Mövzular mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması



Yüklə 32,97 Kb.
səhifə1/11
tarix02.01.2022
ölçüsü32,97 Kb.
#42648
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   10   11
MEHMANXANA


MÖVZULAR

1. Mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması

2. Mehmanxanada nömrə və ya yerin bronlaşdırılması qaydaları

3. Nömrənin zəmanətsiz bronu standartlaşdırılması

4. Nömrə bronu üçün təqdim olunan sifariş məktubu.

5. Mеhmanхanaların qəbul və хidmət şöbəsinin iş prinsipi

6.Mehmanxana biznesi və marketinq

7.PR – mehmanxana biznesində fəaliyyəti.

8.Mehmanxana nömrələrinin təsnifatı.

9.Nömrə fondunun yığışdırılması və tənzimlənməsi

10.Ümumi istifadə üçün nəzərdə tutulmuş ictimai sahələrin yığışdırılması və tənzimlənməsinin təşkili

1. Mehmanxanada qəbul yerləşdirmə və standartlaşdırılması

Mehmanxananın iş prinsipindən asılı olaraq “Front Office” –də nöbələr və iş vaxtı müxtəlif ola bilər.Lakin mənim fikrimcə, “Front Office” iki növbəli olmalı və iş vaxtı saat 09:00-21:00-dək və 21:00-09:00-dək məqsədəuyğun ola bilər.

Bu sistem çöbədə sənədləçdirməni, hesabatı dəqiq və düzgün aparmağa imkan yaradır, işçilərin cavabdehlik və məsuliyyətini artırır.

Front Office şöbəsi mehmanxananın birinci mərtəbəsində münasib yerdə olmalı, xidmət göstərən işçilər lifti və mehmanxana holl-nu yaxşı görməlidirlər.Belə olan halda şöbənin əməkdaşları mehmanxanaya daxil olan qonaqları görər və onların yüklərinə nəzarət edə bilərlər.

“Front Office” öz müştəriləri haqqında çəlumat toplayır, saxlayır, daimi qonaqların zövqünü, arzusunu, hətta ad günlərini bilir.Mehmanxananın daimi qonaqları və VIP müştəriləri ilə menecer (guest relation manager) məşgul olur.Xüsusi hörmətli qonaqları, şəxsən baş direktorun özü qarşılayır və salamləyır.

Banqok şəhərində (Tailand) yerləşən “Oriental Hotel” –in baş direktoru Kurt Vahtveldən soruşanda ki, servisdə ən yaxşı və birinci olmaq üçün nə etmək lazımdır? O bele cavab vermişdir: “Xidmət, xidmət və yenə də xidmət”.

Mehmanxana müəssələrinin tiplərindən və yerləşmə tutumlaırndan asılı olaraq şöbə və bölmələrin sayı az və ya çox ola bilər.İri mehmanxanaların strukturunda bronlaşdırma, marketinq və satış, xidmət şöbələri müstəqildir və baş direktora tabedir.Orta və kiçik mehmanxanalarda yuxarıda adları çəkilən şöbələr və ya bölmələr qəbul, yerləşmə və xidmət şöbəsinə daxildir.



Yüklə 32,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin