MÖvzu 12. Bank sferasinda marketinq bank marketinqinin məzmunu və xüsusiyyətləri Bank xidmətləri (məhsulu)


Reklam kampaniyasının aparılma qaydaları



Yüklə 331,5 Kb.
səhifə4/4
tarix25.12.2016
ölçüsü331,5 Kb.
1   2   3   4

Reklam kampaniyasının aparılma qaydaları. Burada aşağıdakı məsələlərə diqqət yetirmək tövsiyə olunur:

  1. Məqsədli auditoriyanızı (hədəf qrupu – istelakçılar qrupu) seçin.

  2. Reklamın məqsədlərini formalaşdırın və lakonik ifadə edin.

  3. Məqsəd və auditoriya nöqteyi-nəzərdən müxtəlif reklam vasitələrini araşdırın. Bu işdə kütləvi informasiya vastələrinin auditoriyaları və reytinqlər kömək ola bilər.

  4. Bazarda vəziyyət və imkanlarınızdan asılı olaraq reklama xərcləri təyin edin.

  5. Reklam kampaniyasının məkan və zamana görə planını tərtib edin və nəzərə alın ki, reklam kompleks aparılmalı və dəfələrlə təkrar (adətən 3-5 dəfə) olunmalıdır.

  6. Yaradıcılıq məsələlərini reklam agentliyi mütəxəssislərinə etibar edin.

  7. Nəzərə alın ki, rekalm fəaliyyəti stimulverici tədbirlərlə müşayiət olunduqda yaxşı nəticələr verir.

  8. Bizim şəraitdə çap reklamı hökmən zəruri informasiya materialları ilə müşayiət edilməlidir (ünvan, necə tapmalı və s.)

  9. Reklamın səmərəliliyini ölçmək mümkün olmasa da siz bunu etməyə cəhd edin.

  10. Reklamda daim yeni və qeyri-ənənəvi yollar (forma və metodlar) axtarın.

Reklam xidməti bazarı bizim ölkəmizdə inkişaf etdikcə reklam vasitələri, forma və metodlarının müştərilərin qərar qəbuletmə prosesinə təsirinə dair xüsusi tədqiqatlar aparılmağa başlanmışdır. Belə tədqiqatlardan biri Azərbaycan Marketinq Cəmiyyəti tərəfindən aparılmış, bank və maliyyə təşkilatlarının reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsinin öyrənilməsinə yönəlmişdir.

Tədqiqatlar göstərmişdir ki, müştərilər tərəfindən bankın seçilməsi haqqında qərarın qəbul edilməsində əsas meyar bankın nüfuzu və ona müştərilərin etibarıdır. Bankın nüfuzuna dair məlumatların mənbələri belə paylanmışdır, %-lə:



  • həmkarların, tanışların və tərəfdaşların rəyi – 60;

  • televiziyaların reklamı – 35;

  • qəzetlərdə məlumatlar – 31;

  • bankların etibarlılıq reytinqləri – 28;

Konkret bank xidmətini, məsələn plastik kartları seçərkən informasiya mənbələrinin vacibliyi tam ayrı sıra ilə düzülmüşdür, %-lə:

  • qəzetlərdə məlumatlar (xüsusən “Birja” qəzetində) – 45;

  • televiziya reklamları – 31;

  • radioreklamlar – 18;

  • həmkarların, tanışların və tərəfdarların rəyi – 9;

Bu tədqiqatın gözlənilməz bir nəticəsi ondan ibarət idi ki, auditoriya (hədəf qrupu), o cümlədən bankın müştəriləri konkret bank xidmətləri haqqında dolğun məlumatlara malik deyillər. Sorğular göstərmişdir ki, bankların konkret xidmətləri haqqında məlumat almağın rahat yolu əksər müştərilər üçün birbaşa poçt göndərişi və ya telefon zəngidir.

Bununla yanaşı, aşkar edilmişdir ki, banklar informasiyanın çatdırılmasının çox sadə, digər formalarına (vərəqlər, stendlər, bank işçilərinin izahatları və s.) az diqqət yetirilər.



Reklamın planlaşdırılması mərhələsində hökmən məqsəd auditoriyası, onun ehtiyacları, hərkətlərinin motivləri, həmçinin, hər bir bazar seqmentində informasiya alınmasının daha öncül üsulları (lider rəylərin aşkar edilməsi) təyin olunmalıdır. Məsələn, Azərbaycan bank bazarında tədqiqatlar göstərir ki, fiziki və hüquqi şəxslər banklar haqqında informasiyaları fərqli mənbələrdən alırlar (cədvəl 11.4):

Cədvəl 11.4

Banklara dair informasiya mənbələri

Mənbələr

Fiziki şəxslər, %

Hüquqi şəxslər, %

Qəzetlər

Sadə jurnallar

Televiziya və radio


17

6

11



31

24

3


Cəmiyyətin bankın işi haqqında rəy və fikirlərini araşdırmaq və aşkarlamaq, onun imicini təyin etmək, reklama çəkilən xərclərin özünü doğrultmasını yoxlamaq üçün marketinq xidməti tərəfindən istehlakçıların nöqteyi-nəzərincə bankın mənzərəsi, görünüşü və təsvirinin qiymətləndirilməsi aparılmalıdır. Belə qiymətləndirmənin əsasını istehlakçılar seqmenti, eləcə də geniş kütlə arasında aparılan sorğu və müsahibələrin (küçədə qısa müsahibələr də daxil olmaqla) nəticələri təşkil edir.



Stimullaşdırıcı tədbirlər. Stimullaşdırıcı tədbirlər – qısamüddətli oyadıcı təsirə malik çox müxtəlif vasitələrin istifadəsi üzrə fəaliyyətdir. Stimullaşdırıcı tədbirlər xidmətlərin satışını asanlaşdımaq və sürətləndirmək üçün digər kommunikasiya siyasəti vasitələrinə dəstək verməyə yönəldilir.

Adətən, stimullaşdırıcı tədbirləri iki qrupa bölürlər: xidmətləri satan personalamüştərilərə yönəldilmiş tədbirlər.



Birinci qrupa bank əməkdaşlarının motivasiyasına, onların əməyinin məhsuldarlığı və səmərəsini yüksəltməyə, məhsul haqqında biliklərini artırmağa, təhsilə marağına və xidməti vəzifədə irəliləməsinə, mükafatlandırılma sisteminə yönəldilən tədbirlər daxil edilir.

İkinci qrupa müştərilərə istiqamətlənmiş bütün tədbirlər daxildir. Bankın işgüzar imicini saxlamağa, yeni müştərilərin cəlb olunmasına şərait yaratmağa yönəlmiş tədbirlər çox müxtəlifdir. Mahiyyətcə, bu kompleks əlavə xidmətlər deməkdir, bunları bankın müştəriləri maneəsiz əldə edə bilir (informasiya materialları, prospektlər, açıqcalar, zərflər və s.).

Xidmətdə rahatlıq və komfort şərait, həmçinin, müştəriyə şəxsi diqqət göstərilməsi (firmanın atributları ilə suvenirlərin hədiyyə edilməsi, müştərilərin bayramlar münasibətilə təbrik edilməsi, bukletlərin göndərilməsi və s.) və digər bu kimi vasitələr də stimullaşdırıcı tədbirlərdir.

Stimullaşdırıcı tədbirlərin bir tipik nümunəsi də xidmət müəssisələrinin keçirdiyi müsabiqə və lotereyalar, açıq qapı və məsləhət günlərinin təşkili və müçtəri cəlb etmək üçün digər təkrarolunmayan tədbirlərdir. Xidmət müəssisələri, o cümlədən, banklar xidmətlərin satışının digər stimullaşdırıcı şərtlərini işləyib hazırlaya və tətbiq edə bilərlər: əmanətin minimal miqdarı, gənclər, təqaüdçülər, uşaqlar üçün əmanətlər və s.

Qeyd edək ki, stimullaşdırıcı tədbirlər, adətən, reklamı tamamlayır və xidmətlərin satışında qısamüddətli artımlara səbəb olur.



İctimaiyyətlə əlaqələr (pablik rileyşnz – PR.) İctimaiyyətlə əlaqələr (PR) – xidmət təşkilatı ilə ictimaiyyət arasında planlaşdırılan uzunmüddətli münaibətlərin yaradılması və saxlanmasına yönəlmiş kompleks səylərdir. PR-ın əsasında ictimaiyyətlə bankın ikitərəfli faydalı əlaqələrinin qurulması, kontaktlar yaratmaq bacarığı və arzusu durur. Qərb mütəxəssislərinin fikrincə PR – elm və peşədir, iş stili və başlıcası düşüncə tərzidir. PR-ə aşağıdakılar daxil olur:

  • xidmət təşkilatı ilə kontakta girən hər bir insanla qarşılıqlı əlaqələri yaxşılaşdıra bilən hər şey;

  • firmanın imicinin (ictimai obrazı və ya sifətinin) yaradılması üzrə tövsiyələr;

  • şayiələr və başa düşülməyən digər mənbələrin informasiyalarının ləğv edilməsi üzrə tədbirlər;

  • təşkilatın təsir sferasının müxtəlif təbliğat (rekalm, sərgilər, kinonümayiş və s.) vasitələri ilə genişləndirilməsi tədbirləri;

PR kampaniyası üçün aşağıdakı vasitə və tədbirlər nəzərdə tutula bilər:

  • mətbuat (media) ilə münasibətlər, informasiya xidmətləri. Bu xidmət müəssisəsinə səfərlər, pres-rezilər, mətbuat-konfranslarının keçirilməsi ilə reallaşdırıla bilər.

  • ictimaiyyətlə əlaqələr – təqdimatlar, hər hansı əlamətdar hadisə ilə bağlı dəyirmi masa, seminar, konfranslar və s. Məsələn, bank yeni binaya köçdükdən sonra bu cür tədbirlər – təqdimatlar keçirilə bilər.

Məsələn, Texnikabank bu yaxınlarda müştərilər üçün “açıq qapı” günləri keçirirdi, bankın xidmətləri və buradakı iş şəraiti ilə onlara tanış olmaq imkanı verir.

  • elanlar, mətbuatda məqalələr, radio və televiziyada verilişlər; bu tədbirlərdə bankın xidmətlərini deyil, onun sosial sferada, ətraf mühitin qorunması, sahibkarlığa dəstək və s. sahədə nailiyyətlərini reklam etmək tövsiyə olunur.

  • sponsorluq və xeyriyyə fəaliyyəti. Bu tədbirlər də planlaşdırılmalı və düşünülmüş şəkildə həyata keçirilməlidir. Qeyri-kommersiya fəaliyyətinə pul vəsaitləri qoyulması da bankın nüfuzunu yüksəltməli və xidmətlər satışının həcmini artırmağa kömək etməlidir. Başqa sözlə, bu gözlənilən fayda və xeyir üçün vəsait qoyuluşudur. Doğrudur, sponsorluq tədbirlərinin və obyektlərinin seçimi çox diqqətlə həyata keçirilməlidir. Bu seçimdə başlıca meyar, tədbirlərin və təşkilatların ictimai əhəmiyyətli və tanınmış olmasıdır. Deyək ki, mədəniyyət, idman və ya əhalinin sağlamlığının dəstəklənməsi firmaya böyük nüfuz gətirə bilər.

  • xidmət müəssisəsi, şirkət və bankların rəhbərlərinin ictimai həyatda, o cümlədən, şəhərin və ərazinin nümayəndəlik və seçkili orqanlarında iştirakı, müxtəlif assosiasiyalara, ittifaq və birliklərə daxil olması, nəhayət lobbizm də əhəmiyyətli tədbirlər hesab oluna bilər.

Pablik rileyşnz (hərfi mənası – ictimaiyyətlə münasibətlər) anlayışı XIX əsrin əvvəllərində ABŞ-da yaranmışdır. Hazırda ABŞ şirkətlərinin PR-ə illik xərcləri bir neçə milyard dollar təşkil edir.

Bizim ölkədə PR işi hələ ilk addımlarını atır, hərçənd artıq bir neçə firmalar vardır ki, ictimai rəyin formalaşmasına yönəlmiş uğurlu tədbirlər həyata keçirirlər. Getdikcə daha çox aydın olur ki, xidmət müəssisəsinin imici və nüfuzu məhz ictimaiyyətlə qurulan düzgün və səmərəli fəaliyyətdən xeyli dərəcədə asılıdır.

Beləliklə, xidmət müəssisələrinin kommunikasiya siyasəti kifayət qədər geniş səpgidə səmərəli, çevik və düşünülmüş tədbirlərin həyata keçirilməsi ilə formalaşır. Daha rasional vasitənin seçimi müştərilərin inam, etibar və ehtimadının möhkəmlənməsi və xidmət firmasının nüfuzunun yüksəldilməsi nöqteyi-nəzərdən aparılmalıdır.

Xidmət müəssisələrinin bazardakı uğurunun başlıca göstəricisi xidmətin rəqabət qabiliyyətliliyi olsa da, xidmətlərin bazarda müəyyən seqmenti uzun müddət saxlamasında göstərilən əlavə xidmətlərin, əhatə mühitinin, şəraitinin və firmanın ümumi nüfuzunun rolu durmadan artır.

Xidmət şirkətinin nüfuzunun möhkəmlənməsinin daha bir vacib amili də bütövlükdə ictimaiyyətlə qurulan qarşılıqlı inam və etimada söykənən əlaqələrdir.

SUAL - 7. Xidmət müəssisəninin (bankın) marketinq strategiyası

Marketinq xidmət müəssisəsinin idarəetmə funksiyalarından biri olub, bazarın öyrənilməsi, reklam siyasətinin aparılması və məhsulun birbaşa satışı yolu ilə xidmətlərin reallaşdırılmasına kömək etməlidir. Marketinqin bu mühüm vəzifələri müəssisənin orta idarəetmə manqası səviyyəsində (marketinq şöbəsi) həyata keçirilir. Bununla yanaşı, təşkilatın inkişaf strategiyasının işlənilməsi ilə bağlı marketinqin digər bir mühüm vəzifəsi də vardır. Marketinqin bu ikili təbiəti onun başa düşülməsi və idarəetmənin təşkilində müəyyən çətinliklər yaradır.

Bir tərəfdən, marketinq bazarda təşkilatın işinin qaydalarını müəyyən edən və kompleks qarşılıqlı əlaqədə olan elementlərin (funksiyaların) məcmusudur. Adətən, buraya aşağıdakılar daxil olur:



  • bazarın tədqiqi;

  • satışın təşkili;

  • bazarda malların yeridilməsi sistemi (reklam, PR, stimullaşdırıcı tədbirlər);

  • qiymət siyasəti;

  • yeni məhsul və xidmətlərin işlənilməsi;

  • marketinqin özünün idarə edilməsi.

Digər tərəfdən, marketinq – təşkilatın idarəolunması və biznesin fəlsəfəsi konsepsiyasıdır. Bu konsepsiya və ya idarəetmənin təşkilinə yanaşma tamamilə satış yanaşmasının əks qütbüdür. İdarəetmədə marketinq yanaşmasının mahiyyəti odur ki, müəssisə istehsal edə biləcəyi məhsulu (xidməti) müştərilərə təklif etmək əvəzinə, konkret zaman kəsiyində bazarda tələb olunan və ehtiyac duyulan məhsulu oraya çıxarmalıdır.

Marketinq konsepsiyası ilk dəfə keçən əsrin 50-ci illərində “Cenerel elektrik” firması tərəfindən müştəriyə və gəlirə yönəlmiş biznesin inteqrəedilmiş fəlsəfəsi kimi formalaşdırılmışdır. Marketinq konsepsiyasının əsasında üç prinsip dayanır:



  • istehlakçıya (müştəriyə) tərəf yönüm və ya istiqamətlənmək;

  • gəlir hər hansı firmanın fəaliyyətinin əsası kimi;

  • qoyulmuş məqsədlərə nail olmaq üçün təşkilatın bütün bölmələrinin səylərinin koordinasiyası.

Marketinq konsepsiyasının yaranması bazarların əmtəə, məhsul və xidmətlə dolması, doyması və müştəri – alıcı uğrunda rəqabət mübarizəsinin kəskinləş-məsi ilə əlaqədar bazar münsibətlərinin inkişafının məntiqi nəticəsidir.

Marketinq konsepsiyasına istiqamət tutmuş firmalar idarəetmə strukturunda marketinq üzrə vitse-prezident və ya direktor vəzifəsi təsis edirlər. Bu şəxs çox vaxt firmanın prezidentindən sonra birinci şəxs hesab olunur və təşkilatın inkişaf strategiyasının işlənməsinə cavab verir.

Marketinqin uğurlu tətbiqinin əsası onun mahiyyətinin düzgün başa düşülməsi ilə bağlıdır. Marketinq – xarici əhatə imkanları və tələbatlarında təşkilatın məqsəd və resurslarının fokuslama prosesidir.

Əlbəttə, son 30 ildə marketinq anlayışı, onun mahiyyəti və məzmunu ciddi dəyişmələrə məruz qalmışdır. İlkin zamanlar marketinq siyasəti mala (məhsula, əmtəəyə) yönəlmişdi, müəssisə və ya təşkilatlar öz səylərini “ən yaxşı” məhsul yaratmağa yönəldirdilər. Həm də bu “ən yaxşı” məhsulun standartları elə firmanın özünün daxili meyar və qiymətlərinə əsaslanırdı.

Firmanın ön məqsədi gəlir, məqsədə çatmaq vasitəsi isə satışlar idi, yəni potensial müştərilərin pulu firmanın malı, məhsulu və ya əmtəəsinə dəyişdirilirdi.

Marketinqin yeni məzmun kəsb etməsi (keçən əsrin 60-cı illəri) vurğunu məhsul üzərindən müştəri üzərinə keçirdi. Amma əsas məqsəd yenə əvvəlki kimi gəlir idi, məqsədə çatma vasitələri isə xeyli genişlənirdi; marketinq – miks yarandı: əmtəə, qiymət, satış sistemi, əmtəənin bazarda yeridilməsi (irəliləməsi) kimi məfhumlar yeni məzmun kəsb etdi.

80-ci illərdə Qərbdə marketinqin təkamülünün davamı olaraq strateji marketinq anlayışı yarandı. Marketinqin strateji konsepsiyası vurğunu istehlakçı və ya müştəridən firmanı xarici əhatə dairəsinə keçirir. Müştərilərin ehtiyac və tələblərini dərindən bilmək daha kifayət etmir. Uğur qazanmaq üçün marketoloq artıq müştərini kontekstdə tanımalıdır. Bu isə rəqabət mühiti və hökumətin siyasətini, tənzimləmə sistemini, makromühitin iqtisadi, sosial, siyasi amillərini daha geniş öyrənməyi və bacarıqla istifadə etməyi nəzərdə tutur. Bunlar bazarın və marketinqin təkamülünü müəyyən edir.

Marketinq strategiyası anlayışında digər radikal dəyişiklik məqsədlərin dəyişməsi ilə bağlıdır: gəlirdən bütün maraqlı tərəflərin qaşılıqlı xeyrinədək (və ya faydayadək). Maraqlı tərəflər –ayrı-ayrı şəxslər və ya qruplardır, bunların hamısı firmanın gəlirlə fəaliyyət göstərməsində maraqlıdır. Buraya daxildir: işçilər və menecerlər, alıcılar və səhmdarlar, cəmiyyət və hökumət.

Bugünkü sərt rəqabət mühitli bazarda qələbə çalmaq və ya uğur qazanmaq üçün innovasiyalarla məşğul olmaq, yüksək keyfiyyətli məhsul istehsal etmək və personalı yaxşı idarə etmək lazımdır. Yəni, diqqəti yenə alıcıya yönəltmək, lakin bu zaman firmanın səhmdarları və əməkdaşlarının da maraqları unudulmamalıdır.

Beləliklə, marketinq strategiyasında irəli sürülən hər bir müddəa marketinq planında öz əksini tapmalıdır. Məsələn, müştəri ilə səmərəli münasibətlər qurmaq, televiziyada reklamlar vermək və ya informasiya-reklam materiallarını ünvanlara göndərməyə nisbətən müştəriləri cəlb etmək üçün daha böyük əhəmiyyət daşıyır. Lakin bu münasibətlərin səmərəliliyini təmin etmək üçün hərəkətlərin yaxşıca düşünülmüş və planlaşdırılmış proqaramı olmalıdır. Buraya həm də personalın təlimi, elanların səliqəli tərtib edilməsi və satış yerlərində rahat şəraitin yaradılması da daxil ola bilər.

Qeyd edək ki, strateji planda firmanın gəliri qətiyyən unudulmur. Strateji marketinqin təzahürü strateji idarəetmədə özünü göstərir, bu isə marketinqin digər idarəetmə funksiyaları isə inteqrasiyasını nəzərdə tutur. Strateji idarəetmənin vəzifələrindən biri isə sərmayələr yatırmaq və menecerlərin, xidmət personalı və səhmdarların mükafatlandırılması üçün vəsait mənbəyi olan gəlir yaratmaqdır.

Deməli, marketinq – müxtəlif cəhətləri olan mürəkkəb bir prosesdir və ona müxtəlif tərəflərdən baxmaq olar:



  • yüksək rəhbərlilik səviyyəsində marketinq təşkilatın strategiyasının işlənməsinin əsasıdır (marketinq bir idarəetmə fəlsəfəsi kimi):

  • orta idarəetmə səviyyəsində marketinq məhsula tələbatın formalaşması və onun satışının təşkili üzrə kompleks tədbirlərin yerinə yetirilməsi ilə bağlıdır (marketinq fəaliyyəti və ya funksiyaları).

Qeyd edək ki, hazırda xidmət sahəsində rəqabətin kəskinləşməsi maksimal gəlir gətirən sahələrə resursların ayrılmasını nəzərdə tutan marketinq strategiyasının işlənməsini zəruri etmişdir. Xüsusən bank və maliyyə sektorunda marektinq strategiyasının əhəmiyyəti durmadan artmaqdadır.

Bank sektorunda marketinq sistemi elementlərindən hər biri haqqında zəruri informasiyaların toplanması, təhlili və proqnozu, onların rəqabət üstünlüklərinin aşkar edilməsi marketinq fəaliyyətinin idarə edilməsinin strategiyasında öz əksini tapmalıdır.



Bu strategiyalarda qarşıya qoyulmuş məqsədələrə nail olmağın konkret yolları göstərilir,bankların uğur qazanmaq və yaxşı gəlir əldə etmək üçün öz müştərilərinə göstərdikləri xidmətin müxtəlif istiqamətləri və formalarımüəyyənləşdirilir.
ÖZÜNÜ YOXLAMA SUALLAR

  1. Marketinqin bank sistemində tətbiqinin spesifik xüsusiyyətləri nədən ibarətdir?

  2. Bank sferasının xarici mühitində baş verən dəyişikliklər hansı amillərdən asılıdır?

  3. Bankın marketinq fəaliyyətinin təşkilinin ümumi sxemini təsvir edin.

  4. Bankda marketinqin müvəffəqiyyətlə fəaliyyət göstərən sisteminin əsas elementləri hansılardır?

  5. Bank xidmətlərinin satışı üçün mümkün olan satış kanalları hansılardır?

  6. Bank xidmətlərinə hansı spesifik xüsusiyyətlər aiddir?

  7. Bank xidmətlərinin duyulmasının yüksəldilməsi üçün əsas yollar hansılardır?

  8. Bank xidmətləri hansı fərqli xüsusiyyətlərə malikdir?

  9. Bank məhsulunun (xidmətin) üç səviyyəsini izah edin.

  10. Bazarın tədqiqi zamanı məqsədli vəzifələr hansıılar ola bilər?

  11. Bank xidmətləri bazarının tədqiqi prosesi hansı tərkib hissələrdən ibarətdir?

  12. Bank xidmətləri bazarının idarəetmə sistemində bazarın tədqiqinin yerini müəyyən edin.

  13. Bank xidmətləri bazarında ümumi vəziyyəti təsvir edərkən hansı amilləri mütləq nəzərə almaq lazımdır.

  14. Bank xidmətləri bazarında bankın rəqibləri hansı stateji qrupları təşkil edirlər?

  15. Bank xidmətləri bazarında rəqiblər haqqında nəyi bilmək lazımdır?

  16. Bank xidmətlərinin (rəqiblərin) seqmentləşdirmə matrisi nədən ibarətdir?

  17. Bank xidmətləri istehlakçılarına dair tədqiqatlarda müştərilərin kartotekasının təşkili necə ola bilər?

  18. Bank xidmətləri bazarında bazarın tədqiqi nələrə imkan verir?

  19. Bankın rəqabət üstünlükləri hansı formaları vardır?

  20. Xaricdə eynicinsli xidmətlərin keyfiyyətinin diferensiasiyasının əsasında hansı amillər dayanır?

  21. Bank məhsulu keyfiyyətinin meyarlarının təyin edilməsi problemlərinə hansı yanaşmalar mümkündür?

  22. Bankın qiymət siyasətini izah edin.

  23. Azərbaycan banklarının fəaliyyətində qiymətqoyma siyasəti problemlərinin aktuallığı hansı amillərlə bağlıdır?

  24. Qiymət yaranma prosesində marketinqin mümkün məqsədləri hansılar ola bilər?

  25. Bazarda xidmətlərin yeridilmə sisteminin əsas təşkilediciləri hansılardır?

  26. Şəxsi satışların üstünlükləri hansılardır?

  27. Bank reklamının əsas funksiyaları hansılardır?

  28. Bank reklamının inkişafında hansı tarixi mərhələləri ayırmaq olar?

  29. Rekalm kampaniyasından əvvəl hansı istiqamətdə tədqiqatlar aparılmalıdır?

  30. Reklam kampaniyasının mərhələləri hansılardır?

  31. Reklam kampaniyasının aparılma qaydaları hansılardır?

  32. Bank xidmətləri bazarında stimullaşdırıcı tədbirləri neçə qrupa bölürlər?

  33. PR nədir və bura nələr daxil olur?

  34. Bank xidmətləri bazarında marketinq konsepsiyasının əsasında hansı prinsiplər dayanır?




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 331,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə