Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 106,46 Kb.
səhifə1/23
tarix13.11.2022
ölçüsü106,46 Kb.
#68934
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   23
Mühazirə 1-5 Elmdə və təhsildə kom tex-rı MagistrTAM-1


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti


İxtisas: Turizm, Meyvəçilik, Meşəçilik,Aqrokimya,Qida mühəndisliyi
Fakultə:Aqrar və mühəndislik
Kafedra: Texnologiya və texniki fənlər
Fənnin adı: Elmdə və təhsildə kompüter texnologiyaları
Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Dəmirov Asəf Ağacəfər oğlu t.ü.f.d.,b/m.
Mühazirə 10 saat, məşğələ 5 saat. Cəmi: 15 saat
Mühazirə 1.
Mövzu № 1. XXI əsrin elm və təhsilində müasir İKT-nin rolu..
Plan:
1.“Elmdə və təhsildə kompüter texnologiyaları” fənninin predmeti haqqında ümumi məlumatlar.

2.Elmi tədqiqat işlərinin yerinə yetirilməsində İKT-nın rolu və yeri.

3.İnformasiya texnologiyalarının və İKT-nın digər elm sahələrində tətbiqi

4.İnformasiya texnologiyalarının,hesablama texnikasının və İKT-nın meydana gəlməsi,təşəkkül tarixi və Azərbaycandakı müasir vəziyyəti haqqında




Giriş
Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır. Təsadüfi deyildir ki, BMT-nin qəbul etdiyi Ücüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından(İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin lazımı informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur. İKT-nin inkişafı “biliklər iqtisadiyyatının”, başqa sözlə neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də Azərbaycanda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur.
Hazırda Azərbaycanda bu sahədə çox ciddi tədbirlər işlənməkdə və həyata keçirilməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı(İP) arasında imzalanmış proqram-layihəyə müvafiq olaraq hazırlanmış “Aərbaycan Respublikasının ikişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)’’-sı Ümummilli: lider Heydər Əliyev tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı sonrakı dövrlər üçün rəsmi dövlət proqramı statusu almışdır.
Bu proqramın – İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqini və onunla əlaqədar yarana biləcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə tutur.
Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də insanları, o cümlədən elmi işçiləri, doktrant və dissertantları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaq elm və təhsil sisteminin qarşısında duran ən əsas məsələlərdən biri hesab olunur.

Yüklə 106,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin