NEYRO-MƏRKƏZİ SİNİR SİSTEMİNİN ONTOFİLOGENETİK İNKİŞAFI 2-ci mövzu Heyvanat aləmində sinir sisteminin əlamətləri bağırsaqboşluqlarda meydana çixmışdir. Heyvanlardan başlayaraq sinir sisteminin inkişafında dörd quruluş formasına təsadüf edilir:səpgin, dıffuz və ya torabənzər,sapabənzər,düyünlü və borulu sinir sistemi.
Səpgin,dıffuz və ya torabənzər sinir sistemi.Bu sinir sistemi hidropoliplərdə sadüf olunur.Bu sinir hüceyrələri ektodermada inkişaf edərək bir-biri ilə tor təşkil edir.
Sapabənzər sinir sistemi.Meduzalarda təsadüf olunur.Sinir hüceyrələri başıica olaraq cətirin kənarında toplaşır və sinir lifləri ilə birlikdə kəmər əmələ gətirir.
Düyünlü sinir sistemi.Bu sinir sistemi əsas yumşaqbədənlilərdə ,qurdlarda və buğumayaqlılarda inkişaf etmişdır.Bu sinir sistemi üc əsas xassəyə malikdir.
1.Sinir hüceyrələri bədənin müəyyən yerində toplaşaraq mərkəzləşir, yəni mərkəzı sinir sistemi əmələ gətirir.
2.Sinir hüceyrələri başlıca olaraq heyvanın baş nahiyyəsində toplaşır.
3.Sinir sisteminin aşağı hissələri yuxarı hissələrə tabe olur.Buna subordinasiya-tabelik deyilir.Sinir sistemi bu növ heyvanlarda bir cox düyünlərdən təşkil olunur.Bu düyünlər birləşərək bir zəncir əmələ gətirir.
Borulu sinir sistemi .Bu cur sinir sistemi onurğalı heyvanlarda təsaduf olunur.Bu heyvanlarda sinir sistemi iki hissəyə bölünür.
Mərkəzi və periferik sinir sistemi. Sinir sisteminin mayası boru şəklində olur və beyin borusu adlanır.Bu borunun baş hissəsi kəllədə yerləşərək genişlənir və beyin mayasını təşkil edir.Beyin borusunun quyruq hissəsi onurğa kanalındadır.Bu hissədə onurğa beyni inkişaf edir.Onurğalı heyvanların sinir sisteminin təkamülündə əsas xüsusiyyət ondan ibarətdir ki, onların sinir sistemi orqanizmin həyatında mühüm rol oynayan xüsusi törəmələr-boz maddə beyin qabığı inkişaf edir.Eyni zamanda beyin ,qurluş və vəzıfəcə cox inkişaf edir.Burada üzvlərin vəzifələrini nizamlayan, birləşdirən və onlara başcılıq edən ali mərkəzlər meydana cıxır.Beləliklə, heyvanat aləmində sinir sistemi tədricən mürəkkəbləşir.
Yer üzərində çoxhüceyrəli heyvan orqanizmləri təxminən milyard il bundan əvvəl meydana gəlmişdir.İlk sinir hüceyrələri ən sadə quruluşu olan hidropoliplər və sərbəst hərəkətli meduzalarda əmələ gəlmişdir.Bu heyvanların bədən səthi epitel hüceyrələrlə örtülmüşdür.Bu hüceyrələr hissi funksiyaları yerinə yetirirlər.Belə hüceyrələrin bir qismi öz şəklini dəyişərək ektodermanın dərinliyinə kecərək yüksək oyanıqlıq qabiliyyəti qazanmış və tədricən müxtəlif sinir sistemi tiplərini əmələ gətirmişdir.Sinir sisteminin sonrakı quruluş mərhələsi tipi sapvari sinir sistemidir.Bu sistemə meduzalarda rast gəlinir.Sapabənzər sinir sistemi neyronların bədənin müəyyən yerlərində toplanıb sapvari törəmə, bir kəmər əmələ gətirməsi ilə xakakterizə olunur.Bu kəmərdən bədənin digər hissələrinə sinirlər gedir.Təkamülün sonrakı mərhələsində müqayisədə quruda və havada yaşayan heyvanlarda düyünlər şəklində olan sinir sistemi sinir lifləri vasitəsilə bir-birilə birləşir.Bütün onurğasız heyvanlarda sinir düyünləri zənciri bir qayda olaraq bədənin daxili boşluğu boyunca yerləşir.Balıqlardan tutmuş insana qədər bütün onurğalılarda isə sinir sistemi daha mütəşəkkil quruluş tipi-borulu sinir sistemi əmələ gəlmişdir.Bu sinir aparatının təkamülündə bir necə cəhət xüsusilə önəmlidir.Borulu sinir sisteminin təkamülündə baş verən dəyişikliklərə misal olaraq ,sinir toxumasının fəqərə sütununda və kəllə boşluğunda toplanması, onurğa beyini və baş beyini kimi mərkəzi sinir orqanlarının əmələ gəlməsi, baş beyinin kütləcə kəskin surətdə böyüməsi və funksiyalarının artmasına səbəb olmuşdur.Balıqların bütün növlərində aydın secilən ön orta və arxa beyin vardır.Ona görə də görmə,qoxu, eşitmə, müvazinət və dəri hissi, eləcədə spesifik orqanı olan yan xətlər inkişaf etmişdir.Balıqıardan başlayaraq bütün sonrakı heyvanlarda beyin sinirlərinə başlanğıc verən sinir kökləri formalaşır.Suda-quruda yaşayanlarda həkəkət orqanı kimi ön və arxa ətrafları əmələ gəlir.Qurbağanın mərkəzi sinir sistenində beyincik, funksiyaları qicmən öz üzərinə götürmüş bir sıra hərəki mərkəzlər formalaşır.Qurbağanın beyinciyi, balığa nisbətən bir qədər zəif inkişaf etmişdir.Sürünənlərdən mənşə alan quşlarda, beynin sürətlə inkişafı aydin nəzərə carpır.Quşların orta və aralıq beyin şöbələrində müxtəlif davranış aktlarının sınır mərkəzləri formalaşır.Məməlilərdə aralıq beyində hələ quşlarda rast gəlinən talamus ,hipotalamus, hippokamp kimi törəmələrlə yanaşı bir sıra yeni nüvələr və sturukturlar əmələ gəlmişdir.
Beyinin böyük yarımkükələri qabığı məməlilərdə o cümlədən, insanda mərkəzi sinir sisteminin ali şöbəsidir.Funksiyaların qabıqda mərkəzləşməsi, funksiyaların birləşməsi, borulu sinir sisteminin təkamülündə qazandığı ən mühüm xüsusiyyətlərindəndir.İnsan mühitin qıcıqlarına qarşı daha düzgün və məqsədəuyğun cavab reaksiyalarına ikinci siqnal sistemi-nitq sistemi vasitəsilə nail olur.İnsan rüşeymi hələ 7 mm uzunluqda olanda (hamiləliyin 4-cü həftəsi) onda sinir sisteminin əsasları və onurğa beyni formalaşmağa başlayır.Hamiləliyin 5-ci həftəsində rudumentar onurğa beyni ilə birləşir.6-cı həftədə isə artıq baş beyin və onurğa beyini aydın nəzərə carpır.Döl 21-25 sm-ə catanda (hamiləliyin 21-22-ci həftələri) bədən əzələləri sürətlə inkişaf etməyə başlayır baş və onurğa beyinin bilavasitə iştirakı ilə bəzi hərəki reaksiyalar icra ediıir .Bətn daxili inkişafın ilk mərhələlərindən başlayaraq, baş beyin öz çəkisinə görə irəli gedir və öz son həddinə sürətlə yaxınlaşir.Bu mənada beyin bədənin qalan hissəsinə nisbətən tez böyüyür və inkişaf edir.Məlumdur ki, yenicə doğulan uşaqda, baş beyinin çəkisi yaşlı adamın beyinin 25 faizini, 10 yaşda olan uşaqda-65 faizini təşkil edir.Doğulana qədər onurğa beyini və orta beyin mərkəzi mərkəzı sinir sistrminin ən tez inkişaf edən şöbələri olur.Onların ardınca usunsov beyin və beyin körpüsü (Varol körpüsü) gəlir.