Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix06.09.2017
ölçüsü1,16 Mb.
#29065
  1   2   3   4   5

 

  

 

 

Azad Mətbuatın Ölüm-Dirim 

Mübarizəsi

 

2012-ci ildə Azərbaycanda İfadə Azadlığının 

Durumuna Dair İllik Hesabat    

 

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



Mündəricat  

 

1.

 

Giriş ....................................................................................................................   3 

2.

 

Tövsiyələr ...........................................................................................................   5 

3.

 

Qısa Xülasə .........................................................................................................   7 

4.

 

Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj və təzyiq ............................................   9 

5.

 

Fəsil 2: Qanundan istifadə etməklə ifadə azadlığının boğulması .......................... 15   

6.

 

Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq müdafiəçilərinin həbsi ..................... 20 

7.

 

Fəsil 4: Mediaya dövlət nəzarəti .......................................................................... 24 

8.

 

Fəsil 5: Onlayn ifadə azadlığı ................................................................................ 27 

9.

 

Nəticə .................................................................................................................. 30 

 

 



 

 

 



 

 

 



 

 

 



 

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



Giriş  

 

1.1.

 

Ümumi məlumat  

Bu  hesabat  Azərbaycanda  ifadə  azadlığının  təşviqi  və  müdafiəsi  sahəsində  fəaliyyət  göstərən  müstəqil 

qeyri-kommersiya təşkilatı- Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nəşridir. RATİ 

2006-cı  ildə  Beynəlxalq  Mətbuat  Günündə  iki  Azərbaycanlı  jurnalist  tərəfindən,  ifadə  və  mətbuat 

azadlığının hökumət tərəfindən ciddi məhdudlaşdırılmasına cavab olaraq yaradılmışdır.  

Təşkilatın  fəaliyyəti  Azərbaycanda  ifadə  azadlığı  sahəsindəki  problemləri  müvafiq  beynəlxalq 

qurumların,  ABŞ  və  Avropa  rəsmilərinin  diqqətinə  çatdırmaqda  mühüm  rol  oynamışdır.  RATİ  2007-ci 

ilin oktyabrından Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) təşkilatının, 2012-ci ilin noyabrından isə 

Qlobal Şəbəkə Təşəbbüsünün (Global Network Initiative) üzvüdür.   

Söz  azadlığına  dəstək  və  mətbuat  azadlığına  qarşı  təzyiqlərə,  sərt  tədbirlərə  dərhal  reaksiya  vermək 

RATİ-nin  Azərbaycandakı  fəaliyyətinin  əsasını  təşkil  edir.  Bu  hesabat  RATİ-nin  Azərbaycanda  ifadə 

azadlığını qorumaq və təşviq etmək strategiyasının bir hissəsini təşkil edir.  

 

RATİ  bəyanatlar  verməklə,  müraciətlər  etməklə,  araşdırmalar  aparmaqla,  gündəlik  xəbərlər  yaymaqla, 



mətbuat  konfransları  keçirməklə  və  jurnalistlərin  hüquqları  barədə  maarifləndirmə  işləri  aparmaqla 

Azərbaycanda  söz  azadlığının  pozulması  hallarını  araşdırır  və  bu  pozuntular  barədə  məlumat  verir.  Öz 

fəaliyyətinin  əsas  tərkib  hissəsi  kimi  RATİ  Azərbaycanda  ifadə  azadlığının  durumu  barədə  geniş 

hesabatlar hazırlayır.  

 

Ötən ilin may ayında Avroviziya Mahnı Müsabiqəsinin, noyabr ayında isə İnternet İdarəçilik Forumunun 



keçirildiyi  Azərbaycanda  2012-ci  il  tənqidi  fikirləri  dilə  gətirən  insanlar  üçün  daha  təhlükəli  il  olub. 

Xüsusilə  də,  bu  tədbirlər  başa  çatdıqdan  sonra  ölkəyə  beynəlxalq  diqqət  zəifləməyə  başlayan  kimi  bu 

tədbirlər zamanı ölkə haqqında acı həqiqətləri ifşa edən şəxslər sərt cəza tədbirləri ilə üzləşib.  

 

Ötən il ərzində hökumətin tənqidi səsləri susdurmağa davam etməsi ilə Azərbaycanda ifadə azadlığı üçün 



məkan  daha  da  kiçildi.  Jurnalistlər,  media  işçiləri,  bloqçular  və  hüquq  müdafiəçiləri  ifadə  azadlığı 

hüququnu həyata keçirmələri ilə əlaqədar təqib, təhdid, şantaj, hücum, həbs və təzyiqin digər formaları ilə 

üzləşiblər.  2012-ci  ilin  sonuna  olan  statistikaya  görə,  on  doqquz  jurnalist  zorakı  hücuma  məruz  qalıb, 

səkkiz jurnalist və bir hüquq müdafiəçisi isə dəmir barmaqlıqlar arxasında qalıb. 2012-ci ilin 1 yanvar- 31 

dekabr dövrünü əhatə edən bu hesabat yuxarıda qeyd olunan məsələlər və ifadə azadlığının pozulmasının 

digər halları barədə ətraflı məlumat verir.  

 

  

 



1.2.

 

Məqsəd 

 

Bu hesabatı hazırlamaqda RATİ-nin məqsədi: 

 

Ölkədə  ifadə  və  mətbuat  azadlığı  və  informasiya  əldə  etmək  hüququ  ilə  bağlı  real  vəziyyəti 



qiymətləndirmək;  

 



Söz  azadlığının  pozulması  halları  barədə  yerli  və  beynəlxalq  tərəfdaşları  məlumatlandırmaq  və 

onları islahatların təşviqinə cəlb etmək; 

 

Qabaqcıl  beynəlxalq  təcrübəni təbliğ  etmək,  hüquq  pozuntusu  hallarının  aradan  qaldırılması  və 



ölkədə ifadə azadlığı durumunun yaxşılaşdırılması üçün konkret tövsiyələr vermək olmuşdur. 

 

 



1.3. Metodologiya və struktur 

Bu hesabat masaüstü və yerində aparılmış araşdırmalar, müsahibələr, məhkəmə proseslərinin monitorinqi



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

media  monitorinqi,  daxil  olan  sorğuların  və  şikayətlərin  təhlil  olunması,  RATİ-nin  jurnalistlərin 



təhlükəsizliyi  üçün  yaradılmış  “Qaynar  xətti”nin  statistikası  və  qanuni  yolla  əldə  olunmuş  digər 

informasiyaların əsasında hazırlanmışdır. RATİ personalı bu hesabatı yerli və beynəlxalq  ifadə azadlığı 

ekspertləri ilə məsləhətləşmələr aparmaqla hazırlamışdır.  

Bu  hesabat  5  fəsildən  ibarətdir  və  RATİ-nin  diqqət  yetirdiyi  aşağıdakı  əsas  sahələri  əhatə  edir:  ifadə 

azadlığı  üçün  konstitusional,  siyasi  və  hüquqi  mühit;  jurnalistlərə  qarşı  törədilmiş  cinayətlərə  görə 

cəzasızlıq, jurnalistlərin və digər media nümayəndələrinin fəaliyyət mühiti.  

Giriş  hissənin  ardınca,  hesabat  RATİ-nin  Azərbaycan  hökumətinə  söz  azadlığı  durumunun 

yaxşılaşdırılması üçün tövsiyələrini təqdim edir. Hesabatın birinci fəsli jurnalistlərə qarşı zorakılıq halları, 

şantaj  və  təzyiqin  digər  formalarını  nəzərdən  keçirir.  İkinci  fəsildə  ifadə  azadlığını  məhdudlaşdırmağın 

hüquqi vasitələri öz əksini tapmışdır. Üçüncü fəsil ifadə azadlığı ilə bağlı hazırkı və əvvəllər baş vermiş 

tutulma  və  həbs  halları  barədə  məlumat  verməklə  jurnalistlərin,  bloqçuların  və  hüquq  müdafiəçilərinin 

həbslərini  əhatə  edir.  Dördüncü  fəsil  dövlətin  yayım  və  çap  mediasına  nəzarət  üsullarını  təsvir  edir. 

Beşinci fəsil Azərbaycanda ifadə azadlığı üçün son azad məkan olan internetdə söz azadlığının durumunu 

təhlil  edir.  Hesabatın  sonunda  ölkədə  söz  azadlığının  vəziyyəti  barədə  RATİ-nin  yekun  rəyləri  yer 

almışdır.  

 

 



 

 

 



 

2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

 

Tövsiyələr 



 

Hesabatdan  da  göründüyü  kimi,  Azərbaycanda  ifadə  azadlığı  ciddi  təhlükə  altındadır.  Azərbaycan 

hökuməti  bu  azadlıqların  məhdudlaşdırılmasına  dərhal  son  qoymalı  və  insan  hüquqları  ilə  bağlı 

beynəlxalq öhdəliklərinə uyğun olaraq vəziyyəti düzəltmək üçün təcili tədbirlər görməlidir. Bu məqsədlə 

RATİ  ifadə  azadlığının  müdafiəsi  üçün  lazım  olan  addımları  özündə  əks  etdirən  aşağıdakı  tövsiyələri 

işləyib hazırlamışdır.  



 

RATİ Azərbaycan hökumətini xüsusilə aşağıdakı tövsiyələri yerinə yetirməyə çağırır: 



 

Jurnalistlərə qarşı zorakılığa və təzyiqin digər formalarına son qoyulsun: 

 



 

Jurnalistləri  qətlə  yetirən  və  onlara  fiziki  təzyiq  göstərən  şəxslərə  qarşı  cəzasızlığın  bütün 

formalarına  son  qoyulsun,  jurnalistlərə  qarşı  bütün  cinayət  işlərinin  üstünün  açılması  və 

cavabdehlərin qanuna uyğun olaraq cəzalandırılması təmin edilsin 

 

2005-ci ilin martında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun və 2011-ci ildə qətlə yetirilmiş 



publisist-jurnalist  Rafiq  Tağının  qətllərinin  sifarişçiləri  və  icraçıları  həbs  olunsun  və  məhkəmə 

qarşısına çıxarılsın.  

 

E.Hüseynov və R.Tağının qətlləri ilə bağlı dolğun məlumat ictimaiyyətə çatdırılsın.  



 

2012-ci  ilin  martında  tanınmış  xanım  jurnalist  Xədicə  İsmayılovaya  qarşı  hədə-qorxu  və  şantaj 



təxribatını həyata keçirənlər həbs edilsin və məsuliyyətə cəlb olunsun. 

 



Jurnalistlərin hədə-qorxuya məruz qalması halları tam araşdırılsın və onlar üçün etibarlı müdafiə 

mexanizmləri yaradılsın.  



Tənqidi səsləri susdurmaq üçün həbs tədbirindən istifadəyə son qoyulsun: 

 



İfadə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq həbs olunmuş və hal-hazırda həbsdə 

olan jurnalistlər, bloqçular və fəallar dərhal azad olunsun.  

 

İfadə  azadlığı  hüququnu  həyata  keçirmələri  ilə  bağlı  olaraq  barələrində  cinayət  işi  açılmış 



jurnalistlərə və fəallara qarşı irəli sürülmüş ittihamlara xitam verilsin. 

 

Qanunvericilik və siyasət təkmilləşdirilsin: 

 

İnformasiya  azadlığı  haqqında  ölkə  qanunvericiliyinə  “KİV-lərin  və  jurnalistlərin  fəaliyyətini 



məhdudlaşdırmağı nəzərdə tutan” dəyişikliklər ləğv olunsun.   

 



Sərbəst  toplaşma  azadlığı  haqqında  qanuna  “icazəsiz  etiraz  aksiyalarının  təşkilatçıları  və 

iştirakçıları üçün yüksək cərimələr nəzərdə tutan” əlavələr ləğv olunsun.  

 

Diffamasiyaya  görə  cinayət  məsuliyyəti  nəzərdə  tutan  müddəalar  AR  Cinayət  Məcəlləsindən 



çıxarılsın. 

 



Tənqidi qəzetlərin fəaliyyətinə mane olmaq məqsədi ilə diffamasiya ittihamından həddindən artıq 

istifadəyə son qoyulsun.  

 

Xarici yayımçıların milli tezliklərdə yayımlanmasını yasaqlayan qadağa ləğv olunsun. 



 

Media  haqqında  qanunvericiliyə  yenidən  baxılsın  və  onun  mətbuat  azadlığının  beynəlxalq 



standartlarına uyğunluğu təmin edilsin. 

 



Beynəlxalq  standartlara  uyğun  olaraq  müstəqil  İnformasiya  Məsələləri  üzrə  Müvəkkil 

(Ombudsmanı) vəzifəsi təsis edilsin və İnformasiya Məsələləri üzrə Müvəkkilin səlahiyyəti İnsan 

Hüquqları Üzrə Müvəkkildən alınaraq İnformasiya Məsələləri üzrə Müvəkkilə verilsin. 

 



Televiziya  və  radio  tezliklərinin  sadə  lisenziya  əsasında  şəffaf  və  ədalətli  qaydada  verilməsini 

təmin etmək üçün tele-radio yayımını tənzimləyən müstəqil qurum yaradılsın. 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



 



İctimai  teleradio  yayımçısının  fəaliyyətinin  bu  sahədə  beynəlxalq  standartlara  uyğunluğu  və  bu 

yayımçının  cəmiyyətin  bütün  sektorları  üçün  balanslı,  plüralistik  və  müxtəlifliyi  əks  etdirən 

proqramlar yayımlaması təmin olunsun.  

 



Peşəkar  media  nümayəndələrinin  müstəsna  səlahiyyətində  olan  müstəqil  mətbuat  şurası  və  ya 

media hesabatlılığın digər özünütənzimləmə sistemi yaradılsın.  

 

Media qurumlarına sahiblik strukturunda şəffaflıq təmin olunsun. 



 

Hökumət  tərəfindən  maliyyələşdirilən  reklamın  media  qurumları  arasında  ədalətli  və  şəffaf 



qaydada bölüşdürülməsini təmin edən müstəqil nəzarət orqanı yaradılsın. 

RATİ media təşkilatlarını qabaqlayıcı tədbirlər görməklə, habelə tibbi xərcləri qarşılamaq üçün yardım 

göstərməklə öz fiziki təzyiqə məruz qala biləcək əməkdaşlarına lazımi qayğı göstərməyə çağırır.   

RATİ jurnalistlərə və media nümayəndələrinə peşə etikasına əməl etməyi, şəxsi təhlükəsizliklə bağlı hər 

hansı təhlükə yarandıqda isə  RATİ-nin qaynar xəttinə (+99412 408 75 30, +99450 398 48 38 və ya +99 

455  398  48  38),   digər  vətəndaş  cəmiyyəti  təşkilatlarına,  mətbuata,  xarici  və  beynəlxalq  diplomatik 

nümayəndəliklərə dərhal məlumat verməyi tövsiyə edir. 

Son  olaraq,  RATİ  beynəlxalq  ictimaiyyəti  Azərbaycanda  ifadə  azadlığı  ilə  bağlı  vəziyyətə  biganə 

yanaşmamağa çağırır. RATİ beynəlxalq ictimaiyyəti aşağıdakı tövsiyələrə diqqət yetirməyə çağırır: 

 



İkitərəfli  və  çoxtərəfli  müstəvidə  bütün  imkanlardan  istifadə  edilməklə,  Azərbaycan 

hökumətindən  ifadə  azadlığı  və  insan  hüquqları  ilə  bağlı  üzərinə  götürdüyü  öhdəliklərini sözdə 

deyil, əməli şəkildə yerinə yetirməsi tələb olunsun.   

 



Azərbaycan  hökuməti  və  hüquq  müdafiə  orqanları  jurnalistlərə  qarşı  zorakılıq  əməllərinə  görə 

cəzasızlığa son qoyulmasına, bütün cinayət işlərinin lazımi şəkildə araşdırılmasına və cavabdeh 

şəxslərin qanuna uyğun olaraq hüquqi məsuliyyətə cəlb olunmasına çağırılsın.  

 



Azərbaycan hökuməti ifadə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq tutulmuş və ya 

həbs olunmuş jurnalistlərin, bloqçuların və fəalların dərhal azad olunmasına çağırılsın. 

 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 



Qısa Xülasə: 366 gün davam edən təzyiq  

 

  

 

 



İfadə azadlığı baxımından 2012-ci il barəsində çox danışmaq olar, amma ən azı onu demək olar ki, bu il 

heç  də  sıradan  bir  il  olmamışdır.  2012-ci  il  Avroviziya  mahnı  müsabiqəsinin  parlaq  və  gözqamaşdırıcı 

görüntüsü  ilə  ifadə  azadlığının  boğulmasının-  onlarla  insanın  həbsinin,  şantaj  olunmasının  və  hədə-

qorxuya məruz qalmasının kəskin ziddiyyəti ilə yadda qalmışdır. 

 

2012-ci il ifadə azadlığı durumunu yaxşılaşdırmaq üçün Azərbaycan hökuməti heç bir müsbət addım 



atmayıb. Əksinə  ifadə azadlığına mənfi təsir göstərən siyasət yürüdülüb, qərarlar qəbul edilib.  

 

RATİ 2012-ci ildə Azərbaycanda ifadə azadlığı ilə bağlı baş vermiş ən mənfi hadisələrdən üç nümunəni 



sizin diqqətinizə çatdırır: 

 

Xədicə İsmayılovaya qarşı intim şantaj 

2012-ci  ilin  martında  Azad  Avropa/Azadlıq  Radiosunun  Azərbaycan  xidmətinin  müxbiri  Xədicə 

İsmayılova  gizli  yolla  çəkilmiş  intim  videosu  internetdə  yayılmaqla  mənəvi  təzyiqə  məruz  qalmışdır. 

Hadisədən  bir  həftə  əvvəl  isə  İsmayılova  intim  fotolarının  da  yer  aldığı  və  onun  susdurmaq  məqsədi 

daşıyan hədə-qorxu dolu bir məktub almışdı. Məktubda deyilirdi: “Fahişə, özünü yaxşı apar. Yoxsa səni 

biabır  edərik!”.  Xədicə  İsmayılova  dövlət  səviyyəsində  korrupsiya  hallarını  ifşa  edən  məqalələri  ilə  

tanınmış tənqidçi jurnalistdir. 

 

Sovet keçmişinə dönüş  

2012-ci  ilin  iyunun  1-də  Azərbaycan  Parlamenti  (Milli  Məclis)  “İnformasiya  əldə  etmək  haqqında”, 

“Kommersiya  sirri  haqqında”  və  “Hüquqi  Şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında” 

Qanunlara dəyişiklikləri qəbul etdi. Bu dəyişikliklər kommersiya hüquqi şəxslərə öz dövlət qeydiyyatları, 

təsisçiləri  (iştirakçıları)  və onların nizamnamə  kapitalında  payı  haqqında  informasiyanı  gizli  saxlamağa 

imkan verir. Digər bütün qanun layihələrində olduğu kimi, bu dəyişikliklər də Azərbaycan Parlamentinə 

ictimaiyyətin  xəbəri  olmadan  göndərilmişdir.  6  iyul  2012-ci  il  tarixində  Azərbaycan  prezidenti  bu 

dəyişikliklərin üç ay müddətində qüvvəyə minməsi üçün fərman verdi və dəyişikliklər oktyabrda qüvvəyə 

mindi.  Bu  dəyişikliklər  informasiya  azadlığı  ilə  bağlı  beynəlxalq  standartlara  ziddir  və  jurnalistlərin 

korrupsiya hallarını araşdırmasını daha da çətinləşdirir.  

 

Etiraz aksiyalarının boğulması 

2012-ci  ilin  martın  1-də  Qubanın  keçmiş  icra  başçısının  Quba  sakinləri  barədə  təhqiramiz  ifadələr 

səsləndirdiyi  çıxışının  YouTube  video  portalında  yayılmasının  ardınca  Qubada  kütləvi  etiraz  aksiyaları 

baş verdi. 1000-ə yaxın insanın iştirak etdiyi etiraz aksiyasından bir gün sonra icra başçısı vəzifəsindən 

uzaqlaşdırıldı.  Hökumət  aksiyanı  dağıtmaq  üçün  güc  tətbiq  etdi  və  bu  zaman  ən  azı  iki  jurnalist  ciddi 

xəsarət aldı, digər beşi isə gözyaşardıcı qazın təsirinə məruz qaldı. “Xəyal” televiziyasının iki jurnalisti- 

Vüqar  Qonaqov  və  Zaur  Quliyev  sözügedən  videonun  YouTube  portalına  yüklənməsi  ittihamı  ilə  həbs 

olunub və hesabatın dərc olunduğu vaxt həbsdə qalıblar. Hər iki jurnalist kütləvi iğtişaşı təşkil etmə və 

vəzifədən  sui-istifadə  maddələri ilə  ittiham  olunurlar.  Məhkəmə  tərəfindən  günahkar  hesab  olunarlarsa, 

jurnalistlərin hər biri 10 il həbs cəzasına məhkum oluna bilər.  

 

RATİ 2012-ci il ərzində Azərbaycanda ifadə azadlığı hüququnu ən çox pozmuş səkkiz vəzifəli şəxsi 



müəyyən etmişdir. Bu dövlət xadimləri tənqidi səsləri susdurmaq üçün müxtəlif metodlardan (reqressiv 

qanunların  və  siyasətin  tətbiqi;  jurnalistlərə  görə  mütləq  cəzasızlıq  mühitinin  yaradılması;  tənqidçi 

jurnalistlərin, bloqçuların və hüquq müdafiəçilərinin həbsi; və tənqidçi jurnalistlərə və media qurumlarına 

qarşı diffamasiya ittihamlarının irəli sürülməsi) istifadə edirlər. 

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 



 

2012-ci  ildə  prezident  Əliyev  insan  haqlarını,  həmçinin  QHT-lərin  və  medianın  fəaliyyətini 

məhdudlaşdıran  qanunları  imzaladı.  İyulun  6-da  prezident  iyunun  12-də  parlament  tərəfindən  qəbul 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

olunmuş  hüquqi  şəxslərin  təsisçiləri  və  onların  nizamnamə  kapitalındakı  payları  barədə  məlumatların 



açıqlanmasını məhdudlaşdıran qanuna dəyişikliyi təsdiqlədi.  

 

Noyabr    ayında  isə  prezident  icazəsiz  aksiyaların  təşkilatçıları  və  iştirakçıları  üçün  nəzərdə  tutulmuş 



cərimələri kəskin şəkildə artıran dəyişiklikləri imzaladı.  

 

İlham Əliyevin prezident olduğu dövrdə iki jurnalist birbaşa öz fəaliyyətləri ilə bağlı olaraq qətlə yetirilib. 



Tənqidçi şəxslərə qarşı hücumlar mütəmadi olaraq baş verir və bu əməlləri törədənlərə qarşı heç bir cəza 

tədbiri görülmür. Bu media ictimaiyyəti arasında qorxu hissinin, tənqidi fikirləri zor tətbiq etməklə boğan 

şəxslər üçün isə cəzasızlıq mühitinin yaranmasına gətirib çıxarmışdır.  

 

Prezident Administrasiyasının mətbuat xidməti bu quruma sadiq olan və sifarişlə iş görən jurnalistlərdən 



ibarət  qapalı  birlikdir.  Yüksək  elitaya  çatımı  olan  jurnalistlər  vəzifəli  şəxslərə  xoş  gəlməyəcək  suallar 

vermir, soruşmağa daha çox sualları olan jurnalistlərin isə rəhbər dövlət məmurları ilə görüşünə imkan 

yaradılmır. 

 

 



Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 

 

Mehdiyev  məhkəmədən  tutmuş  fiziki  təzyiqə  kimi  müxtəlif  silahlardan  istifadə  etməklə  mediaya 



repressiv  şəkildə  nəzarət  edilməsinə  rəhbərlik  edir.  Media  nümayəndələrinə  hədə-qorxu  və  təzyiq, 

mətbuata  qarşı  yüksək  məbləğli  cərimələr  və  media  təşkilatlarına  lisenziyaların  verilməməsi  yolu  ilə 

mətbuatın boğulmasının arxasında məhz Mehdiyev dayanır. 

 

Dəfələrlə vəd verilməsinə və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin 



səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”nda  da  nəzərdə  tutulmasına  baxmayaraq, 

diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv olunması məsələsi hələ də həll olunmayıb. 

 

 

 



Prezident Administrasiyasının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov 

 

Hakim rejimin birbaşa sahibliyində və ya nəzarətində olan əsas medianın hakimiyyətin siyasi maraqlarına 

xidmət etməsini təmin edir. 

 

 



İfadə  azadlığı  ilə  bağlı  beynəlxalq  normalara  görə,  dövlət  məmurlarının  öz  nüfuzunu  qorumaq  hüququ 

olsa  da,  onlar  tənqidə  adi  vətəndaşlardan  daha  dözümlü  yanaşmalıdırlar.  Dövlət  xadimləri  qəsdən  elə 

diqqəti  cəlb  edən  vəziyyət  yaradırlar.  Bu  nöqteyi-nəzərdən  RATİ  hesab  edir  ki,  aşağıda  adları  çəkilən 

məmurlar ifadə azadlığına qarşı cinayət törədiblər:   

 

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov 



“Yeni Müsavat” qəzetinə qarşı 1 milyon manatlıq diffamasiya iddiası ifadə azadlığına qarşı cinayətdir.  

 

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov 



“Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı 500 min manatlıq diffamasiya iddiası  

 

Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədov  



“Azadlıq” qəzetinə qarşı 200 min manatlıq diffamasiya iddiası  

 

AZAL rəhbəri Cahangir Əsgərov 



“Yeni Müsavat” qəzetinə qarşı 500 min manatlıq diffamasiya iddiası 

 

Daxili İşlər Naziri Ramil Usubov 



Tənqidi  səslərin  susdurulması  vasitəsi  kimi  hakim  rejimin  maraq  dairəsinə  aid  məsələləri  araşdıran 

jurnalistlərin qətllərinin, onlara qarşı fiziki və mənəvi təzyiqlərin cəzasız qalmasına görə  Ramil Usubov 

məsuliyyət daşıyır. 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

 

 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin