Nadir, söz deyəcəm amma bilmirəm özümü necə ifadə edim



Yüklə 17,65 Kb.
tarix16.11.2022
ölçüsü17,65 Kb.
#69497
növüDərs
Dost


Qışın soyuğunda məktəbdə titrəyə-titrəyə dərsə qulaq asırdıq. Hamı evə getməyə can atırdı. İsti bir çaydan sonra dərdimiz qalmazdı yəqinki. Zəngə beş dəqiqə qalmışdı. Həmişəki kimi mən ya Aytən ilə, yada ki dostlarımla evə qayıdacaqdım. Aytən ilə qonşuyuq deyə bir gedib gəlirdik. Atam mən 3-cü sinifdə olanda burada yəni hal hazırda yaşadığımız yerdə ev aldı. O vaxtdan bəri, 3-cü sinifdən dostluğumuz pozulmayıb. Açığı gözəl qız idi. 8 illik sinif yoldaşım, sirdaşım və dostum idi. Hə, dost. Bu sözü dəyişdirmək üçün, aramızdakı münasibətin daha da möhkəmlənməsi üçün heç nə etməmişdim hələ ki. Sabah deyərəm, bu gün deyərəm qalırdı elə. Aytən ilə çox söhbət edirdik. Amma tam da ona ondan xoşum gəldiyini demək istəyəndə əllərim əsirdi, həyəcandan özümü itirirdim. Etiraf etsəm əgər ilk dəfə olacaqdı.
Axşam dərslərimi hazırlayırdım. Bilmədiyim sualı Aytəndən soruşum həm də bir az söhbət edərik adı ilə ona yazdım. Sual qalıb kənarda biz söhbətə girişmişik. Sevgidən açıldı söhbət. “Artıq etiraf etməyin vaxtı gəlib çatıb, deməliyəm” deyə düşünürdüm ki, duruxdum.
- Nadir, söz deyəcəm amma bilmirəm özümü necə ifadə edim.
- Buyur, dinləyirəm.
- Bizim sinif Əli var. Ondan xoşum gəlir neçə vaxtdı. Amma deyə bilmərəm, çox çəkinirəm. Sənin yanın dostundu, xasiyyətləriniz nə qədər fərqli olsa da. Onla danışa bilərsən?
Və Aytəndən ilk zərbə. Qərarsız qalmışdım. Aytən onu nə qədər çox sevdiyindən yazırdı. Oxumaq belə istəmirdim. Telefonu kənara qoyub biraz düşündüm. Gözlərim dolmuşdu. Amma neyləmək olar? “Bir şey düşünüb deyərəm. Gecən xeyrə” yazıb sakitcə yatağıma çəkildim. Sabah bazar günü, məktəbə getməyəcəkdik. Əlini görmədim kimi bəhanə işlədərəm deyirdim ki, ağlıma fikir gəldi. Birindən məsləhət almaq. Məsləhət verə biləcək tanıdıqlarımdan biri Mahir idi. Əvvəllər bizə çox yaxınçılıq verməzdi. Tənəffüs vaxtı ancaq kitab oxuyar ya da ki müəllimin verdiyi tapşırığı düşünərdi. Lakin son zamanlar çox dəyişdi. Daha doğrusu sevdiyi qız Həyat onu dəyişdirmişdi. Bir neçə ay demək olar ki ondan xəbər belə almırdıq. Hər gün ağlayar, nəsə danışanda pis cavab verərdi. Artıq o da deyib gülür, bizim kimi əylənirdi tənəffüs vaxtı.
Sabah günorta vaxtları Mahirgilin evlərinə yollandım. 11-ci sinif idik deyə Kitabxanada işləmirdi artıq. Dərslərinə daha çox önəm verirdi. Mahirlə salamlaşıb parka getdik. Biraz danışdım. Aytən barəsində: “ondan xoşum gəlir, neçə vaxtdı demək istəyirəm amma alınmır. Onun da başqasından xoşu gəlir. Həm də özümə qardaş bildiyim oğlandan”.
- Belə Mahir. Nə deyirsən? Neyləyə bilərəm?
- Bilirəm çətin vəziyyətdi. Amma sənin üçün önəmli olan nədi?
- Necə yəni?
- Aytənin xoşbəxtliyi önəmli deyil?
- Əlbəttə, dəyər verirəm ona. Amma sevirəm axı.
- Təki başqasını sevmiş olsa da Həyatım da yaşayardı. Gözümü yummadan onun xoşbəxtliyi üçün çalışardım. Get, Əliyə de. Alınarsa əgər Aytən sevinər. Dostu ol Aytənin. Əsl dostun edəcəyi hərəkəti et.
Mahirlə sağollaşdıq. Sözləri təsir etmişdi. “Həyatım” deyirdi. 5 ay keçib, hələ də Həyatı düşünür. Nə bilim... Doğru deyir. Əli ilə danışmalı idim. Əgər Aytəni xoşbəxt edəcəksə buyursun.
Əliyə zəng edib məktəb tərəfdəki təpəyə çağırdım. Orda qurumuş tək ağacın altındakı oturacaqda oturub danışmağa başladıq.
- Aytən var bizim sinif, o göndərdi məni. Daha doğrusu sənə deyə bilmədiyi bir şeyi söyləməyimi istədi.
- Hə, buyur qardaşım. Nə məsələdi ki?
- Aytənin səndən xoşu gəlir. 8 illik dostuyam onun. Onu bir dəfə də hansısa oğlanla görməmişəm. Yəni əməlində düz, sadə qızdır.
Əli gülümsədi. Açığı xasiyyətinə bələd idim Əlinin. Biraz qızbaz idi. Gündə bir qız ilə danışan oğlan. Amma Aytənin onu dəyişdirəcəyindən şübhəm yox idi.
- Başa düşdüm Nadir. Qızdı da, çəkinib deyə bilmiyib. Başa düşürəm onu. Sən də çox sağol dediyin üçün.
- Niyə axı sən?! Sənin necə biri olduğunu hamımız bilirik. Niyə səni sevsin axı?
Əli ayağa durub əsəbləşdi biraz. Sözlərim xətrinə dəymişdi deyəsən. Amma neyləmək olar ki? Doğrular acı gələr insana. Sağollaşmadan evə getdi.
Bazar ertəsi sinifdə hamı gəlmişdi. Aytənlə Əlidən başqa hamı. Artıq qızlar onlar haqda danışırdı. Görünür sevgili olublar və məsələ tez yayılıb. Nə gözəl, Aytən xoşbəxt olar yəqin.
Axırıncı dərsin son zəngi də vuruldu. Evə gedərkən Əlini məktəb tərəfdəki kafenin yanında gördüm. Tində durub siqaret çəkirdi. Yanına gedib salamlaşıb, bu gün niyə gəlmədiyini soruşmaq istəyəndə üzünü çevirib uzaqlaşdı. Deməli çox inciyib məndən. Heç nə olmaz, barışarıq yenə. Onsuz bizim bir-birimizdən başqa kimimiz var ki? Nəsə olan kimi ya o mənim yanıma gəlir, ya da mən onun yanına qaçıram. Düzələr...
Evə qayıdırdım. Sabaha çox tapşırıq vermişdi müəllim. İnsanda biraz insaf olar. Onları necə oxuyacıyıq? Evə çatanda bir boşluq hiss etdim. Aytən yox idi yanımda. Evimizin yanında söhbət edib, sağollaşa bilməmişdik. Nəysə... Buonun öz qərarıdı. Xoşbəxt olsun təki.
Axşam saat təxmini 23:00 olardı. Dərslərimi yeni bitirmişdim. Aşağı düşdüm və anamla atamın söbətinə səhvən də olsa qulağ asdım. Aytəndən danışırdılar. Sabah evdən çıxandan bəri qayıtmayıb. Tez Əli gəldi ağlıma. Onun bu işdə nəsə barmağı olacağını düşünürdüm. Amma mənlə danışmırdı ki. Aytənə də mesaj yazdım, zəng elədim amma telefonu sönülü idi. Ən yaxşısı Aytənin yaxın rəfiqəsi, bizim sinifdən olan Zəriflə danışım. Bilsə o bilər nəsə. Zərifə mesaj attım ki bəs “Aytənlə danışmamısan? Sabahdan evə gəlmədiyini eşitdim”. Cavabı isə bu oldu: “ Hə, dərsdən çıxıb evə çatanda elə mesaj yazmışdı mənə. Çox pis idi. Necə deyim bilmirəm, çox qorxuram. Amma içimdə saxlaya bilmərəm bunları. Əli ilə məktəb tərəfdəki təpəyə gediblər dərsdən əvvəl. Biraz söhbət edəndən sonra Əli buna yaxınlaşıb. Aytən inkar edib, qaçmağa cəhd göstərsə də alınmayıb. Elə bunu yazdı və “evə ətəyim qan olaraq gedə bilmərəm” dedi”. Sonra çox yazdım zəng etdim, amma olmadı. Telefonu söndürmüşdü.
Offf... Niyə axı? Əlinin bunu Aytənə edəcəyini düşünməzdim. Əliyə olan nifrətimin qədəri yox idi həmin an. Lakin Aytəni tapmalı idim. İlk o təpəyə baxacaqdım. Evdən çıxıb son sürət oraya qaçırdım. Və insanların toplaşdığını gördüm məktəb tərəfə. Bir əmidən burada nə olduğunu soruşdum. “Bir qız, özünü o ağacdan asıb. Hələ demiyiblər kimdi. Tanımırlar deyəsən” dedi. O sıxlıqdan basa-basa gücnən yuxarı qalxdım. Yerdə uzanmış Aytənin boğazında kəsilmiş ip, ipin yarısı isə ağacda idi. Görüb ipi kəsiblər. Ambulansı gözdüyürdülər gəlib aparsın. Qaranlıqda görmək çətin idi. Telefonun işığnı yandırıb üstünə tərəf tutdum. Ətəyində və ayaqlarından axıb qurumuş qanı gördüm. Dəhşət idi. Əlinin bir həvəsinə görə canına qıymışdı Aytən. O anlıq kədər və əsəblə birlikdə qərar aldım. Bunu edən, Aytənin ölümündən sonra yaşaya bilməzdi. Evə getib sabah olacaqları gözdüyürdüm. Qonşuluqdan gələn qışqırtı səsləri daha da əsəbləşdirirdi məni.
Məktəbə getməyə 2 saat qalmışdı. Əliyəzəng edirdim. 5-ci zəngimi açdı. Əsəbi danışırdı. Sanki nəyəsə görə günahkar mənəm. Onu təpəyə çağırdım. “Gəl danışaq sonra dərsə gedərik. Deyəsən küsmüsən məndən “Qardaşım””. Qəbul etdi. Gələcəkdi. Mətbəxtən bıcağı götürüb çantama atdım. Təpəyə qaçıb Əlini gözləyirdim. Nəhayət gəldi. Kefsiz idi.
- Sabahın xeyir Nadir.
- Niyə etdin bunu? Aytənin günahı nəydi ki? Necə qıydın ona?
Titrək səslə danışırdım.

  • Aytəni mən öldürmədim. Sadəcə başqa fahişələrə göstərdiyim qayğını ona göstərdim.

Bunu demişdi ki, Əliyə tərəf qaçdım. Bıçağı düz ürəyinin üstünə vurdum. Gözlərimə baxırdı. Heç nə edə bilmədi. Diz çöküb, qanın axdığını görəndə yıxıldı yerə. Artıq Aytənin qisasını almışdım. Polisə zəng edib, məkanı tərif etdim. Gəlib aparacaqlardı məni. Ağacın yanına gedib hələ də budağda bağlı olan ipə baxıb ağladım. Aytənə görə ilk dəfə idi ağlayırdım. Əlini yoxladım, ölmüşdü. Sevinirdim. Qisasını aldım. Aytən bunu istəməzdi amma mən belə istədim.
Külək ipi yellədirdi. Aytən baxırdı mənə bəlkədə. Ağlamağı kəsib gülümsədim. Deyəsən bu ağac çox ölümlərə şahid olacaqdı hələ...
Yüklə 17,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin