Nəqliyyat anlayışı. Dünya nəqliyyat sisteminin mahiyyəti



Yüklə 17,55 Kb.
tarix14.10.2019
ölçüsü17,55 Kb.
#29341
beyn neql emeliyyatlari-1

Mövzu 1. Dünya nəqliyyat sistemi və təsnifatı




    1. Nəqliyyat anlayışı.

    2. Dünya nəqliyyat sisteminin mahiyyəti.

    3. Dünya nəqliyyat sisteminin təsnifatı.

    4. Beynəlxalq nəqliyyat sisteminin dünya təsərrüfat proseslərində rolu.





    1. Nəqliyyat anlayışı

Nəqliyyat dünya iqtisadi proseslərində milli iqtisadiyyatların spesifik sahəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu sahə ayrıca xidmət sektoru kimi hər bir ölkə vətəndaşı, sahibkarlıq və digər fəaliyyət sahələrinin subyektləri ilə ictimai münasibətlər prosesində olur.

Hələ ilk sivilizasiyanın formalaşdıgı dövrlərdən başlayaraq insanlar zəruri əşyaları bir yerdən digər istiqamətə daşımaq üçün əlverişli vasitələr və marşrutlar düşünürdülər, axtarırdılar. Zənnimizcə, nəqliyyat anlayışının kökündə məhz bu düşüncələr durur.

Nəqliyyat termininin mahiyyəti – latınca trasporto sözündən formalaşmışdır, gətirirəm, aparıram, yerini dəyişirəm mənasını ifadə edir. Başlıca mahiyyəti hər hansı bir yüku və insanı- sərnişini bir yerdən digər yerə çatdırmaqdan ibarətdir. Nəqliyyat, hər hansı bir məhsul istehsal etmir, bununla belə təyinat funksiyasından asılı olaraq vətəndaşlar, cəmiyyət, bütövlükdə dövlətə isə mühüm və zəruri xidmət göstərir.

Nəqliyyat maddi istehsal yaratmasa belə, o bu proseslərdə bir xərc subyekti kimi iştirak edir və bu baximdan hər hansı bir məhsulun son qiymətinin formalaşmasında ciddi faktor kimi çıxış

edir. İqtisadiyyatın müxtəlif sahələrində optimal təsərrüfat nəticələrinin əldə olunmasında nəqliyyatın təsiri güclüdür. Bu meyarlar nəzərə alınmaqla, nəqliyyat iqtisadi amillə yanaşı, həm də sosial və siyasi əhəmiyyət kəsb edir.

Nəqliyyat maddi istehsal prossesinin mühüm tsikllərindən biri kimi də xarakterizə edilə bilər. Çünki nəqliyyat daim hərəkətdədir və bununla da o, maddi istehsal prossesinin bir çox tsikllərində iştirak edir. Nəqliyyat xərcləri təkcə yükün həcmindən deyil, həm də hansı məsafəyə daşınacagından asılı oldugundan onun son nəticəyə təsiri bir çox hallarda həlledici rola malik ola bilər.




    1. Dünya nəqliyyat sisteminin mahiyyəti


Dünya nəqliyyat sistemi mürəkkəb quruluşa və çoxlu sayda elementlərə malikdir. Bunlara ilk növbədə yüksək standartlara cavab verən nəqliyyat kommunikasiyaları, nizamlayıcı nəqliyyat heyyətləri və nəqliyyat vasitələri, yükləmə-boşaltma mərkəzləri, logistika anbarları, müştərilərə xidmət vasitələri, yükdaşıma proseslərinin idarə edilməsi qurguları və strukturları, beynəlxalq nəqliyyat potoklarının effektivli idarə edilməsi mexanizmləri, nəqliyyat vasitələrinin dünyanın istənilən yerində təhlükəsiz və maneəsiz hərəkətini təmin edə biləcək beynəlxalq qaydalar- rejimlər, etibarlı beynəlxalq hüquq bazası, mükəmməl konvensiyalar, sazişlər və s. daxildirlər.

Dünya nəqliyyat sistemi dünya ölkələrini birləşdirən bir mexanizm kimi-də xarakterizə edilə bilər. Bu insanların bir ölkədən digər ölkələrə getmələri və beynəlxalq yük daşimalarının təşkili prosseslərinin canli bir mexanizm kimi daimi olaraq işlək vəziyyətdə, yəni işlək rejimdə olması ilı izah olunur.

Beynəlxalq nəqliyyat sistemi müxtəlif nəqliyyat növləri əsasında formalaşır. Bunlara dəniz, avtomobil, hava, dəmir yolu və boru kəmərləri nəqliyyatları aiddirlər. Beynəlxalq yük daşımalarında üstünlük ilk növbədə malların birbaşa təyinat ünvanına çatdırılmasını təmin edən nəqliyyat növlərinə önəm verilir. Daşıma xərclərinin səmərəliliyinə uygun nəqliyyat vasitələrinin seçilməsi də dünya praktikasında geniş yayılmışdır.


    1. Dünya nəqliyyat sisteminin təsnifatı


Dünya nəqliyyat sisteminin formalaşdırılmasını şərtləndirən mühüm amillərə aşagıdakıları aid etmək olar:

-nəqliyyat sistemi sosial-iqtisadi inkişafın aparıcı sahələrindən biri kimi çıxış edir;

-nəqliyyat sisteminin beynəlmiləlləşməsi labüd prossesdir, çünki beynəlxalq inteqrasiya proseslərinin və dünya ticarəti əməliyyatlarının əsasında BNƏ dayanır;

-qloballaşma şəraitində milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında BNƏ-nın optimallaşdırılması və effektivliyinin artırılması mühüm amillərdan biri kimi baxılır və s.



Dünya nəqliyyat sisteminin təsnifatını aşagıdakı kimi baxmaq olar:

  • Yerdə hərəkət edən nəqliyyat vasitələri (avtomobil və dəmir yolu);

  • Su nəqliyyatı (dəniz və çay);

  • Hava nəqliyyatı (aviasiya və helikopter);

  • Boru kəmərləri;

  • Konveyr qurguları;

  • Kanat yolları və s.

BNƏ-nın əsas fəaliyyət istiqamətləri aşagıdakılardır:

  • Beynəlxalq yük daşımaları (Bu nəqliyyat əməliyyatları beynəlxalq ticarət üzrə daşımaların 80 %-ni təşkil edir. Dünya üzrə beynəlxalq yük daşımalarında əsas mallar kimi dəniz və dəmir yolu nəqliyyatları vasitəsi ilə daşınan maye məhsullar, xam neft, neft məhsulları, dəmir filizi, daş kömür, bugda və digərləridir. Son onilliklərdə dəniz nəqliyyatına konkurent kimi qitələrarası yük daşımalarda hava nəqliyyatının potensialı artmaqdadır. Bu ilk növbədə hava nəqliyyatı vasitəsi ilə yüklərin təyinatı üzrə ünvanına tez itkisiz çatdırılması iıə baglıdır);

  • Beynəlxalq sərnişin daşımaları (Hazırda yüz milyonlarla insanlar gundəlik olaraq ölkələrarası və qitələrarası marşrutlara çıxırlar. Beynəlxalq ticarət əməliyyatlarının genişlənməsi və biznesin beynəlmiləlləşməsinin intensivləşməsi sərnişin daşımalarının artmasını şərtləndirən amillərdəndir. Bu növ daşımalarda qitələrarası marşrutlar üzrə əlverişli və şəriksiz lider kimi hava nəqliyyatı xüsusilə fərqlənir. Qitədaxili məkanda ölkələrarası sərnişin daşımalarında avtomobil və dəmir yolu nəqliyyatının çəkisi çoxdur. Beynəlxalq kruiz marşrutları üzrə daşımalarda dəniz və çay nəqliyyatının rolu boyükdür).




    1. Beynəlxalq nəqliyyat sisteminin dünya təsərrüfat proseslərində rolu


Beynəlxalq nəqliyyat sisteminin tərkib hissəsinə-

beynəlxalq dəmir yolu, beynəlxalq dəniz, beynəlxalq hava,



beynəlxalq avtomobil, beynəlxalq su (çay) və beynəlxalq boru kəməri nəqliyyat vasitələri daxildirlər.

Beynəlxalq nəqliyyat sisteminin beynəlxalq hüquq mexanizminə və mənbələrinə - beynəlxalq müqavilələr, o cümlədən konvensiya, saziş və razılaşmalar, həmçinin milli qanunvericilik aktları, məsələn qanun, məcəllə və nizamnamə aiddirlər.

Beynəlxalq nəqliyyat sisteminin və beynəlxalq nəqliyyat əməliyyatlarının rolunu xarakterizə edən əsas amillərə aşağıdakılar aiddir:

  • Beynəlxalq nəqliyyat daşımalarının effektivli təşkili;

  • Beynəlxalq nəqliyyat dəhlizlərindən kommunikasiyalarından daha səmərəli istifadənin təmin olunması;

  • Dövlətlərarası nəqliyyat münasibətlərinin təkmilləşdirliməsi və genişləndirilməsi;

  • Beynəlxalq nəqliyyat konvensiyalarının və sazişlərinin qorunması, koordinasiyası və təkmilləşdirilməsi;

  • Beynəlxalq nəqliyyat daşımlarına məsuliyyətin artırılması, sığorta və nəqliyyat təhlükəsizliyinin təmin olunması;

  • Milli nəqliyyat qanunvericiliyinin və beynəlxalq nəqliyyat münasibətlərinin nizamlayıcı mexanizmlərinin təkmilləşdirilməsi;

  • Beynəlxalq yük, sərnişin və baqaj daşımaları qaydalarının nizamlanlması;

  • Nefit, qaz və digər məhsulların beynəlxalq boru kəmərləri nəqliyyatı vasitəsilə nəqli zamanı yaranan nəqliyyat-daşıma münasibətlərinin formalaşdırılması və nizmalanması;

  • Beynəlxalq nəqliyyat hüquqi mexanizminin tənzimlənməsi və s.

Yüklə 17,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin