MühaziRƏ 10 Obyektlərin kodlaşdırılması



Yüklə 103,5 Kb.
səhifə1/6
tarix02.01.2022
ölçüsü103,5 Kb.
#43501
  1   2   3   4   5   6
Muhazir 10-4


MÜHAZİRƏ 10

Obyektlərin kodlaşdırılması
Plan

  1. Kodlaşdırmanın mahiyyəti və kod işarələri.

  2. Kodlara nəzarət olunması.

  3. İnformasiyanın ştrixli kodlaşdırılması və onun əhəmiyyəti.

  4. EAN tərəfindən dünya ölkələrinin milli təşkilatlarına verilən kodlar.



Kodlaşdırmanın mahiyyəti və kod işarələri

Kodlaşdırma obyektə və obyektlər qrupuna müəyyən qaydalar üzrə yaradılan kodun verilməsinə deyilir. Kod obyektin adının bir neçə işarələrlə (simvollarla) əvəz olunmasını nəzərdə tutur. Kodların köməyi ilə maksimum qısa üsulla (yəni işarələrin minimum sayı ilə) obyektlərin identifikatlaşdırılması təmin edilir. Obyektləri identifikatlaşdıran işarələrin sayının minimum olması informasiyanın yığılmasının, uçotunun, saxlanılmasının və emalının səmərəliliyinin yüksəldilməsinə kömək edir.

Kod işarələri aşağıdakılarla xarakterizə olunur:


  • kodun əlifbası;

Kodun əlifbasi müəyyən qaydada tərtib olunmuş işarələr (simvollar) sistemidir. Buraya çap qurğusunun klaviaturasında olan rəqəmlər, hərflər və digər işarələr daxil ola bilər. Bununla əlaqədar olaraq kodlar rəqəmli, hərfli və hərfli-rəqəmli olurlar.

Bizim ölkədə, xaricdə və beynəlxlaq təcrübədə informasiyanın kodlaşdırılması zamanı rəqəmli kodlardan daha çox istifadə olunur. Burada yarımçoxluq 10 obyektdən çox deyildirsə, onda kod bir rəqəmdən ibarət olur - 0-dan 9-dək, 100 obyektdən çox deyildirsə, kod iki rəqəmdən ibarət olur 00-dan 99-dək və s. Müəyyən edilmişdir ki, informasiyanın emalı prosesində ən yüksək səmərəlilik beş və beşdən az rəqəmlərdən tərtib olunmuş rəqəmli kodların tətbiqi zamanı təmin edilir.



Kodun strukturu bir qayda olaraq kodun işarələrinin ardıcıl qrafıki təsvirindən və bu işarələrə uyğun bölgü səviyyələrinin adlarından ibarətdir.

Məhsulun təsnifçisi üçün kodun strukturu aşağıdakı kimi verilə bilər:



XX X X X X

Növ
Yarımqrup

Qrup

Yarımsinif


Sinif


Yüklə 103,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin