Muhazirə9
Çarizmin milli müstəmləkəçilik zülmünə qarşı dağlı xalqlarının azadlıq mübarizəsi
Plan:
1.Dağlar xalqlarının social-iqtisadi, ideoloji hərəkatın ilkin şərtləri
2.Dağlılar hərakatının I mərhələsi
3.Şamil hərəkatının güclənməsi, dövlətçilik mahiyyəti
Ədəbiyyatlar:
1.Azərbaycan tarixi. B..1994
2.Белокуров С.А. Сношения России с Кавказом. М., 1989
3.Q.Əliyev. Qafqaz tarixi
4.R.Qurbanov. Qafqaz tarixi
5.Gürcüstan tarixi
6.Mustafayev İ.D. Murtuzayev S. İmam Şamil.B.1993
XIX əsrin elə ilk ilindən başlayaraq Rusiya imperiyası Cənubi Qafqazı işğal etməyə başladı. 1801-ci il yanvarının 15-də çar I Pavel Gürcüstan çarlığının Rusiyaya birləşdirilməsi hüququnda manifest verdi. Lakin bu hadisədən çox keçmədən I Pavel sui-qəsd nəticəsində öldürüldü. Onun yerinə Rusiya taxt-tacına I Aleksandr (1801-1825) sahib oldu. I Aleksandrın hakimiyyətə gəlməsi Rusiyanın Qafqaz səyahətində heç də böyük dəyişiklik etmədi. Bu sülalə nümayəndələrinin əlində olan bütün imtiyazlar ləğv edildi. Bu vaxtdan başlayaraq onlar Rusiyaya qarşı müharibəyə başladılar. 1803-1804-cü illərdə Meqreliya, Quriya və İmeretiya da Rusiyanın himayəsinə qəbul olundular. Tiflisdə general Knorinqin Komandanlığı altında rus hərbi dəstələri yerləşdirildi.
Qafqaz Rusiyaya hava-su kimi lazım idi. Ona görə ki, Qafqazı işğal etməklə o, burada İran və Türkiyənin təsirini heçə endirdi. Digər tərəfdən, gələcək işğalları həyata keçirmək üçün Qafqazda plasdarm kimi istifadə etmək olardı. Bundan əlavə, Qafqazı tutmaqla Rusiya Xəzər dənizinə, Qafqaz vasitəsilə Şərq ölkələrinə çıxış əldə edirdi ki, bunun da Rusiya üçün böyük əhəmiyyəti var idi. Qafqazın işğalında rus tacirləri çox maraqlı idilər.
Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax və Şəmşədil sultanları da Rusiyaya qatıldı. Azərbaycan torpaqları barədə yeni rus çarının siyasəti onun ayrıca bir göstərişində bu şəkildə bildirilmişdi: "Ətraf hökmdarlar və xalqlarla əlaqə saxlayaraq, Rusiya tərəfdarının sayını artırmağa çalışmalı, xüsusən hələ Baba xanın (Fətəli şahın) hakimiyyəti altına düşməmiş, belə şəraitdə özlərinin təhlükəsizliyi naminə Rusiyaya daha çox meyl göstərəcək İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanlıqların tərəfimizə cəlb etməliyik". Bu sözlər rus çarizminin Qafqaz siyasətini özündə tam əks etdirir.
Rusiya tarixçilərinin əksəriyyəti Rusiyanın Cənubi Qafqaz siyasətini ayrı-ayrı hərbi rəislərin siyasi xətti kimi qiymətləndirilir. Lakin bu siyasətdə uğurlar əldə edildikdə bu uğurlar Sisianovun, Yermolovun və Paskeviçin adına çıxarıldı.
Bu isə Rusiya imperiyası tarixçilərinin bu generallara oIan münasibətini açıq şəkildə özündə əks etdirir. Petruşevski bu faktları qeyd edərək göstərir ki, "Gürcüstanın Rusiyaya birləşməsi mütərəqqi hadisədir və bu birləşmə nəticəsində Rusiya Gürcüstanı Qafqaz barbarlarının və müsəlmanlarının soygunçu hücumlarından xilas etdi. Əgər bu birləşmə baş tutmasa idi, onda Rusiya Gürcüstanı silah gücünə işğal edəcəkdir". Bu isə əsl həqiqət idi. Çünki Rusiya bu siyasətini nəyin bahasına olursa-olsun həyata keçirməli idi. Gürcüstan isə bu siyasətin ilk qurbanı oldu.
Çarizm özünün Qafqaz siyasətini daha da sürətlə həyata keçirmək üçün Qafqazın baş komandanı vəzifəsinə Knoriqin yerinə Sisianovu təyin etdi. 1803-cü ilin fevralında Sisianov Tiflisə gəldi. General-leytenant T.D.Disianov (1754-1806) əslən gürcü idi. Bu vaxtdan etibarən o, Həştərxan general-qubernatoru və Gürcüstanın baş hakimi idi. Onun gəlişi ilə Qafqaz xalqlarına qarşı siyasət daha da sərt şəkil aldı. 1803-cü ilin əvvəllərində rus hərbi komandanlığı yeni ərazilər işğal etmək üçün planlar hazırlad. Bu dəfə rus qoşunları Car-Balakən üzərinə yeridilər. Şimali Azərbaycanın bu bölgəsində türklər, avarlar, ingiloylar əsrlər boyu yanaşı yaşamışlar. XIX əsrin əvvəlindəki məlumata görə "Car-Balakən azad camaatlığı" adlanan bölgədə 35 kənd, 5194 kəndli həyəti yerləşirdi. Car-Balakən bölgəsinə qoşun yeritmək üçün Sisianov, çar İraklinin oğlu Aleksandrın gəlib buraya sığınmasını bəhanə etdi. Əslində isə Car-Balakənin işğalı, Rusiya üçün strateji baxımdan əlverişli idi. Rusiyada qulluğunu öz ata yurdundan və millətin mənafeyindən üstün tutan Sisianov Kartli çar nəslini Gürcüstandan yox etməyə çalşırdı. O, gürcü çar ailəsini bütünlüklə Peterburqa köçürüldü. Bu nəsildən yalnız Aleksandr ələ keçirməmişdir. O, Azərbaycan xanlarının və İran şahının yardımı ilə öz hakimiyyətini bərpa etmək istəyirdi. Buna görə o, Cavad xanın köməyi ilə Cara sığınmışdı.
Car-Balakən camaatlığı bu toqquşmanın labüdlüyünü görüb bunun qarşısını almağa çalışırdılar. Biz carlıların Sisianova cavab məktubu ilə tanış olandan sonra bunun şahidi oluruq. Burada deyilirdi ki, "çar oğlu Aleksandr onların çağırışı ilə deyil, özü qonaq kimi gəlib bizdən yer istəmişdir, ancaq qonağın ona düşən olan bir kimsəyə verilməsi bizim adətimizdə yoxdur, özü gəldiyi kimi, özü də gedər". Bu məktub carlıların əsl igidliyini sübut edir.
Belə olduqda 1803-cü il martın 2-də general Qulyakovun komandanlığı altında 1482 nəfərdən ibarət piyada, 8 top, 200 kazak və 4500 gürcülərdən ibarət ordu hissəsi Car-Balakən üzərinə yürüşə başladı. Qulyakovun ordusu Balakənə bir qədər qalmış avarların dəstələri ilə meşədə döyüşməli oldular. Mübarizədən sonra ruslar avarları məğlub etdilər. Bundan sonra ruslar Qanıq çayı üzərində carlılan əzdilər və Balakəni işğal edərək dağıtdılar. Bu döyüş zamanı 500 nəfər avar öldürüldü, 44 kişi, 92 qadın, о cümlədən 2 gürcü knyazı əsir alındı. Balakənin işğalından sonra ruslar tərəfdən 4 maddədən ibarət sülh şərtləri irəli sürüldü. Bununla da Rusiya Balakəni işğal etdi. Balakənin tutulması carlıların vəziyyətini ağırlaşdırdı. Digər tərəfdən isə həm İran. həm də Dağıstan carlılara kömək edə bilmədi. Carlılar şəkili Məmməd Həsən xanın köməyinə arxalanaraq rusların tələblərini rədd etdilər və hərbi əməliyyatlar yenidən başlandı. Katex kəndi yaxınlığındakı döyüşdə Şəki xanı döyüş yerindən qaçdı, İlisu sultanı da qəti şəkildə çıxış etmədi. Bundan sonra carlılar təslim oldular. Martın 29-da Car Qulyakov tərəfindən işğal olundu. Onların nümayəndələri Tiflisdə sülh şərtlərini imzaladılar. Sülhə görə onlar Rusiyaya 220 pud ipək bac ödəməli, əmanət girovlar verməli, rus əsgərlərini öz ərazilərində yerləşdirməli, Aleksandrı və Dağıstan silahlılarını öz ərazilərinə buruxmamalı idilər. Bundan sonra 1803-cü il iyunun 23-də Sisianov carlılar qarşısında öyünərək deyirdi: "Güc kimin əlindədirsə, gücsüz ilə alış-verişə girməz, ona yaInız buyuruq verər".
Bundan sonra əhaliyə amansızlıqla zülm edən ruslar bac ödəməyinləri cəzalandırırdılar, bu isə əhalinin yenidən ruslara qarşı çıxış etməsinə səbəb oldu. Ruslara qarşı milli-azadlıq hərəkatı çox da uzun sürmədi. 1804-cü ilin yanvarında general Qulyakov, rus gücü qarşısında gücsüz qalmayan əhaliyə qarşı yenidən yürüşə başladı. Bu dövrdə 1804-cü ildə Rusiya ilə İran arasında müharibə başlandı. Dağıstanda isə Qazıqumuqlu Surxay xanın ruslara qarşı çıxışı carlıların mövqeyini möhkəmlətdi. 1804-cü ilin yanvannda Qulyakov 2500 nəfərlik qoşunla Саri yenidən oda qərq etdi. Lakin yanvarın 15-də Qulyakov Zaqatala dərəsində mühasirəyə düşdü, döyüs zamanı öldürüldü. Bu qələbədən sonra carlılar ruhlandılar. 1806-cı ilədək Rusiya ilə Car arasında münasibətlər gərgin olaraq qalırdı. Rusiya hər dəfə Carın daxili işlərinə qarışır, onu özünə tamamilə tabe etmək istəyirdi. 1806-cı ildə Cara yenidən hərbi yürüş təşkil edildi. Bu vaxt Carda Sultan Əli İlisunun yerinə Əhməd xan seçilir. Sisianov bu hadisədən təşvişə düşdü. Lakin çox keçmədən 1807-ci ildə İlisu sultanı Cardan vassal asılılığından yaxa qurtarmaq üçün Tiflisə gəlir və Əhməd xan özünün Rusiya tərəfdən asılılığını qəbul edir. Bundan sonra 1830-cu ilədək sultan özünü Rusiya təbəəsi kimi saxladı. Bütün bu hadisələr Car-Balakənin tamamilə Rusiyaya tabe olması ilə nəticələnir.
Sisianovun planında Gəncənin işğalı mühüm yer tuturdu. O, əvvəlcə Gəncəni dinc yolla tutmağa çalışırdı. Bunun üçün Gəncə xanı Cavad xana təsir etmək istəyirdi. Sisianov Cavad xana (1785-1804) bir neçə məktub göndərir. 1803-cü il fevralın 25-də Tiflisdən Gəncəyə göndərilən məktubda Sisianov Cavad xanı diplomatik yolla inandırmağa çalışır ki, Gəncə Rusiya himayəsini qəbul etməlidir. O, yazır: "Sizi və sizin xalqı lütfkar rus imperatoru öz himayəsinə götürür". Bu məktub qılınc kimi iti dişlərini gizlətməyə çalışan yırtıcının davranışına bənzəyir. Gəncə üzərinə sadəcə qara buludlar deyil, ölümcül bir təhlükə yaxınlaşdırmaqda idi. Gəncəni tutmaq ruslar üçün çox vacib idi. Ona görə ki, Gəncə böyük bir işə yalnız başlanğıc olacaqdı. Sisianov Gəncənin işğalının vacibliyi haqqında I Aleksandra yazırdı: "Gəncə qalası yerləşmə mövqeyinə görə bütün Azərbaycanı qorxu altında saxlamaq imkanı verdiyindən, onun ələ keçirilməsini Rusiya üçün çox önəmli saymağa imkan və əsas verir".
Cavad xanın Rusiya himayəsini asanlıqla qəbul etməyəciyini görən Sisianov, 1803-cü il noyabrın 29-da Şəmkirdən yeni bit məktub göndərmişdi. Bu dəfə artıq Cavad xandan Gəncəni təslim etmək tələb edilirdi. Lakin elə həmin gün Cavad xan özünü cavab məktubunda bu tələbi də rədd etdi. Bunun ardınca Sisianov 1803-cü il dekabrın 9,11, 26 və 29-da daha dörd ultimatum xarakterli məktublar göndərdilər. Bunların birində Sisianov yazırdı: "Mən öz etiqadıma görə Asiya məğrurluğuna nifrət edirəm". Belə bir şəraitdə Cavad xan öz "Asiya məğrurluğundan" dönmədi. Cavad xan son məktubunda rus tələbinə qarşı "Mən nə qədər sağam, şəhər təslim olmayacaqdır!" - deyə qəti cavabını göndərdi.
Bundan sonra rus qoşunları hücuma başladılar. Quruqobu döyüşlərindən sonra rus əsgərlərini şəhərə girib İçəri qalanı mühasirəyə almışdılar. Mirzə Adıgözəl bəy yazır: "Cavad xan hücumları igidlik və qoçaqlıqla dəf edirdi".
Bundan sonra rus qoşunları hücuma başladılar. Quruqobu döyüşündən sonra rus qoşunları şəhərə girib İçəri qalanı mühasirəyə almışdılar. Mirzə Adıgözəl bəy yazır: "Cavad xan hücumları igidlik və qaçaqlıqla dəf edirdi".
Sisianov Gəncə üzərinə 11 top, 6 piyada batalyonu, 3 eskadron, 200 kazak və 700 atlı ilə gəlmişdi. 1804-cü il yanvar ayının 2-də Sisianov rus qoşunlarına şəhəri almaq əmri verdi. Miladi bayramının 2-ci gecəsi müsəlmanlar üçün də bayram idi. Orucluq bayramının qarlı gecəsi Gəncə öz müdafiəçilərinin qanına boyandı. Müdafiəçilər 2 hücumu dəf etdilər, artıq 3-cü hücumda pozdular, çünki mayor Lisaneviçin gülləsi ilə Cavad xan öldürüldü. Oğlu Hüseynqulu ağa da şəhid oldu. Döyüş qırğına çevrildi. Mirzə Adıgözəl bəydən fərqli olaraq Mirzə Camal Cavanşir hətta "ümumi qırğın" anlayışını işlədir. Yanvarın 5-də Cavad xan və oğlu, Şah Abbas məscidi yanında dəfn olundular. Döyüş zamanı gəncəlilərdən 1500 nəfər həlak oldu, 17222 nəfər isə əsir düşdü. Bundan aydın olur ki, Gəncə döyüşü əsl xalq müdafiəsi səciyyəsi daşımışdı. Bu müdafiədə yalnız Gəncə əhli deyil, ətraf torpaqlarda yaşayan əhali də iştirak etmişdir. "Buna görə də Azərbaycan tarixçələrinin Rusiya qoşunlarının gəlişini bir zaman "könüllü birləşmə" kimi qələmə verməyə çalışıdqları halda, rus tarixçisi Dubrovin buna işğal adlandırmışdır. Beləliklə, Gəncənin süqutunun ağır nəticələri oldu.
1. Şəhərin adı dəyişdirildi və çariçanın şərəfinə Yelizavetpol adlandırıldı.
2. Gəncənin ruslar tərəfindən zəbt olunması Gəncə ətrafında olan Qarabağ və Şəki xanlıqlarını da təslim olmağa məcbur etdi.
3. Gürcüstanın QƏrbi tərəfində olan Minqreliya, İmereliya, Quriya kimi kiçik gürcü knyazları da müqavimətsiz təslim oldular.
4. Gəncənin süqutundan sonra bir sıra xalqların da ruslar tərəfindən istilası çox asan oldu.
1805-ci il may ayının 21-də əslində 2 xanlıq - Qarabağ və Şəki xanlıqları Rusiya himayəsini qəbul etdilər. Bu hadisə tarixə Kürəkçay müqaviləsi adı ilə daxil olmuşdur. 1805-ci il dekabrın 27-də Rusiya ilə Şirvan xanlığı araslnda müqavilə imzalandı. Müqaviləyə görə Şirvan Rusiya təbəəliyini qəbul edir və ildə 8 min çervon bac verməli idi. Şirvan xanlığı tabe edildikdən sonra Sisianov Bakı üzərinə yeridi. 1806-cı ilin yanvarında Bakıya yetişdi və öz tələblərini Hüseynqulu xana göndərdi. Tələblərini çox ağır olmasına baxmayaraq, xan bu şərtləri qəbul etdiyini bilirdi. Görüş qoşa qala qapıları yaxınlığında fevralın 8-də oldu. Qala açarları Sisianova verilərkən o, xanın xalası oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bu barədə müxtəlif fikirlər var. Rus tarixçisi A.R.Fadeyeva yazır: "On il öncə o, qalanın komendantı olmuşdur, indi buraya çarın canşini kimi gəlib, yenicə işğal edilmiş bir ölkənin hakimliyi ona verilmişdi". Şöhrətpə rast, yaltaq olan Sisianov, özünü hər şeyə gücü çatan bir satrap kimi gpstərir və qarşısında duranlarla saymazyana davranırdı".
Ancaq, onun öldürülməsi Bakını xilas etmədi, yalnız geriyə çəkdi. Artıq iyun ayında general-feldmarşal Qudroviç afqaza baş komandan təyin edildi. 1806-cı ilin sentyabrında Hüseynqulu xan İrana qaçdı və Bakı müqavimətsiz Rusiyaya tabe oldu. Bundan sonra general Bulqakov Qubaya gəldi. Şeyxəli xanın dağlara qaçması üzündən Quba xanlığı da nüqavimıtsiz tabe ioldu.
Beləliklə, 1806-cı ilin sonu üçün Quzey Azərbaycanın başlıca bölgələri rusların əlinə keçdi. Gəncədə olduğu kimi çar qoşunları Şəkidə, Çar-Balakəndə, Bakıda, Qubada və Dərbəndə də İran ordusu ilə deyil, Azərbaycan əhalisi ilə, onun bu və ya başqa şəkildə özünü göstərən milli-azadlıq hərəkatı ilə qarşılaşırdılar.
Yeni çıxış və üsyanlarla qarşılaşan çar komandanlığı azərbaycanlıların bu çıxışlara qarşı qoymaq və onların başını Rusiya-İran müharibəsi ilə qatmaq istəyirdi. Bunun üçün Rusiya qulluğunda olan xanlıqlardan öz əyalətlərində əmin-amanlığı yerli qüvvələr ilə qorumaqla yanaşı, rus qoşunları üçün altı döyüşçülər verməyi tələb edirdilər. Ən çox Qarabağ, Şəki, Şirvan və Qazaxdan atlı qoşun yığıldı.
1810-1811-ci illərdə keçmiş Gəncə xanlığında yaşayan ayrımlar Rusiya ağalığına qarşı çıxış etdilər. Çar hərbi məmurlarının özbaşınalığından cana doyan 1400 ayrım ailəsi ağır vergilərdən boyun qaçırdı, Gəncəbasardan köç edib Dərələyəz yaylağına getdiş Burada onlar Cavad xanın İrana qaçmış oğlu Uğurlu xanla görüşüb, onun himayəsində İrəvan xanlığında yerləşdilər. Ancaq İran tabeliyində olan bu xanlıqda da vergidən azad ola bilmədilər. General Nebolsin Borçalı Nəsib sultanın vasitəsi ilə üsyan etmiş ayrumların yanına adamları göndərdi. Onların başçısı Dodaq Məmmədin xahişi ilə 400 rus piyadası, Şəmşədil və Şəki atlı qoşunu "yardım" üçün ayrlmlara göndərildi. Ayrımlar Rusiya tabeluyinə dönərək Şəmçədil torpağında yerləşdilər.
Bu zaman yalnız Səlim xan deyil, Qarabağ hakimi Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan və Quba hakimi Şeyxəli xan da Rusiyaya qarşı idilər. Rus ordusunun generalı olduqlarına baxmayaraq, onlar bu ordunun əbədi köləlik vasitəsi olduğunu artıq anlamışdılar.
1810-cu ilin axırlarında xalqın döyüş yardımına arxalanan Şeyxəli xan rus qoşun komandiri Leviçkini Gilgilçay üzərində məğlub edib, ona köməyə gələn general Repitini də geri oturtdu.
General Repin Şeyxəli xanı tutub gətirən və ya öldürən adama 1500 çervon "mükafat" verəcəyini bildirsə də, istəyinı nail ola bilmədi. Çünki Quba əyalətinin əhalisi üsyana qalxmışdı. Yerli bəylərin çoxunun Rusiya tabeliyindən çıxıb Şeyxəli xana qoşulduğunu baş komandanlıq özü də etiraf edirdi. Ancaq Quba üsyanının başlıca qüvvəsi silaha sarılmış kəndliləridi. Silahlı üsyan Şeyxəli hərəkatının dayağına çevrildi. Şirvanlı Mustafa xan Qubadakı üsyana yaxından kömək etdi.
Quba üsyanı çar komandanlığını güzəşlli yol tutmağa məcbur etdi. Rus komandanlığı üsyanın daha da genişlənməsindən qorxur, buna görə "Şeyxəli xanı Qubanın xanı kimi tanıyaraq, Qubanı ətraf kəndlər ilə xanın hakimliyinə verməyi və traktat ilə onu Rusiya təbəliyinə keçməyi" təklif edirdi. Çar komandanlığı üsyanı yatırmaq üçün Gəncədən bir. Qarabağdan iki, Bakıdan bir rota, Şəkidən 1000, Şirvandan isə 100 atlı qoşun göndərdi. Baş komandan Quba üzərinə yürüşü polkovnik Lisaneviçə tapşırdı. O, artıq belə işlər üzrə sınanmış bir "mütəxəsis" kimi ad çıxarmışdı. Oktyabrın 4-ü və 25-də olan 2 döyüşdə Şeyxəli xan məğlub oldu. Növbəti kəndli üsyanı da yatırıldı. İşğalçı məgam güclən İran ordusu da köməvə gəlmədi.
Beləliklə, rus işğalçılarına qarşı başlanmış xalq-azadlıq hərəkatı məğlubiyyətə uğradı. Məğlubiyyətin əsas səbəbləri qüvvələrin qeyri-bərabər olması, azərbaycanlıların döyüş taktikasına yaxşı yiyələnməsi və silah sursatlarının lazımi qədər olmaması ilə bağlı idi.
1806-1812-ci illərdə davam edən Türkiyə-Rusiya müharibəsi 1812-ci il martın 16-da Buxarest sülh müqaviləsi ilə sona çatdı. Sülh müqaviləsinə görə Türkiyənin Qafqaz sərhədləri dəyişməz qaldı. Türkiyə Qafqazda Rusiya təsirini tanıdı.
1804-1813-cü illər Rusiya-İran müharibəsi isə 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülhün imzalanması ilə başa çatdı. Bu sülhə əsasən Gəncə, Qarabağ, Talis, Şəki, Şirvan, Quba, Dərbənd, Bakı xanlıqlarını və bütün Dağıstanı Rusiya işğal etdi. İran onlar haqda hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərəcək və hüququnu müdafiə edəcəkdir. Həm 1806-1812-ci illər Rusiya-Türkiyə, həm də 1804-1813-cü illər Rusiya-Iran müharibəsindən Rusiya qalib dövlət kimi çıxdı, Qafqazda onun mövqeləri xeyli möhkəmləndi. Xüsusilə də Rusiya-İran müharibəsi Rusiya üçün daha uğurlu oldu. Belə ki, Qafqazda Rusiyanın ən ciddi rəqibi olan İran Qafqaza olan idialarından əl çəkdi. Bu isə Rusiya üçün çox vacib idi. Bütün bu uğurlara baxmayaraq, Rusiya hələ də Qafqazın işğalını başa çatdırmamışdı. Buna görə də çarizm yeni müharibələrə hazırlaşmağa başladı.
İran və Türkiyə öz məğlubiyyətləri ilə razılaşmır, yeni müharibə üçün əlverişli imkan axtarırdılar, İngiltərə isə bu dövlətləri Rusiyaya qarşı müharibəyə təhrik edirdi. Belə bir imkan 1825-ci ildə Rusiyada baş vermiş dekabristlər üsyanı zamanı əldə oldu. Bu hadisədən sonra 1826-cı ildə yenidən Rusiya-İran müharibəsi başlandı.
Bu mühiribənin başlanması Qafqazda Rusiya əleyhinə çıxışların yeni vüsət almasına imkan yaratdı. Belə ki, bu müharibədə Azərbaycan əhalisinin, "bəylərin və başqa zümrələrdən olan əhalinin Rusiyaya qarşı" olacağı barədə Yermolovun fikri düz çıxdı. Bu zaman öz yurduna dönən keçmiş xanların çağırışı ilə xalq ayağa qalxdı. Avqustun 13-də Sankt-Peterburqa bu barədə raport yazan Yermolov bildirirdi ki, "köhnə qaçqın xanlar qara camaatı üsyana qaldırırlar". O, Azərbaycanda "ümummüsəlman üsyanı" baş verdiyini yazırdı. Bu dövrdə Qafqazın baş komandanı Yermolov idi. Rus tarixçisi Dubrovin Yermolova qiymət verərək yazırdı: "Yermolov və Madatov (milliyyətcə erməni idi) kimiləri özlərinə zəngin "pay" götürüb ciblərini doldururdular".
Təbii ki, Yermolov bu kütləvi üsyanları ortaya gətirən səbəbləri ört-basdır etməyə çalışırdı: başında durduğu hərbi idarəçiliyin qanunsuz, zorakı davranışını, istismarın və milli zülmün çox geniş yayıldığını pərdələmək istəyirdi və bu üsyanın guya din pərdəsi altında baş verdiyini bildirirdi. Ölçüyəgəlməz ağalıq, harınlıq Yermolovun gözlərini qamaşdırmışdı. Yerli vassal xanları saymayan baş komandan onları insan və yerinə qoymurdu. Xalq isə bunun nəticəsində əziyyət çəkirdi. Külli miqdarda vergilər onların var-yoxdan çıxmasına səbəb olmuşdu. Bunu hətta rus tarixçiləri belə (Dubrovin, Pokrovski və s.) etiraf edirdilər. Bütün bu köklü səbəblər onun sözləri ilə deyilərsə, "Yelizavetpolu gerçək bir inqilab meydanına çevirdi". İyulun 27-də rus batalyonlarının şəhəri tərk edəcəyini öyrənən gəncəlilər qılınc və xəncərlərlə silahlanıb şəhərin Narınqalası üzərinə yeridilər. Dubrovin bütün gəncəlilərin bu yürüşdə iştirak etdiyini yazır. Onlar əvvəl qala həbsxanasını alıb siyasi dustaqları azadlığa buraxdılar. İyulun 28-nə keçən gecə bir çox rus döyüşçülərini məhv edib, Gəncənı təmizlədilər. Uğurlu xan asanlıqla azad edilmiş şəhərə girib Narınqalada oturdu. İkinci kütləvi üsyan Talıs xanlığında baş verdi. Talış hakimi Mirhəsən xan, atası Mirmustafa xan kimi Rusiya təbəəliyinə keçmişdi. Ancaq çar hərbçilərinin özbaşınalığını görüb onlara qarşı mübarizəyə başladı. Talıs xanlığında bu zaman Mirhəsən xan yox, əslində mayor İlyinski ağalıq edirdi. Xəzər dəniz batalyonu (660 əsgər) və 50 kazak atlısınm komandiri olan bu mayor, xanı sıxışdırıb İrana qaçmağa məcbur etdi. Xan qaçıb canını qurtarsa da, xalq rus zabitinin özbaşınalığından cana doymuşdu. Bu zabit Gürcüstanın Telavi bölgəsindən elə bu hərəkətlərinə görə qovulmuşdu. Qulluq yerində də öz davranışını dəyişməyən mayor Talışda törətdiyi cinayətlərə görə məhkəməyə verilmiş, lakin onun haqqında heç bir tədbir görülməmişdi. Belə olduğu halda xalq üsyan etdi,tarixçilərinin yazdığı kimi "Talis xanlığında bütün yaşayanlar bir adam kimi üsyana qalxdılar, о vaxta kimi Rusiyaya sadiq olan Talış xanı üsyanın başında dururdu". Mirhəsən xan üsyana qalxmış yerli döyüşçülər və bir neçə min İran əsgəri ilə 1826-cı il iyulun 25-də Lənkərandakı rus qarnizonu ilə döyüşə girdi. Bir neçə gün davam edən ağır döyüşlərdən sonra mayor İlyinski buranı tərk edib Sara adasına qaçdı. Talis xanlığı ruslardan azad edildi.
İyulun 26-da Cavad keçidi yaxınlığında ruslar yenə də məğlub oldular. İrana qaçmış Bakı hakimi Hüseynqulu xan bu döyüşlərdən sonra 3 minlik İran qoşunu ilə Bakı üzərinə yollandı. İran donanması da dənizdən xanın köməyinə gəldi. Lakin bakılıları üsyana qaldırmaq xana müyəssər olmadı. Xanın bütün planları puça çıxdı.
Yenə iyulun 26-da Ağsu şəhərini azad etmiş Mustafa xan Şirvanda bəzi qələbələr əldə etdi. Ətrafına könüllülərdən və ona yaxın olan adamlardan ibarət böyük ordu yığmış Mustafa xan İran qoşunlalırının köməyi ilə avqust ayında rusları Şamaxı və Şirvandan çıxara bildi. Artıq bu zaman Qubada və Şəkidə də ruslara qarşı üsyanlar baş vermişdi. Hətta üsyançılar rusları Şəkidən qova bildilər. Azərbaycanı bürüyən üsyanlar Rus-İran (1826-28) müharibəsinin əvvəlində baş verdi və mühüm uğurlar əldə edildi. Lakin İran ordusu bundan istifadə edib qələbə qazana bilmədi. Bu məğlubiyyətlərdən sonra imperatoru I Nikolay (1825-1855) Qafqazın baş komandanı vəzifəsinə 1827-ci ilin martında İ.F.Paskeviçi təyin etdi. Yermolovun buraxdığı səhvlərdən nəticə çıxaran Paskeviç ordunu toplayaraq itirilmiş əraziləri yenidən geriyə qaytardı. Bu döyüşlərdən sonra İran ordusu da bir neçə məğlubiyyətə uğradı. Artıq müharibəni davam etdirmək iqtidarında olmayan İran 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində Rusiya ilə 16 maddədən ibarət sülh müqaviləsi imzalandı. Müqavilənin 3-cü maddəsinə əsasən İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya verildi.
1828-29-cu illər Rusiya - Türkiyə müharibəsi də Türkiyənin məğlubiyyəti ilə sona çatdı. 1829-cu ilin sentyabrında Ədirnədə sülh müqaviləsi imzalandı. Rusiya Qafqazın işğalının hüquqi cəhətdən tanınmasına nail oldu. Qara dəniz sahilləri, Axalsix və Axalkalaki şəhərlərini də ələ keçirtdi.
1828-ci ildə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı başa çatdıqdan sonra Azərbaycan xalqının çar zülmlarlarına qarşı milli-azadlıq mübarizəsinin yeni mərhələsi başlandı. Şimali Qafqazda dağlı xalqlar ruslar ilə şidətli müharibələr edib, Dağıstan və Çərkəzistanı müdafiə etdiyi kimi, cənubda azərbaycanlılar da ruslarla pəncə-pəncəyə vuruşurdular. Bu dövrdə Şimali Qafqazda, xüsusilə Dağıstan və Çeçenistanda Rusiya işğalçılarına qarşı çox ciddi müqavimət göstərilirdi. XIX əsrin 20-ci illərinin sonunda Şimali Qafqazda baş verən milli-azadlıq hərəkatı müridizm bayrağı altında baş verirdi. Əsas hadisələr isə avarlarda və Dağıstanda başladı.
Dağıstanda çarizmə qarşı mübarizənin başında Mirzə Yazar bəy dururdu. Dağıstanda başlanan bu hərəkat sonradan bütün Şimali Qafqaza yayılaraq Rus çarizminə qarşı ciddi müqavimət təşkil etdi. Şimali Qafqazda ruslara qarşı hərəkata Mirzə Yazar bəydən sonra Qazi Məhəmməd başçılıq etməyə başlamışdı. O, 1795-ci ildə Nimri kondindo anadan olub. Atası və babası Dağıstanın hörmətli adamlarından idi. О, hələ gənc yaşlarından böyük hörmət sahibi olur və çox keçmədən azadlıq eşqi ilə döyünən ürəyi onu işğalçılara qarşı mübarizəyə sövq edir. Az vaxt içərisində Qazi Məhəmməd öz ətrafına minlərlə mürid toplamışdı və heç bir qüvvə qarşısında sarsılmayan bir ordu yaratdı. "Belə bir vaxtda müridizm təriqəti bil ümid çırağı kimi dağlılan ayağa qaldırdı". Müridizmin dini kökləri İslamın üç əsası - Şəriət, Təriqət və Həqiqət üzərində bərqərar olur. Müridizm Quran. ayələrinə əsaslanırdı. Quranda belə bir ayə vardır ki, əgər düşmənin dinini qəbul etməyib hakimiyyətini qəbul edərsənsə, bu da İslama ziddir. Artıq belə bir şəraitdə kafirlərə qarşı müqəddəs müharibəyə, yəni cihada (qəzavata) başlamaq üçün əldə əsas var idi. Artıq bu zaman bütün Dağıstanın Rusiya tərəfindən işğalı qorxusu yaranmışdı. Beləliklə, Qazi Məhəmməd hiss edirdi ki, qəzavatın elan olunması vaxtı gəlib çatıb. 1828-ci ildə onu çox təntənəli şəkildə elan etdi. Qazi Məhəmmədin imamlığı çox gur və fırtınalarla zəngin olsa da, çox qısa bir tarixi dövrü əhatə edir. Arakani əməliyyatı ilk uğurlu əməliyyat olur. Xunzaxda isə 1830-cu ildə Qazi Məhəmməd uğur qazana bilmir. 1830-cu ildə Həmzət bəy müəllimi Qazi Məhəmmədin tapşırığı ilə Car üsyanının köməyinə gəlir. Lakin əsaslı bir nəticə olmur. 1831-ci ildə dağlılar Dərbəndi mühasirəyə alır və Gizləri zəbt edirlər.
1832-ci ildə Çeçenistandakı döyüşlər Qazi Məhəmmədin qəzavatında xüsusi yer tutur. Avqustda başlanan döyüşlər nəticəsində ruslar çoxlu itki verdilər, lakin qüvvələrin qeyri-bərabər olması onlara Çeçenistanı zəbt etməyə imkarı verir. Bundan sonra ruslar Nimriyə hücum edirlər. Doğma yurdunun müdafiəsi zamanı 1832-ci ildə birinci imam Qazi Məhəmməd həlak olur.
İstilaçılara qarşı cihadın ilk mərhələsini - birinci İmam Qazi Məhəmmədin dövrünü və onun məğlubiyyəti səbəblərini araşdırarkən rus təcavüzu ilə yanaşı, о zamankı Dağıstanın, xüsusilə Avarıstanın parçalanmış vəziyyəti, daxili çəkişmələr, tayfalar arasında zidiyyətlər nəzərə çarpır. Rus komarıdanlığı da belə hesab edirdi ki, imamın ölümü cihada son qoyar, ancaq bu əksinə oldu. Xalqa yeni rəhbər lazım idi. Lakin yaralı Şamilin sağalmasını gözləmək olmazdı. Beləliklə, 1832-ci ildə 43 yaşında ikən Həmzət bəy özünü imam elan edir. Bundan sonra о , Şamilin köməyi ilə bəzi qələbələr qazanır. Xunzaxdan başqa Avar xanlığının bütün kəndləri onun tərəfinə keçir. Lakin Həmzət bəyin başlıca hədəfi Avar xanlığının mərkəzi Xunzax idi. Şamil Həmzətə demişdi: "Avar xanlığını ələ keçirmədən dağlarda hökmranlıq edə bilmərik, həm də bunsuz çarizmə qarşı müvəffəqiyyətlə mübarizə apara bilmərik". Bu məqsədlə 1834-cü ilin avqustunda 10 min müridlə Xunzaxı mühasirəyə aldı. Qanlı döyüşlərdən sonra Həmzət Хunzaxı ələ keçirdi. Öz sərtliyi və lovğalığı ilə əvvəlki imamdan fərqlənən Həmzət bəy 1834-cü ildə 45 yaşında ikən Xunzax məscidində Osman və Hacı Murad tərəfindən sui-qəsd nəticəsndə öldürüldü. Beləliklə, Həmzətin imamlığı 2 il (1832-1834) çəkdi. Lakin bununla azadlıq hərəkatı bitmir, əksinə, daha geniş vüsət alır.
Şimali Qafqazda baş verən hadisələr Azərbaycan əhalisinə də təsir göstərdi. Bir yandan müstəmləkə zülmü, digər tərəfdən dağlı qardaşların üsyana səsləməsi Azərbaycancla azad hərəkatının genişlənməsinə səbəb oldu.
Rusiya müstəmləkəçilərinə qarşı üsyan 1830-cu ildə Car-Balakən camaatlığında haş verdi. Dağlılarla əlaqə saxlayan, Саг-Ваlakən daxili müstəqiliyinə son qoymağa çalışan Rusiya, onu tamamilə özünə tabe etmək üçün və yenidən işğal etmək üçün bir bəhanə axtarırdı. Belə bir bəhanə 1829-cu ildə tapıldı. Belə ki, uzun məddət idi ki. Car-Balakon camaatlığı Rusiya xəzinəsinə vergi ödəmirdi və bunun sayəsində onların xəzinəyə külli miqdarda borcu meydana çıxmışdı. Bu isə Cara qoşun yeritmək üçün bir bəhanə oldu. Rus qoşunları yürüşə başlamaq üçün 1830-cu il fevralın 17-də Kaxetiyada toplaşdılar. Bu zaman hədə-qorxu ilə dolu olan bəyanatla carlılara müraciət etdibr. Fevralın 24-də rus qoşunu Alazan çayını keçdi. Buraya camaatlığın da nümayəndələri gəldibr. Lakin Paskeviç onları qəbul etmədi və onlara öz şərtlərini bildirdi, Bundan dərhal sonra Paskeviç Сага giriş və çıxış yollarını nəzarət altına aldı. Qax, Muxax və Çınıx camaatları da Gardan ayrı salındı. Müqavimətin yersiz olduğunu görən carlılar 1830-cu il fevralın 27-də təslim oldular. Rus qoşunları Can tutdu. Car-Balakoni idarə etmək əslən dağlı olan general knyaz Bekoviç Çerkasskiyə tapşırıldı. Vilayətin idarəçiliyi haqqmında "Qaya lar"da camaatlığın daxili müstəqiliyinə son qoyulurdu.
Car-Balakəndə müridizmin təbliqatı çox geniş yayılmışdı. Dağlıların imamı Qazi Məhəmməd və Carın özündə yaşayan Hacı Yəhya böyük nüfuza malik idilər. 1830-cu ilin mayanda Şimali Dağıstan müridlərinm başçısının üsyan çağırışı Carda geniş əks-səda doğurdu. 1830-cu il iyunun 21-də baş vermiş ilk döyüşdə Car-Balakənlilər məğlub oldular. Lakin buna baxmayaraq, Carda vəziyyət gərgin olaraq qalırdı. Üsyana yardım etmək üçün Həmzət bəyin başçılığı ilə sentyabrın 12-də 2 min mürid Сага gəldi. Bu hadisə rus ordusuüçün gözlənilməz oldu. Oktyabrın 10-da Cara gətirilən rus qoşunu da vəziyyəti dəyişdirə bilmədi. Yeni Zaqatalada rus qoşunları üsyançılar tərəfindən mühasirəyə alındılar. Katex üsyançıların əlinə keçdi. Üsyan İlisuya da keçdi. General Strekalovun başçılığı ilə 2500 əsgəri olan rus ordusu ilə 3 min döyüşçüsü olan üsyançılar arasında döyüş oktyabrın 15-də oldu. Döyüşdə ruslar məğlub oldular. Strekalov yaralandı. Rusların hərbi sursatları üsyançıların əlinə keçdi. Çar I Nikolay özü Paskeviçdən belə "biabırçı qaçmağın səbəblərini izah etməyi" tələb etmişdi. Lakin qələbədən isüfadə edə bilməyən Həmzət bəy gözləmə mövqeyi tutdu. Ruslar Zaqatalaya 4500 nəfərlik qoşun yeritdilər. Bunu görən Şeyx Şaban ruslarla danışığa gələrək üsyançıları tərk etdi. Bu hadisə üsyana çox ciddi təsir etdi. Strekalov Həmzət bəy və Şeyx Şabanın sadəlövhlüyündən istifadə edərək onlan həbsə aldı və Tiflisə yolladı. Həmzət bəy əsirlikdən qaçaraq mübarizəni davam etdirdi. Şeyx Şaban isə Rusiyaya satılır və onlara xidmət edir.
Noyabrın 14-də 3 tərəfdən Cara hücum edən rus qoşunu Zaqatalanı və Саrı zəbt edərək üsyançıları mühasirəyə alır. Qeyri-bərabər döyüş zamanı məğlub olurlar. Strekalov Carı "yer üzündən silməyi" əmr etdi. Bu əmrə əsasən bir-neçə günə Car darmadağın edildi. Üsyan başçılarından 32 nəfər həbs edilib Tiflisə göndərildi.
1830-cu ilin dekabrında Balakəndə yeni üsyan baş verdi. Rus qoşunu təqibindən Xalo Məhəmmədin başçılığı ilə qaçıb canlarını qurtaran carlılar Böyük Qafqaz dağlarını aşaraq Əlicella Məhəmmədin dəstəsində birləşdilər. Dekabrmın 15-də üsyançdarın 2000 döyüşçüsü Balakənə yaxınlaşdı. Üsyançılar Rusiyaya qulluq edən baş kovxa Murtuz Əlinin qəsrin və özünü yandırdılar.
Dekabrın 22-də Sergeyevin başçılığı ilə 3 min rus əsgəri iki tərəfdən Balakənə hücum etdi və üsyançılan dağlara çəkilməyə məcbur etdi. Onların bir hissəsi sonradan Dağıstana gedərək mübarizəni davam etdirdi. Üsyan yatınldığdan sonra ruslar üsyançılara ciddi cəza verməyə başIadılar. 80-dən çox üsyan başçısı həbs edildi. Balakən, Sabulan və Rekatala kəndləri yer üzündən silindi. Çar hökuməti 1000-dən çox üsyançı ailəni Alazan çayı üzərinə, təbiətcə iqlimi öldürücü olan boş torpaqlara köçürtdü. Üsyanın amansızlıqla yatinlmasına baxmayaraq, Car-Balakən camaatlığı uzun müddət mübarizəni davam etdirdi. Carlılar dağlara çəkilərək mübarizəni davam etdirdilər. İmkan düşdükcə ruslara layiqli müqavimət göstərirdilər.
Belə ki, 1832-ci ildo Car-Balakəni dağlıların köməyi ilə yenidən üsyan dalğası bürüdü. Lakin çarizm bunu da boğmağa imkan tapdı.
Məğlub olmasma baxmayaraq, 1830-cu ildə başl Car-Balakən üsyanı mühüm əhəmiyyətə malikdir və Rusiyaya qarşı milli-azadlıq hərəkatı tarixində özünəməxsus yer tutmuşdur. Bıı üsyanın yatırılmasına baxmayaraq, azadlıq hərəkatı artıq bütün Qafqazı bürümüşdü.
Çarizmin müstəmləkə siyasəti Talis xanlığındä güclə razılıq doğurmuşdu. Rusiya dövbti Mirhəsən xana polkovnik rütbəsi verib, xanlıq hakimiyyətini ona tapşırdı. 1826-cı ildə Talis xanlığı ləğv edildi. Xanın yerinə əyalətdə mütləq hakim komendant İlyinski idi. İlyinskinin özbaşınalığı hətta xanı İrana qaçmağa məcbur etdi. Xanlığın özünə gəldikdə, burada böyük gərginlik yaranmışdı. Yerli feodallar iqtisadi-siyasi təzyiqlər və sonsuz sıxıntılar içərisində idilər. Ali zümrə nümayəndələrinə etibar edilmirdi. Çarizmin vergi siyasəti Talışda daha amansız şəkil almışdı. Bu isə xalqın haqlı narazılığına səbəb olurdu. Əhalinin böyük hissəsinin çar müstəmləkə idarəsinə qarşı nifrətlə yanaşdığını görən xan tərəfdarları İrana məktub göndərib Mirhəsən xam çarizmə qarşı mübarizə etmək üçün Talışa dəvət etdilər.
Maktubda deyilirdi: "Gecə-gündüz Allaha yalvarırıq ki, Siz həmişə bizə böyük olasınız, sizdən xahiş edirik ki, daim adınıza şöhrət gətirəcək işi həyata keçirəsiniz, bizi özünüzə nökər sayırsınızsa, buraya gəlməyə və düşmənlərimizi məhv etməyə tələsiniz".
1831-ci il martm 5-də Mirhəsən xan 20 atlı ilə Astara çayanı keçib Talışa irəlilədi. Yol boyu kəndlilər xana qoşuldular. Martın 9-da artıq Talışı həyəcan bürümüşdü. Polkovnik Korniyenkonun əmri ilə Ərkivan mahalının döyüşçülərindən təşkil olunmuş dəstə Mirhəsən xanın tərəfinə keçdi. Bu üsyana Mirhəsən xan və feodallar başçılıq etdiyindən tarixi ədəbiyyatda ona daha çox "Talis hadisələri", "qiyam" deyilmişdir. Əslində isə bu xalq çıxışı idi. Bu üsyanda ali zümrələrin nümayəndələri kəndlilər ilə bir cəbhədə çıxış edirdilər. Martin 14-də üsyançıların 800 nəfərlik dəstəsinin Lənkəran yaxınlığında rus qoşunu ilə toqquşması uğursuz oldu. Ruslar bu üsyanı yatırmaq üçün 10 min qoşun səfərləər etmişdilər. Hökumət əlavə qoşun gətirməklə aprelin əvvəllərində üsyanı yatırdı. Lakin bir il keçəndən sonra, yəni 1832-ci ildə yenidən üsyan başlandı. Yenə də əlavə qoşun yeritməklə üsyan amansızlıqla yatırıldı. Üsyan yatırıldıqdan sonra əhaliyə divan tutmağa başlayan rus əsgərləri əhalini itaət etməyə zorla məcbur etdilər. Beləliklə, bu üsyan da məğlub oldu.
1837-ci il Quba-Qusar bölgəsində də vəziyyət ağırlaşdı. Bu zaman 10 mahal, 1 dairə və 6 azad icmanı birbşdirən Quba əyalətinin başında polkovnik Nimbut dururdu. Tarixçilər onu Azərbaycanda çar hakimiyyətinin ən "yaramaz" nümayəndələrindən biri adlandırırlar. Bir yandan ağır vergilər, digər tərəfdən isə çar məmurlarınm özbaşmalığı xalqın vəziyyətini xeyli ağırlaşdırmışdı. 1837-ci iidə baş komandanın Varşavadakı atl müsəlman alayı üçün 36 atlı əsgər toplanması da sərəncamı xalqın daha böyük narazılığına səbəb oldu. Kəndlilərin bıı narazılığı ilə bağlı Tip mahalının naibi mayor İsa bəy Həsən Əfəndi oğlu onların görüşünə gəldi. О, əhalinin narazılığını güclərıdirmək üçün kəndlilərə bildirdi ki, baş hakimdən atlı yığılmasını Məmmədxan bəy Alpanlı və Cəfərqulu ağa Bakıxanov xahiş etmişlər. Rundan qəzəblənən kəndlilər satqınların məhv edilməsi tələbini irəli sürdülər. A.Bakıxanov bu tələləbrlə bağlı yazır ki, "Bu tələbləri yerinə yetirmək məqsədi ilə artıq yola düşməyə hazır olan atlılar dərhal buraxılmış, polkovnik Nimbut işdən götürülmüş, poruçik Məmmədxan bəy və podporuçik Cəfərqulu ağa Şamaxıya və aparılmışdılar. Pulların geri qaytarılması haqda isə bass qarşısında məsələ qaldırmaq vəd olunmuşdu.
1837-ci il avqust ayında Qubada üsyanın yeni dulğası başlandı. Üsyana Hacı Məmməd başçılıq edirdi. Üsyançılar dağlılar hərəkatının imamı Şeyx Şamillə də six əlaqə saxlayırdılar. Hətta Şamilin Hacı Məmmədin adına yazdığı məktubda Şamil qubalıları mart hadisələri zamanı qətiyyətsizlikdə günahlandırdı.
Avqustun 21-də kiçik hərəkatla başlanan həyəcanlar üsyana çevrildi. Yarəlinin başçılığı ilə üsyançı dəstə Anaqdarə mahalıda rus kazaklarını və Xudat postundakı rus əsgərlərini əsir alıdılar. Üsyan əyalətin bütün mahalına yayıldı. Üsyançılar öz başçıları Hacı Məmmədi "xan" seçdilər. Çox keçmədən üsyançıların sayı 3 minə çatdı. Üsyanın başlıca hərəkətverici qüvvəsi kəndlilər olsa da Quba bəylərinin böyük hissəsi üsyana qoşulmuşdu. Hərəkata başçılıq etmək üçün ayrıca Hərbi Şura yaradılmışdı. Üsyanın geniş vüsət aldığını görən Hacı Məmməd avqustun 30-dan Quba şəhərini ələ keçirmək əməliyyatına başladı. O, 12 minlik qüvvəni, hərəsində 4 min döyüşçü olan 3 dəstəyə böldü. Hücum ərəfəsində qalada 600 rus əsgəri var idi. Komendant İçenko qalanın müdafiəsini təşkil etmək məqsədi ilə bəzi hazırlıq işləri gördü. Hacı Məmmədin başçılığı ilə sentyabrın 13-də Hərbi Şura birbaşa hücumla qalanı almağın mümkün olmadığını bildirdi. Gizli yollarla şəhəri dəstələr qərara alındı. Sentyabrın 5-də Yarəli min döyüşçü ilə birlikdə qalaya daxil olub, mərkəzi meydanı tutdular. О biri dəstələr qalaya çöldən hücuma keçdilər, lakin top atəşləri onları yaxın buraxmadı. Üsyanı yatırmaq üçün general Fazenin başçılığı altında 3222 əsgər və 14 top Samur çayı üzərinə göndərildi. Bundan əlavə Şirvarıdan Qubaya göndərilən rus və erməni milli dəstələri şəhərə çatan kimi dinc əhalini qılıncdan keçirməyə başladılar. Rusların bu davranışı üsyançıların dağılışmasına səbəb oldu. Sentyabrın 22-də üsyançıların düşərgəsində Hacı Məmməd 3 nəfərlə qalmışdı. 44 nəfər üsyan başçısı həbs edildi. Quba üsyanı qan içində boğuldu. Beləliklə, 1837-Quba üsyanı da məğlub oldu. Quba üsyanı Qafqaz xalqlarının Rusiyaya qarşı mübarizə tarixində böyük yer tutur.
Başqa müsəlman əyalətlərində olduğu kimi, Şəki əyalətində Rusiya hökumətinin vergi siyasəti əhalinin vəziyyətini pıduqca ağırlaşdırmışdı. 1837-ci ildə Səlim xanın oğlu Hacı xan tərəfindən İrandan Şəkiyə göndərilən Məşədi Məmməd adlı birisi özünü xanların varisi kimi qələmə verərək. başına bir dəstə toplayıb əhalini üsyana qalxmağa çağırdı. Baş komandan Şəkiyə əlavə rus qoşunu göndərdi. Sentyabrın 3-də baş verən döyüşdə üsyançılar məğlub oldu.
30-cu illərdə Car-Balakən, Talis, Quba və Şəki üsyanları xalqın çarizmə nifrətinin bariz nümunəsi idi. XIX əsrin ilk illərindən baslanmış, Qafqaz xalqlarının mübarizəsi bununla bitmədi və hələ uzun illər davam etdi. XIX əsrin əvvələrindən - 30-cu illərin sonuna qədərki dövrü əhatə edən mübarizə Qafqaz müharibəsi tarixində ən mühüm yerlərdən birini tutmaqla yanaşı, böyük əhəmiyyətə malik olan bir dövrdür.
Şeyx Şamil Hərəkatı.
Qafqaz müharibəsinin 2-ci və 3-cü mərhələsi uzun bir dövrü, yəni 1840-1864-cü illəri əhatə edir. Bu mərhələlərin əsas hadisələri Şeyx Şamil hərəkatı ilə bağlıdı. Şeyx Şamil, Qazi Məhəmməd və Həmzət bəydən sonra dağlı xalqlarının azadlıq mübarizəsinin rəhbəri olmuşdu. Şeyx Şamilin bu mübarizəyə rəhbərliyi, yəni imamlıq dövrü 1834-cü ildən başlanır.
Şamil 1797-ci ildə məhərrəm ayının əvvəlində Dağıstan avarları yaşayan Nimri aulunda kəndli Danqa Məhəmmədin ailəsində anadan olmuşdur. Şamilin əsl adı Əlidir. Uşağlığında tez-tez xəstələndiyindən valideynləri onun adını dəyişdirərək Şamil qoyurlar. Şamil ilk təhsilini müxtəlif müəllimlərdən aldıqdan sonra, mükəmməl təhsilini Dağıstanın məşhur üləmaları yanında davam etdirib. Türk soylu Camaləddin ərəb dilini, məntiqi, fəlsəfəni, şəriəti öyrədib. Şeyx Molla Məhəmmədin məktəbi Şamilin həyatında xüsusi rol oynayıb. Hələ gənc yaşlarında igən o, öz qoçaqlığı, ağlı, hazırcavablığı ilə hamını heyran etmişdir. Artıq 20 yaşında ikən Şamil qanlı Qafqaz müharibəsinin iştirakçısı idi.
Şamil birinci imam Qazi Məhəmməd və ikinci imam Həmzət bəy ilə birlikdə çar qoşunlarına qarşı vuruşmuş, öz xalqının azadlığının necə baha başa gəldiyini görmüş, həm də aparılan mübarizədə təcrübə qazanmaqla bərabər, istilaçılara yeni strategiya ilə müqavimət göstərmək qərarına gəlmişdi.
1834-cü ildə Şamil müridlərin onu imam seçmək haqda təkliflərini əvvəlcə rədd edir və deyir: "Mənim üçün bir mürid kimi islam yolunda və xalqımın azadlığı yolunda vuruşmaq şərəfdir. Ancaq burada imamlığa layiq çox adamlar var" deyə onlara cavab verir. Lakin ciddi təkidlərdən sonra razılaşır. 1835-ci ilin əvvəlində Şamil imam elan olunur. Yəni imamın ilk tədbiri Nimrinin 11 km-dəki böyük Unsukul aulunu qəzavata cəlb etmək olur. Qafqaz komandanlığı dərhal hiss edir ki, Şamil Həmzətdən çox ağıllıdır, həm də onun kimi sərt və amansız olmamsı ona çox böyük nüfuz qazandırır. Buna görəd də 1837-ci il martın 1-də Nimriyə yaxınlaşan general Klugenov əhalini Şamildən üz döndərməyə təhrik edir. Şamil bunları eşidib camaatı məscidə yığır və qazını məcbur edir ki, dönüklük edənləri cəzalandırsın. Bundan sonra xalq arasında Şamilin nüfuzu daha da artır. Çox keçmədən Şamilin ordusu rusları Tlitlidə məğlubiyyətə uğradır.
Şamil başa düşürdü ki, böyük rus ordusuna qarşı müharibədə qələbə qazanmaq üçün güclü nizam-intizamlı ordu lazımdı. Elə bu səbəbdən Şamil öz ordusunda bəzi tədbirləri həyata keçirdi. O, həm də ordunun quruluş, fəaliyyət formalaşmasına, döyüş əməliyyat qaydalarına xüsusi diqqət yetirirdi. Şamil əlində olan yerlərə naiblər təyin etmişdi. Hər naib öz bölməsində həm idarəetmə, həm də orduya aid işlər üçün cavabdeh idi. Habelə məhkəmələr və ali şura təsis edilmişdi. Orduda onbaşı, yüzbaşı və minbaşı rütbələri var idi. Xəstələr, şikəstlər istisna olmaqla, 16 yaşından 60 yaşınadək bütün kişilər əsgər hesab olunurdu. Beləliklə, 60 min kişi əsgər siyahısına alınmışdı.
Şamilin istedadlı sərkərdə olduğu bir sıra mürəkkəb döyüşlərdə asınaqdan çıxmışdı. Rus ordusunun ən təcrübəli generalları belə onun hərbi sirrini açmaqda aciz qalmışdılar. Çar I Nikolay, çarın Qafqaz ordusunun baş komandanı da aydın başa düşürdülər ki, illərdən bəri Şamilə qarşı apardıqları müharibəni barışıq yolu ilə qurtarmaq lazımdır. Bu məqsədlə 1838-ci ilin son bahar ayında imperatorun Krlma, Gürcüstana, Qafqaza səfəri planlaşdırılır.
Niyyəti bu idi ki, Tiflisdə olarkən Şamilə görüşüb onu ələ alsın. Hətta 1838-ci ildə Qafqaz müharibəsində cəsarət və qətiyyəti ilə ad qoymuş general Kulugenava Şamili yolundan döndərmək üçün onunla görüşür. Lakin rus generalı Şamilə təsir edə bilmir və çarəsiz qalıb geri dönür. Şamil bütün ona olan təklifləri rədd edir və yolundan dönməyəcəyini bəyan edir.
Çarın Şamili ələ almaq üçün verdiyi tapşırığı rus komandanlığı hər vasitə ilə yerinə yetirməyə çalışır. Klugenava bir daha Şamilə məktub yazıb onu Tifıisə Nikolayın görüşünə dəvət edir. Yenə də Şamildən rədd cavabı alır. Belə olduğu təqdirdə ruslar Şamilə qarşı güc tətbiq etmək qərarına gəlirlər. Məşhur general Qolovin Qafqaz ordusunun baş komandanı təyin olunur. Onun tərəfindən böyük bir isila planı hazırlanır. Bu planı əsasən Qafqaza 3 ordu yeridilir.
1839-cu ilin baharında Şamilin Axulqo aulunda möhkəmləndirdiyini eşidən rus komandanlığı oraya qoşun yeritdi. Rusların Axulqoya irəlilədiyini eşidən Şamil onları Arakani aulunda qarşılayır. Ağır döyüş nəticəsində ruslar Arakani aulunu zəbt edirlər. "Şamil bu döyüşü peyğəmbərin Uhud döyüşündəki məğlubiyyəti ilə müqayisə edir". Naiblərin müşavirəsində Axulqoya çəkilmək qərara alınır. Axulqo qayası strateji baxımdan çox əhəmiyyətli mövqedə yerləşirdi. Hətta general Qrabbe 1839-cu il iyunun 8-də bu qərara gəlir ki, qalanı qılınc gücünə almaq qeyri-mümkündür. Buna görə də qalanı mühasirəyə alır. İyunun 27-də qalaya hücum başlanır. Bütün günü davam edən döyüşlər nəticəsində heç bir tərəf uğur qazana bilmir, lakin ruslar 300 nəfər itki verirlər. Yeni-yeni qüvvələr alıb ordusunu gecləndirən Qrabbe Şamili diri tutub çarın yaxınlaşmaqda olan ad gününə sürpriz etmək üçün hər şeyi qurban verməyə hazır idi. İyunun 29-da başlanan hücum də heç bir nəticə vermir. General Qrabbe başa düşür ki, Surxay qülləsi məhv edilmədən qalanı almaq çətin olacaq. Buna görə də iyulun 5-də başlanan hücum nəticəsində Surxay qülləsi Ruslar tərəfindən zəbt edilir. Axulqo müdafiəsində 2 rus zabitinin hər ixtirası bütünlükdə müharibələr tarixi üçün diqqətə layiqdir. Onların layihəsi ilə Axulqo qarşısındakı dərədə ağaclardan düzəldilən qalereya həm rus hissələrini atəşdən qoruyur, həm də burada toplanan qüvvəni gizlədir.
Qalaya hücum bir aya qədər davam edir. Rusların qüvvəsi yarıya qədər azalır. Şamil isə tam ümidsizlik içərisində idi. Vəziyyətin ağırlığını görən İmam öz oğlu Camaləddini girov qoymaq qərarına gəlir və onu ruslara girov verir. Bununla Şamil barışığa razı olduğunu bildirir. Ruslar Şamilin oğlunu girov götürdükdən sonra əvvəlki şərtlərinə xilaf çıxır və yenidən danışıqsız təslim - tərkisilah olmağı tələb edirlər. Şamil bundan hədsiz qəzəblənir və rusların xəyanətindən əsəbləşir. Öz naibini rusların düşərgəsinə göndərərək bildirir: "Sizin açıq-aşkar dönüklüyünüzə ölüm-dirim döyüşü ilə cavab verəcəyik". Əlavə edib deyir ki: "Siz söz verdiniz ki, oğlunu girov qoysan, mühasirədəki arvad-uşağı, qocaları buraxacaqsınız. Sözünüzdən döndünüz, ona görə də İmam sizə inanmır". Bundan sonra döyüşlər yenidən başlanır. 3 gün davam edən döyüşlərdən sonra evlər külə dönmüşdü. Hamı cihad yolunda ölüm gözləyirdi.
1839-cu il avqustun 28-də çarın ad gününə Qrabbenin əsgərləri Axulqoya daxil oldular. Bundan bir gün əvvəl isə Şamilin bacısı Mesedo şəhid olur. Son tədbirə əl atan Şamil oğlu Qazi Məhəmmədi arxasına sarıyıb onunla qayaya dırmaşır, bir neçə nəfəri xilas edir. Dağlıların səksən günlük Axulqo müdafiəsi bununla tamamlanır. Lakin mübarizə hələ davam edirdi.
Axulqo müharibəsindən qurtulan Şamil General Qrabbeyə məktub göndərir. Məktubda deyilirdi ki, "General, çarına xəbər ver ki, Qafqazın boynunda daha minlərlə Axulqo var və on minlərlə Surxay qülləsi başını Allaha doğru qaldırıb, əcəlinə susamayanları gözləyir. Axulqoda aldığınız qanlı dərs kafi deyilsə, zəngin çarınızın ordularını, xəzinələrini hərəkətə gətirərək təkrar gəlin! Əsgərlik şərəfimizi ləkələyərək yalan söyləyin, vədlərinizi inkar edir, meşələrimizi yandırın. Bütün bunlar Qafqazın əzəli hürriyyət və istiqlal eşqini görülməkdən başqa heç bir şeyə yaramayacaq. Çarlarınız öləcək, pyoturlarınız, yekatirinalarınız kimi Nikolay da gözləri axırda gedəcəkdir. Fəqət Qafqaz xilas olacaq, azad və xoşbəxt pıacaq. Allah haqq və vətən yolunda çarpışanların yardımçısı olacaq".
Böyük Şamilin şəxsi katibi olmuş Məhəmməd Tahir yazır ki: Axulqonun belə qəhraman müdafıəsi on adlı-sanlı kərdələrin də imkanına sığmazdı: 80 gün topsuz, ərzaqsız, susuz bir halda güclü rus ordusuna yalnız nadir istedada malik bir komandan müqavimət göstərə bilərdi. O, belə br məlumatı da qeyd edir ki, Axulqo savaşında minlərlə rus əsgəri həlak olmuşdur. Müridlərdən isə 700 nəfər həlak olur, 900 nəfər uşaq-qadın və qoca əsir düşür.
Əvvəlki döyüşlərdən sonra bir qədər sakitləşmiş çeçenlər 1839-1840-cı illərin qışında ayağa qalxmışdılar. General Pullonun burada törətdiyi vəhşiliklər xalqı hiddətə gətirmişdi. Öz təbiəti ilə məğrur olan çeçenlər ölməyi düşmənə tabe olmaqdan üstün tuturdular. Şamil bıı vəziyyətdən istifadə etməyə çalışırdı. O, Axulqonu versə də ruhdan düşmür və qələbə inamı ilə yaşayırdı. Bu zaman artıq 8 avar kəndi Şamilin hakimiyyətini qəbul etmişdi. Rusların müdaxiləsindən cana doymuş çeçenlər Şamildən kömək istəyirdilər.
Belə bir vəziyyətdən istifadə edən Şamil Çeçenistana gələrək öz ətrafına xeyli adam toplayır. Qısa müddət ərzində Şamilin Çeçenistanda nüfuzu xeyli artır. Uzaq aullardan Şamilin dəstələrinə könüllülər toplanırlar. Çeçenistanda baş verən hadisələr, qərargahı Qroznıda yerləşən Pullonu vahiməyə salır. Hər yerdən Şamilə qarşı yeni-yeni qüvvələr çağınlır və kəskin toqquşmalar baş verir. Şamilin rəhbərliyi ilə çeçenlərin qazandıqları qələbələr çərkəzləri də ruhlandırır. Onlar da ruslara qarşı ayağa qalxırlar. Çərkəzlərin silahlanmasına İngiltərənin kömək etməsi rus komandanlığının narahatlığını daha da artırır. 1840-cı ilin axırlarında çarpışmalar bütün Çeçenistanı Dağıstanın böyük hissəsini bürüyür.
1841-ci ildə Çirkey aulunda Şamilin Naiblər şurasının yığıncağı keçirilir. Müşavirədən sonra Şamil rusların güclü qarnizonları olan Vnezapnaya qalasına sürətlə hücuma keçir. İki günlük şiddətli döyüşlərdən sonra Şamil dühasının qala müharibələri tarixinə parlaq bir səhifə yazılır. Qala sona qədər mühasirədə saxlanılır. General Qurponun hissələri köməyə gəlsələr də, hücuma cəsarət etmir və geri çəkilir. Qala isə təslim olur. Bu hadisədən sonra 1841-ci il iyulun 2-də Qolovin öz raportunda yazırdı: "İndiyədək Qafqazda Şamil qədər təhlükəli və qüvvətli bir düşmənlə qarşılaşmaınıışıq. О bir-birini qoruyan cəsur adamlarla əhatələnib. Müxtəlif bölgələrə göndərilən naiblər orada ancaq ölüm döyüşünə girirdilər. Bu qorxun qüvvənin aradan qaldırılması bizim birinci vəzifəmiz olmalıdır".
Şamilin yeni-yeni qələbələri rus komandanlığını ciddi narahat edirdi. Elə buna görə də Sankt-Peterburqdan çarın xüsusi səlahiyyət fərmanl ilə qayıdan Qrabbe 1842-ci il mayın 30-da on minlik ordu və iyirmi dörd topla Çeçenistanda əməliyyata başladı. Çoxlu tələfata uğrayan Qrabbe ordunun geri çəkilməsi barədə əmr verir. Vəziyyətin günü-gündən ağırlaşdığını görən Qrabbe geri çağırılmasını xahiş edir. Onu Neynhard əvəz edir.
1841-ci ili Şamilin Axulqodan sonra qüvvə topladığı, bu qüvvələri sınaqdan keçirtdiyi, manevrləşdirdiyi il, 1842-ci ili isə qəzavatın böyük donüş ili hesab etmək olar. Şamilin Axulqodan çıx bilməsi və qısa müddətdə böyük qüvvə toplayıb bir sıra qələbələr qazanması rus komandanlığını əslində rüsvayçı vəziyyətdə qoymuş, onun Qafqazı təslim edə biləcəyinə böyük şübhə yaratmışdı.
1843-cü ilin əvvələrindən başlayaraq Şamilin ordusu bir sıra qələbələr əldə edərək Avarıstandakı bütün qalaları - Karaçi, Tsalanih, Moksok, Balakani, Acılça və Qotsalı ələ keçirir. Orucluğun başlanması əlaqədar olaraq İmam hamını evinə buraxır və özü də evinə dönür. Orucluğun qurtarması ilə yenə də hərbi ərnəliyyatlar başlayır. 1843-cü il oktabrın 30-da Kibit Mohuma Nergebili mühasirəyə alır. Bunu eşidən general Qurko 1600 əsgərlə köməyə tələsir. Lakin qalaya yaxınlaşmağın qeyri-mümkünlüyün görüb geri çəkilir. Noyabrın 8-də Nergebil təslim olur. Noyabr və dekabr aylarında Şamilin ordusu Şamxal torpağında və Temirxan-şura ətrafında rus ordularını bir neçə dəfə məğlub edir. 1843-cü il Şamilin böyük qələbələri ilə başa çatır.
1844-cü ilin ən diqqətəlayiq hadisəsi İlisu Sullanı Daniyal Sultanın Şamillə birləşməsi olur. Uzun illər o, Şamillə çiyin-çiyinə vuruşur və onun sağ əli sayılır. Daniyal Sultan müridizmin möhkəmlənməsində böyük xidmətlər göstərir. Ruslarla yaxın olan Daniyal Sultana qarşı baş komandan Neynhardm ədalətsiz davranışı əks tədbirlə qarşılanır.
Şamilin Tabasarana göndərdiyi dörd naibin rəhbərliyi altında qüvvələr parlaq qələbə qazanaraq Tabasaranı tutur və Başlıya doğru hərəkət edirbr. Daha sonra isə Böyük Çox aulu ələ keçirilir. Çarın və rus komandanlığının 1544-cü il planları alt-üst olur. 1845-ci il üçün qüvvələrin qat-qat artırıması qərara alınır. 1845-ci ildə Napoleonla müharibənin (1812) adlı-sanlı qəhrəmanı general-feldmarşal M.S.Voronsov Qafqaz canişini və rus qoşunlarının Qafqaz üzrə baş komandanı təyin olunur. I Nikolay Voronsova lazım olan heç bir şeydən çəkinməməyi və ilkin olaraq Şamilə mənəvi zərbə üçün onun mərkəzi Darqonu yer üzündən silməyi tapşırır. Hərbi taktika və nəzəriyyə sahəsində adlı-sanlı generallardan sayılan Neynhard mükəmməl plan hazırlayır. Bu plana əsasən Voronsov 1845-ci il mayın 25-də Temirxan-şuradan tərpənib Vnezapnaya qalasına gəlir və burada məskunlaşır. Çeçenistan - Darqo səfərinə ciddi hazırlaşan ordu iyunun 3-də hərəkətə başlayır. Terenqu keçidini keçən ruslar Bartunayı döyüşsüz alırlar. İyunun 5-də isə ruslar strateji baxımdan çox əhəmiyyətli olan Akşimir təpələrini tuturlar. Voronsov öz raportunda bunu "böyük qələbə" adlandırır. İyunun 14-də ruslar Aval adlı bölgədə müridlərlə rastlaşırlar. Şamil itki verməmək üçün yenə geri çəküir. Voronsov yazırdı: "Hələ məni irəlidə nə gözlədiyini bilmirdim; bunun üçün də hər irəliləyişi mən qələbə sayırdım".
İyulun 4-də cəmi bir neçə günlük ərzaq qaldığını və növbəti karvanın ən tezi iyulun 10-da yetişəcəyini nəzərə aldıqda bərk təşvişə düşən Voronsov başqa çıxış yolu tapa bilmir və ordunun geri dönməsi üçün hazırlıq barədə əmr verir. Lakin çox keçmədən Voronsov bu əmri dayandınr. Görünməmiş məşəqqət, əzab-əziyyət, tələfat bahasına üç gündən sonra Voronsov Darqoya yetişir. Lakin Şamil Darqo ətrafındakı təpələrdə toplar yerləşdirmişdi. Həmin toplar şəhəri atəşə tutmağa başlayır. Bu zaman ruslar böyük tələfat verirlər. İyulun 10-da Voronsov yenidən hərəkət əmri verir. Rus isillası ilə əlaqədar Qafqaz müharibəsi tarixində ən dəhşətli anlar başlanır. Vəziyyətin belə olduğunu görən təcrübəli generallar Freyqat, Arqutinski, Klugenava baş komandam başa salmağa çalışırlar ki, Şamil onları Çeçenistan meşələrinə - açıq ölümə aparır. Lakin Voronsov onlara qulaq asmır və hücumu davam etdirir. Bir neçə gündən sonra ruslar meşənin dərminliklərinə çatırlar. Elə bu zaman ağacların arxasından və üstündən sərrast atıcılar rus əsgərlərini bir-bir dənləməyə başlayırlar. Çoxlu tələfatdan sonra general Klugenava Voronsova xəbər göndərir ki, yeni fəlakətlərdən qurtarmaq üçün ən düzgün yol geriyə - Dağıstana dönməkdir. Baş komandan öz qürurunu sındırmayıb yenidən iyulun 11-də hücum əmri verir. Ancaq az sonra ordu fəlakətə düçar olur. Bu əməliyyatı həyata keçirən Lyublin alayı və Pasekin özü məhv edilir.
Beləliklə, 60 minlik bir qoşunla Dağıstan səfərinə başlayan Voronsovun ordusunda cəmi 5000 əsgər və zabit qalmışdı. Bir çox mənbələrdə göstərilir ki, Voronsov bu səfər zamanı hönkürüb ağlayıbmış. Çar ona sadıq qalmağında davam edir və son raportunun dərkənarında yazır: "Böyük məhəbbətlə oxudum, əsgərlərinizin dəyanət və parlaq cəsarətini hörmətlə yad etdim".
Beləliklə, 1845-ci ildə Şamilə çənəvi zərbə vurmaq baş tutmur.
1846-cı il Şamilin Kabarda səfəri ilə əlamətdardır. Hələ 1845-ci ildə Şamilin böyük qələbələri Kabarda knyazlarını şirnikdirir və elçilər göndərərək onu öz ölkələrinə dəvət edirdilər. Şamil bu dəvətdən istifadə etməyə çalışaraq Kabardada müridizmi və qazavatı möhkəmləndirmək qərarına gəlir. 1846-cı il aprelin 12-də Şamil Kabardaya doğru hərəkətə başlayır. Şamilin məqsədinin Kabarda olduğuna şübhəsi qalmayan Freytaq baş komandana təcili xəbərlər göndərir. Əlavə qüvvələr alan Freytaq Şamili daban-dabana izləyir. Freytaqm qətiyyətli hərəkəti kabardinləri Şamilə qarşı münasibətdə tərəddüdə salır və bu da Şamilin planlarının pozulmasına gətirib çıxarır. Bu vaxt öz hissələri ilə Rusiyaya qayıdan general Qurko Dəryal keçidində təsadüfən Şamilin planından xəbər tutur və bu Şamil üçün böyük uğursuzluq gətirir. Aprelin 26-da Теrek yaxınlığında ruslarla müridlər arasında döyüş baş verir. Rusların köməyinə əlavə qüvvələr gəldiyini eşidən Şamil Tereki keçərək döyüş yerindən uzaqlaşır. Aprelin 27-də təhlükə sovuşur. Şamilin böyük ümidlər bəslədiyi planı baş tulmasa, da, xırda itkilər istisna olmaqla, salamat geri qayıda bilir.
1847-ci ilin başlanğıcında Şamilin Darqo - Vedeno qərargahında sakitlik idi. Amma hər iki tərəf şiddətli döyüşlərə hazırlaşırdı. Bu zaman Voronsov yeni hərbi planlar hazırlamışdı. Bu planların əsasını strateji baxımdan böyük əhəmiyyət kəsb edən Nergebilini tutmaq təşkil edirdi. Nergebil Şamilin Dağıstan-Çeçenistan yolunda ən vacib istinad nöqtələrindən sayılırdı. Bu zaman Nergebil bütün Dağıstan kəndləri kimi bir qala idi. Qərb tərəfdən Aymakı çayı üzərindən yüksələn sıldırım qayalar düşmənin yaxınlaşmasına imkan vermirdi. Kəndin içərisində istehkamlar qurulmuş, onun giriş hissəsindəki qüllələrdə toplar qoyulmuşdu. İlisu sultanı Daniyal Sultanın İlisunu ruslardan geri almaq üçün etdiyi uğursuz hücumdan sonra qüvvələr hərəkətə gəlir. Voronsov iyulun 1-də öz qüvvələri ilə Nergebilə yaxınlaşır. İyulun 3-dək qala üzərinə hücum başlanır və elə ilk andaca Voronsovu heyrətə gətirən bir hadisə baş verir. Kəndə qalxan dərənin ətrafındakı meşədə azan əsgərlər başqa yerə gedib çıxır və bütünlüklə məhv edilirlər. Bu zaman rus ordusu Qazıqumuq Koysuya çəkilməyə məcbur olur. Nergebil əməliyyatı Şamilin sərkərdəlik məharətinin yeni parlaq nümayişi olur.
1847-ci ildə rüs qoşunu Salatın aulunu mühasirəyə alıb top atəşinə tutur. Lakin Voronsov görür ki, aula yağdırılan top mərmiləri də, ara-sıra edilən hücumlar da bir nəticə vermir. Odur ki, onu mühasirəya alıb xariclə hər cür əlaqəni kəsir. Gecə yarı müridlər mühasirəni yarırlar. Voronsov Salatını tərk edib geri qayıdarkən onu top atəşilə salamlamaq istəyirlər, lakin icazə vermir. Çünki qələbə ilə qayıtdığını qəbul edə bilmir. Voronsov deyir ki, "hansı qələbədən danışmaq olar ki, biz 17 min əsgər itirdik və saysız yaralı ilə qayıdırıq".
1848-ci ildə Şamil yenidən Nergebilə hücum edən rus qoşunu ilə döyüşə girir. On minlik qoşunla Nergebil üzərinə gələn general Arqutinski 46 topla qalanı 23 gün bombardman edir. Lakin bütün bunlara baxmayaraq qalanı ala bilmir. Bu əməliyyatdan sonra Şamil Nergebildə "Odlu qala" adlı möhkəm bir qala tikdirir. Bu əməliyyatdan sonra Şamil Axtrya yola düşür. Axtı qalası rusların əlində idi və oranı polkovnik Rotxin komandanlığı ilə 500 nəfərlik qarnizon müdafiə edirdi. Rusların güclü müqavimətinə baxmayaraq qala ruslardan azad edilir.
1949-cu ildən başlayaraq hər iki tərəf müdafiə mövqeyinə keçir. Tək-tək əməliyyatlar istisna olmaqla kəskin çarpışmalar baş vermir. 1849-cu ildə Arqutinski böyük qüvvə ilə Coxa hücum etmiş, lakin bütün cəhdinə baxmayaraq, məğlubiyyətlə geri çəkilməyə məcbur olmuşdu. 1850-ci ilin qışında bir sıra döyüşlər olur, hər iki tərəf böyük tələfat verir. Həmin ili Şamil qazavat yolunda qəhrəmancasına həlak olan Turacın yerinə oğlu Qazi Məhəmmədi təklif edir. 18 yaşlı gənc naib ilk gündən yüksək səriştə ilə vəzifəsinə başlayır.
Qazi Məhəmmədin baş naib seçilməsindən sonra üç məşhur naib - Kibit Mohuma, Haqverdi Mohııma və Hacı Murad Şamilin arxalandığı ən yaxın adamlar idilər. Bunların içərisində Hacı Murad öz qəhrəmanlığı və cəsarəti ilə daha çox seçilirdi. Belə ki, 1851-ci ildə 3 min müridlə Tabasarana göndərilən naib Anar tapşırığı yerinə yetirə bilmir. Şamil onu geri çağırıb ən çox etibar etdiyi Hacı Muradı onun yerinə təyin edir və onu 500 müridlə ora göndərir. О biri naibin.3 min müridlə həyata keçirə bilmədiyi tapşmırığı Hacı Murad 500 müridlə yerinə yetirir. Dərbəndlə Temirxan-şura arasında Boynağı kəndində Tarki Şamxalı Əbu Müslümün qardaşı Şahvəli xanı öz həyətində öldürüb, ailəsini əsir alır və böyük qənimət ələ keçirir. Bu hadisədən qəzəblənmiş Voronsov Hacı Muradın ölüsünü və ya dirisini gətirməyi 1500 nəfərlik bir dəstəyə tapşırır. Hacı Murad Qaxın Dayıkənd kəndi ətrafında meşədə mühasirəyə alınaraq qeyri-bərabər atışmada faciəli sürətdə həlak olur. Şəki qalasının komendantı Korqanov Hacı Muradın kəsilmiş başını şəxsən Tiflisə aparıb Voronsova təqdim edir. Baş komandan isə "bunu hədiyyə" şəklində Sankt-Peterburqa göndərir. Hacı Muradın ölüm xəbəri həm Şamilə, həm də bütün müridlərə çox pis təsir edir. Knyaz Voronsov isə belə deyir: "Cəsur yaşadığı kimi, cəsurcasına da öldü. Onun qəzəbi ilə cəsarəti tən gəlirdi və hər ikisi sonsuz idi".
Hacı Muradın şəxsində Şamil özünün ən cəsarətli naibini, ruslar isə ən qorxulu düşmənlərini itirmişdilər.
Çar qoşunları Çeçenistanı tutaraq, burda ağlasığmaz vəhşiliklər törətsələr də, çeçenlər Şamil hərəkatından yayındıra bilmədilər. Əksinə, İmamlığın ərazisi iki dəfədən çox genişləndi və Şamilin qoşunlarının sayı xeyli artdı. 1850-ci ildən başlayaraq bir sıra döyüşlərdə rusları ciddi məğlubiyyətə uğratmışdı. Lakin getdikcə vəziyyət dəyişirdi. Bir tərəfdən çarizmlə qeyri-bərabər mübarizədə kütlələrin taqətdən düşməsi, dağıntılar çoxlu insan tələfatı, İmamın lazımi kömək ala bilməməsi, müstəqil feodallara çevrilən ayrı-ayrı nüiblərin azadlıq hərəkatında fəallıq göstərməməsi, bir çoc halda isə ruslar tərəfinə keçməsi, digər tərəfdən Yaxın Şərqdə hökmranlıq uğrunda Rusiya, İngiltərə, Fransa və Türkiyə arasında mübarizənin kəskinləşməsi Şamilin mövqelərini zəiflədirdi. O, 1851-ci ildə Turçidağ yüksəkliyində, Avtur və Miçik ətrafında döyüşləri uduzdu. Qaytaq-Tabasaran səfəri də uğursuz oldu. Buradakı savaşda onun inanılmış naibi Mak Məhəmməd öldürüldü.
1853-cü ildə Krım müharibəsi başlananda Türkiyə sultanı Ömər Paşa Şamilə təklif edir ki, onunla birləşsin. Şamil 15 minlik qoşunla yolu düşür və Kaeatda dayanaraq Qazi Məhəmmədi yeddi minlik müridlə Gürcüstana göndərir. Şamil yenidən böyük ordu ilə Car-Balakən bölgəsinə səfər edir. Lakin Axtldan çıxıb dağ qülləsini aşan Arqutinski-Dolqorukovun qətiyyətli yürüşünü görüb geri çəkilir. Qazi Məhəmməd çar İraklinin tacını və çoxlu qənimət ələ keçirir. Ən qiymətli qənimət şöhrətli admalar Darqoya göndərilir. Knyaz və xanımları ilə Vedenoda çox yaxşı davranılar. Şamil onları çox ciddi nəzarət aktında saxlayırdı və bundan xüsusi məqsədi vardı.
Şamil 1839-cu ildə Axulqo müharibəsi zamanı girov götürülmüş oğlu Cəmaləddini bir an belə unuda bilmirdi. Knyaz ailəsinin əsir alınması Şamildə bu hesabla oğlunu xilas etmək ümidi yaratmışdı. Odur ki, çarın və gürcü knyazlarnın hər cür təkliflərini rədd edirdi. Çarın Cəmaləddini heç cür vermək niyyəti olmamasına baxmayaraq, əsirlərin dəyişdirilməsi təklifini qəbul etmək məcburiyyətində qalır.
Cəmaləddinin qaytarılmasına çarın razılıq verməsi xəbərini əvvəl qardaşı Qazi Məhəmmədə çatır. Sevinc yaşları ilə qaçaraq özünü atasına yetirib onu qucaqlayır. Şamil özünəməxsus qürurla deyir ki, - "Allaha hım və şükürlər olsun. Bu sənin xidmətindir. Onunla qürrələnə bilərsən".
Şamil boşalmış xəzinəsini doldurmaq üçün də bir imkandan istifadə etmək qərarına gəlir. Lakin ilkin tələb etdiyi bir milyon manatdan 40 min qızıl pula enməli olur. Girovların dəyişdirilməsi 1855-ci il martın 10-da, dəfələrlə qızğın döyüşlər gedən Miçik çayı kənarındakı bir meydançada baş verir. Altı yaşından Sankt-Peterburqda yaşayan Camaləddin atasına da, doğulduğu dağlara da biganələşmişdi. Şamilin sevinci böyük dərdə çevrilir. Oğlunun tamamilə rus tərzində düşündüyünü açıq-aşkar hiss edir. Çox keçmədən Cəmaləddin vərəm xəstəliyinə tutulur. Şamil Tiflisdən, Temirxan-şurdadan həkimlər gətirdir, lakin bir nəticə vermir. İki il sonra Cəmaləddin 31 yaşında dünyasını dəyişir.
Azadlıq müharibəsinin məğlub olması.
1855-ci ildə I Nikolayın oğlu II Aleksandrın taxta çıxması ilə Qafqazdakı vəziyyət onun ilk böyük qayğısına çevrilir. Yəni çar həm də Krım müharibəsindəki (1853-1856) məğlubiyyətin əvəzini çıxmaq üçün Qafqazda uğurlu addımlar atmaq istəyirdi. Rusların Krım müharibəsində uduzması və əlverişsiz Paris sülh müqaviləsinin bağlanması xeyli dərəcədə Şamillə əlaqədar idi. Çünki rus qoşunlarının böyük bir hissəsinin Qafqazda saxlanması İngiltərə, Fransa, Türkiyə və Sardiniya koalisiyasına qarşı mübarizədə Rusiyanı uğursuzluğa uğratmışdı. Şamil bu fürsəti nəzərə alıb türk ordusunun Qafqaza girməsi və ona silahla kömək göstərməsi üçün səy edirsə də, bir nəticə alınmır. Onun fikrincə, belə olsaydı bütün Qafqaz xalqaları Rusiyaya qarşı çıx bilərdi. Lakin bu təbir baş tutmur. Həm də 1854-1855-ci illərdə Türkiyə ordusunun məğlubiyyətə uğraması, çərkəzlərin hücumlarının dəf edilməsi ilə, o, yenidən Rusiya imperiyası qarşısında tək qalır.
Çar II Aleksandr Qafqaz komandanlığını möhkəmləndirir, buraya əlavə olaraq 250 min nəfərlik qüvvə göndədir. Cavanlığından Qafqazda yaxşı bələd olan, döyüşlərdə şəxsi şücaətləri ilə fərqlənən A.İ.Bayratinskini Qafqaz canişini təyin edir. Qafqaza yaxşı bələd olan general Milyutini isə Qafqaz korpusunun qərargah rəisi vəzifəsinə göndərir. Bu və digər təyinatlar rus ordusunun Qafqaz əməliyyatında dəyişiklik yaradır.
1857-ci ildən Şamilin vəziyyətində tənəzzül daha da güclənir. Dağlılarda rus imperiyasına qalib gəlmək əzmi zəifləyir. Şamilin nüfuzu getdikcə azalır. Baryatinski isə ordunu beş hissəyə bölərək, hər birinə təcrübəli adamları komandan təyin edir və bir-birinə sıx əlaqəda hərəkət etməyi tapşırır. Təkcə general-leytanant Yevdokimova sərbəst hərəkət edir. Knyaz Orbelini Yeni Burtunay, Salatov və Aux bölgələrini ələ keçirir. Baron Vrevski didoların ölkəsini zəbt edib talayır. Arqun vadisi, Böyük və Kİçik Çeçenistan knyaz Arqutinski tərəfindən tam zəbt edildikdən sonra, çeçenlər rus hakimiyyətinə tabe olduqlarını bildirdilər. İyunun 22-dən avqustun 30-na qədər baron Vrangel Hümbəti tutur və qırx aulu çapıb-talayır. 1858-ci ildə Baryatinski müridlərə son və qəti zərbə endirmək vəzifəsini qarşıya qoyur.
Şamil son döyüşlərini uduzsa da, bir çox naiblərini itirsə də, hələ Vedeno qalasında və İçkeri meşələrində öz mövqeyini saxlamaqda idi. Lakin hər şeyi müdrikliklə götür-qoy edən imam bir şeydə yanılırdı. Mətanətinə güvəndiyi xalqın qüvvəsi artıq sarsılmış, Şamilə ümidləri azalmışdı. Dağlıların "Üçgözlü general" adlandırdıqları Yevdokimova bütün bunlar yaxşı məlum idi.
Rus qoşunları böyük qüvvə ilə Darqo-Vedenoya tərəf hərəkət edirlər. Vəziyyəti belə görən Şamil qərargahını və ailəsini Dağlıq Dağıstan İçiqala kəndinə köçürür. Darqo-Vedenonun müdafiəsi oğlu Qazi Məhəmmədə tapşırılır. Həmin döyüşdə Şamilin sevimli naibi Rəcəbil Məhəmməd həlak olur. Döyüş müridlərin məğlubiyyəti ilə başa çatır. Həmin qələdə şəraitinə Yevdokimova qraf titulu verilir.
Voronsov çara yazır ki, "Şamilin artıq müqavimət göstərməyə gücü tükənib və ondan sürətlə üz döndərirlər".
1859-cu il iyulun 14-də Baryatinski Vedeno qarşısındakı qərargahında Yevdokomovla son əməliyyat tədbirlərini nəzərdən keçirir. Dağıstana son və qəti hücum üçün buraya toplanan, lakin hələ tamamlanmamış ordu 38 piyada, 7 süravi alayı, 40 kazak bölüyü və 40 topdan ibarət idi. Əsgərlərin sayı isə 40 minə çatırdı.
Şamil də daxilən son borcunu verməyə hazırlaşırdı. O, qərargahın İçiqalada qurmaqla, Andi Koysunun quzeyi tərəfini Yevdokimov və Vrangeldən müdafiə etmək istəyirdi. Lakin Yevdokimov da əks tədbir görürdü.
Bundan sonra cərəyan edən hadisələrin dinamikası sürətlənir. Şamilni düzənlik Çeçenistandan Avarıstana köçürdüyü çeçenlər Baryatinskinin yanına elçilər göndərib, vətənlərinə qayıtmağa icazə istəyirlər və qeyri-şərtsiz boyun əyirlər. Andililər də eyni halı təkrar edirlər. General Vrangelin Andi Koysunun sağ tərəfinə keçərək müridlərin geri çəkilməyə yollarını kəsmək istədiyini eşidən müridlər İştikanı təcili tərk edib, geriyə qayıdır və bununla da hücum üçün Dağıstanı açıq qoyurlar. Şamilin naiblərin və müridlərin hər gün ondan üz döndərmələrinin ağır mənəvi yükü altında İçiqalanı tərk edir. Yanında ən sadiq müridləri və qohum-əqrabası, cəmi 400 nəfərlə 1859-cu il iyunun 29-da Qunibə yetişir. Onu oğlu Məhəmməd Şəfi qarşılarıy, quniblilər ona böyük hörmət göstərirlər. İmam bütün gücü ilə Qunibin möhkəmlənməsinə başlayır.
Şamilin çox etibar bəslədiyi naibi Kibit Mphamanın ruslar tərəfinə keçməsi ona çox ağır təsir edir.
Rus baş komandanlığı Tanda altında yerləşir. Hər yerdən nümayəndələr axışıb onun yanına gəlir. Aulla bir-biri təslim olunurlar. Kibrit Mohumadan az sonra İlsu sultanı Daniyal bəy də Bayratinskinin yanına gəlib barışmaq istəyir. Baryatinski onu çarın adından bağışlayır və general mayor titulunu ona qaytarır. Bu xəbərə Şamilə ikinci böyük zərbə olur. Daniyal bəy Şamilin yanına gəlib deyir: "Sənə xəyanət etmək ağlıma əsla gəlməz. Mənim hərəkətlərim ona görədir ki, artıq heç bir ümid yeri qalmayıb. Heç olmasa qadınları, qocaları xilas edək. Qonib rus atəşləri altında az sonra böyük bir kül qabına çevrilə bilər. Çar sənə başqa ölkəyə getməyə icazə verir". Şamil isə cavabında deyir ki, - "Nə qədər canım var, əlimdə qılıncım var, son nəfəsimədək vuruşacağam, sən isə gedə bilərsən".
Bundan sonra ruslar Şasmilin təslim olmaq ehtimalına ümidlərini tamamilə itirirlər. 1859-cu il avqustun 9-da general Vrangel Qunibə yetişib onu mühasirəyə alır. Baryatinski Yevdokimovla birlikdə Unsuklu, Xunzaxı, yol boyu bütün aulları təslim edə-edə avqustun 18-də Vrangel ordusu ilə birləşir.
Qunib həqiqətən əlçatmaz bir qalaya bənzəyirdi. Hər tərəfdən onu əhatə edən yalçın qayalar son dərəcə əlverişli müdafiə mövqeyi yaradırdı. Suyu bol idi. Həmişə olduğu kimi, cihad bayrağı yüksəklikdə dalğalanırdı. Həmin bayraq otuz il əvvəl birinci imam Qazi Məhəmmədə, sonra ikinci imam Həmzət bəyə, sonra isə iyirmi beş il Şamilə xidmət etmişdi. Onun möcüzələrlə dolu həyatının şahidi olmuşdu.
Baş Qunib mühasirəyə alınır. Baş komandan qan tökülməsinə yol verməmək üçün Şamilin yanına bir daha elçi göndərib danışığa başlamağı polkovnik Lazereyə tapşırır və ultimatum göndərir ki, Şamil silahı yerə qoysa, bütün ailəsi və müridlərilə istədiyi ölkəyə gedə bilər. Əgər sabah axşamadək müsbt cavab verməsə, şərt pozulacaqdır.
Şamil razılıq vermir və tələb edir ki, onun Məkkəyə getməsinə tam sərbəstlik verilsin. Əks təqdirdə Allaha bel bağlayaraq qılıncımızı itləyərək yenə vuruşacağıq. Knyaz buna razılıq verməyib avqustun 24-də hücuma başlayır. İlk həmlə ilə qalanı ala bilməyən knyaz Baryatinski yenidən döyüş xəttinə gələrək atəşi dayandırır və bir daha Şamilə təslim olmağı təklif edir. Son dəfə on beş dəqiqə vaxt verilir. Nəhayət, bir dəstə üləma ixtiyar Şamili dövriyəyə alıb deyirlər ki, - "Bizi yaxşı eşit, İmam! Hər şeyimiz qurtarıb. Dini biz də sənin qədər bilirik. Buradakı günahsız uşaqları, qadınları, qocaları məhv etməyə sənin mənəvi ixtiyarın yoxdur. Sənin görə bilmədiyin işi Allah bəlkə gələcəkdə sənin övladlarına nəsib etdi. Sən onları ölümə verməklə niyə onları bundan məhrum edirsən?"
Həyəcanlanmış Şamil iki yol ayrıcında qalmışdır. Şamil sağ qalmış axırıncı müridlərinə nəzər salarkən hiss edir ki, niskin baxışlarında nəsə bir yalvarış var, sülhü üstün tuturlar. Odur ki, təslim olmağı qərara alır. Ruslara elçi göndərilməsi barədə işarə verilir. O dəqiqə top atəşləri kəsilir. Knyaz Baryatinski gənc Vrangeli çağırıb ona Şamilin yanına gedib danışıq aparmağı tapşırır. Vrangel Şamilin yanına gəlir.
Şamil ona müraciət edərək deyir ki, "Biz müsəlmanlar qəzavü-qədərə möhkəm inanırıq. Əgər irəli sürəcəyimiz şərtləri qəbul etsəniz döyüşə son qoyarıq". Vrangel: - Nə desəniz qəbul edəcəyik, - deyə cavab verir. Şamil aşağıdakı tələbləri irəli sürür.
1. Şamilin öz adamları ilə Osmanlı dövlətinə getməsinə mane olunmayacaq.
2. Silahlarımıza toxunmayacaqsınız
3. Rus çarı Dağıstan, Çeçenistan və Çərkəzistandan əsgər götürməyəcək, vergi almayacaqdır. Buradakı əhaliyə islam şəraiti ilə yaşamağa imkan veriləcəkdir.
Bu şərtlərin ağır olmasına baxmayaraq general Vrangel onları qəbul edir.
Beləliklə, 1859-cu il avqustun 25-də Qunipdə ruslar tərəfindən tutuldu. Qafqaz müharibəsi tarixində mühüm yerlərdən birini tutan və böyük qəhrəmanlıqlar göstərən üçüncü imam-şeyx Şamil ruslara təslim oldu. Avqustun 26-da knyaz Bariyatinski çarın tac qoyma mərasimi münasibəti ilə zorla təslim edilmiş xalqın ərazisində, keçirsin təpəsində ziyafət və parad keçirir. Öz istilacı qoşunlarını təbrik edərək Dağıstanın işğalının başa çatdığını bildirir.
Hərbi paradan sonra knyaz çara belə bir teleqram göndərir: - Qunip alındı. Şamil əsirdi. Peterburqa yola salınır.
İmperator bu xəbərdən çox sevinir və cavab məktublarında deyirdi ki, - Allaha çox şükürlər olsun! Sənə də, bütün Qafqaz qocalarımıza eşq və şərəf olsun!
Şamil əsr alınsa da dağlı xalqların mübarizəsi xeyli davam etdi. Belə ki, Şimal - Qərbi Qafqazda Çərkəz və abxaz xalqları Rusiya işğalçı qoşunlarına qarşı müharibəni davam etdirirdilər. Lakin, pərakəndə şəkildə və vahid komandanlığa tabe olmayan bu mübarizə iştirakçıları nizami rus qoşunlarına qarşı hərbi əməliyyatlarda elə mühüm müvəffəqiyyətlər əldə edə bilmədilər. Çərkəz və Abxaz xalqlarının dağınıq fəaliyyəti rus qoşunlarının əməliyyatını asanlaşdırdı. Ruslar bir neçə hərbi əməliyyat nəticəsində bu xalqları öz torpaqlarından sıxışdırıb çıxartdılar. Rus komandanlığı onların məhsuldar torpaqlarını alıb Kazaklara və köçürülmə rus kəndlilərinə verirdilər. Dağlıları isə kütləvi surətdə öz yerlərindən köçürdürlər.
Bu torpaqlardan qovulan çərkəzlər və abxazlar ya düzənlik yerlərə köçməyə, ya da müsəlman ruhanilərin təsiri ilə Türkiyəyə getməyə məcbur idilər. Lakin Türkiyə hökumətinin bu qədər əhalini ərzaq və mənzillə təmin edə bilməməsi böyük narazılıqlar yaratdı. Bəzi məlumatlara əsasən Türkiyəyə gedən əhalinin sayı 500 min nəfər idi. Çox keçmədən isə yerli hakimiyyət orqanlara da dağlılara qarşı özbaşınalıq etməyə başladılar. Belə ki, 1864-cü ilin əvvəllərində çərkəzlərin son müqavimət nöqtəsi olan Kbaadanın tutulmasına dair hərbi plan hazırlandı. Bu planın həyata keçirilməsi üçün külli miqdarda canlı qüvvə və hərbi sursat alan Rus komandanlığı 1864-cü il mayın 21-də Kbaadan üzərinə yürüşə başlandı. Ağır döyüşlər nəticəsində Kbaadan suslar tərəfindən zəbt edildi. Əslində isə hərbi əməliyyatlar 1864-cü ilin sonunadək davam etmişdir. 60-80-ci illərdə isə Çeçenistan və Dağıstanda müstəmləkəçilərə qarşı yeni üsyanlar qalxmışdı. Lakin bunlar hamısı ruslar tərəfindən amansızlıqla yatırılmışdı.
Beləliklə XIX əsrin əvvəllərindən 1864-cü ilə qədər davam edən Qafqaz müharibəsi başa çatdı. Bu müharibənin qurtarması ilə Qafqazın Rusiya tərəfindən istilası da başa çatdı.
İstər tarixi, istərsə də müasir baxımdan müstəqillik, öz müqədəratının sahibi olmaq hər bir xalqın ən yüksək istəyi idi. Onun torpaqlarına, sərbəstliyinə, adət və ənənələrinə, yaşayış tərzinə, dilinə kənardan müdaxilə, başqa birisinin tabelliyinə alınmaq cəhdi həmişə zorakılıq, təcavüzkarlıq qarşılanmış və müqavimətə rast gəlmişdir. Ən yaxşı rənglərə boyadılan "birlik", "ittifaq" qurumları da onları hürriyyət və istiqlal arzularından döndərə bilməmişdir. 1000 illər boyu mövcud olmuş bütün imperiyalara beləcə süquta uğramış, XX əsrin ortalarında müstəmləkəçilik sistemi dağılmış, nəhayət, SSRİ kimi möhtəşəm bir imperiyada bu ideal qarşısında tab gətirə bilməmişdir.
Qafqaz xalqlarının Şeyx Mənsurdan başlayıb İmam Şamilə öz yüksək zirvəsinə üslxan 50 illik mübarizəsinin qayəsində də məhz əsarətə düşməmək, öz vətəninin istiqlaliyyətini qoruyub saxlamaq dayanmışdı.
Qafqaz müharibəsinin böyük qəhrəmanı İmam Şamil əsir düşəndən sonra bu xəbəri eşidən minlərlə dağlı Temir xan - Surəyyə - Şamilin görüşünə gəlirlər. Onlar: - sən getdikdən sonra biz nə etməliyik? həsrətimi çəkməliyik? - deyə soruşurlar.
Şamil başsız qalan bu pərişan insanlara belə cavab verir: - xeyir, yerilərinizdə imanla daimi olaraq qalın. Vətənin bir hürriyyət və istiqlala qovuşacağını etiqadınızı itirməyin.
Bu sözlə bu mübarizəni neçə müqəddəs bir amala xidmət etdiyini sübut edir. Məhz Şamil kimi qəhrəmanlar Vətəni istiladan qorumaq, onu əsarətdən xilas etmək üçün hər cür məhrumiyyətlərə dözmüş, son imkana kimi bu məqsəddən çəkinməmişdir. Bu mübarizənin bir çox çalarları müasir dövrümüz üçün də səciyyəvidir. Bu gün bir çox xalqlar kimi Azərbaycan xalqının da dövlət müstəqilliyi qazanması və onu qoruyub saxlaması yolunda gərgin mübarizəsi üçün tarixi ənənələr ruhlandırıcı bir örnəkdir. Milli istiqlaliyyəti hər şeydən uca tutan belə qəhrəmanlar güclü imperiya ilə savaşda sübut etdi ki, azadlıq, müstəqillik istəyi ilə yaşayan xalqların iradəsini heç bir qüvvə qıra bilməz. Onların mübarizəsi çox aydın şəkildə göstərdi ki, xalqın birliyi qələbə üçün ən vacib şərtdir. Bu mübarizə onu da göstərdi ki, xalqın içərisində parçalanma, ədavət, səbatsızlıq, satqınlıq, hakimiyyət, varidat hərisliyi, ziddiyyət - arzu edilən qələbəyə neçə böyük ziyan vurur.
Keçmiş SSRİ-nin dağlıq parçalanması və 100 illər boyu rus imperiyasının tərkibində olan onlarca xalqın milli istiqlaliyyət bayrağı qaldırması təsdiq edir ki, İmam Şamilin dediyi - "bu gün mən qılıncımı yerə qoyub təslim olsam da, övladlarımız sizi xilas edəcəklər" sözləri necə böyük həqiqət imiş.
Bu gün "Qafqaz evi" adı altında meydana çıxan ideyada Şamilin böyük arzularından idi. Onun 25 illik savaşının bir günü belə Qafqaz xalqlarını ümumi düşmənə qarşı birləşdirmək arzusundan keçməmişdi.
Beləliklə, Qazi Məhəmmədin, Həmzət bəyin və İmam Şamilin başçılıq etmiş olduqları müqəddəs mübarizə bizim müştərək tariximizdir. Bu tarix bizim üçün də eyni dərəcədə müqəddəs və əzizdir. Müqəddəs və əzizdir ona görə ki, bu tarixin ilk səhifələrini Şeyx Şamilin, həmçinin Qazi Məhəmmədin, Həmzət bəyin Azərbaycanlı qardaşları özü də hələ 1804-cü ildə işğalçılara qarşı döyüş meydanında şəhid olmuş böyük qardaşları - Azərbaycan xalq qəhrəmanı Cavad xan yazmışdır. Çar-Balakən, İlisu, Şəki, Quba, Qusar, Gəncə - bütün Şimali Azərbaycanın şəhid məzarlarında uyuyan qəhrəman Azərbaycan oğulları yazmışdılar.
Rusiya Gürcüstanda öz iqtisadi siyasətini qəti müəyyənləşdirdi. Onun üçün satış bazarı xam mal mənbəyi olmalı idi.
1850-ci ildə Cənubi Qafqaz kənd təsərrüfatı cəmiyyəti yaradıldı. Bu cəmiyyət taxıl, üzüm, pambıq və s. texniki bitkilərin inkişafına aqrotexniki qayğı göstərirdi. Təsərrüfatın inkişafı ilə kənd təsərrüfatı məhsulunun xeyli hissəsi bazara çıxarılırdı. Beləliklə, əkinçilik tədricən əmtəə xarakteri alırdı.
Sənayedə kapitalist manufakturası yaranırdı. 30-cu illərin axırında ən iri kapitalist müəssisəsi tacir Zübalavillinin Tiflisdəki şəkər zavodu idi. 40-50-ci illərdə dağ-mədən sənayesi canlanırdı. Beləliklə, Gürcüstanda da 18-ci əsrin II yarısında XIX əsrin 30-50-ci illərdində də davam edən və feodal sisteminin böhranına çevrilən feodal təhkimçilik münasibətlərinin tənəzzülə uğraması halları baş verdi. Bütün bunlar mülkədarın pula olan tələbatını artırır və zəhmətkeşlilərin istismarını genişləndirirdi. Bu isə yeni kəndli üsyanlarının başlanmasına səbəb olurdu. Bunların ən mühümü Quriya və Meqreliya üsyanları idi. 1841-ci ilin may ayında Aketi kəndində üsyan başladı. Üsyançılar 7 mindən çox idi. Avqustun 9-da Qoqoriti kəndi (Maxaradze rayonu) yaxınlığında üsyançılar Abesa Brusilovun dəstəsini məğlub etdi. Üsyanda knyaz və Aznaurlar da iştirak edirdi. Üsyan məğlub oldu.
1956-57-ci illərdə təhkimçiliyə qarşı Miqreliyada kəndli üsyanı oldu. Miqreliya knyazlığı Krım müharibəsini əsas döyüş meydanlarında birinə çevrilmişdi. ilk dəfə 1856-cı ilin payızında Tamakoni kəndiləri üsyan etdi. Üsyana sənətkar - kəndli Utu-Qoda başçılıq edirdi. Xalq ona "Martaliya" (doğruçu) təxəllüsü vermişdi. Üsyanın 2-ci rayonu Tsvari kəndi idi. Burada üsyana dəmirçi Utu-Mikava başçılıq edirdi. Üsyanın 3-cü rayonu Saçallao-Suçuni idi. Burada isə qoca Qoddua rəhbərlik edirdi. Üsyanın ümumi rəhbəri Utumikava idi. Üsyançıların ümumi sayı 20-min nəfər idi. Onların ümumi şüarı "Əsilzadə Aznaurlar bütbəsi məhv edilməlidi" Miqreliya knyazı kömək üçün çar Rusiyasına müraciət etdi. 1857-ci ilin noyabrında üsyan məğlub oldu. Rəhbərlər cəzanaldı. Utu-Mikova 9 il Arxangelskidə qaldı. Üsyan təhkimçiliyinin ləğvini sürətləndirdi. 1828-ci ildə Quriya, 1857-də Meqreliya, 1858-də Sfaneti, 1864-də Abxaziya knyazlığı ləğv edildi.
Dostları ilə paylaş: |