Orta əsrlər fransa



Yüklə 36,28 Kb.
səhifə1/6
tarix09.03.2022
ölçüsü36,28 Kb.
#53528
  1   2   3   4   5   6
fransa


ORTA ƏSRLƏR FRANSA
Feodal istehsal münasibətlərinin daha tam inkişaf etdiyi şimalda feodal dağınıqlığı başa çatdı. Feodal iyerarxiyası isə ən çox mürəkkəb olıası ilə fərqləndi. Kral ancaq özünün bilavasitə vassalarının — öz mülkündəki hersoq, qraf, habelə baron və cəngavərlərin senyoru idi. Belə bir feodal hüququ norması fəaliyyət göstərirdi: «Vassalımın vassalı mənim vasalım deyil».

Şimalda feodal pərakəndəliyinə burada nri feodal mülklərinin, o cümlədən, xüsusi taleyə malik olan Bretan və Normandiyanın mövcud olması çox kömək edirdi. Keltlərin yaşaDıqları Bretan, faktiki olaraq, tamamilə müstəqil (XV əsrin lap sonu) Parisin dənizə çıxış yolunu kəsən Normandiya 1066-cı ildən ingilis kralı mülklərinin tərkib hissəsinə çevrildi. nadək) idi.

Cənubda feodal münasibətləri, şimal üçün səciyyəvi olan bitkinliyi ilə fərqlənmirdi. Orada xeyli irn və xırda allodlar, yəni kəndli allodları hələ də qalmışdı. Mərgəzi sahənin dağlıq vilayətlərində, xüsusilə Seven dağlarında azad icmalar uzun müddət yaşadı. Şəhərlərin erkən inkişafı da feodal münasibətlərinin zəifləməsinə kömək edirdi. XI—XII əsrlərdə cənubun iri feodal mülkləri Şimali Fransa və Kapetinqlər sülaləsinin krallarına nisbətən, başqa ölkələrlə (İngiltərə, İspaniya, Şərqdəki xaçlı dövlətləri ilə) daha çox əlaqədar idilər. Fransanın feodal dağınıqlığını ölkənin şimal və cənub hissələrinin ictimai-iqtisadi və siyasi inkişafındakı çox mühüm fərqlər, habelə onun ərazisində iki xalğın – şimali Fransa və çonubi Fransa (provans) xalqlarının mövcud olması daha da dərinləşdirirdi.

Cənubi və Şimali Fransa şəhərləri arasında lap əvvəldon bəzi fərqlər vardı. Cənub şəhərlərinin – Bordo, Tuluza, Alba, Monpelya, Narbon, Nim, Karkasson, Marsel və b.-nın tərəqqisi XI əsrdə başlanmış və XII əsrdə xüsusilə güclənmişdi. Cənubi Fransa şəhərlərinin ictimai-iqtisadi inkişaf xüsusiyyəti burada, demək olar, sexlərin tamamilə olmaması idi; orada «azad sənət» hökmranlıq edirdi, yəni sanətkarlar peşələrə görə birləşməmişdilər; onlara öz içərisindən seçilən şəxs deyil, şəhər bələdiyyə idarəsi nəzarət edirdi.

Bu şəhərlər siyasi cəhətdən də olverişli vəziyyətdə idilər. Onların böyük əksəriyyətinin həl Roma dövründən ök xüsusi məhkəmə hüquqları vardı; əski bələdiyyə idarə formalarını da qismən saxlamışdılar. Şəhərlərin çoxunun silahlı mübarizə və ya maliyyə sövdələşmələri yolu ilə iri feodalların. Hakimiyyəti altından azad olması prosesi cənubda nisbətən erkən, özü də onlardan uzaqda olan kral hakimiyyətinin iştirakı olmadan getdi. XII əsr ərzində, demək olar bütün cənub şəhərlərində konsulluq adlanan idarə sist.emi, yoni konsul idarəçiliyi yaradıldı. Konsul idarəçiliyi zadəganlar, tacirlər və sonotkarlardan olan seçkili adamlardan ibarət idarə sistemi idi; onlarla yanaşı, bütün tam hüquqlu şəhərlərdən ibarət Böyük şuralar da vardı.

Şimal-şərq şəhərlərində varlı ustalar və tacirlər meydana gəldi. Lakin onların iqtisadi fəaliyyəti yolunda çoxlu əngəllər vardı. Çünki şəhərlər senyorların, başlıca olaraq yepiskopların hakimiyyəti altında idilər. Onlar isə şəhərliləri müxtəlif bəhanələrlə rəhmsizcəsinə var-yoxdan çıxarır, çox vaxt zorakılığa əl atırdılar. Şəhərlilərin heç bir hüququ yox idi. Onların əmlakı daim feodallar tərəfindən mənimsənilmək təhlükəsi altında idi. Buna görə də senyorlara qarşı mübarizə Şimal şəhərlərn üçün birinci dərəcəli əhəmiyyəti olan məsələyə çevrildi.

Birinci «kommuna», yəni azad surətdə özünu idarə edən şəhər, 1077-ci ildə, kommuna fərmanı almış Kambre şəhəri oldu. Paris yaxınlığındakı Lan şəhərinin tarixi kommuna qurulması uğrunda aparılan mübarizənin səciyyəvi nümunəsidir. Paris yaxınlığındakı Lan şəhərinin tarixi kommuna qurulması uğrunda aparılan mübarizənin səciyyəvi nümunəsidir. Normandiyalı Qodri yepiskop oldutda (1106) zülm xüsusilə gücləndi.

1112 ci ilde üsyan qalxdı; yepiskopun cəngavərləri və vəzpfəli adamlarının bir çoxu öldürüldü; yepiskop özü də həlak oldu. Kommunanın ləğv olunmasına icazə vermiş VI Lüdoviq və Şimali Fransa feodalları Lanı qəddarlıqla cəzalandırdılar. Şəhər ələ keçirildi və talan olundu; bir çox şəhərlilər eldürüldü, çoxlarına isə işgəncə verildi, Şəhərə yeni ysnnskop gəldi. O, nisbətən ehtiyatlı şəkildə əski qaydaları bərpa etdi. Şəhərlilər, nəhayət, 1128-ci ildə yepnskop onlara kommuna hüqutu verməyincə, kral isə bunu təsdiq etməyincə, daha bir neçə dəfə üsyana qalxdılar.



Yüklə 36,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin