XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səciyyəvi xüsusiyyətləri kimi aşağıdakı amilləri göstərmək olar:
• iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası;
• soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıcı;
• dünya iqtisadiyyatının transformasiyası;
• qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə əlaqələndirməsi nətijəsində amerikan
dəyər sisteminin üstünlük təşkil etməsi;
• ortodoksal(bir məsləkin sabitliyi və ardıjıllığı) ideologiya;
• texnoloji inqilab;
• milli dövlətlərin qlobal problemlərin (demoqrafik, ekoloci, insan hüquqları və nüvə silahının yayılmasının qarşısının alınması) həlli qarşısında acizliyi.
Qlobal sivilizasiyanın formalaşmasında mütəxəssislər əsasən 4 (dörd) meqatendensiya fərqləndirlər:
- Mədəni qütbləşmə.XXI əsrdə mədəni qütbləşmənin əsas səbəblərinə aid edilir:
• xalqlar və regionlar arasında, ayrı-ayrı ölkələr daxilində artan iqtisadi və ekoloji qeyri-bərabərlik;
• dini və bazar fundamentalizmi;
• irqi və etnik müstəsnalığa iddialılıq;
• ayrı-ayrı ölkələrin və ya hərbi-siyasi blokların fraqmentallaşmış dünyada nəzarət sahəsinin
genişləndirilməsi;
• tükənən təbiət resurslarının əldə edilməsi uğrunda mübarizə;
• kütləvi qırğın silahının yayılması.
Mədəni assimilyasiya. Məlum olduğu kimi, XX əsrin son 20 ilində qərb liberalizm ideyaları qələbə çalmış oldu. F. Fukuyamanın «tarixin sonu» haqqında tezisi ilə artıq bütün ijtimaiyyət razılaşmışdır. Həmin tezisə görə, Yer kürrəsi əhalisinin aktiv təbəqələrinin dünya bazarının daim genişlənən sistemləri vasitəsilə qərb dəyərlərinə və qərb həyat tərzinə ardıjıl tabe olunmasını özündə ehtiva edən «vesternləşməyə» digər alternativ yoxdur. Fukuyamanın fikrinjə, bu gün beynəlxalq münasibətlərdə universal, yəni ümumbəşəri norma və qaydaların formalaşması prosesi gedir.
Mədəni hibridləşmə. Mədəni hibridləşmə tendensiyası XX əsrin sonlarından başlayraq tamamilə yeni keyfiyyətlər əldə edib. Misal üçün, mədəniyyətin «kreollaşması» prosesi ənənəvi olaraq yeni etnik ijmaların yaranmasına səbəb olaraq, transmədəni konverqensiya və translokal mədəniyyətlərin, başqa sözlə diaspor mədəniyyətlərin formalaşmasını şərtləndirdi. Maraqlıdır ki, mədəniyyətin kreolaşması prosesi ənənəvi lokallaşma və milli-dövlətçilik mədəni identikliyi əldə etməkdən imtina etmiş oldular.Kommunikasiyanın və mədəniyyətlərarası əlaqələrin intesivləşməsi, informasiya texnologiyalarının inkişafı bəşər mədəniyyətinin müxtəlifliyinin diversifikasiyasına səbəb oldu. Onların qlobal mədəniyyət tərəfindən basılmasının qarşısı alındı. Maraqlıdır ki, dünya tədrijən bir-birlərilə sıx təmasda olan translokal mədəniyyətlərin qəliz mozaikasına çevrilmiş olur. Translokal mədəniyyətlər şəbəkə strukturuna malik olaraq,yeni mədəni regionların yaranmasına səbəb olur. Burada misal olaraq, kompyuter və telekommunikasiya şəbəkələrinin artması nətijəsində yeni professional dünyaların yaranmasını göstərmək olar.
Mədəni izolyasiya (təjrid olunma). Ötən XX əsr boyu ölkə, region, siyasi blokların müxtəlif izolyasiya və özünüizolyasiya formaları ilə rastlaşmaq olar. Maraqlıdır ki, siyasi və mədəni izolyasiya («sanitar kordon») və ya mədəni özünüizolyasiya («dəmir pərdə») vasitələrinə xariji və daxili düşmənlərlə mübarizə üçün sosial sistemlərin konsolidasiyası məqsədilə əl atırdılar. Müasiri olduğumuz XXI əsrdə izolyasion tendensiyaların mənbəsi - mədəni və dini fundamentalizm, ekoloci, milli və irqi hərəkatlar, sosiomədəni avtarkiya, informasiya və humanitar kontaktlara məhdudiyyət qoyan avtoritar və totalitar recimlərin hakimiyyətə gəlməsi ola bilər.
XX əsrin sonu XXI əsrin əvvəllərində sivilizasiya 2 əsas mehvər üzrə inkişaf edir:
1) «mədəniyyət» məhvəri üzrə inkişaf mədəni imperializmdən mədəni plüralizmə doğru
istiqamətləndirilmişdir.
2) ikinji, «jəmiyyət» mehvəridir ki, burada inkişaf qapalı jəmiyyətdən açıq tipli jəmiyyətə doğru gedir.
Qloballaşma prosesinin dinamikasını şərtləndirən sivilizasion və əsas mədəni arxetiplərin inkişaf xətlərinin sxematik əlaqəsini alimlər paralelloqramlar formasında təqdim edirlər.
Konsolidasiya mədəniyyəti sinxron təşkilat sistemlərinin üstünlüyü ilə xarakterizə edilir. Konsolidasiya mədəniyyətinə təsərrüfatın avtarkik tipi məxsusdur. Avtarkik tip dedikdə, qeyri istehsal fəaliyyət və yaşam uğrunda mübarizə, ya da ki «təbiət nemətlərin» yığımı ilə bağlı istehsal nəzərdə tutulur. Yəni, barın yığılması,ovçuluq, balıqçılıq, daha yüksək inkişaf etmiş təsərrüfat (mədən qazıntıları, ekstensiv kənd təsərrüfatı) və ya formasiyalar çərçivəsində həyata keçir. Həmin arxetipin əsas etik dəyəri – sosial ədalətdir ki, onun ölçüsünü dini, mənəvi və ya siyasi avtoritet müəyyən etmiş olur, əsas əxlaqi-psixoloci prisip kimi isə kollektivizm çıxış edir.
Rəqabət mədəniyyəti. Müasir dönəmdə maraqlı tərəflər arasında kontrakt əsasında münasibətləri ehtiva edən təsadüfi təşkilatlar sistemində reallaşır. Bu kimi sistemlər əsasında birgə individual fəaliyyət duran sahibkarlıq mədəniyyəti mənsubdur.
Kooperasiya mədəniyyəti demokratik idarəetmə formaları ilə açıq təşkilatlanma sistemlərini ehtiva edir.
Bu mədəniyyət çərçivəsində birgə yaradıjı fəaliyyət nəzərdə tutulur. Kooperasiya mədəniyyəti azlığın maraqlarını nəzərə alaraq çoxluğun maraqlarını ifadə edir.
Lokalizasiya – sosial və mədəni tolenrantlığın mədəni izolyasiya siyasətini həyata keçirən, qlobal sivilizasiyanın formalaşmasının qarşısını olan fundamenal ideologiyalar əsasında etnik və sivilizasion hadisələrin konsolidasiyasıdır.
Qlokalizasiya – mədəni hibridləşdirmə nətijəsində, yəni mədəni regionlar çərçivəsində qarşılıqlı mədəni mübadilənin və konstruktiv əməkdaşlıq çərçivəsində qlobal multimədəni sivilizasiyanın nailiyyətləri əsasında lokal mədəniyyətlərin modernləşmə proseslərini bildirən termindir. Termin ilk dəfə «Sony» yaponiya korporasiyasının rəhbəri Akio Morita tərəfindən təklif edilmişdir. Beləliklə, qloballaşmanı mədəni assimilyasiyanın meqatendensiyası kimi təqdim etmək mümkündür.
Qloballaşma probleminə dəyər sistemlərinin mütənasibliyi və bir-birlərinə qarşılıqlı təsiri aspektindən baxdıqda, müəyyən edilir ki, inteqrasiya və dialoqa doğru intensiv istiqamətlənən müasir dünyada müxtəlif mədəniyyətlərə mənsub insanların bir-birlərini daha dolğun anlaması məsələsi böyük əhəmiyyət kəsb edir.
Kross – mədəni kommunikasiyanın mümkünlüyü və qeyri-mümkünlüyü, müxtəlif mədəniyyətlərin nümayəndələrinin ünsiyyəti nəticəsində məna və dəyərlərin bir qisminin itirilməsi problemi identikliklərin konflikti məsələsini ortaya çıxarır. Başqa sözlə, müxtəlif – dini, milli, professional və ya təşkilat mədəniyyətləri
arasında təbii sürətdə bir-birlərini anlamama situasiyası yaranmış olur.
Etnosların mədəniyyətlərarası kommunikasiyasında onların dəyər dünyalarının xüsusiyyətləri, dəyər sistemlərinin mütənasibliyi əsas şərt kimi çıxış edir. Mədəniyyətlərarası kommunikasiyanı şərtləndirən digər amil qlobal ijtimai-tarixi şəraitdir. Bundan başqa mədəniyyətlərarası münasibətlər şüurlü şəkildə insanlar
tərəfindən tənzimlənə bilər. Sülh, əməkdaşlıq və ya düşmənçilik, qərəz içində yaşamaq insanların öz seçimidir.
Alimlər düzgün olaraq müəyyən edirlər ki, müxtəlif etnomilli icmalar arasında ziddiyyət və gərginlikləri çözmək üçün müəyyən mədəni dəyər sistemləri barədə dəqiq və obyektiv biliklərin əldə edilməsi olduqca vacibdir.
Bununla əlaqədar müasir dünyada dəyər sistemlərinin koordinatlarını müəyyən edən geomədəniyyət,qlobal mədəniyyət, mədəniyyətlərarası kommunikasiya fenomenləri əhəmiyyət əldə edirlər.
«Geomədəniyyət» anlayışı. Geomədəniyyət termini ilkin anlamda «mədəni imperializmin», yəni iqtisadi jəhətdən geridə qalmış Jənub üzərində mədəni sənayə jəhətdən inkişaf etmiş Şimalın hökmranlığını bildirən anlayışının sinonimidir. «Geomədəniyyət» təlimi 1991-ji ildə amerika alimi İmmanuil Vallerstaynın
«Geosiyasət və geomədəniyyət» adlı kitabının işıq üzü görüdkdən sonra geniş şəkildə yayıldı.
Qlobal mədəniyyət. Maraqlıdır ki, qloballaşma mədəniyyətinin mümkünlüyü və səmərəsi bir çox fəlsəfi jərəyanlarda, müxtəlif yanaşmalarda, xüsusilə də dekonstruksiya, postmodernizm, postkolonialzim,poststrukturalizm və ayrı-ayrı kulturoloci tədqiqatlarda inkar olunur. Bütün təlimlər qloballaşma mədəniyyətinin
nə dərəjədə arzu olunan olması barədə suala javab verməyə istiqamətləniblər. Tarixdən məlumdur ki, bəşər mədəniyyətinin hər bir mərhələsində qlobal mədəniyyətin yaradılmasına səylər göstərilmişdir. İnformasiya inqilabı vahid dünya informasiya ijtimaiyyəti haqqında ideyaların irəli sürülməsinə təkan verdi. Həmin təlimlərdə, xüsusilə də İnformasiya jəmiyyəti haqqında təliminin əsaslarının formalaşmasının ilkin mərhələsində etnomədəni xüsusiyyətlər, millətlər və milli münasibətlər, milli adətlər sanki inkar olunur, vahid iformasiya məkanı haqqında fikirlər irəli sürülürdü. Eyni zamanda yaranan yeni mədəni reallığa zidd olaraq XX əsrin ikinji yarısından amerika və daha sonra avropa elmində ijtimai proseslərdə etnik faktorun əhəmiyyətini bildirən ideya jərəyanları ortaya çıxdı. Bu hadisə elmdə «etnik intibah fenomeni» kimi qeydə alındı. Etnik dəyərlər yenidən əhəmiyyət kəsb etməyə başladı.
Qloballaşma dövrü mədəni aspektdə minimum iki tendensiya daşıyır:
1. bir tərəfdən, o, insanların ənənəvi həyat tərzinə dəyişikliklər gətirir;
2. digər tərəfdən isə mədəniyyətin adaptasion qorunma mexanizmlərini stimullaşdırır. Bu proses müəyyən vaxtlar kəskin münaqişə xarakteri də ala bilər.
Müasir jəmiyyətdə qlobal şəkil almış mədəniyyətlərin yaxınlaşma prosesində yaranan ziddiyyətlərin aradan qaldırılması işində BMT-nin böyük rolu danılmazdır. Birləşmiş Millətlər Təşkilatı mədəniyyət və elm sahəsində mübadiləni, mədəniyyətlər arası kommunikasiyanı beynəlxalq sülhün və inkişafın əsas elementləri hesab edir.
Beynəlxalq Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu olan YUNESKO üç sahəyə diqqətini yönəltmişdir:
• inkişafın xidmətində duran elmə;
• mədəni inkişafa (irs və yaradıjılıq);
• kommunikasiya, informarsiya və informatikaya.
1970-ji ildə YUNESKO tərəfindən qəbul edilən konvensiya mədəni mülkiyyətin qeyri-qanuni import,eksport və ötürülməsini qadağa edir.
YUNESKO-nun mədəni fəaliyyəti inkişafın mədəni aspektlərinin genişləndirilməsinə; yaradıjı fəaliyyətin və yaradıjılığın dəstəkləməsinə; mədəni mənsubluğun və folklor ənənələrinin qorunmasına; kitabın və oxu mədəniyyətinin təbliğatına xidmət edir.Bu gün YUNESKO özünü mətbuatın azadlığı və KİV-in müstəqillliyinin tərəfdarı kimi təqdim edir.
Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş Konferensiyası qeyd ediri ki, mədəni dəyərlər sivilizasiyanın və xalqların mədəniyyətinin əsas elementləridir. Bundan başqa tövsiyyələrdə göstərilir ki,mədəni mübadilənin genişləndirilməsi və möhkəmləndirilməsi mədəniyyətin müxtəlif sahələrinə əldə olunan nailiyyətlərlə tanışlığı təmin edəjəkdir. Digər tərəfdən, mədəni mübadilə xalqların mədəni özünəməxsusluğunu qorunub saxlanılmaqla qarşılıqlı hörmət şəraitində müxtəlif mədəniyyətlərin və bütün bəşəriyyətin mədəni irsini təşkil edən mədəni dəyərlərin zənginləşməsinə səsəb olajaqdır. Qeyri-qanuni tijarətin və zərərərin qarşısını alan hüquqi, elmi, texniki şərtlərlə tənzimlənən mədəni dəyərlərin qarşılıqlı mübadiləsi xalqlar arasında qarışılıqlı hörmət və anlaşılmanın möhkəmləndirilməsində ən güjlü vasitədir.
Dünya mədəni məkanında öz yerinin axtarışları problemi, daxili və xariji mədəniyyət siyasətində milli yanaşmaların formalaşması məsələləri 1991-ji ildə müstəqillik əldə etmiş Azərbayjan Respublikası üçün böyük aktuallıq kəsb edir. Azərbayjanın digər mədəniyyətlərə açıqlığı onun dünyada baş verən mədəni-informasiya proseslərindən asılı etmiş oldu. Bu proseslərə aiddir:
1. ilk növbədə mədəni inkişafın və mədəniyyət industriyasının qloballaşması və həmin prosesdə anqlo-amerikan təsirinin artması;
2. mədəniyyətin kommersiyalaşması, mədəniyyətin böyük investisiya qoyuluşundan asılılığı prosesi;
3. «kütləvi» və «elitar» mədəniyyələrin yaxınlaşması;
4. müasir informasiya texnologiyalarının və dünya kompyuter şəbəkəsinin inkişafından, iformasiyanın və onun ötürülmə sürətinin kəskin arması;
5. dünya mədəni-iformasiya mübadiləsində milli spesifika dərəjəsinin enmə prosesi.
Müasir dövrdə beynəlxalq mədəni məkanın formalaşmasında qloballaşma fenomenin açıqlanması, onun problem və ziddiyyətlərinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Müasir beynəlxalq mədəni mübadilədə Azərbayjan Respublikasının iştirakı zəruridir.