Qrup: 613. 20 Fakultə: İTİF İxtisas



Yüklə 10,07 Kb.
səhifə1/3
tarix24.12.2023
ölçüsü10,07 Kb.
#191318
  1   2   3
Aliyev Azizaga.mios4


Tələbə: Əliyev Əzizağa
Məllim: Abbasov Vaqif
Fənn: Müasir informasiya ölçmə sistemləri
Qrup: 613.20
Fakultə: İTİF
İxtisas: Cihaz mühəndisliyi
Mövzu: Müasir ölçmə sistemlərinin avtomatik yoxlama metodları
Müasir ölçmə sitemləri
Məlum olduğu kimi fiziki kəmiyyətlərdən informasiya almaq üçün onların qiyməti müasir ölçmə sistemləri tərəfindən ölçülür. Sadə ölçmə vəziyyətlərində MÖS yalnız onun girişinə verilən naməlum ölçülən kəmiyyətin qiymətinə uyğun olaraq siqnal yaradan bir çıxışlı qurğudan ibarətdir. Bununla belə, daha mürəkkəb ölçmə vəziyyətlərində müasir ölçmə sistemi bir neçə ayrı-ayrı təşkiledicilərdən ibarət olur
sensor
Siqnal çevirici
Siqnal emalı
ARÇ
İnterfeys
Displey
Yaddaş
Kompüter
Mikrokontroller
Ölçülən kəmiyət
Müasir bir kanallı ölçmə sisteminin struktor sxemi
Hər hansı ölçmə sisteminin ilk elementi sensordur. Sensor girişinə tətbiq olunan ölçülən kəmiyyətin funksiyası olan çıxış siqnalı yaradır. Sensorun çıxış siqnalı ilə girişinə verilən fiziki kəmiyyət arasındakı riyazi asılılıq çevirmə funksiyası adlanır. Sensorun çıxış kəmiyyətinin əlverişsiz formada olduğu və daha əlverişli formaya çevrilməli olduğu yerlərdə müxtəlif çevirmə elementləri (çeviricilər) lazım gəlir. Məsələn, Müqavimətdəki dəyişmələr asanlıqla ölçülə bilmədiyi üçün, müxtəlif çevirici elementlərin tipik nümunəsi olan körpü dövrəsindən istifadə edərək gərginlik dəyişmələrinə çevrilir. Bəzihallarda, əsas sensor və dəyişən çevrmə elementi birləşdirilirvəbukombinasiya vevirici kimi tanınır. Sistem ölçmələrinin keyfiyyətini müəyyən dərəcədə yaxşılaşdırmaq üçün siqnalları emal sxemləri mövcuddur. Sensorun çıxış siqnalı analoq emaldan sonra ARÇ tərəfindən rəqəmsal formaya çevrilir və ikilik sistemli 0 və 1 kimi interfeys vasitəsi ilə mikrokontrollerə daxil olur. Mikrokontroller ölçülən kəmiyyətləri özlərinin ölçü vahidlərində alınması üçün uyğun hesablamalar aparmaqla yanaşı, həmdə digər FB - ların işini idarə edir. Fərdi kompüter ölçmə prosesini idarə edir və nəticələrini ətraf qurğularında qeyd edir. Müasir ölçmə sistemlərində bir və ya iki başqa təşkiledici də olur; onlardan birincisi siqnalı hansısa uzaq nöqtəyə ötürmək üçün, ikincisi isə siqnalı avtomatik idarə etmə sisteminə ötürməklə onu göstərmək və ya yaddaşa qeyd etmək üçün nəzərdə tutulur. Siqnalın ötürülməsi ölçmə sisteminin çıxış nəticələrini təqdim edən qurğunun və ya tətbiq nöqtəsinin ilkin çeviricinin yerləşdiyi yerdən müəyyən qədər məsafədə yerləşdiyi halda zəruri olur.

Yüklə 10,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin