Maliyyə-kredit ixtisasi üzrə bakalavr pilləsində təhsil
alan ali məktəb tələbələri üçün
buraxiliş işlərinin yerinə
yetirilməsinə dair
METODİK GÖSTƏRİŞ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-
metodik şurası «İqtisadiyyat» bölməsinin 27
noyabr
2002-ci il tarixli, 06 №-li
protokoluna əsasən çap
edilir.
Metodik göstərişlər Azərbaycan Dövlət İqtisad
Universitetmin Tədris-Metodik Şurasının 24 aprel
2002-ci il tarixli iclasının 5 saylı protokol qərarı ilə
çapa tövsiyyə edilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetmin 11
oktyabr
2013- ci il tarixli iclasının
2 saylı protokol qərarı ilə əlavə və dəyişikliklər
edilməklə yenidən hazırlanmışdır..
Bakı 2016
3
G i r i ş
Təqdim olunan göstəriş tələbələr üçün faydalı və yararlı
olacaqdır. Belə ki, professor-müəllim
heyəti tələbələr üçün
buraxılış işi üçün tapşırıqlar hazırlayır və tapşırıqların yerinə
yetirilməsinə
nəzarət edir, tələbələr isə elmi-tədqiqat
fəaliyyətinin texnikasını mənimsəyirlər.
Göstəriş Təhsil Nazirliyinin
Ali məktəbin bakalavr
pilləsində buraxılış işlərinin hazırlanması qaydalarına müvafiq
olaraq tərtib olunub.
Buraxılış işinin yerinə yetirilməsi
Azərbaycan Dövlət
İqtisad Universitetində bakalavr təhsili üzrə hazırlığın əsas
mərhələsi kimi çıxış edir və tələbələr tərəfındən ümumnəzəri,
ixtisas fənllərinin, özəlliklə
bank fəaliyyətinin praktiki
aspektlərinin kompleks öyrənilməsinə əsaslanır.
Buraxılış işinin hazırlanması və dövlət müdafıə
komissiyası qarşısında müvəffəqiyyətlə müdafıəsi, məzuna ali
iqtisad təhsili haqqında dövlət
nümunəvi diplomun verilməsi
üçün əsas hesab olunur.