Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr



Yüklə 346,5 Kb.
səhifə1/81
tarix02.01.2022
ölçüsü346,5 Kb.
#1697
  1   2   3   4   5   6   7   8   9   ...   81

Qara zirə və onun yağı ilə müalicə üzrə tövsiyyələr
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

QARA ZİRƏ İSLAMDA

Peyğəmbərimiz (s.ə.s) demişdir: “Qara zirəni özünüz üçün (sağlamlığınız üçün, müalicə məqsədi ilə) vacib edin, çünki onda “saamdan”başqa hər bir xəstəliyin şəfası vardır. O vaxt kimsə soruşdu: “Bəs saam nədir?” Rəsulumuz (s.ə.s.) belə cavab verdi: “Ölüm”. (Aişənin (ə.s.) sözlərindən Əhməd İbn Hənbəlin hədislər toplusundan. Abdulla İbn Ömər, Abu Hüreyra (ə.s.) İbn Məcəhin hədislər toplusundan. Abu Hüreyra (ə.s.) ət-Tirmizinin hədislər toplusundan.).

Bu hədis göstərir ki, qara zirənin gündəlik istifadəsi buyrulub, hətta sağlam insana belə profilaktik məqsədlə.

Rəsulumuz deyib: “Hər xəstəliyin dərmanı var. Əgər dərman uyğundursa xəstə Uca Allahın hökmü ilə sağalacaq”. (Cabir İbn Abdulla, Müslimdən olan hədislət toplusu).

Peyğəmbərimiz (s.ə.s) demişdir: “Həmd ancaq Allaha məxsusdur. Yalnız Ona həmd edər, Ondan yardım və bağışlanma diləyirik. Nəfislərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah-təala hər bir xəstəliyin müalicəsinidə təyin etmişdir, bu haqqda ancaq bəziləri məlumatlandırılıb, bəziləri isə bu barədə tam cahildirlər”. (İbn Məsud (ə.s.) Əhməd İbn Hənbəlin hədislər toplusunda).

Bir rəvayətə görə, Rəsulumuz İbrahim əl-Xəlil (s.ə.s.) soruşdu: “Allahım! Xəstəlik nədəndir?” Uca Allahımız cavab verdi: “Məndəndir”. İbrahim əl-Xəlil (s.ə.s.) yenə soruşdu: “Dərmanı kim yaradıb?”. Allah cavab verdi: “O da məndəndir.”. Bu zaman İbrahim əl-Xəlil (s.ə.s.) dedi: “Bəs onda həkimin vəzifəsi nədir?”. Allah-təala belə cavab verdi: “Bu insan vasitəsi ilə dərmanı çatdırılır.”.

Əgər dərman lazımi keyfiyyətdə deyilsə xəstəlik başqa dərdə çevrilir və yaxud dərman az miqdardadırsa xəstə sağalmayacaq. Əgər xəstə hiss edirki xəstəliyi sağalacaq, onun ürəyi ümidlə yaşayacaq. Əgər ümidi güclü olsa, onda bədənin gücü də artacaq və xəstəlik gedəcək. Məhs buna hər bir həkim nail olmalıdır. Burada bir daha görürük ki, Allaha inanmaq ona sığınmaq insanı yaşatmağa qadirdir.

Abdulla İbn Ömərin söylədiyinə görə Rəsulumuz (s.ə.s) demişdir: “Müalicə olunduğunuz üsullardan ən yaxşısı həcəmətdir (qan buraxma) və qara zirədir”.

Ənnasın sözlərindən: “Rəsulumuz (s.ə.s.) xəstə olan zaman qara zirəni su ilə, yaxud balla içirdi ”.
QARA ZİRƏ

Qara zirəni və yağını müalicə əlacı kimi istifadə etməzdən öncə bir sıra məlumatlardan xəbərdar olma­ğınız da yerinə düşərdi. Belə ki, Qara zirə hüceyrələr­dəki metabolizm fəaliy­yətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləş­məsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan hista­min kimi maddələrin artmasının qabağını alır. Hormon­ların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsini və sinir sisteminin fəaliyyətini təmin edir, immun bloka­da­sının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsinə maneə yaradır, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəm­lən­mə­sində iştirak edir, qanda xolesterolu normallaş­dırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanma­ların qarşısını alır, yüksək qan təzyiqini endirir və aşağı təzyiqi, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaş­masına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir. İnsan orqanizmi doymamış yağ turşularını isteh­sal etmədiyi üçün onları xaricdən almağa məc­burdur.




Kataloq: 2014
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
2014 -> Мisvak вя онун XXI ясрдя истифадяси
2014 -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2014 -> Cü il tarixində əlavə edilmişdir 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2014 -> Вместе к высотам стоматологии
2014 -> 31(2): 106-13 Müzeyyen Kayataş, 1 Rabia Figen Kaptan
2014 -> Ankara Numune E¤itim ve Araflt›rma Hastanesi Aile Hekimli¤i Klini¤i, Asistan Dr., Ankara

Yüklə 346,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə