatının müəyyən olunması.
Bu mərhələnin nəticəsi "Texniki Layihə" sənədidir.

Proqramlaşdırma. Proqramçı "Texniki Layihə" sənədi əsasında proqram təminatını hazırlamağa başlayır. Bu mərhələdə proram təminatının sinifləri, funksiyaları, qlobal dəyişənləri, massivləri, verilənlər bazaları yaradılır, mühafizə məsələləri həll olunur. Bu mərhələnin nəticəsi işlək şəraitə gətirilmiş proqram təminatıdır.

Ekspremental tətbiq. Bu mərhələ yaradılmış proqram təminatının yoxlanılması üçün nəzərdə tutulub. Qabaqcadan hazırlanmış yoxlama testləri vasitəsilə proqram təminatı yoxlanılır. Yoxlama testlrəri qabaqcadan hazırlanmış, verilmiş giriş parametrləri əsasında alınacaq nəticəni özündə saxlayan yoxlama sistemi olub, proram təminatının necə işləməsini müəyyən etmək üçün nəzərdə tutulub.

İstismar. Ekspremental tətbiq bitəndən sonra proqram təminatının istismarı başlayır.


Göstərilən bütün mərhələlər bir-birlərilə sıx əlaqədə olub, proqram təminatının yaradılması müddətində bir-birlərini korreksiya edir.
Bizim şirkət yaratdığı bütün prorqam təminatlarında bu mərhələləri tətbiq edir. Bu səbəbdən də yaratdığımız sistemlər öz yüksək keyfiyyətinə görə digərlərindən fərqlənir.
Proqram sistemlərin əsasən 3 növü var:

Lokal proqramlaşdırma. Ayrıca kompüter, lokal/korporativ şəbəkələr üçün nəzərdə tutulan proqram sistemlər. Bununla yanaşı ofis sistemlərləri üçün nəzərdə tutulan Plug In tipli proqram sistemlərdə lokal proqramlaşdırmanın ayrıca bir sahəsidir.

WEB proqramlaşdırma. WEB serverlərdə yerləşərək İnternet şəbəkəsində klientlərə xidmət edən proqram/skript sistemlər.

Qarışıq proqramlaşdırma. Yuxarıda göstərilən proqram sistemləri xüsusi interfeyslə bağlanmış sistemlərdir. Bu sahə yaxın gələcəkdə əsas proqramlaşdırma sahəsinə çevriləcək.

Lokal proqramlaşdırma
İngilis dili C++-un əsasında yaradılıb

(proqramçı lətifəsi)


Klassik mənada proqramlaşdırma deyəndə məhz lokal proqramlaşdırma nəzərdə tutulur. Proqram sistemlərin yaradılmasının 2-ci mərhələsində ("Texniki layihə") hansı Alqoritmik Dildən(dillərdən) (AD) istifadə olunacağı müəyyənləşdirilir. Çünki AD-in seçilməsi, yalnız "Texniki məsələnin" tam araşdırılmasından sonra müəyyən olunur. AD-lər yalnız instrumental mahiyyət daşıyır. Həll olunacaq məsələnin optimal həll üçün uyğun AD-nin seçilməsi zəruridir. Gənc proramçıların bəziləri bu məsələni dəqiq anlamadıqları üçün bildikləri AD-i yerli-yersiz tətbiq etməyə çalışırlar. Bu isə proqram sistemlərin gələcək istismarında ciddi səhvlərin əmələ gəlməsinə gətirib çıxarır. Uyğun AD-in düzgün seçilməməsi ləng, qeyri-optimal və idarəsi mürəkkəb olan proqram sistemlərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Biz sifarişlərimizi həll etməmişdən öncə hansı AD-dən istifadə olunacağı haqda ciddi araşdırma aparırıq. Məsələnin həlli tələb edərsə yeni AD-nin öyrənilməsi üçün ayrıca vaxt ayırırıq. Çünkü əsas məqsəd keyfiyyətli proqram sisteminin yaradılmasıdır!
Lokal proqramlaşdırmada biz aşağıdakı proqram-sistem alətlərdən istifadə edirik:İT məsələ Məsələnin həll etmək üçün nəzərdə tutulmuş AD və digər proqram-sistem alətlər

Kiçik və orta ölçülü Verilənlər Bazası (100000 yazıya qədər), ümumi xarakterli problem məsələlər VB (VB.NET) AD-i, SQL müraciət imkanlı MDB bazalar

Böyük ölçülü Verilənlər Bazası (100000-dən yuxarı yazıya malik olan), ümumi xarakterli problem məsələlər FoxPro/Delphi AD-ləri, SQL müraciət imkanlı MDB/DB/MsSQL bazaları

Böyük ölçülü Verilənlər Bazası, mühafizə və avtorizasiya məsələsi maksimum nəzərdə tutulan, bank məsələləri SQL müraciət imkanlı Oracle bazaları, VB/FoxPro/Delphi

Riyazi məsələlər VB (VB.NET)/FORTRAN, MatLab sistemi

Proqram təminatının mühafizəsi Assembler/C(C++, C#), debaqerlər - WinICE/WinDasm/IDA, HEX redaktorlar

Yeni yaradılmış texniki avadanlıqların drayverləri əhatə edən sistem-məsələlər Assembler/C(C++, C#), debaqerlər - WinICE/WinDasm/IDA, HEX redaktorlar

Crack Assembler/C(C++, C#), debaqerlər - WinICE/WinDasm/IDA, HEX redaktorlar

Real Proqram sitemlərdə yuxarıda göstərdiyimiz İT məsələlərin bir neçəsi ola bilər.

Ofis sistemlərində proqramlaşdırma


Lokal proqramlaşdırmanın alt-sistemi kimi Ofis proqramlarında proqramlaşdırmanı ayrıca qeyd etmək istərdik. Göstərdiyimiz kimi ideal universal sistem mövcud deyil. Ofis proqramları istifadəçiyə maksimum yaxınlaşdırılsada (yəni xüsusi bacarıq tələb etmədən hər bir insanın istifadəsi üçün nəzərdə tutusada), bu sistemlərin istismarı zamanı elə məsələlər ortaya çıxır ki, onları bu sistemin mövcud rejimləri vasitəsilə həll etmək qeyri-mümkün olur. Məsələn, MsWord-də Azərbaycan dilində olan mətnin qrammatik qaydalar əsasında hecalamaq, mətnin kod cədvəlinin dəyişdirilməsi və ya MsExcel-də ədədlərin Azərbaycan dilində sözlərlə avtomatik əvəz etmək. Bu sistemlərin yaradıcıları bu cür problemləri həll etmək üçün öz sistemlərinin daxilində proqramlaşdırma imkanı yaradıblar. Demək olar ki, bütün müasir sistemlərin (qrafik, animasiya, mətni və d. redaktorlarında - ofis proqramlarında) daxili Alqoritmik Dilləri mövcuddur. Yuxarıda adların çəkdiyimiz MsWord, MsExcel və MisroSoftun digər ofis proramlarının daxili dili VBA(Visual Basic for Aplication)-dır. Faktiki VBA "Visual Basic"-in alt çoxluğu olmaqla, onun bütün əsas imkanlarını özündə saxlayıb.VBA çox geniş yayılıb, bəzi proqramlaşdırma şirkətləri öz məhsullarının daxili dili kimi bu AD-dən istifadə edirlər. Məsələn, Corel şirkətinin məşhur qrafik paketləri Corel Draw/PhotoPaint sistemləri də VBA-dan istifadə edir. Bizim şirkət VBA-da bir neçə sistem yaradıb. Bunlardan sosialoji sorğular üçün nəzərdə tutulmuş Excel VBA-da realizə olunmuş bir neçə xüsusi sistemi, mətnin kod cədvəlini dəyişən Word VBA-da yazılmış sistem, Word-dən FrontPage-ə import olunmuş mətni "abıra" salan FrontPage VBA-da yazılmış sistemi misal gətirə bilərik.
Hal-hazırda Excel VBA-da TsMuhasib sistemi üzərində iş gedir. Əgər sizdə ofis proqramları ilə bağlı problemlər varsa və ya bu proqramlara yeni imkanlar əlavə etmək istəyirsinizsə bizə müraciət edə bilərsiz.

Web proqramlaşdırma


Web proqramlaşdırmanın 2 növü var:

Server tərəfdə proqramlaşdırma



Klient tərəfdə proqramlaşdırma
Server tərəfdə proqramlaşdırma dilləri kimi əsasən PHP, PERL, JAVA, C++, ASP və digər AD-dən istifadə olunur. Klient tərəfdə isə JavaScript, VbScript, JScript və s. bu kimi AD-dən istifadə olunsada, bütün Web baxıcılar (browserlər) tərəfindən əsasən JavaScript problemsiz istifadə olunur. Digər klient tərəfdə işləyən skriptlər Web baxıcılar tərəfindən bir mənalı qəbul olunmur: ya işləmir ya da səhvlər verir. Klient tərəfdə işləyən AD-lər dinamik Web səhifələr yaratmağa icazə verir, bu zaman səhifənin bütünlüklə yüklənməsi Serverdən tələb olunmur - yalnız Web səhifənin müəyyən elementləri tələbdən asılı olaraq dinamik dəyişdirilə bilər.
Server tərəfdə işləyən AD-lər - skriptlər əsasən müəyyən alqoritmlər əsasında html səhifəni formalaşdırıb, server vasitəsilə klientə ötürür. Klient (yəni biz, daha doğrusu kompüterimizdəki Web baxıcı) bu məlumatları monitora çıxarır. Bu məlumatın mətninə (yəni İdarəetmə Kodlarına - teqlərə) baxsaq orda yalnız HTML teqlərinə(İdarəetmə Kodlarına) və JavaScript AD-nin kodlarına rast gələ bilərik. Server skriptlərinin kodu HTML səhifədə görünmür, yalnız bu skriptlərin işlərinin nəticəsi HTML şəkində bizə çatdırılır. Böyük həcmli, çox funksiyalı Web layihələri Server Skriptlərsiz həll etmək mümkün deyil. Xüsusilə Verilənlər Bazaları ilə iş bunlarsız mümkün deyil.
Adi istifadəçi yalnız HTML teqlər vasitəsilə formatlaşdırılmış, Web baxıcıda dizaynerlərin qrafik paketlər vasitəsilə "bəzədikləri" müəyyən səhifəni görürlər. Amma bunun vasitəsilə (Web dizayn) tam funksional saytlar yaratmaq mümkün deyil. O səbəbdən Web səhifələrin yaradılmasında Web proqramlaşdırmaya ən əsas yer ayrılır.
Bizim şirkət TSW universal, masştablaşdırmaya imkan verən, çox modullu sistemi vasitəsilə istənilən çətinlikli Web məsələləri həll edir. (TSW sisteminin özəllikləri ilə bağlı məlumatlarla tanış olmağınızı məsləhət görürük). Web Texnologiyalar çox sahə olub, aşağıdakıları əhatə edir:
Web proqramlaşdırma (PERL/PHP/MySQL/JavaScript kimi AD-skript dillərdə professional səviyyədə proqramlaşdırma)
Web dizayn (HTML/DHTML/XML texnologiyaları dərindən bilmək)
Dinamik banerlər (GİF animasiya və MacroMedia Flash animasiyada müxtəlif dinamik səhnələrin hazırlanması)
Web audio/video məlumatların emalı (İnternetə qoşulmaq üçün lazım olan rabitə kanallarının ötürücülük sürətinin artması, video/audio məlumatlı saytların yaradılmasına imkan verir. Yaxın gələcəkdə bu kontentli saytların sayının daha sürətlə artması gözlənilir. Belə tip saytları yaratmaq üçün audio/video məlumatların yaradılması, emalı, ötürülməsi, arxivləşdirilməsi və s. bu kimi məsələlərin Web variantının hazırlanmasına ehtiyac var)
Əməliyyat sistemləri və onlara yüklənmiş Web serverlərlə işləmək qabiliyyəti (Yuxarıda sadalanan bütün texnologiyalar hansısa əməliyyat sisteminin Web serverində istismar olunacağını nəzərə aldıqda, bu serverlərin professional səviyyədə idarə olunmasının nə qədər zəruri bir məsələ olduğu meydana çıxır)
və s.
Bizim şirkətin yaratdığı bütün məhsullarda bu texnologiyalardan aktiv şəkildə bu və ya digər formada istifadə olunur.
Qarışıq proqramlaşdırma
Korporativ şəbəkələrdə məlumatların saxlanılması və korporativ klientlər tərəfindən istifadəsi üçün lokal və Web proqramlaşdırmadan eyni zamanda istifadə edilməsi zəruriyyəti ortaya çıxır. Hər iki tip üzrə yaradılmış proqram sistemlər arasında interfeysin(keçid proqramlarının) yaradılması Qarışıq Proqramlaşdırmanın ən əsas məsələsidir. Hər iki sahədə proqram sistemləri yaratmağa qadir olan şirkətimiz Qarşıq proqramlaşdırmada sahəsində də sizə unikal həll metodları təklif edir.

Mövzu ilə bağlı məqalələrLocal və korporativ şəbəkələr

Local və korporativ şəbəkələr. Şirkət və təşkilatın ofisində olan kompüterlərin lokal şəbəkədə birləşdirilməsi. Əgər kompüterlər bir binada yerləşmirsə korporativ şəbəkənin yaradılması. Lokal/korporativ şəbəkənin İnternet çıxışının təmin olunması.

Şirkətimizin əsas fəaliyyət sahələrindən biridir və bu sahə əsasən aşağıdakı işləri nəzərdə tutur:

Şirkət və təşkilatın ofisində olan kompüterlərin lokal şəbəkədə birləşdirilməsi.

Əgər kompüterlər bir binada yerləşmirsə korporativ qlobal şəbəkənin yaradılması.

Lokal/korporativ şəbəkələrdə İnternet resurslardan istifadə olunması.

Məsələdən asılı olaraq şəbəkə aşağıdakılara bölünür:

Serversiz şəbəkə. Şəbəkəyə qoşulmuş bütün kompüterlər eyni hüquqludur və öz aralarında fayl mübadiləsi etmək, informasiya və ya texniki imkanlardan müştərək istifadə edə bilərlər. Belə şəbəkələr əsasən kiçik şirkətlərdə istifadə olunur.
Serverli şəbəkə. Belə şəbəkələr əsasən iri şirkətlərdə, şəbəkə proqram təminatı istismar olunan şəbəkələrdə istifadə olunur. Serverlərə məsələdən asılı olaraq ya Windows2000/2003 və ya Linux əməliyyat sistemlərindən biri yüklənir.

Server kompüterə uyğun əməliyyat sistemi yazılandan sonra, bu sistemlərə müxtəlif funksiyalı Proqram-Serverlər yüklənir (məs. Web server, Mail server, BackUp Server və s.). Bundan başqa xüsusi yaradılmış şəbəkə proqram təminatlarıda server kompüterə yüklənir.




NƏTİCƏ
Son olaraq demək olar ki,Web servisləri yeni paylaşdırılmış hesablama və inteqrasiya texnologiyasıdır. Arşdırmada web servislərinin əvvəlki texnologiyalardan üstün xüsusiyyətləri bu sahədə təyin edilmiş standartlar incələnmişdir. Java platformu və versiyaları haqqında məlumat verilmiş,mobil Java platformu isə daha ətraflı analiz edilmişdir. Analizdə mobil Java platformunun arxitekturu əsas komponentləri və bu platform üçün təyin edilmiş standartlar ətraflı izah edilmiş və alternativ texnologiyalardan üstün xüsusiyyətləri göstərilmişdir. Mobil web servislərini layihələndirmək üçün mobil cihazların texniki imkanlarını və proqram təminatını nəzərə almaq lazımdır. İlk öncə mobil cihazlar onların əməliyyat sistemləri proqram təminatı və.s haqqında məlumat verilmişdir.Daha sonra isə mobil web servislərini həyata keçirmək üçün gərəkli proqram təminatı, kitabxanalar və alətlər araşdırılmışdır.Kitabxanaların əsas xüsusiyyətləri müqayisəli şəkildə analiz edilmişdir. Sonda isə araşdırma nəticəsində əldə edilmiş məlumatların əsasında Google SOAP Web Servisini istifadə edən MobiGoogle proqramı hazırlanmışdır.





Yüklə 124,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin