AZƏRBAYCAN RESPULİKASININ ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Fakültə: Məktəbəqədər təhsil
İxtisas: Məktəbəqədər təhsil
Qrup: 2301
Fənn: Psixologiya
Müəllim: Gülnarə Əlixanova
Tələbə: Nərmin Kazımlı
Mövzu: 1.Hisslərin fizioloji əsasları və funksiyaları 2.Şəxsiyyətin
inkişafı və özünütərbiyə üsulları
BAKI-2023
Hisslərin fizioloji əsasları və funksiyaları
Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir. Başqa
psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində
gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə
olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin
əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox
mühüm rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz
vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi
orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı
hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə
nəticələnir. Məsələn: tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü ya artır, ya da
azalır, nəbz vurma dəyişir, göz bəbəyi genişlənir, tüklər biz-biz olur, tərləmə
artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki, qədim yunan həkimi
Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü
emosiyanın ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz
emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər. Hisslərin əmələ gəlməsində
dinamik stereotipin yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat
tərzindən, münasibətindən asılı olaraq beyində müəy-yən rabitələr əmələ gəlir və
get-gedə möhkəmlənir. Odur ki, həmin rabitələrdə hər hansı dəyişikliyin baş
verməsi mövcud rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq,
narazılıq, sevinc, heyrət, şübhə, maraq, qəzəb və s. kimi hisslərin əmələ gəlməsi
ilə nəticələnir. Deməli, müəyyən dinamik stereotipin əmələ gəliməsi və ya
pozulması ilə əlaqədar olan sinir prosesləri, hisslərin fizioloji əsasını təşkil edir.
Hiss və emosiyaların əmələ gəlməsində və cərəyan etməsində ikinci siqnal
sistemi xüsusi rol oynayır. Çünki hər hansı emosional halı elə sözün köməyi ilə
də yaratmaq olar. Beləliklə beyin qabığında və qabıqaltı sahədə baş verən sinir
prosesləri, hiss və emosiyaların fizioloji əsası hesab olunur. Psixologiya
tarixində hiss və emosiyaların əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyələr
mövcud olmuşdur. Bunlardan Ceyms-Lange, Kannon-Bard nəzəriyyələrini və
S.Şixterin konsepsiyasını qeyd etmək olar. İnsanın emosional və hiss halına
simpatik və parasimpatik sinir sistemi nəzarət edir. Dalaşarkən və ya qorxuya
düşüb qaçarkən simpatik sistem insan orqanizmində müəyyən dəyişikliklər
etməklə (məsələn: qan təzyiqi artır, qanın laxtalanma dərəcəsi yüksəlir, tərləmə
artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji dolu qanı bütün
hüceyrələrə göndərir. Belə bir təhlükəli vəziyyət aradan qalxdıqdan sonra
parasimpatik sistem öz funksiyasına başlayır və insanın fizioloji durumunu
normalaşdırır. Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların, təhlükəli
vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müşayəti ilə yaşayırıq. İnsan
oğlunun ətrafıyla etdiyi çoxəsrlik davadan, vuruşmadan salamat çıxmasına bu
iki sistem yardım etmişdir. Deməli, emosiyalar orqanizmin düşdüyü vəziyyətə
uyğunlaşmasını təmin etməklə, insan həyatının davam etməsində önəmli rol
oynayır.
Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, tənzimetmə və
kommunikativ funksiya. Bu funksiyalar ümu-milikdə insanın ətraf aləmi düzgün
əks etdirməsinə və ona uyğunlaşmasına xidmət göstərir. Biz emosiyaların
köməyi ilə nitqdən istifadə etmədən biz tərəf müqabilimizin emosional
durumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət qururuq. Hiss və
emosiyaların xarici təzahürlərinə əsasən müx-təlif mədəniyyətə malik olan,
dilini bilmədiyimiz hər hansı xalqın nümayəndəsinin emosional halını, şad,
kədərli, qəzəbli olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla müəyyən
edə bilərik. Hisslər insanın idrak obyektinə bəslənən subyektiv münasibətlə
bağlıdır.
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin
hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik. Bundan
sonra davranış və rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə
müəyyən dəyişikliklər edirik. İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin
motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin
tənzim etmə funksiyası ilə bağlıdır. Məsələn: hər hansı dilə olan maraq, onu
öyrənmək istəyi insanı müvafiq ali məktəbdə oxumağa təhrik edir. Dilə olan
həvəs insanı həmin xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar
oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa vadar edir.
Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi
hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir.
Hisslərin bu cür ekspressiyası, qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir.
Beləliklə,
həmin
kommunikativ funksiya şəxsiyyətlərarası qarşılıqlı
münasibətlərin tənzimlənməsinə xidmət göstərir. Məsələn: kədəri ekspressiya
etməklə insan qarşı tərəfə özünün pis, çətin vəziyyətdə olduğunu bildirir. Bu hal
onun köməyə ehtiyacı olduğu haqqında başqasına məlumat verir. Bundan sonra
biz həmin adama kömək etmək istəyir, onun dərdinə şərik olur və təsəlli veririk.
Amerikan psixoloqu K.İzard qeyd olunan funksiyalarla yanaşı emosiyaların
motivasiya və sosializasiya funksiyalarının olduğunu da qeyd etmişdir. Məsələn:
qorxu hissi insanı kömək axtarmağa məcbur edir. Güclü yanğın təhlükəsi
qonşularda qorxu hissi yaradır. Bu da onların birləşməsinə və mütəşəkkil
formada qorxu mənbəyinə qarşı mübarizə aparmalarına səbəb olur. Bu qorxunun
yaratdığı sosializasiyadır. Hər bir emosiyanın özünə məxsus sosializasiya
funksiyası var. İkrah emosiyası olmasaydı, insanların gigiyenik qaydalara əməl
etməsi, estetik tələbatları ödəməyə ehtiyac qalmazdı. Bu mənada fərdin
sosiallaşması prosesi hiss və emosiyanın hesabına həyata keçirilir. Ümumiyyətlə
hiss və emosiyaların yerinə yetirdiyi funksiyalar bir-birilə vəhdət təşkil edir.
Psixoloji araşdırmalarda aşağıdakı fundamental emosiyalar müəyyən olunmuş
və təsvir edilmişdir (K. İzard, 1980) maraq, sevinc, heyrət, kədər, qəzəb, nifrət,
həqarət, qorxu, həya, günah, həyəcan, əzab.
Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif
şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin aşağıdakı əsas keçirilmə
formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət
davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün
gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval
xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi
emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya
bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval xeyli
müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz
müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini ruh yüksəkliyi,
inamla yerinə yetirir. Mənfi əhval-ruhiyyə isə insanın fəaliyyətinə ləngidici təsir
göstərir. Bir çox hallarda əhvalın yaranması və dəyişməsi böyük emosional
təəssürat ya- radan, bəzi hissləri canlandıran, digərlərini zəiflədən müxtəlif
həyat hadisələrindən ibarət ola bilər. Ona görə də birinci növbədə məktəblilərdə
pis əhvalın yaranmasına təsir edən mənbələrin aşkara çıxarılması, imkan
daxilində onların aradan qaldırılması, məktəbliyə nəzakətli yanaşmaq lazım
gəlir. Bu prosesdə şagirdin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması da
zəruridir.
Affektlər. Affektlər surətlə yaranan, qüvvətli, nisbətən tez keçib gedən
emosional hallardır. Affektlər insanı tez bürüyən, sürətlə ötüb keçən, iradi
nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan
keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır. Adətən,
insana qarşı ədalətsiz, normalara uyğun gəlməyən, mənliyə toxunan hərəkətlər
onu bir anda, sürətlə özündən çıxarır və kəskin hərəkətlərə yol verməsinə səbəb
olur. İnsan bu cür hərəkətlərin icrasına əvvəlcədən hazırlaşmır. Onun bütün
hərəkətləri şüurun nəzarətindən kənar baş verir. Fizioloji affekt adlanan bu hal
tez də keçib gedə bilir.
Stress (ingiliscə – stress – təzyiq, gərginlik deməkdir) – insanın fəaliyyət və
ünsiyyət prosesində çətin və mürəkkəb fi- ziki, zehni işlər görərkən, eləcə də
təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti
qarşısındaqaldıqda keçirdiyi psixi vəziyyətdir. Mahiyyətcə stress – insanın
keçir- diyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin
emosional vəziyyətin hansı səviyyədə baş verməsi ilə bağlıdır. Belə ki, stress
halı bəzi vaxtlarda insanın məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir,
bəzən isə əksinə qüvvə və enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir
göstərməklə, çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. Bu
mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi adaptasiya
sindromu» adlandırmış və onun üç mərhələdən ibarət olduğunu göstərmişdir: 1.
həyəcanlanma. 2. müqavimət. 3. əldən düşmə və üzülmə. H.Selye stressi – hər
hansı fövqaladə təsirə qarşı qeyri – spesifik müdafiə reaksiyası adlandırmışdır.
Deməli psixi proseslərin diqqətin, qavrayışın, hafizənin, təfəkkürün gedişinə
dolaşıqlıq yaradan psixi vəziyyəti distress adlandırmaq olar. Uzunmüddətli
distress vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu, keçəllik, diş
tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji stress emosional və
informasion stressə bölünür. Emosional stress təhlükəli, çətin, qorxulu şəraitdə
özünü biruzə verir. Belə olan halda psixi fəaliyyətin gedişində neqativ
məzmunlu dəyişiklik təzahür edir. İnformasion stress isə informasiya gününün
həddən ziyadə çoxluğu nəticəsində tapşırığın öhdəsindən gələ bilməkdə özünü
göstərir. Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər, yaradıcılıq
müvəffəqiyyəti, xoşa gələn fiziki iş və s. nəticəsində yaranan müsbət gərginlik
vəziyyətidir. Eustress – əmək fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı
müqavimətini gücləndirir.
Frustrasiya. Frustrasifa - (latınca frustrasio – aldanma, nahaq gözləmə,
əhval pozuntuluğu) – insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz
məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması
nəticəsində keçirdiyi emosional hal – frustrasiya adlanır.
Dostları ilə paylaş: |