S. Q. Həsənova, A. Q. Qarayeva, Ə. H. Qədimov, M. R.Şəfiyeva genet I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/24
tarix15.03.2017
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   24

S.Q.Həsənova, A.Q.Qarayeva, 
Ə.H.Qədimov, M.R.Şəfiyeva 
 
 
G E N E T İ K A
 
 
(Dərs vəsaiti)
 
 
 
 
 
 
 
 
SUMQAYIT - 2014 
 

 
~ 2 ~ 
Sumqayıt Dövlət Universitetinin 
50 illik yubileyinə həsr olunur 
 
 
 
 
G E N E T İ K A
 
(Dərs vəsaiti) 
 
 
Azərbaycan Respublikası Təhsil  
Nazirliyinin  Elmi-metodiki  Şurasının 
13.12.2012-ci  il  tarixli,  08  saylı 
protokoluna  əsasən  dərs  vəsaiti  kimi 
çap edilməsi tövsiyyə olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SUMQAYIT– 2014  

 
~ 3 ~ 
Elmi redaktor:  
Muradov P.Z. 
b.e.d., professor, AMEA-nın müxbir üzvi 
 
Rəyçilər:   
 
Nəcəfov C. 
b.e.d., professor,  
 
Əkbərov Z. 
k.ü.e.d., professor,  
 
 
Namazov N.R. 
b.ü.f.d., dosent, Sumqayıt Dövlət Universiteti 
 
 
S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva  Genetika 
(Dərs vəsaiti). Dərs vəsaiti. Sumqayıt Dövlət Universiteti, 2014. s. 245. 
 
 
 
Dərs  vəsaiti  SDU-nun  Botanika  kafedrasında  tədris  olunan 
“Genetika” fənninin proqramına əsasən yazılmışdır.  

 
~ 4 ~ 
GİRİŞ 
 
          Genetika  (latın  sözü  olub  geneo-törədirəm)  irsiyyət  və  dəyişkənlik 
haqqında elm olub, genetik (irsi) informasiyaların qorunub saxlanması və 
gələcək nəsillərə ötürülməsindən bəhs edir. 
İrsiyyət  viruslardan,  bakteriyalardan,  ali  bitkilərə,  heyvanlara  və 
insana  qədər  butun  canlı  orqanizimlərə  xas  olan  ən  mühim  xüsusiyyət 
olub, nəsillərdə əcdadların əlamətlərinin təzahürüdür.  
İrsiyyətin  ən  vacib  xüsusiyyətlərindən  biri  onun  konservativliyidir. 
Konservativlik  irsi  xüsusiyyətlərin  bir  çox  nəsillər  boyu  saxlanılmasıdır. 
Belə ki, nəsillər arasında oxşarlıq milyon illər saxlanılır. 
İrsiyyətin  digər  nəzərə  çarpan  xüsusiyyəti  onun  dəyişkənliyidir. 
Əgər  konservativlik  nəsillər  boyu  fərdlərin  oxşarlığını  təmin  edirsə, 
dəyişkənlik  canlı  həyatın  müxtəlifliyini  təmin  edən  bir  faktordur. 
Dəyişkənlik  orqanizmin müxtəlif sahələrini ,orqanlarını, hətta hüceyrələri 
əhatə edə bilir. 
İrsiyyətin  konservatizmi  və  dəyişkənliyi  bib-biri  ilə  sıx  bağlı  olub, 
təkamül prosesinin gedişini müəyyən edir. Genetika elminin əsas predmeti 
irsiyyəti və onun dəyişkənliyini öyrənməkdir. 
Genetikanın inkişaf tarixinə nəzər salsaq hələ 1859-cu ildə Ç.Darvin 
göstərmişdir  ki,  təkamülün  hərəkətverici  qüvvəsi  olan  təbii  seçmə,  iki 
faktora əsaslanır: irsiyyət və dəyişkənlik. 
İlk  dəfə  İ.G.Kelreyter  (1733-1806)  müxtəlif  bitki  növlərinin 
nümayəndələrini  hibridləşdirərək  müəyyən  etmişdir  ki,  hibrid  bitkilər  öz 
valideynlərinə nisbətən qüvvətli və davamlı olur.   
Fransız  alimi  botanik  Şarl  Noden  (1815-1899)  bir-birindən  bioloji 
uzaq  növlərin  arasında  hibridlər  almağa  çalışmışdır.  Onun  təcrubələrinin 
nəticələrindən  ibarət  əsəri  Fransa  elmlər  akademiyasının  qızıl  medalına 
layiq görülmüşdür. 
Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi çex alimi 
Greqor  Mendeldən  (1822-1884)  başlayır.  O,  ilk  dəfə  olaraq  irsiyyətin 
öyrənilməsində  elmə  əsaslanan  üsul  işləyib  hazırlamışdır  və  bitki 
hibridlərinin  üzərində  apardığı  öz  tədqiqatlarında  əlamətlərin  irsən 
keçməsinin  ən  mühüm  qanunlarını  müəyyən  etmişdir.  Mendel  öz 
tədqiqatlarının  nəticələri  ilə    ilk  dəfə  Brno  şəhərində  təbiətşünaslar 
cəmiyyətinin  iclasında  “Bitki hibridləri  üzərində  tədqiqatlar”  adlı  məruzə 
ilə  çıxış  etmişdir.  Bu  əsər  1865-ci  ildə  həmin  cəmiyyətin  ”Elmi 
əsərləri”ndə  dərc  edilmişdir.  Lakin  müasirləri  bu  işə  lazımi  qiymət 
verməmişdir. 

 
~ 5 ~ 
Hazırda  genetika  elminin  inkişafını  şərti  olaraq  beş  mərhələyə 
bölürlər.  
1900-1912-ci  illər  genetika  elminin  inkişafında  şərti  olaraq  birinci 
mərhələ  sayılır.  Bu  illər  ərzində  müxtəlif  növ  bitki  və  heyvan  növləri 
üzərində G.Mendelin kəşf etdiyi qanunlar sınaqdan çıxmış və öz təsdiqini 
tapmışdır.  1900-cü  ildə  Q.de-Friz  (1848-1935)  Hollandiyada,  K.Korrens 
(1864-1933)  Almaniyada,  E.Çermak  (1871-1962)  Avstriyada  müxtəlif 
bitkilər üzərində (lalə, qarğıdalı, noxud) bir-birindən asılı olmayaraq 35 il 
öncə Q.Mendelin aldığı nəticələri yenidən təkrar etmişlər. 
1906-cı ildə ingilis alimi U.Betsonun (1861-1926) təklifi ilə bu elmə 
“genetika”  adı  verilmişdir  (latın  sözü  geneo-törədirəm).  U.Betsonun 
toyuqlar,  kəpənəklər,  laboratoriya  gəmiriciləri  üzərində,  isveç  alimi 
G.Nilson–Elenin  dənli  bitkilər  üzərində  polimeriya  və  kəmiyyət 
əlamətlərinin irsiliyi, danimarka alimi V.İohansenin (1857-1927) qarğıdalı, 
taxıl  bitkiləri  üzərində  apardığı  işlər  genetika  elminin  inkişafında  mühüm 
rol  oynamışdır.  1909-cu  ildə  V.İohansen  “gen”,  ”genotip”,  ”fenotip” 
terminlərini  təklif  etmiş,  təmiz  xətlər  və  populyasiya  haqqında  təlim 
yaratmışdır. 
Genetikanın  inkişafında  ikinci  mərhələnin  (təxminən  1912-1925) 
əsas xüsusiyyəti irsiyyətin xromosom nəzəriyyəsinin yaranması və təsdiqi 
ilə səciyyələnir. Burada amerikan genetiki T.Morqan (1861-1945) və onun 
tələbələri A.Stertevant (1892-1970), K.Bridces (1889-1938) və G.Müllerin 
(1890-1967) drozofil milçəyi üzərində apardıqları tədqiqat işləri həllledici 
rol oynamışdır. Bu işlərin əsasında müəyyən olunmuşdur ki, irsi əlamətlər-
genlər  hüceyrə  nüvəsinin  xromosomlarında  cəmlənmişdir.  İrsiyyətin 
xromosom  nəzəriyyəsi  genetikanın  görkəmli  nailiyyətlərindən  biri  olaraq 
onun gələcək inkişafında və molekulyar biologiyanın yaranmasında aparıcı 
rol oynamışdır. 
Genetika  elminin  tarixi  inkişafnın  ücüncü  (1925-1940)  mərhələsi 
süni  yolla  yeni  mutasiyaların  alınması  ilə  səciyyələnə  bilər.Mutasiya 
nəzəriyyəsinin  əsas  müddəalarını  hələ  genetika  elminin  yaranmasınin  ilk 
illlərində (1902-ci ildə) Q.de-Friz öz əsərlərində dərc etdirmişdir. 1925-ci 
ildə Q.A.Nadson və onun şagirdi Q.E.Filippov süni yolla maya göbələyinə 
radium şüaları ilə təsir edərək  onlarda  mutasiya dəyişkənlikləri  müşahidə 
etmişlər.  1927-ci  ildə  ABŞ-da  G.Müller  drozofil  milçəklərinə  rentgen 
şüaları ilə təsir edərək mutasiya dəyişkənlikləri əldə etmişdir. 
 Mutagenezin  inkişafında  və  onun  tətbiqi  istiqamətində  Rusiyada 
görkəmli genetiklər N.P.Dubinin. M.E.Lobaşev, İ.A.Rapaport, İngiltərədə 
Ş.Auerbax,  Azərbaycanda  Ə.M.Quliyev  zəngin  işlər  aparmışlar.  Bitki 

 
~ 6 ~ 
hüceyrələrində    poliploidiya–genom  mutasiyalarınin    alınması  istiqamə- 
tində yeni üsulllardan istifadə olunmasında belarus alimləri A.R.Jerbrak və 
L.P.Breslavetsin,  Azərbaycanda  isə  İ.K.Abdullayevin  işləri  təqdirə 
layiqdir.  Bu  mərhələnin  əsası  rus  genetiki  S.S.Çetverikov  (1880-1959), 
ingilis genetikləri R.Fişer və C.Xoldeyn və ABŞ genetiki S.Rayt tərəfindən 
qoyulmuşdur. 
 Genetikanın  inkişfının  dördüncü  mərhələsi  1940-1955-ci  illəri 
əhatə  edir.Bu  dövrün  xarakter  xüsusiyyəti  irsiyyət  və  dəyişkənliyin 
molekulyar  səviyyədə    öyrənilməsidir.  1944-cü  ildə  amerikan  genetiki 
Everi  öz  əməkdaşları  ilə  birgə  irsi  informasiyaların  saxlanılmasında  və 
ötürülməsində  həllledici  rolun  DNT-yə  mənsub  olduğunu  subut  etmişlər. 
Bu  kəşf  molekulyar  genetikanın  başlanğıcını  qoymuşdur.  Molekulyar 
genetikanın  inkişafında  Rusiyada  V.A.Engelqartın  əməkdaşları  ilə, 
Amerikada  biokimyaçı  E.Çarqafın    nuklein  turşularının  biokimyası 
sahəsində apardığı işlər böyuk əhəmiyyət kəsb edir.                                        
Gentikanın  tarixi  inkişafında  beşinci–sonuncu  mərhələ  (1953-cü 
ildən son dövrə qədər) ingilis genetiki F.Krik və amerikan alimi D.Uotson 
tərəfindən 
DNT 
molekulu 
modelinin 
struktur 
formulasını 
müəyyənləşdirməkləri ilə başlanmışdır.  
Bundan sonra 1961-1965-ci illərdə amerika alimləri M.Nirenberq və 
S.Oçao  genetik  kodun  şifrini  açmışlar.  Müəyyən  olunmuşdur  ki, 
dezoksiribonuklein  turşusu  (DNT)  hər  bir  növ  və  fərdə  məxsus  olan 
spesifik irsi informasiyanı özundə saxlayır və bundan əlavə genlər nəhəg 
DNT  molekulunun  funksional  vahididirlər.  Zülalların  sintezi  prosesində 
irsi informasiyalar realizə olunur.  
1969-cu  ildə  ABŞ-da  Q.Korana  əməkdaşları  ilə  ilk  dəfə 
orqanizmdən kənar kimyəvi yolla maya göbələyinin kiçik bir genini sintez 
etmişlər.  1970-ci  illərin  əvvəllərindən  dünyanin  bir  çox  ölkələrində  
spesifik  “revertaza”  fermentinin  köməkliyi  ilə  müxtəlif  prokariot  və 
eukariot  orqanizmlərin  genləri  orqanizmdən  kənar  sintez  olunmuşdur. 
Genlərin  sintezi,  onları  ayırıb  digər  bakteriya  hüceyrələrinə  köçürülməsi 
amin  turşuların,  fermentlərin,  bioloji  aktiv  maddələrin,  hormonların 
alınmasına  geniş  imkanlar  verir.  Genetikanın  bu  istiqaməti  gen 
mühəndisliyi adını almışdır. 
 
 
 
 
 

 
~ 7 ~ 
I. İRSIYYƏTIN  MOLEKULYAR  ƏSASLARI 
 
 İrsiyyətin və digər bioloji hadisələrin molekulyar əsaslarını öyrənən 
sahə    molekulyar  biologiya  adlanir.  Molekulyar  biologiyanın  məqsədi 
həyati  proseslərin  əsasında  duran  molekulların  quruluşu,  funksiyası  və 
qarşılıqlı  təsirini  öyrənmək  və  izah  etməkdir.  Həyati  proseslərin  əsasında 
bioloji  polimerlər  adlanan  nəhəng  molekullar,  hər  şeydən  əvvəl  zülallar, 
nuklein  turşuları  və  onların  kompleksləri  durur,  onların  öyrənilməsi 
molekulyar  biologiyanın  əsas  istigamətini  təşkil  edir.  Molekuiyar 
biologiya  əsasən  biokimyadan  törəyərək  özündə  fizika,  kimya,  genetika, 
sitoiogiya və digər əlaqəli elmlərin metodlarını, üsullarını birləşdirir. 
Müasir  dövrdə  molekulyar  biologiya  və  onun  ən  vacib  sahəsi 
molekulyar genetika digər bioloji elmlər arasında əsas mövqe tutur. 
 
Nuklein  turşularının kəşfi 
 
İrsi informasiyaların öyrənilməsində sadədən mürəkkəbə qədər üzvi 
aləmin  bütün  formalarını  təşkil  edən  hüceyrələrin  tərkibinə  daxil  olan 
bioloji polimerlər-nuklein turşuları əsas rol oynayır. 
Nuklein  turşuları  XIX  əsrdə  (1868-ci  ildə)  İohann  Fridrix  Mişer 
tərəfindən  irin  leykositlərində,  sonra  isə  kişi    cinsi  hüceyrəsində 
(spermotozoidlərdə)  aşkar  edilib.  Bu  maddə  nüvədə  aşkar  edildiyi  üçün 
nuklein  (lat.  nukleus-nüvə)  adlandırılmışdır.  Sonralar  nuklein  turşuları 
digər  hüceyrələrdə  və  yalnız  nüvədə  yox  sitoplazmada,  hüceyrə 
orqanoidlərində də tapılıb. 
Nuklein turşularının iki tipi vardır. Əsasən nüvədə (qismən hüceyrə 
orqanoidlərindən  xloroplastlarda  və  mitoxondrilərdə)  dezoksiribonuklein 
turşuları (DNT) üstünlük təşkil edir. 
İnsanin  hər  bir  somatik  hüceyrələrində  6.10
-12
q  DNT,  cinsi 
hüceyrələrində, məs., spermotozoidlərdə 3.10
-12
q DNT olur. 
Sitoplazmada,  həmçinin  qismən  nüvədə  digər  nuklein  turşuları-
ribonuklein turşuları (RNT) olur.  
XX  əsrin  40-50-ci  illərindən  başlayaraq  nuklein  turşularının  irsi 
informasiyaların  ötürülməsində  əhəmiyyətinin  olduğu  barədə  faktlar 
toplanmağa  başladı.  Bu  sahədə  mikroorqanizmlərdən  virus  və  bakte- 
riyaların irsiyyətinin öyrənilməsinin böyük rolu olmuşdur. 
Bu  sahədə  bioloji  tədqiqatların  ən  geniş  istifadə  olunan 
obyektlərindən tütün mozaikası virusudur. Hər virus hissəciyinin uzunluğu 
250  mkm  eni  isə  15  mkm-dir.  Belə  hissəcik  95%  zülal  və  5%  RNT–dən 

 
~ 8 ~ 
ibarət kompleks təşkil edir. Elektron mikroskopik müşahidələrlə müəyyən 
olunmuşdur  ki,  zülal  hissə  2200  eyni  qlobulyar  zülal  molekulllarından 
ibarətdir.Virusun hər ştammı nəslinə öz spesifik xüsusiyyətlərini ötürür və 
digər ştammdan zülalın aminturşu tərkibi ilə fərqlənir. 
Tütün  mozaikası  virusunun  RNT  və  zülalı  fərqli  olan  iki  müxtəlif  
ştammı götürülmüşdür, birinci (zülal B
1
, nuklein turşusu H
1
) tütün yarpağı 
üçün virulent, ikinci (zülal B
2, 
nuklein turşusu H
2
), bağayarpağı yarpaqları 
üçün virulentdir. Sonra isə yeni kombinasiyalar: B
1
H

və B
2
H
1
 yaratmışlar, 
bu  zaman    B
2
H

şrammı  B
1
H

ştammına,  B
1
H

isə
   
B
2
H

ştammına 
çevrilmişdir.  Daha  doğrusu  dəyişilmiş  ştammın  tərkibində  hansı  nuklein 
turşusu yerləşirsə onun xassələri irsən keçir. 
Digər bir təcrübə  pnevmokokklarla aparılmışdır. Pnevmokokkların 
iki  əsas  tipi  var:  S-tip-kapsullu  pnevmaniya  törədir  və  R-tip  kapsulsuz 
virulent  deyil,  yəni  pnevmaniya  törətmir.  Təcrübədə  dovşanları  canlı 
kapsulsuz və cansız kapsullu pnevmakokklarla yoluxdurmuşlar. 
Dovşanlar  pnevmaniya  ilə  xəstələnmiş  və  ölmüşlər.  Ölmüş 
dovşanların  bədənindən  götürülmüş  pnevmokokkların  S-tipdə  olduğu 
müəyyən  olunmuşdur,  beləliklə  transformasiya  baş  vermiş  R-tip 
pnevmakokklar  S-tipə  çevrilmişdir.  Bu  transformasiyanin  DNT  sayəsində 
baş  verdiyi  müəyyən    olunmuşdur,  çünki  sonralar  S-tipdən  alınmış  DNT  
R-tip bakteriyalara əlavə olunduqda (və ya R-tiplə yoluxmuş orqanizmlərə 
daxil  edildikdə)  R-tip  pnevmakokkların  S-tipə  transformasiyası  baş 
vermişdir. Bu kəşf çoxlu təcrubələrlə təsdiq olunmuş və DNT-nin genetik 
rolu üçün tutarlı dəlil olmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Quruluşu və bakterial hüceyrəyə daxil olmasının sxemi 
 
Nuklein  turşularının  genetik  rolunu  təsdiq  edən  digər  təcrübə 
bakterial  viruslarla-bakteriofaqla  aparılmışdır.  Bağırsaq  çöplərinin  T
2
 
faqları  çömçəquyruğu  xatırladır.  O  xaricdən  zülal  təbəqə  ilə  örtülmüş, 
içərisində  isə  DNT  teli  yerləşmişdir.  Faqın  zülalı  radioaktiv  kükürdlə, 

 
~ 9 ~ 
DNT  isə  radioaktiv  fosforla  nişanlanmışdır.  Faqla  yoluxmuş  bakterial 
hüceyrələrdə  əmələ  gəlmiş  yeni    T

faq  hissəciklərində  radioaktiv  fosfor 
müəyyən  edilmişdir.  Bu  təcrübə  göstərmişdir  ki,  yoluxma  DNT 
molekulunun  köməyi  ilə  getmişdir.  Sonralar  müəyyən  olunmuşdur  ki, 
bakteriofaq  bakteriya  hüceyrəsinə  birləşir,  lizosim  fermenti  ilə 
bakteriyanın  qlafını  parçalayır  və  özündə  olan  DNT-ni  bakteriya 
hüceyrəsinin  daxilinə  keçirir.  Bu  yolla  bakteriya  yoluxur.  Bakteriyanin 
daxilində  olan  faqın  DNT-si  yeni  virus  hissəcikləri  sintez  etmək 
qabiliyyətinə malik olur, sonra bakteriya hüceyrəsi məhv olur və yüzlərlə 
yeni əmələ gəlmiş faq hissəcikləri xaric olur. 
 
 
 
Transduksiya 
 
        Irsi  informasiyanın  ötürülməsində  DNT-nin  rolunu  sübut  edən 
hadisələrdən biri də transduksiya hadisəsidir. 
Bir  bakteriyadan  (donordan)  mötədil  bakteriofaqlar  vasitəsilə 
müəyyən  irsi  materialın  (fraqmentin)  digər  bakteriyaya  keçirilməsi 
hadisəsinə transduksiya deyilir. Bu maraqlı genetik mexanizm 1952-ci ildə 
Sinder və Lederberqin təcrübələrində aşkara çıxarılmışdır.  
Salmonella  typhimurium  adlanan  bakteriyalarda  2  cür  ştamm 
məlumdur: 22 və 2 A22A  ştammından olan bakteriyalarda mutant gen 
(T-) triptofanın sintez edilməsinin qarşısını alır. Buna görə də bu ştammın 
çoxalması üçün qida mühitinə triptofan əlavə edilməlidir. 
2A ştammı isə inkişafı üçün mühitə triptofan əlavə olunmasını tələb 
etmir,  o  özü  triptofanı  sintez  etmək  qabiliyyətinə  malikdir.  Təcrübəni 
aparmaq  üçün  alimlər  U  –  şəkilli  boru  götürüb  onun  ayrı-ayrı  qollarında 
2A və 22A ştammları yetişdirmişlər. 
U-ya bənzər borunun sağ və sol qolları arasında elə filtr qoyulmuşdur 
ki,  oradan  qeyd  etdiyimiz  ştamlardan  olan  bakteriyalar  keçib,  bir-birilə 
rekombinasiya  oluna  bilməz.  Lakin  bu  dediyimiz  boruda  inkubasiya 
getdikdən  sonra  hər  iki  qoldan  bakteriyalar  götürülüb  ayrıca  müəyyən 
mühitdə  əkilir.  22A  ştammı  mühitinə  triptofan  əlavə  edilmədiyi halda bir 
neçə  koloniya  əmələ  gətirdiyi  müşahidə  edilmişdir.  Bu  necə  ola  bilərdi? 
Bakteriyalar  bir  ştammdan  o  birinə  keçə  bilməzdilər,  çünki  aralarındakı 
filtr buna mane ola bilərdi. Ola bilsin ki, 22A bakteriyasındakı mutant gen 
əksinə  yenidən  mutasiya  etmişdir:  T
-
→T
+
.  Bu  da  mümkün  deyildi,  çünki 
22A  ştammı  mutasiyaya  çox  davamlıdır.  O  halda  bircə  yol  qalır.  Deməli, 
filtrdən süzülə bilən faqlar bir ştammdan digərinə genetik fraqmenti keçirə 
bilər. 

 
~ 10 ~ 
Buradan  belə  nəticəyə  gəlmək  olar  ki.  2A  ştammının  hüceyrəsində 
lizis  əmələ  gətirən  faq  onun  DNT-ləri  ilə  rekombinasiya  əmələ  gətirərək, 
sahibin  müəyyən  genlərini  (həmçinin  triptofan  sintez  edən  geni)  özü  ilə 
filtrdən keçirərək  22A hüceyrəsinə ötürə bilmişdir. Bunun nəticəsində faq 
vasitəsilə  donordan  xromosom  fraqmentini  almış  resipientin  genotipində 
irsi  dəyişkənlik  –  rekombinasiyalar  baş  vermişdir.  Bəzi  hallarda  mötədil 
bakteriofaq  resipient  hüceyrəsinin  xromosomuna  birləşərək  ona  heç  bir 
ziyan  gətirmir,  onun  xromosomunda  müəyyən  allelləri  əvəz  edir.  Bəzi 
hallarda sərbəst qalır və hüceyrə bölünən zaman qız hüceyrələrindən birinə 
keçir. 
Bəzi  hallarda  profaq  bakteriya  xromosomunun  müxtəlif  yerlərinə 
daxil  olur  və  bununla  sahibin  xromosomunun  müxtəlif  lokuslarını 
resipientə  keçirə  bilir.  Lakin  çox  hallarda  transduksiya  məhdud 
transduksiya  adlanır.  Faq  lyamda  λ  profaq  halına  keşçdikdə  bakteriya 
xromosomunda eyni lokusda yerləşir. Məs., faq bakteriya xromosomunda 
qalaktazanın  qıcqırmasını  təmin  edən  Gal  lokusunu  resipientə  keçirir. 
Təcrübələrin 
çoxunda  faq  prototrof-bakteriyanın  xromosomundan 
auksotrof  bakteriya  hüceyrəsinə  müəyyən  uyğun  gen  gətirir,  başqa  sözlə, 
tam  transduksiya  baş  vermiş  olur.  Bəzən  prototrofda  transduksiya 
vasitəsilə  baş  verən  koloniya  normal  koloniyalardan  10  dəfə  kiçik  olur. 
Belə  transduksiya  abortiv  transduksiya  adlanır.  Başqa  sözlə,  faq  zərrəciyi 
özü  ilə  gətirdiyi  transduksiya  materialı  ilə  bərabər  sahibin  xromosomuna 
keçmir və episom halında qalır və tezliklə autoreproduksiya qabiliyyətini, 
deməli minimal mühitdə həyatiliyini itirmiş olur. 
Faqın 
bakteriyaya 
gətirdiyi 
genetik 
materialın 
bakteriya 
xromosomuna  daxil  olması  krossinqover  mexanizmi  tipində  gedir,  başqa 
sözlə,  mübadilə  gedir  və  həmin  homoloq  resipientin  xromosomundan 
ayrılır və öz yerini faqla gətirilən homoloqa verir. 
Hələ  Lederberq  vaxtilə  qeyd  etmişdir  ki,  transduksiya  hadisəsi 
gələcəkdə  böyük  praktiki  əhəmiyyət  kəsb  edə  bilər,  daha  doğrusu, 
insanların irsi xəstəliklərinin müalicəsində istifadə edilə bilər. 1971-ci ildə 
Merill,  Qirer  və  Petriçiani  Gal
+
  +  E.coli  hüceyrəsində  λ  faqını 
yetişdirdikdən  sonra  Gal  geni  olan  DNT-ni  insan  hüceyrələri  kulturasına 
transduksiya  yolu  ilə  keçirmişlər.  Deməli  faq  λ  Gal
+
  geni  olan  DNT-ni 
insan hüceyrələrinin DNT-sinə daxil edir. Sonralar, hətta, uzaq növlərdən 
də  məs.,  bakteriyalardan  ali  bitkilərə,  onurğalı  heyvanlara  transduksiya 
yolu  ilə  DNT  keçirmək  təcrübələri  aparmışlar.  Bu  qayda  üzrə  yeni  bir 
genetik elm sahəsi – mühəndislik genetikası meydana çıxmışdır. 
 

 
~ 11 ~ 
Nuklein  turşularının  kimyəvi  quruluşu  və  xassələri 
 
Nuklein turşuları suda və qələvilərdə həll olur, turşu məhlullarında 
isə  çökdürülə  bilər.  Bioloji  polimerlər  olan  nuklin  turşuları  parçalanaraq 
monomerlərə - nukleotidlərə çevrilir. Hər nukleotidin quruluş vahidi fosfat 
(fosfat  turşusunun  qalığı),  beş  karbonlu  karbohidrat-dezoksiribozadan 
(DNT-də) və ya ribozadan (RNT-də) ibarətdir. 
 
                                                       
Riboza                                            Dezoksiriboza 
 
Fosfat  və  karbohidrat  komponentlərindən  başqa  nukleotidlərin 
tərkibində  beş  azot  əsaslarından:  adenin,  quanin,  sitozin,  timin  (DNT-də) 
və  ya  urasildən  (RNT-də)  biri  iştirak  edir.  Adenin  və  quanin  purinin 
törəmələri  olub,  purin  əsasları  adlanır,  sitozin,  urasil  və  timin  isə 
pirimidinin törəmələri olub, pirimidin əsasları adlanır. 
Purin əsasları: 
 
                                   Adenin                                         Quanin 
 
Pirimidin əsasları: 
                     
        Sitozin                   Timin (DNT-də)                  Urasil (RNT-də) 

 
~ 12 ~ 
Nukleotidlərdən  (monomerlərdən)  nuklein  turşularının  molekulu 
(polinukleotidlər)  qurulur.  Polinukleotidlərdə  mononukleotidlər  öz  arala- 
rında  fosfat  turşusunun  qalığı  ilə  birləşir.  Bu  zaman  bir  nukleotidin  3-cü 
karbon atomu ilə digər nukleotidin 5-ci karbon atomu arasında fosfat qalığı 
vasitəsi ilə efir əmələ gəlir və s. 
                    Nukleotid                       Nukleotid                Nukleotid 
 
 
 
 
 
 
 
 
 
 

Kataloq: 110
110 -> Ə. Q. Abbasov
110 -> Masarykova univerzita Filozofická fakulta Historický ústav Sionistické spolky v Brně Bakalářská diplomová práce Vedoucí práce: Vypracovala: Mgr. Tomáš Dvořák, Ph. D. Jana Karmazínová Brno 2007
110 -> Az ə rbaycan Respublika sı a dınd an q ə t n a m ə
110 -> Azərbaycan Respublikası adından q ə r a r d a d
110 -> Bratislava, slovakia tabuľka výsledkov / Table of results zbor / choir dirigent / conductor body / points
110 -> Конвенсийасынын 2-ъи маддясинин тятбигиня даир
110 -> İsa Musayev, Mətləb Əlizadə
110 -> Application Brief 129 Simultaneous Analysis of Norepinephrine, Dopamine, and Serotonin in Microdialysis Perfusates Using hplc-ecd
110 -> Monitorinq qrupu ilk növbədə Bakı şəhərinin Xətai rayonunda yerləşən qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində monitorinq apardılar

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə