Mühazirə 4. ÖTÜRMƏLƏRİN DİZAYNI
4.1 Ötürmələr haqqında ümumi məlumatlar
Maşın mühərrik, güc və hərəkət ötürücü mexanizmlərdən və iş maşınlardan (şəkil 2.1a) ibarətdir. Mühərriklə iş maşını arasında yerləşən, mexaniki enerjisini onlar arasında ötürmək üçün istifadə edilən quruluşlara güc və hərəkət ötürücü mexanizmlər və ya qisaca ötürmələr deyilir.
Ötürmələrin köməkliyi ilə mexaniki enerjini maşınların ayri – ayrı hərəkətli orqanları arasında paylamaq, fırlanma tezliklərini azaltmaq və ya artırmaqla burucu momenti dəyişmək, hərəkət istiqamətini dəyişmək, sürəti tənzimləmək, işə salmaq və dayandırmaq olur.
İqtisadi cəhətdən səmərəliliyi artırmaq məqsədiylə texnikada əsasən yüksək sürətli mühərriklərdən istifadə edilir. Ötürmələrin köməkliyi ilə də hərəkət sürəti lazımı həddə endirilir.
Hal-hazırda ötürmələrin konstruksiyalarını təkmilləşdirmək və inkişafını təmin etmək üçün mühəndis və elm adamları qarşısında böyük məsələlər qoyulmuşdur. Ötürmələri layihə edərkən güc və sürətin geniş miqyasda dəyişməsinə, onların qabarit ölçülərinin və çəkisinin azaldılmasina uzunömürlülüyünün və etibarliliğını artırmaga xüsusi fikir verilir.
a)
b)
Şekil 2.1. Güc və hərəkət ötürücü mexanizmlər
1 – elektrik mühərriyi; 2 – qayış ötürməsi; 3 – iki pilləli silindirik reduktor; 4 – mufta; 5 – iş maşını (lentli konveyer)
Mexanika, maşın mühəndisliyində və ümumiyyətlə maşımqayırmada bir şox ötürmələr mövcuddur. Maşın dizaynında ancaq mexaniki ötürmələr tədris edilir.
Ümumiyyətlə, mexaniki ötürmələr iki qrupa ayrılır:
1. Sürtünmə ilə ötürmələr. Bunlara elastik əlaqəli qayiş ötürmələri, friksion ötürmələri və s. aidtdir.
2. İlişmə ilə ötürmələr. Bunlara isə zəncir, dişli şarx, sonsuzvint, vintli və s. ötürmələr aitdir.
Şəkil 2.1b – də verilən kinematik sxemdə güc və harəkət, M mühərriyindən qayış ötürməsi, iki pilləli silindirik reduktor və mufta köməkliyi ilə iş maşınına ötürülür.
Mühərriklərin nominal firlanma tezlikləri və gücləri sabit olduğundan onların əmələ gətirdikləri burulma momentləri də sabit olur:
və ya (2.1)
burada P - ötürülən güc, kW; n – firlanma tezliyi, 1/dəq (1/d); w - bucaq sürəti (w = pn/30), radyan/saniyə (r/s).
Maşın dizaynında, ötürücü mexanizmlər (şəkil 2.2) kimi: – dişli çarx mexanizmləri (şəkil 2.2a), sürtünməli çarx mexanizmləri (şəkil 2.2b), qayış mexanizmləri (şəkil 2.2c) və zəncir mexanizmləri (şəkil 2.2d) istifadə edilir. Bunlar sadə mexanizmlərdir və bunlara əsaslanan daha kompleks və hərtərəfli mexanizmlər da vardır.
a) b) c) d)
Şəkil 2.2. Ötürmələr
Hər bir ötürmədə giriş və çıxış dişli şarxları və ya valları, yaxud aparan və aparılan dişli çarxları və ya valları vardir. Şoxpilləli ötürmələrdə bu vallar arasında yerləşənlər isə aralıq vallar adlanır.
G
Dostları ilə paylaş: |