Nəqliyyat haqqında



Yüklə 128,2 Kb.
səhifə1/9
tarix19.05.2023
ölçüsü128,2 Kb.
#116996
  1   2   3   4   5   6   7   8   9
683 q



Nəqliyyat haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun nəqliyyatın fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

    • «nəqliyyat» — Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri;

    • «nəqliyyat müəssisəsi» — qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir;

    • «daşıyıcı» — ödəniş və ya muzdla sərnişin, baqaj və poçt daşımaları üzrə xidmətləri göstərən, mülkiyyət icarə hüququ və ya başqa qanuni əsaslarla nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxsdir;

    • «müştəri» — yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxsdir.

Maddə 2. Nəqliyyat haqqında qanunvericilik
1. Nəqliyyatın fəaliyyəti ilə əlaqədar münasibətlər bu Qanunla nəqliyyat növləri üzrə məcəllələrlə və nizamnamələrlə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.
2. Magistral boru kəməri sahəsində münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
3. Daşıma və yükaşırma şərtləri, nəqliyyat vasitələrindən istifadə qaydaları, nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, əmək mühafizəsi, yanğına qarşı təhlükəsizlik, texniki-texnoloji, ekoloji və sanitar normaların tələblərinə əməl olunması nəqliyyat münasibətlərinin bütün iştirakçıları üçün məcburi olan, müvafiq nəqliyyat növlərinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar, həmçinin tərəflərin razılığı (bağladıqları müqavilələr) ilə müəyyən edilir.
4. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda onlardan fərqli qaydalar müəyyən edilmişdirsə, həmin müqavilələrin qaydaları tətbiq edilir.

Yüklə 128,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin