İSMAYIL HACIYEV
ERMƏNİLƏRİN
AZƏRBAYCANA QARŞI
ƏRAZİ İDDİALARI VƏ
QANLI CİNAYƏTLƏRİ
Naxçıvan – 2012
2
Redaktor
Hacıfəxrəddin Səfərli,
Tarix elmləri doktoru, professor
Rəyçilər:
Musa Quliyev,
Tarix elmləri doktoru, professor
Həmzə Cəfərov,
Tarix elmləri doktoru, professor
Monoqrafiyada Azərbaycan xalqına qarşı törədilmiş
soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər,
Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu
torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri,
düşmən dövlətlərin məkrli siyasəti və bu siyasətin həyata
keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın
şəkildə göstərilmişdir.
Müəllif arxiv sənədləri, dövrü mətbuat materialları,
habelə bir çox tədqiqatçıların əsərlərindən istifadə etmək-
lə ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassız-
lığını, erməni millətçiləri və havadarlarının xalqımıza
qarşı törətdikləri çirkin əməllərini və vəhşi hərəkətlərini
ifşa etmişdir.
Hacıyev İsmayıl. Ermənilərin Azərbaycana qarşı ərazi id-
diaları və qanlı cinayətləri. Naxçıvan-2012, “Əcəmi” Nəşriyyat-
Poliqrafiya Birliyi. 192 s.
4700000000
053-2012
“Əcəmi” 2012.
3
Bütün dünyaya yorulmaq bilmədən uydurma
“genosidi” yayan və bundan istifadə edərək siyasi və
maliyyə dividentləri, kompensasiyaları almaq məqsədini
güdən davakar erməni millətçilərindən fərqli olaraq bizim
məqsədimiz azərbaycanlılara qarşı törədilən erməni
soyqırımını dünyaya çatdırmaqdır.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
4
İki yüz il davam edən bizim xalqa qarşı hərbi, siyasi,
ideoloji və başqa vasitələrlə erməni millətçiləri tərəfindən
aparılan siyasətin məqsədi azərbaycanlıları öz doğma
ocaqlarından sıxışdırıb qovmaq, onları fiziki cəhətdən
məhv etmək, yeni əraziləri işğal edərək mifik “böyük
Ermənistan” qurmaq olub.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
5
İstər XIX əsrdə, istərsə də XX əsrin əvvəllərində
Naxçıvana ermənilərin yerləşdirilməsi prosesi davam
etdirilsə də, ermənilər tərəfindən Naxçıvanda qırğınlar
törədilsə də, Naxçıvan əhalisi heç vaxt azadlıq əzmini
itirməmiş, həmişə öz sözünü deməyi bacarmış, düşmənin
layiqli cavabını vermiş, hətta naxçıvanlıların qəhrəmanlığı
ermənilərin tarixi sənədlərində də öz əksini tapmışdır.
Vasif TALIBOV,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri
6
MÜNDƏRİCAT
Giriş ................................................................................
7
I fəsil. Erməni millətçilərinin Azərbaycana qarşı
ərazi iddiaları və soyqırımı siyasəti
1. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və
deportasiya siyasətini ifşa edən sənədlər .........................
10
2. Ermənilərin mənşəyi haqqında .................................... 22
3. Azərbaycan torpaqlarında qondarma yolla
yaradılan “erməni vilayəti” .............................................
26
4. Ermənistan dövlətinin əzəli Azərbaycan
torpaqlarında yaradılması ...............................................
38
5. Ermənilərin Azərbaycana qarşı ərazi
iddiaları (1918-1920-ci illər) ...........................................
47
6. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti . 60
7. Erməni tarixini “erməni tarixçiləri” uydurublar .......... 77
II fəsil. Erməni daşnaklarının Naxçıvana qarşı ərazi
iddiaları və Naxçıvan əhalisinin soyqırıma məruz qalması
1. Naxçıvan bölgəsinin etnik tarixinə dair ....................... 93
2. Naxçıvanın siyasi tarixi: erməni uydurmaları
və tarixi həqiqətlər ..........................................................
103
3. Ermənilərin Naxçıvan ərazisinə köçürülməsi .............. 121
4. Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının
əsassızlığı və tarixi həqiqətlər .........................................
128
5. Naxçıvan əhalisinin soyqırıma məruz qalması ............ 144
6. Naxçıvanın itirilmiş torpaqları və Naxçıvanla
bağlı bir xəritə haqqında ..................................................
155
7. Azərbaycanlıların deportasiyası və Naxçıvan
(1948-1953-cü illər) ........................................................
163
8. Erməni yaraqlılarının Naxçıvana təcavüzü ................. 170
Nəticə .............................................................................. 180
İstifadə edilmiş ədəbiyyat ............................................. 182
7
GİRİŞ
Azərbaycan xalqı tarix boyu erməni millətçilərindən
ağır zərbələr almış, lakin humanistlik göstərərək bu qeyri-
insani hərəkətlərə bir çox hallarda lazımi cavab vermə-
mişdir. Bu məsələyə başqa amillər də təsir göstərmişdir.
İlk növbədə erməni məkrini, hiylə və xəyanətini lazımi sə-
viyyədə qiymətləndirməmiş, unutqanlığımız da buna im-
kan verməmişdir. Dünyanın bir sıra dövlətləri erməni ami-
lindən faydalanmış, onları öz maraqlarına uyğun istiqa-
mətləndirmiş, erməni millətçilərini qızışdırmış və onlara
dəstək vermişdir. İri dövlətlərin himayəsi altında fəaliyyət
göstərən ermənilər “böyük Ermənistan” yaratmaq üçün
hər cür əməlləri yerinə yetirmişlər.
Çox qısa bir müddətdə mövcud olan erməni dövləti
romalılar tərəfindən işğal edilmiş və bu dövlətin mövcud-
luğuna son qoyulmuşdur. Qədim dövrdə və erkən orta
əsrlərdə müxtəlif dövlətlərin tərkibində erməni knyazlıq-
ları olsa da, onlar müstəqil olmamış və öz dövlət qurumla-
rını yarada bilməmişlər. Erməni dövləti Qafqaz ərazisin-
dən kənarda asılı və yarım asılı vəziyyətdə olmuş və XX
əsrin əvvəllərinədək ermənilərin dövlətləri olmamışdır.
XV əsrin ortalarından başlayaraq Cənubi Qafqaza
gələn ermənilər tədricən burada məskunlaşmış və dövlət-
lərini yaratmaq üçün hər cür vasitəyə əl atmışlar. XIX əs-
rin əvvəllərində çar Rusiyasının Cənubi Qafqazı işğal et-
mək siyasətində erməni kartından istifadə edilmiş və onlar
rus işğallarının maraqlarının ifadəçisinə çevrilmişdir.
Erməni millətçilərinin xalqımıza qarşı apardığı soy-
qırımını və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi
vardır. Bu mənfur siyasətin məqsədi Azərbaycan torpaqla-
rının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları
8
qədim torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin
ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaqdır. Bu
məqsədlə xalqımıza qarşı terror, soyqırımı siyasəti həyata
keçirilmiş, dəhşətli cinayətlərə əl atılmışdır.
Mərhələlərlə həyata keçirilən terror və soyqırımı si-
yasətinin qanlı fəsadları Azərbaycan xalqının qan yadda-
şında dərin izlər buraxmışdır.
1998-ci il martın 26-da ümummilli lider Heydər
Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqın-
da” fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk
dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Fər-
manda deyilir ki, Azərbaycan Respublikası müstəqillik
qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv
mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər
gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açı-
lır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun
illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı
da tarixin açılmamış səhifələrindən biridir.
1
Çar Rusiyasının havadarlığına arxalanan ermənilər
Azərbaycan torpaqlarına köçürülmüş, Azərbaycana qarşı
ərazi iddiaları irəli sürmüş və bu torpaqlarda erməni döv-
lətini qurmaq məqsədini güdmüşdür. 1918-ci ilin may
ayında qədim Azərbaycan torpaqlarında dövlətini yaradan
erməni daşnakları sonrakı illərdə mərhələlərlə ərazilərini
genişləndirmiş, azərbaycanlılara qarşı soyqırımı və depor-
tasiya siyasətini həyata keçirmişdir.
Erməni millətçiləri “böyük Ermənistan” ərazisində
Naxçıvanı da görür və buna görə də Naxçıvanla bağlı sax-
ta və qeyri-obyektiv məlumatlar yayırlar. Erməni daşnak-
1
Dirçəliş – XXI əsr. Bakı, 1998, №3-4, s.4.
9
ları XX əsr boyu Naxçıvan əhalisinə qarşı vəhşiliklər et-
miş, soyqırım törətmişdir. Naxçıvanlılar çoxlu sayda itki
versələr də erməni daşnaklarının arzularının reallaşmasına
imkan verməmişlər.
Fikrimizcə, mövcud monoqrafiya ermənilərlə bağlı
bir sıra məsələlərə aydınlıq gətirilməsi, ərazi iddialarının
əsassızlığı və ermənilərin azərbaycanlılara qarşı törətdik-
ləri soyqırımı siyasətinin iç üzünün açılması sahəsində atı-
lan addımlardan biri kimi qiymətləndirilə bilər.
10
I
I
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
ERMƏNİ MİLLƏTÇİLƏRİNİN
AZƏRBAYCANA QARŞI ƏRAZİ
İDDİALARI VƏ SOYQIRIMI
SİYASƏTİ
1. AZƏRBAYCAN XALQINA QARŞI TÖRƏDİLMİŞ
SOYQIRIMI VƏ DEPORTASİYA SİYASƏTİNİ
İFŞA EDƏN SƏNƏDLƏR
Azərbaycana rəhbərlik etdiyi bütün illərdə həmişə
xalqın dili, ədəbiyyatı, mədəniyyəti haqqında olduqca də-
yərli fikir və tövsiyyələr irəli sürən və çox böyük əməli iş-
lər görən xalqımızın ümummilli lideri Heydər Əliyev
Azərbaycan tarixi ilə də daim maraqlanmış, onun öyrənil-
məsi, tədqiqi və təbliği məsələlərini ön plana çəkmişdir.
Dahi öndər qeyd etmişdir ki, «Gərək biz tariximizi heç
vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehti-
ramla yanaşaq».
1
Azərbaycan Respublikası müstəqillik qazanandan
sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini
yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli sax-
lanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması ta-
riximizin təhrif edilmiş səhifələrinin yenidən, bu dəfə
obyektiv yazılmasına şərait yaradıbdır. 1993-cü ildə res-
publika ziyalıları ilə görüşündə ölkə Prezidenti Heydər
Əliyev tarixin hər bir dövrünün olduğu kimi tədqiq edil-
məsini vacib bir vəzifə kimi irəli sürdü.
1
Heydər Əliyev. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı, 1997,s.67.
11
90-cı illərin sonlarına yaxın Heydər Əliyev bir-bi-
rinin ardınca çox böyük tarixi dəyəri olan, siyasi əhəmiy-
yət daşıyan və Azərbaycan tarixində təhlilini tapmayan
məsələlərə həsr edilmiş fərman və sərəncamlar imzalamış-
dır. Bu fərman və sərəncamların verilməsi də təsadüfi de-
yil. Ölkə Prezidentinin bu qərarları müəyyən tarixi məsə-
lələrin araşdırılmasına diqqətin artırılmasına yönəldilmiş-
dir. «Kitabi-Dədə Qorqud dastanlarının 1300 illiyi haq-
qında» (20 aprel 1997), «Azərbaycan Xalq Cümhuriyyə-
tinin 80 illik yubileyinin keçirilməsi haqqında» (30 yanvar
1998), «İslam sivilizasiyası Qafqazda» mövzusunda bey-
nəlxalq simpoziumun keçirilməsi haqqında» (22 fevral
1998), «Azərbaycan Respublikasının dövlət atributlarının
təbliği işinin gücləndirilməsi haqqında» (13 mart 1998),
«Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçiril-
məsi haqqında» (4 fevral 1999) və başqa bu kimi qərarlar
tariximizin öyrənilməsinə, milli-tarixi yaddaşımızın bərpa
edilməsinə yönəlmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyevin «1948-
1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazi-
sindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deporta-
siyası haqqında» 1997-ci il 18 dekabr və «Azərbaycanlı-
ların soyqırımı haqqında» 1998-ci il 26 mart tarixli fər-
manları çox böyük uzaqgörən siyasətə, strateji məqsədlə-
rə, tarixi ədalətsizlyə qarşı yönəltməklə qalmır, həm də ta-
rixi yaddaşımıza qayıdış, son iki əsrdə Qafqazda azərbay-
canlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik
təmizləmə, soyqırımı siyasəti ifşa olunmuşdur.
Deportasiya ilə bağlı Prezident fərmanı erməni şovi-
nistlərinin və onların havadarlarının «türksüz Ermənistan»
siyasətinin ifşasına və dünya ictimaiyyətinə çatdırılmasına
yönəldilmiş tarixi əhəmiyyəti olan qiymətli bir sənəddir.
12
Hələ bu fərmandan əvvəl 1997-ci il may ayının 27-də
Azərbaycanın dövlət müstəqilliyi ilə əlaqədar olaraq Pre-
zident Heydər Əliyev öz nitqində demişdir: «Azərbaycan
xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də
1947-1948-ci illərdə Azərbaycan xalqına qarşı sovet haki-
miyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəs-
süflər olsun ki, bizim tarixçilərimiz və hamımız nədənsə
bu hadisəyə o vaxtlar da və indi də, xüsusən dövlət müstə-
qilliyimizi əldə etdikdən sonra da doğru-düzgün qiymət
verə bilməmişik».
1
Deməli, 18 dekabr tarixli fərman Pre-
zidentin həmin çıxışından irəli gələn tarixi sənəddir. Fər-
manda göstərilir: «Son iki əsrdə Qafqazda azərbaycanlı-
lara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik-
təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır
məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qal-
mışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani
siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlan-
dırılan ərazidən-min illər boyu yaşadıqları öz doğma tari-
xi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və
qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-
mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edil-
mişdir».
2
Həmin fərmanla Prezident Heydər Əliyevin sədrliyi
ilə Dövlət komissiyası yaradılmış və onun qarşısına 1948-
1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazi-
sindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə depor-
tasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına
qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi
1
«Azərbaycan» qəzeti, 1997, 28 may.
2
Yenə orada, 1997, 19 dekabr.
13
cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəl-
xalq ictimaiyyətə çatdırılması vəzifəsi qoyulmuşdu.
Fərmanda göstərildiyi kimi, SSRİ Nazirlər Sovetinin
1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarları
Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı ol-
muş, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı
Qərbi Azərbaycan ərazisindəki dədə-baba yurdlarından
könüllülük adı altında, əslində kütləvi surətdə və zorakı-
lıqla sürgün olunmuşdur.
1
Adi normalara zidd olan bu qə-
rarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud
repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o
cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə,
kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara, mənəvi təz-
yiqlərə və təhqirlərə dözməyərək həlak olmuşlar.
Qeyd etməliyik ki, adı çəkilən fərmanda əsasən beş
cəhət diqqəti cəlb edir: son iki əsrdə Qafqazda azərbay-
canlılara qarşı məqsədyönlü həyata keçirilmiş etnik təmiz-
ləmə və soyqırımı siyasəti; azərbaycanlılar tarixi-etnik tor-
paqlardan qovulduqdan sonra onlara məxsus minlərlə tari-
xi-mədəni abidələrin ermənilər tərəfindən mənimsənilməsi
və yaşayış məntəqələrinin dağıdılması; SSRİ Nazirlər So-
vetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli, 1948-ci
il 10 mart tarixli 254 nömrəli qərarlarının Azərbaycan xal-
qına qarşı dövlət səviyyəsində tarixi cinayət aktı elan edil-
məsi; bu cinayət aktının həyata keçirilməsində Azərbayca-
nın o dövrkü rəhbərliyinin öz xalqının taleyinə zidd möv-
qe tutması; 1948-1953-cü illərdə azərbaycanlıların Ermə-
nistandan deportasiya edilməsi faktının hərtərəfli tədqiq
edilməməsi, ona hüquqi-siyasi qiymət verilməməsi və
beynəlxalq ictimaiyyətə çatdırılmaması.
1
“Azərbaycan” qəzeti, 1997, 19 dekabr.
14
Göründüyü kimi, bu adi fərman deyil. O, bizi öz tari-
xi yaddaşımıza dönməyə, uzun illər boyu kütləvi qətllərə
və qırğınlara məruz qalmış xalqımızın faciəsindən ibrət
dərsi götürməyə, haqq işimizin uğrunda ədalət mücadilə-
sinə qalxmağa, düşmənə qarşı ölüm-dirim savaşına atıl-
mağa çağırmışdır. Bu əsl vətəndaş fəryadıdır. Bütün be-
yinləri, bütün ürəkləri, bütün yumruqları vahid bir məc-
rada birləşdirməyə çağırışdır.
Bu fərman Heydər Əliyev cəsarətinin və prinsipiallı-
ğının parlaq təcəssümüdür. Azərbaycan xalqının deporta-
siyaya və soyqırıma məruz qalmasını ilk dəfə dahi öndər -
Heydər Əliyev dünya ictimaiyyətinə çatdırmışdır. Göstə-
rilən fərman xalqımızın qədim zamanlardan toplum halın-
da yaşayış ocaqları olan Göyçə - Zəngəzurun, İrəvan-Çu-
xursəddin, Dərələyəz-Ağbabanın, Çəmbərəyin və yüzlərlə
unudulmuş yurd yerlərimizin yenidən tədqiq olunması, bu
diyarda yaşayan soydaşlarımızın başına gətirilən məşəq-
qətlərin ətraflı şəkildə öyrənilməsi, saxtalaşdırılmış tarixi-
mizin bərpası, tarixi həqiqətlərin aşkara çıxarılması üçün
qiymətli, əvəzsiz tarixi sənəddir. Bu tarixi sənəd imkan
verir ki, müxtəlif mərhələlərdə (1828-1992) Qərbi Azər-
baycandan zorla qovulmuş, deportasiya edilmiş azərbay-
canlıların vəziyyətini, qədim yurd yerlərimizin tarixini
hərtərəfli araşdıraq və bunu dünya ictimaiyyətinə çatdıraq.
1948-1953-cü illərdə azərbaycanlıların deportasiya-
sına qanuni don geydirən SSRİ Nazirlər Sovetinin qəra-
rında Ermənistandan azərbaycanlıların Kür-Araz ovalığına
«könüllü köçürülməsi» vurğulanırdı. Əslində Kommunist
Partiyası heç bir azərbaycanlının rəyini soruşmadan onları
ata-baba yurdundan çıxardı.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev həmin ağrılı-acılı günləri xatırlayaraq demişdir:
15
«Sovet İttifaqı hökumətinin qərarı ilə azərbacanlıların öz
yerindən, yurdundan deportasiya olunmasını nədənsə adi
bir hal kimi qəbul etmişik. Halbuki hamımız yaxşı bilirik
ki, o vaxt bizim soydaşlarımız - azərbaycanlılar o yerlər-
dən - öz doğma Vətənlərindən, yurdlarından zorla çıxarı-
larkən nə qədər itkilər verdilər, nə qədər insanlar tələf
oldular».
1
Azərbaycanlıların Ermənistan SSR-dən deportasiya-
sının mərhələ-mərhələ həyata keçirilməsinin obyektiv, ta-
rixi, siyasi və hüquqi qiymətini Prezident Heydər Əliyevin
imzaladığı fərman vermişdir.
Milli-tarixi yaddaşımızın bərpasında Heydər Əliyevin
azərbaycanlıların soyqırımı ilə bağlı verdiyi fərmanın xü-
susilə böyük əhəmiyyəti vardır. Çünki xalqımıza qarşı də-
fələrlə soyqırımlar törədilmiş, lakin bu məsələ də uzun
illər təhrif edilmiş və gizli saxlanılmışdır. «Azərbaycanlı-
ların soyqırımı haqqında» Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli
fərmanı bu boşluğu doldurur, tarixi həqiqəti aşkar edir.
Qətiyyətlə deyə bilərik ki, «bu fərman 200 il ərzində Azər-
baycan xalqına qarşı törədilən haqsızlıqların indiki və
gələcək nəsillərimizə, habelə bütün dünya ictimaiyyətinə
çatdırılması baxımından xüsusi dövlət əhəmiyyətli, hətta
beynəlxalq əhəmiyyət kəsb edən sənəddir».
2
Azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında
Ölkə Prezidenti tərəfindən imzalanmış bu sənəd, uzun illər
1
Deportasiya. Toplu. «Azərbaycan Ensiklopediyası» NPB, Bakı, 1998,
s.11.
2
R.Mehdiyev Hər birimizdən böyük vətəndaş məsuliyyəti tələb edən tarixi
sənəd//«Deportasiya. Toplu», «Azərbaycan Ensiklopediyası» NPB, Bakı,
1998, s.28.
16
boyu Azərbaycan xalqından, eləcə də dünya ictimaiyyə-
tindən gizli saxlanılmış, erməni daşnakları tərəfindən xal-
qımıza qarşı çevrilmiş kütləvi qırğınların, insanın ağlına
gəlməyən cinayətlərin üstünü açdı.
«Azərbaycanlıların soyqırımı haqqında» fərmanda
Prezident Heydər Əliyev xalqımıza qarşı soyqırımı fakt-
larının dövlət siyasətində ilk dəfə bəyan edilməsi və ona
siyasi qiymət verilməsi ilə xalqımız qarşısında daha bir ta-
rixi xidmət göstərmişdir. Bu xalqın tarixi yaddaşıdır, milli
yaddaşımızı dirçəldən mühüm bir rəsmi sənəddir.
Bu fərman son iki əsrdə Azərbaycan xalqına qarşı
çevrilmiş müsibətləri dünya ictimaiyyətinə çatdırır, bu
müsibətlərin tarixi köklərini açıqlayır. Soyqırımı haqqında
fərman erməni cəlladlarının məkrli, hiyləgər siyasətini, ta-
rix boyu «yazıq, məzlum» görkəmə düşən bu azğınların iç
üzünü dünyaya tanıtmaqda əvəzsiz rol oynayır. Xalqımı-
zın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq və
ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələri,
soyqırımı aktlarını bütün dünyaya göstərmək baxımından
müstəsna əhəmiyyətə malikdir.
Fərmanda Azərbaycan ərazisinin işğalçılar tərəfin-
dən parçalanması, əhalisinin ağır müsibətlərə düçar edil-
məsi, son iki əsrdə əvvəlcə Rusiyanın, sonralar isə totalitar
sovet rejiminin bilavasitə yardımı və himayəsi ilə erməni-
lərin azərbaycanlılara qarşı həyata keçirdiyi düşünülmüş,
məqsədyönlü soyqırımı siyasəti mərhələ-mərhələ və tək-
zibedilməz bir məntiqlə ifşa olunur.
Bu sənəd, nəhayət ki, xalqımıza qarşı törədilən soy-
qırımın obyektiv mənzərəsini yaratmağa və ona siyasi, hü-
quqi qiymət verməyə imkan yaratdı. Prezident Heydər
Əliyevin imzaladığı bu fərmanın əhəmiyyəti «onun tarixi
hadisələrə siyasi qiymət verməsi ilə məhdudlaşmır. Bu
17
fərman keçmiş tariximizə və bugünkü problemlərə baxış-
ları köklü surətdə dəyişdirməyi nəzərdə tutan çox mühüm
dövlət sənədi, konseptual siyasi baxışlara əsaslanan meto-
doloji bazadır».
1
Fərmanda azərbaycanlı alimlərin uzun illər boyu ax-
tarışlarının nəticəsi ümumiləşmiş formada öz əksini tap-
mışdır. Burada göstərildiyi kimi, həqiqətən də bu soyqı-
rımı siyasətinin ilkin mərhələsi Gülüstan və Türkmənçay
müqavilələri nəticəsində Azərbaycan torpaqlarının yadelli
qəsbkarlar tərəfindən parçalanaraq işğal edilməsi və həmin
ərazilərə başqa ölkələrdən ermənilərin köçürülməsi ilə
başlanır. Məhz həmin dövrdə ermənilər tarixi Azərbaycan
torpaqları olan İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazi-
lərində məskunlaşdırıldı və orada yaşayan azərbaycanlı-
larla müqayisədə son dərəcə azlıq təşkil edilməsinə bax-
mayaraq «erməni vilayəti» adlı süni inzibati ərazi bölgüsü
yaradılmasına nail oldular. Bununla da azərbaycanlıların
öz əzəli torpaqlarından qovulması və məhv edilməsi siya-
sətinin əsası qoyuldu. Fərmanda qeyd edildiyi kimi, «Soy-
qırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir
hissəsinə çevrildi»
2
və «azərbaycanlıların öz torpaqların-
dan qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qo-
yuldu».
3
Fərmanda deyilirdi ki, Azərbaycanın XIX-XX
əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı dü-
şünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasə-
tinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin
yalnız birinə-1918-ci il mart qırğınına siyasi qiymət
1
«Azərbaycan» qəzeti, 1998, 16 aprel.
2
Deportasiya. Toplu. s.19.
3
Yenə orada.
18
vermək səhdi göstərilmişdir. 1919 və 1920-ci ilin mart
ayının 31-i iki dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən
matəm günü kimi qeyd edilmişdir. Lakin cümhuriyyətin
süqutu o dövrdə yaradılan fövqəladə istintaq kommissiya-
sının işini başa çatdırmağa imkan verməmişdir. Müstəqil
Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin
varisi kimi ermənilər tərəfindən xalqımıza qarşı həyata
keçirilən bütün soyqırım faciələrinə hüquqi-siyasi qiymət
verilməsi missiyasını öz üzərinə götürdü. Məhz həmin
missiyadan çıxış edərək Prezident Heydər Əliyev 26 mart
1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların
Soyqırımı günü elan edilmişdir.
1
Hər il martın 31-i Azər-
baycanlıların Soyqırımı günü kimi Azərbaycanda və onun
hüdudlarından kənarda qeyd edilir.
Qeyd etdiyimiz fərmanda ermənilərin törətdikləri
soyqırımın mərhələləri, ünvanları, yerləri təkcə göstəril-
məklə qalmır, həm də «böyük Ermənistan» yaratmaq xül-
yasından ruhlanan erməni qəsbkarlarının
2
istifadə etdiyi
vasitə və yollardan bəhs edilir. «Erməni təcavüzkarları
təkcə xalqımızı cismən məhv etməklə kifayətlənməmiş,
eyni zamanda milli mədəniyyət abidələrimizi qəsdən
məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstə-
xanaları, məscidləri və digər abidələri dağıtmış, Azərbay-
canın böyük bir hissəsini xarabazara çevirmişlər».
3
Bun-
dan əlavə, bu qansız düşmənlər Azərbaycan kəndlərinin
tarixi adlarını da dəyişmiş, qədim Azərbaycan toponimlə-
rini erməni adları ilə əvəz etmişlər.
1
«Azərbaycan» qəzeti, 1998, 27 mart.
2
Yenə orada.
3
Yenə orada, 1999, 27 mart.
19
Tarixin müxtəlif mərhələlərində unutqanlığımız, tari-
xi şüurun formalaşdırılmasına lazımi diqqət yetirməməyi-
miz, biganəlik üzündən xalqımızın düçar olduğu faciələr-
dən nəticə çıxarmamağımız və tərbiyə prosesində bunların
nəzərə alınmaması öz təsirini göstərmişdir. Bu cəhətdən
ölkə Prezidentinin fərmanı xalqımızın tarixi yaddaşının
bərpası və möhkəmləndirilməsi, milli dəyərlərə söykənən
mənəvi-əxlaqi tərbiyə sahəsində də mühüm vəzifələr irəli
sürür. Bununla əlaqədar fərmanda deyilir: «Tarixi yaddaş-
sızlıq və unutqanlıq xalqımızın taleyüklü tarixi problemlə-
rinin həllində keçilməz maneələr yarada bilər. Bunların
dərslərini mənimsəmək, nəticələrini aradan qaldırmaq, in-
diki və gələcək nəsilləri xalqımıza qarşı fəaliyyət göstərən
düşmən qüvvələrə və planlara qarşı ayıq-sayıqlıq ruhunda
düzgün tərbiyə etmək bizim vəzifəmizdir».
1
«Azərbaycan-
lılara qarşı yeridilən erməni siyasətinə ən layiqli cavab
tarixi həqiqətlərin hər bir azərbaycanlıya çatdırılması»
2
ol-
malıdır.
Fərmandan irəli gələn mühüm məsələ ondan ibarət-
dir ki, erməni millətçilərinin xalqımızın başına gətirdiyi
bütün faciələr, faktlar üzə çıxarılsın, Azərbaycan tarixində
özünün obyektiv əksini tapsın, azərbaycanlı-erməni müna-
qişəsi ilə bağlı bütün mənbələr işıq üzü görsün və beynəl-
xalq ictimaiyyətə çatdırılsın. Fərman istər tarixi, istərsə də
müasir baxımdan çox böyük əhəmiyyətə malikdir. Nəha-
yət, xalq öz tarixi keçmişi ilə bugünkü həyatında bir uy-
ğunluq duyacaq ki, bu da müasir həyatla keçmişimizi bağ-
layan əsas xətt olacaqdır.
1
Yenə orada.
2
Deportasiya. Toplu, s.26.
20
Prezident fərmanının tarixi əhəmiyyətini yüksək qiy-
mətləndirən akademik R.Mehdiyev göstərir ki, «fərmanın
xalqımıza qarşı törədilmiş haqsızlıqların və cinayətlərin
üstünü açmasında, bunları həm bugünkü, həm də gələcək
nəsillərə çatdırmaq zərurətini vurğulamasında ifadə olu-
nan tarixi əhəmiyyəti bu işə bütün cəmiyyətin qoşulmasını
şərtləndirir».
1
Hər bir azərbaycanlı bilməlidir ki, torpaqla-
rımızın parçalanması, zəbt olunması, xalqımızın soyqırı-
mına məruz qalması vətəndaşlıq duyğularını gücləndirən,
milli məfkurəni ötəri hisslərdən və məqsədlərdən təmiz-
ləyən tarixi yaddaşa çevrilməlidir.
Ölkə Prezidenti Heydər Əliyevin bu fərmanından
sonra azərbaycanlılara qarşı yeridilən siyasət respublika
səviyyəsində tədqiq edilmiş, elmi konfranslar keçirilmiş,
yüzlərlə kitab və monoqrafiyalar yazılmış, məqalələr çap
edilmiş və ictimaiyyətə çatdırılmışdır. Azərbaycanlılara
qarşı ermənilərin ən vəhşi üsullarla həyata keçirdikləri
soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya
ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlər görülsə də,
görüləsi işlər də hələ çoxdur. Çünki bizim qarşılaşdığımız
düşmən məkrli, hiyləgər və qəddardır.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası ilə
bağlı yeddi il bundan əvvəl imzaladığı fərmanların müd-
dəalarını ermənilər rəsmi Azərbaycanın Ermənistana qarşı
ərazi iddası kimi qəbul edirlər.
Prezident Heydər Əliyevin azərbaycanlıların soyqırı-
mı, deportasiyası və qaçqınlıq tarixi ilə bağlı imzaladığı
fərmanlar yeni-yeni elmi araşdırmaların və sənədlər toplu-
larının da ərsəyə gəlməsi ilə nəticələnir. Bu minvalla
1
“Azərbaycan” qəzeti, 1998, 16 aprel.
21
tariximizin qaranlıq səhifələri işıqlanır, Azərbaycan həqi-
qətləri, erməni vandalizmi, erməni vəhşiliyi tam çılpaqlığı
ilə dünya ictimaiyyətinə çatdırılır.
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla
davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev 30 mart
2004-cü il tarixdə «31 Mart-Azərbaycanlıların soyqırımı
günü münasibətilə Azərbaycan xalqına müraciət»ində
qeyd olunduğu kimi, «Bu qədər xəyanət və zərbələrə mə-
ruz qalmasına baxmayaraq, xalqımız soyqırımı və depor-
tasiya faktlarını uzun zaman ictimai müzakirəyə çıxarma-
mış, beynəlxalq aləmdə ifşa etməmiş, əslində buna onun
imkanı da olmamışdır. Yalnız ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından
sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş,
erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı
soyqırımı və deportasiya siyasətinin mahiyyəti açıqlanmış
və ifşa olunmuşdur».
1
Dostları ilə paylaş: |