J U R N A L İ S T İ K A N I N
O N Q I Z I L Q A Y D A S I
E r i k F İ C H T E L İ U S
2
JURNALİSTİKANIN
ON QIZIL QAYDASI
E r i k F İ C H T E L İ U S
AJB-nin NƏŞRİ
Bakı – 2001
3
Erik FİCHTELİUS
Jurnalistikanın
on qızıl qaydası
Azərbaycan Jurnalistlər Birliyi
nəzdində fəaliyyət göstərən
Jurnalist Sənətkarlığı İnstitutu
tərəfindən hazırlanmış və
nəşri qərara alınmışdır
Kitab Avrasiya Fondunun
qrantı çərçivəsində nəşr olunur
Tərcümə edənlər:
Hacı HACIYEV
Ramiz ƏSKƏR
Buraxılışına məsul:
Ramiz ƏSKƏR
Redaktoru:
Telman QULUZADƏ
Bakı, «…..» nəşriyyatı, 2002, 198 səh.
4
İÇİNDƏKİLƏR
Müəllifdən 6
Azərbaycanca nəşrinə ön söz 10
-----------------------------------
1. Şövqlə işləməli!
---------------------------------
Jurnalist fəaliyyətinin əsası 12 Xəbərin tərifi 16
Vurğunluq və obyektivlik 13 Rakurs 18
Ruhlanmağın açarı 16 Xəbərin qiymətləndirilməsi
və seçilməsi 18
-----------------------
2. Mühüm hadisə haqqında xəbər verməli!
-----------------
Mühümlülük meyarı 21 İfadə etməli 27
Jurnalistikanın tənqidi 22 Şərh etməli 28
Public Journalizm 24 Perspektivləri görməli 29
Jurnalistin vəzifələri 25 Xəbərin qiymətləndirilməsi 30
Yoxlamalı 26 «Böyük balığa tilov atmalı» 32
----------------------------------
3. Planlı şəkildə işləməli!
----------------------------
Polislə əlaqə 35 Öz mənbələrini açıqlamamalı! 47
Sərhədləri müəyyənləşdirməli 36
Ağ yalan 48
Mənbələri tapmalı 37 Jurnalist dim iş başındadırmı? 49
Yazılı mənbələr 37
İnam yaratmalı 49
Şifahi mənbələr 39 Mənbələrə tənqidi yanaşmalı 51
On the record 41 Xəbərlərin izlənmə qaydası 53
Razılaşma 42 Redaksiyanın təşkil edilməsi 55
Off the record 43 Qəbul və buraxılış reportyorları 57
Fon 45 Məsul naşirin rolu 57
-----------------------------
4. Konkret məsələ haqqında danışmalı!
------------------
Təcəssüm 60 Detallar 67
Kiçik böyüyün aynasıdır 62 Metonimiya və metaforlar 68
Təhkiyə dramaturgiyası 63
Aydınlıq 69
Diqqət! «Hannibal» kadrlar! 65
----------------------------
5. Hazırlaşmalı və dinləməli!
-----------------------------
Hazırlıq 73 Dinləmək bacarığı 81
Sualların tərtibi 75 Müxtəlif müsahibə növləri 84
Qadağa 77 Etika məsələləri 90
Struktur 79
--------------------
6. Hadisənin inkişafına mane olmamalı!
----------------------
Telereportaj 96 Standup 107
Hadisənin inkişafını qeydə almalı 98 Radioreportaj 109
Gəzginin lənəti 99 Radioproseslər 109
Əhatə 100 «Natural» müsahibələr 111
5
Yerləşmə 102 Xəbərlərin rekonstruksiyası 113
Kameranın rakursu 105 Qəzet səhifələrinin maketi 114
180 dərəcəli ox, yaxud təmas oxu 105 Addım ardınca addım 115
Çıxışların çəkilişi 106 Qiymətləndirmə 116
---------------------
7. Dil mədəniyyətini qorumalı!
-----------------------------------
Efirdə xəbərlər 119 Keçid mədəniyyəti 125
Mətn/ssenari 120 Zamanın uzlaşdırılması 127
Efirdə danışmaq 121 Ekran dili 128
Tabu 122 Kostyumçunun məsləhətləri 129
Anons nə üçün lazımdır? 124 Dil mədəniyyətini qorumalı 130
---------------------
8. Yeni versiyalar yaratmalı!
--------------------------------------
Yeniləşmə və daimilik 132 Reportyor mətni 142
Başlanğıcı müxtəlifləşdirməli 133 Teletəhkiyə məharəti 142
İxtisar etməli! 135 Daxili monoloqlar 143
Radiomontaj 136 Mikşləmə 143
Süjet parçalarının miklənməsi 137 Birbaşa montaj 144
Samitdə kəsməli 137 Emosional kadrları
İkiqat nəfəsalmadan qaçmalı 137 şərh etməli 145
Ton 138 Musiqi və qrafika 145
Səs toqquşmasından qaçmalı 138 Arxiv stop-kadrları 146
Telesüjetin montajı 138 Mənbələri işarələməli 147
Keçidlər 139 Məhəllidən ümummilliyə 148
---------------- ----------
9. Nəticələrə qarşı neytral olmalı!
---------------------------
Dilemma 150 Etika prinsipləri 157
1-ci nümunə: Donuzlar buxtası 152 4-cü nümunə: Liseçil 158
2-ci nümunə: «Bufors» 154 5-ci nümunə: Osloda qaçqınlar 160
3-cü nümunə: Norrmalmstorget KİV hakimiyyəti 162
meydanında dram 156
---------------------------
10. Zamanla ayaqlaşmalı!
-----------------------------------
İnqilab 165 Hakimiyyət xalqa keçir 168
Kompüter hücumu 166 Jurnalistə qarşı yeni tələblər 169
Matroslar hakimiyyəti ələ alırlar 167 Sərhədlərin silinməsi 171
6
MÜƏLLİFDƏN
Neçə onilliklər bundan əvvəl İsveçdə nə jurnalistika
fakültəsi, nə də jurnalistika şöbəsi var idi. Bu sənəti öyrənmək üçün
heç bir yer yox idi, buna görə də bu sənətin sirlərinə praktikada
yiyələnmək istəyən gənclər redaksiyalarda pulsuz işləməyə məcbur
idilər və bu yolla öyrəndiklərini başqalarına çatdırırdılar. Yalnız
60-cı illərdə ölkədə jurnalistlərin professional təhsili qaydaya
salştdı və bu təhsil universitet statusu aldı. Jurnalistika elmi
araşdırmalar predmeti oldu və bu gün ölkənin bir çox xalq
məktəbləri və gimnaziyaları kütləvi informasiya vasitələri və
kommunikasiya sahəsində müxtəlif təhsil proqramları irəli sürürlər.
Bu da təbiidir, çünki jurnalist olmaq üçün təkcə təcrübə kifayət
deyil, bunun üçün dərin akademik hazırlıq, erudisiya və müxtəlif
sahələri bilmək zəruridir.
Əlbəttə, bu gün jurnalistikaya müxtəlif yollarla gəlmək olar.
Mən özüm 17 yaşımda olarkən doğma şəhərim Upsaladakı qəzetdə
praktikant kimi işə başlamışdım. Redaksiyadakı əməkdaşları əvəz
edərək aldığım honorar və qazandığım pulla yaşayırdım, eyni
zamanda Upsala universitetinin ictimaiyyət fakültəsində
oxuyurdum.
Jurnalist
sənətinin əsaslarını mən həmkarlarımdan – səs
operatorlarından, operatorlardan, montajçılardan və redaktorlardan
öyrənmişəm. Çalışdığım «Upsala Nya Tiding»in («Yeni Upsala
qəzeti») fotoqrafı məni başa saldı ki, tapşırığa və ya müsahibə
almağa gedərkən adamlardan nə soruşmaq lazımdır və məqalələri
necə yazmaq olar. Radioda işə başlyanda mənə hamilik edən səs
operatoru radionu necə «yaratmaqdan» bəhs etdi. İsveç
Televiziyasının «Aktuelt» xəbərlər proqramının redaksiyasında
operatorlar və videomontaj rejissorları bu elektron informasiya
vasitəsinin sirlərini mənə öyrətdilər. Əlbəttə, jurnalist həmkarlarım
mənə həmişə kömək edirdilər.
Daha çox radio və televiziyada reportyor kimi çalışdığım 30
ildən sonra öz təcrübəmi bu gün jurnalist sənətinin əsaslarını
öyrənənlərlə bölüşmək istəyirəm. Bu illər ərzində nə
7
öyrənmişəmsə, bunlar mənim formalaşdırdığım jurnalistikanın
«qanunlarında» öz əksini tapmışdır və bunlar son 20 ildə İsveçin və
Skandinaviyanın ali jurnalistika məktəblərində oxuduğum
mühazirələrin əsasını təşkil edir. Əlbəttə, bu əsaslar dəfələrlə
dəyişdirilmiş və əlavələrə məruz qalmışdır. Stokholm universiteti
nəzdindəki jurnalistika şöbəsində pofessor fəaliyyəti ilə məşğul
olduğum dövr mənə imkan vermişdir ki, yeni materiallar toplayım
və başladığım işi axıra çatdırım.
Jurnalist
sənətinə yiyələnməyə başladığım illərdə mən özüm
bu cür kitablar tapa bilmirdim. «Jurnalistikanın on qızıl qaydası»
sadəcə olaraq xəbərlərlə necə işləmək barədə sırf praktiki
məsləhətləri əhatə etmir, o həm də jurnalistika sənətinə nəzəri
girişdir. Kitabda səsyazma texnikası, xəbər, müsahibə və montaj
fəsilləri əsas yer tutur və bunlar müasir demokratik cəmiyyətdə
jurnalistin oynadığı rol barədə, bizim dövdə hakimiyyət
orqanlarının media qurumlarına qarşı təzyiqinin necə dəyişdiyi
barədə nəzəri düşüncələrlə tamamlanır.
Kitab ilk növbədə jurnalistika fakültələrinin tələbələri üçün
nəzərdə tutulmuşdur, ancaq inanıram ki, bu gün kütləvi informasiya
vasitələri və kommunikasiya sahəsində fəal şəkildə çalışanlar üçün
də faydalı olacaqdır.
Erik Fichtelius
8
FOREWORD
This book was written primarily to my students and new
jolleges in Sweden. But it turns out that my text has been of interest
also to jolleges in other jountries.
The Ten Golden Rules has already been published in
Russian, Arabij, Armenian, and a number of other translations are
on its way. This is one of the few introdujtions to newsjasting
produjed outside USA or Great Britain that is widely spread to
other jountries. Yet some of the main theses in the book is
independenje and obcejtivity in newsjasting, main features of
cournalistij ideals in the western world.
After the great politijal and ejonomij jhanges in the former
”East Bloj jountries” or in the Soviet Union itself I realise that there
is a great need for jhange in the ways cournalists work and how
new, liberal press laws jan be applied. I fully understand the
diffijulties, but my experienje is that cournalist all over the world
many times share the same basij values of our trade, regardless of
what politijal and ejonomij system we happen to work within.
What I hold most important is editorial independenje
towards both the politijal and the ejonomij/jommerjial powers in a
jountry. The purpose of cournalism is to be at servije to the publij,
to our readers, listeners and viewers. To serve this purpose we
should not take orders from either the government/politijal power
or those jompanies or business interests we report about and that
sometimes finanje our publijations through advertisements. This is
what I jall the double independenje – independenje from politijal
and ejonomij powers.
Easy to say, harder to do in all jountries and systems. But in
order to let news value, and news value alone dejide what should
be published, we need to know the tools of our trade.
9
I try to be as explijit and jonjrete as possible in telling about
how to produje news. Thus I hope this book jan be of help and coy
to whoever that wants to get into newsjasting and newsreporting.
I am very proud that my jolleges in the Azerbacan
Cournalist Union has put so mujh engagement and effort in
produjing and distribution my book in Azerbacan. They have
obviously understood my first golden rule; ”Engage yourself” even
before I wrote it. I sinjerely hope that my experienje from more
than 30 years of news reporting for radio and television, and
lejturing on cournalism in Sweden and around the world will be
applijable also in your daily work.
Stojkholm in Ojtober 2001
Erik Fijhtelius
10
AZƏRBAYCANCA NƏŞRİNƏ ÖNSÖZ
Bu kitab ilk növbədə mənim İsveçdəki tələbələrim və yeni
həmkarlarım üçün yazılmışdır. Lakin məlum oldu ki, mənim
dərsliyim başqa ölkələrdəki həmkarlarım üçün də maraqlıdır.
«Jurnalistikanın on qızıl qaydası» artıq rus, ərəb və erməni
dillərində çapdan çıxmışdır. Kitabın başqa dillərə tərcüməsi
üzərində iş davam edir.
Bu, informasiya yayımına dair ABŞ və Böyük Britaniyadan
kənarda çıxan və başqa ölkələrədə də geniş yayılan nəşrlərə
yazdığım önsözlərdən biridir. Kitabdakı bir sıra başlıca tezislər
xəbərin müstəqil və obyektiv şəkildə verilməsi məsələlərinə, Qərb
aləmində jurnalist idellarının əsas dəyərlərinə həsr edilmişdir.
Keçmiş sosialist bloku ölkələrində və SSRİ-də baş verən
böyük siyasi və iqtisadi dəyişikliklərdən sonra mən yəqin etdim ki,
jurnalistlərin fəaliyyətində də ciddi təbəddülata, mətbuat haqqında
yeni və liberal qanunların tətbiqinə ehtiyac var. Mövcud
çətinliklər mənə tamamilə aydındır və mən öz təcrübəmdən bilirəm
ki, hansı siyasi və iqtisadi sistemdə işləməsindən asılı olmayaraq
jurnalistlər bütün dünyada bizim peşəmizin ən əsas dəyərləri barədə
yekdil fikirdədirlər.
Redaksiyaların ölkənin siyasi, iqtisadi və biznes
qruplarından asılı olmaması mənim üçün ən əsas meyarlardan
biridir. Jurnalistikanın məqsədi xalqa, oxuculara, dinləyicilərə və
tamaşaçılara xidmət etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün
biz nə dövlət və siyasət qurumlarının, nə də reklam verməklə bizi
vaxtaşırı maliyyələşdirən şirkətlərin və maliyyə qruplarının
qaydalarına tabe olmamalıyıq. Mən məhz bunu müstəqillik
adlandırardım, həm siyasi, həm də iqtisadi qüvvələrdən asılı
olmayan ikiqat müstəqillik!
Qeyd
etmək lazımdır ki, bütün ölkələrdə və sistemlərdə
işləmək getdikcə çəinləşir. Xəbərlərin dəyərini saxlamaq üçün
nəyin çap olunmasını izah etmək lazımdır. Bunun üçün də biz öz
sənətimizə yaxşı yiyələnməliyik.
11
İnformasiyanı necə yaratmaqla bağlı
mən öz
mülahizələrimdə dəqiq və konkret olmağa çalışmışam. Buna görə
də mənə elə gəlir ki, bu kitab informasiyanı hazırlayan və yayanlar
üçün bir vəsait ola bilər.
Mən çox iftixar edirəm ki, Azərbaycan Jurnalistlər
Birliyindən olan həmkarlarım mənim kitabımın Azərbaycanda nəşr
olunması və yayılması üçün böyük zəhmət çəkmişlər. Onlar mənim
«Şövqlə işləməli!» adlanan birinci qızıl qaydamı kifayət qədər
dəqiq, həm də mən bu barədə yazmazdan xeyli əvvəl başa
düşmüşlər.
Mən səmimi olaraq ümid edirəm ki, İsveçdə 30 il ərzində
radio və televiziyada xəbərlər redaksiyasının reportyoru işləyən və
jurnalistikadan mühazirələr oxuyan bir şəxs kimi mənim təcrübəm
digər ölkələrdə olduğu qədər sizin gündəlik fəaliyyətinizdə də
tətbiq oluna bilər.
Erik Fichtelius.
Stokholm, oktyabr, 2001-ci il.
12
1. ŞÖVQLƏ İŞLƏMƏLİ!
«Yaxşı jurnalistikanın», yəni insanların laqeyd qala
bilmədiyi, bizi əhatə edən dünyada baş verənləri daha yaxşı
anlamağımıza kömək edən jurnalistikanın açarı haradadır? Öz
auditoriyası üçün nəzərdə tutulan xəbərin gözdən qaçmaması
naminə jurnalist nə etməlidir?
Sadə bir təcrübə aparın: son xəbərlər verilərkən radionu və
ya televiziyanı açın, qəzetin birinci səhifəsinə nəzər salın. Yarım
saatdan sonra oxuduğunuzu, dinlədiyinizi və ya baxdığınızı yada
salmağa çalışın. Çox şeyin artıq unudulduğu məlum olacaq. Eyni
zamanda, yəqin ki, bir neçə gün əvvəl oxuduğunuz, eşitdiyiniz və
ya gördüyünüz hələ də yadınızdadır. Nə üçün belə olur?
JURNALİSTİN FƏALİYYƏTİNİN ƏSASI
Xəbərləri vermək prosesinin əsasını informasiya
materialının toplanmasını və yayılmasını təşkil edən redaksiyaların
və agentliklərin əlaqəli işi təşkil edir. Bu işin təməlində isə xəbəri
tapan, onun mənasını açan və yazan reportyor dayanır.
Reportyorun
vəzifəsi görmək, eşitmək, duymaq və hadisəni
öz auditoriyasına çatdırmaqdır. Söhbətin aparıcısı yoxdursa, xəbər
də olmayacaq. Söhbət aparanın özü hadisəyə həvəs və maraq
göstərməlidir ki, onun barəsində darıxdırıcı şəkildə yox, şövqlə
danışa bilsin. Beləliklə, burada söhbət təkcə reportyorun məlumat
vermək vəzifəsindən deyil, həm də danışmaq həvəsindən gedir.
Yaxşı jurnalistikanın mayasında reportyorun özünün həvəsi
dayanır. Öz işinin vurğunu olan jurnalist ətrafda baş verən nə varsa,
onunla maraqlanır və hadisələrdən baş çıxarmağa çalışır ki, bu
barədə öz auditoriyasına məlumat versin. Söhbət açdığı məsələ
mühüm və maraqlı olmalı, cansıxıcı olmamalı, ictimaiyyət üçün
13
əhəmiyyət kəsb etməlidir. Çox zaman repotyor hadisənin nəinki
şahidi və iştirakçısı, həm də xəbəri birinci çatdıran adamdır.
Jurnalistin üstünlüyü ondadır ki, o öz oxucularına, dinləyicilərinə
və tamaşaçılarına hadisə haqqında birinci məlumat verir.
Reportyorun
qarşısına çox maneələr çıxır. Bu pul qıtlığı,
vaxtın, ideyaların və cəsarətin azlığı ola bilər. İşində ona laqeydlik,
tənbəllik, qorxaqlıq da təsir göstərə bilər. Lakin jurnalistin öz işinə
bəslədiyi həvəs bu çətinliklərin öhdəsindən gəlməyə imkan verir.
Bu və ya digər şey haqqında auditoriyaya məlumat verib-
verməmək məsələsində o öz intuisiyasına və hisslərinə
arxalanmalıdır.
Pulun
və vaxtın olmamasına istinad etmək redaksiyalarda
geniş yayılmış bəhanədir: «Bilirsən, biz bu məsələ ilə məşğul ola
bilmərik, pulumuz yoxdur». Əlbəttə, iqtisadi çətinlik bütün
redaksiyalara, o cümlədən İsveç redaksiyalarına xas olan cəhətdir.
İsveçin regionlarındakı radio və televiziya stansiyalarında çox vaxt
iki repotyor bütün xəbərlər buraxılışını öz üzərinə götürməli olur.
Belə şəraitdə çoxları jurnalist təhqiqatı ilə məşğul olmağa və ya
xəbər axtarmağa imkan tapmır. Resursların olmaması barədə
şikayət çox vaxt əməkdaşların və redaktorların təşəbbüskarsızlığına
dəlalət edir. Öz işinin vurğunu olan jurnalist dağı dağ üstə qoymağı
da bacarar.
VURĞUNLUQ VƏ OBYEKTİVLİK
Bizim
peşəmizin ziddiyyətlərindən biri ondan irəli gəlir ki,
jurnalist bir tərəfdən mövzu ilə yaşamalı, digər tərəfdən bu
mövzunu işləyərkən obyektiv olmağa çalışmalıdır. Hər birimiz
həqiqəti özümüzə görə qiymətləndiririk, reporytor isə çalışmalıdır
ki, hadisə haqqında məlumat verərkən və ya baş verənlər barədə öz
fikrini bildirərkən son dərəcə obyektiv və nəzakətli olsun,
oxuculara, dinləyicilərə və ya tamaşaçılara söyləməsin ki, onun
fikrincə nə olmalı idi. Reportyor hadisə yerindən xəbər verir, ancaq
quldurları tutmaq və ya yanğını söndürmək onun vəzifəsi deyil.
14
Vurğunluq və obyektivlik arasında gözlə görünməyən bir
sərhəd vardır. Öz işinə başı qarışan reportyor bu sərhəddi keçən
kimi obyektivliyi unudur və hər məsələ barədə öz fikirlərini
auditoriyaya qəbul etdirməyə çalışır və beləliklə, jurnalistdən
peyğəmbərə çevrilir.
Gəlin konkret bir misalı nəzərdən keçirək. Bu, Eresun
boğazından keçən körpünün salınması ilə bağlıdır və bu hadisə
İsveçdə çox böyük mübahisələrə və müzakirələrə səbəb olmuşdur.
Öz işinə vurğun olan jurnalist dərhal deyəcək ki, bu, mühüm
müzakirə mövzusudur. Bu əhvalat intriqadan xali deyil, burada pul,
emosiya, konflikt, siyasət, ekologiya məsələləri bir-birinə qarışır…
Layihə müəlliflərinin fikrincə, körpü Baltik dənizinin hər iki
sahilində Eresun regionunu, iki ölkəni bir-birinə bağlayacaq.
Beləliklə, İsveçin Malmö şəhəri və Danimarkanın paytaxtı
Kopenhagen yeni mədəni və iqtisadi konqlemerat kimi
birləşəcəklər. Körpü texniki baxımdan nəhəng, mürəkkəb inşaat
layihəsidir və bunu həyata keçirmək üçün böyük işçi qüvvəsi və
geniş miqyasda nəqliyyat daşımaları tələb olunur. Bir tərəfdən,
tikinti yalnız körpü dirəklərin təməlinin qoyulduğu yerlərdə deyil,
bütün Baltik dənizində və Eresuna yaxın rayonlarda ətraf mühitə
təsir edəcək, heyvanat aləmi, bitkilər, balıq vətəgələri üçün təhlükə
yaradacaq. Digər tərəfdən, tikinti bir çox Danimarka və İsveç
müəssisələri üçün milyardlarla kron investisiya deməkdir. İsveç
hökuməti iki düşərgəyə bölündü. Bu cür kəskin və konfliktli
mövzu hər bir jurnalisti cəlb edə bilər. Ancaq jurnalist
unutmamalıdır ki, onun vəzifəsi layihə ilə bağlı baş verən hadisələr
barədə cəmiyyətə informasiya verməkdir, körpünün tikilib-
tikilməmsi onun işi deyil*.
Ola bilsin ki, bizim peşəmizin ən mürəkkəb cəhəti
qərəzsizlik və işgüzarlıq prinsiplərinə əməl etməkdir. Reportyor
onu maraqlandıran mövzu ilə bağlı faktları tapmaqla
kifayətlənməməli, eyni zamanda bu mövzu ilə yaşamalı,
həyəcanlanmalı, mübahisəli məsələlər ətrafında yaranan şəraitə
nüfuz etməlidir, lakin bu kiminsə tərəfini saxlayacaq dərəcədə
olmamalıdır. Kim ki xəbərlərlə işləyir, o, maksimum obyektivliyə
15
çalışmalı, bu və ya digər tərəfə rəğbətini bildirməməlidir. Əlbəttə,
bu, asan iş deyil, amma onun çətin olmasını bəhanə edib bu
məqsədə çatmaqdan imtina etmək olmaz.
Hər şeyə oxucunun, tamaşaçının, dinləyicinin gözü ilə
baxın. Razılaşın ki, onların jurnalistin şəxsi simpatiyası və ya
antipatiyası ilə boyanmamış informasiya almağa haqqı var. Bir çox
həmkarlarımız bu vəzifənin öhdəsindən layiqincə gələ bilmirlər və
buna görə də məsələnin bu cür qoyuluşu ilə razılaşa bilmirlər. Hər
halda jurnalistin həvəsi ilə onun obyektivliyi arasındakı bəzi
ziddiyyətlər olduğunu qəbul etmək, anlamaq, eyni zamanda bizim
sənətimizin tələblərinə əsasən onları bir-birindən ayırmaq lazımdır.
Rollar
arasında qoyulan sədd ona gətirib çıxarır ki, bəzən
biz sosial təcrid hissi keçirməli oluruq. Jurnalist hadisələr haqqında
xəbər yayır, amma bu hadisələrdə iştirak etmir, bu sistemin içində
olsa da, elə bil eyni zamanda ondan kənarda dayanır. Şahidi olduğu
hadisələrin iştirakçılarının bu və ya
digər məsələ barədə öz fikirlərini demək imkanı var, reportyor isə
bir qədər kənarda dayanmaq məcburiyyətindədir: «Mən burada ona
görə deyiləm ki, rəyimi söyləyim, ona görəyəm ki,
---------
*Bir çox müzakirələrdən sonra Eresun boğazı üzərində 7,8 kilometr
uzunluğunda körpü salınması qərara alınmışdır (red.)
sizin nə rəydə olduğunuz və nə etdiyiniz barədə xəbər verim».
Jurnalistlərin bəziləri bunu çox ağrılı keçirirlər. Axı material
üzərində işlədiyi zaman reportyor insanlarla tanış olur, onların
keçirdikləri hissləri bölüşür, onların həyəcanllarına şərik olur və ya
onlarla birlikdə hiddətlənir və birdən hansı andasa ümumi fikirdən
kənarda qalmağa məcbur olur ki, öz işini qərəzsiz yerinə yetirmək
üçün imkan əldə etsin. Jurnalist də digər peşə sahibləri kimi adi
insandır. Lakin real həyatda şəxsi və ictimai həyat arasında sərhəd
qoymaq asan iş deyil.
Beləliklə, jurnalistin marağı və öz işinə vurğunluğu arasında
sərhəd olmalıdır. Bizim peşəmiz üçün bu şərtin o qədər mühüm
əhəmiyyəti var ki, dərc olunan materialların nəticəsi baxımından
mən bu məsələyə dəfələrələ dönməli olacağam. Vurğunluqla
16
obyektivlik arasındakı ziddiyyət bizim cəmiyyətdəki rolumuzun ən
əsas cəhətini təşkil edir.
RUHLANMAĞIN AÇARI
Reportyor
üzərində işlədiyi mövzudan ruhlanmalıdır ki,
onun öhdəsindən uğurla gələ bilsin. Bu halda jurnalistin şövqü
onun üçün ruhlandırıcı açardır. Bəzi məlumatları yığandan sonra
çox vaxt bunların xəbər olub-olmayacağını bilmək çətindir. Beş
ekizin doğulmasından xəbər tutan və bu barədə məlumat verən
jurnalistlər güman etməzdilər ki, bu xəbər bütün dünyaya
yayılacaq. Çern adasına* bağlanan körpünün uçması barədə
redaksiyalara və jurnalistlərə ilk zənglər gələrkən zəng vuranlardan
xahiş olunurdu ki, zəhlə tökməsinlər, çünki hamı bu qənaətdə idi
ki, bunu edənlər sərxoş adamlardır. Bəzən xəbərlər ümummilli
kütləvi informasiya vasitələrinin relaksiyalarına həftələr və aylar
keçəndən sonra gəlib çatır.
*Çern adasına bağlanan körpü İsveçin ən nəhəng tağlı körpüsüdür. 1980-ci ilin
yanvarında qaranlıqda və dumanda öz yolunnu azan bir gəmi körpüyə dəymişdi.
Bunun nəticəsində körpü uçmuş, 7 avtomobil suya düşmüş, 8 adam həlak
olmuşdu. Yeni körpü rekord sürətlə tikilmiş və 1981-ci ilin noyabrında istismara
verilmişdir (tərc.).
Bəziləri deyirlər ki, insanlar ancaq onlara tanış olan şeyləri
qəbul edirlər, məlum olan şeylər isə təzə bir şey deyil və beləliklə,
xəbər kimi qiymətləndirilə bilməz.
XƏBƏRİN TƏRİFİ
Xəbər nədir? Doğrusunu desək, bu məfhumun yaxşı, geniş
nəzəri tərifi yoxdur və hamı tərəfindən qəbul edilmiş izahı da
mövcud deyil. Xəbər bərabər porsiyalarda emosional qavrayış və
ənənəvi təsəvvürdür. Təcrübəli jurnalist hər şeydən əvvəl eşitdiyi
və ya gördüyü hadisənin yaxşı xəbər olduğunu müəyyən edə bilir.
Əsil xəbər isə bizə ilk növbədə öz emosionallığı ilə təsir edir. İstər
17
xəbəri verənlər, istərsə də onu qəbul edənlər bu hadisəyə qiymət
verməyə çox çalışmışlar. Lakin xəbəri özümüzdən ayırarkən biz
hamı tərəfindən qəbul edilmiş meyara yox, hisslərimizə istinad
edirik. Nəhayət etibarilə, söhbət müxbirin apardığı müsahibələrdən
gedir ki, o özü hansısa hadisələrdə şəxsən iştirak edib və bu
hadisələri söyləmək, başqalarına çatdırmaq üçün onun imkanı var.
İsveç dilinin izahlı lüğətində «xəbər» sözü belə təfsir
olunur:
«Xəbər – yeni olmaq, yeniliyin cazibəsini ifadə etmək; yeni
aktual hadisə; aktual hadisə haqqında (mətbuatda, radioda
və televiziyada) xəbər»
Beləliklə, hadisə əsas sözdür. Məhdud zaman kəsiyində
sürətlə, konkret və gözə çarpan nə isə bir hadisə baş verir. Hadisə
dəyişiklikdir. Nə isə dəyişir, məhz dəyişiklik faktı xəbər olur.
İsveç reportyorlarının jarqonunda buna «qarmaq» deyirlər. Hadisə
hiss olunan elə bir dəyişiklikdir ki, ona söhbət və ya süjet
«düzmək» olar.
Dəyişiklik müxtəlif xarakter daşıya bilər. Ən
gözəçarpan xəbər qəfil hadisə, məsələn, təyyarə qəzasıdır,
yanğındır, nazirlər kabinetinin istefaya getməsidir və s. Beləliklə,
baş verən hadisə barədə xəbər qəfil dəyişiklikdir.
Lakin dəyişiklik uzun da sürə bilər, bu zaman söhbət
tendensiyalı xəbərdən gedəcəkdir. Dəyişiklik ləng gedir və əvvəlcə
o qədər də nəzərə çarpmır, lakin zaman keçdikcə o qədər aydınlaşır
ki, bizdə xəbər kimi meydana çıxır. Tendensiyalı xəbərə misal kimi
yerin tədricən yüksəlməsini göstərmək olar. Bu hadisə yüz il
ərzində kütləvi informasiya vasitələrində bir neçə dəfə işıqlandırıla
bilər. İsveçin ayrı-ayrı regionlarında yer yüz ildə 80 santimetr
yüksəlir. Lakin tendensiyalı xəbərə informasiya mənası vermək və
ondan bəhs etmək üçün qarmaq lazımdır. Yerin yüksəlməsi
nəticəsində quruya oturan parom həmin qarmaqdır ki, bu hadisəyə
bütünlüklə nəzəri cəlb etməyə imkan verir. Uzun proses zamanı
hadisənin olmaması onu drmatik keyfiyyətdən məhrum edir.
18
İsveçin müxtəlif kütləvi informasiya vasitələrinin ölkədəki
mühacir qadınların vəziyyəti haqqında aktual reportajlar vermək
barədə öz planları ola bilər. Lakin iraqlı yeniyetmə öz bacısını
«həddən artıq isveçliləşdiyinə görə» öldürürsə, bu zaman qarmaq
meydana çıxır və bundan istifadə edərək bu mövzunu qəzetlərin
birinci səhifələrinə çıxarmaq imkanı doğur.
RAKURS
Reportyor
vermək istədiyi material üçün həmişə baxış
nöqtəsi tapmalıdır. Eyni məsələni müxtəlif nöqteyi-nəzərdən
vermək olar. Xəbərin verilmə rakursunu informasiyanın müəyyən
aspektdə verilməsi də adlandırmaq olar.
Məsələn, yaxşı, günəşli havanı fermerlərdən ötrü fəlakət
kimi də təsvir etmək olar. Həmin havanı məzuniyyətdəkilər üçün
cənnət kimi də göstərmək mümkündür. Parlaq günəş və isti hava
dondurma satanlar və İsveç turizmi üçün əlverişlidir, amma cənub
ölkələrinə turist səfərləri üzrə ixtisaslaşmış agentliklərdən ötrü
sərfəli deyil. Beləliklə, materialın necə verilməsi jurnalistin
özündən asılıdır. Nəhayət etibarilə, yaxşı hava haqqında
meteoroloqların nöqteyi-nəzərindən də danışmaq olar. Məsələn,
dəqiq proqnoz verməyin nə qədər çətin oluduğunu söyləməklə.
Reportyorun
öz
materialını vermək üçün baxış nöqtəsi
seçməsində heç bir qəbahət yoxdur. Bu iş üsulundan istifadə
etməklə biz söhbətimizi həm canlandırarıq, həm də daha anlaşıqlı
çıxmasına nail olarıq. Ancaq bu o demək deyil ki, məqsədimizə
çatmaq üçün faktları təhrif etmək olar. O şey barədə ki, biz öz
auditoriyamıza söhbət açırıq, bu, həqiqi və əhəmiyyətli olmalıdır.
İnformasiya imkan daxilində qərəzsiz və obyektiv verilməlidir.
XƏBƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ VƏ SEÇİLMƏSİ
Beləliklə, xəbərin sadə tərifi yoxdur. Xəbəri qiymətləndmək
və seçmək üçün redaksiyalar nəzəri müddəalardan daha çox
19
praktiki mülahizələrə əsaslanırlar. Nəticədə redaksiyalar nə dərc
edirlərsə, bunlar xəbər olur.
Stokholm universiteti yanında jurnalistika, kütləvi
informasiya vasitələri və kommunikasiya institutunun professoru
Hokan Hvitfeldt müxtəlif qəzetlərin birinci səhifələrinin
məzmununu öyrənməklə xəbərlərin qiymətləndirilməsi prosesini
nəzərdən keçirmişdir. O bu nəticəyə gəlmişdir ki, xəbərin
ümumiyyətlə dərc olunması və onun birinci səhifədə verilməsi
ehtimalının artması aşağıdakı amillərdən asılıdır.
Əgər informasiya məlumatı bunlara toxunursa:
•
ənənəvi müzakirə predmetinə
•
yaxın məsafədən praktiki hadisələrə
•
o hadisələr ki, bir tərəfdən sensasiya və ya gözlənilməz
xarakter daşıyır
•
digər tərəfdən isə bu hadisələrin iştirakçıları qeyri-
rəsmi şəxslərdir
•
bu hadisələr anlayışa uyğundur
•
insanlar üçün əhəmiyyət daşıyır
•
ümumi mövzunun bir hissəsi olaraq qısa müddət ərzində
baş verir
•
eyni zamanda mənfi çaları var
•
ənənəvi mənbələrdən daxil olur
İki Norveç alimi də öz araşdırmalarında bu nəticələrə
gəlmişlər, həm də zaman aspektini və «astana dəyərini» qeyd
etmişlər. Xəbərin əhəmiyyəti avtomatik olaraq o vaxt artır ki, təsvir
edilən hadisə qəzetin çapa imzalanmasından bir az əvvəl baş versin
və informasiya dəyəri qazana bilsin. Xəbər kifayət qədər
əhəmiyyətli və dinamik olmalıdır ki, özünə diqqət çəkə bilsin.
Yuxarıda bəhs etdiyimiz araşdırmaların nəticələri fəaliyyət üçün
direktiv deyil, bunlar xəbərələri seçərkən onların
dəyərləndirilməsinə təsir göstərən amilləri təsvir edir. Hokan
Hvitfeldt xüsusən bu nəticəyə gəlmişdir ki, əgər xəbər siyasi,
20
iqtisadi məsələlərə toxunursa və ya bədbəxt hadisələrdən və
cinayətkarlıqdan söz açırsa, onun dəyəri artır. Beləliklə, həm çox
mühüm, həm də çox mühüm olmayan hadisələr barədə
informasiya birinci səhifələrə düşə bilər.
Müasir dünyada xəbər əmtəədir. Bunlar varlı
sahibləri olan iri nəşriyyat evləri tərəfindən istehsal olunur və satılır
ki, həmin adamların da siyasi və ya iqtisadi dairələrdə çox vaxt
maraqları olur. Xəbərlər bazarda ticarət predmetinə çevrilir, digər
mallar kimi bunlara da qiymət qoyulur. Bu hal jurnalistikanın
inkişafı və müstəqilliyi üçün təhlükədir.
Dostları ilə paylaş: |