Oktyabr 2018-ci IL, çərşənbə ˆ Hər IL oktyabrın 3-ü ölkəmizdə XX əsr Azərbaycan



Yüklə 95,87 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix07.01.2024
ölçüsü95,87 Kb.
#212129
növüYazı
  1   2   3   4


5
3 oktyabr 2018-ci il, çərşənbə
 
ˆ
Hər il oktyabrın 3-ü ölkəmizdə XX əsr Azərbaycan 
ədəbiyyatının klassiklərindən biri, görkəmli Xalq yazıçısı İlyas 
Əfəndiyevin xatirə günü kimi qeyd olunur. XX əsr Azərbaycan 
ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş, zəngin bədii 
yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr 
bəxş etmiş, ölkəmizdə və xaricdə geniş şöhrət qazanmış ölməz 
sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir 
dövrümüzün bədii salnaməsidir. 
82 illik ömrünün 60 ildən çoxunu 
bədii yaradıcılığa həsr etmiş ustad 
sənətkarımızın aktuallığını, müasir
-
liyini və bədii təravətini itirməyən 
irsi gələcəyə gedən yolumuza da 
işıq saçır. Dünya ədəbiyyatının ən 
gözəl ənənələrinə söykənən, folklo
-
ra, klassik irsə möhkəm bağlı olan, 
novatorluq, dərin psixoloji təhlil, 
ümumbəşəri məzmun daşıyan millilik 
İlyas Əfəndiyev yaradıcılığının əsas 
xüsusiyyətləridir. Yazıçının bədii 
əsərlərində toxunduğu mənəviyyat 
problemləri özəl bədii-estetik 
dəyərinə, fikir genişliyinə, ictimai-
sosial mahiyyətinə görə bu gün də 
düşündürücüdür, aktualdır, milli 
düşüncə və əxlaq tərzinin formalaş
-
masında çox dəyərlidir.
Xalq yazıçısının ibrətamiz və 
mənalı həyat yolu sübut edir ki, 
sənətkarın ən böyük vəzifəsi onun 
yüksək mündəricəli əsərləri, ən 
böyük sərvəti isə oxucu məhəbbətidir. 
İlyas Əfəndiyev ədəbiyyatın bütün 
janrlarında kamil sənət nümunələri 
yaratmışdır ki, bu da ustad sənətkarın 
söz palitrasının çeşidli çalarlarından, 
dünyagörüşünün genişliyi və yaradı
-
cılıq intellektindən xəbər verir. 
İlyas Əfəndiyev minillik 
Azərbaycan bədii mədəniyyətinin, 
türk-müsəlman təfəkkürünün ən yaxşı 
ənənələrini yeni epoxada davam 
etdirərək mənəviyyat zirvəsinə 
yüksəlmişdir. O, ədəbiyyatımızda--
nəsrdə və dramaturgiyada lirik-psi
-
xoloji üslubun banisi, öz rejissor və 
aktyor məktəbi olan “İlyas Əfəndiyev 
teatrı”nın yaradıcısı kimi əbədi şöhrət 
qazanmışdır. 
Yazıçı ədəbiyyata gəldiyi ilk 
illərdən dramaturgiyaya meyil 
etmiş, ömrünün sonuna qədər teatr 
və səhnədən ayrıla bilməmişdir. 
Bütövlükdə, sənətkarın bədii yara
-
dıcılığı xalq təfəkkürünün zəngin 
xəzinəsi üzərində ucalmışdır. İlyas 
Əfəndiyevin hekayə, povest və 
romanları, tarixi və müasir möv
-
zulu dramları bədii dili, yüksək 
şeiriyyəti, poetikası, dərin psixolo
-
giyası, ideya-məzmun zənginliyi ilə 
diqqəti cəlb edir. Ədibin müxtəlif 
janrlı əsərlərində qaldırdığı sosial-
psixoloji, mənəvi-əxlaqi mövzular və 
problemlər indiki dövrdə də müasir
-
dir, düşündürücüdür. 
İlyas Əfəndiyev elə bir şəxsiyyət 
və sənətkardır ki, o, istedadının 
gücü ilə mədəniyyətimizin müxtəlif 
sahələrinə nüfuz edə bilmişdir. Onun 
yaradıcılığında müasirlik geniş fəlsəfi 
məna daşıyır. Müasirlik öncə onun 
əsərlərinin ideya-məzmununda, 
obrazların dünyagörüşündə, mənəvi-
əxlaqi aləmində özünü göstərir. 
“Dağlar arxasında üç dost”, “Söyüdlü 
arx”, “Körpüsalanlar”, “Üçatılan”, 
“Geriyə baxma, qoca”, “Sarıköynəklə 
Valehin nağılı” kimi romanlarda
-
kı Sarıköynək, Sərvinaz, Səkinə, 
Səriyyə, Yaqut, Qızyetər və s. qadın 
obrazları İlyas Əfəndiyevin çoxsaylı 
obrazlar qalereyasında xüsusi yer 
tutur. Saf, ülvi məhəbbətlə sevən, 
sevgisi yolunda həyatın çətinliklərinə, 
iztirab və psixoloji sarsıntılara sinə 
gərən bu qadın obrazlarının xarakter 
bütövlüyü, mənəvi saflığı, əxlaqi 
kamilliyi milli-mənəvi dəyərlərlə 
bağlıdır. 
İnsan mənəviyyatını hər şeydən 
üstün tutan, onun iztirablarını 
səmimiyyətlə qələmə alan yazıçı
-
nın bədii əsərlərində qəhrəmanların 
daxili aləmləri, dəruni hiss və 
duyğuları, kədər və sevincləri yüksək 
bədiiliklə təsvir edilmişdir. Bütün 
yaradıcılığı boyu yalnız qəlbinin 
səsinə qulaq asan ədib yazırdı: 
“Uzaq və yaxın dünənimizə, milli-
mənəvi mənliyimizə mən heç vaxt 
direktivlərin, proqramların, ayrı-ayrı 
dövlət rəhbərlərinin iradəsinin və 
istəyinin tələbi ilə yanaşmamışam”. 
Humanizm ideallarına dərindən 
bağlı olan sənətkarın həyat fəlsəfəsi 
milli istiqlaliyyət, müstəqillik, sülh, 
əmin-amanlıq, ədalət, insanpərvərlik 
və mənəvi ucalıq fəlsəfəsidir. Akade
-
mik Bəkir Nəbiyev haqlı olaraq qeyd 
edirdi ki, Leninə, Stalinə, sosializmə, 

Yüklə 95,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin