Feyruz Bağırov
N
N
a
a
x
x
ç
ç
ı
ı
v
v
a
a
n
n
ı
ı
n
n
T
T
ə
ə
b
b
ii
ii
S
S
ə
ə
r
r
v
v
ə
ə
t
t
l
l
ə
ə
r
r
i
i
Naxçıvan-2008
2
Feyruz Bağırov
Naxçıvanın
Təbii Sərvətləri
Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərindən bəhs edilən kitab, kənd təsərrüfatı işçiləri,
sahibkarlar, bağbanlar, təbiəti mühafizə dostları və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Elmi məsləhətçilər: Əlövsət Quliyev (k/t elmləri namizədi, dossent)
İsmayıl Sadiqov (biologiya elmləri namizədi, dossent)
Sahib
Hacıyev (k/t elmləri namizədi)
Kompüterdə yığan: İlkin Rəhimov
Redaktor: Hafiz Bağırov
Naxçıvan-2008
3
Mündəricat
Naxçıvan Muxtar Respublikasının tarixinə qısa baxış................................................................
Naxçıvan şəhərindəki məhəllələrin “yaşıl” sərvətləri .................................................................
Relyefi, geomorfoloji quruluşu………………………………………… ………………
İqlimi……………………………………………………………………………………………
Hidroqafiya……………………………………………………………………………………..
Təbii və süni göllər……………………………………………………………………………..
Hidrologiya…………………………………………………………………………………….
Kəhrizlər......................................................................................................................................
Mineral bulaqlar ..........................................................................................................................
Geoloji quruluşu………………………………………………………………………………...
Dağ-mədən sərvətləri………………………………………………………………………………..
Torpaqlar………………………………………………………………………………………..
Bitki örtüyü……………………………………………………………………………………..
Mədəni bitkilər ............................................................................................................................
Nadir bitkiləri ..............................................................................................................................
Dərman bitkiləri…………………………………………………………………………………
Zəhərli bitkilər………………………………………………………………………………….
Mədəni bitkilərin zərərvericiləri və onlarla mübarizə tədbirləri..................................................
Zərərvericilərə qarşı işlədilən zəhərli-kimyəvi maddələr.............................................................
Heyvanat aləmi ............................................................................................................................
Əlavə bilgilər ...............................................................................................................................
Nəticə ..........................................................................................................................................
Təbiət terminlərinin izahlı lüğəti.................................................................................................
Ədəbiyyat.....................................................................................................................................
Xəritə və foto şəkillər .................................................................................................................
4
Müəllimim Rauf Mirzəmməd oğlu Bəktaşinin
əziz xatirəsinə ithaf edirəm.
Yeraltı və yerüstü sərvətləri, canlı təbiəti və mədən sularını
öyrənərək nəsillərə çatdırmaq insanlıq borcumuzdur.
R. M. Bəktaşi (1910-1988)
Naxçıvan Muxtar Respublikasının
Tarixinə qısa baxış
Naxçıvan dövləti Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq Kiçik Qafqazın cənubunda hər
tərəfdən çılpaq dağlarla əhatə olunmuş çökık,“çuxura” bənzər relyef formasındadır.
1827-ci ilin ortalarında Naxçıvan diyarı Rusiya imperiyasının tərkibinə keçdikdən sonra inzibati
mahallara bölünmüşdür.
1828-ci ildə Naxçıvan xanlığındakı Naxçıvan və Ordubad dairələrində, Xok, Dərələyəz, Əylis,
Dəstə, Çənnəb və Biləv mahalları yaradılmışdır.
Çar Rusiyası 18-ci yüz illikdə Qafqazı o cümlədən də Cənubi Qafqaz ərazilərini ələ keçirməklə
burada inzibati coğrafi bölgülər aparmış, topoqrafiq xəritələr çəkmiş məntəqələr arası çapar yollarını
bərpa etmişdir.
Rusiya imperiyası tərəfindən Cənubi Qafqazda ipək sənayesini inkişaf etdirmək məqsədi ilə
Carbalakən-Nuxa və Xankəndi-Ordubadda barama qurdları (kümçülüyü) saxlanması tədbirlərini həyəta
keçirmək məqsədi ilə “möcüzəvi” tut ağaclarının əkilb becərilməsinə diqqət artırılmışdır.
1829-cu ildə Şəki və Ordubadda kənd təsərrüfatının ipəkçilik sahəsi olan İpəkqurdu
Manufakturaları yaradılmışdır. 1843-cü ildə Şəkidə Təcrübə-İpəkçilik Məktəbi açılmışdır ki, orada ilk
kənd təsərrüfatı mütəxəssisləri hazırlanmışdır.
1841-ci ilin 1 yanvar tarixindən Çar Rusiyası tərəfindən Cənubi Qafqazda Naxçıvan qəzası
yaradılmışdır.
1847-ci ildə Cənubi Qafqazda kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə Kəndli Əsasnaməsi adlı
hüquqi sənədlər toplusu nəşr olunmuşdur. 1850-ci ildə isə Tiflisdə Qafqaz Kənd Təsərrüfatı Cəmiyyəti
dövlət qurumu yaradılmışdır.
Naxçıvan qəzası İrəvan quberniyasına tabe etdirilməklə ərazisinin sahəsi 4378 kvadrat kilometr
(verst), əhalisi 86 min 878 nəfər(1896-cı ilin st.məl.), türk müsəlmanları 86 faiz təşkil etmişdir.
1849-cu ilin 9 iyun tarixindən Naxçıvan qəzası müstəqillik qazanaraq İrəvan quberniyası tərkibində
qalmışdır.
Naxçıvan qəzasına 1850-60-cı illərdə Tiflisdən və Bakıdan Şuşa(Gorus)-Naxçıvan-İrəvan poçt-çapar
yolu çəkilmiş, məntəqələrdə at dəyişmə xidmət stansiyaları yaradılmışdır.
1859-cu ildə Cənubi Qafqazdakı şəhər tipli yaşayış yerlərində yaşıllaşdırma işləri aparılaraq Bakıda
Qubernator Bağı, Naxçıvanda isə Padşahlıq Bağında ağac tingləri əkilərək ora su çəkilmişdir. Belə
yaşıllaşdırma işləri Yelizavetapolda da (Gəncədə) aparılmışdır.
1840-ci ildə Naxçıvanda ilk qəza məktəbi və 1879-cu ildə isə üç siniflik rus-tatar məktəbi açılaraq,
müdiri Məmmədtağı Sidqi (1854-1903) olmuşdur. Azərbaycanda kənd təsərrüfatı işləri ilə məşğul olan
ilk mütəxəssis, görkəmli rus torpaqşünası V.V.Dokuçayev(1846-1903) ilə təbiətşünas H.Zərdabi(1842-
1907) olmuşdur.
1875-ci ildə ağranom ixtisaslı ziyalı M.H.Zərdabi tərəfindən “Əkinçi” qəzeti nəşr olunmağa
başlamışdır. Həmin illərdə Naxçıvanda ziyalılardan Mirzəmməd bəy Bəktaşi, Məmmədtağı Sidqi,
Şahbazağa Kəngərli, Kərbəlayi Musa və başqaları tərəfindən “müqəddəs ağac” adı ilə təbliğ edilən tut
tinglərinin əkilib becərilməsi ümumxalq işinə çevrilmişdir.
1887-ci ildə Naxçıvanda xeyriyyəçi ziyalı Balabəy Əlibəyov şəxsi həyətindəki Diyari-Tarixi
Keçmişimiz adlı ölkəşunaslıq muzeyində, barama qurdlarını tut ağacı budaqları üzərində nümayiş
etdirmişdir.
1892-ci ildə Cəhridə xəstəxana açılmış və 1905-ci ildə Naxçıvan şəhərinə köçürülməklə 14
çarpayılıq olmuşdur.
5
XX əsrin əvvəllərində Naxçıvan şəhərində 4 karvansara, 12 buzxana, 1 zorxana, 5 məktəb (mədrəsə),
2 xəstəxana (azarxana), gömrük, poçt-teleqraf və jandarma məntəqələri olmuşdur. Bundan başqa şəhərdə
Cümə və məhəllə məscidləri, 17 su dəyirmanı, 5 hamam, müxtəlif iaşə sahələri də fəaliyyət göstərmişdir.
Naxçıvan şəhər əhalisini içməli və təsərrüfat suyu ilə təchiz edən çeşmələr (kəhrizlər) qazılmışdır ki,
onlara vəsait qoyan xeyriyyəçilərin adları ilə deyilmişdir. Həmin çeşmələr Cəfərqulu xan, Qızxanım,
Mirzə Bədəl, Kor kişi, Qələndər, Kərbəlayi Musa, Sarvanlar (Miriş ağa), Çuxur, Məşhədi Tahir, Ağam
Əli (Xan). Şahbaz ağa, Cığatay və başqaları olmuşdur.
1917-ci ilin axırlarınadək Naxçıvan ölkəsində cəmi 170 min 142 ailə yaşamışlar ki, onlardan 122
min 208 nəfəri Naxçıvan qəzasında, 40 min nəfəri Şərur qəzasında və 8 min 934 nəfəri isə Naxçıvan
şəhərində olmuşdur. (Statistik məlumat “Naxçıvan Ensiklopediyası”na əsaslanmışdır.)
1918-ci ildə Naxçıvanda Araz-Türk Respublikası yaradılmış, iki ildən sonra isə Bakı bolşevikləri
tərəfindən süquta çatdırılmışdır.
1920-ci ilin 28 aprel tarixində Bakı bolşeviklərinin köməkliyi ilə Mahaçqaladan Rusiyanın 11-ci
zirehli qatarı silahlı əsgərləri ilə gələrək Bakıda Şura hökümətini elan etmişdir. Həmin il Rus süvari
əsgərləri Azərbaycanın bölgələrinə o cümlədən də Qarabağ və Naxçıvanı keçərək işğal edirlər.
1920-23-cü illərdə Naxçıvanda Sovet Sosialist Respublikasını elan etdilər.
1924-cü ilin 27 fevralından 1927-ci ilin 9 fevral tarixinədək Naxçıvan Muxtar Diyarı, Azərbaycan
SSR-in tərkibində Muxtariyyət hüququnu almışdır.
Naxçıvan Diyar Sovetlər Qurultayın qərarı ilə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi (MİK), Xalq
Komissarları Soveti (XKS) və bütün komissarlıqlar buraxılaraq, Diyarı idarə etmək üçün 17 üzv və 7
namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi yaradılmışdır.Həmin vaxt Diyardakı Naxçıvan,
Şərur və Ordubad qəzaları ləğv olaraq, Naxçıvan Muxtar Diyarının əraziləri Tumbul, Cəhri, Əbrəqunis,
Şahtaxtı, Noraşen və Ordubad dairələrinə bölünmüşdür.
Diyarın Ali hakimiyyət orqanı NDİK tərəfindən ildə bir dəfə çağrılan Naxçıvan Diyar Sovetlər
Qurultayı (NDSQ) olmuşdur.
Bundan sonra Naxçıvan SSR ləğv edilərək Xalq Komissarları əvəzinə Naxçıvan Diyar İnqilab
Komitəsinin (NDİK) ayrıca torpaq, daxili işlər, səhiyyə, maarif, sosial təminat, ticarət və sairə şöbələri
yaradılmışdır.
1923-cü ilin 31 dekabr tarixində Azərbaycan MİK, Naxçıvan Muxtar Diyarını Azərbaycan SSR
tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsinə qərar qəbul etmişdir. Həmin
qərar Cənubi Qafqaz Mərkəzi İnqilab Komitəsinin (MİK) 1924-cü il yanvar tarixli Birinci Plenumunda
təsdiq olunmuşdur. Beləliklə plenumda Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə
Naxçıvan Muxtar Diyarı ləğv olmuş və yerində Naxçıvan MSSR olmuşdur.(Ətraflı ədəbiyyata bax,
Mədətov Q.Ə. “Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Nax.MSSR-in təşkili”.Bakı-1958)
1924-cü ilin 9 fevral tarixindən 1990-cı ilin 20 yanvar tarixədək Naxçıvan MSSR, hüquqi dövlət
kimi Azərbaycanın tərkibində qalmışdır.
Naxçıvan Vilayət(bolşeviklər) Komitəsinin birinci katibi Mirzalıbəy Bəktaşi olmuşdur.
1990-cı ilin 20 yanvar tarixində keçmiş Qars müqaviləsinin şərtlərinə görə Naxçıvan Muxtar
Respublikası inzibati ərazilərinə Ermənistanın silahlı dəstələrinin təcavüzü ilə əhalinin yurd yerlərindən
qaçqın düşməsi nəticəsində, Naxçıvan MSSR Ali Soveti tərəfinin qərarı qəbul olunmuşdur.
Qərarda Naxçıvan Muxtar Respublika torpaq əraziləri Ermənistan silahlı dəstələri tərəfindən
basqınlara məruz qalmış və SSRİ Ali Soveti tərəfindən köməklik edilmədiyi üçün SSRİ hökuməti
tərkibindən çıxması göstərilmişdir.
1991-ci ildən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası tərkibində qalmaqla ayrıca
hüquqi dövlət olmuşdur.
Naxçıvan MR-ın inzibati torpaq əraziləri şimaldan Ermənistanla (246 km), qərbdən Türkiyə ilə (11
km), cənubdan isə İranla (204 km) Araz çayı boyunca həmsərhəddir.
Ermənistanla sərhəd zolağı Zəngəzur və Dərələyəz dağ silsiləsi ilə, Türkiyə və İranla isə Araz
çayıdır. Naxçıvan MR-ın ərazisi 158 km uzununa və 75 km məsafədə isə eninə romb həndəsi fiquru
oxşarındadır. Sahəsi 5,5 min kvadrat kilometr, əhalisi isə 376 min 360 nəfərdir. (2006-cı ilin st.məl.)
Muxtar Respublikanın paytaxtı, qədim Şərqin Qapısı Naxçıvan şəhəridir.
Naxçıvan şəhəri dünya okeanı səviyyəsindən 750 metr yüksəkdə yerləşir.
Naxçıvan MR-in ən hündür ərazisi Qapı Cudi dağı (Qapıcıq, 3917 m.)ən alçaq yeri isə Araz çayı
sahillərində 600 metr yüksəkdədir.
Muxtar Respublikanın şimalda ən ucqar yeri Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki
Kömürlü (2064 m.) dağı, ən cənub yeri isə Arazın sol sahilindəki Zərəni dəmir yolu stansiyasıdır.
6
1920-ci ildə Rusiya hökumətinin qərarı ilə (Kiçik Qafqazda Ermənistan dövlətini yaratmaq
məqsədilə) qanunsuz olaraq Naxçıvandakı Zəngəzur dağları boyunca 44 km enində (Araz çayınadək)
torpaqlarımız Ermənistan SSR-ə pay verilmişdir. Bunun nəticəsində Naxçıvan Muxtar Diyarı
Azərbaycandan ayrı düşmüşdür.
1930-cu ildə Naxçıvan MR-in tərkibində Şahbuz, Şərur, Naxçıvan, Culfa, Əbrəqunis və Ordubad
inzibati rayonları olmuşdur.
1932-ci ildə Azərbaycan ərazilərində təbii və tarixi mədəniyyətimizi öyrənmək məqsədi ilə
“Azərbaycanı öyrənək” jurnalı nəşr olunmuş və Naxçıvanda “Tətqiq və Tətəbbö Cəmiyyəti” fəaliyyət
göstərmişdir.
1948-ci ildə Əbrəqunis rayonu ləğv edilərək həmin torpaq əraziləri Culfa rayonu ilə birləşdirilmişdir.
1978-ci ildə Naxçıvan rayonu Babək adı ilə əvəz olunmuşdur.
1990-cı ildə Sədərək rayonu yaradılmışdır.
2004-cü ilin 19 mart tarixində isə Muxtar Respublikada sonuncu Kəngərli rayonu yaradılmışdır.
Haliyyədə Muxtar Respublika tərkibindəki inzibati rayonlar Ordubad (mərkəzi Ordubad şəhəri),
Culfa (mərkəzi Culfa şəhəri), Babək (mərkəzi Babək qəsəbəsi), Şahbuz (mərkəzi Şahbuz qəsəbəsi),
Kəngərli (mərkəzi Qıvraq qəsəbəsi), Şərur (mərkəzi Şərur şəhəri) və Sədərək (mərkəzi Heydərabad
qəsəbəsi)-dir.
Naxçıvanda insanlar hələ Eramızdan əvvəl II-I minilliklərdə Duz dağındakı daş duzdan istifadə
etmişlər. Belə ki, Eramızın III-XI əsrlərinədək insanlar Duz dağındakı yeraltı təbii mağaradakı hava ilə
təmasda olduqlarından bronxit, göy öskürək və s. xəstəliklər olmamışdır.
1880-cı illərdən 1920-ci ilədək Şərurun “Gümüşlü” mədənindən filiz çıxarılmışdır.
Qədim insanlar Naxçıvandakı mədən suları ilə bir sıra xəstəliklərin müalicəsində istifadə etmişlər.
Belə ki, Vayxır soyuq və Darıdağ mərgümüşlü termal mineral sularından qoturluq dəri
xəstəliklərinin sağalmasından istifadə etmişlər.
1933-cü ildə Naxçıvan Diyar Xalq Səhiyyə Komissarı Nadir Məmmədlinin(1897-1937) təşəbbüsü ilə
Azərbaycan Xalq Səhiyyə Komissarlığının xüsusi qərarı ilə ilk dəfə Naxçıvandakı mədən sularını elmi
şəkildə öyrənmək məqsədi ilə Bakıdan mütəxəssis ekspedisiyası göndərilmişdir.
Alimlərin axtarışı ilə Muxtar Respublikasında ilk dəfə 3 rayonda 48 mineral su bulaqlarını tapıb
kimyəvi tərkibini öyrənmişlər.
Alimlər Darı dağ, Nəhəcir, Badamlı, Sirab, Dərəşam, Qızılvəng, Gömür, Vayxır və sairə ərazilərdəki
mədən sularının insanların sağlamlığına təsiri metodlarını tapmışlar.
Naxçıvan Muxtar Respublikasında təbii ehtiyatları (sərvətləri) qoruyub gələcək nəsillərə çatdırmaq
üçün ümümxalq tədbirləri genişləndirilmişdir.
Yetmiş-səksəninci illərdə Naxçıvan şəhərində Azərbaycan MEA-nın Elm Mərkəzinin şöbəsi
fəaliyyət göstərmişdir.
1949-cu ildən sonra Amerikada BMT yanında yaradılmış Beynəlxalq Təbiəti Mühafizə İttifaqına
Azərbaycan da qoşulmuşdur. 1956-cı ildə Azərbaycan EA nəzdində Təbiəti Mühafizə Komissiyası
yaradılmışdır. 1957-ci ildə Bakıda Zaqafqaziya təbiəti mühafizəsi üzrə birinci müşavirəsi keçirilmişdir.
1960-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Təbiəti
Mühafizə İdarəsi, 1963-cü ildə isə su mənbələrinin mühafizəsi Komitəsi ilə Təbiəti Mühafizə
Cəmiyyəti fəaliyyət göstərmişdir.
1984-ci ildən Naxçıvan Muxtar Respublikasında Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi
yaradılmışdır. Komitə 1999-cu ilin yanvarından Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi
adlanaraq rayonlarda isə şöbələri yaradılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindəki “Təbii Ehtiyatlar İnstitutu” ilə
“Bioresurslar İnstitutu”da fəaliyyət göstərir. İnstitutun Babək rayonundakı Şıxmahmud kəndi
yaxınlığında “Nəbatət bağı” və “Yaşıl əczaxanası” da vardır.
Naxçıvan Muxtar Respublikasındakı təbii sərvətləri qorumaq üçün “Cənub su hövzələri
müfəttişliyi”, “Ovçular cəmiyyəti” və “Təbiəti mühafizə cəmiyyəti” fəaliyyət göstərmişdir. Məktəbli
gənclərə təbiətin qorunması məqsədi ilə Maarif Nazirliyinin “Gənc təbiətçilər Stansiyası” yaradılmışdır.
(Sonradan “Uşaq Ekaloji Tərbiyə Mərkəzi” adlanmışdır).
Muxtar Respublika Ali Məclisi sədrinin təşəbbüsü ilə hər il yaz və payız aylarında ümumxalq
iməclikləri keçirilərək yaşıllaşdırma işləri aparılır.
1969-cu ildə Muxtar Respublikadakı fauna və floranı qoruyub saxlamaq üçün Ordubad Dövlət
Qoruğu və 2004-cü ilin 9 oktyabr tarixində isə Akademik Həsən Əliyev adına Milli Yaşıllıq Parkı
yaradılmışdır.
7
Naxçıvan MR Ali Məclisinin 2003-cü il 16 iyun tarixli fərmanı ilə Şahbuz rayonunda 3139 hektar
sahədə Dövlət Təbiət Qoruğu yaradılmış və 2005-ci ilin 23 sentyabr tarixli sərəncamı ilə Araz çayı
sahilindəki 9118 hektarlıq sahə isə Arazboyu Dövlət Təbiət Yasaqlığı elan olunmuşdur.
8
“Yaşıllığı artıran, sağlamlığı qazanar”
Xeyyriyyəçi Əlixan Kəngərli.
Naxçıvan şəhəri məhəllələrinin “yaşıl” sərvətləri
Naxçıvan şəhəri Orta əsrlərdə tarixi ipək yolunun üstündə olmuş, burada əhali artıb-çoxalaraq
məhəllələr yaranmış və əkinçiliklə yanaşı sənətkarlıq sahələri də inkişaf etdirilmişdir.
Tarix boyu Naxçıvan şəhəri xarici işğalçıların dağıdıcı zərbələrinə məruz qalsa da, əhali təbii
sərvətləri qoruyub saxlamışdır.
Müasir Naxçıvan şəhəri böyüyüb gözəlləşmiş, geniş xiyabanlar salınmış, çox mərtəbəli yaşayış
binaları tikilmiş, küçələrə ad verilmiş və əskidən qalma məhəllə adları da unudulmamışdır. Şəhər
əhalisi meyvə ağaclarını çoxaltmaq məqsədilə şəxsi təsərrüfat sahələrində yaşıllaşdırma işlərinə diqqət
artırmışlar.
1) Ağabəylər məhəlləsi. Qədim məhəllə olmuş, indiki Atatürk küçəsində “Gənclik kafesi”ndən
başlamış Daxili İşlər Nazirliyi yerləşən əraziyədək (M.Sidqinin (1854-1903) məktəbi fəaliyyət göstərmiş,
yanında “Padşahlıq bağı”(Böyük bağ) olmuş və haliyyədə unudulmuşdur. Məhəllə ərazisinə su arxları
çəkilmiş, çoxillik qaraağac, çinar, tut, ərik və sairə ağaclar əkilmişdir.
2) Anbar məhəlləsi. İndiki Naxçıvan Müəllimlər İnstitutu binası ətrafında olmuşdur.
Bu kiçik məhəllədə əsasən Naxçıvana gələn tacir-müsafirlərin mallarının saxlanılması üçün böyük
yeraltı və yerüstü anbarların olması ilə əlaqədardır. Məhəllə ərazisindəki kəhriz quyularının ətrafında
çoxillik tut, qaraağac, çinar və s. ağaclar əkilmişdir.
3) Atabəylər məhəlləsi. Qədim məhəllə ərazidəki böyük Əcəminin tikdiyi əzəmətli Möminə xatun
(Atababa) türbəsinin ətrafında olmuşdur. Ərazidə yalnız Naxçıvan hakimlərinin iqamətgahları ilə bərabər
divanxana, iki tağlı portal darvaza tikilisi, qırxpillə su kəhrizi (Ağaməli) və başqa tikililər də olmuşdur.
Məhəllə ərazisindəki kəhriz quyuları kənarında çoxillik meşə ağacları ilə bərabər həmişəyaşıl bəzək
kolları da əkilmişdir.
1986-cı ildə qurulmuş iki dəfə Sosialist Əməyi Qəhrəmanı H.Ə.Əliyevin(1923-2003) büstü ətrafında
gülkarlıq salınmışdır.
4) “Bəktaş arxı”(Bəydaş) məhəlləsi. Şəhərin şimal-şərq hissəsində Əlixan məhəlləsindən axan
“Bazar çayı”ndan ayrılmış sol qol “Ziyil arxı”nın başlanğıc ərazilərinə Bəydaş məhəlləsi deyilərdi.
Məhəlləyə (əraziyə) həmin adın verilməsi Türkiyənin İqdır vilayətindən olan “Bəktaş” Osmanlı
dərviş ordeninə layiq görülmüş Rauf Əfəndi Bəktaşinin adı ilə bağlıdır. Bəktaş arxının suyu şəhərdəki
Əlixan, Çimən, Pirqəmiş, Şahab, Qurdlar və digər məhəllərdəki əkin torpaqlarını suvarılmasında böyük
əhəmiyyəti olmuşdur.
Məhəllədə otuzuncu illərdə Naxçıvan Tədqiq və Tətöbbö Cəmiyyətinin elmi katibi
M.Mirheydərzadə(1877-1956) yaşamışdır ki, onun həyətindəki yüz əlli ildən artıq əkilmiş qocaman tut
ağacı hələ də qalmaqdadır.
5) Cıdıllı məhəlləsi. Əvvəllər Naxçıvan şəhərinin şimal-qərb tərəfində indiki Dövlət Dram Teatrının
binası yerində geniş bir meydança var idi. Həmin meydanda XX əsrin 40-50-ci illərinədək at yarışları
keçirilər, kəndirbazlarla pəhlavanlar öz məharətlərini göstərərdilər.
Həmin meydanın ətrafında yaşayış evləri olmuşdur ki, ora Cıdıllı məhəlləsi adlandırılmışdır.
Məhəllədə kəhriz quyuları ətrafında çinar, nərbənd ağacları ilə bərabər ardıc kolları da əkilmişdir.
6) Cığatay məhəlləsi. Həmin məhəllənin yaranması tarixi XII əsrin əvvəllərinə təsadüf olunur.
1235-ci ildə monqol Cormoğxanın başçılığı ilə Naxçıvanda qanlı döyüşlər apararaq əraziləri öz
təsirləri altına salmışlar. Naxçıvanda qalıb yaşayan asiyalılar, məskunlaşdıqları məhəlləyə “cığataylar”
adını vermişlər.
Tut, ərik, qoz və başqa çoxillik ağaclar əsasən məhəllədəki su arxları kənarında əkilmişdir.
Azərbaycanın ümummilli lideri H.Əliyev(1923-2003) qardaşları akademik Həsən Əliyev(1907-1993)
və akademik Cəlal Əliyev(1928-....) gənclik illərində həmin məhəllədə yaşamışlar.
9
7) Çaparxanlı məhəlləsi. Keçmişdə çaparların atları saxlanılıb dəyişilən ərazi olmuşdur. Məhəllənin
əski adı “çaparxana” olmaqla burada poçt-teleqraf binası, at tövləsi, gömrük və jandarma idarəsi yaşayış
evləri və sairə yerləşmişdir.
Məhəllə Bazar çayının üstündə, indiki 12№li orta məktəbin yerləşdiyi ərazidə olmuşdur. Məhəllədə
kəhriz quyuları olmuş və Bazar çayı kənarında çoxillik tut, qoz, çinar ağacları əkilmişdir.
Dostları ilə paylaş: |